Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirzə Ələkbər xan Davər
Mirzə Ələkbər xan Davər (1867–1937) — İranın müasir ədliyyə sisteminin qurucularından biri. Mirzə Ələkbər xan Davər 1867-ci ildə Mazandaranda doğulmuşdu. Rza şah Pəhləvinin hakimiyyəti dönəmində İranın maliyyə vəziri olmuşdu. Modern ədliyyə sisteminin qurucularından biridir. Mirzə Ələkbər xan Davər 1937-ci ildə vəfat edib.
Davərzən
Davərzən — İranın Rəzəvi Xorasan ostanının Səbzəvar şəhristanının Davərzən bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,387 nəfər və 705 ailədən ibarət idi.
Davar
Ravər
Ravər — İranın Kirman ostanının şəhərlərindən və Ravər şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,910 nəfər və 5,921 ailədən ibarət idi.
Ravər şəhristanı
Ravər şəhristanı— İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Ravər şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 38,539 nəfər və 10,236 ailədən ibarət idi.
Xavər Talıbova
Talıbova Xavər Ağa qızı — Azərbaycan SSR-nin görkəmli əmək qəhrəmanlarından biri. Xavər Talıbova 1924-cü ildə Lənkəran rayonunun Xolmili kəndində anadan olmuşdur. Lənkəran Kənd Təsərrüfatı Texnikumunda təhsil almışdır. Sosialist əməyi qəhrəmanı fəxri adına layiq görülmüşdür. 50 il xalqına xidmət edən Xavər Talıbova 1995-ci ildə vəfat etmişdir.
Xavər Vəkilova
Xavər Əhməd qızı Vəkilova — Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar mədəniyyət işçisi. Xavər Əhməd qızı (Mirzəbəyova) Vəkilova 1918-ci il martın 13-də Dərbənd şəhərində məşhur şəxsiyyətlərdən sayılan Nağıbəy Mirzəbəyli nəslinə məxsus zadəgan ailəsində anadan olub. Xavər xanım Əhmədbəy Mirzəbəyovun ailəsində dünyaya gələn on birinci uşaq olub. Xavər xanımın bacısı Şahzadə xanım tanınmış yazıçı, xətrini Səməd Vurğunun çox istədiyi, ehtiramla yanaşdığı Abdulla Şaiqin həyat yoldaşı olmuşdur. Abdulla Şaiq Xavər xanım hələ 13 yaşı olanda ona “Sevimli baldızım Xavərə!” adlı şeir həsr etmişdi. Xavər xanım Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki 10 illik musiqi məktəbində təhsil almışdır.1941-1946-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində (indiki BDU) təhsil almış, filoloq ixtisasına yiyələnmişdir. 1934-cü ildə Azərbaycanın xalq şairi Səməd Vurğunla ailə həyatı qurub. Bu izdivacdan onların üç övladı – Yusif, Aybəniz, Vaqif dünyaya gəlmişdir. 1975-ci ilin oktyabr ayında açılan Səməd Vurğunun ev-muzeyi yaranan gündən ömrünün sonunadək muzeyin direktoru vəzifəsində çalışmışdır. Onun hələ Səməd Vurğunun sağlığında qoruyub saxladığı materiallar əsasında muzeyin ekspozisiyası xeyli zənginləşmişdir.
Xavər Vəliyev
Xavər Vəliyev —SSR Ali Sovetini deputatı,SSRİ-nin hərbi komissarı, polkovnik. Xavər Ağarəhim oğlu Vəliyev 1905-cı ildə Bakının Zabrat qəsəbəsində anadan olub. Orta məktəbi elə burada bitirib. Gənc yaşlarından ordu sıralarında xidmət edib. O, Zaqafqaziya hərbi piyada məktəbinə daxil olub, məktəbi bitirdikdən sonra bir müddət bölük komandiri vəzifəsində çalışıb. 1936-cı ildə o, Hərbi - Siyasi Akademiyanı müvəffəqiyyətlə bitirir. Çalışqanlığı və fəaliyyətinə görə Azərbaycan SSR Ali Sovetinə deputat seçilir. Əvvəlcə o,73-cü Azərbaycan atıcı diviziyasında xidməti borcunu yerinə yetirir. 1938-ci ildə Bakının hərbi hava hücumundan müdafiəsi üçün 3-cü korpusuna komissar təyin edilir. 1941-ci ildə 396-cı Azərbaycan atıcı diviziyasının siyasi rəhbəri olan Xavər Vəliyevin komandası Kerç sahilində qərar tutmağa əmr alır.
