[Molla özözünə:] Ay Hacı Molla Cəlil ağa, sən olasan yeri-göyü yox yerdən xəlq edən Allaha, içmə bu kafirlərin dərmanını.
Yeri-göyü titrədən partlayış nərəsilə; Çıxarırlar yer altdan bol filiz yataqları.
// Hər yer, bütün aləm.
Yerə-göyə hökmün işlər; Sənsən Süleyman, a Pəri!
◊ Yer-göy ağlamaq – çox fəlakətli, acı, acınacaqlı halı bildirir.
[Bundan əlavə] hərgah nəql etsəm, bu biçarə, bədbəxt fəhlələrin başlarına nayibləri nə müsibət gətirirlər, yergöy ağlar.
Yer-göyə sığmamaq – 1) çox sevinmək, çox şad olmaq;
2) bir şeyin həddən artıq çoxluğunu bildirir.
Mənim dərdim yerə-göyə sığası deyil, mənim günüm taybuynuz öküzün günündən bədtərdir.
Qoy başqası nə cür düşünür düşünsün, Səmədin isə sevinci yerə-göyə sığmırdı.