Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cross platform
Cross platform və ya çoxlu platforma proqramları birdən çox kompüter platforması üçün yazılan proqramlardır. Kompüter platforması dedikdə aparat və proqram təminatından (əməliyyat sistemindən) ibarət platforma başa düşülür. Çox vaxt isə cross platform dedikdə bir proqramın bir neçə əməliyyat sistemində işləməsi başa düşülür.
Light Table
Light Table Node.js istifadə edərək ClojureScript-də yazılmış yüngül inteqrasiya olunmuş inkişaf mühiti (daha doğrusu, bu sistem xrom ilə birləşdirilmiş node-webkit və 0.8 versiyasıdır).Kriş Qranger və Robert Attori tərəfindən dizyn edilib. == Haqqında == Proqram hazırda Clojure, ClojureScript, JavaScript və Python inkişafını, həmçinin HTML və CSS-i dəstəkləyir. Bütün bu dillər üçün REPL təmin edilmişdir, mühit ifadələri dərhal qiymətləndirməyə və real vaxt rejimində kodda edilən dəyişikliklərin nəticələrini görməyə imkan verir. Yeni proqramlaşdırma mühitinin fərqli cəhətləri interfeysin sadəliyi və cavabdehliyi ilə birləşməsidir. Beləliklə, hesablamaların nəticəsini dərhal göstərməkdən əlavə, sənəd üzərində başqa sənədi seçmək vəya dəyişdirmək olur. Əlavə proqramlaşdırma dilləri üçün isə dəstək plaginləri lazımdır.
Dark Light (albom)
Guiding light (1952)
Guiding light adlı teleserial 1937-ci ildə “NBC” radiosunda efirə çıxıb. 1952-ci ildə isə teleserialın televiziya versiyası yaradılıb. Nümayiş olunduğu dövrdə teleserial 357 dəfə müxtəlif mükafatlara namizəd göstərilib, 94 dəfə mükafat alıb. Bu sırada nüfuzlu “Daytime Emmy Awards” mükafatı da var. Bu serial ən uzunömürlü teleserial kimi Ginnesin rekordlar kitabına da düşüb. Serialda Kevin Beykon, Kalista Flokxart və Ceyms Erl Cons kimi aktyorlar çəkilib. Serialın ssenari müəllifi keçmiş müəllimə İrna Vilipsdir. Son illər teleserialın auditoriyasının azalması meyli müşahidə olunub. 2009-cu ilin aprelində reytinqin azalması səbəbindən teleserialın son bölümünün 18 sentyabrda nümayiş olunacağı bildirilib.
HAL Light Combat Helicopter
HAL Light Combat Helikopter, HAL tərəfindən istehsal olunan Hindistanın çoxməqsədli hücum helikopteridir. İlk uçuşunu 29 Mart 2010-cu ildə etmiş və 2017-ci ildən tam istehsalına başlanılmışdır. Əsas istifadəçisi Hindistan Quru Qoşunları və Hindistan Hərbi Hava Qüvvələridir. 2010-cu ildən hal-hazırkı dövrə qədər 4 ədəd istehsal olunmuşdur. Vahidinin qiyməti 20.2 milyon US$ təşkil edir. HAL Dhruv helikopterinin bazasında inkişaf etdirilmişdir.
Oriental Light and Magic
OLM, Inc. (yaponca: 株式会社オー・エル・エム, Hepbörn: Kabushiki-gaisha Ō Eru Emu), əvvəlki adı ilə Oriental Light and Magic — mərkəzi Tokionun Setaqaya rayonunda yerləşən Yaponiya anime studiyası. 1995-ci ilin iyununda təsis edilmişdir. "OLM" çoxsəviyyəli təşkilata malikdir. "OLM"-in özündə 216 işçi var və dörd şöbədən ibarətdir. Onlar istehsal, istiqamət, animasiya və 2D (rəqəmsal rəsm və fotoqrafiya ilə məşğul olan) şöbələridir. "OLM Digital"da 180 işçi fəaliyyət göstərir, 3D və Tədqiqat və İnkişaf olmaqla 2 şöbəsi var. olm.co.jp — Inc. OLM rəsmi saytı OLM, Inc.