Yavər Camalov
Yavər Talıb oğlu Camalov (17 oktyabr 1949, Çöl Beşdəli, Sabirabad rayonu – 23 iyun 2018, İsrail) — Azərbaycan Respublikasının sabiq Müdafiə Sənayesi naziri (2006–2018). Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. 1972-ci ildə "Siyəzənneft" Neftqazçıxarma idarəsinin operatoru, 1972–1989-cu illərdə "Şirvanneft" Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis – sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989–1995-ci illərdə "Şirvanneft" Neftqazçıxarma idarəsinin rəisi, 1995–2003-cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışmışdır. 23 iyun 2018-ci ildə İsraildə xəstəliyi ilə bağlı müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Yavər Camalov iyunun 24-də son mənzilə yola salınıb. Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub. Ailəli olmuşdur, 3 övladı var. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun qardaşıdır. Yavər Camalov 2003–2006-cı illərdə "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışmışdır.
Yavər Həsənov
Yavər Kələntərli
Yavər Abbas qızı Kələntərli (26 mart 1902, Şamaxı – 5 fevral 1979, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan SSR əməkdar artisti (1940). Yavər Kələntərli 26 mart 1902-ci ildə Şamaxıda anadan olmuşdur. O, muğam, təsnif və Azərbaycan xalq mahnılarının mahir ifaçısıdır. 1932–1937-ci illərdə Azərbaycan radiosununun və 1937–1941, 1945–1951-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Leyli, Leylinin anası ("Leyli və Məcnun", Üzeyir Hacıbəyov), Əsli ("Əsli və Kərəm", Üzeyir Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl", Müslüm Maqomayev) və digər partiyaları ifa etmişdir. Yavər Kələntərlinin qızlıq soyadı Zamanova olmuşdur. Xudaverdi Kələntərli ilə evlənmişdir. Şair Abbas Səhhət Yavərin doğma bibisi oğlu idi. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 aprel 1940 Yavər Kələntərli Yavər Kələntərli Yaver Kalantarli — 70 (1972) Yaver Kalantarli — "Shur" Mircəfər Bağırovun bayquş adlandırdığı məşhur xanəndə.
Yavər Rzayev
Yavər Maarif oğlu Rzayev — Azərbaycan kino rejissoru, ssenari müəllifi, aktyor, rejissor assistenti, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2008). 1 noyabr 1956-cı ildə Bakıda anadan olub. 1975—1980-cı illərdə M.A.Əliyev adına ADİİ-da, 1985—1990-cı illərdə Moskvada ÜDKİ-da təhsil alıb. "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli və bədii filmin rejissorudur. 2015-ci ildə "İlahi məxluq" filminə görə "Ən yaxşı orijinal ssenari" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür. Əlavə iz (film, 1981) Bəyin oğurlanması (film, 1985) Qəm pəncərəsi (film, 1986) Axırıncı addım (film, 1989) Haray (film, 1990) Dözümlü minarələr (film, 1991) Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (film, 1992) Sarı gəlin (film, 1998) Keçid (film, 2005) Niyyət (film, 2010) (ssenari müəllifi) İlahi məxluq (film, 2011) Aziya (film, 2015) Yarımçıq xatirələr (film, 2015) (ssenari müəllifi) Xeyirlə şərin rəqsi (film, 2015) (ssenari müəllifi, quruluşçu rejissor) Bizim Həsən müəllim (film, 2020) Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Yavər Şahbazov
Yavər Şahbazov — Azərbaycanın Milli Qəhrəmanı. 1 noyabr 1973-cü ildə Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olmuşdur. 1981-1991-ci illərdə burada orta məktəbdə təhsil almışdır. Vətənpərvərliyi ilə müəllimlərinin və sinif yoldaşlarının diqqətini çəkən Yavər müharibəyə getmək və torpaqlarımızın bütövlüyü uğrunda savaşmaq istəyirdi. 1994-cü il 8 iyunda o, öz arzusuna çatdı. Rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırıldı. 1995-ci il 13-17 mart hadisələri baş verdi. Silahlı dəstə bir neçə dəfə xəbərdarlığa baxmayaraq silahı yerə qoymadı. Milli Ordu işə qarışmalı oldu Yavər də bu silahlı dəstənin zərərsziləşdirilməsində iştirak edirdi. Güclü atışma başlayanda o, bir neçə yaralı döyüşçünü xilas etdi özü isə qəhrəmancasına həlak oldu.
