Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
CRAMM
CRAMM (CCTA Risk Analysis and Managment Method) CRAMM riskin analizi vә idarә edilmәsi metodologiyası 1985-ci ildə Britaniya Mərkəzi kompüter və telekommunikasiya agentliyi (CCTA) tərəfindən işlənmişdir. CRAMM proqram təminatı müxtəlif növ təşkilatlar üçün nəzərdə tutulmuşdur, onlar öz biliklər bazası – profillərlə fərqlənirlər. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Craminales
Qırtıcçiçəklilər (lat. Poales) — bitkilər aləminə aid bitki dəstəsi.
Video RAM (VRAM)
Video RAM (VRAM) – videoadapterdə, yaxud videokontrollerdə: video-görüntüləri monitora çıxartmaq üçün onların həm yazıldığı, həm də oxunduğu dinamik operativ yaddaş qurğusu. Video-yaddaş – videokartda, yaxud video altsistemində yerləşən və ekrana çıxarılan görüntünün götürüldüyü yaddaş. Bəzi hallarda video-yaddaşa yalnız displeyin aparat vasitələri müraciət edə bilər, ancaq çox zaman həm videoprosessorun, həm də mərkəzi prosessorun video-yaddaşa çıxışı olur və görüntülər video-yaddaşı yeniləyən mərkəzi prosessorun işinin nəticəsi kimi alınır. Video-yaddaşı oxuma və ora yazma zamanı video-qurğular prosessora nisbətən üstunlüyə malikdir, buna görə də video-yaddaşın tərkibinin yenilənməsi operativ yaddaşa müraciətə nisbətən yavaş baş verir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dram
Dram (yun. δρᾶμα, translit. drama; "hərəkət") — mətnlərdə təyin olunmuş rollar üçün ümumi termindir. Epik və lirik ilə yanaşı, 3 əsas ədəbi növdən biridir. Bundan əlavə müsbət qüvvələrin, mütərəqqi ideyaların qələbəsi ilə nəticələnən dram əsərinə də dram deyilir. Dram janrından bədii əsərlərdə və kinoda çox geniş istifadə olunur. Dramatik yaradıcılığın spesifik problemlərinə müraciət edərək, hər şeydən əvvəl, "dram" terminin əsas mənasını müəyyənləşdirməliyik. Bildiyimiz kimi, "dram" sözünün müxtəlif anlamları vardır. Gerçəklik hadisələrin müəyyən bir dairəsini, məsələn, həyatın dramını, ədəbiyyatın dramatik növünün janrlarından birini (XYIII əsrin meşşan draması)və səhnə sənətinin aparıcı növü olan dramatik teatrı da drama adlandırırıq. == Dram nəzəriyyəsi == Hər bir elmin, predmetin iki tərəfi, iki cəhəti vardır.
Fram
Fram (boğaz) — Qrenlandiya adası ilə Şpitsbergen arxipelaqını ayıran boğaz. Fram boğazı — Nansen adasını Taymır yarımadasından ayıran boğaz. Fram (gəmi) — Qütb tədqiqatlarında iştirak etmiş gəmi.
Qram
Qram (fr. gramme; işarələməsi: q, g) — Kütlənin ölçü vahidi, SQS vahidlər sisteminin 3 əsas vahidlərindən biri.
Xram
Cream
Cream — İngiltərə rok qrupu. Qrupun üzvləri Cek Brüs (bas gitara), Erik Klepton (gitara) və Cincr Beyker (zərb alətləri) olmuşdur. Cream ilk super-qrup hesab olunur. Qrup üzvləri instrumental ifa bacarıqlarına görə yüksək qiymətləndirilmişdir. Qısamüddətli üç illik fəaliyyəti ərzində qrup dörd albom buraxmışdır: "Fresh Cream" (1966), "Disraeli Gears" (1967), "Wheels of Fire" (1968) və "Goodbye" (1969). "Disraeli Gears" albomunun buraxılış ərəfələrində prodüser və multi-instrumental ifaçısı Feliks Pappalardi studiyada qrupa qoşulmuşdur. Onların musiqisi blüz-rok, psixodeliya və hard rok kimi rok musiqi janrlarını əhatə edirdi. Cream fəaliyyət müddətində dünya üzrə 15 milyondan çox səsyazma nüsxəsi satmışdır. Qrupun üçüncü albomu, "Wheels of Fire" (1968) ilk platin-satışlı cüt albom olmuşdur. Onlar "Sunshine of Your Love" (1967) və "White Room" (1968) kimi mahnılarla beynəlxalq hitlərə imza atmışdır.
