Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çöllüyə çəkmək taktikası
Çöllüyə çəkmək taktikası — qədim türklərdə yaranmış, Səlcuq imperiyası tərəfindən də istifadə olunmuş döyüş taktikası. Ordunun avanqard bölmələri gecə-gündüz fasiləsiz olmaq şərti ilə qarşıdan irəliləyən düşmən qüvvələrinə sağ və sol cinahdan hücum edir. Bu taktiki hücum kiçikmiqyaslı olsa da, düşmən ordusunu yorur. Hücumu həyata keçirən əsas ordu çöllüyə doğru geri çəkilir. Burada əsas məqsəd düşmən qüvvələrini susuzluqla baş-başa buraxmaqdır. Düşmən qüvvələrinin keçdiyi yol boyu su quyuları məhv edilir. Düşmən qüvvəsinin ordusu susuzluq və yorğunluqdan hərəkət qabiliyyətini itirir. Bu taktika ilə məqsədə çatılır.
Dağ
Dağ — təpədən uca, quruluqlarda yer üzündən ucalan yerlərə deyilir. Dağlar yer kürəsinin relyefinin təxminən 40%-ni - Asiyanın 54%, Şimali Amerikanın 36%, Avropanın 25%, Cənubi Amerikanın 22%, Avstraliyanın 17%, Afrikanın isə 3% ərazisini təşkil edir. İnsanların 10%-i bu ərazilərdə yaşayır. Əksər çaylar mənbəyini dağlardan götürür. Dünyanın ən hündür zirvəsi - Himalay dağlarıdır. Ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür Mauna-Kea dağıdır. === Mənşəyinə görə === Dağların yaranmasında yerin daxili qüvvəsi iştirak edir. Dağlar mənşəyinə görə iki qrupa bölünür: ==== 1.Tektonik dağlar ==== Yerin üfüqi hərəkətləri zamanı lifosfer tavalarının və ya kiçik platformaların bir-birinə yaxınlaşması və ya toqquşması zamanı yaranır. Tektonik dağlar əsasən sıra dağları şəklində olur və litosfer tavalının sərhədlərində yerləşir.
Abdal (dağ)
Abdal dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub Gəvək şaxəsində, Qaradərəçay-Gilançay suayırıcısında 1563 metr hündürlüyü olan dağ. Dağ Biləv kəndindən 1,5 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, şərq yamacı sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadında yerləşir.
Alaqaya (dağ)
Alaqaya — Qarabağ dağ silsiləsinin şimalında, Kəlbəcər və Xocalı rayonları sərhədində dağ adı. Alaqaya dağının hündürlüyü 2583 m. == Toponimikası == Bu mürəkkəb sözün birinci komponenti olan "ala" hissəsi bir sıra mürəkkəb toponimlərin birinci komponenti kimi "alalıq", "rəngbərənglik", "ala-bulalıq", "ağ rəng, qırmızı və qara rənglərlə qarışıqlıq" mənalarını əks etdirir. İkinci komponent olan "qaya" sözü toponimik termin olub, "sıra dağlardan ayrılmış qol", "dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən yer" deməkdir. Uzaqdan ala-bəzək görünən zirvəyə, qayaya, dağa, təpəyə "Alaqaya", "Aladağ" deyirlər. Kəlbəcər rayonu ərazisində Alaqaya adlı kənd var. Kənd Qırxqızdağ silsiləsinin Kəlbəcərə baxan tərəfində yerləşir, ərazidə kənddən 2–3 km məsafədə Alaqaya dağı qərar tutur. Kənd öz adını həmin dağın adından götürülmüşdür.
Almalı dağ
Almalıdağ — Şahbuz rayonunda dağ. Almalı dağ — Şəki rayonu ərazisində dağ.
Amuduq (dağ)
Amuduq — Qubadlı rayonu ərazisində dağ. Dağın üstündə qədim yaşayış məskəninin yeri və təbii istehkamı xatırladan Amuduq məbədi var. Türkiyədə Van gölünun yaxınlığındakı Amid qalasının adı ilə eyni mənşəli olması ehtimal olunur. Xalq etimologiyasına görə, oronim Armudluq sözünun təhrif olunmuş formasıdır.
Avey (dağ)
Avey dağı — Azərbaycanın Qazax rayonu ərazisində yerləşən Kiçik Qafqaz dağlarındakı zirvələrdən biri, ağ bozumtul dağ silsiləsidir. Daş Salahlı kəndindən 12 km aralıqdadır. Buralarda hələ paleolit dövrünə aid insan fəaliyyətinin izləri var. İbtidai görkəmli qayadaca çapılan məbədlər, 30-a qədər süni mağara aşkar edilmişdir. Dağın başında qədim alban məbədi var. Cəbhə xəttinə yaxın olduğundan zirvəsinə hazırda giriş məhduddur. == Avey sözünün mənası == Avey sözünün özü də təxmin etməyə imkan verir ki, albanların Ay məbədi burada olub. Toponim Ay evi kimi açıqlanır – Avey-Ayev. Ümumən türklərdə Aya sitayiş qədim dövrlərdən bəri geniş yayılıb. Qədim türklərdə "Ay Tənqri" (Ay Allahı) ifadəsi olub.
Axarbaxar (dağ)
Axarbaxar və ya Axar-Baxar — Azərbaycan Respublikasının qərbində, Kəlbəcər rayonunun qərb hissəsində, Qarabağ vulkanik yaylasında yerləşən yatmış vulkan. Vulkan dəniz səviyyəsindən 3047 metr yüksəklikdə yerləşir. Vulkan tipinə görə qarışıq vulkan və ya stratovulkanlara aiddir. Son püskürmənin e. ə. 782–773 illərdə baş verdiyi ehtimal edilir. == Etimologiyası == Axarbaxar sözünün bir neçə mənası vardır. Sözün birinci mənası hər tərəfi açıq və xoş mənzərəli yer, göz işlədikcə görünən yer, mənzərə deməkdir. İkinci mənası isə suayrıcı, iki çay və ya su hövzəsini bölən xətt anlamına gəlir. Bu da ounun yerləşdiyi ərazinin coğrafiyasına uyğun gəlir.
Ayuv Dağ
Ayıdağ (ukr. Аю-Даг, krımtat. Ayuv Dağ, Аюв Дагъ) — Krımda yerləşən dağ zirvəsi. Dağın hündürlüyü dəniz səviyyəsindən 571 metr (570,80 m) yuxardadı, şimal qərb istiqamətində dağ massivi 2400 metrədək azca uzanır. Ümumi sahəsi təxminən 4 kvadrat kilometrdi. Ayuv Dağ kompleksi dövlət təbiət yasaqlığı sayılır. == Geoloji mənşə == Ayu-Daq klassik lakkolitdir, yəni tam formalaşmamış vulkandı. Dağ təxminən 150 milyon il əvvəl yer qabığının sınıq yerlərinə maqmanın daxil olması nəticəsində orta yura geoloji dövründə yaranıb. Bugünə kimi burada 18 mineral aşkar edilmişdir. == Flora və fauna == Flora təmsilçilərindən bunları qeyd etmək olar: palıd ağaclarının növləri (Quercus petraea və Quercus pubescens), adi göyrüş,adi quşarmudu, bereka, adi zoğal, tikanlı qaratikan, həmərsin.