Yavər Əliyev
Yavər Əliyev (27 iyun 1956, Bakı – 29 fevral 1992, Qarabağ) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Yavər Əliyev 27 iyun 1956-cı ildə Bakı şəhərində, Azərbaycan SSR-də neftçi ailəsində anadan olub. Pirallahı adasında 235 saylı orta məktəbdə təhsil başa çatdıqdan sonra Kremençuq Mülki aviasiya uçuş məktəbinə daxil olmuş və 1977-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. Yavər pilot fəaliyyətinə 1977-ci ildə Zabrat aviabirliyində başlamışdır. Əliyev Mi-2 helikopterinin pilotu, daha sonra Mi-8 helikopterinin ikinci dərəcəli pilotu kimi xidmət edib, sonradan həmin helikopterin komandiri olub. Yüksək peşəkarlıq və müsbət şəxsi keyfiyyətlərinə görə, Zabrat Aviasiya dəstəsinin uçuş heyətinin komandiri təyin edildi. Öz təşkilati və döyüş qabiliyyətinə, yüksək peşəkar hazırlığına görə Yavər Əliyev hərbi helikopterlərin birinci eskadrilyasının komandiri təyin edilib. O, qısa müddət ərzində eskadrilyaya ən yaxşı Mülki Aviasiya pilotlarını cəlb etməklə vahid və döyüş kollektivini topladı. Zakir Yusifov, Zakir Məcidov, Xanlar Səttarov, Firuz Cəlilov, Faiq Məmmədov və başqaları Azərbaycanın hərbi aviasiyasının tezliklə formalaşması üçün fədakarcasına çalışmışlar. 1990-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı Yavər Əliyevin rəhbərliyi altında uçuş heyəti dağlıq rayonların əhalisinin təxliyyəsində, [Ağdam] və [Şuşa] kəndləri arasında hava körpüsünün yaradılmasında iştirak etmiş, döyüş uçuşları da həyata keçirmişdir.
Yavər Əsədov
Yavər Şahsuvar oğlu Əsədov (1956, Cəbrayıl rayonu) — rəssam, xəttat, Əməkdar mədəniyyət işçisi Yavər Əsədov 1956-cı ildə Cəbrayıl rayonunda anadan olub. 1975-ci ildə Ə. Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1981-ci ildən SSRİ Jurnalistlər İttifaqının və SSRİ Rəssamlar İttifaqının üzvüdür. "Kommunist" qəzetində uzun illər baş rəssam kimi fəaliyyət göstərib. 2000–2004-cü illərdə "Zarafat" satirik qəzetini yaradıb və onun baş redaktoru olub. Respublikada və xaricdə keçirilən sərgilərin iştirakçısı və mükafatçısıdır. 2006-cı ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin idarə heyətinin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. Hazırda Dövlət Universitetində pedaqoq kimi fəaliyyət göstərir. Ailəlidir, dörd oğlu, bir qızı var.
Zavər Qafarov
Zavər Qafarov — III dərəcəli dövlət ədliyyə müşaviri, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin beynəlxalq hüquq əməkdaşlığı idarəsinin rəisi. 20 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.
Yavər Həsənov (şəhid)
Yavər kəndi (Əhər)
Yavər kəndi (fars. ‎‎‎‎ياوركندي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Lavər keçidi döyüşü
Lavər keçidi döyüşü — 1455-ci ildə Qaraqoyunlular ilə Teymurilər dövləti arasında baş vermişdir. Əbu'l Fəth Pirbudaq Teymuri ordusunu Kirman şəhəri yaxınlığında məğlub etmişdir. == Arxa plan == Sircana çatdıqda kəndlərin və ətraf yerlərin qarət edilməsini əmr etdi. Qoşun çaxnaşma atəşini yan- dırdı. Qanaşirin oğlu Yar Əhmədin mətanət qalasının hasarına və bünövrəsinə qorxu-hürkü mancanağı zərbə vurdu. Xof oxlarının yağışı onun səbir və dözüm qalxanını para-para etdi. Acizlik və zəifliklə öz əhvalını Pirbudağa məruzə etdi, fərmana boyun əyəcəyini və tabe olacağını izhar edib itaət başını aşağı endirdi. Amma belə ərz etdi ki, Səncər mirzənin işi bitdikdən sonra təxirə salmadan kəfən və qılıncla təqsirinin üzrünü istəmək üçün ən yaxşı sığınacaq yeri olan fələk misallı astanaya gələcəkdir. Mirzə Pirbudaq onun vədini və ismarışını nəvazişlə qəbul edib, oradan köç edərək Kirman ətrafında dayandı. Şəhər daruğası Şeyx Cəlaləddin də Yar Əhməd etdiyi kimi edərək şəhəri eyni şərtlə təslim edəcəyini bildirdi.
