Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəmir-beton
Dəmir-beton — polad (armatur) istifadə edərək betonun möhkəmləndirilməsi ilə istehsal olunan tikinti materialının adıdır. Binada istifadə olunan dəmir-beton elementlər (sütunlar, dirəklər, döşəmə və s.) bəzi gərginliklərə məruz qalır. Bunlar ümumiyyətlə sıxılma, gərilmə, kəsmə və burulma təsirləridir. Təbii xüsusiyyətinə görə qırılmağa meyilli olan betonu, kompozit bir tikinti materialı olan dəmir-betona çevirmək üçün süni poladla gücləndirirlər. Bu möhkəmləndirmə ilə açıqlıqları daha kiçik en kəsikləri ilə keçmək mümkün olmuşdur. Təchizata yerləşdirilmiş polada sonradan və ya əvvəlcədən gərginlik verilərək ön dartılı/sonradan sıxılmalı beton əldə edilir. Dəmir-beton bina elementindəki beton və polad birlikdə bu dartınmaya müqavimət göstərir. Bu vaxt beton sıxılma, polad isə çəkilmə gərginliyini qarşılayır.
Beton
Beton (frans. béton) — təbii daşın tikintidə yaratdığı çətinlikləri aradan qaldırmaq üçün istifadə olunan süni daş material. Beton səmərəli şəkildə seçilmiş, əsaslı qarışdırılmış və sıxlaşdırılmış tərkibli hər hansı bir mineral yapışdırıcı, doldurucu, su və bəzən xüsusi əlavələrdən ibarət qarışığın bərkiməsi nəticəsində yaranır. Bərkiməsindən öncə bu komponentlərin qarışığı beton qarışığı adlanır. Bu qarışıq müxtəlif tərkiblərə bölünür. Su və yapışdırıcı beton tərkibində əsas və aktiv maddələrdir. Onların kimyəvi qarşılıqlı təsiri nəticəsində yapışqan xəmir konsistensiyalı (sement xəmiri, sement südü) yeni birləşmə yaranır. Həmin birləşmə xırda və iri doldurucunun dənələrini nazik layla bürüyür. Bir müddət keçdikdən sonra dənələri sıxlaşdıraraq bu birləşmə bərkiyir və beləliklə beton qarışığı möhkəm monolit daşa — betona çevrilir. Doldurucular (qum, ələnti, qırmadaş, çınqıl və s.) betonun tərkibinin 80–85%-dək təşkil edir və sıxılmanın qarşısını alaraq betonun möhkəm skeletini yaradır.
Dəmir
26 elektron Var. == Ümumi məlumat == Dəmir (Fe, Ferrum) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 26-cı element, kimyəvi işarəsi Fe-dir. Çəkisi 55,85 unitdir. Dəmirin kəşfi. Dəmir ilk dəfə e.ə XI əsrdə kəşf edilmişdir.Birləşmələrində dəmir əsasən +2 və +3 oksidləşmə dərəcəsi göstərir. Dəmir - (Fe) qan hemoqlobininin tərkibində və əzələlərdə rast gəlir. Ən çoх heyvan mənşəli məhsulların və meyvə-tərəvəzlərin tərkibində olur. Insan orqanizmində olan dəmirin yarıdan çoхu qan hemoqlobininin tərkibindədir.Dəmir maqnit sahəsinə malik olan metaldır.O,"SULFUR" yəni kükürd ilə maqnitlə təsir etməsinə gorə heterogen qarışıqdır.İnsan qidasında dəmir çatışmadıqda elementar anemiya (qida anemiyası) baş verir. Ərzaq məhsullarında dəmirin miqdarı mq%-lə belədir: çovdar çörəyi – 3,0; buğda çörəyi – 1,6; lobya – 7,9; soya unu – 7,7; kartof – 0,9; yerkökü – 0,6; kələm – 1,3; alma – 2,0; üzüm – 0,9; qaraciyər – 8,4; mal əti – 3,0; yumurta – 3,0. Bitki orqanizmində dəmirin kütlə ilə miqdarı orta hesabla 0,02 %-dir.
Ön dartılı beton
Ön dartılı beton — tikintidə istifadə olunan, detveytinin o tərəfində hər hansı bir yükü dəstəkləmədən əvvəl sıxışdırılaraq yaradılan bir beton növüdür.
Aşıq Dəmir
Aşıq Dəmir Gədəbəyli (Vəliyev Dəmir Allahyar oğlu; 1972, Arabaçı, Gədəbəy rayonu – 18 mart 2020, Bakı) — Azərbaycan aşığı, "Koroğlu havaları"nın mahir ifaçısı. == Həyatı == Aşıq Dəmir Gədəbəyli 1972-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndində doğulub. 1986-cı ildə Zamanlı kənd orta məktəbinin 8-ci sinfini bitirmişdir. Aşıq Dəmir Gədəbəyli 18 mart 2020-ci ildə Bakı şəhərində vəfat edib. == Yaradıcılığı == 1986-cı ilə qədər Aşıq İmran Həsənovun yanında şəyird olmuşdur. Aşıq Dəmir İmran Həsənovun sənət keyfiyyətlərini mənimsəmiş, istedadlı aşıq kimi ustadının yanında yetişmişdir. Zil səsə malik olan sənətkardır. "Koroğlu havaları"nın mahir ifaçısıdır. Xarici ölkələrdə keçirilən mədəniyyət tədbirlərində iştirak etmişdir. Aşıq Dəmir Gədəbəyli poetik yaradıcılıqla da məşğul olmuşdur.
Dəmir (dəqiqləşdirmə)
Dəmir
Dəmir Alməmmədov
Dəniz Dəmir
Dəniz Dəmir (30 may 1985, Gölə, Ərdəhan ili) — mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Dəniz Dəmir 30 may 1985-ci ildə Ardahan ilinin Gölə ilçəsində anadan olub. Mühəndis olaraq çalışıb, tunel və qazma işləri aparan müəssisələrin rəhbəri olub. Mühəndis və Memarlar Palataları İttifaqının (TMMOB) üzvü olub. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. CHP gənclər qanadında İdarə Heyətinin üzvü və sədr müavini vəzifələrində təmsil olunub. 2018-ci ildə CHP sədrinin baş müşaviri vəzifəsinə təyin edilib, 2020-ci ildə isə CHP Məclis üzvü seçilib. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 28-ci çağırışda TBMM Milli təhsil, mədəniyyət, gənclər və idman Komissiyasının üzvü olub. Subaydır.