CRM
Müştərilərlə qarşılıqlı münasibətlərin idarəolunması sistemi (CRM -CRM system - ing. Customer Relationship Management) şirkətin hazırkı və potensial gələcək müştərilər ilə əlaqələrinin idarə edilməsi üçün bir yanaşmadır. Bu yanaşmada şirkət ilə müştərilərin əlaqələri tarixi haqqında verilənlər bazası təhlil edilməsinə və müştərilər ilə biznes əlaqələrini inkişaf etdirilməsinə çalışılır və əsasən müştərilərin əldə saxlanılmasına və şirkətin gəlirlərinin artırılmasına önəm verilir. CRM yanaşmasının mühüm bir aspekti şirkətin internet saytı, telefonu, email ünvanı, canlı yayım, marketinq materialları və son zamanlarda çox istifadə olunan sosial media vasitələri daxil olmaqla müxtəlif rabitə kanalları ilə məlumatları tərtib edən CRM sistemləridir. CRM yanaşması və onu asanlaşdırmaq üçün istifadə olunan sistemlər vasitəsilə biznes müəsssisələri öz hədəf auditoriyaları və onların ehtiyaclarını ən ayxşı yolla necə qarşılayacağı barəsində məlumat alırlar. Lakin CRM yanaşmasını qəbul etmək həmçinin istehlakçı auditoriyasında favoritizmə də gətirib çıxara bilər ki, bu da müştərilər arasında narazılığa səbəb olacaqdır və CRM-in məqsədlərini məğlub edəcəkdir. == Tarixi == === Müştəri Münasibətlərinin İdarə Edilməsi proqramının yaradılması === Müştəri Münasibətlərinin İdarə Edilməsi ilə bağlı ilkin ideyalar 1970-ci illərin əvvəllərində müştəri məmnunniyyəti illik sorğular aparmaqla və ya qeydiyyatda müştərilərdən soruşmaqla yaranmağa başladı. Bu zaman, biznes müəssisələri satışın avtomatlaşdırılması üçün müstəqil meynfreym sistemlərinə etibar etməli idilər, lakin texnologiyanın inkişafı onlara müştəriləri elektron cədvəllərdə və siyahılarda kateqoriyalaşdırmağa imkan yaratdı. Bu mərhələdə ən önəmli dönəm 1982-ci il idi, bu zaman Keyt və Robert Kestnbaum Məlumat bazası marketinqi anlayışını təqdim etdi. Bu anlayış müştəri məlumatlarını toplamaq və analiz etmək üçün statistik metodları tətbiq edirdi.
RAM
Əməli yaddaş qurğusu (ing. random-access memory – RAM) — ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-də saxlanılan informasiya (verilənlər) silinir. Əməli yaddaş kompüterdə iş prosesində lazım olan verilənləri özündə saxlayır. Bu verilənlər həm oxuna, həm də yazıla bilir. Əməli yaddaşa müraciət diskə müraciətdən daha tez olduğundan informasiyanın oxunması və yazılması xeyli sürətlənir. Əməli yaddaş adlandırılması da onun sürətlə işlədiyindən xəbər verir. Baxmayaraq ki, əməli yaddaşın həcmi disklərin həcmindən müqayisə olunmayacaq dərəcədə azdır, ona müraciət sürətli olduğundan əməli yaddaş kompüterdə əvəzolunmaz bir mikrosxemdir. Kompüteri yandırdıqda ilk saniyələrdə daimi yaddaşda yazılmış proqramlar vasitəsilə xarici yaddaşda, yəni sərt diskdə saxlanılan əməliyyat sisteminin proqramları əməli yaddaşa yazılır, eləcə də bizim sonradan daxil etdiyimiz verilənlər də əməli yaddaşa yazılır. Lakin işin axırında kompüteri söndürdükdə əməli yaddaşdakılar pozulur.
Fram (boğaz)
Farm boğazı (norv. Framstrædet) - Qrenlandiya adası ilə Şpisbergen arxipelaqını ayırır. Şimal Buzlu okeanına daxil olan Qrenland dənizi akvatoriyasına aiddir. Boğazın daxilində qərbdə soyuq Şərqi Qrenlandiya cərəyanı keçir. Şərqdə isə isti Norveç cərəyanının bir qolu Qərbi Şpisbergen cərəyanı keçir. Boğaz Norveç arktika ekspedisiyasının əsas gəmisi Framın şərəfinə adlandırılmışdır.