Light Me Up (Gromee mahnısı)
Light Me Up (azərb. Məni aydınlat‎) — Polşanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Gromee və Lukas Meyer "Light Me Up" mahnısı ilə Polşanın Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnının musiqisi Gromee və Lukas Meyerə və sözləri isə Mahan Moin və Kristian Rabba aiddir.
Ray of Light (Madonna albom)
Ray of Light Madonnanın yeddinci studiya albomu. 3 mart 1998 ildə Maverick Records tərəfindən nəşr olundu.
Wight
Robert Vayt (ing. Robert Wight, 6 iyul 1796 – 26 may 1872, Ridinq) — Şotlandiya botaniki, həkim, cərrah. Icones plantarum Indiæ orientalis (seis volumes, 1840-1856). Illustrations of Indian Botany (dois volumes, 1841-1850). Spicilegium Nilghiriense (dois volumes, 1846-1851). Wightia Wall. Wightia Spreng. ex DC. Acrostichum wightianum Wall. Acrotrema wightianum Wight & Arn. Aerva wightii Hook.f.
Fright Night
Fright Night - Moskvada yaradılan, rusiya rok qrupu.
City Lights
City Lights (azərb. Şəhər işıqları‎) — Belçikanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Blanş "City Lights" mahnısı ilə Belçikanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Mahnının musiqisi və sözləri Belçikalı bəstəkar Pyerr Dumulinə aiddir.
Fight Club
Döyüş Klubu (ing. Fight Club) — Çak Palanikin romanının motivləri əsasında Devid Finçerin çəkdiyi triller. Film 1999-cu ildə ABŞ-də çəkilib. "IMDb versiyasına görə ən yaxşı 250 film" reytinqinə əsasən "Döyüş klubu" siyahıda dünyanın ən yaxşı filmləri sırasında 10-cu yeri tutur. Film həmçinin "Ölməzdən əvvəl baxılmalı 50 film" siyahısına daxildir. İlk əvvəl filmi çəkən şirkətə Finçerin əsəri xoş gəlmir və marketinq kampaniyası üçün ayrılmış büdcə, mümkün itkilər studiyaya güclü zərbə endirməsin deyə kəsilir. "Döyüş Klubu" studiyanın ümidlərini doğrultmur və tənqidçilər tərəfindən polyar rəylər qazanır. Buna baxmayaraq film 1999-cu ilin ən mübahisəli və ən çox müzakirə edilən filminə çevrilir. Bir çoxları filmin ABŞ siyasi həyatında baş verən dəyişikliklər dövründə meydana çıxdığını və güclü novator stilinə malik olduğunu qeyd edirlər. İlk əvvəl gəlir gözləniləndən çox aşağı olmasına baxmayaraq, Döyüş Klubu sonrakı illərdə buraxılan DVD relizlər hesabına ən uğurlu kommersiya filmlərindən birinə çevrilir.
Final Fight
Final Fight (yap. ファイナルファイト, azərb. Final döyüşü‎) - Capcom oyun şirkəti tərəfindən 1989-cu ildə yaradılan, döyüş oyunudur. Oyun "Beat 'em up" (ing. Hamıdan döy) janrındadır. İlk dəfə "Final Fight" oyunu "Street Fighter" oyununun davamı kimi buraxılacaq və adı "Street Fighter '89" olmalı idi. Lakin oyunun janrı və mövzusu fərqli olduğundan, oyuna "Final Fight" adı verildi. == Hekayə == Baş qəhrəman Haqqar "Metro Citi"nin bələdiyyə başçısı olan köhnə bir güləşçidir. Haqqarı öz mənfəətləri istiqamətində istifadə etmək istəyən qanqster Belqer və adamları, qızı Cessikanı qaçırırlar. Haqqar qanqsterlərin istəklərini qəbul etmir və Cessikanın dostu Kodi və Cessikanın qardaşı Geyin köməyiylə qurtarma əməliyyatına girişirlər.
