Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tərsinə çevirmək
Tərsinə çevirmək (ing. invert ~ ru. инвертировать ~ tr. ters çevirmek) – əksinə dəyişdirmək, məsələn, monoxrom displeydə rəngin tərsinə çevrilməsi ağı qaraya, qaranı isə ağa dəyişdirir. Analoji olaraq, tərsinə çevirən rəqəmsal mikrosxem, onun girişinə verilən siqnalları tərsinə çevirərək çıxışa ötürür. Belə əməl DEYİL (NOT) inkar Bul əməlinin elektron ekvivalentidir, məsələn, əgər “A” doğrudursa, onda “DEYİL A” yalandır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Baş dərisinin üzülməsi
Baş dərisinin üzülməsi (ing. Scalp) — ölü və ya sağ insanların baş dərilərinin ön və arxa hissədən kəsici-deşici alətlə üzülməsi. Bu üsuldan daha çox Şimali Amerikanın yerli aborigen xalqı tərəfindən istifadə edilmişdir. Şimali Amerikada toplum tərəfindən qəbul edilmiş düşüncəyə görə Hindilər müharibədə öldürdükləri düşmənlərindən qənimət əldə etmək niyyəti ilə onların baş dərilərini üzərək özləri ilə aparırdılar. Ancaq iddia edilənin əksinə olaraq bu üsulun istifasinə Hindli döyüşçülər arasında nadir hallarda rast gəlinirdi. Bu adət Şimali Amerikada hələ formalaşmamışdan iki əsr əvvəl Avropada mövcud idi. Xüsusilə Fransa və Böyük Britaniyada edam cəzasına məhkum edilmiş şəxslərin edamından əvvəl müxtəlif işgəncələr verilir və yaşanan işgəncə prosesində məhkum edilən şəxsin baş dərisi üzülürdü. Bəzi Meksika və ABŞ (Arizona) ştatlarında keçmişdə düşmən münasibətlərdə olduqları qızıldərili skalpları üçün düşmənləri tərəfindən ödəmələr belə edilmişdir. ABŞ-də Hindulara qarşı sistemli şəkildə həyata keçirilən Hindu qətliamları zamanı hindular tərəfindən ağdərililərin baş dəriləri üzülmüşkən, 1782-ci ildə baş vermiş Gnadenhütten qətliamı zamanı ağdərililər tərəfindən Lenape hinduların baş dəriləri üzülmüşdür. == Tarixi == Baş dərisinin üzülməsinin ilkin nümunələrinə Şimali Amerika və Avropada hələ eramızdan əvvəlki, illərdə rast gəlinmişdir.
Dərinin xoşxassəli törəmələri
Dərinin xoşxassəli törəmələri — qocalıq ziyilləri, qocalıq keratoması, fibroma, lipoma, dəri buynuzu və s nəzərdə tutulur. Bunarın hər birininn özünəməxsus göstəriciləri və müalicə üsulları vardır. == Qocalıq ziyilləri == Qocalıq ziyilləri (lat. Verruca senilis)Başlıca olaraq qocaların gövdə nahiyəsində, üzündə və ətraflarda təsadüf edilir. Bir neçə mm- dən bir neçə sm-ə kimi olur. Ziyillər dairəvi və ya oval, sərhədləri kəskin konsistensiyası bərk olur, səthi isə parıldayır.Rəngi tünd qəhvəyi və ya qara olur. Müalicəsi diatermokoaqulyasiya üsulu ilə aparılır == Qocalıq keratoması == Qocalıq keratoması (lat. Keratosus senilis )-Bu orqanizmin acıq sahələrində müşahidə olunur. Xəstəlik müxtəlif formalarda yastı və quru , qəhvəyi rəngli kəpəklərlə örtülü düyüncüklərlə təzahür edir. Günəş şüalarının təsirindən epiteliomaya çevrilir.Müalicəsi diatermokoaqulyasiya üsulu ilə aparılır.