Dover
Duvr (ing. Dover [ˈdoʊvər], fr. Douveres, lat. Dubris) — Böyük Britaniyanın Kent qraflığında liman qəsəbə və eyniadlı rayonun inzibati mərkəzi. Qəsəbə Duvr boğazının (və ya Pa-de-Kale boğazı) sahilində, Kenterberi şəhərinin cənub-şərqində, Meydston qəsəbəsinin şərqində və Hastinqs qəsəbəsinin şimal-şərqində yerləşir. Qəsəbənin sahilində yerləşən təbaşir uçurumlar "Duvrın Ağ Uçurumları" adlanır. Qəsəbənin strateji mövqeyi tarixi boyu bəllidir. Arxeoloji tapıntılar ərazinin Britaniyaya daxil olan və tərk edən xalqlar üçün vacib olduğunu aşkar etmişdir. Qəsəbənin adı Daur çayından gəlir. Arxeoloji tapıntılar qəsəbənin daş dövründən bəri əhaliyə malik olduğunu sübut edir.
Adam Faver
Adam Fawer (1970[…], Nyu-York, Nyu-York ştatı) — Amerikalı roman yazıçısı. İlk romanı "Ehtimalsızlıq" on səkkiz dilə tərcümə edilmiş və "ən yaxşı roman" müsabiqəsində “2006 International Thriller Writers” mükafatını qazanmışdır. 2008-ci ilin aprel ayında da ikinci romanı olan "Empati" yayımlanmışdır. "Empati" 2008-ci ildə almanca, yaponca ve türkcə yayımlanmışdır. Türkiyədəki yayımcısının israrları nəticəsində tamamladığı üçüncü romanı "Oz", 2016-cı ildə yalnız türkcə olaraq yayımlanmış, ancaq mənfi tənqidlərə məruz qalmışdır. Faver Pensilvaniya Universitetində diplom və magistr dərəcələrini tamamlamışdır. Stanford Graduate School of Business də MBAsini etmişdır. Karyerası zamanı Faver; Sony Music, J.P. Morqan və son olaraq da About.com kimi müxtəlif şirkətlər üçün işləmişdir.
Cefri Damer
Cefri Layonel Damer (ing. Jeffrey Lionel Dahmer; 21 may 1960, Miluoki, Viskonsin – 28 noyabr 1994) — Amerikalı seriyalı qatil. Onun qurbanlarının hamısı kişi idi. O, 1978–1991-ci illər aralığında 17 nəfərin həyatına son qoymuşdu. Cefri qurbanlarını təkcə zorlamırdı, bəzilərini yeyirdi. == Həyatı == Cefri 1960-cı ildə Viskonsin ştatının Miliuoki şəhərində anadan olmuşdu. Kişik yaşlarında ailəsi Ayova ştatına köçür. Cefri 6 yaşında qarnındakı yırtıqdan əməliyyat keçirir. Bundan sonra uşaq özünə qapanır. Bir müddət sonra atası polis şöbəsinə müraciət edir.
Cimmi Dayer
Cimmi Dayer (ing. James Arthur "Jimmy" Dyer; 24 avqust 1883, İngiltərə – 1971) — ingilis futbolçu; onun müntəzəm mövqeyi hücumçu idi. "Uombvel", "Barnsli", "Donkaster Rovers", "Eşton Tovn", "Vest Hem Yunayted" və "Mançester Yunayted" komandalarında çıxış edib. == Həyatı == Cimmi Dayer 1877-ci ildə İngiltərənin Barnsli şəhərində anadan olmuşdur. == Karyerası == "Mançester Yunayted" komandasında 1 oyunda meydana çıxmışdır.