Anri Kross
Anri Edmon Kross (fr. Henri Edmond Cross, 20 may 1856[…], Due[d] – 16 may 1910[…] 5 may 1856 - 16 may 1910, Le lavandou, Var (departament)) — Fransız rəssamı, neoimpressionizmin ən böyük nümayəndələrindən biridir. Əsl adı Anri Edmon Delakrua (fr. Henri Edmond Delacroix). 1881-ci ildə rəssam Ejen Delakrua kölgəsində qalmamaq üçün soyadını fransız dilindən ingilis dilinə köçürdü. Daha sonra, 1886-cı ildə, Fransız heykəltaraş Anri Krossdan ayrılmaq üçün adını yenidən "Anri Edmon Kross" olaraq dəyişdirdi. == Həyat və yaradıcılığı == Hüquq dərəcəsi almış, daha sonra F.Bonvenin məktəbində rəssamlıq üzrə təhsil almışdı. Kross yaradıcılığının ilk illərində rəsmlərini "ağır" rənglə boyayırdı və yalnız Klod Mone və Jorj-Pyer Söra təsiri altına düşdükdən sonra açıq, parlaq rənglərlə boyamağa başladı. 1884-cü ildə Kross müstəqillik salonunu qurduqdan sonra Pol Sinyak və Jorj-Pyer Söra ilə birlikdə nöqtəçi rəssamlıq üslubunu (ayrıca fırçalama üsulu) mənimsəyir, bununla birlikdə böyük, geniş fırça vuruşları ilə marinist əsərlərini, çılpaqlığı və portretlərini yaradır. 1890-cı illərdə Pol Sinyak ilə birlikdə çalışmış, Neoimpressionizmlər qrupunun bir üzvi idi.
Kross-listinq
Kross (1989)
== Məzmun == "İdman sağlamlıq və gözəllikdir!" şüarına yəqin ki, heç kim şübhə etmir. "Ən zərif məxluq" dediyimiz qızların idmanın müasir beşnövçülük, futbol, güləş, hətta ağırlıq qaldırma kimi növlərlə məşğul olduqlarını və yarışdan sonra bu "gözəl məxluq"un düşdüyü gərgin və ağır vəziyyəti görəndə istər-istəməz düşünməli olursan: — Bu, qızlara lazımdırmı?" Film qızlarımızı və ümumiyyətlə tamaşaçıları bu haqda düşünməyə çağırır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Teymur Bəkirzadə Ssenari müəllifi: Aqşin Kazımzadə Operator: Şərif Şərifov, Yuri Varnovski, Elxan Əliyev Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Kross River
Kross River ştatı (ing. Cross River State) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat. Niger deltasının hissəsidir. Şimaldan Benue, qərbdən Ebonyi və Abia ştatları, şərqdən isə Kamerun Respublikası həmsərhəddir. Cənubda Akva İbom ştatı ilə həmsərhəddir və Atlantik Okeanı tərəfindən yuyunur. == Adı == Ştatın adı onun ərazisində axan Kross çayıdan gəlir.
Marsiya Kross
Marsiya Enn Kross (ing. Marcia Anne Cross; 25 mart 1962, Malboro[d], Massaçusets) — Aktrisa. == Həyatı == Marsiya Kross 25 mart 1962-ci ildə Malboroda (Massaçusets ştatı, ABŞ) Mark və Canet Kross ailəsində anadan olub. == Sənəti == Aktrisa "Melrose Place" (1992–1997) serialında doktor Kimberli rolu ilə tanınıb. Bundan əlavə Desperate Housewives (2004–12) serialında da Bri Van de Kamp rolunda böyük şöhrət qazanıb. Kross öz debütünü 1984-cü ildə The Edge of Night serialında edib. Daha sonra Nyu-Yorkdan Los-Ancelesə köçüb və orada kiçik rollarda televiziya filmlərində çəkilməyə başlayıb. 1986–1987-ci illərdə One Life to Live serialında çəkilib. Kross məşhurluğunu Aaron Spellinqin "Melrose Place" serialında əldə edir. Əvvəlcə serialın prodüserləri aktrisanı yalnız bir epizodda iştirak etmək üçün dəvət etdilər, lakin daha sonra Krossun əsas heyətə daxil edilməsinə qərar verdilər.
Mişa Kross
Mişa Kross (ing. Misha Cross; 27 noyabr 1989, Varşava) — Polşa pornoaktrisası.