Fram boğazı
Fram boğazı (rus. Фрам пролив ) - Nansen adasını Taymır yarımadasından ayırır. Nansen adası Nordenşeld arxipelaqına daxildir. Şimal Buzlu okeanına daxil olan Kara dənizində yerləşir. Boğazın eni ən dar yerdə (Etifeeva (Nansen adası), Eremeeva (Taymır yarımadası) burunları arasında yerləşir) 2,5 km, uzunluğu 10 km, dərinliyi 33 m təşkil edir. Boğazın adı rus qütb ekspedisiya rəhbəri E.B.Tallya ilə bağlıdır. Boğazdan ilk dəfə 1900-cü ildə keçilir.
Komediya-dram
Komediya-dram — komediya və dram elementlərini birləşdirən dramatik əsərlər janrı. == Tarixi == Qədim yunanlarla başlayan ənənəvi şərq teatrı Sock və Buskin, yəni komediya və faciə olaraq ikiyə bölünürdü. Faciə adətən uydurma və ya tarixi qəhrəmanın ölümü ilə başa çatsa da, komediya orta səviyyəli personajların həyatına diqqət yetirir və onların nailiyyətləri ilə başa çatır. "Dram" termini tamaşanın bütün hərəkətlərini təsvir etmək üçün istifadə edilmişdir. 19-cu əsrdən başlayaraq Anton Çexov, Corc Bernard Şou və Henrik İbsen kimi yazıçılar komediya ilə dram arasındakı sərhədləri bulandırdılar. Radio teatrının, kinonun və xüsusən də televiziyanın meydana çıxması ilə komediya və ya dram kimi bir məhsulu aydın şəkildə müəyyən etmək üçün marketinqdə böyük təzyiqə səbəb oldu. Kütləvi informasiya vasitələrində komediya və dram açıq-aydın bir-birindən ayrılırdı, baxmayaraq ki, canlı teatrda fərq daha az əhəmiyyətli idi.
Məlik Aram
Məlik Aram Məlik Yeqan oğlu (?- 1746) — Dizaq mahalının II məliki. Aram Məlik Yeqan oğlu Qarabağ bəylərbəyiliyinin Lori qəzasının Artu kəndində doğulmuşdur. Dini təlim-tərbiyə almışdır. 1717-ci ildə ailəsi ilə birlikdə Dizaq qəzasının Tuğ kəndinə köçmüşdür. Məlik Aram atasının vəfatından sonra, 1744-cü ildə Dizağın məliyi olur. Nadir şah Qırxlı-Avşara 6.000 tümən cərimə ödəyib, ətraf mahallara da başçılıq etməyə başlamışdır. Məlik Aram 1746-cı ildə vəfat etmişdir. Məlik Aram Gövhər xanımla ailə qurmuşdu. Bağır bəy, Bəxtiyar bəy, Avaq bəy, Vaxtanq bəy və Avanes bəy adlı oğulları vardı. Ənvər Çingizoğlu, Məlik Yeqan və onun törəmələri, "Soy" elmi-kütləvi dərgi, 2011, № 3, səh.23–34.
Mənzum dram
Mənzum dram — nəzmlə (şeirlə) yazılmış dram əsəri. Dramatik növün faciə və komediya kimi janrları hələ antik yunan ədəbiyyatında (Esxilin faciələri, Aristofanın komediyaları) mövcud olsa da, dram janrı orta əsrlərdən sonrakı dövrün məhsuludur. Dünya ədəbiyyatında mənzum dramın ilk nümunələrini U.Şekspir (XVI əsr), Azərbaycan ədədbiyyatında isə H.Cavid yaradıb. Mənzum dramın özünəməxsus səhnə həlli var. Əgər nəsrlə yazılmış dram əsərində sözlərin tam surətdə hərəkət və əməllə dolması şərtdirsə, mənzum dramda aktyor həm də şeiriyyətin gözəlliyini tamaşaçıya çatdırmağı bacarmalıdır. Poeziya sözün musiqi həddinə çatdırılması deməkdir. Burada sözün fəlsəfi tutumu aktyorun ifasında aydın verilməlidir.