Dəmir Gədəbəyli
Qasımov Dəmir və ya Dəmir Gədəbəyli (27 mart 1939, Ataxal, Gədəbəy rayonu – 6 may 2019, Bakı) — şair, filologiya elmləri doktoru. == Həyatı == Qasımov Dəmir Müseyib oğlu 1939-cu il mart ayının 9-da (Şəxsiyyət vəsiqəsində 27 mart) Gədəbəy rayonunun Ataxal kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Orta təhsilini Böyük Qaramurad məktəbində almış, sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1961-ci ildə ADU-ni bitirmiş, elə həmin ildən 1991-ci ilə qədər , 30 il Azərbaycan Dövlət Televiziya və Radio verlişləri komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. "20 yanvar" qəzetinin baş redaktoru olmuşdur. Müstəqillik dövründə müxtəlif Universitetlərdə dərs demişdir (ABU, "Odlar Yurdu" ,"Təfəkkür"). 60-cı illərdən şeirləri çap olunmağa başlayıb. 1972-ci ildən SSRİ Jurnalistlər İttifaqının, 1981-ci ildən Azərbaycan Yazıçılar İttifaqının, 1988-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. 1975-ci ildə görkəmli alim Mir Cəlal Paşayevin rəhbərliyi ilə "Azərbaycan poeziyasında qoşma" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1989-cu ildə isə "Azərbaycan dastanlarının poetikası" adlı doktorluq dissertasiyasını müdafiə edib.
Dəmir Hacıyev
Hacıyev Dəmir Vahid oğlu (29 yanvar 1929, İlisu – 20 iyun 1999, Bakı) — biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, zoologiya, paleontologiya, stratiqrafiya, tibbi biologiya sahəsində tanınmış alim. == Həyatı == Dəmir Vahid oğlu Hacıyev 29 yanvar 1929-cu ildə Qax rayonunun İlisu kəndində ziyalı ailəsində anadan olmuşdur. Onun atası alim-paleontoloq Hacıyev Vahid Hüseynəli oğlu respublikanın müxtəlif ali təhsil müəssisələrində, eləcə də elmi sovet və partiya idarələrində çalışmışdır. Anası – N.Nərimanovun qardaşı qızı Xanım Salman qızı Nərimanova müəllimə olmuşdur. Dəmir Hacıyev 1946-cı ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub, 1952-ci ildə İnstitutu bitirib uşaq cərrahı ixtisasına yiyələnmişdir. == Elmi fəaliyyəti == Dəmir Hacıyev 1961-ci ildə “Eldar bozqırı­mın üst sar­mat hipparion faunası” mövzu­sun­da nami­zəd­lik dissertasiyasını müdafiə etmiş və bu işinə görə o, biolo­giya üzrə elm­lər doktoru elmi dərəcəsinə layiq görülmüş­dür. 1963-cü ildə Azərbay­can Dövlət Univer­sitetinin Onurğalılar zoologiyası kafedra­sında professor vəzifə­sinə seçilmiş, 1964-cü ildə professor elmi adını almış­dır. Dəmir Hacıyev 1964-cü ildən əmək fəaliyyətini Azərbaycan Dövlət Tibb İnstitutunda davam etdirmiş və “Ümumi biologiya və genetikanın əsasları” kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 1965-ci ildən 1969-cu ilədək kafedraya rəhbərliklə yanaşı, ADTİ-nin elmi işlər üzrə prorektoru olaraq da çalışmışdır. 1967-1968-ci illərdə D.Hacıyev Səhiyyə Nazirliyinin Elmi Şurasının sədri, 1968-1970-ci illərdə Azərbaycan EA Geologiya İnstitutunun Paleobiologiya şöbəsinin müdiri olmuşdur.
Dəmir Qvardiya
Dəmir Qvardiya (rum. Garda de fier) - Rumıniyada Arxangel Mixail Legionu (Legiunea Arhanghelului Mihail) və ya Legioner hərəkatı (Mișcarea Legionară) kimi Korneliu Zelya Kodryanu tərəfindən 1927-ci ildə qurulmuş faşist siyasi partiya və hərəkat. Cəmiyyət ultranasionalist, antisemitik, antimacar, antisiqanist, antikommunist idi və Şərqi Ortodoks Xristianlığını dəstəkləyirdi. 1930-cu ilin martında Kodryanu Legionun yarımhərbi siyasi qolu kimi Dəmir Qvardiyanı yaratdı və 1935-ci ildə Legion öz rəsmi adını "Totul pentru Țară" partiyası ("Hər Şey Ölkə Üçün" Partiyası) olaraq dəyişdirdi. O, sadəcə, İkinci Dünya müharibəsinin əvvəllərində mövcud oldu. Partiyanın üzvləri geyindikləri yaşıl formalar səbəbiylə "Yaşıl köynəklilər" olaraq adlanırdı. Marşal Yon Antonesku 1940-cı ilin sentyabrında hakimiyyətə gələndə Milli Legioner Dövləti yaradaraq, Dəmir Qvardiyanı idarəetməyə gətirdi. Ancaq, 1941-ci ilin yanvarında Legionerlər üsyanından sonra Antonesku təşkilatı dağıdaraq, ordu vasitəsiylə hərəkatı basdırdı. Hərəkatın Horiya Sima və digər liderləri Almaniyaya qaça bildi.
