Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəmirözü
Dəmirözü (türk. Demirözü) — Bayburt ilinin ilçəsi. Dəmirözü Bayburt merkez, Gümüşhane, Köse ve Kelkit və Ərzincan Çayırlı ve Otluqbeli ilçələri ilə əhatə olunmuşdur. Ən yüksək təpələri Otluqbeli təpəsidir (2485 metr). Pulur dağı (2185 metr) yüksəklikdədir. Dəmirözlü iqliminə görə Şərqi Anadolu və Qara dəniz bölgələri arasında keçid iqlim tipinə malikdir. Qışlar çox soyuq və sərt, yay ayları isə quraq keçir. Yağıntılar adətən qar şəklində olur, bununla birlikdə yüksək ərazilərdə mülayim iqlim hökm sürür. == Tarixi == Eramızdan əvvəl bölgənin ən qədim tanınmış insanları 1500-cü illərdə yaşamış Əzizi və Ayyaşlardır. Bölgənin Urartu, Kim, İskit, Meç, Fars, Pont, Roma, Bizans, Ərəb, Səlcuq və Osmanlı hakimiyyəti altında olduğu tarixə məlumdur.
Dəmiryolu
Dəmiryol nəqliyyatı — müxtəlif yükləri kütləvi şəkildə uzaq məsafələrə yüksək sürətlə və digər nəqliyyat vasitələri ilə müqayisədə qat-qat ucuz aparması ilə, həmçinin hərəkətinin müntəzəmliyi ilə fərqlənən nəqliyyat vasitəsi. Dəmir yolu nəqliyyatının tarixi o qədər də qədim deyildir. Bu nəqliyyatın yaranması sənaye inqilabı dövründən başlanmışdır. == Tarixi == Dəmir yollarının tikintisi XIX və XX əsrin birinci yarısında bir çox ölkələrdə aparılırdı. Məhz bu səbəbdən əksər ölkələrdə dəmiryol nəqliyyatı aparıcı nəqliyyat növlərindən birinə çevrilmişdi. Artıq 1840-cı ildə dünyada dəmiryol xətlərinin uzunluğu 2,5 min km-ə çatmışdı. Müasir dövrdə bu göstərici 1,3 mln. km təşkil edir. İlk dəmir yolu 1830-cu ildə İngiltərədə Liverpul-Mançester xəttinin açılışı olmuşdur. Elə həmin ildə ABŞ-də ilk dəmir yolu çəkilmişdir.
Albaniyada dəmiryolu
Albaniyada dəmiryolu nəqliyyatı Hekurudha Shqiptarë milli dəmir yolu şirkəti tərəfindən idarə edilir. Albaniyada dəmir yolu xətti standart reylslərdən ibarətdir - 1435 mm. == Tarix == Ölkədə 1947-ci ildə ilk dəfə standart reyslərdən istifadə etməklə Durres — Pekini xətti çəkilmişdir. Bundan əvvvəl isə enisiz dəmir yolu xəttindən istifadə edilirdi. Ölkənin yalnız Monteneqro istiqamətində beynəlxalq dəmir yollarına çıxışı vardır. Dəmir ypollarının son duracağı Bajzedir. Dəmir yolu sistemi Ənvər Xocanın diktaturası dönəmində dövlət tərəfindən dəstəklənirdi. 1947-ci ildən sonra Albaniyanın Avropa standartı tətbiq edilməsi ilə ölkənin dəmir yolu şəbəkəsinin tikintisi əhəmiyyətli bir infrastruktur layihəsinə çevrildi. İkinci Dünya müharibəsi başa çatdıqdan sonra 1987-ci ilə qədər əsas şəhər və sənaye mərkəzlərini birləşdirən 677 km uzunluğunda dəmir yolu xətti inşa edilmişdir. Bu nəqliyyat növü 1990-cı ilə qədər əsas nəqliyyat vastəsi idi.