Lui Dager
Lui Jak Mande Dager (fr. Louis Jacques Mandé Daguerre, Dagerr yazılışına da rast gəlinir; 18 noyabr 1787[…], Kormey-an-Parizi, Fransa krallığı – 10 iyul 1851[…], Bri-syur-Marn, İkinci Fransa Respublikası) — fransız rəssamı, kimyaçı və ixtiraçısı, daqerotipiya fotoqrafiya üsulunun yaradıcılarından biri. == Ədəbiyyat == Сочинение Дагера: Historique et description des precedes du daguerreotype et du diorama. P., 1839. Евгенов С.В., Дагер, Ньепс, Тальбот. Популярный очерк об изобретателях фотографии, М., 1938; Документы по истории изобретения фотографии. Переписка Ж.Н. Ньепса, Ж.М. Дагера и др. лиц, М., 1949.
Miray Daner
Miray Daner — Türkiyə TV serial aktrisası. Fəaliyyətə 7 yaşında başlayan Daner "Papatyam" serialında 121 bölüm Metin Akpınarın nəvəsi "Qonca" rolunu canlandırdı. "Dərsimiz Atatürk" filmində Sabiha Gökçenin uşaqlığı rolunu oynayıb. İlk dəfə "Disney Channel"in Türkiyədə yayımlanan "Zil Çalınca" serialında baş rol ifa edib. "Medcezir" serialında Beren Beylice rolunu canlandıran aktrisa 2016-cı ildə Yağmur Taylan və Durul Taylanın rejissorluğu ilə çəkilmiş "Vətənim sənsən" serialında "Hilal" rolunu oynayaraq vətənpərvər gənc qız obrazını mükəmməl şəkildə yaratmışdır.
Veyn Dayer
Veyn Dayer (10 may 1940, Detroyt, Miçiqan – 29 avqust 2015, Maui adası, Havay) — amerikalı Özünə-yardım (self-help) müdafiəçisi, professor və yazıçıdır. Veyn Dayer, 1987-ci ildə ABŞ-nin ən yaxşı natiqi kimi tanınmışdır.
İlhan Daner
İlhan Daner (30 dekabr 1938, İstanbul – 1 oktyabr 2021, İstanbul) ― Türk teatr, kino və serial aktyorudur. 2017: Yanlış Anlama 2015: Diktatör Adolf Hitler'in Hayatının Esrarengiz Yönleri 2015: Yapışık Kardeşler 2012: İkizler Firarda 2010: Memlekette Demokrasi Var 2007: Çılgın Dersane Kampta 2006: Çılgın Dersane 2004: Papatya ile Karabiber 2001: Dedem, Gofret ve Ben (TV Dizisi; 1. Sezon) 1986: Yetimlerin Türküsü 1985: Bu İkiliye Dikkat 1984: Çalsın Sazlar 1984: Kader Çıkmazı 1980: Sizin Dersane (TV Dizisi; 1. Sezon) 1979: Dua 1978: Bizim Fıstıklar 1977: Dokunmayın Dünyama 1977: Beceriksizler 1977: Avrupa Macerası 1976: Tantana Kardeşler 1976: Bülbül Ailesi 1976: Lüküs Hayat 1976: Dolandırıcı Aşıklar 1975: Yakalarsam Severim 1975: Çikolata Sevgilim 1975: Tatlı Cadı 1975: Çilli Yavrum Çilli 1975: Muz Sever Misiniz?
Daler Nəzərov
Daler Mehrubonoviç Nəzərov (tac. Далер Мехрубонович Назаров, 8 sentyabr 1959, Düşənbə) — tacik müğənnisi və bəstəkarıdır. Dalərin yaradıcılığında həm xalq, həm də müasir motivlər var, o, həm Tacikistanın müasir musiqisinə, həm də ümumilikdə fars-tacik xalq musiqisinə böyük təsir göstərib və göstərməkdədir. == Bioqrafiya == Daler Nəzərov 1959-cu ildə Stalinabadda (Düşənbə) anadan olub, Tacikistanın mədəniyyət naziri Mehrubon Nazarovun ikinci oğludur. O, ana dilini "Pamir" adlandırır. İki il musiqi məktəbində oxuyub, amma oranı tərk edib. Adına Dövlət Pedaqoji İnstitutunun "Rus filologiyası" ixtisası üzrə ali təhsil almışdır. Taras Şevçenko. 1992-ci ildə vətəndaş müharibəsindən Alma-Ataya qaçıb, 1997-ci ildə Düşənbəyə qayıdıb. == Filmoqrafiya == == İstinadlar == == Ədəbiyyat == Mark Slobin, Alexander Djumaev, Larisa Dodhoudoyeva.