Dəmir Qübbə
Dəmir Qübbə (ivr. ‏כִּפַּת בַּרְזֶל‏‎, kippat barzel) — İsrail tərəfindən istehsal olunmuş istənilən hava şəraitində işləməyi bacaran qısa məsafəli hava hücumundan müdafiə sistemidir. Bu sistem istənilən ərazini 4 kilometrdən 70 kilometrə qədər məsafədən atılan qısa-məsafəli raketlərdən və ya artilleriya atəşindən qorumaq imkanına malikdir. İsrail gələcəkdə bu sistemlərin maksimum atəş məsafəsini 70 kilometrdən 250 kilometrə qədər artırmağı planlaşdırır. İsrail Dəmir Qübbə sistemini ilk dəfə 27 mart 2011-ci ildə Beer-Şeva şəhərində yerləşdirmişdir. Bu sistem ilk dəfə 7 aprel 2011-ci ildə Qəzzədan atılan Qrad raketlərini məhv etmişdir. 10 mart 2012-ci ildə ''Yerusəlim Post''da yer alan məlumata əsasən Dəmir Qübbə Qəzzə zolağından əhalinin sıx məskunlaşdığı ərazilərə atılan raketlərin 90%-ni zərərsizləşdirə bilmişdir. 2012-ci ilin noyabrında verilən rəsmi məlumata görə, sistem 4 gün ərzində Qəzzə ərazisindən buraxılan 400-dən çox raketi zərərsizləşdirməyə müvəffəq olmuşdur. Həmçinin, İsrail gələcəkdə açıq dənizdə yerləşən qaz platformalarının mühafizəsini gücləndirmək məqsədi ilə Dəmir Qübbə sistemlərinin Barak 8 ZRK ilə birlikdə işləyəcək dəniz variantını hazırlamağı da planlaşdırır. == Arxa plan == Livanda yerləşən Hizbullah təşkilatının 1990-cı illərdən etibarən İsrailin şimalında yerləşən yaşayış məntəqələrini raket atəşinə tutması İsrail Müdafiə Qüvvələrinin və əhalinin təhlükəsizliyini sual altında saxlayırdı.
Dəmir adam
Dəmir adam (ing. Iron Man) — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Sten Li tərəfindən yaradılmş personaj, Larri Liber tərəfindən inkişaf etdirilmiş, rəssamlar Don Hek və Cek Körbi isə onun dizaynını işləmişlər. İlk dəfə Tales of Suspense #39 (üz qabığı tarixi mart, 1963) təqdim edilən personaj, Iron Man #1 nəşri ilə (üz qabığı tarixi may, 1968) fərdi başlıq əldə etmişdir. Varlı amerikan biznesmeni, playboy və dahi alim olan Entoni Edvard “Toni” Stark (ing. Anthony Edward "Tony" Stark) oğurlanması zamanı sinəsindən ciddi yaralanır. Cinayətkarlar onu kütləvi qırğı silahı yaratmağa məcbur edərkən, Stark özünə gücli zirehli kostyum yaradaraq həyatını xilas edir və əsirlikdən xilas olur. Sonradan Toni kostyumunu inkişaf etdirərək ona, sahib olduğu “Stark Industries” şirkəti tərəfindən inkişaf etdirilmiş silahlar və müdafiə texnologiyaları əlavə edir. O, dünyanı xilas etmək üçün kostyumunu Dəmir adam adı ilə istifadə etməyə başlayır. Həmçinin ilk söz-söhbətdən sonra, Stark, Dəmir adam olmasını ictimayətə bəyan edir.
Dəmir dövrü
(İlk) Dəmir dövrü — e.ə XI–VIII əsrləri əhatə edir. Tunca nisbətən daha möhkəm, keyfiyyətli dəmirin kəşfi, ondan hazırlanan əmək alətləri və silahlar yeni yüksəlişə səbəb oldu. At və dəvədən minik vasitəsi kimi istifadəyə başlanmışdır. Süni suvarmanın yaranması ilə bağçılıq və bostançılıq inkişaf etmişdir. Son Tunc və Erkən Dəmir dövründə Azərbaycanda müdafiə tikililəri, siklopik qalalar inşa edilmişdir. E.ə. 7-ci əsrdən etibarən dəmirdən geniş istifadə edilməyə başlanmışdır.Bu dövrdə yazı meydana gəldi.Yazını papirus,gil lövhələr,daş,dəri və başqa materiallar üzərində yazırdılar. E.ə.II minilliyin I yarısını əhatə edir.Bu dövrdə 3-cü ictimai əmək bölgüsü yaranmışdır.Bu əmək bölgüsündə sənətkarlıqla əkinçilik birləşir. == Qədim Yaxın Şərq == Qədim Yaxın Şərqdə dəmir dövrünün eramızdan əvvəl 2-ci minilliyin sonlarında (e.ə. 1300-cü il) Anadoluda və ya Qafqaz və Balkanlarda dəmir əritmə və dəmirçilik texnikasının kəşfi ilə başladığı güman edilir.
Dəmir ledi
Marqaret Hilda Tetçer (ing. Margaret Hilda Thatcher; 13 oktyabr 1925[…], Qrantem[d], Linkolnşir qraflığı[d][…] – 8 aprel 2013[…], Rits oteli[d], Vestminster borosu[…]) — Britaniyalı siyasətçi. Birləşmiş Krallıqda ən uzun müddət vəzifədə qalmış baş nazir və ölkənin yeganə qadın baş naziri. Yaxın tarixdə ölkəyə ən çox təsir edən insanlardan olub. Tətbiq etdiyi siyasətlər səbəbi ilə həm böyük dəstək görüb, həm də ciddi müxalifətlə qarşılaşmışdı. Gəncliyində parlaq bir tələbə olduğu kimi mühafizəkar tələbə cəmiyyətində siyasi tədbirlərdə də iştirak edirdi. Mühafizəkar partiyaya gənc yaşda üzv oldu. Zəngin bir iş adamı ilə ailəli olmuşdur. Tetçer 1975–1990-cı illər arasında Mühafizəkarlar Partiyasına rəhbərlik etmiş, 1979–1990-cı illərdə isə baş nazir olmuşdur. Ümumi siyasi yolu liberal-mühafizəkar istiqamətində idi.
Dəmir pakt
Müttəfiqlik və dostluq haqqında Almaniya-İtaliya müqaviləsi (imzalama tarixi — 22 may 1939-cu il, imzalanma yeri — Berlin; digər adı «Polad paktı»; müqavilənin digər adı Almaniya və İtaliya, Hitler və Mussolini arasında qırılmaz dostluğu göstərmək üçün idi) - Müqavilənin rəsmi sənədlərinə sözügedən dövlətlərin xarici işlər nazirləri imza atmışdır. Almaniyadan bu şəxs Yoaxim fon Ribbentrop, İtaliyadan isə Qaleaçço Çiano olmuşdur. Bu müqavilə həmçinin "Anti-Komintern Paktı"nın müddəalarını təsdiq edirdi. Pakta əsasən sözügedən iki dövlət öz aralarında öhdəlik qəbul edirdilər ki, əgər müttəfiqlərdən birinə hansısa üçüncü dövlət hərbi müdaxilə etsə onda digər müttəfiq dərhal ona yardım edəcək. Müqavilədə bu iki dövlət arasında iqtisadi və hərbi əlaqələrin genişləndirilməsi də nəzərdə tutulmuşdu. Bu müqavilə İkinci dünya müharibəsinin başlanması ərəfəsində Almaniya və İtaliya arasında əsas müttəfiqlik sənədi kimi nəzərdə tutulmuşdur.