Nensi Acram
Nensi Nabil Ajram (ərəb. نانسي نبيل عجرم‎; 16 may 1983-cü il, Əşrəfiyə[1]) — Livan müğənnisi. İndiyə qədər 2-si uşaqlar üçün olmaqla, ümumilikdə 12 studiya albomu çıxaran sənətçi karyerası boyunca çox sayda mötəbər ərəb festivallarına qatılıb, həmçinin çox sayda mükafata layiq görülüb. Onlardan biri də Ən Yaxşı Yaxın Şərq Sənətçisi olaraq, 2008-ci ildə qazandığı World Music Awards [2]mükafatıdır. Bununla da o, o zamana qədər həmin mükafatı almış ən gənc ərəb sənətçisi olmuşdur. Ardınca, 2012 və 2014-cü illərdə də World Music Awards mükafatına layiq görülmüşdür[3]. Nensi Ajram Coca-Cola şirkətinin Yaxın Şərqdə olan ilk və yeganə qadın sözçüsü olmuşdur. O, həm də UNICEF-in Yaxın Şərq üzrə ilk qadın xoşməramlı səfiridir[4]. Bundan əlavə, sənətçi Tiffany&Co markasının da Yaxın Şərqdə ilk ərəb təmsilçisi olmuşdur[5]. Nensi həmçinin sosial şəbəkələrdə ən çox izləyiciyə malik ərəb sənətçisidir.
Peyğəmbər (dram)
Peyğəmbər — Azərbaycan yazıçısı və dramaturqu Hüseyn Cavidin 1922–1923-cü illərdə yazdığı dram əsəri. Əsər İslam dininin peyğəmbəri Məhəmmədin həyatından bəhs edir. "Maarifçilik və Mədəniyyət" jurnalında qismən dərc edilmişdir. İkinci və üçüncü dəfə "Azərnəşr" (1922–1923 və 1926) nəşriyyatında çap olunub . Tamaşa teatr səhnəsində qoyulmayıb. Hüseyn Cavidin bu əsərini fərqləndirən cəhət ondan ibarətdir ki, burda obrazlar yoxdur. Peyğəmbərin bir çox adları (Məhəmməd, Əhməd, Mustafa, Rəsul, Əkrəm, Mürsəl, Nəbi, ibn Abdulla, Məhəmməd Əmin, Mahmud və s.) olduğu da məlumdur. "Peyğəmbər" dramında Cavid Məhəmməd Peyğəmbərdən, "ibn Abdulla" və ya "Abdullanın oğlu" kimi bəhs edir. Dram dörd pərdədən ibarətdir və başlanğıc remarkasından etibarən tarixi gerçəkləri əks etdirir. Bu pərdələrin hər biri Məhəmməd Peyğəmbərin həyatının müəyyən dövründən (Bisat, Dəvət, Hicrət və Nüsrət) bəhs edir.
Qram determinantı
n {\displaystyle n} -ölçülü U {\displaystyle U} unitar fəzanın x 1 , x 2 , … , x n {\displaystyle x_{1},x_{2},\ldots ,x_{n}} vektorlarının ( x i , x j ) {\displaystyle (x_{i},x_{j})} skalyar hasillərindən düzəldilən n {\displaystyle n} Γ ( x 1 , x 2 , … , x n ) = | ( x 1 , x 1 ) ( x 1 , x 2 ) … ( x 1 , x n ) ( x 2 , x 1 ) ( x 2 , x 2 ) … ( x 2 , x n ) … … … … ( x n , x 1 ) ( x n , x 2 ) … ( x n , x n ) | {\displaystyle \Gamma (x_{1},x_{2},\ldots ,x_{n})={\begin{vmatrix}(x_{1},x_{1})&(x_{1},x_{2})&\ldots &(x_{1},x_{n})\\(x_{2},x_{1})&(x_{2},x_{2})&\ldots &(x_{2},x_{n})\\\ldots &\ldots &\ldots &\ldots \\(x_{n},x_{1})&(x_{n},x_{2})&\ldots &(x_{n},x_{n})\\\end{vmatrix}}} determinantına x 1 , x 2 , … , x n {\displaystyle x_{1},x_{2},\ldots ,x_{n}} vektorlarının Qram determinantı deyilir.