Dave Lombardo
Devid Lombardo (ing. David Lombardo; d. 16 fevral 1965, Havana) — Kuba əsilli amerikan zərbçisi, əsasən treş metal qrupu Slayer-in üzvü və yaradıcılarından biri kimi tanınır. O, bu qrupun 9 albomunda ifa etmiş, həmçinin, Testament, Grip Inc., Fantômas, Suicidal Tendencies kimi qruplarla da albom qeydə almışdır. Bundan əlavə, o, Misfits qrupunun canlı konsertlərində ifa etmişdir. Lombardonun karyerası 40 ilə yaxın bir dövrü əhatə edir. Bu zaman ərzində o, 29 müxtəlif janrda buraxılışlarda iştirak etmiş, lakin əsasən, hevi metal zərbçisi kimi tanınmışdır. Onun ifa sənəti "heyran edici dərəcədə yenilikçi" adlandırılmışdır. Drummerworld ensiklopedik saytı onu "Zərb alətlərinin qoşa basının Xaç atası" adlandırmışdır. Lombardonun metal üslubuna ciddi təsirləri olmuş, müasir metal zərbçilərini, xüsusən də treş və det metal barabançılarını ilhamlandırmışdır.
Dave Meltzer
David Davis malikanəsi
Həmçinin "Clover Lawn" olaraq da tanınan David Davis malikanəsi David Davisə, ABŞ Ali Məhkəməsinə və İllinoys senatoruna məxsus Bluminqtondakı Viktorian stilli evdir. Malikanə 1960-cı ildən bəri dövlət muzeyidir. 1972-ci ildə tarixi yerlərin milli reyestrinə əlavə edildi və 1975-ci ildə isə Milli Tarixi yer təyin edildi. Bluminqtonun cənub-qərb tərəfindəki bir yaşayış məhəlləsində yerləşən üç mərtəbəli kərpic malikanə, İtalyan villa üslubunda tikilmiş və 36 otaqdan ibarətdir. Sarayın ərazisinə 1872-ci ildən bir taxta ev, anbar və tövlələr, xüsusi əşyalar, çiçəklər və bitkiləri üçün bağ daxildir. Çoxillik bitkiləri olan Viktoriyanın kəsilmiş çiçəklərdən ibarət bir bağçası olan "Sarah's Garden" 2001-ci ildə bərpa olunmağa başlandı. == Tarixi == "Clover Lawn" 1870-1872-ci illər arasında qurulmuş və 1886-cı il hakim Davisin ölümünə qədər yaşadığı yer olmuşdur. Devis italyan və ikinci imperiya memarlıq xüsusiyyətlərini özündə cəmləşdirən və orta Viktorian stildə olan malikanənin dizaynını fransız əsilli memar Alfred H. Piquenarda tapşırmışdır. Ev, Davisin arvadı Saranın iqamətgahı kimi nəzərdə tutulmuşdu. David Devis 1883-cü ildə ABŞ Senatından ayrıldıqdan sonra vaxtının çox hissəsini orada keçirirdi.
Dahar
Dahar — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dahar kəndi Girdiman çayının sahilində, dağətəyi ərazidə yerləşir. Keçmiş tam adı Dahar Mulux olub. Həmin ərazidə Mulux kəndindən çıxmış ailələrin Dahar adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tat dilində dahar "qaya" deməkdir. == Əhalisi == Kənddə cəmi 5 nəfər yaşayır. ki onunda 3 nəfəri kişi, 2 nəfəri qadındır.
Dairə
Dairə — müstəvinin çevrə ilə əhatə olunmuş hissəsidir. Radius mərkəzi ilə onun çevrəsinin hər hansı nöqtəsi ilə birləşdirən parçadır. Dairənin mərkəzindən keçən düz xətt onu diametri boyunca kəsir. Dairənin iki radiusu arasında qalan hissəsinə sektor deyilir. Dairənin qövsü ilə bu qövsün uc nöqtələrini dairənin mərkəzilə birləşdirən radiuslarla əhatə olunan hissəsinə sektor deyilir. Dairənin qövsü ilə bu qövsə söykənən vətər ilə əhatə olunan hissəsinə seqment deyilir. == Xassələri == Dairənin müstəvi üzərində mərkəzi ətrafında fırlanması həmin dairənin özüdür. Dairə qabarıq fiqurdur. Radiusu r {\displaystyle r} , diametri d {\displaystyle d} olan dairənin sahəsi: S = π R 2 {\displaystyle S=\pi R^{2}} yaxud S = π d 2 4 {\displaystyle S={\frac {\pi d^{2}}{4}}} -dür. Burada π {\displaystyle \pi } = 3.141592… — sabitdir.