Qross-Valsertal
Qross-Valsertal vadisi (alm. Großes Walsertal, Großwalsertal‎) — Avstriyanın Forarlberq federal torpaqlarında yerləşən vadi. Vadinin adı Großes Walsertal (az. Böyük Valser vadisi) İsveçrənin Vale kantanu, Rona vadisindən gələn mühacirlərin adı ilə bağlıdır. Vadi artıq XIV əsrdən bu cür adlanır (alm.Walser). Valserlər Forarlberzne dairəsinə daxil olan torpaqların dörddə birində məskunlaşmışlar: onlar təkcə Qross-Valsertal vadisində deyil həm də Laterinsertal — Reyn vadisinin şərqi, Damyols, Brandnertal, Zilbertal vadisi və Klyan-Valsertal vadisində (az. kiçik Valser vadisi) də yayılmışlar. Qross-Valsertal vadisi Şimali Əhəngdaşı Alpına daxildir. Qross-Valsertal vadisinin ən hündür dağları: Rote-Vand, Vraçenkopf, Misthaufen, Siterplapfen və Qamsfrayfayt. Vadi V-şəkillidir.
Lian Ross
Lian Ross (almanca: Josephine Hiebel, 8 dekabr 1962, Hamburq) — Alman İtalo Disko stilində ifa edən müğənnidir. Daha çox 1980-ci illərdə populyarlıq qazanmışdır. Ən məşhur mahnıları "Fantasy" və "Say You'll Never" mahnılarıdır. 2005-ci ildə "Ən yaxşı və daha çoxu" adlı hit sinqllarının və seçim mahnılarının bir tərtibatı çıxmışdır.
Mont-Ross
|Şəkil = Kerguelen MontRoss.JPG |Şəklin izahı = |lat_dir = S|lat_deg = 49|lat_min = 36|lat_sec = |lon_dir = E|lon_deg = 69|lon_min =30 |lon_sec = |CoordScale = |Ölkə = Fransa |Vilayət = |Ada = |Dağ sistemi = |Dağ silsiləsi = |Vulkan forması = |Növü = Startovulkan |Püskürmə tipi = |Kraterin diametri = |Kraterin dərinliyi = |Əmələgəlmə dövrü = |Yaşı = |İlk püskürmə = |Son püskürmə = |Tərkibi = |Mütləq hündürlüyü = 1840 |Yer xəritəsi = Fransa Kergelen |Yer xəritəsi 1 = }} Ross vulkanı (fr. Mont Ross) — Kergelen adasında yerləşən vulkan. Vulkanın hündürlüyü 1840 metrdir. Vulkan adanın cənubunda, Qaleni yarımadasında yerləşir. Mont-Ross iki zirvəyə sahibdir - Qran-Ross və Peti-Ross (1721 m). Vulkan Kuk buzlağı ilə örtülmüşdür. O, 1840-cı ildə Kergelen adasını ziyarət etmiş Ceyms Klark Rossun şərəfinə adlandırılmışdır. Zirvə ilkdəfə 1975-ci ildə fəth edilmişdir. Vulkanın hər iki zirvəsinə isə eyni anda 2006-cı ilin dekabrında çıxılır.
Ross 154
Ross 154 (lat. Ross 154) — Oxatan bürcündə yerləşən tək ulduz. Günəşdən 9.69 işıq ili məsafədə yerləşir, yəni bizə ən yaxın olan ulduzlardan biridir. Ross 154, M3.5 V spektral təsnifatının sönük və nisbətən soyuq ulduzudur (qırmızı cırtdan). Əsas ardıcıllıq adlı ulduz zolağına aiddir. Onun parlaqlığı 0,0038 günəş parlaqlığına bərabərdir, kütləsi günəş kütləsinin 17%-ini təşkil edir, diametri günəşin diametrinin 24%-ı edir, səth istiliyi 3105 K bərabərdir. Ulduzun yaşı bir milyard ildən az qiymətləndirilir. Ross 154, UV balina tipli alışan ulduzdur. Chandra kosmik teleskopundan edilən müşahidələr göstərdi ki, Ross 154-ün rentgen diapazonundakı şüa intensivliyi günəşə bərabər və ya daha da çoxdur. Dəyişən ulduzların kataloğunda əlavə olaraq V1216 Oxatan kimi də göstərilir.