Dəmir paqoda
Dəmir paqoda - 1049-ci ildə Çinin Kayfın Şəhərinin, Henan əyalətində Çinin Song sülaləsi (960-1279) zamanında tikilmişdir.Bu tikili dəmir filizindən hazırlandığına görə,həmdə dəmiri xatırlatdığına Dəmir paqoda adlandırılır.Bu abidə 1044-ci ildə ildrım çaxması nəticəsində yanmışdır buna görədə taxtadan tikilmiş paqoda kərpicdən tikilən paqoda ilə əvəz olunmuşdur.Liuhe, Lingxiao, Liaodi, Pizhi və Beisi paqodaları ilə yanaşı, bu Song sülaləsi memarlığının şah əsəri kimi qiymətləndirilir. == Memarlıq == Bu səkkizguşəli-baza qurumun hazırkı hündürlüyü 56.88 metr (186.56 fut) təşkil edir.Bu tikili bərk özəyi olan kərpiclə, daxildən dolama daş pilləkənlərlə və işıq və hava axını üçün kənar gözlərlə əhatə olununmuşdur.Xarici daha əlli müxtəlif növ və 1600 mürəkkəb, zəngin oymalardan o cümlədən Budda oturan yer,daimi rahiblər, müğənnilər və rəqqaslar, uçan çiçəklər, şir, əjdahalar və digər əfsanəvi heyvanlar eləcə də bir çox gözəl rəsmlərə malikdir.Abisənin təməli Xuanxe çayının sahilində yerləşir.Dəmir Paqodanın daxilində Çin nağılları, Qərbə belə Yol klassik freskaları var. == Tarixi == Şimali Song sülaləsi (960-1127) mərkəz Kayfın şəhərində, məşhur memar Yu Xao tərəfindən Youguo Məbədinin (965-995) bir hissəsi kimi möhtəşəm taxta paqoda inşa edilmişdir. Təəssüf ki,ümumi heyranlıq strukturu 1044-cü ildə ildrım çaxması nəticəsində yanmışdır. İmperator Renzong-un (1022-1063) sərəncamı ilə 1049-cu ildə onun yerində yeni paqoda inşa edilmişdir.Yeni qüllə alışmayan kərpic və daşdan tikilmişdi və onun metal rəngi rənginə görə "Dəmir Paqoda" adlandırırlar.1847-ci ildə Xuanxe çayı öz məcarasından çıxaraq Youguo Məbədini dağıtmışdı,amma Dəmir Paqoda dağılmamışdır.Tarixən, paqoda 38 zəlzələ, altı daşqın və digər fəlakətlər yaşayıb, ancaq 1000 ildən çoxdur ki,heç bir zərər görmədən bu günümüzə qədər qalmışdır.
Dəmir pərdə
«Dəmir pərdə» — siyasi termin olub, Vinston Çörçill tərəfindən 5 mart 1946-cı ildə onun Fultondakı çıxışı zamanı işlədilmişdir. Çıxış, "soyuq müharibə"nin başlanğıcı üçün siqnal rolunu oynadı. Dəmir pərdə, ideoloji münaqişə idi və fiziki sərhəd, 1945-ci ildə İkinci dünya müharibəsinin sonundan 1991-ci ildə Soyuq müharibənin bitiminə qədər Avropanı 2 ayrı əraziyə bölürdü. Termin, SSRİ-nin özünü və peyk dövlətlərinin qərblə və sovetlərin nəzarətində olmayan ərazilərlə açıq əlaqədən məhrum etmək səylərini simvolizə edirdi. Dəmir pərdənin şərq hissəsində olan ölkələr, SSRİ-nin təsirində olan ölkələr idi. Dəmir pərdənin digər hissəsindəki dövlətlər isə özlərinin beynəlxalq iqtisadi və hərbi ittifaqlarını inkişaf etdirmişdi: Qarşılıqlı İqtisadi Yardımlaşma Şurası və Varşava Müqaviləsi Təşkilatına üzv ölkələr, aparıcı dövlət kimi SSRİ ilə Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv ölkələr və aparıcı dövlət kimi ABŞ ilə Dəmir pərdə, əsasən qitənin mərkəzində Avropa ölkələri arasında sərhəd müdafiələri formasını götürdü. Ən diqqətəlayiq sərhəd, Berlin divarı və bütünlüklə dəmir pərdənin simvolu kimi xidmət edən Çekpoynt Çarli ilə idi. Dəmir pərdəni dağıdan hadisələr, Polşada narazılıqla başladı və Macarıstan, Almaniya Demokratik Respublikası, Bolqarıstan, Çexoslovakiya və Rumıniyada davam etdi. Rumıniya, Avropada yeganə kommunist dövləti idi ki, zorla öz totalitar hökumətini devirmişdi. == Soyuq müharibə ifadəsinin işlədilməsi öncəsi == Vinston Çörçillin ifadəni söyləməmişdən öncə "dəmir pərdə" termininin müxtəlif işlədilmə formaları — Rusca: Железный занавес Zheleznyj zanaves; Almanca: Eiserner Vorhang; Çexcə: Železná opona; Slovakca: Železná opona; Macarca: Vasfüggöny; Rumınca: Cortina de fier; İtalyanca: Cortina di ferro; Serbcə: Гвоздена завеса Gvozdena zavesa; Estonca: Raudne eesriie; Bolqarca: Желязна завеса Zhelyazna zavesä.
Məhəmməd Dəmir
Məhəmməd Dəmir (orijinal adı: türk. Muhammet Demir; d. 10 yanvar 1992; Trabzon, Türkiyə) — Türk futbolçudur. Hal-hazırda Sivasspor komandasında oynayır. == Klub karyerası == === Qaradənizspor === Dəmir futbol oynamağa uşaqlıqdan başlayıb. Məktəb komandasında olan peşəkarlığı ilə əlaqədar 12 yaşında Qaradənizspora dəvət edildi. 2005-ci ildə komanda çempionu olan Dəmir, Türk çempionatlarına qoşuldu. Burada peşəkar olan Dəmir, bir çox komandadan transfer təklifi aldı. === Bursaspor === 2005-ci ildə Bursaspora transfer oldu. Bir neçə kiçik oyunlardan sonra, 2008-09 mövsümündə 15 yaşında peşəkar müqavilə imzaladı.
