Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cross platform
Cross platform və ya çoxlu platforma proqramları birdən çox kompüter platforması üçün yazılan proqramlardır. Kompüter platforması dedikdə aparat və proqram təminatından (əməliyyat sistemindən) ibarət platforma başa düşülür. Çox vaxt isə cross platform dedikdə bir proqramın bir neçə əməliyyat sistemində işləməsi başa düşülür.
Country Music Television
CMT orijinal adı ilə CMTV, Viacoma məxsus olan Amerika Birləşmiş Ştatları.ödənişli televiziya kanalıdır O öz adını "Country Music Television" qısaltmasından alır.Yerli musiqilərə həsr olunmuş ilk milli kanaldır. Kanalda proqramlaşdırma öncəlik olaraq kantri musiqisinə seçilir. musiqi videoları , bəstəkarlərın konsertləri vəkontri musiqi ulduzlarının çıxışları kanalın proqramına daxildir.. CMT-nin hazırkı proqramı əsasən reality şoular və seriyallardan ibarətdir 2018-ci ilin yanvar ayından etibarən təxminən 92 milyon Amerikalı evlərində (və ya təxminən 119.2 milyon televiziya izləyicisinin 76.9%-i) CMT tezliyini qəbul edir. Kanal Nyu-Yorkda və Naşvildə ofislərə malikdir. == Tarix == === Erkən illər (1983-1991) === CMTV, Kontri Musiqi Televiziyasının öncüsü Glenn Daniels tərəfindən, Video World Productions şirkətinin Hendersonvil Tenesi şəhərində təsis edilib. Daniels, Telestar Korporasiyasının mülkiyyət qrupunu və Blinder Robinson & Company investisiya bankını bir araya gətirərək bu təşəbbüsə nail oldu. Daniels həmçinin proqram direktoru və şəbəkənin ilk prezidenti kimi çıxış etdi. Şəbəkə 5 mart 1983-cü il saat 6: 19-da yayına başlamışdır. .Kanalın əsas rəqibi TNN-idi , Faron Younq 1971-ci ildəki "Dördüncü Gündüz " adlı hiti ilk TV proqaramı olaraq yayınlandı.
Chemtrails over the Country Club
Chemtrails over the Country Club — amerikalı müğənni Lana Del Reyin yeddinci studiya albomu. 19 mart 2021-ci ildə Interscope və Polydor Records tərəfindən buraxılıb. Prodüserliyini onun əvvəlki işlərində dəstək olan Rick Nowels və NFR! üçün prodüserlik edən Cek Antonoff etmişdir. Albomda Nikki Lane, Weyes Blood və Zella Day qonaq ifaçı kimi yer alıb.
Middlesex County, Connecticut
Midlseks dairəsi — ABŞ-nin Konnektikut ştatında yerləşən bir dairədir. Dairənin əhalisi 2010-cu ilin statistikasına görə 165.676 nəfər təşkil edir.
Rex Orange County
Rex Orange County (əsl adı: Aleksandr Ceyms O'Konnor; 4 may 1998) — ingilis müğənni, mahnı yazarı, multi-instrumentalist. NPR Music jurnalisti Zoi Kons onun musiqisini "hip-hop, caz və bedrum popunun parlaq qarışığı" kimi təsvir edir. Kiçik yaşlarında öz-özünə prodüserlik etməyi öyrənən Rex, 2015-ci ildə 16 yaşında olarkən “Bcos U Will Never Be Free” adlı debüt studiya albomunu çıxarıb. O, 2017-ci illərdə buraxdığı “Sunflower” və “Best Friend” mahnılarına görə məşhurlaşıb. Rex həmin il ikinci albomu olan “Apricot Princess”i təqdim etmişdir. Eyni il Rex ABŞ repçisi Tyler, the Creator ilə birlikdə iki mahnı səsləndirib. Bu mahnılar Taylerin “Flower Boy” albomunda yer alıb. Rex 2019-cu ildə “Pony” adlı üçüncü albomunu yayımlayıb. Bu albom onun Billboard 200 cərgəsinə daxil olan ilk layihəsi olub və 3-cü yeri tutub. Onun 2022-ci ildə çıxardığı dördüncü albomu “Who Cares?” Birləşniş Krallıqda yaxşı nəticə göstərib və həmin cərgənin ön sıralarına düşüb.