Ağababa (dağ)
Ağababa, Ağbaba — Azərbaycan Respublikası Kəlbəcər rayonu ərazisində, Qarabağ silsiləsində dağ. Ağababa dağının hündürlüyü 2367 metrdir. Subalp çəmənliyi var.Ağababa/Ağbaba dağı Kəlbəcər rayonunun Şərq hissəsində, Qarabağ silsiləsində dağ. Hündürlüyü 2367 m. Türkcə akbaba "qartal" deməkdir. Oronim "qartal dağı, qartallı dağ" mənasını ifadə edir. Dağda Ağbaba piri var. Qərbi Azərbaycanın Amasiya rayonunda böyük bir ərazi də Ağbaba adlanır.
Ağbaba (dağ)
Ağbaba — İrəvan xanlığının Türkiyə ilə sərhəd bölgəsində dağ adı. (yüksəkliyi 2040 metr) == Toponim == Dağ oradakı müqəddəs sayılan Ağbaba pirinin adı ilə adlanmışdır. Aqbaba dağ silsiləsi Baş Güney, Qaya Güney, Qısırdağ, Kalloy, Kəçəldağ, Göydağ, İkiqat, Naxoşdağ, Tayaqaya və b. zirvələrdən ibarətdir. Böyük Ağbaba və Kiçik Ağbaba dağları vardır. XX əsrin 30-cu illərində bu dağlara Qukasyan Mets və Qukasyan Pokr adları verilmişdir. XIX əsrdə Qars əyalətinin Kağızman dairəsində Ağbaba dağ beli və Azərbaycanda Ağbaba (Kəlbəcər) dağ adları ilə mənaca eynidir. 1728-ci ilə aid türkcə mənbədə Tiflis əyalətində də bir kəndin Ağbaba adlandığı qeyd olunmuşdur. Əxi baba adından təhrifdir. Bax: Ağabaş.
Ağburun (dağ)
Ağburun — Azərbaycanın Xocavənd rayonunda Ağcaqoşun çayının sağ sahildə dağ. Hündürlüyü 450 m (bəzi mənbələrdə: Hündürlüyü 196 m) == Toponimikası == Ağburun-rəng bildirən ağ və burun (dağın burun formalı çıxıntısı) sözlərindəndir. Ağburun dağının hündürlüyü 450 m-dir.
Ağlağan (dağ)
Ağlağan - İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı. Ağlağan dağının hündürlüyü 2992 m.-dir. == Toponimikası == Ağlağan İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı. Boz Abdal dağ silsiləsinin zirvələrindəndir. Hünd 2992 m.-dir. İlk dəfə "Kitabi-Dədə Qorqud" eposunda (IV boy) adı çəkilir. Türk dillərində rəng bildirən ağ və mənası məlum olmayan "laqan" sözlərindən ibarətdir. XIX əsrdə Eçmiadzin qəzasındakı Qızıl Laqan (bulaq adı), Şimali Qafqazda Stavropol quberniyasının Böyük Derbet ulusundakı Laqan-Xuduk (dağ adı) və Dağıstan əyalətinin Teymurxanşura dairəsindəki Cakas-Lağan toponimləri ilə mənaca eynidir. XX əsrin 30-cu illərində fərmanla ermənicə Urasar adlandırılmışdır.
Ağoyuq (dağ)
Ağoyuq — Zəngilan rayonu ərazisində cənub-şərqində dağ. Hündürlüyü 548 m. Oronim ağ (kicik) və oyuq (çökək, kaha, mağara, zağa) sözlərindən düzəlib, "kicik kaha, mağara olan dağ" deməkdir.
Ağyataq (dağ)
Ağyataq — Azərbaycan Respublikası Kəlbəcər rayonunun Kilsəli kəndi ərazisində, Kicik Qafqazda dağ. Hündürlüyü 2389 m. Oronim ağ (rəng) və yataq (burada faydalı material çıxarılan yer) sözlərindən düzəlib. Ağyataqda civə yatağı var. Ağyataq civə yatağı Moz çayı ilə Kilsəli kəndi arasındadır. Dağın adı da buradan götürülmüşdür.
Baba Dağ
Babadağ — Türk dilindən, "Baba" və "Dağ" sözlərindən yaranmışdır. Babadağ (şəhər) — Rumıniyada şəhər. Babadağ (dağ, Azərbaycan) — Azərbaycanda, Böyük Qafqaz dağlarının zirvələrindən biri. Babadağ — Baş Qafqaz silsiləsinin cənub-Şərqində, eyniadlı dağın yamacında aşırım. Babadağ (dağ, Türkiyə) — Türkiyədə dağ. Babataq — Orta Asiyanın cənubunda dağ. Babadağ (Denizli) — Türkiyədə şəhər.
Bahadur (dağ)
Bahadur dağ, İranın Həmədan ostanında dağ. Hündürlüyü 2812 m.
Balliqaya (dağ)
== Toponim == Ballıqaya - Yeizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında dağ adı. Ermənicə Meqrakar adlandırılmışdır. == Həmçinin baxi == Ağbaba (dağ) Boz Abdal (dağ) == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.
Ballıqaya (dağ)
== Toponim == Ballıqaya - Yeizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında dağ adı. Ermənicə Meqrakar adlandırılmışdır. == Həmçinin baxi == Ağbaba (dağ) Boz Abdal (dağ) == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.
Bartaz (dağ)
Bartaz — Zəngilan rayonunun cənub qərbində Mehri (Mehri Guney) silsiləsində, Ermənistanla sərhəddə dağ. Hündürlüyü 2270 m. Toponimiyada bart/bard "dağ", as/az/ats "su"; "iti uc, iti zirvə" deməkdir. Oronim "iti zirvəli dağ" mənasındadır.
Bağırsaq (dağ)
Bağırsaq dağı – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli eyniadlı şaxəsinin suayrıcında, Bağırsaqdərəsi çayının sağ sahilində, Günnüt kəndindən 4,5 km cənub-qərbdə dağ (hünd. 1993,6 m). Üst Devonun Famen mərtəbəsinə aid Qabaqdağ lay dəstəsinin kvarsit və əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-qərbində müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində yerləşir. Zirvə hissəsindən şimal-şərq istiqamətli fay qırılması keçir. Həmçinin yamaclarında şimal-şərq və şimal-qərb istiqamərli qırılmalar izlənilir.
Beşyataq (dağ)
Beşyataq- Balakən rayonunda dağ. == Toponimikası == Baş Qafqaz silsiləsinin cənub yamacında, Balakən çayının sağ sahilində yerləşir. Hün. 1228 m. Keçmişdə maldar ellərin yaylaq yerlərindən olmuşdur. Oronim beş və yataq (çay məcrası; qoyun yatağı) komponentlərindən düzəlib. Özbəkistanın Fərqanə vilayətində Beşarıx, Qaşqaradərə vilayətində isə Beşkənd şəhəri, Krımda Beşuy, Beşuy Eli, Beşqaran, Beştamak, Beşqurt və s. yaşayış məntəqələri qeydə alınmışdır. Nəzərə almaq lazımdır ki, türk dillərində beş sözünün "ağac budağı", "ağac şaxəsi", yataq sözünün isə "ev, tikili, heyvanların saxlandığı yer" mənalarında işlənməsi halı da geniş yayılmışdır.