Sərbəst dəmir
Sərbəst dəmir α — Fe — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalasıː nadir. Sərbəst dəmirin yaxın xassələrlə səciyyələnən tellurik – yer mənşəli (ferrit: adətən 2,9 at. %-dək Ni) və meteorit – kosmik mənşəli (kamasit: ~ 6,4 at. % Ni; tenit : 24 at. %-dən çox Ni) əmələ-gəlmələri ayrılır. == Xassələri == Rəng – poladı-bozdan qarayadək; Mineralın cizgisinin rəngi – poladı-boz, parıltılı; Parıltı – metallik; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 7,3 (ferrit) — 8,2 (tenit) ; Sərtlik – 4–5; Ayrılma – ferrit və kamasitdə {100} üzrə mükəmməl; Sınıqlar – tikanlı; Başqa xassələr – döyüləndir; güclü maqnitlik xassəsinə malikdir; tərkibində 30 %-dən çox Ni olduqda tenit maqnitlik xassəsini itirir; Morfologiya – XX: çox nadir hallarda: heksaedrik və oktaedrik; İ: {111} üzrə; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, püruzlar, qeyri-düzgün formalı aqreqatlar, pulçuqlar, lövhələr, dendritlər, meteorit mənşəli əmələgəlmələr üçün səciyyəvi olan vidman-ştett fiqurları, plessit – kamasit və tenitin incə qatışıqları. == Mənşəyi və yayılması == Tellurik dəmir ilkin maqmatik əmələgəlmə, yaxud dəmirli birləşmələrin reduksiya məhsulu hesab edilir. Mineralın kütləsi bir neçə tona, nadir hallarda 20 tona çatan ən iri yığınları bazaltlarda yerləşir. Onun tapıntıları serpentinləşmiş ultrabazitlərdə də qeyd olunmuşdur.
Yusuf Dəmir
Yusuf Dəmir (türk. Yusuf Can Taşar, 2 iyun 2003, Vyana, Avstriya) — cinah mövqeyində oynayan türk əsilli avstriyalı futbolçu. Avstriya milli futbol komandasında və La Liqa təmsilçisi olan Barselona klubunda çıxış edir. == Həyatı == Yusuf Dəmir 2003-cü il iyunun 2-də Avstriyanın paytaxtı Vyanada, ailəsinin kökləri Türkiyənin Trabzon şəhərindən olan türk ailəsində anadan olmuşdur. == Klub karyerası == === Rapid Vyana === 26 may 2019-cu ildə Yusuf Dəmir Rapid Vyana ilə müqavilə imzaladı. Dəmir peşəkar debütünü 14 dekabr 2019-cu ildə Admira üzərində 3-0 liqa qalibiyyətində Rapid Vyana ilə etdi. 15 sentyabr 2020-ci ildə Dəmir UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Gent"ə 1-2 hesablı məğlubiyyətdə qol vurdu. O, 17 il, 3 ay və 10 gün sonra, Gerd Vimmerdən sonra UEFA Çempionlar Liqasında qol vuran ən gənc futbolçu oldu. === Barselona === 2021-ci ilin iyulunda Barselona Yusuf Dəmiri Rapid Vyana-dan 500.000 avroya bir mövsümlük icarəyə götürdüklərini və gələcəkdə 10 milyon avroya Yusuf Dəmiri komandaya transfer edə biləcəklərini elan etdi. 31 avqust 2021-ci ildə Barselona, Yusuf Dəmiri, əsas komanda oyunçusu kimi qeydiyyatdan keçdirdi.
Mustafa Dəmir
Mustafa Dəmir (1980, Kilis ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Mustafa Dəmir 1980-ci ildə Kilis ilində anadan olub. Kilis Universitetinin Peşə Liseyinin Biznesin idarə edilməsi Bölməsindən məzun olub. Kilis Gənclər və İdman İdarəsində çalışıb. Uzun illərdir MHP üzvüdür. 2017-ci ildə MHP Kilis ilçə sədri, 2020-2023-cü illərdə isə MHP Kilis il sədri olub. 2023-cü ildə MHP namizədi olaraq Kilis ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. İngiliscə bilir. Evli və 1 uşaq atasıdır.
Nejla Dəmir
Nejla Dəmir (1988, Ağrı ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Nejla Dəmir 1988-ci ildə Ağrı ilində anadan olub. Van Yüzüncü İl Universiteti Kənd təsərrüfatı Bölməsindən məzun olub. Həmin universitetdə heyvanşünaslıq üzrə magistr dərəcəsi alıb. Ağrıda aqrar sahəsində çalışıb. Ağrı Kənd təsərrüfatı Palatasında təmsil olunub. 2019-cu ildə Sülh Bulağı əməliyyatı ilə bağlı Gazete Karınca nəşrində dərc olunan məqalələrinə görə barəsində açılan istintaqa əsasən həbs edilib. Bir müddət Ağrı həbsxanasında, daha sonra isə Oltu həbsxanasında saxlanılıb. Həmin ildə bəraət alıb və azadlığa buraxılıb. 2016-cı ildə Gazete Karınca nəşrində dərc olunan digər məqalələrində "prezidenti təhqir etmə" ittihamı ilə 2019-cu ildə barəsində daha bir istintaq açılıb, elə həmin ildəcə bəraət alıb.