Anri Kross
Anri Edmon Kross (fr. Henri Edmond Cross, 20 may 1856[…], Due[d] – 16 may 1910[…] 5 may 1856 - 16 may 1910, Le lavandou, Var (departament)) — Fransız rəssamı, neoimpressionizmin ən böyük nümayəndələrindən biridir. Əsl adı Anri Edmon Delakrua (fr. Henri Edmond Delacroix). 1881-ci ildə rəssam Ejen Delakrua kölgəsində qalmamaq üçün soyadını fransız dilindən ingilis dilinə köçürdü. Daha sonra, 1886-cı ildə, Fransız heykəltaraş Anri Krossdan ayrılmaq üçün adını yenidən "Anri Edmon Kross" olaraq dəyişdirdi. == Həyat və yaradıcılığı == Hüquq dərəcəsi almış, daha sonra F.Bonvenin məktəbində rəssamlıq üzrə təhsil almışdı. Kross yaradıcılığının ilk illərində rəsmlərini "ağır" rənglə boyayırdı və yalnız Klod Mone və Jorj-Pyer Söra təsiri altına düşdükdən sonra açıq, parlaq rənglərlə boyamağa başladı. 1884-cü ildə Kross müstəqillik salonunu qurduqdan sonra Pol Sinyak və Jorj-Pyer Söra ilə birlikdə nöqtəçi rəssamlıq üslubunu (ayrıca fırçalama üsulu) mənimsəyir, bununla birlikdə böyük, geniş fırça vuruşları ilə marinist əsərlərini, çılpaqlığı və portretlərini yaradır. 1890-cı illərdə Pol Sinyak ilə birlikdə çalışmış, Neoimpressionizmlər qrupunun bir üzvi idi.
Kross-listinq
Kross (1989)
== Məzmun == "İdman sağlamlıq və gözəllikdir!" şüarına yəqin ki, heç kim şübhə etmir. "Ən zərif məxluq" dediyimiz qızların idmanın müasir beşnövçülük, futbol, güləş, hətta ağırlıq qaldırma kimi növlərlə məşğul olduqlarını və yarışdan sonra bu "gözəl məxluq"un düşdüyü gərgin və ağır vəziyyəti görəndə istər-istəməz düşünməli olursan: — Bu, qızlara lazımdırmı?" Film qızlarımızı və ümumiyyətlə tamaşaçıları bu haqda düşünməyə çağırır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Teymur Bəkirzadə Ssenari müəllifi: Aqşin Kazımzadə Operator: Şərif Şərifov, Yuri Varnovski, Elxan Əliyev Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Kross River
Kross River ştatı (ing. Cross River State) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat. Niger deltasının hissəsidir. Şimaldan Benue, qərbdən Ebonyi və Abia ştatları, şərqdən isə Kamerun Respublikası həmsərhəddir. Cənubda Akva İbom ştatı ilə həmsərhəddir və Atlantik Okeanı tərəfindən yuyunur. == Adı == Ştatın adı onun ərazisində axan Kross çayıdan gəlir.
Marsiya Kross
Marsiya Enn Kross (ing. Marcia Anne Cross; 25 mart 1962, Malboro[d], Massaçusets) — Aktrisa. == Həyatı == Marsiya Kross 25 mart 1962-ci ildə Malboroda (Massaçusets ştatı, ABŞ) Mark və Canet Kross ailəsində anadan olub. == Sənəti == Aktrisa "Melrose Place" (1992–1997) serialında doktor Kimberli rolu ilə tanınıb. Bundan əlavə Desperate Housewives (2004–12) serialında da Bri Van de Kamp rolunda böyük şöhrət qazanıb. Kross öz debütünü 1984-cü ildə The Edge of Night serialında edib. Daha sonra Nyu-Yorkdan Los-Ancelesə köçüb və orada kiçik rollarda televiziya filmlərində çəkilməyə başlayıb. 1986–1987-ci illərdə One Life to Live serialında çəkilib. Kross məşhurluğunu Aaron Spellinqin "Melrose Place" serialında əldə edir. Əvvəlcə serialın prodüserləri aktrisanı yalnız bir epizodda iştirak etmək üçün dəvət etdilər, lakin daha sonra Krossun əsas heyətə daxil edilməsinə qərar verdilər.
Mişa Kross
Mişa Kross (ing. Misha Cross; 27 noyabr 1989, Varşava) — Polşa pornoaktrisası.