Tərsinə çevrilmiş fayl
Tərsinə çevrilmiş fayl ( ing. inverted file ~ ru. инвертированный файл ~ tr. ters çevrilmiş dosya) – verilənlər bazasının idarəolunması sistemlərində: yazının açarından və ona göstəricidən ibarət olan fayl. Hər bir açar bənzərsiz şəklidə yazını tanıdır (identifikasiya edir), göstərici isə yazının verilənlər bazasında fiziki olaraq harada yerləşməsini proqrama göstərir. Faylın tərsinə çevrilməsi o anlamı verir ki, açarlar ardıcıl çeşidlənib, verilənlər bazasının bu faylla göstəricilər vasitəsilə bağlı olan yazıları isə ixtiyari qaydada (məsələn, yaradılma ardıcıllıqları ilə) yerləşə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tərsinə çevrilmiş siyahı
Tərsinə çevrilmiş siyahı ( ing. inverted list ~ ru. инвертированный список ~ tr. ters çevrilmiş liste) – verilənlər yığını üçün alternativ göstəricilərin yaradılması üçün metod. Məsələn, avtomobillər haqqında məlumatların toplandığı faylda 3, 7, 19, 24 və 32 yazılarının RƏNG sahəsində “Qırmızı” qiyməti ola bilər. Tərsinə çevrilmiş siyahının (indeksin) RƏNG sahəsində 3, 7, 19, 24 və 32 nömrəli göstəricilərlə müşahidə olunan “Qırmızı” yazısı olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tərsinə çevrilən dünya
"Tərsinə çevrilən dünya" — rejissor Ənvər Əblucun 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə "Sədrafilm" kinostudiyasında Azərbaycan və İranın birgə istehsalı ilə lentə aldığı tammetrajlı bədii film. == Məzmun == Filmdə daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində cinayətkar dəstənin fəaliyyətinə son qoyulmasından, eləcə də Azərbaycan və İran strukturlarının narkobizneslə birgə mübarizəsindən bəhs edilir. Ekran əsəri həmçinin gənclərin zərərli vərdişlərdən uzaqlaşmasına təkan verəcək maarifləndirici bir işdir. == Film haqqında == Film Azərbaycan və İranın ilk müştərək kino layihəsidir. Filmin premyera günündə daxili işlər nazirinin əmri ilə yaradıcı kollektivin bir qrupuna mükafatlar təqdim olunub.
Dərinə axtarış alqoritmi
Dərinə axtarış alqoritmi - qraf və ya ağacda axtarış etmək üçündür. Başlanğıc (kök) nöqtəsindən başladıqdan sonra bir qol üzrə sona kimi axtarış edir, ondan sonra isə geri qayıdaraq digər qol üzrə axtarış etməyə başlayır.
Hava gəmisinə yerüstü xidmət
Hava gəmisinə yerüstü xidmət (ing. handling ) — təyyarənin dayanacaqda qəbul edilməsi, uçuşa hazırlıq və uçuşa buraxılması üçün görülən işlər. == Görüş == Təyyarənin qarşılanması üzərində iş dayanacaqda taksilər zamanı əyani siqnallarla idarə edilməsini, yastiqciqlar quraşdırılmasını, təyyarənin uçuşdan sonrakı müayinəsini əhatə edir. == Çəkmə == Təyyarənin yedəklənməsi, aerodrom yerinin məhdud olduğu təqdirdə, öz mühərriklərindən istifadə etməklə təyyarənin taksi sürməsini, habelə istismar işləri zamanı təyyarənin ekipaj iştirakı olmadan hərəkət etməsini mümkünsüz edir. == Yerüstü elektrik təchizatı == Yanacaq istehlakını azaltmaq və təyyarə sistemlərindəki yükü azaltmaq üçün, xüsusən də köməkçi elektrik stansiyasından istifadəni azaltmaq üçün parkinqdəki təyyarə sistemlərinin enerji təchizatı ümumiyyətlə yer mənbəyindən həyata keçirilir. Hazırda əksər təyyarələr 400 Hz tezliyində 115 V fazalı gərginlikli üç fazalı elektrik cərəyanını istifadə edirlər. Təyyarələrin bəzi növləri 28 V sabit bir gərginlik istifadə edir. == Daxili kondisioner == Soyuq iqlimlərdə qızdırılan hava verilir, isti havalarda isə soyudulmuş hava verilir. Hava, hava kondisioner sisteminə (SCR), kondisioner sistemində tez bir şəkildə kəsilmə bağlantısı vasitəsilə bir kol (böyük diametrli nazik divarlı bir hortum) ilə verilir, ümumiyyətlə dəridə lyukla bağlanır. == Boşaltma və yükləmə == Baqajın yüklənməsi və boşaldılması adətən xüsusi qruplar tərəfindən həyata keçirilir.