Azərbaycanda dəmiryolu
== Tarixi == === Çar Rusiyası === Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu cəmi 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan ibarət olmuşdur. Həmin tarixi dövrdən başlayaraq Azərbaycan dəmir yolu yük daşınmasına olan tələbatın artdığını nəzərə olaraq inkişaf etmiş və təkmilləşmişdir. Hazırda baş yolların ümumi uzunluğu 2910,1 km, istismar uzunluğu 2079,3 km-dir ki, onlardan da 802,3 km-i ikiyolludur. Yolun ümumi istismar uzunluğunun 1241,4 km-i və ya 59,7%-i elektrikləşdirilmiş, 837,9 km-i, yəni 40,3%-i tepolovoz dartısı ilə işləyir. 1527,7 km-i avtomatlaşdırılmış işarəvermə sistemi ilə təchiz edilmişdir. Azərbaycanda ilk dəmir yolunun çəkilməsi və sonradan inkişaf etdiriməsi birbaşa neft daşınması ilə əlaqədar olmuşdur. Abşeronda neftin olması qədim zamanlardan bəlli idi. Bakı nefti uzun müddət sistemsiz üsulla çıxarılmış və əsasən Azərbaycanda, onun daşındığı Yaxın və Orta Asiya ölkələrində, Rusiya və Hindistanda işıqlandırma və müalicə üçün istifadə edilmişdir. 1847-ci ildə ilk qazma quyusunun meydana gəlməsi,neftin qazma üsulu ilə çıxarılmasının daha da inkişaf etdirilməsi,xüsusən XIX əsrin 70-ci illərinin əvvəllərində alış-veriş sisteminin ləğvi ilə əlaqədar neftçıxarma kəskin surətdə artdı.
Dəmiryolu nəqliyyatı
Dəmiryol nəqliyyatı — müxtəlif yükləri kütləvi şəkildə uzaq məsafələrə yüksək sürətlə və digər nəqliyyat vasitələri ilə müqayisədə qat-qat ucuz aparması ilə, həmçinin hərəkətinin müntəzəmliyi ilə fərqlənən nəqliyyat vasitəsi. Dəmir yolu nəqliyyatının tarixi o qədər də qədim deyildir. Bu nəqliyyatın yaranması sənaye inqilabı dövründən başlanmışdır. == Tarixi == Dəmir yollarının tikintisi XIX və XX əsrin birinci yarısında bir çox ölkələrdə aparılırdı. Məhz bu səbəbdən əksər ölkələrdə dəmiryol nəqliyyatı aparıcı nəqliyyat növlərindən birinə çevrilmişdi. Artıq 1840-cı ildə dünyada dəmiryol xətlərinin uzunluğu 2,5 min km-ə çatmışdı. Müasir dövrdə bu göstərici 1,3 mln. km təşkil edir. İlk dəmir yolu 1830-cu ildə İngiltərədə Liverpul-Mançester xəttinin açılışı olmuşdur. Elə həmin ildə ABŞ-də ilk dəmir yolu çəkilmişdir.
Kosovoda dəmiryolu
Kosovoda dəmiryolu — Kosovo Respublikasında nəqliyyat sisteminin əsas tərkib hissələrindən birini təşkil edir. Ölkədə dəmir yollarının ümumi uzunluğu 333 km-dir. Reylslər arasında məsafə 1435 mm genişlikdədir. Qismən tanınmış Kosovo Respublikası dəmir yollarına ölkənin mülkiyyəti kimi baxır. Trainkos şirkəti Kosovo dəmir yollarının operatorudur. == Tarixi == Kosovo ərazisindən ilk dəmir yolu xətti 1874-cü ildə General-Yankoviç şəhərindən Kosovo-Pole və Kosovska Mitrovisa istiqamətində olmuşdur. Bu Kosovo regionunda dəmir yolunun inkişafı üçün başlanğıc olmuş və region iqtisadiyyatında mühüm rol oynamışdır. 1934-cü ildə bu xəttin müxtəlif qolları inkişaf etdirilmişdir. 1934-cü ildə Kosovo Mitrovisa - Leşak, 1936-cı ildə Kosovo-Pole - Reç, 1949-cü ildə Priştina - Poduevo - Livadisa, 1963-cü ildə isə Klin - Prizren xətləri çəkilmişdir. 1990-cı illərə qədər dəmir yolları Yuqoslaviyanın idarəsində olmuşdur.