Dakar
Dakar — Seneqalın paytaxtı. Seneqalın payataxtında çoxlu universitetlər, mədəniyyət mərkəzləri, muzeylər fəaliyyət göstərir. Dakar Rəssamlıq muzeyi şəhərin qürur mənbəyidir. Qore adasındakı Tarix muzeyi də diqqətəlayiqdir. Paytaxtda Qərbi Afrikanın ən böyük mədəniyyət mərkəzləriondən biri Daniel Sorano Teatrı fəaliyyət göstərir.
Damar
Damar sistemi — orqanizm daxilində qan və limfa adlanan maye toxumaları başlıyan boru sisteminə deyilir. Bu sistem iki şöbəyə bölünür: Qan-damar sistemi: Ürək (İnsan ürəyi); Arterial sistem; Venoz sistem. Limfa sistemi. Qan damar sistemi bəhsinə angiologiya — angiologia (yun. angejon — damar və lego oyrənirəm) və limfa sistemi bəhsinə limfologiya — lat. limfologiya deyilir. Adətən bu iki sistem angiologiya adı ilə qeyd olunur. Hüceyrələrin əsas həyati vəzifələri, yəni qidalanma, tənəffüs və ifrazat prosesləri orqanizm daxilində müəyyən maddələri (qida maddələri, oksigeni, karbon qazını) xüsusi sistem vasitəsilə daşınmasından asılıdır. Ali sinif heyvanlarda və insanda həmin maddələri daşıyan sistemə damar sistemi deyilir.QAPALI VE ACIQ OLUR.TWO TIPS:OPEN AND QAPALIED === Bağırsaqboşluqlarda === Bağırsaqboşluqlarda şaxəli kanal sisteminə təsadüf olunur: bunların ümumi həzm kanalı boşluğu yan tərəflərə bir çox şaxələr verir və ora daxil olan maddələr kirpikli epitelin titrəməsi nəticəsində həmin şaxələr vasitəsilə heyvanın vicuduna yayılır. Heyvanlar yaşayış şəraitinə müvafiq olaraq diferensisiya etdikcə onların kütləsi və vicudda gedən mübadilə artdıqca, yuxarıdakı mexanizmlər kifayət etmir; odur ki tələbatın artması nəticəsində xüsusi mexanizm — damar sistemi əmələ gəlir.
Davao
Davao – Filippində şəhər. Cənubi Davao əyalətinin inzibati mərkəzi Әhalisi 1,6 mln. (2015). Mindanao adasında, Davao körfəzi sahilində port. Adanın ən iri nəqliyyat qovşağıdır. Beynəlxalq aeroport. == Tarixi == Əsası 1848-ci ildə ispanlar tərəfindən (1858-ci ilədək Nueva-Verqara adlanırdı) qoyulmuşdur. 1890-cı ildə ABŞ qoşunları tərəfindən tutulmuşdur. 19-cu əsrin sonlarına dək kiçik balıqçılıq və oduncaq ixracı mərkəzi idi. 20-ci əsrin əvvəllərindən Yaponiyadan gələnlərin mühacirət mərkəzi (hazırda Davaoda ölkənin ən böyük yapon icması mövcuddur) idi.
David
David — kişi adı və təxəllüs David (Mikelancelo) - italyan rəssam, heykəltaraş və memarı David Rikardo — ingilis iqtisadçısı. David Vudord - Amerikan yazıçısı və dirijoru David Vendetta - fransız DJ və prodüser. David Vilya - ispan futbolçu David Alaba — Avstriya futbolçusu, David Neres - peşəkar Braziliya futbolçusu David Faupala - Fransalı futbolçu David Məmmədov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti. David Foenkinos — fransız yazıçısı və ssenaristi. Jak-Lui David - fransız rəssam və pedaqoqu. David Silva - Mançester Sitinin və İspaniya milli futbol komandasının yarımmüdafiəçisi David de Xea — ispan futbolçu, David Miller — amerikali tenor David Production — Yaponiya animasiya studiyası. David (Bernini) - Covanni Lorenso Bernini tərəfindən işlənmiş həyat ölçülü mərmər heykəl David Luiz - "Çelsi"nin və Braziliya milli futbol komandasının müdafiəçisi. David Livinqston — şotland əslli missioner, Afrikanın görkəmli cöğrafi tədqiqatçısı. II David — Kaxeti çarı. David Hilbert — alman riyaziyyatçısı, David Qrossman —yəhudi yazıçı.