Pələng dərisi geymiş pəhləvan
Pələng dərisi geymiş pəhləvan (gürc. ვეფხისტყაოსანი) — XII əsrdə gürcü yazıçısı Şota Rustaveli tərəfindən yazılmış epik əsər. Poemanın əsasını IX əsrdə yazılmış qədim bulqar, türk şairi Mikayıl Şəmsi Baştu tərəfindən yazılmış "Şan qızı dastanı" təşkil edir. == Tarixçə == Uzun müddət əlyazma şəklində yayılan poema ilk dəfə 1712-ci ildə VI Vaxtanqın təşəbbüsü ilə çap olunmuşdur. Sonrakı nəşrlər içərisində XIX əsrin inqilabçı-demokratı İlya Çavçavadzenin rəhbərliyi altında çalışan qabaqcıl yazıçı və alimlər komissiyasının tərtib etdiyi elmi-tənqidi mətn Vaxtanqın çap etdirdiyi mətndən xeyli fərqlənir. Daha dəqiq elmi-tənqidi mətn 1937-ci ildə, poemanın yaradılmasının 750 illiyi münasibətilə hazırlanmışdır. Həmin mətn nəzərdən keçrilərək 1951-ci ildə yenidən çap olunmuşdur. == İdeya və məzmunu == Poemada hadisələr Gürcüstan ərazisindən uzaqlarda — Ərəbistan, Hindistan, Mülkizanzar, Qulanşaro və Qacetiyada baş verir. Qərhəmanlar ərəblərdən, hindlilərdən və başqa xalqlardandır. Əsərdə zahirən heç bir milli və ərazi məhdudluğu yoxdur.
Tərsinə çevrilən dünya (film, 2011)
"Tərsinə çevrilən dünya" — rejissor Ənvər Əblucun 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə "Sədrafilm" kinostudiyasında Azərbaycan və İranın birgə istehsalı ilə lentə aldığı tammetrajlı bədii film. == Məzmun == Filmdə daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində cinayətkar dəstənin fəaliyyətinə son qoyulmasından, eləcə də Azərbaycan və İran strukturlarının narkobizneslə birgə mübarizəsindən bəhs edilir. Ekran əsəri həmçinin gənclərin zərərli vərdişlərdən uzaqlaşmasına təkan verəcək maarifləndirici bir işdir. == Film haqqında == Film Azərbaycan və İranın ilk müştərək kino layihəsidir. Filmin premyera günündə daxili işlər nazirinin əmri ilə yaradıcı kollektivin bir qrupuna mükafatlar təqdim olunub.
Avropa cəmiyyətinin təsisinə dair Roma müqaviləsi
Roma müqaviləsi — 1957-ci ildə Almaniya Federativ Respublikası, Fransa, İtaliya, Belçika, Niderland və Lüksemburq tərəfindən insanların, əmtəənin, xidmət və kapitalın sərbəst hərəkətinə mane olan bütün maneələrin ləğvi barədə bağlanmış beynəlxalq müqavilə.
Təhsil xərclərinin ÜDM-də xüsusi çəkisinə görə ölkələrin siyahısı
Bu siyahıda dövlətlərin təhsil xərclərinin ÜDM-də xüsusi çəkisi göstərilib.
Lyuin Devisin daxilində
"Lyuin Devisin daxilində" (ing. Inside Llewyn Davis) — 2013-cü il istehsalı olan ABŞ komediya-drama filmidir. Film, Coel və Etan Koen qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmışdır. Filmdə Oskar Ayzek, Keri Malliqan və Con Qudman rol almış, prodüsserliyini isə Skot Rudin, Etan və Coel Koen qardaşları etmişdir. T Bone Burnett filmin musiqi prodüsserliyini etmişdir. Film, 1961-ci ildə Nyu-York səhnələrində fəaliyyət göstərən folk musiqiçisinin həyatının bir həftəsindən bəhs edir. Hər nə qədər, Lyuin Devis uydurma xarakter olsa da, filmdə təsvir olunmuş hadisələr folk müğənnisi Deyv Van Ronkun həyatından götürülmüşdür. Filmdə istifadə olunmuş folk musiqilər canlı ifa ilə yazılmışdır. 19 may 2013-cü ildə Kann kinofestivalında nümayiş olunan film, festivalın Qran Pri mükafatını qazanmışdır. 6 dekabr 2013-cü ildə ABŞ-də limitli çıxış edən film, 10 yanvar 2014-cü ildə geniş kütləyə təqdim edilmişdir.