Buzluq (dağ)
Buzluq — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Hündürlüyü 2390 m. Dağın quzey yerlərində, qayalar arasında yay fəslində də buz olduğu üçün belə adlandırılmışdır. Keçmişdə dağ yaylaq yeri olmuşdur. Dağın ərazisində Buzxana adlı yer də var. == Haqqında == Murovdağ silsiləsinə aid yüksəkliklərdən biri olan Buzluq dağı Kəlbəcər, keçmiş Ağdərə və Goranboy rayonlarını birləşdirir. Mənbəyini Buzluq dağının ətəyindən — Murovdağ silsiləsinin Şimal yamacından götürən Buzluqçay da məhz həmin dağın adı ilə eyniləşdirilib. Buzluqçay Goranboy rayonunun Buzluq kəndinin ortasından keçməklə Kürəkçaya qovuşur. Kəlbəcərin məşhur Ağdaban və Çayqovuşan kəndləri də Buzluq dağının ətəyində yerləşir. Buzluq dağı Qarabağ silsiləsinə daxildir.
Buğdatəpə (dağ)
Buğdatəpə - İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı Göycə bölgəsində Qelam (Qeğam) dağ belinin şimal yamacında zirvədir. 1728-ci ilə aid mənbədə «Buğda-i-təpə» kimi çəkilir Gədəbəyə r-nunda Buğdadağ-Su toponimi ilə mənaca eynidir.
Dark (dağ)
Dark — Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Dark- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Azərbaycanda Dərk (Quba rayonunda) kənd və dağ adları ilə mənaca eynidir. Türk dillərində dar yer, dar keçid mənasındadır. (Kür çayı ilə Qabırrıçay (İori) arasında — Samux rayonu ərazisində bir dar keçid Dar-Doqqaz adlanır).
Başmaq
Başmaq — dabanı açıq ayaqqabı növü. Adətən, qabarıq pəncəli və hündürdaban olurdu. Şərq xalqlarının, xüsusilə türk xalqlarının məişətində geniş istifadə edilmişdir. Qadın başmaqlarının (zənənə başmaq) üzlüyü, adətən, tumac və ya müşküdən, bəzən isə parçadan (məxmər, tirmə) tikilirdi. Başmağın üzlüyü parça olduqda, onu müxtəlif tikmələrlə (muncuq, güləbətin, təkəlduz) bəzəyirdilər (güllü başmaq, məxməri başmaq, güləbətinli başmaq və s.).
Çəkmə
Çəkmə (texnika) — maşın hissəsinin hazırlanma üsuludur.. Çəkmə (geyim) — Ayaqqabı. Çəkmə plov — Düyüdən hazırlanmış plov növüdür.
Barmaq
Barmaqlar — Dördayaqlı onurğalıların ətraflarının sonunda yerləşən və əsasən lamisə eləcə də manipulyasiya zamanı (xüsusilə primatlarda) istifadə olunan bədən üzvü. Quşlarda ön ətraf barmaqları qanadların karkasınının bir hissəsini, yarasalarda isə əsas hissəsini təşkil edir.
Baymaq
Baymaq (başq. Baymaq) — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasınin tərkibinə daxildir.
Başmaq (Həştrud)
Başmaq (fars. باشماق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 286 nəfər yaşayır (57 ailə).
Başmaq (Miyanə)
Başmaq (fars. اشماق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 988 nəfər yaşayır (214 ailə).
Ağ vağ
Ağ vağ (lat. Egretta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Mərz çəkmə
Bütün bir izahla demək olar ki yer ölçmə işləri təbiətdə olan alçaq-ucaların ya da qayırma alçaq-ucaların sorğulaması və ölçməyidir. == Yer ölçmümünün iş bölmələri == Yer ölçmə işləri bütünlükdə iki böyük bölməyə bölünür:Yer üzünün necə olduğu göstərmək. (plani metre). Yerin bəlli bir sahəsinin alçaq-ucalarını xəritə üstündə göstərmək(alti metre). == Yer düzənlik işləri == Bir gözə alınmış yer sahəsinin alçaq-ucaları, yol və ya çayların tuşu,yolların kəsişmə nöqtaları,tikintilərin durumu və daha ayrı alçaq-ucalar bir xəritə üzərində çəkilməsidir.örnək:(d) tuşunu plan üzərində çəkmək üçun, bir nəfər (A) nöqtəsinın üstundə durur və (AL),(AM)və ayrıca... boyları ölçür habelə bu ölçülərin (AN)-ə görə bücaqlarıda ölçülür.bu ölçülər ələ gəldikdən sonra nəqqalə və xətkeş ilə (d) tuşunu səhifə üzərinə çəkmək olar.N həman quzey tuşudur və (AN)ə Azimut ya jizman deyilir. Bir sahənin topoqrafiyası üçün görülən nöqtələrin durumu gərək əldə ola bu durumlar topoqrafiya kanovası ilə (Topoqrafiya toru) ələ galir bu kanovalar özləri Geodeziya nöqtələrinə bağlıdırlar. == Topoqrafiya toru yaratmağının nədəni == Əgər bir-birindən ayrı sahələri ölçüb və sonradan onları birləşdirsək, onların kanovası gərək bir-birinə bağlı ola, əgər olmasa Xəritələr diqqətli bir-birlərinə bağlanmazlar. == Alti metre işləri == hər bir nöqtəyə (X,Y)((coğrafiya boy,en))i verilir ki bir bəlli koordinat sistemin seçərkən nöqtələri səhifə üzərinə gətirmək olar. alçaq-ucanı(X,Y,Z)kimi göstərmək üçün ayrıca yollar var.
Çarmıxa çəkmə
Çarmıxa çəkmə — bir-birinin üzərinə çarpaz qoyulmuş iki taxtadan ibarət dar ağacına çəkilmə. Keçmişdə cinayətkarların üzərinə bağlamaq və ya mismarlamaq surətilə cəzalandırılmasında yayğın olaraq işlədilmişdir. == Etimologiya == Fars dilindən türk dillərinə keçən çarmıx sözü dörd və mismar sözcüklərindən yaranmışdır. Qərb dillərindəki cross və kruco kimi qarşılıqlarından yaradılmış çarmıxa gərmə mənasındakı crucifixion və krucumado kimi qavramlar əslən yunan dili kökənli olub iki kəlimədən ibarətdir: ana-stauro (ἀνασταυρόω); stauros kəlməsi "payaya bağlamaq", apo-tumpanizo kəlməsi də "taxta üzərində acı çəkdirmək" mənasına gəlir və bu iki söz birləşdiyində "anaskolopizo" (ἀνασκολοπίζω "payaya keçirmək") sözünü meydana gətirir. Köhnə Yunan-Roman qaynaqlarında "XYLON" sözü "odun parçası" mənasında da işlədilirdi, amma bu söz daha çox dar ağacları üçün etibarlı idi, payalar üçün deyil. Məsələn, Aristofanın "Qurbağalar" komediyasında də bu mənada işlənir: "Əgər tökəzlərsən, heç olmazsa şərəfli bir ağacdan asılarsan". Buna görə latınca "crux" sözü dar ağacı ya da paya mənasına gələ bilər.* == Tarixçə == Keçmişdə qurulu din və nizama qarşı cinayət törətdiyi üçün edamına qərar verilənlər çarmıxa çəkilərək öldürülərdilər. Bunun üçün məhkumun bədəni və ayaqları çarmıxın şaquli taxtasına bağlanar, qolları yana açılaraq əlləri üfüqi taxtaya mıxlanırdı. Günlərlə açıqda, ac, susuz və taxtaya mismarlı qalan məhkum, yavaş yavaş və işgəncə çəkərək ölərdi. Romali qubernator Pontius Pilate dövründə də İsa yəhudi din alimi olan fariseylər tərəfindən belə çarmıxa gərilmişdi.