Şahzadə Dəmir
Şahzadə Dəmir (1974, Şırnaq ili) — jurnalist, yazıçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Şahzadə Dəmir 1974-cü ildə Şırnak ilinin İdil ilçəsində anadan olub. İbtidai təhsilini İdil ilçəsində, orta və lisey təhsilini isə Nüseybin ilçəsində alıb. Anadolu Universiteti İqtisadiyyat Bölməsindən məzun olub. Jurnalist olaraq çalışıb. Qəzetlərdə və jurnallarda məqalələri dərc olunub. “Nipper” adlı romanın müəllifidir. Hürr Dava Partiyasının qurucularından olub. Hazırda Hürr Dava Partiyasının İdarə Heyətinin üzvü və Baş Katibi vəzifələrində çalışır. 2023-cü il mayın 14-də Hürr Dava Partiyasının namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından Qaziantep ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
"Dəmir xaç" ordeninin Cəngavər dəmir xaçı
"Dəmir xaç" ordeninin Cəngavər dəmir xaçı (Almanca: Ritterkreuz des Eisernen Kreuzes) Cəngavər dəmir xaçı və ya daha çox tanınan adı ilə Cəngavər Xaçı (Almanca: Ritterkreuz), digər variantları ilə Nasist Almaniyasının İkinci Dünya Müharibəsi zamanı hərbçilərə və hərbiləşdirilmiş heyətə vermiş olduğu ən yüksək mükafat olmuşdur. Cəngavər Xaçı — döyüşdə əsgərlərinə müvəffəqiyyətlə rəhbərlik edən yüksək rütbəli komandirdən tutmuş, hərbi sahədə göstərdiyi şücaətə görə aşağı rütbəli əsgərə qədər müxtəlif səbəblərə görə və bütün rütbələrə mənsub olan insanlara verilmişdir. Mükafat Waffen-SS, Reichsarbeitsdienst (RAD, Reyx İnsangücü Xidməti) və Volkssturm (Vətən Mühafizəçiləri) üzvlərinə, həmçinin də Wehrmacht komandanlığı altında olan üç böyük hərbi qüvvənin üzvlərinə (Quru qoşunları: Heer, Hərbi dəniz qüvvələri: Kriegsmarine və Hərbi hava qüvvələri: Luftwaffe), eləcə də digər Ox qüvvələri dövlətlərinin hərbçilərinə verilmişdir. Mükafat ilk dəfə olaraq 1 sentyabr 1939-cu ildə Almaniyanın Polşa kampaniyasını başlaması ilə təsis edilmişdir. Mükafatın yaradılma səbəbi Almaniya İmperiyasında mövcud olmuş olan köhnə ləyaqət və cəsarət mükafatlarını yeniləri ilə əvəz etmək olmuşdur. 1940-cı ildə mükafatın daha yüksək səviyyəsi olan, palıd yarpağı əlavə edilmiş Cəngavər Xaçı yaradılmışdır. 1941-ci ildə mükafatın daha iki yüksək səviyyəsi yaradılmışdır: palıd yarpaqları və qılınclar əlavə edilmiş Cəngavər Xaçı və palıd yarpaqları, qılınclar və brilyantlar əlavə edilmiş Cəngavər Xaçı. 1944-cü ilin axırlarında isə Stuka komandiri olmuş olan Oberst Hans-Ulrix Rudelin böyük hərbi müvəffəqiyyətlərinə görə verilmiş mükafatın ən ali dərəcəsi olan Qızıl Palıd Yarpağı, Qılınc və Almaz əlavə edilmiş Cəngavər Xaçı yaradılmışdır. Müharibə illəri ərzində təxminən 7000-dən çox insan Cəngavər Xaçı mükafatı ilə təltif edilmişdir.
Bevon
Bevon (fr. Bevons, oks. Bevonç) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Nuaye-syur-Jabron kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04027. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 164 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 111 nəfərin (15-64 yaş arasında) 83 nəfəri iqtisadi cəhətdən, 28 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 74.8%, 1999-cu ildə - 67.4%). Fəal olan 83 nəfərdən 76 nəfər (43 kişi və 33 qadın) işləyir, 7 nəfər işsizdir (4 kişi və 3 qadın).
Buton
Buton — Sulavesi yarımadasından cənub-şərqdə yerləşir. İndoneziyanın ərazisinə daxildir. Ərazisi 4408 km²-dir. Ərazisinə görə dünyada 119-cu, İndoneziyada isə 19-cu yerdə gedir. == Tarixi == Koloniyalaşma dönəminə qədər Butunq adı ilə tanınırdı. Ada Ternate adasının əhatə dairəsinə daxil idi. XVI əsrdə Ternat dövlətinin mühüm mərkəzlərindən biri olmuşdur. Əsas ticarət mərkəzlərindən biri olmuşdur. == Coğrafiya == Adanın böyük hissəsi tropik meşə ilə örtülüdür. Buton dünyada iki yerdən biridir ki, burada cırtdan camış olan anoa yayılmışdır.
Andre Breton
== Həyatı == Tibb təhsili alarkən I Dünya Müharibəsinin başlamasıyla hərbi xidmətə alındı. Öz istəyiylə II.Ordunun ruh və sinir xəstəlikləri mərkəzinə təyin edildi. O vaxt çox az tanınan Ziqmund Freydin üsullarını klinik olaraq istifadə etmə imkanını tapdı. Bu aralıq tanıdığı nihilist Jak Vachedən çox təsirləndi. Giyom Apolliner ilə tanış oldu. Parisə qayıtdıqdan sonra, 1919-cu ildə Lui Araqon, Filipp və Şoupolt ilə "Littérature" adlı jurnalı qurdu və ilk kitabı Mont da Piéte' ye (Pieta Təpəsi) işıq üzü gördü. Şoupolt ilə birlikdə écriture automatique (avtomatik yayı) üsuluyla Les champs magnetiques (Maqnit Sahələr) adlı xüsusi mətni bu jurnalda yayimladı. Bu üsulun məqsədi şüuraltı bütün xarici təsirlərdən xilas olub, özünü azadca ifadə etmə imkanı yaratmaqdı. 1921-də Vyanaya gedib Freydlə tanış oldu. 1921-də Simone Kan ilə evləndi.
Baton-Ruj
Baton-Ruj (fr. Bâton Rouge) — ABŞ-nin Luiziana əyalətinin paytaxtı və ikinci ən iri şəhəridir. 2010-cu əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 229,553 nəfər idi.
Baton Ruj
Baton-Ruj (fr. Bâton Rouge) — ABŞ-nin Luiziana əyalətinin paytaxtı və ikinci ən iri şəhəridir. 2010-cu əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 229,553 nəfər idi.