Qross-Valsertal
Qross-Valsertal vadisi (alm. Großes Walsertal, Großwalsertal‎) — Avstriyanın Forarlberq federal torpaqlarında yerləşən vadi. Vadinin adı Großes Walsertal (az. Böyük Valser vadisi) İsveçrənin Vale kantanu, Rona vadisindən gələn mühacirlərin adı ilə bağlıdır. Vadi artıq XIV əsrdən bu cür adlanır (alm.Walser). Valserlər Forarlberzne dairəsinə daxil olan torpaqların dörddə birində məskunlaşmışlar: onlar təkcə Qross-Valsertal vadisində deyil həm də Laterinsertal — Reyn vadisinin şərqi, Damyols, Brandnertal, Zilbertal vadisi və Klyan-Valsertal vadisində (az. kiçik Valser vadisi) də yayılmışlar. Qross-Valsertal vadisi Şimali Əhəngdaşı Alpına daxildir. Qross-Valsertal vadisinin ən hündür dağları: Rote-Vand, Vraçenkopf, Misthaufen, Siterplapfen və Qamsfrayfayt. Vadi V-şəkillidir.
Broward County Public Schools
Broward County Public Schools — Florida ştatının Brauard dairəsində fəaliyyət göstərən dövlət məktəbləri distrikti. Ölkənin altıncı ən böyük dövlət məktəbi distriktidir. 2023–2024-cü tədris ilində "Broward County Public Schools" bölgə üzrə 326 müxtəlif məktəb və təhsil mərkəzlərində 251,106 şagirdə təhsil vermişdir. == Məktəblərin siyahısı == === 6–12 siniflər === Dillard High School 6–12 (1907) Lauderhill 6–12 STEM-MED Millennium 6–12 Collegiate Academy === 9–12-ci siniflər (ing. High Schools) === Atlantic Technical College and Technical High School (1973) Blanche Ely High School (1951) Boyd H. Anderson High School (1971) Broward Virtual Education High (2001) Charles W. Flanagan High School (1996) Coconut Creek High School (1970) Cooper City High School (1971) College Academy @ BCC (2001) Coral Glades High School (2004) Coral Springs High School (1975) Cypress Bay High School (2002) Dave Thomas Educational Center — formerly North County Educational Ctr.
Lian Ross
Lian Ross (almanca: Josephine Hiebel, 8 dekabr 1962, Hamburq) — Alman İtalo Disko stilində ifa edən müğənnidir. Daha çox 1980-ci illərdə populyarlıq qazanmışdır. Ən məşhur mahnıları "Fantasy" və "Say You'll Never" mahnılarıdır. 2005-ci ildə "Ən yaxşı və daha çoxu" adlı hit sinqllarının və seçim mahnılarının bir tərtibatı çıxmışdır.
Mont-Ross
|Şəkil = Kerguelen MontRoss.JPG |Şəklin izahı = |lat_dir = S|lat_deg = 49|lat_min = 36|lat_sec = |lon_dir = E|lon_deg = 69|lon_min =30 |lon_sec = |CoordScale = |Ölkə = Fransa |Vilayət = |Ada = |Dağ sistemi = |Dağ silsiləsi = |Vulkan forması = |Növü = Startovulkan |Püskürmə tipi = |Kraterin diametri = |Kraterin dərinliyi = |Əmələgəlmə dövrü = |Yaşı = |İlk püskürmə = |Son püskürmə = |Tərkibi = |Mütləq hündürlüyü = 1840 |Yer xəritəsi = Fransa Kergelen |Yer xəritəsi 1 = }} Ross vulkanı (fr. Mont Ross) — Kergelen adasında yerləşən vulkan. Vulkanın hündürlüyü 1840 metrdir. Vulkan adanın cənubunda, Qaleni yarımadasında yerləşir. Mont-Ross iki zirvəyə sahibdir - Qran-Ross və Peti-Ross (1721 m). Vulkan Kuk buzlağı ilə örtülmüşdür. O, 1840-cı ildə Kergelen adasını ziyarət etmiş Ceyms Klark Rossun şərəfinə adlandırılmışdır. Zirvə ilkdəfə 1975-ci ildə fəth edilmişdir. Vulkanın hər iki zirvəsinə isə eyni anda 2006-cı ilin dekabrında çıxılır.
