Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dövlət torpaq kadastrı
Dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyət uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. == Ümumi məlumat == Respublikamızda mülkiyyət növündən, kateqoriyasından, məqsədli təyinatından və hüquqi rejimindən asılı olmayaraq ölkə hüdudları daxilində yerləşmiş bütün torpaqlar dövlət kadastrının obyekti hesab edilir. Dövlət torpaq kadastrı Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikasının Qanunu"nda deyilir: Torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyət uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. == Dövlət torpaq kadastrı prinsipləri == Dövlət torpaq kadastrı aparılarkən torpaq ehtiyatlarının elmi əsaslarla hüquqi, təbii və təsərrüfat baxımından öyrənilməsi bir sıra prinsiplərin gözlənilməsini tələb edir. Bu prinsiplər aşağıdakılardan ibarətdir: Torpaq kadastrının vahidliyi prinsipi — dövlət torpaq kadastr tədbirlərinin bütün ölkə ərazisini əhatə etməklə vahid sistem əsasında aparılmasıdır. Bu prinsip vahid torpaq fondunun vəziyyətini və paylanmasını düzgün analiz etməyə və müxtəlif ərazi vahidləri daxilində torpaq ehtiyatlarından səmərəli istifadənin yollarını planlaşdırmağa imkan verir. Lakin dövlət torpaq kadastrının vahidliyi bütün torpaq kateqoriyaları və torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün torpaq kadastr məlumatlarının eyni cür detallaşdırılması demək deyildir. Torpaq kadastr məlumatlarının detallaşma dərəcəsi və dolğunluğu, yuxarıda qeyd edildiyi kimi, torpağın istehsalat və digər fəaliyyət sahələrində əhəmiyyəti və həmçinin dövlət, bələdiyyə və xüsusi mülkiyyətçilərin ona olan tələbi ilə ölçülür. Ona görə də torpaq kadastrında kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məskənləri və meşə fondu torpaqları haqqında daha dolğun və dəqiq məlumatların toplanmasına üstünlük verilir.
Torpaq Kadastrı
Torpaq kadastrı — torpaq istifadəçiliyinin (torpaq üzərində hüquqların) dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyət uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı dövlət torpaq kadastrının hüquqi tərəfidir.O, Azərbaycan Respublikasının sərhədləri daxilində mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq üzərində hüquqlarının qorunması prinsipini təmin edir. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilən hüquqi akt olub, torpaq mülkiyytəçilərinə, istifadəçilərinə və icarəçilərinə torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsində yardım edir. Bu tədbir torpaq münasibətlərinin iştirakçılarının – dövlət orqanlarının, bələdiyyələrin, Azərbaycan respublikası vətəndaşlarının və hüquqi şəxslərin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin, beynəlxalq birliklərin və təşkilatların Azərbaycanın vahid torpaq fondundan istifadəsinin qanuniliyinin gözlənilməsinə xidmət edir. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını müxtəlif qanun pozuntularıdan qorumaqla yanaşı, onlar tərəfindən törədilə biləcək istənilən qanuna zidd hərəkətin qarşısını alır. Bu tədbir torpaq sahələrindən onların hüququ rejiminə və təyinatına uyğun olaraq istifadəsinə dövlətin nəzarəti hesab edilir. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının uçot-qeydiyyat vahidi kimi torpaq sahəsi götürülür. Torpaq sahəsinin uçot-qeydiyyat vahidi kimi götürülməsi onun torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün həm torpaqdan istifadə hüququnun obyekti, həm də təsərrüfat və digər fəaliyyət növünün obyekti kimi çıxış etməsi ilə əlaqədardır. Torpaq sahələri üzərində hüquqlar o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçirilməlidir. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınması məcburi hesab edilir.
Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi (bundan sonra – Mərkəz) Azərbaycan Respublikası Prezidentinin 576 saylı fərmanı ilə 06.09.2001-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyinə verilmişdir. Mərkəz 12.07.1999-cu il tarixdə D-304 say altında Ədliyyə Nazirliyi HŞDQ üzrə Bakı bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Dövlət Torpaq Kadastrı, Monitorinqi və İnformasiya Mərkəzinin nizamnaməsinin yeni redaksiyasıdır və onu əvəz edir. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmr, göstəriş, sərəncamlarını və bu Nizamnaməni əldə rəhbər tutur. Mərkəz Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olmaqla onun vahid sistemini təşkil edir və ona hesabat verir. Mərkəz hüquqi şəxsdir, müstəqil balansa, xərclər smetasına, bank idarələrində hesablaşma hesablarına, özünə məxsus olan əmlaka, Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri və Mərkəzin adı həkk olunmuş dairəvi möhürə, müvafiq ştamplara və blanklara malikdir. Mərkəzin aparatı və regional torpaq qeydiyyatı mərkəzləri onun vahid strukturunu təşkil edir. Mərkəzin ünvanı: Bakı şəhəri Ş.Mehdiyev küçəsi 93a.
Meşə kadastrı
Meşə kadastrı — Meşənin səmərəli istifadəsi, qorunması, mühafizəsi və meşə təsərrüfatının inkişafının planlaşdırılmasını təşkil etmək məqsədilə meşələrin dövlət uçotu və dövlət Meşə kadstrı aparılır. Dövlət Meşə kadastrı meşə quruluşu materialları əsasında yerinə yetirilir. Meşə təsərrüfatından səmərəli və effektli istifadə etmək məqsədilə dövlət Meşə kadastrına meşələrin kəmiyyət və keyfiyyət vəziyyəti haqqında məlumatlar, meşələrin qoruyucu kateqoriyalara bölünməsi və s. daxil edilir. Dövlət Meşə kadastrının sənədləşdirilməsi dövlət meşələrində, qoruq meşələrində və ayrı-ayrı müəssisə və təşkilatlara aid meşələrdə aparılmalıdır. Hazırda bəzi SNQ dövlətlərində Meşə kadastrı aparılır. Respublikamızda vaxtilə bu işə başlanmış, lakin sonra davam etdirilməmişdir. Onun aparılması respublikamızın meşə təsərüfatları üçün vacib məsələ hesab edilməlidir.
Torpaq
Torpaq — yer qabığının bitki bitən üst münbit qatı. Torpağa ilk elmi tərif V. V. Dokuçayev tərəfindən verilmişdir: "Dağ süxurlarının (fərqi yoxdur hansı) su, hava və müxtəlif növ canlı və cansız orqanizmlərin birgə fəaliyyəti nəticəsində təbii yolla dəyişdirilmiş "açıq" və ya xarici qatına torpaq deyilir". O müəyyən etmişdir ki, yer səthindəki bütün torpaqlar "yerli iqlimin, bitki və heyvan orqanizmlərinin, ana dağ süxurların tərkib və quruluşunun, ərazinin relyefinin və nəhayət, ölkənin yaşının olduqca mürəkkəb qarşılıqlı təsiri" nəticəsində yaranmışdır. V. V. Dokuçayevin bu ideyaları torpağın ətraf mühitlə daim maddə və enerji mübadiləsi və qismən qapalı bioloji dövran vasitəsilə qarşılıqlı təsirdə olan biomineral ("biokos") dinamik sistem kimi dərk edilməsində böyük əhəmiyyət kəsb etmişdir. Torpağın əsas xassəsi münbitliyidir. Münbitlik torpağın bitkini normal yaşaması və məhsul yetirməsindən ötrü qida elementləri və su, onun kök sistemini hava və istiliklə təmin etmək qabiliyyətidir. V. R. Vilyamsın qeyd etdiyi kimi, torpağı dağ süxurundan fərqləndirən məhz bu əhəmiyyətli keyfiyyəti onu "Yer kürəsinin quru səthinin bitkiyə məhsul verməyə qabil olan üst horizontu kimi təyin edir". Torpaq və torpaq örtüyünün inkişafı, həmçinin münbitliyinin formalaşması, torpaqəmələgəlmənin təbii amillərinin ahəngi və insan cəmiyyətinin müxtəlif təsirləri ilə, onun məhsuldar qüvvələrinin, iqtisadi və sosial şəraitlərinin inkişafı ilə çox sıx bağlıdır (Q. Ş. Məmmədov, 2007). Torpağın ən üst qatının rəngi daha tünddür. Torpağın üst qatında bitkilərin köklərinə, çürümüş bitki qalıqlarına, eləcə də yağış qurdlarına, həşərat və başqa heyvan qalıqlarına təsadüf edilir.