Ross Uilson
Ross Vilson (22 avqust 1955, Minneapolis, Minnesota) — ABŞ-nin Azərbaycandakı keçmiş səfiri (2000–2003), hazırda ABŞ-nin Türkiyədəki səfiridir. Ross Vilson 1955-ci ildə Minneapolis ştatında doğulub. 1977-ci ildə Minnesota Universitetinin bakalavr pilləsini bitirib. 1979-cu ildə Kolumbiya Universitetində magistr dərəcəsi alıb. 1995-ci ildə ABŞ Müharibə Kollecini bitirib. Diplomatik karyerasının əvvəlində ABŞ Dövlət Departamentində Sovet İttifaqı və Misir məsələləri üzrə müşavir vəzifəsində çalışıb. 1980–1982-ci və 1987–1990-cı illərdə ABŞ-nin SSRİ-dəki, 1985–1987-ci illərdə Çexiyadakı səfirliyində işləyib. 1990–1992-ci illərdə ABŞ dövlət katibi müavininin iqtisadi məsələlər üzrə xüsusi köməkçisi, 1992–1994-cü illərdə Dövlət Departamentində icraçı katibin müavini vəzifələrində çalışıb. 1995–1997-ci illərdə ABŞ-nin Avstraliyanın Melburn şəhərində baş konsulu olub. 1997–2000-ci illərdə dövlət katibinin MDB üzrə xüsusi müşaviri vəzifəsini daşıyıb.
Ross Vilson
Ross Vilson (22 avqust 1955, Minneapolis, Minnesota) — ABŞ-nin Azərbaycandakı keçmiş səfiri (2000–2003), hazırda ABŞ-nin Türkiyədəki səfiridir. Ross Vilson 1955-ci ildə Minneapolis ştatında doğulub. 1977-ci ildə Minnesota Universitetinin bakalavr pilləsini bitirib. 1979-cu ildə Kolumbiya Universitetində magistr dərəcəsi alıb. 1995-ci ildə ABŞ Müharibə Kollecini bitirib. Diplomatik karyerasının əvvəlində ABŞ Dövlət Departamentində Sovet İttifaqı və Misir məsələləri üzrə müşavir vəzifəsində çalışıb. 1980–1982-ci və 1987–1990-cı illərdə ABŞ-nin SSRİ-dəki, 1985–1987-ci illərdə Çexiyadakı səfirliyində işləyib. 1990–1992-ci illərdə ABŞ dövlət katibi müavininin iqtisadi məsələlər üzrə xüsusi köməkçisi, 1992–1994-cü illərdə Dövlət Departamentində icraçı katibin müavini vəzifələrində çalışıb. 1995–1997-ci illərdə ABŞ-nin Avstraliyanın Melburn şəhərində baş konsulu olub. 1997–2000-ci illərdə dövlət katibinin MDB üzrə xüsusi müşaviri vəzifəsini daşıyıb.
Ross adası
Ross adası — Ross dənizi sularında yerləşən, cənub qütbünə ən yaxın adalardan birdir. Ada Viktoriya Torpağına yaxın yerləşir 77°40′ c. e. 168°00′ ş. u.. Adanın sahəsi 2460 km² təşkil edir. Ada bütünlüklə qar və buzla örtülüdür. Ən hündür nöqtələri Erebus (3794 m) və Terror (3230 m) dağlarıdır. Ümumilikdə Erebus ən cənubda yerləşən aktiv vulkandır. Məşhur Antraktika araşdırmaçısı Ceys Ross 1841-ci ildə Erebus vulkanını və Terror dağını kəşf edir.
Ross dənizi
Ross dənizi - Cənub okeanının akvatoriyasında, Antarktidanın qərbində, Viktoriya Torpağı və Meri Berd adlı ərazilər sahilində, Ader və Kolbek burunlara arasında yerləşir. 0-cı meredian, birinci saat qurşağı onun ərazisindən keçir. Sahəsi 439,000 km², ən dərin yeri 2972 m təşkil edir. Sahilləri sıldırımdır. Dənizin sahilində Ross buzlağı vardır ki, həmin buzlaqla onun sahəsi 960,000 km² təşkil edir. Dənizin acıq hissəsində il boyu hərəkət edən buzlarla örtülü olur. Burada çoxlu Aysberqlər vardır ki , onların uzunluğu 10 bəzən 100 kilometrlərlə uzanır. Yayda dənizdə buzlar arasında boğazlar əmələ gəlir. Bunun sayəsində gəmilər sərbəst üzməsi mümkün olur. Suyun səthində temperatur -1 °C, yayda isə bəzən 2 °C qədər yüksəlir.