İnsan (dram)
İnsan dramı — Səməd Vurğunun 1945-ci ildə yazdığı və həmin ildə tamaşaya qoyulan "İnsan" fəlsəfi dramında şair gələcək həyatı , romantik vüsətlə əks etdirmiş., müharibəni odu-alovu içərisində insan zəkasının qüdrətini göstərmişdir. Səməd Vurğun məqalələrinin birində yazırdı : " mən "İnsan" adlı beş pərtəli böyük mənzum dramı üzərində işləyirəm. İnsan mənim dördüncü mənzum dramımdır. Bu əsər üzərində işləmək mənə zövq verir. Çünki tarixi mövzularda yazdığım əvvəlki üç əsərimdən fərqli olaraq burada mən ilk dəfə öz müasirlərimi obrazlarına müraciət etmişəm və onların nəvələrini göstərməyə çalışmışam. Səməd Vurğun- un "İnsan" dramı bu günumüzlə səsləşən səhnə əsəridir.
Aram dili
Arami dilləri, həmçinin aram dili və ya aramey dili (Arāmāyā; qədim arami: 𐤀𐤓𐤌𐤉𐤀; imperiya aramicəsi: 𐡀𐡓𐡌𐡉𐡀; iudeoaramey אַרָמָיָא, klassik Suriya: ܐܪܡܝܐ) —— sami dilləri tərkibində qrup (mərkəzi qol). Qədim dövrlərdə imperator aramicəsi Yaxın Şərqin böyük bir hissəsində "lingua franca" kimi xidmət edirdi. Eramızın VII əsrində arami dilinin yerini ərəb dili aldı. == Tarixi == Arami dilinin tarixi qədim, orta və yeni arami dövrlərinə ayrılır (alman alimi K. Bayerin təsnifatı).Qədim arami dövrü e.ə. II minilliyin sonu – I minilliyin əvvəlindən başlayır. Dövrümüzə qədər gəlib çatan ən qədim nümunələri e.ə. IX–VII əsrlərə aid epiqrafik abidələrdir. Müxtəlif mərhələlərdə Aşşur (e.ə VII əsr) və Babilistan (e.ə. VII–VI əsrlər), Əhəməni (e.ə. VI–IV əsrlər) dövlətlərinin rəsmi dili olmuşdur.
Bram Mulenaar
Bram Mulenar (1961, Lisse, Cənubi Hollandiya – 3 avqust 2023) — Hollandiyalı proqram mühəndisi və aktivisti, vi-törəmə mətn redaktoru olan Vimin yaradıcısı. O, Uqandada QİÇS qurbanlarını dəstəkləyən qeyri-hökumət təşkilatı olan ICCF Holland-ı təbliğ edir və ianələri təşviq etmək üçün Vim-in populyarlığından istifadə edirdi. 2006-cı ilin iyul ayından 2021-ci ilin sentyabr ayına qədər Google Calendarın Sürix ofisində işləyib. O, vaxtının bir hissəsini Vim-in inkişaf etdirilməsinə sərf edirdi. == Erkən həyat və təhsil == 1985-ci ildə Delft Texnologiya Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib. == Vim == Mulenar 1988-ci ildə Amiga kompüteri aldı. O vaxt Amigaya daşınmamış vi ilə tanış olan o, Stivi də daxil olmaqla bir neçə vi klonunu sınaqdan keçirdi. Mulenar Stevie-nin mənbə kodunu götürdü və onu təkmilləşdirdi. Vi ilə uyğunlaşmaq istəyən Mulenar nəhayət bir çox səviyyələri ləğv etmək kimi əlavə funksiyalar əlavə etdi. "Vi IMitation"ın ilk versiyası 1988-ci ildə Fred Fiş tərəfindən hazırlanmış ictimai disk dəstində buraxılmışdır.
Bram Mulenar
Bram Mulenar (1961, Lisse, Cənubi Hollandiya – 3 avqust 2023) — Hollandiyalı proqram mühəndisi və aktivisti, vi-törəmə mətn redaktoru olan Vimin yaradıcısı. O, Uqandada QİÇS qurbanlarını dəstəkləyən qeyri-hökumət təşkilatı olan ICCF Holland-ı təbliğ edir və ianələri təşviq etmək üçün Vim-in populyarlığından istifadə edirdi. 2006-cı ilin iyul ayından 2021-ci ilin sentyabr ayına qədər Google Calendarın Sürix ofisində işləyib. O, vaxtının bir hissəsini Vim-in inkişaf etdirilməsinə sərf edirdi. == Erkən həyat və təhsil == 1985-ci ildə Delft Texnologiya Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib. == Vim == Mulenar 1988-ci ildə Amiga kompüteri aldı. O vaxt Amigaya daşınmamış vi ilə tanış olan o, Stivi də daxil olmaqla bir neçə vi klonunu sınaqdan keçirdi. Mulenar Stevie-nin mənbə kodunu götürdü və onu təkmilləşdirdi. Vi ilə uyğunlaşmaq istəyən Mulenar nəhayət bir çox səviyyələri ləğv etmək kimi əlavə funksiyalar əlavə etdi. "Vi IMitation"ın ilk versiyası 1988-ci ildə Fred Fiş tərəfindən hazırlanmış ictimai disk dəstində buraxılmışdır.