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi — 17 iyul 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin 54 saylı Fərmanı ilə yaradılan qurum. Prezident İlham Əliyevin fərmanı ilə 2015-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilib. == Tarixi == DTK 1996-cı ildən başlayaraq, əsası böyük Dövlət xadimi Heydər Əliyev tərəfindən hələ Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə, yəni 1992-ci ildə Muxtar Respublikanın Julfa rayonunun Şurut və Gal kəndlərində qoyulmuş torpaq islahatlarının bütünlükdə respublika ərazisində həyata keçirilməsini icra etməyə başlamışdır. 2001-ci ildə ölkədə aparılan struktur islahatları çərçivəsində Dövlət Torpaq Komitəsi və Dövlət Geodeziya və Kartoqrafiya Komitəsi ləğv edilərək onların bazasında Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2001-ci il tarixli 460 nömrəli Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılmışdır. Komitə Dövlət torpaq kadastrı, torpaqların monitorinqi, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, torpaq islahatı, torpaq ehtiyatlarından səmərəli istifadənin təşkili, torpaqların münbitliyinin bərpası və artırılması, torpaq-vətəndaş münasibətlərinin tənzimlənməsi, ərazi vahidlərinin müəyyən edilməsi, geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bundan başqa Komitə qanunvericilikdə müəyyən edilmiş qaydada torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının təşkili üçün texniki sənədləri hazırlayır, dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin layihələşdirilməsini və nəşrini təmin edir. Azərbaycan Respublikasının dövlət sərhədlərinin, o cümlədən sərhəd sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin delimitasiyası və demarkasiyası işlərini həyata keçirir. Bu vaxtadək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin həyata keçirdiyi başlıca işlərdən biri torpaq islahatları olmuşdur. Bu mərhələdə torpaq payı almaq hüququ olan 3 milyon 500 minə qədər subyektə torpaq payı verilmişdir. Vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaqlar naturada onlara tanıdılmış və mülkiyyət hüququnu təsdiq edən dövlət aktları ilə təmin edilmişdir.
Federal torpaq
Torpaq (alm. Land‎ — torpaq, ölkə) — Almaniya Federativ Respublikasında federasiyanı təşkil edən "üzv-dövlət" (alm. Gliedstaat‎). Sözün geniş mənasındakı "ölkə"dən fərqləndirmək üçün adətən "federal torpaq" terminindən (alm. Bundesland‎) istifadə edilsə də, hüquqi sənədlərdə bu terminə rast gəlinmir.
Odlu Torpaq
Odlu Torpaq arxipelaqı (isp. Tierra del Fuego [ˈtjera ðel ˈfweɣo]) — Arxipelaq Cənubi Amerikanın cənubunda yerləşir və 40 min adadan ibarətdir. Ümumi sahəsi 73 753 km², ən böyük adası isə Odlu Torpaq adasının 47 992 km² sahəsi vardır. Arxipelaqa daxil adaların böyük hissəsi Çiliyə məxsus olan Maqalyanes-i-la-Argentina-Çilena vilayətinə daxildir. Odlu Torpaq adası isə iki ölkə arasında bölünüb. Argentinaya məxsus hissədə ərazi Odlu Torpaq, Antarktida və Cənubi Atlantika adaları vilayətinə daxildir. Arxipelaq Cənubi Amerika materikindən Magellan boğazı, Antarktika ilə isə Dreyk boğazı ilə ayrılır. Arxipelaqın ən iri adası Odlu Torpaqdır. Cənub hissədə yerləşən Oste və Navarino adaları bir-birindən Biql boğazı vastəsi ilə ayrılır. Ən hündür zirvəsi Darvin dağıdır (2488 m), əvvəllər isə Şipton zirvəsi (2469 m) hesab edilirdi.