Monteneqroda dəmiryolu
Monteneqroda dəmiryolu — Monteneqroda mövcud olan nəqliyyat sahələrindən biri. Ölkədə olan dəmiryollarının ümumi uzunluğu 250 km-dir (bunun 162 km elektrikləşdirilmişdir). Relslər arasında məsafə 1435 mm-dir. Dəmiryolu xətlərində ümumilikdə 121 tunel vardır ki, bunlarında ümümi uzunluğu 58 km-dir. Dəmir yolu Monteneqro nəqliyyat sistemində böyük rol oynamır və sərnişin daşımada isə zəif şəkildə iştirak edir.. Ölkədəki dəmir yolu infrastrukturunu, sərnişin daşımalarını, yük daşınmasını və dəmir yolunun saxlanmasını müstəqil idarə olunan dörd ayrı şirkət vardır. Sərnişin daşımaları "Monteneqro dəmiryolları" dövlət şirkəti tərəfindən idarə edilir (mont. Жељезница Црне Горе / Željeznica Crne Gore). Montecargo isə Monteneqronun daxilində yük daşımalarını idarə edən bir şirkətdir. Üstəlik ölkədəki yük vaqonları və yük lokomotivlərinin istismarını da təşkil edirlər.
Qırğızıstanda dəmiryolu
Qırğızıstanda dəmir yolu nəqliyyatı — respublika daxilində bir-biri ilə əlaqəsi olmayan və SSRİ-nin dağılmasından əvvəl onun vahid dəmir yolu şəbəkəsinin bir hissəsi olan, bir-birindən fərqli olan bir neçə hissədən ibarətdir. Müasir Qırğızıstan ərazisində ilk dəfə dəmir yolu 1924-cü ildə meydana çıxmışdır. Qırğızıstanın müstəqilliyi dövründə gənc respublikanın dəmir yolu şəbəkəsi SSRİ-dən miras qalan daxili birgə xətləri olmayan bir neçə hissədən ibarət idi. Bunlar marşrutların son dərəcə qısa hissələridir: Fərqanə — Qızılkiya, Qarasu — Oş, Xanabad — Cəlalabad — Kok-Yanqak, Üçqurqan — Taş-Kumır. Bu hissəslər Qırğızıstanın cənubunu Fərqanə Vadisinin şəhərləri ilə birləşdirir. Bundan əlavə Çaldovar — Bişkek — Rıbaçye (İssık-Kul) xətləri isə Qırğızıstanın şimal şəhərlərini Cənubi Qazaxıstanla birləşdirir. 1994-cü ildə şəbəkənin pozulmasını aradan qaldırmaq üçün Trans-Qırğızıstan dəmir yolu Balıkçi — Koçkor — Cəlal-Abad dəmir yolu layihəsinin həyata keçirilməsinə qərar verilir. 1998-ci ildə başlayan inşaat qısa müddətdə kəsilir. Layihə 2000-ci ildə nəhayət bağlanılır və stansiyaların və yolların yalnız yarımçıq qalmış hissələri qalır. 1996-cı ildən bəri Çin-Qırğızıstan-Özbəkistan ("CKU") dəmir yolunun (Qırğızıstan dəmir yollarının cənub hissəsindən) mümkün tikinti planı müzakirə edilir.
