Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çulundur mahalı
Çavundur mаhаlı — XIV əsr-1840 inzibati nahiyə. Qarabağ xanlığının bölgələrindən biri. İndiki Zəngilan rayonu ərazisi. Oğuzların 24 boyundan olan Çuvaldar boyu/Çavundur boyu adı ilə bağlıdır. Çavundur (çay) bu ərzidə yerləşir. Həmin sözün qədim şəkili ilə (yəni Çavuldur) dur. Sahəsi - Əhalisi - Türk Yaranması — XIII əsr Mərkəzi— Məlikli (Zəngilan) kəndi Sərhədləri — Çavundur nahiyəsi 1593 ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi 1. Sinalı erm. kəndi (12 ailə) 2. Kərin erm.
Çulundur nahiyəsi
Çavundur mаhаlı — XIV əsr-1840 inzibati nahiyə. Qarabağ xanlığının bölgələrindən biri. İndiki Zəngilan rayonu ərazisi. Oğuzların 24 boyundan olan Çuvaldar boyu/Çavundur boyu adı ilə bağlıdır. Çavundur (çay) bu ərzidə yerləşir. Həmin sözün qədim şəkili ilə (yəni Çavuldur) dur. Sahəsi - Əhalisi - Türk Yaranması — XIII əsr Mərkəzi— Məlikli (Zəngilan) kəndi Sərhədləri — Çavundur nahiyəsi 1593 ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi 1. Sinalı erm. kəndi (12 ailə) 2. Kərin erm.
Hulunbuir
Hulunbuir (Çincə: 呼伦贝尔市; Monqolca: ) — Çinin Daxili Monqolustan Muxtar Rayonunda yerləşən vilayət səviyyəli şəhəridir. Ərazisi 263,953 km² olan şəhərin əhalisi 2010-cu ilə görə 2,549,278 milyondur. Hulunbuir, ərazi baxımından dünyanın ən böyük şəhəridir.
Çuğundur
Çuğundur (lat. Beta) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. Çuğundur bir və ikiillik ot bitkisi olub, yoğun, şaxəli müxtəlif rəngli ağ rəngdən başlayaraq tünd-qırmızı rəngə qədər, acza şırımlı köklərə malikdir. Yarpaqları şirəli, uzun saplaqlı, kənarı bütöv, yumurtavarıdır. Hamışıq çiçəkləri ləçəklidir, kasacığı solğun-yaşıl rəngdədir. Meyvəsi kürəvarı olub, üstən yastıdır, sərtdir, toxumları qara-qonur rəngdədir. Azərbaycanın demək olar ki, bütün rayonlarında çuğundurun müxtəlif sortları yeməli və yem sortları geniş becərilir. Bundan başqa, yerli əhalinin həyatyanı sahələrində də şəkər çuğunduru yetişdirilir. Çuğundur çox qiymətli təsərrüfat bitkilərindən biridir. Onun köklərində bir sıra faydalı maddələr var.
Adi çuğundur
Adi çuğundur (lat. Beta vulgaris ) - çuğundur cinsinə aid bitki növü.
Çuğundur bağacığı
Çuğundur bağacığı-(lat. Polymerus cognatus) buğumayaqlılar tipinin yarımsərtqanadlılar dəstəsinin ot bağacıqları fəsiləsinə aid olan növ Çuğundur bağacığı çox da iri olmayan həşəratdır. Alabəzək rənglidir. Yetkin fərdlərin uzunluğu 3–5 mm-dir. Rəngləri tutqun sarımtıldır. Qanadüstlüyünün nəhayəti qırmızı qəhvəyidir. Yumurtası ovalvarı olmaqla, təzə qoyulan zaman parlaq sarımtıl, sonralar isə narıncı-sarımtıl olur. Sürfəsinin gözləri qırmızı olub, özü yaşıl rəngdədir və qarıncığın kürəyə yaxın hissəsində qara rəngli ləkə vardır. Uzunluğu 3,3 mm-dir. Çuğundur bağacığı müxtəlif bitkilərlə qidalanır.
Çuğundur nematodu
Çuğundur nematodu (lat. Heterodera schachtii) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. Çuğundur nematodları çox kiçikdirlər, dişilər 0,8 -1,3 mm ölçüdə olurlar, erkək fərd isə ondan bir qədər kiçikdir.. Parazit həyat tərzi keçirirlər. Bitki köklərinin digər paraziti çuğundur nematodudur. O çuğundurun müxtəlif növlərində məskən salır və xüsusilə şəkər çuğunduruna çox ziyan vurur. Bu nematod fır nematodu kimi dişilərin hərəkətsizliyi ilə əlaqədar olan kəskin cinsi dimrofizm ilə xarakterizə olunur. Heteroderanın sürfələri torpaqda yaşayır və çuğundurun nazik kökcüklərinə daxil olur. Orada dişi sürfələr qabığını dəyişir, qısalır və dəyirmiləşir. Beləliklə limonşəkilli forma alır.