Çəkmə (geyim)
Çəkmə — Kişi və qadınlara aid ayaq geyim forması == Haqqında == Çəkmə — altlığı aşılı göndən, ayaqlığı kosaladan, "qunc" adlanan uzun boğazı xrom, tumac və ya müşküdən tikilən uzunboğaz çəkmə kişi və qadın geyim dəstinə daxildir. Çəkmənin ayaqlığı biçim etibarilə başmaqla tipoloji oxşarlıq təşkil edir. Çəkmənin boğazlığı arxa tərəfdən calandıqdan sonra topuğa və pəncəyə birləşdirilir. Çitməsi (uc hissəsi) geriyə doğru qatlanıb əyilmiş uzunboğaz çəkməni, əsasən, at belində gəzən kişilər geyərdilər. Uzaq yol gedən zaman atı mahmızlamaq üçün çox vaxt çəkmənin dabanına "mahmız" keçirərdilər. Varlı elat qadınları da çox vaxt səfərə atla çıxdıqlarından, ayaqlarına uzunboğaz çəkmə geyərdilər. XIX–XX əsrin əvvəllərində gəlin köçən qızların ayağında uzunboğaz çəkmənin olması vacib idi. Uzunboğaz çəkmə maldar elatların yuxarı təbəqələri arasında daha geniş yayılmışdır. Quncundan (boğazından) tutulub yuxarı "çəkmə" (dartma) üsulu ilə geyildiyi üçün ona "çəkmə" deyilirdi. == Azərbaycanda çəkmə istehsalının tarixi == Çəkmə tipli ayaq geyiminin Azərbaycanda qədim tarixi vardır.
Çəkmə (texnika)
Çəkmə en kəsiklərinin ölçülərini kiçiltmək və ya daha hamar səth almaq məqsədilə, tökülmüş və ya preslənmiş çubuq şəkilli pəstahların deşikdən keçirməklə deformasiyaya uğradılması ilə aparılan emal üsuludur. Pəstahın çəkmə gözlüyündən (alətin deşiyindən) keçərək digər tərəfdən çıxan ucu xüsusi tutqaclarla tutularaq müəyyən qüvvə ilə dartılır. Nəticədə pəstah deşiyin formasını və ölçüsünü alır, onun en kəsiyi kiçilir və eyni zamanda uzunluğu artır. Çəkmə gözlüyünün profili dəyişən olub, dörd zonadan ibarətdir: yağlama, deformasiyaedici, kalibrləyici, buraxıcı və ya çıxarıcı. Deformasiyaedici zonanın mailliyi 6÷24° arasında dəyişir. Birinci zona sürtünməni azaltmağa, ikinci zona pəstahı sıxmağa, üçüncü zona sıxılmış pəstaha lazımı ölçünü verməyə, dördüncü zona pəstahın gözlükdən asanlıqla çıxmasına xidmət edir. Çəkmə gözlüyü alət poladlarından, bərk xəlitə və süni almazdan hazırlanır. Çəkmədə ölçüsü 0,01 mm-dən də kiçik olan məftilləri hazırlamaq mümkündür. Sürtünməni azaltmaq üçün pəstah qalın yağla örtülür. Boruların çəkilməsi 3 üsulla aparılır: sağanaqsız, qısa hərəkətsiz sağanaqda və uzun hərəkətli sağanaqda.
Barmaq izləri
Barmaq izi - hər şəxsin DNT proqramında yaradılışdan mövcud olub embriyonik dövrdə barmaqların ucunu örtən dərinin Əzəli Nəqqaş və Hafizi Əbədinin sonsuz elm və qüdrəti ilə işlənməsi nəticəsində meydana gətirilir. Barmaq izləri müxtəlif cinayətlərin açılmasında istifadə edilməkdədir. Barmaq uclarındakı dəri qabarmalarının təşkil etdiyi naxışlar, bir-birini kəsən və ya bir-birinə paralel, oval yaxud dairəvi cizgilərin hərəkətləri ilə meydana çıxarılır. Mürəkkəblə tam islanmış bir süngərə toxundurulan barmaq daha sonra bir kağıza basılarsa, barmaq ucundakı naxış mürəkkəb sayəsində kağıza keçər. Bu formada arxivlənən barmaq izləri, gələcəkdə meydana gələ biləcək şübhəli bir vəziyyətdə yeni izlərlə müqayisə edilərək dəyərləndirilir. Dərimizin hər tərəfinə paylanan tər bezləri, vücudumuzun hər bölgəsində müxtəlif sıxlıqdadır. Barmaq uclarımıza da bir çox tər bezi yerləşdirilmişdir. Barmağımızla hər hansı bir əşyaya toxunduqda tər bezlərinin deşiklərindən çıxan tərimiz, toxunduğumuz yerdə qalır və barmaq izi naxışımızın həmin yerə keçməsinə səbəb olur. Barmaq izini buraxan tərin doxsan doqquz faizi sudur. Qalan bir faizlik qismində yağ turşuları, yağ, esterlər, amin turşusu və duzlar var.
Barmaq meymunu
Barmaq meymunu və ya Cırtdan oynağan (lat. Cebuella pygmaea) — primatlar dəstəsinə, oynağanlar fəsiləsinə (Callitrichidae) daxil olan növ. Primatlar dəstəsinin ən kiçik nümayəndəsidir. == Xarici görünüş == Barmaq meymunu ölçülərinə görə cırtdan sıçan lemuru ilə rəqabətdədir. Onların uzunluğu 11–15 sm arasında dəyişir. Quyruqlarının uzunluğu isə 17–22 sm-dir. Bu canlıların çəkisi 100–150 q arasıdır. Onların xəzləri sıx və uzun olur. Üzəri qızılı-boz rəngə çalır. Alt hissəsi ağ və ya narınçıdır.
Barmaq oyunu
Barmaq oyunu - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bu oyun bəzi bölgələrdə "Sanama", "Barmaq sanadı", bəzi bölgələrdə isə "İynə-İynə" adlandırılsada əsasən "Barmaq oyunu" adlandırılır. == Oyunun qaydaları == Bir neçə uşaq cəm olub sanama yolu ilə usta(başçı, ya molla) seçirlər. Uşaqlar əllərini açıb üzüstə yerə qoyurlar. Sonra usta(başçı, ya molla) aşağıdakı sözləri deyir və hər barmağın üstünə bir heca(kəlmə) ilə işarə edir. Bəzən əlləri yerə qoyandan sonra usta(başçı, ya molla) yuxarıdakı sözlərin əvəzinə aşağıdakı sözləri (sanama) söyləyərlər: Hansı barmağın üzərinə qurtul hecası(kəlməsi) düşsə, o barmaq cərgədən çıxar. Bu iş bütün barmaqların aradan çıxmasına qədər davam edir. Usta(başçı, ya molla) axıra qalmış barmaq sahibinin qulağından tutub deyir: Uşaq qarğa ya quşdan biri istər. Uşağın istədiyi göydən uçana qədər və ya görünənə qədər usta(başçı, ya molla) uşağın qulağını çəkər və yerdə qalan oyunçular isə uduzmuş oyunçunu təqlid edərlər. Usta(başçı, ya molla) quş və qarğa əvəzinə istənilən başqa varlıqların adını qeyd edə bilər.