Türkiyədə dəmiryolu
Türkiyədə dəmir yolu — 1927-ci ildə Osmanlı İmparatorluğunun dağılmasından sonra qurulan Dövlət Korporasiyası tərəfindən idarə olunan Türkiyədəki bir dəmir yolu şəbəkəsidir. Dəmir yollarının ümumi uzunluğu 10.991 km-dir (2008). Türkiyədəki dəmir yollarının tarixi 1856-cı ildə, bir ingilis şirkəti tərəfindən inşa edilən İzmir - Aydın 130 km-lik Osmanlı İmperiyasındakı ilk dəmir yolu xəttinin açılması ilə başlayır. 1856 - 1889 illər arasında Osmanlı İmperiyasındakı yollar əsasən İngilis şirkətləri tərəfindən inşa edilir. Lakin 1889-1918-ci illər arasında Osmanlı İmperiyasındakı bir çox dəmir yolu bu dövlətlər arasındakı siyasi ittifaq sayəsində Alman şirkətləri tərəfindən inşa edilməyə başlanılır. 1856-1922-ci illərdə ümumi uzunluğu 9,919 km olan aşağıdakı xətlər çəkilir: Rumeli - 2,383 km, 1,435 mm Ruse - Varna, 223 km, 1866-cı ildə bir ingilis şirkəti tərəfindən tamamlanır; Dunay ilə Qara dənizi birləşdirir. Konya - Bağdad 2.424 km, 1.435 mm. İzmir - Kasaba 695 km, 1,435 mm. İzmir - Aydın 610 km, 1,435 mm. Şam - Həma 498 km, 1.067 mm və 1.435 mm.
Türkmənistanda dəmiryolu
Türkmənistanda dəmir yolu — nəqliyyatı 1880-ci ildən bəri istifadə olunur. Başlanğıcda Transxəzər Dəmir Yolunun, sonra Orta Asiya Dəmir Yolunun bir hissəsi olur. Sovet İttifaqının dağılmasından sonra Türkmənistandakı dəmir yolu şəbəkəsi dövlətə məxsusdur və Dəmiryolları ASC tərəfindən idarə olunur. Dəmir yollarının ümumi uzunluğu 3550.9 km-dir (2012). Elektrikli yollar yoxdur. Türkmənabad - Aşqabad - Türkmənbaşı (Krasnovodsk) xətti qismən cüt zolaqlıdır. Aşqabad, Qazandciq, Türkmənbaşı, Məryəm, Türkmənabad, Amudarya və Daşoğuzda lokomotiv depoları vardır. Türkmənistan dəmir yollarının sərnişin trafiki, qatarların Tacikistandan Özbəkistana keçid və daha sonra keçəcəyi hissələr istisna olmaqla, ölkənin dövlət sərhədləri ilə məhdudlaşır. Lokomotiv parkı 2TE10L, 2TE10U, 2M62U seriyalı dizel lokomotivlərdən ibarətdir, həmçinin Çin istehsalı olan bir neçə CKD9A və Qazaxıstan istehsalı TE33A lokomotivləri mövcuddur. Manevr işləri TEM2, TEM2U, ChME3 lokomotivləri tərəfindən həyata keçirilir.
Təkrelsli dəmiryolu
Monorels yolu və ya təkrelsli dəmiryolu — nəqliyyat qurğusu. Sərnişin vaqonları və ya yük vaqonetləri lazımi yüksəklikdə quraşdırılmış estakadaya, yaxud ayrı-ayrı dayaqlara bərkidilmiş relsin (monorelsin) üzəri ilə hərəkət edən arabacığa bərkidilir. Vaqonlar ya arabacıqlara üstdən söykənir (talvar tipli monorels yolu), yaxud arabacaıqların altından sallanır (asma monorels yolu). Yük daşıyan monorels yolundan (uzunluğu 1,5 kilometrədək) sənaye müəssisələrində sexdaxili, sexlərarası və zavodlararası nəqliyyat vasitəsi kimi istifadə olunur. Yük vaqonetləri xüsusi platforma, özüboşalan kuzov, qaldırıcı və tutucu mexanizmlərlə təchiz olunur. 0,5–2 metr (bəzən 5 m) yük götürür, sürəti 2–4 km/saatdır. Bir sıra ölkələrdə sərnişin daşıyan monorels yolu (əsasən, təcrübə məqsədi ilə və ya sərgilərdə xidmət göstərmək üçün) titkilmişdir. Tokionun mərkəzi ilə Xaneda Hava Limanı arasında monorels yolu çəkilmişdir Vaqonlar 60–120 sərnişin tutur;qatarların sürəti 120 km/saat, ayrı-ayrı sınaq sahələrinmdə 240 km/saat və daha çox olur. Nisbətən baha başa gəldiyi üçün tətbiqi məhduddur. Адасинский С. А. Городской транспорт будущего.
