Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Diabet
Diabetes mellitus (DM), Diabet (yun. διαβήτης "süzənək" və lat. mellitus "bal kimi şirin") və ya Şəkər xəstəliyi, Şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur. Şəkərli diabetin hal hazırda 2 tipi vardır. Diabet tip 1 pasientləri üçün gündəlik insulin inyeksiyaları mütləqdir, bəzi pasientlərdə avtomatik insulin pompaları implantasiya oluna bilər. Diabet tip 2 pasientlərinə isə həb şəklində dərmanlar (yaxud insulin, əgər həb şəkilli preparatlar qanda qlükozanı norma çərçivəsində saxlamağa qadir deyilsə)mütləqdir. Hazırda dünyada 371 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir.
Şəkərli diabet
Diabetes mellitus (DM), Diabet (yun. διαβήτης "süzənək" və lat. mellitus "bal kimi şirin") və ya Şəkər xəstəliyi, Şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur. Şəkərli diabetin hal hazırda 2 tipi vardır. Diabet tip 1 pasientləri üçün gündəlik insulin inyeksiyaları mütləqdir, bəzi pasientlərdə avtomatik insulin pompaları implantasiya oluna bilər. Diabet tip 2 pasientlərinə isə həb şəklində dərmanlar (yaxud insulin, əgər həb şəkilli preparatlar qanda qlükozanı norma çərçivəsində saxlamağa qadir deyilsə)mütləqdir. Hazırda dünyada 371 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir.
Şəkərsiz diabet
Şəkərsiz diabet (lat. diabetes insipidus) — poliuriya (gündə 6–15 litr sidik ifraz etmək) və polidipsiya (susuzluq) ilə xarakterizə olunan hipotalamusun və ya hipofiz vəzinin disfunksiyası ilə əlaqəli nadir xəstəlik (təxminən 100.000-ə 3-ü). İfraz olunan sidiyin miqdarı gündə təxminən 20 litrə qədər çata bilər. Maye miqdarının azaldılması sidiyin konsentrasiyasına az təsir edir. Fəsadları bədənin susuzlaşması və ya qıcolma ola bilər. Şəkərsiz diabet həm böyüklərdə, həm də uşaqlarda, hər iki cinsdə baş verən xroniki xəstəlikdir. Çox vaxt gənc yaşda olan insanlar bu xəstəliyə tutulurlar (18–25 yaş). Həmçinin 1 yaşa qədər olan uşaqlarda xəstəliyin məlum halları olub. Dörd növ şəkərsiz diabet vardır: Mərkəzi şəkərsiz diabet. Vazopressin (antidiuretik hormon) istehsalının olmaması ilə əlaqədardır.[1] Bu, hipotalamusun və ya hipofiz vəzinin zədələnməsi və ya genetika ilə bağlı ola bilər.
Bürünc diabet
Hemoxromotoz (ing. haemochromatosis), bürünc diabet (ing. bronze diabetes), siderofiliya (ing. iron-storage disease) – Anadangəlmə olub, dəmirin toxumalara artıq toplanması, hepatomeqaliya, artropatiya (II və III əl darağı falanqa oynaqlarının zədələnməsi), qəhvəyi rəngli dəri, hipoqonodizm, şəkərli diabet, durğunluq ürək çatışmazlığı ilə xarakterizə olunur. Yatrogen səbəbdən 2-cili hemoxromatoz yarana bilər.
Diabet (dəqiqləşdirmə)
== Xəstəlik ==
Mərkəzi şəkərsiz diabet
Mərkəzi şəkərsiz diabet — neyrogen şəkərsiz diabet olaraq da adlandırılan, beyində vazopressinin kifayət qədər olmayan istehsalı nəticəsində yaranan xəstəlik. Neyrogen şəkərsiz diabet xəstəliyi şəkərsiz diabetin bir növüdür. Vasopressin qan həcmini (damardaxili) artırır və sidik ifrazını azaldır. Buna görə də, onun çatışmazlığı sidik istehsalının artmasına və həcminin azalmasına səbəb olur. O, həmçinin beyindəki hipotalamus tərəfindən təmin edilən posterior hipofiza (neyrohipofiz) aid olan neyrohipofiz şəkərsiz diabet kimi də tanınır. Bu vəziyyətdə yalnız şəkərli diabetlə ümumi olan poliuriya (sidiyin həddindən artıq və ya anormal dərəcədə böyük ifrazı) var. Bir-birini istisna etməsə də, əksər tipik hallarda "neyrogen şəkərsiz diabet" adı aldadıcıdır. Daha düzgün ad "hipotalamik neyrohipofizal ADH çatışmazlığı" ola bilər. Metabolik ensefalopatiyada artan susuzluq, poliuriya və orqanizmin susuzlaşmasıdır. Ən azı 25% hallarda (ən çox yayılmış təsnifat) neyrogenik şəkərsiz diabetin naməlum səbəbləri var, yəni naməlum səbəbə görə vazopressin istehsal olunmur.