Ronald Ross
Ronald Ross (13 may 1857[…], Almora[d], Britaniya Hindistanı – 16 sentyabr 1932[…], London) — Fiziologiya və ya tibb sahəsində 1902-ci ildə Nobel mükafatı laureatı Ronald Ross 1857-ci ildə Hindistanda zabit ailəsində doğulmuşdur. 8 yaşında ikən təhsil almaq üçün İngiltərəyə yola düşən Ross atasının təkidilə Tibb Kollecinə daxil olmuş və 1881-ci ildə "Hindistan Tibb Xidməti" adlı təşkilatda çalışmağa başlamışdır. Burada işlədiyi ilk dövrlərdə ədəbiyyatla da məşğul olmuş, hekayə və romanlar yazmışdır. Bununla yanaşı, malyariya xəstəliyinin törədiciləri barədə tədqiqatlar aparmışdır. Bu məqsədlə İngiltərədə bakteriologiya kurslarına daxil olan Ross, daha sonra Hindistana qayıdaraq tədqiqatlarını davam etdirmişdir. 1880-ci ildə Şarl Levran malyariya törədicisinin plazmodiya adlı birhüceyrəli parazit olduğunu aşkara çıxarmışdı. Müasir elmi məlumatlara əsasən, plazmodiyalar insanın eritrositlərinə (qırmızı qan hüceyrələri) toplanır və orada cinsiyyətsiz çoxalır. Daha sonra isə bu plazmodiyalar çoxalaraq aypara şəkilli forma alırlar. Yoluxdurucular xəstələnmiş şəxslərdən ağcaqanadlar vasitəsilə sağlam insanlara keçir. Plazmoidlərin cinsi inkişafı ağcaqanadlarda həyata keçdiyindən, insan onlar üçün aralıq sahib hesab edilir.
Ross 154
Ross 154 (lat. Ross 154) — Oxatan bürcündə yerləşən tək ulduz. Günəşdən 9.69 işıq ili məsafədə yerləşir, yəni bizə ən yaxın olan ulduzlardan biridir. Ross 154, M3.5 V spektral təsnifatının sönük və nisbətən soyuq ulduzudur (qırmızı cırtdan). Əsas ardıcıllıq adlı ulduz zolağına aiddir. Onun parlaqlığı 0,0038 günəş parlaqlığına bərabərdir, kütləsi günəş kütləsinin 17%-ini təşkil edir, diametri günəşin diametrinin 24%-ı edir, səth istiliyi 3105 K bərabərdir. Ulduzun yaşı bir milyard ildən az qiymətləndirilir. Ross 154, UV balina tipli alışan ulduzdur. Chandra kosmik teleskopundan edilən müşahidələr göstərdi ki, Ross 154-ün rentgen diapazonundakı şüa intensivliyi günəşə bərabər və ya daha da çoxdur. Dəyişən ulduzların kataloğunda əlavə olaraq V1216 Oxatan kimi də göstərilir.
Ross Uilson
Ross Vilson (22 avqust 1955, Minneapolis, Minnesota) — ABŞ-nin Azərbaycandakı keçmiş səfiri (2000–2003), hazırda ABŞ-nin Türkiyədəki səfiridir. Ross Vilson 1955-ci ildə Minneapolis ştatında doğulub. 1977-ci ildə Minnesota Universitetinin bakalavr pilləsini bitirib. 1979-cu ildə Kolumbiya Universitetində magistr dərəcəsi alıb. 1995-ci ildə ABŞ Müharibə Kollecini bitirib. Diplomatik karyerasının əvvəlində ABŞ Dövlət Departamentində Sovet İttifaqı və Misir məsələləri üzrə müşavir vəzifəsində çalışıb. 1980–1982-ci və 1987–1990-cı illərdə ABŞ-nin SSRİ-dəki, 1985–1987-ci illərdə Çexiyadakı səfirliyində işləyib. 1990–1992-ci illərdə ABŞ dövlət katibi müavininin iqtisadi məsələlər üzrə xüsusi köməkçisi, 1992–1994-cü illərdə Dövlət Departamentində icraçı katibin müavini vəzifələrində çalışıb. 1995–1997-ci illərdə ABŞ-nin Avstraliyanın Melburn şəhərində baş konsulu olub. 1997–2000-ci illərdə dövlət katibinin MDB üzrə xüsusi müşaviri vəzifəsini daşıyıb.