Vladiqafqaz dəmiryolu
Zaqafqaziya dəmiryolu — Rusiya imperiyasında özəl dəmir yolu. 1875-1885-ci illərdə Rostov-Vladiqafqaz Dəmir Yolu Cəmiyyəti, 1885-1918-ci illərdə Vladiqafqaz Dəmir Yolu Cəmiyyəti adlandırılıb. Yol Kuban, Terek, Dağıstan, Don qoşunları, Qara dəniz, Stavropol, Həştərxan, Saratov vilayətlərinin ərazisindən keçirdi. Rostov-Vladiqafqaz dəmir yolu səhmdar cəmiyyətinin nizamnaməsi 1872-ci ildə təsdiq edilmişdir. Səhmdarlara iri kapitalın nümayəndələri: A.İ.Putilov, A.İ.Vışneqradski, A.A.Davıdov, çar ailəsinin üzvləri, saray aristokratiyası daxil idi. Vladiqafqaz dəmir yolunun Yekaterinodar və Tixoretski hissələrinə rəhbərlik etmiş Teraşkeviç qardaşları haqqında məlumat var. Texnoligiya mühəndisi İosif İosifoviç Teraşkeviç Yekaterinodar deposunun (Yekaterinodar), texnoloji mühəndis Ludoslav-Severin İosifoviç Teraşkeviç isə Tixoretsk emalatxanalarının rəisi idi. Yolun baş idarəsi Sankt-Peterburqda, yolun idarəsi isə Rostov-na-Donuda olub. Yol Rusiyada ən gəlirli yollardan biri idi. Tikinti Voljsko-Kamski Bankının kreditləri hesabına maliyyələşdirilib.
Zaqafqaziya dəmiryolu
Zaqafqaziya dəmiryolu — Rusiya imperiyası və SSRİ dövründə Cənubi Qafqazda fəaliyyət göstərmiş dəmiryolu xətti. Dəmiryolu xətti Gürcüstan, Azərbaycan və Ermənistan ərazisindən keçirdi. 1967-ci ildə yolun Azərbaycan SSR ərazisində yerləşən hissəsi Zaqafqaziya yolundan ayrılaraq, müstəqil Azərbaycan Dəmir Yolları idarəsinin tabeliyinə verildi. SSRİ dağıldıqdan sonra 1990-cı illərdə Ermənistan dəmir yollarına və Gürcüstan dəmir yollarına bölünmüş, bir hissəsi Azərbaycan Dəmir Yollarının tabeliyinə keçmişdir. Yolun inşasına 1865-ci ildə Poti-Tiflis dəmiryolunun tikintisi ilə başlanılmışdır. Dəmiryolunun Poti-Zestafoni hissəsi 14 avqust 1871-ci ildə açılmışdır. Bütün xəttin istismara verilməsi isə 1872-ci ildə baş tutmuşdur. Bakıda neft sənayesinin inkişafı ilə əlaqədar limanlara neft ixracına ehtiyac yaranırdı. Bakı-Tiflis-Poti istiqamətində dəmir yolu magistralının inşası üçün gərəkli olan mühəndis-texniki və iqtisadi araşdırmalar aparıldı. Lakin Rusiya hökuməti maliyyə çətinlikləri ilə əlaqədar bu dəmir yolunun hissə-hissə çəkilməsinə qərar verdi.