Danshi Koukousei de Urekko Light Novel Sakka wo Shiteiru keredo, Toshishita no Classmate de Seiyuu no Onnanoko ni Kubi wo Shimerareteiru.
Danshi Koukousei de Urekko Light Novel Sakka wo Shiteiru keredo, Toshishita no Classmate de Seiyuu no Onnanoko ni Kubi wo Shimerareteiru. (男子高校生で売れっ子ライトノベル作家をしているけれど、年下のクラスメイトで声優の女の子に首を絞められている。, azərb. Mən liseydə oxuyan oğlanam və uğurlu ranobe müəllifiyəm, lakin seyyu və məndən yaşca kiçik olan bir qız sinif yoldaşım məni boğmağa çalışır.‎) — Kohaku Kuroboşinin rəssamlığı ilə Keyiçi Siqsava tərəfindən yazılan ranobe seriyası. ASCII Media Works nəşriyyatı tərəfindən 3 cildi buraxılmışdır. == Media == === Ranobe === Əsər Kohaku Kuroboşinin rəssamlığı ilə Keyiçi Siqsava tərəfindən yazılan ranobe seriyasıdır. Ranobe seriyasının ilk cildi 10 yanvar 2014-cü ildə ASCII Media Works nəşriyyatı tərəfindən buraxılmışdır. 10 iyun 2014-cü ilə kimi 3 cildi çapdan çıxmışdır.
Lilit
Lilit (ivr. ‏לילית‏‎; lilit, və ya lilith) — yəhudi mifologiyasında xarakter, ilk dəfə Babil Talmudda aşkar olunmuşdur. Mesopotamiya mətnlərində Lilit əksər hallarda şeytan qadın sinfi (Līlīṯu) ilə əlaqəli göstərilir. Yəhudilər Liliti şər qüvvə hesab edirlər. Yəhudi folkloruna görə üç mələk Liliti məcbur etdilər ki, üstündə o üç mələyin (Sanvi, Sansanvi və Semanqelaf) adları yazılmış gözmuncuğu taxmış ana və uşaqlara zərər verməyəcəyinə dair and içsin. Ben Sira əlifbası Lilitin Adəmin birinci həyat yoldaşı olduğunu bildirən ilk kitabdır. Bu ideya Yaradılış kitabında olan ikiqat ayələrin şərhinə dayanır. Tövratın ilk hissəsi olan Yaradılışın birinci Babında Adəm ilə birlikdə bir dişi yaradıldığından bəhs edilir, ikinci hissədə isə Adəmin qabırğa sümüyündən bir dişi yaradıldığı yazılmışdır. İnanca görə Lilit Adəm ilə eyni zamanda və eyni anda yaradıldığına görə Adəm ilə bərabər olduğu fikrində idi, bu səbəbdən də Adəmə tabe olmağı şiddətlə rədd etmişdi, tanrıya qarşı çıxmış və cənnətdən uzaqlaşdırılmışdı. Bundan sonra tanrı Adəmin qabırğa sümüyündən Həvvanı yaradır.
Ligia
Timeleya (lat. Thymelaea) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinə aid bitki cinsi.
Ross suitisi
Ross suitisi (lat. Ommatophoca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
Ross ərazisi
Ross ərazisi (ing. Ross Dependency) — Antarktidada yerləşən Yeni Zelandiyaya mənsub olan ərazi. Departament 60 °C.e., 160° ş.u. və 150° q.u. arasında yerləşir. Ərazi öz adını britaniyalı dənizçi, Ross dənizini açılışını edən Ceyms Rossun şərəfinə adlandırılmışdır. Əraziyə Viktoriya Torpağı, Ross şelf buzlağı, Ross adası, Balleni adaları, Skott adası və Ruzvelt adası daxildir. Skott (Yeni Zelandiya) və Mak-Merdo (ABŞ) qütb stansiyaları fəaliyyət göstərir. Bu ərazidə yeganə daimi fəaliyyət göstərən stansiya Mak-Merdodur. Burada hava limanı fəaliyyət göstərir.