Davul
Davul — çəkiclər ilə çalınan böyük ikibaşlı təbil. Olduğu ölkələrdən asılı olaraq müxtəlif adlara malikdir. == Tarixi == Davul çubuqlarla səsləndirilən zərb alətidir. Onun adına «Kitabi-Dədə Qorqud» dastanında rast gəlinir. Dastanda təsvir olunan adət-ənənələr, bir sıra tarixi hadisələr III-IV əsrlərlə səsləşir. Lakin dastanın bəzi boylarının yaranması eramızdan əvvələ gedib çıxır. Elə davulun da bizim eradan əvvəl yarandığı ehtimal olunur. XIII əsrə aid «Dastani-Əhməd Hərami» poemasında da davulun adı çəkilir. Türk dünyasında davul çox zaman bayraq, xitbə, sikkə və s. məfhumlar kimi hakimiyyət rəmzi sayılıb, müqəddəs tutulub.
Daxar
Dahar — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dahar kəndi Girdiman çayının sahilində, dağətəyi ərazidə yerləşir. Keçmiş tam adı Dahar Mulux olub. Həmin ərazidə Mulux kəndindən çıxmış ailələrin Dahar adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tat dilində dahar "qaya" deməkdir. == Əhalisi == Kənddə cəmi 5 nəfər yaşayır. ki onunda 3 nəfəri kişi, 2 nəfəri qadındır.
Davaro
Davaro — Kartal Tibetin rejissoru olduğu, Kamal Sunal baş rolda oynadığı 1981-ci ildə çəkilən Türkiyə filmi. == Mövzu == Almaniyaya işləməyə gedən Memo, istədiyi pulu qazanıb kəndinə dönür və nişanlısı Cano ilə evlənmək istəyir. Memonun qan davalı olduqları Sülo da həbsdən çıxaraq arvadı Ayşonun yanına gəlir. Bunu duyan Hamo, toy-düyünü durdurur və oğlu Memonun, Sülonu öldürməsini istəyir. Ancaq, Memo buna yaxşı yanaşmır. Öldürüləcəyini anlayan Sülo, Memoya bir təklif edir. Memonun onu öldürməməsi durumunda kənddən uzaqlaşacağını söyləyir. Evlənmək üçün başqa çarəsi qalmayan Memo, Sülonun planını qəbul edir və kənd meydanında Sülonu yalandan vurur. Kənd camaatı da bu nömrəyə inanır. Daha sonra dağdaki bir quldurun yanında təkrar qarşılaşan Memo və Sülo yene bir-birinə düşmənçilik edir.
Divlər
Div — Azərbaycan nağıllarının personajlarından biri. Avestadakı cinayətkar obrazından yaradılmışdır. Yarım heyvan, yarım insan nəhəng, azman əfsanəvi varlıqdır. Nağıllarda divin növləri də var: Ağ Div, Qara Div, Zili div və s. == Mənşəyi və xüsusiyyətləri == Div obrazı atəşpərəstlərin müqəddəs kitabı olan Avestanın 'Vi Dayevo Datom' ve ya 'Vidivdad' , 'Vendidat' adlanan (tərcüməsi 'Divlərə qarşı qanun') fəslindəki cinayətkar təsvirindən yaranmışdır. Kitaba görə cinayətkarlar dinindən dönənlər və dini ayinlərə riayət etmədiklərinə görə ictimai-təhlükəli əməllərə əl alanlardır. Nağıllardakı divlər nağıllarda insanları yeyir, böyük qulaqlı, böyük dişli, böyük ağızlı dəyişik növləri vardır. Böyük qulaqlı nəhənglər yer altında yaşayırlar. Bəzən alt dodağı yerdə, üst dodağı göydə bir zənci olaraq görünürlər. Əlində çox vaxt heyvan başlı bir çubuğu və ya toppuzu tapılar.