Aram Torqomyan
Aram Torqomyan — polkovnik.
Donald Kram
Donald Ceyms Kram (22 aprel 1919[…] – 17 iyun 2001[…]) — amerikalı kimyaçı, 1987-ci ildə"Yüksək seçicilikli struktur spesifik qarşılıqlı təsirli molekulların təkmilləşdirilməsi və istifadəsinə görə" kimya üzrə Nobel mükafatı laureatı olub , bu mükafatı həmkarları Jan-Mari Len və Çarlz Pedersen ilə paylaşdı. Bir karbonil qrupuna malik nukleofilik təsirin nəticəsini proqnozlaşdıran bir model Kram qaydası ilə tanınır. Len və Pedersen ilə birlikdə supramolekulyar kimya sahəsində qondarma "ev sahibi-qonaq" kompleksinin kimyasını qurdu. == Bioqrafiyası == D. Kram Vermont ştatının Çester şəhərində mühacir ailəsində doğulub böyüyüb boya başa çatmışdı. Atası Şotland əsilli , anası isə Alman əsilli idi. Atası Kram dörd yaşına çatmamış öldü və o, başqa uşaqların dəstəyi ilə böyüdü. Erkən yaşda işləməyə başladı, meyvə toplamaq, qəzet çatdırmaq, ev rəngləmək kimi işlərlə məşğul oldu ki , öz fortepiano dərslərini ödəmək üçün pul qazanmağa məcbur idi. On səkkiz yaşına kimi o, çox müxtəlif ixtisas üzrə çalışmışdır. D. Kram Nyu-Yorkun Long Island şəhərindəki Vinvuud Liseyində oxuyub. 1938–1941-ci illərdə Florida ştatının Vinter Park şəhərindəki Rollins Kollecində oxuyub və Milli Şərəf Təqaüdünə layiq görülüb.
Tarixi dram
Tarixi dramı (həmçinin tarixi dövr dramı, dövrü dram və ya dövr dramı) — əsasən film və televiziya kontekstində istifadə olunan və keçmiş dövrdə baş vermiş olan hadisələrin işıqlandırıldığı film janrıdır Historical dramas have also been described as a conservative genre, glorifying an imagined past that never existed. Tarixi dram janrında olan filmlərə tarixi fantastika, romantika və macəra filmləri də daxildirlər. Bu janrda çəkilmiş olan filmlərdə dövr orta əsrlər kimi qeyri-müəyyən və ya ümumi bir dövr, yaxud 1920-ci illər kimi xüsusi bir dövr ola bilər. Dini janrda çəkilmiş filmlər dövrü dram kimi qəbul edilə bilər, lakin belə əsərlər tarixi deyildirlər.
Vaqif (dram)
Vaqif — Səməd Vurğunun Molla Pənah Vaqifə həsr edərək 1937-ci ildə yazdığı mənzum dramıdır. Bu əsər Səməd Vurğunun yaradıcılığının zirvəsidir. Dram heca vəznində yazılmışdır və tarixi mövzusundadır. Vaqif ədəbiyyatımızda əsası ilk dəfə Cəfər Cabbarlı tərəfindən qoyulmuş tarixi qəhrəmanlıq dramıdır. Vaqif 1937-ci ildə yazılıb və 1938-ci ilin 5 oktyabrında tamaşaya qoyulub. Vaqif dramını 3-4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlayan Səməd Vurğun əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etdirmişdir. Pyes Səməd Vurğunun yazdığı ilk səhnə əsəridir. "Vaqif" dramına görə Səməd Vurğun 1941-ci ildə "Stalin mükafatı"na layiq görülmüşdür. Vaqif - XVIII əsrin dahi Azərbaycan şairi. Ağa Məhəmməd şah Qacar - İran hökmdarı.
Çəram
Çəram — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Çəram şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 11,980 nəfər və 2,264 ailədən ibarət idi.