Baş barmaq
Baş barmaq – thumb ~ перст ~ başparmak Baş barmaq — insanın əlindəki beş barmaqdan biridir. Başqa barmaqlarla müqayisədə iki falanqaya (əzilib-bükülən hissə) malikdir. Baş barmaq sayəsində digər barmaqlara təzyiq yeridilir və bu da əlin hansısa bir əşya tutmasına səbəb olur. İnsanın ayağındakı baş barmaq yoğun olması ilə yanaşı digər ayaq barmaqlarından uzun və ya qısa ola bilər. Şəhadət barmağı açılmış əl şəklində göstərici. Fırlatma zolağında.“baş barmaq” disksürən. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Orta barmaq
Orta barmaq və ya fak (ing. fuck) — orta barmağın yuxarı və ya aşağı uzadılması və qalan dörd barmağın ovucun üzərinə basılmasından ibarət nalayiq jest . Jest tək qalmaq, "qurtulmaq" tələbi kimi xidmət edir (xüsusən də orta barmaq kamera obyektivinə qoyulur, çəkilişi dayandırmağı tələb edir). İngilis dilli ölkələrdə bu jestin şifahi analoqu Fuck you lənət və ya Fuck off arxasında qalmaq tələbidir . Barmağın uzadılması bir neçə mədəniyyətdə, xüsusən də Qərb dünyasında hörmətsizlik simvolu hesab olunur . Jest adətən nifrət ifadə etmək üçün istifadə olunur, lakin yumoristik və ya əyləncəli şəkildə də istifadə edilə bilər. == Jestin tarixi == Antropoloq Dessmond Maurice görə, cinsiyyət orqanının nümayişini simvolizə edən orta barmağın nümayişi bizə məlum olan ən qədim jestlərdən biridir. Qədim Yunanıstanda orta barmağı ilə kiməsə işarə etmək (πκιμαλίζειν) adlanır və ciddi təhqir hesab olunurdu. Aristofanın "Buludlar" komediyasında (I epizod) kəndli Strepsiaya elm öyrətməyi öhdəsinə götürən Sokrat , Strepsiadanın asanlıqla göstərdiyi daktilin (hərfi mənada "barmaq") poetik ölçüsünü bildiyini soruşur. Sokrat bunu cəhalət və uşaqlıq adlandırır.Filosof Diogen deyirdi ki, "insanların çoxu dəlilikdən yalnız bir barmaq uzaqdadır: insan orta barmağını uzadıbsa, dəli sayılar, şəhadətlidirsə, sayılmayacaq".
Basma (zərgərlik)
Basma — zərgərlikdə üsul. XVIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə basma üsulu ilə hazırlanırdı. Basma üsulunda istənilən ölçüdə qızıl, gümüş və qiymətli metal parçasını hündür naxışlı və yaxud rəsmli qəlib üstə qoyurlar. Sonra bu qiymətli metal parçasının üstündən də elə bu ölçüdə qurğuşun parçası qoyaraq, taxta çəkiclə döyməyə başlayırlar və beləliklə, qiymətli metal istənilən rəsmin formasını alır. Basma üsul daha çox kəmər, düymə, qolbaq və s. şeylərin düzəltməsində işlədilirdi.
Basma üsulu
Basma üsulu - fırlanma səthinə malik hissələrin təzyiq altında emalı üçün tətbiq olunur. Bu üsulun səciyyəvi göstəricisi ondan ibarətdir ki, deformasiya zamanı alətlə pəstah arasında təmas presləmə, ştamplama və döymə kimi üsullardan fərqli olaraq lokal baş verir. Yəni alət kiçik xətt və ya sahə üzrə pəstahla kontakta girərək onu addım-addım plastiki deformasiya etdirir. Emaldan sonra divarın qalınlığı sabit qalır. Pəstahın fırlanması sayəsində alətin trayektoriyası pəstah üzrə qalxımı kiçik olan vintvari iz buraxır. Alətin verişi kiçik olduğundan pəstahın bəzi sahələri dəfələrlə plastikiləşmə prosesindən keçir. Basma zamanı metal lövhədən olan pəstah orta hissəsindən dayaqla matrisaya sıxılaraq fırladılır. Eninə supportda bərkidilmiş alət yandan pəstaha yaxınlaşır və onu tədricən deformasiya edərək basma patronun üzərinə sıxır. Üsulun texnoloji imkanları toxunan gərginlikləri sayəsində qırışların, toxunan və radial istqamətlərdə çatların yaranması ilə müəyyən olunur. Şəkildə basma üsulu ilə əldə edilmiş hissələr təsvir olunmuşdur.
Başmaq dimdikli leylək
Başmaq dimdikli leylək, Balinabaş və ya Kral leylək (lat. Balaeniceps rex) — leyləyə bənzər bir quş növü. Adını çox böyük və başmağa bənzəyən dimdiyinə görə almşdır. Forma etibarı ilə leyləyə oxşasa da leyləkkimilər (Ciconiiformes) fəsiləsindəki quşlarla qohumluq əlaqəsi güclü deyil. Bəzi alimlər onları Qutankimilərə (Pelecaniformes) aid edir. Yetkin quşlar ümumi olaraq boz tüklərə sahib olsalar da, cavan ikən tükləri qəhvəyi çalara sahib olur. == Yayılması == Afrikanın tropik şərq bölgəsində, Sudandan Zambiyaya qədər böyük bataqlıqlarda yaşayırlar. Mərkəzi Afrikanın Konqo Demokratik Respublikası, Uqanda, Keniya, Tanzaniya və Zambiya kimi ölkələrində rastlanılır. Onları bəzən Botsvanada belə görürlər. == Təsviri == Boyları 110–140 sm olsa da bəzi fərdlər 152 sm-ə qədər çata bilirlər.
Da Da Dam
Da Da Dam — Finlandiyanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Paradise Oskar ifa etdiyi mahnı.
Barmaq (ölçü vahidi)
Barmaq — artıq məişətdə istifadə edilməyən qədim uzunluq ölçü vahidlərindən biri. == Ümumi məlumat == Addım kimi artıq məişətdə istifadə edilməyən qədim uzunluq ölçü vahidlərindən biri də barmaqdır. Hələ qədim şumerlərin yaratdıqları "Əkinçinin təqvimi"ndən görünür ki, onlar da barmaqdan ölçü vahidi kimi istifadə etmişlər. S.N.Kramer həmin təqvimin mətnini tərcümə edərkən "qarış" kimi barmaq sözünü də orijinalda olduğu kimi saxlamışdır. "Əkinçiyə hər qarış torpağı səkkiz şırım etmək məsləhətdir. O, elə etməlidir ki, toxumlar torpağa "iki barmaq" dərinliyində düşsün". Barmaq, adından da göründüyü kimi, bir barmağın uzunluğuna bərabərdir: "Kərim baba çubuğun ortasından iki barmaq qədər kəsib, üstünü götürdü".Burada barmaq eninə olaraq nəzərdə tutulur.Yəni başı aşağı deyil yana baxacaq şəkildə göstərilməlidir == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh.