Bekon üsyanı
Bekon üsyanı - 1676-cı ildə Vircinya koloniyasının Ceymstaun şəhərində zəngin kolonistlərə qarşı başladılmış üsyan hərəkatı. Bekon üsyanı yoxsul və qəzəbli mühacirələrin öz düşmənləri olaraq gördükləri iki qrupa yənilmişdi. Bu qruplardan biri hindular, digəri isə kolinistlərin zəngin və imtiyazlı liderləri idilər. == Arxa plan və üsyanın başlanması == 1676-cı ildə müasir dövrdə mövcud olmayan Vircinya koloniyasının Ceymstaun şəhərində baş vermiş üsyan Şimali Amerikada başqa bir qitədən gəlmiş şəxslərin törətdikləri ilk üsyan hadisəsi kimi də tarixə keçmişdir. Bekon üsyanı aşağı təbəqədən olan qrupları bir mərkəzdə birləşdirmişdir. Üsyana qoşulanlar əsasən salınmış koloniyalardakı çətin şəraitdən narazı olan Avropadan gəlmə sakinlər idi. Sərhəd bölgəsində yaşayan sakinlər üsyana ilk qalxan tərəf olmuşdur. Daha sonra qara dərili qullar və nökərlər olaraq təsnif edilən işçi qrupuda koloniyada yaranmış siniflər arasındakı uçurma öz etirazlarını bildirmək üçün üsyan hərəkatına qoşulmuşdur. Bekon üsyanı Vircinyanın qərb sərhədlərindəki problemlərlə başladı. 1670-cı illərdə zəngin plantatorlar şərqi Vircinyanın böyük hissəsinə nəzarət edirdi.
Betün (rayon)
Betün (fr. Béthune) — Fransanın O-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Pa-de-Kale. Suprefektura — Betün. Rayonun əhalisi 2014-ci ildə 286.219 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 404 nəf / km². Rayon sahəsi — 707,6 km².
Breton Dili
Bröton dili - Hind-Avropa dillərinin kelt qrupuna daxil olan dil.
Frensis Bekon
Frensis Bekon (ing. Francis Bacon; 22 yanvar 1561 – 9 aprel 1626) — ingilis filosofu, tarixçisi, siyasi xadimi və yazıçısı, empirizmin banisi. Elmi ictimaiyyət tərəfindən qəbul edilməyən belə bir iddia mövcuddur ki, Şekspirin əsərlərinin müəllifi əslində Frensis Bekon olmuşdur. == Fəlsəfəsi == 1584-ci ildə ingilis parlamentinə deputat seçilmiş, 1613-1617-ci illərdə İngiltərə və Uelsin Baş Prokuroru, 1617-1621-ci illərdə İngiltərə hökumətində ən yüksək vəzifələrdən sayılan lord-kansler, həmçinin 1617-1618-ci illərdə Böyük möhürün lord-qoruyucusu vəzifələrini tutmuşdur. 1621-ci ildə rüşvətdə ittiham edilərək məhkəməyə cəlb olunmuş, vəzifələrindən azad edilmişdir. Lakin, kral tərəfindən əfv edilmiş, bundan sonra vəzifəyə qayıtmayaraq elmi və ədəbi fəaliyyətlə məşğul olmuşdur. F.Bekon hesab edirdi ki, fəlsəfənin başlıca vəzifəsi elmi idrakı əsaslandırmaqdır. Bekona görə, elmi bilik insana xeyir vermək məqsədi güdməlidir, təbiət qüvvələrindən insanların rifahı üçün istifadə etmək lazımdır. Bekon fəalyyətə hüquqşünas kimi başlasa da, sonradan filosof və elmi inqilabın tərəfdarı kimi tanınır. Onun əsərləri elmi tədqiqatların induktiv metodologiyasının əsası və təbliğatçısı kimi tanınmağa başladı.
Jeton Kelmendi
Jeton Kelmendi (alb. Jeton Kelmendi; 27 noyabr 1978, Peç) — Albaniya şairi, yazıçı, dramaturq, publisist, tərcüməçi, naşir və universitet professoru. == Həyatı == Jeton Kelmendi Kosovonun Peja şəhərində anadan olub. O, ibtidai məktəbi doğulduğu yerdə bitirib. Daha sonra Priştina Universitetində təhsilini davam etdirib və Kütləvi Kommunikasiyalar üzrə İncəsənət Bakalavr dərəcəsi alıb. O, Beynəlxalq və Təhlükəsizlik Tədqiqatları üzrə ixtisaslaşaraq, Belçikanın Brüssel Azad Universitetində magistratura təhsilini başa vurub. Diplomatiya üzrə ikinci magistr dərəcəsini bitirmişdir. Kelmendi “Aİ-nin siyasi təhlükəsizlik məsələlərində medianın təsiri” mövzusunda fəlsəfə doktoru dərəcəsi alıb. AAB Universitet Kollecində professordur. Avstriyanın Zalsburq şəhərindəki Avropa Elm və İncəsənət Akademiyasının fəal üzvüdür.
Keyp-Breton
Keyp-Breton (ing. Cape Breton Island, fr. Île du Cap-Breton) — Şimal-şərqdən Yeni Şotlandiya yarımadasından Kanso boğazı, Uels Şahzadəsi (ada)sından isə Müqəddəs Lavrentiya körfəzi ilə ayrılır. Mikmaki dilində Unama’kik — "Duman Torpağı". Ada inzibati cəhətdən Yeni Şotlandiya vilayəti ərazisinə daxildir. == Coğrafiyası == Adanın sahəsi 10 311 km² təşkil edir (Adaların dünyada sahəsinə görə sıralsması]]nda 75-ci, Kanadada isə 18-ci yeri tutur. Adada laqun məşəlli Bra-d'or gölü vardır. Onun sadəsi 932–1099 km² arasında dəyişiir. Ən hündür zirvəsi Vayt-Hill dağıdır (532 m). Dağ zirvəsi sıldırımlıdır.
Le-Breton
Le-Breton (fr. Le Brethon) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Erisson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03041. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 337 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 194 yaşda (15-64 yaş arasında) 132 nəfər iqtisadi cəhətdən fəal, 62 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68.0%, 1999-cu ildə 70.0%). Fəal olan 132 nəfərdən 117 nəfəri (60 kişi və 57 qadın), 15 nəfəri işsizdir (6 kişi və 9 qadın). Aktiv olmayan 14 nəfər arasında şagird və ya tələbə, 20 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə fəaliyyətsizdir == Görməli yerləri == Sen-Pyer kilsəsi (XIII əsr) La-Butey ibadətgahı (XI—XII əsrlər) Salu gölməçəsi Menhir == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == "Milli Statistika İnstitutu — Le-Breton" (fransız).