Ross Vilson
Ross Vilson (22 avqust 1955, Minneapolis, Minnesota) — ABŞ-nin Azərbaycandakı keçmiş səfiri (2000–2003), hazırda ABŞ-nin Türkiyədəki səfiridir. Ross Vilson 1955-ci ildə Minneapolis ştatında doğulub. 1977-ci ildə Minnesota Universitetinin bakalavr pilləsini bitirib. 1979-cu ildə Kolumbiya Universitetində magistr dərəcəsi alıb. 1995-ci ildə ABŞ Müharibə Kollecini bitirib. Diplomatik karyerasının əvvəlində ABŞ Dövlət Departamentində Sovet İttifaqı və Misir məsələləri üzrə müşavir vəzifəsində çalışıb. 1980–1982-ci və 1987–1990-cı illərdə ABŞ-nin SSRİ-dəki, 1985–1987-ci illərdə Çexiyadakı səfirliyində işləyib. 1990–1992-ci illərdə ABŞ dövlət katibi müavininin iqtisadi məsələlər üzrə xüsusi köməkçisi, 1992–1994-cü illərdə Dövlət Departamentində icraçı katibin müavini vəzifələrində çalışıb. 1995–1997-ci illərdə ABŞ-nin Avstraliyanın Melburn şəhərində baş konsulu olub. 1997–2000-ci illərdə dövlət katibinin MDB üzrə xüsusi müşaviri vəzifəsini daşıyıb.
Ross adası
Ross adası — Ross dənizi sularında yerləşən, cənub qütbünə ən yaxın adalardan birdir. Ada Viktoriya Torpağına yaxın yerləşir 77°40′ c. e. 168°00′ ş. u.. Adanın sahəsi 2460 km² təşkil edir. Ada bütünlüklə qar və buzla örtülüdür. Ən hündür nöqtələri Erebus (3794 m) və Terror (3230 m) dağlarıdır. Ümumilikdə Erebus ən cənubda yerləşən aktiv vulkandır. Məşhur Antraktika araşdırmaçısı Ceys Ross 1841-ci ildə Erebus vulkanını və Terror dağını kəşf edir.
Ross dənizi
Ross dənizi - Cənub okeanının akvatoriyasında, Antarktidanın qərbində, Viktoriya Torpağı və Meri Berd adlı ərazilər sahilində, Ader və Kolbek burunlara arasında yerləşir. 0-cı meredian, birinci saat qurşağı onun ərazisindən keçir. Sahəsi 439,000 km², ən dərin yeri 2972 m təşkil edir. Sahilləri sıldırımdır. Dənizin sahilində Ross buzlağı vardır ki, həmin buzlaqla onun sahəsi 960,000 km² təşkil edir. Dənizin acıq hissəsində il boyu hərəkət edən buzlarla örtülü olur. Burada çoxlu Aysberqlər vardır ki , onların uzunluğu 10 bəzən 100 kilometrlərlə uzanır. Yayda dənizdə buzlar arasında boğazlar əmələ gəlir. Bunun sayəsində gəmilər sərbəst üzməsi mümkün olur. Suyun səthində temperatur -1 °C, yayda isə bəzən 2 °C qədər yüksəlir.
Ross suitisi
Ross suitisi (lat. Ommatophoca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
Ross ərazisi
Ross ərazisi (ing. Ross Dependency) — Antarktidada yerləşən Yeni Zelandiyaya mənsub olan ərazi. Departament 60 °C.e., 160° ş.u. və 150° q.u. arasında yerləşir. Ərazi öz adını britaniyalı dənizçi, Ross dənizini açılışını edən Ceyms Rossun şərəfinə adlandırılmışdır. Əraziyə Viktoriya Torpağı, Ross şelf buzlağı, Ross adası, Balleni adaları, Skott adası və Ruzvelt adası daxildir. Skott (Yeni Zelandiya) və Mak-Merdo (ABŞ) qütb stansiyaları fəaliyyət göstərir. Bu ərazidə yeganə daimi fəaliyyət göstərən stansiya Mak-Merdodur. Burada hava limanı fəaliyyət göstərir.