Çingiz Dəmiroğlu
Çingiz Dəmir oğlu Sadıqov (1944, Kirovabad – 25 yanvar 2015, Bakı) — ictimai-siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1990-1995). 1944-cü il yanvar ayının 5-də Gəncə şəhərində anadan olub. 1973-1975-ci illərdə Xanlar rayon Aqrar İstehsalat Birliyinin direktor müavini işləyib. 1975-1990-ci illərdə Xanlar rayon və Gəncə şəhər Partiya Komitələrində müxtəlif məsul vəzifələrdə çalışıb. 1990-1995-ci illərdə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Gəncə şəhər Xalq Deputatları Məclisinin sədri olub. 1999-cu ildə yaradılan Azərbaycan Tərəqqi Partiyasının qurucusu və ilk sədri olub. 2003-cü il Azərbaycan Respublikası Prezidenti seçkilərində Vahid Azərbaycan Partiyasının prezidentliyə namizədi olub. Daha sonra namizədliyini geri götürüb. Çingiz Dəmiroğlu 25 yanvar 2015-ci ildə Bakı şəhərində vəfat edib. Qəbri Gəncənin Fəxri Xiyabanındadır.
Dəmiryolu stansiyası
Dəmiryol stansiyası — qatarların qəbulu, yola salınması və ötməsi üçün yol ayrıcına malik olan dəmiryol nəqliyyatı obyekti. Burada həmçinin sərnişinlər və yüklər qatarla qəbul edilir və yola salınır. Yol şəbəkəsi geniş olduqda qatarlar tərtib edilir və onlara texniki xidmət də göstərilir. Sadə dildə qatrarla əməliyyat edilən istənilən obyekt dəmiryol stansiyası adlanır.
Həsən Dəmirov
Mütəllim Dəmirov
Dəmirov Mütəllim Rəsul oğlu (28 dekabr 1970, Bakı şəhəri)— xanəndə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti. Mütəllim Dəmirov 28 dekabr 1970-ci ildə Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində anadan olub. 1978 - ci ildə Binəqədi rayon Biləcəri qəsəbəsində 5 saylı orta məktəbin 1-ci sinifinə daxil olub. 3-cü sinifdən 10-cu sinifə qədər tam orta təhsilini Qobustan rayon A.O.Çernayayevski adına orta məktəbdə davam etdirib. 1988-cı ildə bu məktəbi bitirib. 1989 - 1991 cı ildə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət Musiqi Kollecində Xanəndəlik ixtisası üzrə təhsil alıb. Bakalavr təhsilini 2002-2006-cı illərdə Azərbaycan Milli Konservatoriyasında alıb. 1995-ci ildə Asəf Zeynallı adına musiqi kollecində Nərman Əliyevin sinfində fərdi xanəndəlik sənətinin sirrlərin öyrənib. 1995-ci ildə “Füzuli 500” Respublika xanəndələr müsaqibəsinin 2 dərəcəli mükafatına layiq görülüb.
Siyahim Dəmirov
Teyyub Dəmirov
Teyyub Hacı Məmməd oğlu Dəmirov (25 aprel 1908, Bakı – 9 avqust 1970, Bakı) — Azərbaycan qarmonçusu. Teyyub Dəmirov 25 aprel 1908-ci ildə Bakıda anadan olub. O, Kor Əhədin tələbəsi və davamçısı olmuş, Əhməd Bakıxanovun bədii rəhbəri olduğu xalq çalğı alətləri ansamblı 1941-ci ildə yenidən bərpa olunanda orada qarmon ifa etmişdir. Teyyub Dəmirovun ifaçılıq sənətində muğamlar, xalq mahnıları və rəqslər əsas yeri tutur. Bundan əlavə o, Azərbaycanda keçirilən müxtəlif musiqi tədbirlərinin iştirakçısı olmuşdur. İfaçılıq və tədris fəaliyyəti ilə yanaşı o, bir sıra rənglər və dəramədlər də bəstələmiş, Azərbaycan qarmonunun inkişafında mühüm rol oynamışdır. Teyyub Dəmirov 9 avqust 1970-ci ildə Bakıda vəfat etmişdir. Onun ifasında səsləndirilən "Bayatı-Şiraz", "Segah", "Rast", "Zabul", "Bayatı-Qacar", "Şur" muğamlarının səsyazmaları Azərbaycan televiziyası və radiosunun fondunda saxlanılır.