Nefrogenik şəkərsiz diabet
Nefrogenik şəkərsiz diabet — əsasən böyrək xəstəliklərindən qaynaqlanan şəkərsiz diabetin bir növü. O, böyrək şəkərsiz diabeti kimi də tanınır. Nefrogenik şəkərsiz diabet antidiuretik hormonun (həmçinin vazopressin adlanır) qeyri-kafi səviyyələrinin səbəb olduğu mərkəzi və ya neyrogenik şəkərsiz diabetdən fərqlidir. Nefrogenik şəkərsiz diabet böyrəklərin antidiuretik hormona düzgün reaksiya verməməsi ilə qaynaqlanır və nəticədə böyrəklərin sərbəst suyu çıxararaq sidiyi konsentrasiya etmək qabiliyyətini azaldır. Klinik təzahürü polidipsiya (həddindən artıq susuzluq) və poliuriya (çox miqdarda sidiyin ifrazı) ilə özünü göstərən neyrogen şəkərsiz diabetə bənzəyir. Orqanizmin susuzlaşması tez-tez baş verir və sidik kisəsinin xroniki şişməsi nəticəsində sidik qaçırma halları olur. Tədqiqat zamanı plazma osmolyarlığının artması və sidiyin osmolyarlığının azalması müşahidə olunmuşdur. Hipofiz funksiyası normal olduğu üçün antidiuretik hormonun səviyyəsi anormal və ya yüksələ bilər. Poliuriya xəstə maye qəbul edə bildiyi müddətə qədər davam edəcək. Xəstə maye qəbul edə bilmirsə sidiyi konsentrə edə bilmir və hipernatremiya nevroloji simptomları başlayır.
Diabetik neyropatiya
Diabetik neyropatiya (q.yun. νεϋρον — "sinir" + q.yun. πάθος — "əzab, xəstəlik") — şəkərli diabetdə kiçik qan damarlarının zədələnməsi ilə əlaqəli sinir sisteminin pozğunluqları — yalnız iş qabiliyyətinin azalmasına deyil, həm də tez-tez baş verən ağırlaşmalardan biridir. Ağır əlillik hallarının yaranmasına və xəstələrin ölümünə səbəb olur. Patoloji proses bütün sinir liflərinə təsir göstərir. Müəyyən liflərin zədələnmə dərəcəsindən asılı olaraq müxtəlif növ diabetik neyropatiya müşahidə olunur: sensor (həssas), sensor-motor, avtonom. Eləcə də neyropatiyalar mərkəzi və periferik olaraq ayırd edilir. V. M. Prixojanın (1987) təsnifatına görə, beyin və onurğa beyninin zədələnməsi mərkəzi neyropatiya hesab olunur və müvafiq olaraq bölünür: kəskin komada mərkəzi sinir sisteminin disfunksiyası; beyin dövranının kəskin pozğunluqları; böyrək çatışmazlığında beynin yarımkəskin pozğunluqları (uremiya); nevroza bənzər (psixopatik) vəziyyətlər; diabetik ensefalopatiya; diabetik miyelopatiya. == Beyin qan dövranının pozulması == Şəkərli diabetin gedişatı fonunda beyin işemik insultunun inkişaf riski artır. Uzunmüddətli epidemioloji tədqiqatın nəticələrinə görə, 12 illik izləmə müddətində şəkərli diabet xəstələri arasında işemik insultun baş verməsi 1000 nəfərdən 62,3-ə çatır, halbuki əhalinin digər kateqoriyaları arasında bu hal hər 1000 nəfərə 32,7 nəfərdir.