Baş barmaq təkərciyi
Baş barmaq təkərciyi - thumbwheel; korpusa bərkidilmiş elə təkərcikdir ki, onun yalnız bayırda qalan çənbəri açıq olur və təkərciyin fırladılması nəticəsində ekranda göstəricinin, yaxud kursorun hərəkəti idarə olunur. “Baş barmaq təkərciyi”ndən coystiklərdə, trekbollarda göstəricini dərinlik boyunca idarə etmək üçün istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dörd Barmaq adası
Dörd Barmaq — Oxot dənizində, Qijiqin körfəzinin şimal sahillərində yerləşən kiçik ada. Rifovı burnundan 4 km cənub-qərbdə yerləşir. Ən yaxın yaşayış məntəqəsi Evensk adadan 20 km aralıda yerləşir. İnzibati cəhətdən Maqadan vilayəti. ərazisinə daxildir.
Çeşmək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt şüşə və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s.Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. == Optik eynəklər == Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi. Həmçinin ilk eynəklər dəstəksiz idi.
Baştağ
Baştağ — binanın girişində, yuxarı hissəsində xüsusi fiqurlar və ya yazı elementləri ilə qapanan mütənasib biçimli memarlıq elementi. Çağlar memarlıqda girişin iki növü formalaşmışdı: baştağlar və portallar. Portalların ən bitkin növünə qədim yunan memarlığında, baştağlara isə qədim Misir memarlığında rast gəlinir. Memarlıq alimi Rayihə Əmənzadə XI əsrdən sonra Azərbaycanda milli memarlıq məktəblərinin formalaşdığı dövrdə yaranan baştağları 8 qrupa bölüb: taxça, üz, haşiyə, həcm-məkan, ayrıca dayanan, eyvan, balaxana ilə birləşdirilən və darvaza baştağlar. == Azərbaycan memarlığında baştağlar == Azərbaycan memarlığında haşiyə ilə çevrələnmiş dərin taxça quruluşlu baştağlar XII əsr abidələrində qeydə alınıb, XIV əsrdə Naxçıvandakı, sonralar Bakı və Ərdəbil, Təbriz və Bərdədəki abidələrdə özünü göstərib. Üz baştağların klassik örnəklərinin yaradılması memar Əcəmi Naxçıvaninin adı ilə bağlıdır. Bu nümunələrə Naxçıvan, Marağa, Qəbələ abidələrində rast gəlmək olur. Haşiyə baştağlar işğal altında olan Cəbrayıl, Zəngilan, Ağdam, Füzuli rayonlarında qalan tarixi abidələrdə daha çoxdur. === Həcm-məkan baştağlar === Həcm-məkan baştağlara Bakıda Şirvanşahlar sarayını, Şamaxı abidələrini göstərmək olar. Ayrıca dayanan baştağlardan Naxçıvandakı Qarabağlar kompleksini, Güney Azərbaycanın Sultaniyyə və Təbriz abidələrini, Bakıda Şirvanşahlar sarayının Şərq darvazasını, Gəncədə İmamzadə kompleksini, Buzovnadakı turbəni memarlar daha yüksək dəyərləndirilər.
Dağ-çəmən torpaqları
Dağ–çəmən torpaqları — Böyük və Kiçik Qafqaz və Talışın yüksək dağlıq zonalarında yayılmışdır. Bu torpaqların ümumi sahəsi 559,3 min ha-dır. Azərbaycanın dağlıq ərazilərinin ayrı – ayrı hissələri bir sıra fiziki – coğrafi şəraitlərinə — iqlim rejiminə, bitki tipinə, torpaqəmələgətirən süxurların xarakterinə görə fərqlidir. Ekoloji – coğrafi şəraitin müxtəlifliyi dağ –çəmən torpaq tipini 3 yarımtipə bölməyə imkan verir: Çimli – torflu dağ-çəmən Çimli dağ – çəmən Qarımtıl dağ – çəmən. == Çimli – torflu dağ-çəmən yarımtipi == Çimli – torflu dağ – çəmən torpaqları alp çəmənlərinin tipik torpaqlarından olsada respublikamızın yüksək dağlıq zonasında nisbətən kiçik sahələrdə yayılmışdır. Dağ – çəmən torpaqlarının bu yarımtipinə əsasən səthdən mövsümi rütubətlənən çökəkliklərin, karların, təknəvari dərələrin, sirklərin dibində rast gəlinir. Kifayət qədər yüksək biokütləyə və yaxşı inkişaf etmiş kök sisteminə malik olan alp çəmən bitkiləri çim qatı əmələ gətirir və çoxlu miqdarda üzvi qalıqların toplanmasına səbəb olur. == Çimli dağ – çəmən torpaqları yarımtipi == Bu torpaqlar respublikamızın yüksək dağlıq ərazilərinin subalp qurşağında daha geniş yayılmış səciyyəvi torpaqlardır. Çimli – dağ çəmən torpaqları dağ meşələri ilə alp çəmənləri arasındakı geniş sahələri tutmaqla 1800–2000 (2500) m yüksəkliklər arasında yayılmışdır. Bu torpaqlar Baş Qafqaz silsiləsinin cənub yamacı boyu dar bir zolaq şəklində şərqdə Dübrar dağına qədər uzanır.
Sağ qalmaq
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. == Süjet == Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Çəmən dağı
Çəmən dağı — Xocavənd rayonu ərazisində dağ. == Etnotoponimi == Türkdilli xələc tayfasının cəmənli tirəsinin adını daşıyır. 1933-cü ildə Füzuli rnunun Qoçəhmədli inzibati ərazi vahidində Çimən adlı yaşayış məntəqəsi qeydə alınmışdır.
Baş Bərmək dağı
Beşbarmaq dağı və ya Baş Bərmək dağı — erkən orta əsrlərdə Qafqaz Albaniyası dövrü Xors-Xurs qayası adlanan və Xorsvem kimi göstərilən Beşbarmaq tarixi Şeşpara ərazisinin başlanğıcı sayılır. Karbonat tərkibli breksiyalaşmış əhəngdaşlarından (dolomitlərdən) ibarət qaya parçası "səhra aysberqi"ni xatırladır və Bakı-Siyəzən avtomobil yolunun 95 km-də ucalır. Beşbarmaq dağı dəniz səviyyəsindən 445 m yüksəklikdədir.Dağın əmələ gəlməsində ilkin versiyalardan biri kimi tektonik hərəkətlərin təsirindən karbonat tərkibli süxurların sıxılması və nəticədə belə bir mənzərənin yaranması göstərilir. Qaya üzərində çoxlu sayda karst tipli boşluqlara, yuvacıqlara rast gəlmək mümkündür.Qayaya şərq və qərbdən baxarkən o, insan əlində olan barmaqları xatırladır və çox güman ki, elə buna görə də bu qayaya Beşbarmaq adı verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il iyunun 8-də “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb. == Xıdır Zində piri == Bu qayanın digər adı isə Xıdır Zində piridir. Qeyri-adi görünüşü ətraf ərazilərdə yaşayanlar tərəfindən oranın ibadət olunan pirə çevrilməsinə səbəb olmuşdur. Pir Bakı-Siyəzən magistral yolundan 5 km qərbdədir. Magistral yoldan pirə qədər olan torpaq yol yaz-payız fəslində palçıqlı, yayda tozlu, qışda isə sürüşkən olur və gediş-gəlişi çətinləşdirir. Ərazidə su qıtlığı müşahidə olunur, belə ki, qurbanlıq kəsilən yerdə debiti çox az olan cəmi bir bulaq var.