Qum (torpaq)
Qum — xırda qırıntılı kövrək çökmə süxur. Fiziki aşınma nəticəsində əmələ gəlir. Ölçüsü 0,1 mm-dən 1 mm-ə qədər olan müxtəlif mineral (əsasən, kvars, çöl şpatı və s.) və süxur qırıntılarından ibarətdir. Qum əmələgəlmə şəraitinə görə çay, göl, buzlaq, dəniz, eol mənşəli olur. Qitələrin iç tərəflərində və tropik olmayan sahillərdə qum kvars şəklində silis (silikon dioksit və ya SiO2) olur. Ən yayılmış ikinci qum növü isə kalsium karbonatdır. Qumda qiymətli minerallar – qızıl, platin, almaz, yaqut, rutil, titanit və s. ola bilər. Bütün qumlar I dərəcə radioaktivliyə malidirlər (təbii radionuklidlər 370 Bk/kq, radiasiya təhlükəsi yoxdur və tikintidə məhdudiyyətsiz istifadə edilə bilərlər.
Torpaq (1988)
Filmin mövzusu humanist prinsiplər üzrə yaşayan hər bir kəsi düşündürür. Kinolentdə söhbət yaxın vaxtlara qədər Ermənistanda yaşamış, indi isə öz doğma ev-eşiyindən qovulmuş iki yüz min azərbaycanlının acı taleyindən gedir. Bu adamlar öz ata-baba yurdlarına qayıtmaq ümidi ilə yaşayırlar. Filmdə Alim Qasımovun ifasında M.Ə. Sabirin "Bizdə bu soyuq qanları neylərdin, İlahi" şeri zəminxarə muğamı üstündə səslənir. Rejissor-Debütant: Vaqif Azəryar Ssenari müəllifi: Toğrul Cuvarlı, Qismət Babayev Operator: Amin Novruzov Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Torpaq (2002)
Filmdə deyilir ki, Vətənin hər bir daşı millət üçün qiymətlidir, əzizdir. Filmin ssenarisi qədim türk əfsanəsinin motivləri əsasında yazılmışdır. Rejissor: Rafiz İsmayılov Ssenari müəllifi: Aydın Dadaşov Quruluşçu rəssam: Rafiz İsmayılov Operator: Fərhad Rzayev, Vyaçeslav Jestkov Cizgi rəssamı: Arifə Hatəmi, Rauf Dadaşov, Firəngiz Quliyeva Fon rəssamı: Hüseyn Cavid İsmayılov Musiqi tərtibatı: İsmayıl Dadaşov Səs operatoru: Marat İsgəndərov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 380.
Torpaq (Almaniya)
Torpaq (alm. Land‎ — torpaq, ölkə) — Almaniya Federativ Respublikasında federasiyanı təşkil edən "üzv-dövlət" (alm. Gliedstaat‎). Sözün geniş mənasındakı "ölkə"dən fərqləndirmək üçün adətən "federal torpaq" terminindən (alm. Bundesland‎) istifadə edilsə də, hüquqi sənədlərdə bu terminə rast gəlinmir.
Torpaq (dəqiqləşdirmə)
Torpaq — Yer qabığının bitki bitən üst münbit qatı. Torpaq (film, 1989) — Film. Torpaq (film, 2002) — Film. Torpaq (ərazi vahidi) — Almaniya və Avstriyanın federativ dövlət quruluşunun əsasını təşkil edən inzibati-ərazi vahidi.