Diabetes (jurnal)
Diabetes ― Amerika Diabet Assosiasiyası tərəfindən 1952-ci ildən nəşr olunan aylıq tibbi jurnal. Jurnal şəkərli diabetin fiziologiyası və patofiziologiyası ilə bağlı laboratoriya, heyvan və insan tədqiqatlarını əhatə edir. Əsas diqqət şəkərli diabetin patogenezi və onun ağırlaşmaları, mədəaltı vəzin normal və patoloji adacıq funksiyası və vasitəçi maddələr mübadiləsi, dərman və hormonların təsirinin farmakoloji mexanizmləri, normal və anormal bioloji proseslərin biokimyəvi və molekulyar aspektləri kimi sahələrə yönəlmiş araşdırma hesabatlarına verilir. Bundan əlavə, "Diabetes"də Amerika Diabet Assosiasiyasının illik toplantısında elmi sessiyalarda təqdim olunan tezislər dərc edilir. "Journal Citation Reports"a əsasən, jurnalın 2021-ci il impakt faktoru 9.337, 5 illik impakt faktoru isə 10.509-dur. Bu göstəricilərə görə "Diabetes" jurnalı "Endokrinologiya, Diabet və Metabolizm" kateqoriyasında 240 jurnal arasında 8-ci yeri tutur.
Diabetik koma
Diabetik koma — qanda tam və nisbi insulin çatışmazlığı nəticəsində şəkərin miqdarının normadan qat-qat artıq olması fonunda meydana çıxan huşsuzluq halı. Bu hal həyat üçün təhlükəli hal olub təcili stasionar müalicə tələb edir. 25% dabetik koma halı gizli sürən və ya şəkərli diabet aşkarlanmamış şəxslərdə rast gəlinir. İnsulin azlığı və ya onun mədəaltı vəzin quyruq payında yerləşən Langerhans adacıqlarında sintezinin pozulması qanda şəkərin miqdarının normadan qat-qat artıq olmasına səbəb olur. Orqanizmin toxuma və hüceyrələri enerji mənbəyi olan şəkəri (qlükozanı) məhz insulin hormonunun vasitəsilə mənimsəyə bilir. İnsulin çatmamazlığı toxuma və hüceyrələrdə şəkər "aclığına", buna cavab olaraq da karbohidrat və yağ mübadiləsinin - lipolizin pozulması, amin turşularının aminsizləşməsi: qanda qlükozanın və keton cisimlərinin konsentrasiyasının fizioloji təlabatdan qat-qat artıq olması və keton cisimlərinin utilizasiya olunmaması ketoasidoza bununla yanaşı toxuma və hüceyrələrdə natamam parçalanma (metobolizm) məhsullarının yığılması laktatasidoza səbəb olur. Diurezin artması öz növbəsində hiperosmolyar komanı törətmiş olur. Diabetik koma yaranma mexanizminə görə ketoasidoz və hiperosmolyar komalara bölünür. === Ketoasidoz mənşəyli diabetik koma === Ketoasidoz mənşəyli diabetik koma adətən I tip şəkərli diabetlərdə mütləq insulin çatmamazlığı ilə meydana çıxır. Bu zaman hüceyrələr enerji mənbəyi olan qlükozanı mənimsəyə bilmədiyindən, ehtiyac enerjini yağ və zülalların həddən ziyadə parçalanmasından olmağa çalışır.
Diabetlə Beynəlxalq Mübarizə günü
14 noyabr Diabetlə Beynəlxalq Mübarizə günüdür. Bu günün qeyd olunmasında məqsəd diabetlə bağlı qlobal məlumatlılığın artırılması və bu xəstəliyin inkişafının qarşısını almağın yollarını axtarmaqdan ibarətdir. == Tarixi == Dostunun gənc yaşda dünyasını dəyişməsi ilə fizioloq Fredrik Bantinq elmi axtarışlara başlayır. Axtarışlar uğurla başa çatır. 1922-ci ildə gənc alim, dostunun ölümünə səbəb olan eyni xəstəliyə düçar olmuş 14 yaşlı oğlanı müalicə edir və onun kəşfi bütün dünyada yayılır. Söhbət şəkərli diabetə qarşı yaradılan insulindən gedir. Bundan sonra kanadalı fizioloq Frederik Bantinqin doğum günü 14 noyabr, 1991-ci ildən etibarən təqvimə Şəkərli diabetlə Beynəlxalq mübarizə günü kimi salınıb.