Nir Biton
Nir Biton və ya Nir Bitton (ivr. ‏ניר ביטון‏‎; 30 oktyabr 1991, Aşdod, İsrail) — israilli futbolçu. "Makkabi" klubunda çıxış edir. == Karyerası == === İlk illər === Nir Biton 1991-ci ildə İsrailin Aşdod şəhərində anadan olmuşdur. Karyerasına yerli "Aşdod" klubunda başlamışdır. 2013-cü ilə qədər klubda oynayan Nir 123 oyuna 14 qol atmışdır. == Seltik == 30 avqust 2013-cü ildə Nir Biton Şotlandiyanın "Seltik" klubu ilə 4 illik müqavilə imzalamışdır. Transferi üçün "Seltik" klubu £700.000 ödəmiş və sonrakı satışdan 20 % pay alacağını bildirmişdir. İlk oyununa 18 sentyabr 2013-cü ildə UEFA Çempionlar Liqasının qrup mərhələsində İtaliyanın Milan FK qarşısına 89-cu dəqiqədə çıxmışdır. 22 oktyabrda "Ayaks"a qarşı oyunda 77-ci dəqiqədə oyuna girən Nir 87-ci dəqiqədə Tulani Sereroya qarşı kobud hərəkətinə görə oyundan qovulmuşdur.
Rocer Bekon
Rocer Bekon (ing. Roger Bacon; təq. 1220 – təq. 1292 və ya 1294, Oksford) — ingilis filosofu və təbiətşünası. Sxolastik metodlarla elmin insanlara fayda verməli olduğunu irəli sürdü. Bekon Aristotelin baxışlarına istinad edərək göstərirdi ki, duyğular mühüm psixi proseslərin daha vacibi olmaqla, biliklərin yaranmasına material verir.
Teton (Vayominq)
Teton Rayonu (ing. Teton County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 18 251 nəfər olmuşdur. Rayonun paytaxtı Cekson şəhəridir. Rayonun ərazisində Cekson-Hol dağ-xizək kurortu, Qrand-Titonun milli parkı və Yellouston Milli Parkının 40,2%-i, o cümlədən Yelloustonun bütün su ehtiyatlarının 96,6%-i yerləşir. 2009-cu ildə Teton Rayonu ildə 132 728 ABŞ dolları olan adambaşına orta gəlir səviyyəsi ilə Amerika Birləşmiş Ştatlarının bütün rayonlarında arasında birinci yerə çıxmağı bacarmışdır. Bu göstəriciyə görə, Teton Rayonu hətta Nyu-York, Manhetten bölgəsini (120 790 ABŞ Dolları) belə geridə qoydu.
Peter Beron
Peter Beron (bolq. Петър Хаджиберович Берон; təq. 1799 – 21 mart 1871, Krayova) — Bolqarıstan pedaqoqu, alimi, ensiklopedisti, müəllimi, filosofu, həkimi və təbiətşünası. == Bioqrafiya == Peter Beron 1799-cu ildə Koteldə anadan olub. Qısa müddət Braşovda yaşayıb. O, yerli internat məktəbində və müəllim Andon Hacı Krinçunun Ellin-Bolqar məktəbində təhsil alıb və oranı bitirdikdən sonra işə başlayıb. 21 yaşında Buxarestə getmiş, burada Yunanıstan Knyazlıq Akademiyasında, daha sonra isə həmvətənlərinin köməyi ilə Avropanın müxtəlif universitetlərində təhsil almaq imkanına sahib olub. O, Heidelberg və Münhendə tibb təhsili alıb. Münhendə Fridrix Şellinq və Lorens Okkenin mühazirələrini dinləyib. 1831-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək Rumıniyaya qayıdır.
Breton şattlı
Breton şattlı (fr. La Navette Bretonne) (başqa adıyla "Broussard və Cri-cri") Fransada fəaliyyət göstərən aerobatika komandasıdır. Komandanın debütü 1993-cü ilə təsadüf edir. Uçuşlar üçün Max Holste MH.1521 Broussard və ən kiçik 2 mühərrikli təyyarə olan Colomban Cri-cri istifadə olunur. Komandanın fərqliliyi onda ibarətdir ki, Cri-cri özü havalanmır. Aviaşou təyyarənin üstünə quraşdırılmış Cri-Cri ilə havaya qalxması ilə başlayır və ayrılmazdan əvvəl bir neçə fiqur həyata keçirilir. Daha sonra havada Cri-cri ayrılır və birlikdə uçuş həyata keçirirlər. Təyyarənin başqa təyyarə üstündə havaya qalxması daha əvvəl 1939-cu ildə "Short Mayo" və "Short Mercury" təyyarələri ilə həyata keçirilib.
Beon (En)
Beon (fr. Béon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01039. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 373 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 251 nəfər (15-64 yaş arasında) arasında 186 nəfər İqtisadi fəal, 65 hərəkətsiz (fəaliyyət göstərici - 74.1%, 1999-cu ildə bu 69.5% idi). Aktiv 186 sakindən 174 nəfər (102 kişi və 72 qadın) işləyir, 12 nəfər işsizdir (5 kişi və 7 qadın). Aktiv olmayan 65 nəfər arasında şagird və ya tələbə, 24 nəfər təqaüdçü, 21 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Yusuf Demir
Yusuf Dəmir (türk. Yusuf Can Taşar, 2 iyun 2003, Vyana, Avstriya) — cinah mövqeyində oynayan türk əsilli avstriyalı futbolçu. Avstriya milli futbol komandasında və La Liqa təmsilçisi olan Barselona klubunda çıxış edir. == Həyatı == Yusuf Dəmir 2003-cü il iyunun 2-də Avstriyanın paytaxtı Vyanada, ailəsinin kökləri Türkiyənin Trabzon şəhərindən olan türk ailəsində anadan olmuşdur. == Klub karyerası == === Rapid Vyana === 26 may 2019-cu ildə Yusuf Dəmir Rapid Vyana ilə müqavilə imzaladı. Dəmir peşəkar debütünü 14 dekabr 2019-cu ildə Admira üzərində 3-0 liqa qalibiyyətində Rapid Vyana ilə etdi. 15 sentyabr 2020-ci ildə Dəmir UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Gent"ə 1-2 hesablı məğlubiyyətdə qol vurdu. O, 17 il, 3 ay və 10 gün sonra, Gerd Vimmerdən sonra UEFA Çempionlar Liqasında qol vuran ən gənc futbolçu oldu. === Barselona === 2021-ci ilin iyulunda Barselona Yusuf Dəmiri Rapid Vyana-dan 500.000 avroya bir mövsümlük icarəyə götürdüklərini və gələcəkdə 10 milyon avroya Yusuf Dəmiri komandaya transfer edə biləcəklərini elan etdi. 31 avqust 2021-ci ildə Barselona, Yusuf Dəmiri, əsas komanda oyunçusu kimi qeydiyyatdan keçdirdi.