Vüsal Dəmirov
İbadulla Dəmirov
Ədalət Dəmirov
Dəmirovlu pir məbədi
Dəmirovlu pir məbədi — Azərbaycanın Laçın rayonunun Qarqışlaq kəndi ərazisində yerləşən qədim alban məbədi. == Haqqında == Məbəd Qafqaz Albaniyasının maddi-mədəni irsinə aiddir. Tədqiqatçılar məbədi XI əsrə aid edirlər. Məbəd binası yerli daşlardan hündür dağlıq ərazidə inşa edilmişdir. Bunun da səbəbi artıq İslamın yayıldığı bir dövrdə məbədi kənar təsirlərdən qorumaq olmuşdur. Məbədin giriş qapısı uzərində böyük alban xaçı həkk edillib. == İstinadlar == == Xarici keçidlər == ""Qarabağ – mədəniyyətimizin beşiyi"". 525.az. İstifadə tarixi: 25 may 2021. "Mədəniyyətimizin beşiyi".
Ermənistanda ensiz dəmiryolu
Ermənistanda ensiz dəmiryolu — ensiz dəmiryolları standart geniş dəmir yollarından fərqli olaraq, şəhərətrafı və ya şəhərlərarası nəqliyyatda sərnişin daşımaq üçün nəzərdə tutulmayıb. Ermənistandakı ilk ensiz dəmir yolu 1906-cı ildə İrəvanda açılır. Bu dəmir yolu şəhər konkasında istifadə edilir. Birinci Dünya müharibəsi zamanı Rusiya imperatorluğunun əsgərlərini, silahlarını, döyüş sursatını və ehtiyaclarını Rusiya-Türkiyə cəbhəsinə daşımaq üçün təcili hərbi dəmir yolları inşa edilir. Daha sonra bu dəmir yolları Türkiyə ərazisinə bitir. Bəziləri geniş relslərlə dəyişdirilir, digərləri isə sökülür. Ermənistandakı müasir ensiz dəmir yolları iki növə bölünə bilər: Böyük şəhərlərdə uşaq dəmir yolları Sənaye zavodlarında sənaye dəmir yolları. == İrəvan == === İrəvan konkası === 1906-cı ildə İrəvan şəhərində 914 mm ölçülü şəhər konkası açılmışdır. Konka 1918-ci ildə dağıdılır. 1933-cü ildə şəhərdə ilk geniş relsli tramvay xətti açılır.
Dərbənd Dəmiryolu Stansiyası
Dərbənd — Şimali-Qafqaz dəmir yollarının Maxacqala regionunda yerləşən dəmiryol stansiyası. İnzibati baxımdan Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşir. Rusiya Dəmiryolları şəbəkəsinin ən cənub şəhər stansiyasıdır. == Təsviri == Stansiyada elektrik lokomotivləri Azərbaycana gedən və oradan gələn qatarlar gömrük nəzarəti təşkil edilir.