Diabaz
Dolerit və ya diabaz — dolerit və ya ofit quruluşlu, iri və orta dənəli aydın kristallik bazalt == Haqqında == Massiv teksturlu; nadir hallarda badamdaşlıdır. Əsasən plagioklaz (labrodor, labrodor-bitovnit) və piroksendən (avgit, pijonit, pijonit-avgit) ibarətdir. Onlar müvafiq olaraq 2:1 nisbətindədir. Olivinli növündə olivinin miqdarı 10% (bəzən bir qədər də çox) olur. Az miqdarda titan-maqnetit, bəzən ilmenit, xallkopirit, pirit olur; aksessorlardan — apatit, sirkon, qranat, rutil, sfen iştirak edir. Sill, dayka və ştoklar əmələ gətirir. Yer qabığının stabil zonaları üçün səciyyəvidir (əsasən qədim platformalar — Sibir, Afrika, Hind, Şərqi Avropa); okean hövzələrində, demək olar ki, rast gəlmir. Növləri tərkibinə, quruluş və teksturasına, törəmə dəyişilmələrinə, indeksinə və yatım şəraitinə görə ayrılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Dialekt
Dialekt — sözü ərəb mənşəli isimdir. Dilçilikdə ümumi dialekt xüsusiyyətlərinə malik olan hər hansı bir dilin yerli şivələr qrupuna yəni dialektə ləhcə deyilir. Dialekt yunan mənşəli (q.yun. διάλεκτος) sözdür. Sıx ərazi birliyinə malik, daima və bilavasitə ünsiyyətdə olan adamlar tərəfindən işlədilən dilə "dialekt" (ləhcə) deyilir. Yəni dialekt (ləhcə) bir–birinə yaxın olan şivələrin məcmusudur.
Diamat
Dialektik materializm — materializmə və Hegel dialektikasının materialist anlayışına əsaslanan fəlsəfi cərəyan. Bu istiqamətin əsas ideyaları bunlardır: maddi (obyektiv) aləmin ilkinliyi; idealın (subyektiv, düşünülə bilən) ikinci dərəcəli olması; hərtərəfli əlaqə və müxtəlif sistemlərin daxili hərəkət və inkişaf mexanizmləri əsasında daimi hərəkəti; qaçılmaz ziddiyyətlərin daim aradan qaldırılması. Bu doktrina Lenin və digər marksist filosoflar tərəfindən hazırlanmış K. Marks və F. Engelsin ideyalarına əsaslanır. Engels bu sistemi dünyagörüşü adlandırmış, onu həm idealist fəlsəfəyə, həm də əvvəlki bütün materialist fəlsəfəyə qarşı qoymuşdur. Bu dünyagörüşü ayrı-ayrı elmlər üzərində "elmlərin elmi" iddiasındadır və praktik problemlərdən ayrı mövcud olan hər hansı fəlsəfi təlimləri inkar edir. SSRİ-də bu konsepsiya marksizmin nəzəri aspektini ifadə edirdi və 1930–80-ci illərdə Sov.İKP tərəfindən sovet fəlsəfəsinin rəsmi adı kimi istifadə edilmişdir. Diamat – Qərbdə, xüsusilədə Rusiyada dialektik materializmin qısaldılmış edilmiş adı. Keçmiş Sovetlər İttifaqında dialektik materializm geniş tədris edilirdi və qısaca diamat adlandırılırdı. == Tarixi == Marks Georq Vilhelm Fridrix Hegelin idealist dialektikasının materialist anlayışının banisidir. Bunda o, Lüdviq Andreas Feyerbaxın fəlsəfi materializminə arxalanırdı.
Diametr
Diametr - çevrəni iki nöqtədə kəsən düz xəttin çevrə daxilində qalan hissəsi vətər adlanır. Çevrənin mərkəzindən keçən vətər isə çevrənin diametridir.
Diatez
Diatez (yun. diáthesis) — insan orqanizmində, daha çox uşaqlıq vaxtında irsi olaraq əmələ gəlmiş pataloji reaksiya və ya xəstəlik. Azyaşlı uşaqlarda allergiya ilkin olaraq özünü diatez şəklində büruzə verir. İlk öncə uşağın üzünün dərisində qızartı və şişkinlik əmələ gəlir, dəri qabıq verir. Bir çox valideynlər bu əlamətlərin meydana gəlməsinə çox diqqətsiz yanaşır, onların gələcəkdə baş verə biləcək ağır xəstəliklərin əvvəli ola biləcəyindən heç şübhələnmirlər də. == Səbəbi == Diatez niyə əmələ gəlir? Uşağın həyatının ilk aylarında allergenlər üçün ən əsas "görünməz gizli qapı" — mədəbağırsaq sistemidir. Ana südündəki zülallardan başqa, istənilən qida zülalı uşaq orqanizmi üçün yad olduğu üçün potensial şəkildə təhlükəli hesab edilir. Hətta ən yaxşı hesab edilən süni uşaq qidaları da ana südünü əvəz edə bilməz. Ona görə də anasının südü az olan və ya olmayan usaqlarda allergiyanın inkişaf etmə təhlükəsi, ana südü ilə qidalanan uşaqlara xeyli dərəcədə yüksək olur.