Dağ-meşə çəmən torpaqları
Dağ-meşə çəmən torpaqları — dəniz səviyyəsindən 1800 (2000) - 2100 (2200) m hündürlüklərdə, meşələrin yuxarı sərhəddində yayılmış torpaq tipi. Ərazi üçün parkşəkilli meşələr və yüksək otlaqlarla örtülü geniş talalar səciyyəvidir. == İqlimi == Orta illik temperaturu 5,7-6,1°C, illik yağıntıların miqdarı isə 700-1200 mm arasında tərəddüd edir. Fəal temperatur cəmi 2000-2500°C arasında dəyişir. Rütubətlənmə əmsalı Böyük Qafqazda 2,2, Kiçik Qafqazda isə 1,4-ə bərabərdir. == Bitki örtüyü == Alçaqboylu ağaclar, sürünən kollar, palıd, tozağacı, ağcaqayın və taxılkimilərdən ibarət ot bitkiləri üstünlük təşkil edir. Hər il bitkilər torpağa çoxlu töküntü verir. Fitokütlənin miqdarı Böyük Qafqazda 70-80 s\ha (quru kütlə), Kiçik Qafqazda isə 40-60 s\ha arasında tərəddüd edir. == Morfoloji əlaməti == Humusun üst qatda miqdarı orta hesabla 9-10% təşkil edir. Bu göstəriciyə görə dağ-çəmən torpaqlara yaxındır.
Dağ-çəmən bozqır torpaqları
Dağ-çəmən bozqır torpaqları — bu torpaqlar müstəqil tip olub, dağların subalp qurşağında, dəniz səviyyəsindən 1900-2100 (2200) m hündürlüklərdə formalaşmışdır. == Yayıldığı ərazilər == Azərbaycanda Böyük Qafqaz dağlarının şərq hissəsində, Qarabağ vulkanik yaylasında, Zəngəzur və Qarabağ silsilələrində, Talış dağ sistemində yayılmışdır. Subalp qurşağında qaramtıl dağ-çəmən torpaqları ilə komplekslilik yaradan bu torpaqlar mürəkkəb mozaikalar yaradır. == İqlimi == Dağ-çəmən bozqır torpaqların yayıldığı ərazilərin iqlim şəraitində quraqlıq əlamətləri özünü göstərir. Orta illik temperatur mezofil subalp çəmənlərin göstəricilərindən yüksəkdir. Orta illik yağıntıların miqdarı 475-550 mm olub, rütubətlənmə əmsalı 0,7-1,12 təşkil edir. == Bitki örtüyü == Bitki örtüyü çəmən bozqırlardan və müxtəlif otlu taxılkimilər fitosenozlarından (əsasən ala topal, şırımlı topal, Qafqaz nazikbaldırı və s.) ibarətdir. Ot bitkilərinin məhsuldarlığı subalp çəmənlərində olduğundan xeyli aşağıdır.
Dağ meşə-çəmən torpaqları
Dağ-meşə çəmən torpaqları — dəniz səviyyəsindən 1800 (2000) - 2100 (2200) m hündürlüklərdə, meşələrin yuxarı sərhəddində yayılmış torpaq tipi. Ərazi üçün parkşəkilli meşələr və yüksək otlaqlarla örtülü geniş talalar səciyyəvidir. == İqlimi == Orta illik temperaturu 5,7-6,1°C, illik yağıntıların miqdarı isə 700-1200 mm arasında tərəddüd edir. Fəal temperatur cəmi 2000-2500°C arasında dəyişir. Rütubətlənmə əmsalı Böyük Qafqazda 2,2, Kiçik Qafqazda isə 1,4-ə bərabərdir. == Bitki örtüyü == Alçaqboylu ağaclar, sürünən kollar, palıd, tozağacı, ağcaqayın və taxılkimilərdən ibarət ot bitkiləri üstünlük təşkil edir. Hər il bitkilər torpağa çoxlu töküntü verir. Fitokütlənin miqdarı Böyük Qafqazda 70-80 s\ha (quru kütlə), Kiçik Qafqazda isə 40-60 s\ha arasında tərəddüd edir. == Morfoloji əlaməti == Humusun üst qatda miqdarı orta hesabla 9-10% təşkil edir. Bu göstəriciyə görə dağ-çəmən torpaqlara yaxındır.
Sağ qalmaq (teleserial)
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. == Süjet == Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Ağ-qara çəkçəki
Ağ-qara çəkçəki (lat. Saxicola jerdoni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Blüxer başmağı
Blüxer başmağı (almanca: Blücher) — üzü bağla bağlanan, hündür dabanlı çəkmə. == İstinad == Çarlz Dikkens - Oliver Tvistin Macəraları, səhifə 101. Bakı Qanun Nəşriyyatı, 2015.
Aşmaq (Həştrud)
Aşmaq (fars. اشمق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 9 nəfər yaşayır (6 ailə).
Olo Basay (Baymak)
Olo Basay (başq. Оло Басай, rus. Большебасаево) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Kusəy kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 74 km, kənd sovetliyindən (İşmirzə): 10 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 37 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Şeytana daş atmaq
Şeytana daş atmaq (ərəb. جمرة العقبة‎) — İslam dinində Həcc ziyarəti zamanı gercəkləşdirilməli olan mərasimlərdən biri.
Ağ-göy-ağ bayraq
Ağ-göy-ağ bayraq — üç bərabər üfüqi zolaqdan (ağ, göy və ağ) ibarət bayraq. Bu bayraq Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiyada müharibə əleyhinə etirazların simvoluna çevrilib. Bayraq 2022-ci ilin əvvəlində müharibə əleyhinə etirazların simvolu kimi Rusiyadakı müxalifət qüvvələri arasında geniş yayılıb. Fəalların fikrincə, bayraq ilk növbədə insanları sülh və azadlıq uğrunda birləşdirən simvoldur. == Tarixi == Ağ-göy-ağ bayrağın istifadə edildiyi ilk məlum yer 2006-cı ildə meydana çıxan Novqorod Respublikasının virtual dövlətinin internet saytı (“Noveqradeskaya Respublika”) olmuşdur. Bayraq Velikiy Novqorodun o vaxtkı rəsmi bayrağına əsaslanırdı. Saytın yaradıcısı, amerikalı proqramçı Martin Posthyumusun sözlərinə görə, layihə Novqorod Respublikasının qoşunlarının Şelon döyüşündə Moskva Knyazlığının qoşunlarını məğlub etdiyi alternativ tarixin nümunəsi kimi düşünülmüşdür.İlk dəfə 22 avqust 2019-cu ildə LiveJournal istifadəçisi Andrey Çudinov tərəfindən Rusiyanın alternativ bayrağı kimi istifadə edilməsi təklif edilib.Bu bayraqdan müharibə əleyhinə etirazın simvolu kimi istifadə edilməsi 28 fevral 2022-ci ildə Tvitter istifadəçilərindən biri tərəfindən təklif edilmişdi. Bundan sonra bu bayraqdan, müharibə əleyhinə çıxış edən müxalifət qüvvələri istifadə etməyə başladılar. Bayraq qısa müddətdə mitinqlərdə, yürüşlərdə, nümayişlər və digər etiraz hərəkətlərində, bununla bağlı rəsmlərdə və plakatlarda geniş istifadə olunub. Bu bayraqdan Tiflis, Kipr, Nyu-York, Krakov, Vyana, London, Hollandiya, Praqa, Toronto, Berlin, Barselona, Düsseldorf, Helsinki, Oslo və Yekaterinburq və digər yerlərdə baş tutmuş Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı olan mitinqlərdə də istifadə olunub.
