Buzdək rayonu (başq. Бүздәк районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.
Rayon | |||||
Buzdək rayonu | |||||
---|---|---|---|---|---|
Бүздәк районы | |||||
|
|||||
54°34′16″ şm. e. 54°31′51″ ş. u.HGYO |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 20 avqust 1930 | ||||
Sahəsi | 1632,80[1] km² | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Rayonun inzibati mərkəzi Buzdək kəndidir. Kənd Ufa şəhərindən 112 km aralıda yerləşir.
Buzdək rayonu Başqırdıstanın qərbində yerləşir. Rayonun ərazisi 1710 km² təşkil edir. Ərazisi şimaldan cənuba uzanmış formaya malikdir. Çermasan çayının şimal qolları rayon ərazisindən axır. Ərazisində əsasən qara torpaqlar yayılsa da cənub hissədə bəzən talalar şəklində boz meşə torpaqlarına rast gəlmək olar. Meşələrində şam, palıd ağacları üstünlük təşkil edir. Meşələr ərazisinin 12 % təşkil edir. Mineral ehtiyatları neft, gil və qum-çınqıl yataqları ilə təmsil olunur.
Buzdək rayonu 20 avqust 1930-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası kantonları ləğv edərək yerində 48 rayon təşkil etməsi ilə təsis edilmişdir.
2002 | 2008[3] | 2009[4] | 2010[5] | 2012 | 2013[6] |
---|---|---|---|---|---|
31 178 | ▼30 589 | ▼30 413 | ▲30 688 | ▼29 926 | ▼29 414 |
2014[7] | 2015[8] | 2016[9] | 2017[10] | ||
▼28 817 | ▼28 263 | ▼27 760 | ▼27 337 |
Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Buzdək rayonu ərazisin milli tərkibi: tatarlar — 60,2 %, başqırdlar — 30,4 %, ruslar — 7,4 %, digər millər — 2 %[11].
Rayonda 12 kənd inzivati vahidliyinə 81 yaşayış məntəqəsi daxildir[12].
Ərazisinin böyük hissəsi kənd təsərrüfatına cəlb olunmuşdur. Taxılçılıq, şəkər çuğunduru yetişdirilməsi, südlük-ətlik maldarlıq və donuzçuluq inkişaf etmişdir.
Şərqindən qərbə doğru Çişmi - İnza dəmir yolu, M-5 "Ural" və şimalında isə Çekmaquş - Buzdək - Davlekanovo magistralı keçir.
Rayon ərazisində 65 ümumtəhsil mərkəzi, 21 orta məktəb, peşəkar uçiliş, 28 kütləvi kitabxana, 53 klub, 3 xəstəxana fəaliyyət göstərir. Burada rus və tatar dillərində «rus. Буздякские новости» — «tatar. Бүздәк яңалыклары»[13] adlı qəzetlər buraxılır. 2009-cu ildən isə Buzdək ekspres reklam qəzeti çap olunur.