Disket
Disket (ing. floppy disk, ing. diskette) — plastik materialdan hazırlanmış və məlumatların saxlanması üçün istifadə edilən elastik disk, üzəri maqnit material təbəqəsi ilə örtülmüş informasiya daşıyıcısı. 1971-ci ildə IBM şirkəti tərəfindən ilk disket hazırlanmışdır. Bu diskin diametri 8 dyüm (200 mm), tutumu isə 720 Kb idi. Çevik disk qurğusunun yaradılması təşəbbüsünü ilk dəfə 1967-ci ildə IBM firmasının mühəndis-elektroniki Alan Şuqart (Alan Shugart) irəli sürmüşdür. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Kianet
Kianet — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd.
Debet
Tibet
Tibet (çin. 西藏 Şican, tib. བོད་ Bod, Bö, q.türk 𐱅𐰇𐰯𐰇𐱅 Tüpüt) — Mərkəzi Asiyada Tibet dağətəyində yerləşən tarixi-coğrafi ərazi. Fərqləndirici cəhəti tibet dili və tibet buddizmi olan mədəni və dini birlik. Yerli əhalisi — tibetlilərdir. 1950-ci ildə Çin tərəfindən işğal edildikdən sonra Tibet xarici vətəndaşlar üçün qapalı məkan olub. Yalnız 1984-cü ildə Çin mərkəzi hökumətinin icazəsindən sonra bura səyahət etmək imkanı yaranıb. Tibetin ərazisinə yalnız Çin hökumətinin nəzarəti altında turistik qrupların tərkibində daxil olmaq olar. Paytaxtı Lxasa şəhəridir. Şəhər VII əsrdə şahzadə Sronçzen Qamponun əmri ilə Tibetin rəsmi paytaxtına çevrilmişdir.
İapet
İapet ( yun. Ἰαπετός) — yunan mifologiyasında tanrı titan. Geya və Uranın oğlu, Klimenanın əri. Atlant, Prometey, Epimetey və Menetiyin atası. İapet titanomaxiyada Zevsə qarşı iştirak etdiyinə görə qardaşları kimi Tartara atılmışdır.
Jean Piaget
Jan Vilyam Fris Piaje (fr. Jean William Fritz Piaget; 9 avqust 1896[…], Nevşatel[d] – 16 sentyabr 1980[…], Cenevrə) — uşaqlar ilə apardığı epistemologiya tədqiqatları ilə tanınan İsveçrəli inkişaf psixoloqu və filosof.
Moldav dialekt
Moldav dili — Moldova Respublikasında işlədilən rumın dilinin iki adından biri. Moldovanın rəsmi dilinin "moldav dili" adlandırılması daha çox İkinci dünya müharibəsi başlanan zaman Moldovanın SSRİ-yə birləşdirilməsi ilə əlaqədardır. Moldova Prezidentinin səlahiyyətlərini icra edən Mixay Gimpu bu məsələ ilə bağlı parlamentdə çıxış edib. O, bildirib ki, "moldav və rumın dillərinin eyniliyi hamı tərəfindən tanınıb. Artıq hər şeyi öz adı ilə çağırmaq, Stalinin dillər haqqındakı nəzəriyyəsinin arxasında gizlənməkdən qaçmaq lazımdır". Moldova parlamentinin rəhbəri bəyan edib ki, moldav və rumın dillərinin eyniliyi haqqında qərarı Rusiya, Rumıniya, Moldova və digər ölkələrin elmlər akademiyaları veriblər. Bu ideya respublikanın yeni konstitusiyası layihəsində əksini tapıb.