Stiven Ross
Stiven Alan Ross (ing. Stephen Alan Ross; 3 fevral 1944, Boston – 3 mart 2017) — amerikalı iqtisadçı, MIT Sloan İdarəetmə Məktəbinin Franco Modigliani şöbəsinin maliyyə iqtisadiyyatı professoru, Koks-Ross-Rubinşteyn modelinin və Koks-İnqersoll-Ross modelinin həmmüəllifi. Stiven Ross Rusiyadan gələn yəhudi mühacir ailəsindəndir: ata tərəfdən babası 1897-ci ildə Kurlanddan, nənəsi 1885-ci ildə, ana tərəfdən əcdadları 1905-ci ildə ABŞ-yə mühacirət edib. Atası Artur İsidore Ross (1905-1992) mühəndis, anası isə Yunanlı Bessie (1910-2002) evdar qadın idi. 1965-ci ildə Kaliforniya Texnologiya İnstitutunu fizika üzrə bakalavr dərəcəsi ilə fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ci ildə Harvard Universitetində fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1975-1977-ci illərdə Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbində iqtisadiyyat və maliyyə professoru olub. 1977-1979-cu illərdə Yel Universitetində təşkilat, idarəetmə və iqtisadiyyat professoru, 1979-1983-cü illərdə Edwin J.Beinecke kafedrasında iqtisadiyyat və maliyyə professoru, 1984-1985-ci illərdə kafedranın professoru olub. Adriana E. İsrail kafedrasında beynəlxalq ticarət və maliyyə, 1985-1998-ci illərdə Yale Universitetində İqtisadiyyat və Maliyyə Sterlinq Professoru. 1997-1998-ci illərdə o, MIT Sloan İdarəetmə Məktəbində Fisher Black tərəfindən qonaq olan Maliyyə Professoru, 1998-ci ildən isə MIT Sloan İdarəetmə Məktəbində Franko Modilliani Maliyyə İqtisadiyyatı professoru olub.
Bell & Ross
Bell & Ross — İsveçrəli dizaynerlərin, Bruno Belamişin rəhbərlik etdiyi fransız saat markası. == Tarixi == Bell & Ross 1992-ci ildə yaradılıb. Onun əsasını çoxdankı dostlar — dizayner Bruno Belamiş və iş adamı Karlos Rosillo qoyub. Təsisçilərin adlarının ilk hecaları yeni brendin adı üçün əsas olub. Onların yaratdığı saat modeli öz spesifikliyinə görə dərhal NATO və şirkətin gələcək taleyini təyin edən xüsusi xidmət orqanlarını maraqlandırdı. Brendin Əhəmiyyətinin artmasına səbəb olan hadisə 1997-ci ildə şirkətdə böyük bir pay alan və onun kütləvi bazara çıxmasına imkan verən Chanel ilə bağlanmış müqavilə idi. == Ədəbiyyat == « La montre présidentielle à l'heure de vérité », in Hallier, tout feu tout flamme, İjon-Piser Sullyet, 2023, p.83.
Counter-Strike
Counter-Strike (qısa. — CS; ingiliscədə tərcümədən "Əkszərbə") — GoldSource mühərrikində hazırlanmış, birinci üzdən şuter janrında olan komandalı kompüter oyunudur. Half-Life üçün mod kimi yaradılmışdır. Hal-hazırda bir neçə oyun seriyası mövcuddur — Counter-Strike 1.6 (mutipleyer), Counter Strike: Condition Zero (tək tapşırıqla multipleyer), Condition Zero: Deleted Scenes (sinqpleyer) və yeni mühərrik, Source-da hazırlanmış Counter-Strike: Source Oyun teroristler(Terrorists) və terrorla mübarizə qrupu (Counter-Terrorists) olmaq üzrə iki komanda/dəstə olaraq dövrələr halında oynanmaqdadır. Hər dövrə başında komanda/dəstələr əvvəlki dövrəki müvəffəqiyyətlərinə görə qazandıqları pul ilə özlərinə silah götürərlər. İqtisadiyyat sistemini bu şəkildə tətbiq edən ilk oyun olmuşdur. Qruplara xüsusi silahların da tapılmasına baxmayaraq ümumi istifadəyə açıq silahlar əksəriyyətdədir. Hər oyunçu 800 Dollar ilə başlar və hər dövr başına bu miqdar artar. Qazanan qrupun artım miqdarı daha çox olmaqla birlikdə, xüsusi bəzi vəziyyətlərdə adamın pulu da arta bilməkdədir (Məsələn rəqib oyunçunu öldürmək 300 Dollar qazandırar). Qarşı komanda/dəstənin bütün oyunçuları öldürüldüyündə və ya vəzifə tamamlandığı təqdirdə dövr nəticələnər və yeni oyun başlar.
Haute-contre