Poti-Bakı Dəmiryolu
Poti-Bakı Dəmiryolu — Bakını Qara dəniz sahilindəki Poti liman şəhəri ilə birləşdirən dəmir yolu. Xəzər dənizi sahilindən Cənubi Qafqazın ortasından keçməklə, Qara dəniz sahilinə doğru dəmir yolu çəkilməsi ideyası ilk dəfə XIX əsrin 30-cu illərində irəli sürülsə də, bu yöndə əməli işə yalnız 50-ci illərin ortalarında başlandı. Bakı-Tiflis-Poti istiqamətində dəmir yolu magistralının inşası üçün gərəkli olan mühəndis-texniki və iqtisadi araşdırmalar aparıldı, lakin Rusiya imperiyası hökuməti maliyyə çətinlikləri ilə əlaqədar bu dəmir yolunun hissə-hissə çəkilməsinə qərar verdi. O zamankı Qafqaz canişininin irəli sürdüyü hərbi-strateji mülahizələr əsas götürüldü və 1865-ci ildə, bütün əvvəlki layihələrin əksinə olaraq, Cənubi Qafqazda dəmir yolu çəkilməsinə Bakıdan deyil, əks istiqamətdən — Potidən başlandı. 1867-ci ildə Poti — Tiflis dəmir yolunun inşası ingilis kapitalistləri T. Parkins və F. Pauerin yaratdıqları şirkətə konsessiyaya verildi. İngilis şirkəti 294 km uzunluğu olan bu dəmir yolu xəttini 1872-ci ildə istifadəyə verdi. 19-cu əsrin 70-ci illərində Abşeron yarımadasında neft sənayesinin sürətli inkişafı və Poti — Tiflis dəmir yolunun zərərlə işləməsi çar hökumətini tezliklə Bakı ilə Tiflis arasında dəmir yolu inşasına başlamağa vadar etdi. 1879-cu ildə çar II Aleksandr Bakı-Tiflis dəmir yolunun tikintisinə icazə verdi. 1883-cü il mayın 8-də bu dəmir yolunun rəsmi istismarına başlandı. Bakı-Tiflis dəmir yolunun ümumi uzunluğu 548,3 km idi, üzərində 26 stansiya, 53 körpü inşa edilmişdi.
Ahmet Demirok
Ahmet Demirok (türk. Ahmet Demirok; 21 avqust 1970, Kulu[d], Konya ili) — Türkiyə diplomatı. == Həyatı və təhsili == Ahmet Demirok 21 avqust 1970-ci ildə Türkiyənin Konya şəhərində anadan olmuşdur. O, Orta Şərq Texniki Universiteti İqtisadi və İdarəetmə Fakültəsinin Dövlət İdarəetmə Bölməsinin məzunudur. == Fəaliyyəti == === Diplomatik fəaliyyəti === 1993-cü ildə Türkiyə Xarici İşlər Nazirliyində təcrübəçi məmur olaraq işə başlayıb. 1997–1999-cu illər arasında Komotininin Baş Konsulluğunda Konsul Köməkçisi, 1999–2002-ci illərdə Kanberra Səfirliyində Üçüncü və İkinci Katib, 2002–2004-cü illərdə Baş Katib, 2004–2006-cı illərdə Bratislava Səfirliyində Baş Katib, 2006–2008-ci illərdə Birləşmiş Millətlər Təşkilatının Vyana Ofisində Türkiyənin birinci katibi və daimi nümayəndəsinin müavini, 2008–2010-cu illərdə Nazirlərin Xüsusi Məsləhətləri Departamentinin direktoru vəzifəsində çalışıb. 2010–2013-cü illərdə Londonda Baş Konsulluq etmiş 1 oktyabr 2013–28 fevral 2017-ci il tarixlərində Dohada Türkiyə Cümhuriyyətinin səfiri olmuşdur. 20 iyun 2017-ci il tarixində Resim Gazete-də dərc olunmuş kabinet fərmanı ilə Dövlət Qulluqçuları Etik Şurasının üzvü təyin edilib. 9 dekabr 2020-ci ildə Türkiyənin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilsə də, bu təyin gerçəkləşmədi və onun əvəzinə Cahid Bağçı bu vəzifəyə təyin olundu.