Torpaq Ana
Torpaq Krallığı
Yer Krallığı — Avatar: Aanq haqqında əfsanə cizgi serialın dünyadan bir dövlət. Bu (xəritəyə görə) Avatar dünyasın şərqinin böyük hissədə yerləşən kontinentdə yerləşən, Kral tərəfdən idarə edilən konfederativ monarxiyadır. Paytaxtı - Ba Sinq Se. Əraziyə görə Avatar dünyanın ən böyük dövlətdir. Hava köçəriləri və Su tayfasıdan fərqli olaraq o gədər də magiyanı istifadə edə bilən bilən adamların azlıqdan görə əziyyət çəkmir. Millətin görünüşü qədim Çindən yaradılmışdır (Tzin sülaləsin dövrü). Yer Krallığda yaşayan camaatın mədəniyyəti regeonlara görə çoxşaxəlidir.
Torpaq aerasiyası
Torpaqdakı hava ilə atmosfer havasının mübadiləsi - dəyişilməsidir. Torpaq aerasiyasında torpaqdakı hava oksigenlə zənginləşir. Torpaq aerasiyası bitkinin boy atması və inkişafı üçün zəruridir.
Torpaq coğrafiyası
Torpaq coğrafiyası— Dünya üzrə torpaqların yayılmasının qanunauyğuluğunu öyrənən elmdir. Torpaqların coğrafi yayılmasının qanunauyğunluqları yer səthində təbii şəraitin yayılması qanunauyğunluqlarına tabedir. Bu elm həm torpaqşünaslığın, həm də fiziki coğrafiyanın tərkib hissəsidir. Torpaq coğrafiyası iki hissədən ibarətdir: Ümumi. Regional. Ümumi torpaq coğrafiyası əsasən torpaqəmələ gəlmənin və torpaqların yer kürəsi üzrə yayılmasının qanunauyğunluqlarını, regional torpaq coğrafiyası isə torpaqların zonallaşmasını və konkret bölgə üzrə yayımasını öyrənir . Torpaqların müxtəlifliyi və fərqli yayılması çoxdan məlum olub. Ancaq onun bir elm kimi formalaşması XIX əsrə təsadüf edir. Vasili Dokuçayev ilk dəfə Rusiya düzənliyində torpaqların enlik-zonallıq üzrə yayılmasını öyrənmiş vəmüəyyən etmişdir ki, şimaldan cənuba hərəkət etdikcə tundra torpaqları, podzol torpaqlar, boz meşə torpaqları, qara torpaqlar, şabalıdı torpaqlar və boz yarımsəhra torpaqları bir-birini ardıcıl olaraq əvəz edir. Dokuçayev aldığı nəticələri xəritəyə köçürərkən, eyni miqdara malik humus xətlərini birləşdirdikdə onların cənub-qərbdən şimal-şərqə doğru ən dolğun tərkibdə olduğunu qeyd etdi.
Torpaq kolloidləri
Torpaq kolloidləri - ölçüsü 0,2 mkm-dən (bəzi müəlliflərə görə 0,1 mkm-dən) kiçik torpaq hissəciklərinə deyilir. Ümumiyyətlə kolloid hər hansı maddənin yüksək dərəcədə kiçik hissələrə parçalanmış (və ya disperslik) halı adlanır. Hər bir bərk cismi xırdalamaq yolu ilə kolloid halına salmaq olar. Təbii halda torpağın kolloid hissəcikləri kəltənlər və aqreqatlar şəklində birləşmiş olurlar. Onları yenidən kolloid hissəciklərə ayırmaq üçün torpaq natrium ionları ilə doydurulur. Kolloid hissəciklər yarandıqları mühitdə asılı halda olur. Kolloidlərin bu halına zol deyilir. Kənar təsir nəticəsində kolloidlər zol halını itirib çökməyə başladıqda bu hadisə koaqulyasiya (pıxtalaşma) adlanır. Kolloidlərin yükünü itirmiş və iriləşmiş yumşaq çöküntülərinə gel deyilir. Torpaq kolloidləri mineral, üzvi və üzvi-mineral olmaqla üç qrupa bölünür.