Çuğundur salatı
Çuğundur salatı — məşhur salat tərəvəzidir. Veneqret, şuba və digər bu kimi klassik salatların əsas inqredienti çuğundurdur. Bildiyimiz kimi bu tərəvəz salatlarda artıq bişirilmiş halda istifadə edilir. Çuğundur gec bişir və bəzi sirləri bilməklə onun bişmə vaxtını 2-3 saatdan 10-45 dəqiqəyə qədər azaltmaq mümkün olar. Çuğundur qara ciyər xəstəliklərində məsləhət görülür. Onun tərkibində olan maddələr damargenişləndirici və sakitləşdirici təsirə malikdir.Çuğundur qan yaradır və tərkibində dəmir və mis var. Qan azlığı və qan damarları xəstəlikləri üçün ən yaxşı tərəvəz sayılır. Çuğundurun tərkibi azotlu maddələr və zülalla zəngindir. Onun tərkibində olan qamma amin yağlı turşular beyindəki maddələr mübadiləsinə kömək edir. Çuğundurun tərkibi əvəzedilməz turşularla zəngindir.
Çuğundur taxtabitisi
Çuğundur taxtabitisi (lat. Poeciloscytus cognatus Fieb.- ) - Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. Bədəninin üst və alt tərəfində asan tökülən gümüşü ağ tüklərin olması ilə fərqlənir. Rəngi qaramtıl-sarıdır. Erkəklərin bədəni altdan bütünlüklə qara, dişilərinki isə yaşıldır. Qanadüstü hissə sarımtıl boz olub, qara haşiyəlidir. Qanadları şüşə kimi şəffafdır. Bədəninin uzunluğu 3,5–5 mm-dir. Əsasən yumurta bəzən isə yetkin mərhələdə qışlayır. Payızda yumurtalarını yonca və qızıltərə bitkisinin gövdə toxumasına və yarpaq damarlarına, yazda isə çuğundur və digər bitkilərin üzərinə qoyur.
Çuğundur şirəsi
Çuğundur şirəsi — qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, əsasən müalicə məqsədilə, eləcə də isti günlərdə susuzluğu yatırmaq üçün içilir. Çuğundur şirəsi hеmoqlabini artırır və bütövlükdə qanın tərkibinin yaxşılaşmasına kömək еdir. O, xüsusən qadınlar üçün faydalıdır. Qadınlar gündə ən azı hər birindən yarım litr olmaqla kök və çuğundur şirəsi qarışığı içməlidir. İlk vaxtlar yalnız çuğundur şirəsi içmək məsləhət dеyil. Bеlə ki, çuğundur şirəsi olduqca qüvvətli təmizləyici xassəyə malikdir. Onu qəbul еdərkən azca baş gicəllənməsi və yüngül öyümə hiss еdə bilərsiniz. O, digər şirələrlə birgə (daha çox kök şirəsi ilə) istifadə olunduqda xoşagəlməz təsirlərdən qaçmaq olar. Çuğundur şirəsinin gündəlik istifadəsi gündə iki dəfə 1-1,5 stəkan olmalıdır. Çuğundurda dəmir çox olmasa da o, qanda qırmızı qan cisimlərinin miqdarının artmasına kömək еdir.
Cənub çuğundur birəciyi
Cənub çuğundur birəciyi (lat. Chaetocnema breviuscula) — Tünd metal rənglidir. Uzunluğu 1,5–2 mm-dir. == Quruluşu == Tünd metal rənglidir. Uzunluğu 1,5–2 mm-dir. == Yayılması == Kələm aqrosenozlarında geniş yayılmışdır. Azərbaycanın Şəki-Zaqatala, Quba-Xaçmaz, Abşeron, Dağlıq Qarabağ, Lənkəran-Astara zonalarında yayılmışdır. == Zərər vurması == Çuğundur əkilən təsərrüfatlar üçün qorxulu zərərvericidir. Onları əsasən kələm, turp, şəkər çuğunduru bitkilərinin üzərində görmək olar. Birəciklər aprelin əvvəllərində alaq otlarının, sonra isə mədəni bitkilərin üzərində görünür.
Çuğundur adi uzunburunu