Adi dağ qaranquşu
Adi dağ qaranquşu (lat. Ptyonoprogne rupestris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinin dağ qaranquşu cinsinə aid heyvan növü.
Sağ qalmaq (film, 2006)
Sağ qalmaq (norv. Fritt Vilt) — Norveç istehsalı olan və rejissor Roar Uthauq tərəfindən çəkilmiş qorxu və triller filmidir. 2006-cı ildə premyerası baş tutmuş bu film müasir Norveç qorxu filmləri arasında ən yaxşılarından hesab olunur. Film eləcə də bir sıra ölkələrdə də nümayiş etdirilib. == Məzmun == Beş norveçli gənc pasxa tətilini keçirtmək məqsədilə ölkənin şimalındakı dağlara üz tuturlar. Həm tətil həm də xizək sürməyi planlaşdıran gənclərin bu istəyi dostlarından birinin ayağının qırılması ilə yarımçıq qalır. Maşınlarında da uzaq düşən bu gənclər sığınacaq axtarmağa başlayırlar və tərk edilmiş köhnə bir otel tapırlar. Əvvəlcə hər şey qaydasında görünür. Hətta əylənməyə də başlayan gənclər sonradan başlarına gələcəklərdən xəbərsizdirlər. Oteldə bilmədikləri bir adam onları bir-bir pldürməyə başladığında artıq vəziyyət dəyişir.
Sağ qalmaq (teleserial, 2004)
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. == Süjet == Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Bəkməz
Bəkməz, bəhməz və ya doşab — çeşidli meyvələrdən hazırlanmış şəkərli, qatı maye. == Etimologiya == Bəkməz sözü Azərbaycan dilində türkəsilli sözlərdəndir. Divanü Lüğəti it-Türk əsərində bekmes - qatılaşdırılmış üzüm şirəsi mənasında verilmişdir. Doşab - Azərbaycan dilinə fars dilindən keçmişdir. Duş - sağmaq, sıxmaq; ab - su deməkdir. "Sıxılmış su" mənasına gəlir. == Ümumi məlumat == Bəkməz müxtəlif çeşidli meyvələrdən hazırlanır. Tut bəkməzi bu bəkməzlər arasında ən çox istehsal edilən növüdür. Üzüm, xurma və digər meyvələrdən də bəkməz hazırlanır. == Hazırlanma qaydası == Bəkməz hazırlamaq üçün tam yetişmiş və nisbətən şirin tut və ya üzüm sortlarından istifadə edilir.
Ceklər
Ceklilər və ya ceklər — Azərbaycan Respublikasıda Şahdağ xalqlarının nümayəndələrindən biri; aborigen azərbaycanlılar. == Ümumi məlumat == Azərbaycan Respublikasında irili-xırdalı onlarla xalqlar, etnik qrupların nümayəndələri yaşayırlar ki, onlardan biri də, Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün Şahdağ qrupu kimi fərqləndirilən, sayca azlıq təşkil edən, milli etnik qruplardan biri olan ceklilərdir. == Statistik məlumatlar == 1926-cı ildə Quba qəzası üzrə özünü cekli hesab edən cəmi 9 nəfər qeydə alınmışdır. Lakin maraqlıdır ki, bu qəzada cek dilini ana dili hesab edənlərin sayı 3176 nəfər idi. Onlardan 764 nəfəri Quba qəzasının Anıx dairəsində, 1267 nəfər Qonaqkənd dairəsində, 1 nəfər Qusar dairəsində, 492 nəfər Xaçmaz dairəsində və 652 nəfər isə Xudat dairəsində yaşayırdı. Bundan başqa, 1926-cı ildə Nuxa qəzasının Vartaşen dairəsində də cek millətindən 590 nəfər qeydə alınmışdır və onlar hamısı cek dilini ana dilləri hesab edirdilər. == Ceklilərin məskəni == Əsrlər boyu Quba-Xaçmaz bölgəsində məskunlaşan və Azərbaycanın aborigen xalqlardan sayılan, qədim alban tayfalarından biri olan ceklilərin tarixi məskənləri və mərkəzi iqamətgahları Quba rayonunun Cek kəndidir. Çox qədim tarixə malik yaşayış məskəni olan Cek kəndi Quba şəhərinin 35 kilometr cənub-qərbində, 41°11′49″ şimal enində və 48°14′30″ şərq uzunluğunda, dəniz səviyyəsindən 1643 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Kənd əhalisinin yaşayış sahəsi təqribən 7 kilometrlik radiusu əhatə edir. Şimaldan Qrız, cənubdan Əlik, şərqdən Yergüc, qərbdən isə Qalayxudat kəndləri ilə əhatə olunub.
Cermuk
Cermuk — mənası çarmıx, Azərbaycan toponimidir. Etimologiyasi burada çarmıx qalasının yerləşməsi ilə bağlıdır. Qarabağda Çiləbörd məlikliyinin ərazisi olmuşdur. (Mənbə Qarabağnamələr 2 .Mirzə Yusif Qarabaği. 2-ci kitab. Bakı, 1991) Quşçu — Ermənistan Respublikasında Arpaçayın (Araz hövzəsi) yuxarı axınında, 2100 m yüksəklikdə yerləşən şəhər. 1961-ci ildən respublika tabeli şəhərdir. İrəvan şəhərindən 173 km məsafədədir. Balneoloji və kurort şəhəridir. == Əhalisi == 1873-cü ilin kameral sayımına əsasən İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, Arpaçayın yuxarı axarında, sağ sahilində, "İstisu" adlanan mineral bulaqların yaxınlığında yerləşən və dövlət xəzinəsinə məxsus İstisu kəndində 19 evdə 56 nəfəri kişilər, 58 nəfəri qadınlar olmaqla toplam 114 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdılar.
Feşmək
Feşmək — karameləoxşar Azərbaycan şirniyyatı Tərkibinə un, şəkər tozu, kərə yağı, sirkə, cövhər, rəngli yeyinti boyaları daxildir. Mənbələrə əsasən pərvərdənin ilk reseptlərinin qədim İranda, xüsusilə ölkənin şimal hissəsində yaranmış, fars kulinariya mədəniyyətinin Azərbaycan kulinariya mədəniyyətinə təsiri nəticəsində bu şirniyyat Azərbaycan mətbəxində də geniş yayılmışdır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Kərmək
Dəvəayağı, dəvəqulağı və ya kərmək (lat. Limonium) - plumbaqokimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == (?)Meyer dəvəayağı (Limonium meyeri (Boiss.) O. Kuntze) == İstinadlar == == Həmçinin bax == Dəvəayağı:The Plant List saytında takson barədə məlumat.
Seçmək
Seçmək (ing. choose) – qrafik istifadəçi interfeysində: komandanın çalışdırılmasına səbəb olmaq və ya parametri seçmək. Bu prosedur bir neçə hərəkətdən ibarət ola bilər; məsələn, dialoq boksunda parametrin seçilməsi bir hərəkətlə yerinə yetirilir, ancaq menyudan komandanın seçilməsinə ən azı iki hərəkət lazımdır (öncə ekrana menyunun komandalarının siyahısını çıxarmaq, sonra isə lazım olan komandanı seçmək). Çox zaman bu terminin əvəzinə, onun ingilis sinonimi olan "select" terminindən istifadə olunur, ancaq "choose" daha münasib variantdır, çünki "select" başqa spesifik anlamda işlədilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.