Adiabat proses
Adiabatik proses (yun. adiabatos — bağlı) — havanın vəziyyətinin (həcmi, təzyiqi, sıxlığı və temperaturunun) kənardan istilik gəlmədən dəyişilməsi. == İzahı == Adiabat proses — elə termodinamik prosesə deyilir ki, burada sistem nə istilik miqdarı alır, nə də istilik miqdarı verir. Hava yuxarı qalxdıqda onun kütləsi genişlənir və nəticədə kənara getmədən onun temperaturu hər 100m-də 1o düşür. Hava aşağı endikdə isə onun kütləsi sıxlaşır və kənardan ona istilik daxil olmadan temperaturu yenə hər 100 m-də 1o-yə qədər qalxır.
Adiabat proseslər
Adiabatik proses (yun. adiabatos — bağlı) — havanın vəziyyətinin (həcmi, təzyiqi, sıxlığı və temperaturunun) kənardan istilik gəlmədən dəyişilməsi. == İzahı == Adiabat proses — elə termodinamik prosesə deyilir ki, burada sistem nə istilik miqdarı alır, nə də istilik miqdarı verir. Hava yuxarı qalxdıqda onun kütləsi genişlənir və nəticədə kənara getmədən onun temperaturu hər 100m-də 1o düşür. Hava aşağı endikdə isə onun kütləsi sıxlaşır və kənardan ona istilik daxil olmadan temperaturu yenə hər 100 m-də 1o-yə qədər qalxır.
Passiflora diaden
Marakuya (lat. Passiflora edulis) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü. Passiflora diaden Vell. Passiflora edulis f. edulis Passiflora edulis var. pomifera (M. Roem.) Mast. Passiflora edulis var. rubricaulis (Jacq.) Mast. Passiflora gratissima A. St.-Hil. Passiflora incarnata L. Passiflora iodocarpa Barb.
Dialekt kontinuumu
Dialekt kontinuumu (lat. continuum – yüyürüşmə) — dilçilikdə individual dialektlər arasında minimal fərqlərlə müəyyən ərazidə fasiləsiz məkan ardıcıllığı təşkil edən dialektlər toplusu mənasında işlənən termin. Kontinuum problemi müqayisəli-tarixi dilçilikdə mühüm yer tutur. Köhnə ədəbiyyatda istifadə olunan terminlərə dialekt sahəsi (Leonard Blumfild) və L-kompleks (Çarlz F. Hokett) daxildir.
Dilbər
Dilbər — qadın adı. Dilbər Axundzadə — şairə və Mikayıl Müşfiqin həyat yoldaşı. Dilbər Zeynalova — ədəbiyyatşünas, dosent, fəlsəfə doktoru. Dilbər Əjdərova — kimya elmləri doktoru.
Diqqət
Diqqət — psixi fəaliyyətin müəyyən obyekt üzərinə yönəlməsi və mərkəzləşməsi. Diqqət idrak proseslərindən fərqlidir. Diqqət fəaliyyət zamanı insanın idrak proseslərinə qoşulur, onların daha müvəqqətiyyətli cərəyanı üçün zəmin yaradır. Çünki bütün idrak prosesləri seçici xarakter daşıyır, müəyyən obyektə yönəlmiş olur. Bu mənada diqqət cisim və hadisələrin əksi olmayıb, psixi fəaliyyət obyektinin aydın əks olunmasını təmin edir. Deməli diqqətin əsas vəzifəsi insanın şüurlu fəaliyyətinin seçici xarakter daşımasını təmin etməkdir. == Diqqətin funksiyaları == Diqqət mürəkkəb psixi hadisə kimi xarakterizə olunur. === Seçmək funksiyası === Mövcud fəaliyyətə uyğun gələn təsirlər seçilir, digər ikinci dərəcəli kənar təsirlərə əhəmiyyət verilmir. === Saxlama funksiyası === İdrak fəaliyyəti başa çatana qədər psixi fəaliyyət həmin obyekt üzərində mərkəzləşdirilir. === Nəzarət etmə funksiyası === Fəaliyyətin gedişini tənzimləyib, ona nəzarət edilir.