Torpaq mikroorqanizmləri
Torpaq mikroorqanizmləri Torpaqda mikroorqanizmlərin bir çox növləri – bakteriyalar, aktinomisetlər və göbələklər məskən salmışdır. Hesablamalar göstərir ki, çürüntülü torpağın 2-15 sm dərinlikdə olan qatının 1 qr torpağında 1-dən 10 milyarda qədər bakteriya, 20 milyon şüalı göbələk, 100 minə qədər göbələklər, 100 min yosunlar, 1 milyona qədər ibtidailər və s. olur. Mikroorqanizmlər torpaqda heyvan və bitki qalıqlarını sadə mineral birləşmələrə parçalayıb, onları yenidən bitkilərin və heyvanların istifadəsinə qaytarırlar. Bitkilərin karbohidratlı qidası üzvi maddələrin mikroorqanizmlər tərəfindən CO2 -yə qədər parçalanması nəticəsində əmələ gəlir. Torpaqda mənimsənilə bilən azotlu maddələr də mikroorqanizmlərin iştirakı ilə əmələ gəlir. Torpağın fiziki və kimyəvi xüsusiyyətlərindən asılı olaraq, oradakı mikroorqanizmlər həm sayca, həm də növ tərkibinə görə dəyişirlər. Torpağın mikrobiotasına onun tipi, ilin fəsilləri, torpağın şumlanması, ona müxtəlif gübrələrin verilməsi və s. böyük təsir göstərir. Zəif qələvili əkin torpaqlarında bakteriyaların miqdarı çox, nisbətən turş, bataqlıq və ya torflu torpaqlarda isə az olur.
Torpaq rakşiləri
Torpaq rakşiləri (lat. Brachypteraciidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinə aid heyvan fəsiləsi.
Torpaq sahəsi
Torpaq sahəsi – dövlət torpaq kadastrında və torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhəddi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmamaşdırsa, torpaq sahələri və onların üzərində hüquqlar, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlak (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) dövriyyədə ayrılmaz şəkildə iştirak edirlər. Torpaq sahəsi bölünən və bölünməz ola bilər. Bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı hissələrə bölünə bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirələ bilər. Bölünməz o torpaq sahələri hesab edilir ki, onlar öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər. Torpaqların həddindən artıq bölünməsinin qarşısını almaq məqsədi ilə dövlət qeydiyyatına alına bilən torpaq sahəsinin minimum həddinin müəyyən edilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Azərbaycan Respublikasında 1 m² torpaq sahəsi Dövlət Torpaq kadastrında hüquqi qeydiyyata alına bilər.
Yeni Torpaq
Yeni Torpaq — Şimal Buzlu okeanda yerləşən arxipelaq. Kara dənizi və Barens dənizləri arasında qərar tutur. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti «Novaya Zemlya» rayonuna daxildir. Arxipelaq iki iri adadadan və bir sıra xırda adalardan ibarətdir. Şimal adası və Cənub adası ən iriləri olub aralarında ən ensiz yeri 2 km olan Matoçkin Şar boğazı yerləşir. Kiçik adalar arasında ən irisi Mejduşarski adasıdır. Şimal adasının şərq qutaracağında Avropanın adada yerləşən ən ucqar nöqtəsi olan Flissinqski burnu yerləşir. Arxipelaq cənub-qərbdən şimal-şərq qutaracağına qədər 925 km məsafədə uzanır. Arxipelaqın ucqar şimalı Böyük Oranski adalarıdır. Cənub qutaracağı Petuxov arxipelaqı, şərq qutracağı Qusinaya Zemlya yarımadasında yerləşən adsız burun, şərq qutaracağı isə Şimal adasında yerləşən Flissinqski burnunda yerləşir.