Dərvişin qeydləri (film, 2013)
Dərvişin qeydləri — rejissor Eldar Quliyevin tarixi detektiv janrında çəkilmiş filmi. == Məzmun == Film XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının süqutunun başa çatdığı ərəfədə baş verən hadisələrdən bəhs edir. Hadisələr Azərbaycanın ikiyə bölünməsi dövrünə təsadüf edir. == Film haqqında == Filmin çəkilişləri 2012-ci ilin iyun ayında başlamışdı. Film Cinealliance şirkətinin texniki dəstəyi ilə çəkilib. Filmin istehsal prosesində rənglərin korreksiyası və vizual effektlərin tətbiq edilməsi Ultra Production şirkətində aparılmışdır. Filmin musiqi yazılışı Rafiq Babayev adına səsyazma studiyasında aparılmışdır. Azərbaycan kinosu tarixində tarixi-detektiv janrında çəkilmiş ilk filmdir. Kiçik bir səhnəni çıxmaq şərtilə, filmdə heç bir qadın rolu yoxdur. Filmin premyerası 2 avqust 2013-cü ildə Nizami Kino Mərkəzində keçirilən Azərbaycan Milli Kino Günündə olmuşdur.
Sarı gəlin (Qara Dərvişin mahnısı)
Sarı Gəlin — Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının aranjemanı Qara Dərvişə aiddir.
Lyuin Devisin daxilində (film, 2013)
"Lyuin Devisin daxilində" (ing. Inside Llewyn Davis) — 2013-cü il istehsalı olan ABŞ komediya-drama filmidir. Film, Coel və Etan Koen qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmışdır. Filmdə Oskar Ayzek, Keri Malliqan və Con Qudman rol almış, prodüsserliyini isə Skot Rudin, Etan və Coel Koen qardaşları etmişdir. T Bone Burnett filmin musiqi prodüsserliyini etmişdir. Film, 1961-ci ildə Nyu-York səhnələrində fəaliyyət göstərən folk musiqiçisinin həyatının bir həftəsindən bəhs edir. Hər nə qədər, Lyuin Devis uydurma xarakter olsa da, filmdə təsvir olunmuş hadisələr folk müğənnisi Deyv Van Ronkun həyatından götürülmüşdür. Filmdə istifadə olunmuş folk musiqilər canlı ifa ilə yazılmışdır. 19 may 2013-cü ildə Kann kinofestivalında nümayiş olunan film, festivalın Qran Pri mükafatını qazanmışdır. 6 dekabr 2013-cü ildə ABŞ-də limitli çıxış edən film, 10 yanvar 2014-cü ildə geniş kütləyə təqdim edilmişdir.
Lyuin Devisin daxilində (film musiqisi)
Lyuin Devisin daxilində 2013-cü ildə, Koen qardaşlarının ssenari müəllifliyi və rejissorluğu ilə çəkilmiş, baş rollarını Oskar Ayzek, Keri Malliqan, Con Qudmen, Caret Hedlund və Castin Timberleykin canlandırdığı eyni adlı ABŞ filminin musiqi albomudur. 1960-cı illər Nyu-York mühitinin təsvir edildiyi film musiqisinin prodesserliyini T Bon Börnet etmiş, həmin dövrün folk musiqisi tərzindən istifadə olunmuşdur. Bob Daylanın "Farewell" və Deyv Van Ronkun "Green, Green Rocky Road" mahnıları istisna olmaqla, filmdə səslənən bütün musiqilər müasir dövrdə yazılmışdır.
Lyuin Devisin daxilində filminin qazandığı mükafatların siyahısı
"Lyuin Devisin daxilində" (ing. Inside Llewyn Davis) — 2013-cü il istehsalı olan ABŞ komediya-drama filmidir. Film, Coel və Etan Koen qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmışdır. Filmdə Oskar Ayzek, Keri Malliqan və Con Qudman rol almış, prodüsserliyini isə Skot Rudin, Etan və Coel Koen qardaşları etmişdir. T Bone Burnett filmin musiqi prodüsserliyini etmişdir. Film, 1961-ci ildə Nyu-York səhnələrində fəaliyyət göstərən folk musiqiçisinin həyatının bir həftəsindən bəhs edir. Hər nə qədər, Lyuin Devis uydurma xarakter olsa da, filmdə təsvir olunmuş hadisələr folk müğənnisi Deyv Van Ronkun həyatından götürülmüşdür. Filmdə istifadə olunmuş folk musiqilər canlı ifa ilə yazılmışdır. 19 may 2013-cü ildə Kann kinofestivalında nümayiş olunan film, festivalın Qran Pri mükafatını qazanmışdır. 6 dekabr 2013-cü ildə ABŞ-da limitli çıxış edən film, 10 yanvar 2014-cü ildə geniş kütləyə təqdim edilmişdir.