Nisbət
Nisbət — iki ədədi müqayisə etmək üçün çıxma və bölmə əməlindən istifadə olunur. Çıxma zamanı bir ədədin o birindən neçə vahid böyük və ya kiçik olduğu tapılır. Bölmə zamanı isə bir ədədin o birindən neçə dəfə böyük və ya kiçik olduğu tapılır. a və b ədədlərinin bölünməsindən alınan qiymətə bu ədədlərin nisbəti deyilir.Nisbətdə iştirak edən I ədədə nisbətin I həddi (əvvəlki həddi), II ədədə isə II həddi (sonrakı həddi) deyilir. Məsələn: I hədd:6 II hədd:3 6:3=2 Deməli 6 ilə 3-ün nisbəti 2-dir.Deməli 6 3-dən 2 dəfə böyükdür.
Dibək
Dibək (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Dibək (Maku) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd.
Nisbət Mehdiyeva
Mehdiyeva Nisbət Canməmməd qızı — tarixçi, tarix elmləri doktoru (1991), professor (1994). Nisbət Mehdiyeva 1937-ci il yanvarın 1-də Azərbaycanda Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. Burada kənd məktəbini bitirdikdən sonra Azərbaycan Döviət Universitetinin tarix fakültəsində təhsil almışdır (1955—1960). Azərbaycan EA-nın Tarix İnstitutunda baş laborant, elmi işçi, ADU-da aspirant (1963—1967), Azərbaycan Dövlət Tibb İnstitutunun Sov.İKP tarixi kafedrasında müəllim və baş müəllim (1967—1973), BDU-nun SSRİ tarixi kafedrasında dosent (1973—1991), BDU-nun Türk və Qafqaz xalqları tarixi kafedrasında professor əvəzi (1991—1994) vəzifələrində olmuşdur. Hazırda kafedranın professorudur (1994-cü ildən). "Azərbaycan Həmkarlar İttifaqının partiyanın rəhbərliyi altında neft sənayesinin bərpası uğrunda mübarizəsi (1921—1925-ci illər)" mövzusunda namizədlik dissertasiyası (1968), "Azərbaycan yaradıcılıq ittifaqlarının mədəniyyətin inkişafı sahəsində fəaliyyəti (1960—1980-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Bu, keçmiş SSRİ-də yaradıcılıq ittifaqlarının tarixinə həsr olunmuş ilk doktorluq dissertasiyasıdır. Dövri mətbuatda 50-yə yaxın elmi məqaləsi, o cümlədən dərs proqramı, elmi-metodik tövsiyələri dərc olunmuşdur. Ümumtəhsil məktəblərinin 9—10-cu sinif şagirdləri içün "Yeni tarix" kitabının şərikli müəllifı, "Türk xalqlarının tarixi (yeni dövr)" dərsliyinin müəllifidir. Azərbaycan yaradıcılıq ittifaqlarının kütləvi təbliğat sahəsində fəaliyyəti (1960—1980-ci illər) (dərs vəsaiti).
Nisbət Sədrayeva
Nisbət Sədrayeva (17 yanvar 1998, Göylər, Şamaxı rayonu) ― azərbaycanlı muğam ifaçısı. 2010-cu ildə "Kainat" Beynəlxalq Uşaq Muğam Festivalının, 2013-cü ildə Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş gənc ifaçıların II Respublika müsabiqəsinin, 2015-ci il V Televiziya Muğam Müsabiqəsinin və 2018-ci ildə Beynəlxalq Muğam Festivalının qalibidir. Azərbaycan Dövlət Televiziyasının və Beynəlxalq Muğam Mərkəzinin solistidir. Nisbət Əlfəddin qızı Sədrayeva 1998-ci il 17 yanvar Şamaxı rayon Göylər kəndində anadan olub. 2004-2007-ci ildə Ə.Məmmədov adına Göylər kənd 1 saylı orta məktəbdə 4-cü sinifə qədər təhsil alıb. 2007-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. Təhsilini Bakı şəhər 33 saylı Şuşa Uşaq musiqi məktəbində davam etdirib. Şuşa Uşaq musiqi məktəbində əməkdar artist Sevinc Sarıyevadan təhsil alıb. 2009-2015-ci illər də Bülbül adına Orta ixtisas musiqi məktəbində Fehruz Səxavət və xalq artisti Ağaxan Abdullayevin tələbəsi olub. 2010-cu ildə "Kainat” Beynəlxalq Uşaq Muğam Festivalında ”Heyratı” zərb muğamını ifa edərək 1-ci yerin qalibi, 2012-ci ildə SSRİ xalq artisti Bülbülün 115 illiyinə həsr olunmuş musiqi festivalında 2-ci yerin qalibi, 2013-cü ildə isə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş müsabiqə də 1-ci yerə layiq görülüb.