Torpaq sürüşmələri
Torpaq sürüşməsi — ağırlıq qüvvəsinin təsiri altında torpaq kütləsinin və təbəqəli süxurların qopub yamac boyu sürüşərək yerdəyişməsi. Sürüşmə ən çox suyadavamlı süxur qatları ilə sulu süxur qatları üst- üstə yerləşdiyi yamaclarda baş verir. Yağış sularının hopub keçirməyən qatın üzərində yığılması Sürüşmə əmələ gətirir. Sürüşmə abraziya, eroziya, aşınma, seysmik hadisələr və b. təbii proseslər, həmçinin yerin geoloji şəraitini nəzərə almadan insan tərəfindən görülən işlərin təsiri nəticəsində yaranır. Sürüşmə əkin sahələrinə, sənaye müəssislərinə, yaşayış məntəqələrinə, yollara və s. böyük zərər vurur. Onlarla mübarizə etmək üçün sahilbərkitmə və drenaj qurğularından istifadə olunur, yamaclar yerə dirək vurulması və ağac əkilməsi yolu ilə bərkidilir və digər işlər görülür. Azərbaycan Respublikasında Sürüşmələr Bakı şəhəri rayonunda, Böyük Qafqazın cənub və şimali-şərq makroyamaclarında, Lerik və Yardımlı rayonlarında yayılmışdır. Torpaq sürüşmələri dağ süxurları, torpaq kütlələrinin dağ yamacları, yarğanlar, çay, göl, dənizlərin sıldırım sahilləri boyu öz ağırlığının təsiri altında sürüşərək yerini aşağıya doğru dəyişməsidir.
Torpaq icarəsi
Torpaq icarəsi — icarə haqqı növü, məhdud miqdarda torpaqdan və digər təbii sərvətlərdən istifadəyə görə ödənilən qiymət. Torpaq icarəsi torpaq sahibinin torpaq sahələrini icarəyə götürənlərdən əldə etdiyi gəlirdir. Torpaq rentası mütləq renta, diferensial renta və inhisar rentası formasında meydana çıxır. Mütləq torpaq icarəsi — torpaq mülkiyyətindən əldə edilən gəlir növlərindən biridir, torpağa kapital tətbiq etmək icazəsi üçün mülkiyyətçiyə ödəniş; münbitliyindən asılı olmayaraq, tamamilə bütün torpaq sahələrində icarəçi tərəfindən ödənilir. Diferensial icarəsi — daha çox torpaq məhsuldarlığından və daha yüksək əmək məhsuldarlığından istifadə etməklə əldə edilən əlavə gəlirdir. Diferensial renta iki formada mövcuddur: diferensial renta I və diferensial renta II. Diferensial renta I mənbələri nisbətən daha yaxşı və orta münbit torpaqlarda daha məhsuldar əmək, eləcə də satış bazarları, nəqliyyat marşrutları və s. ilə əlaqədar torpaq sahələrinin yerləşdiyi yerdəki fərqlərdir. Diferensial renta II əlavə kapital qoyuluşları ilə bağlıdır. əlavə qazanc təmin edən eyni süjet. Diferensial renta məhdud torpaq nəticəsində yaranmışdır: kənd təsərrüfatı məhsulunun istehsalının qiyməti orta və ən yaxşı sahələr üzrə deyil, ən pis sahələr üzrə istehsal şərtləri ilə müəyyən edilir, çünki yalnız ən yaxşı və orta sahələrin məhsulu müəyyən edilir.
Torpaq sovkası
Kadastr
Kadastr (fr. cadastre) — rəsmi orqanların, yaxud idarələrin siyahısı, reyestri; ora hər hansı obyekt və hadisənin sistemləşdirilmiş məlumatların cəmi, onların keyfiyyət və kəmiyyətləri daxil olur. Müvafiq obyektlər üzərində dövri və ardıcıl müşahidələr aparmaqla tərtib olunur. Kadastra həmçinin müvafiq obyekt və hadisələrin istifadəsi, mühafizəsi və s. daxil edilir. Aşağıdakı obyektlər üçün kadastr tərtib olunur: su, torpaq, iqlim, meşə, landşaft, mineral resurslar, tibbi, bioloji, xüsusi mühafizə olunan obyektlər və ərazilər, sənaye ovçuluğu, rekreasiya və s.