Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dima Bilan
Dima Bilan (rus. Дима Билан; 24 dekabr 1981, Cökətəy Ayağı, Stavropol diyarı) — Rusiyalı müğənni. == Həyatı == Dima Bilan 24 dekabr 1981-ci ildə Qaraçay-Çərkəzdə anadan olmuşdur. 2 yaşında olanda ailəsi ilə birlikdə Tatarıstana, 6 yaşında olanda isə Kabardi-Balkariyaya köçmüşdürlər. Məktəbə də orada getmişdir. Məktəbdə şeirlər yazmış və mahnılar oxumuşdur. Gnesins Musical College-den məzun olmuşdur. 2008-ci ildə hamının onu tanıdığı ismi, yəni Dima Bilanı gerçək adı olaraq dəyiştirdi. == Albomları == 2003-cü ildə Dima Bilan ilk albomunu çıxartdı. Albomun adı "Ya noçnoy xuliqan" ("Mən gecə avarasıyam") oldu.
Dima Maslennikov
Dima Maslennikov(rus.
Believe (Dima Bilan mahnısı)
Believe — Rusiyani 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnıdır. 2008 Avroviziya Mahnı Müsabiqəsində ifa etdiyi "Believe" ("İnan") mahnısı ilə 26 yaşlı Dima Bilan Avroviziya Mahnı Müsabiqəsində 272 xal toplayaraq qalib gəldı.
Diman (Nir)
Diman (fars. ديمان‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 390 nəfər yaşayır (104 ailə).
Dimant
Dimant (q.yun. Δύμας) — yunan mifologiyasında personaj. Dori mənşəlidir, Egimiyanın oğludur. Heraklın övladları ilə Peloponnes uğrunda müharibədə həlak olmuşdur. Alimlər ehtimal edirlər ki, Axeyadakı Dima şəhəri onun adını daşıyır. Mifə görə, Sparta filalardan biri onun adını daşıyır.
Dimapur
Dimapur-Hidistanın Naqalend Ştatında şəhər. XIV əsrdə əsasının qoyulduğu ehtimal olunur. Əhalisi 160 000 nəfərdir. Əcnəbilər şəhərə xüsusi buraxılıəş vərəqəsilə buraxılırlar.
Dimaş Kudaybergen
Dimaş Kudayberqen (24 may 1994, Aqtöbe) — Müğənni, bəstəkar, Qazaxıstanın əməkdar işçisi (2019). == Həyatı == Atası Kanat Kudayberqenula Aytbayev və anası Svetlana Aytbayeva Qazaxıstanın tanınmş müğənniləridir. Dimaş uşaq yaşlarından səhnədədir, uşaqlığı boyunca müxtəlif məkanlarda və yarışlarda fortepianoda ifa edib. 2015-ci ildə Qazaxıstanda və digər ölkələrdə populyarlıq qazandı. 2015 və 2016-cı illərdə Dimash Kudaibergen, müxtəlif Avropa və Asiya ölkələrində çıxış etdi. 2015-ci ildə Qazaxıstanda "Xalqın Sevimli Müğənnisi" mükafatını aldı. Dimaş Kudayberqen, 21 Yanvar — 22 aprel 2017 arasında həftəlik yayımlanan məşhur Hunan TV kanalında Singer 2017-də iştirakı ilə şöhrət qazandı. Məşhur müğənnilərlə yarışmada finala çıxdı və ikinci oldu. Dimaş geniş vokal diapazonu 6 oktava və 5 yarımton ilə tanınır. Dimaş klassik elementlərdən, eləcə də ənənəvi qazax musiqisi və estrada musiqisindən istifadə edərək müasir musiqi karyerasını inkişaf etdirir.
Dimaş Kudayberqen
Dimaş Kudayberqen (24 may 1994, Aqtöbe) — Müğənni, bəstəkar, Qazaxıstanın əməkdar işçisi (2019). == Həyatı == Atası Kanat Kudayberqenula Aytbayev və anası Svetlana Aytbayeva Qazaxıstanın tanınmş müğənniləridir. Dimaş uşaq yaşlarından səhnədədir, uşaqlığı boyunca müxtəlif məkanlarda və yarışlarda fortepianoda ifa edib. 2015-ci ildə Qazaxıstanda və digər ölkələrdə populyarlıq qazandı. 2015 və 2016-cı illərdə Dimash Kudaibergen, müxtəlif Avropa və Asiya ölkələrində çıxış etdi. 2015-ci ildə Qazaxıstanda "Xalqın Sevimli Müğənnisi" mükafatını aldı. Dimaş Kudayberqen, 21 Yanvar — 22 aprel 2017 arasında həftəlik yayımlanan məşhur Hunan TV kanalında Singer 2017-də iştirakı ilə şöhrət qazandı. Məşhur müğənnilərlə yarışmada finala çıxdı və ikinci oldu. Dimaş geniş vokal diapazonu 6 oktava və 5 yarımton ilə tanınır. Dimaş klassik elementlərdən, eləcə də ənənəvi qazax musiqisi və estrada musiqisindən istifadə edərək müasir musiqi karyerasını inkişaf etdirir.
Maykl Dante DiMartino
Maykl Dante DiMartino (ing. Michael Dante DiMartino) — ABŞ cizgi rejissoru, produsserı və ssenari müəllifi. «Avatar: Aanq haqqında əfsanə» və «Korra əfsanəsi» cizgi serialların müəllifidir. == Həyatı == Rod Aylend dizayn məktəbində Brayan Konietzko ilə bir yerdə təhsil alıb. 12 il ərzində Film Roman studiyada fəaliyyət göstərib. Orada «King of the Hill», «Family Guy» və «Mission Hill» kimi serialların yaradılmasına kömək etmişdir. Bəzi yüksək statuslu kinoteatrlarda göstərilmiş, 8 dəqiqəli «Atomic Love» cizgi qısametrjlığı film yaradıcısıdır. == Xarici keçidlər == Maykl Dante DiMartino — IMDb səhifəsi Michael Dante DiMartino Avatar Wikia saytda (ing.) Maykl Dante DiMartino Arxivləşdirilib 2012-03-26 at the Wayback Machine AvatarSpirit.Net Arxivləşdirilib 2007-11-28 at the Wayback Machine saytda (ing.) "Maykl Dante Dimartino və Brayan Konietzko. İntervyu". «The Wall Street Journal».
Səid Dimayev
Səid Öməroviç Dimayev (çeç. СаьӀид Ума́рович Димаев; 24 avqust 1939, Qroznı – 28 mart 2005 və ya 29 mart 2005, Qroznı) — Çeçen musiqiçisi, bəstəkar, dirijor, Rusiya Bəstəkarlar İttifaqının üzvü, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası Mədəniyyət nazirinin müavini (1986-1991), Çeçenistan Respublikası Başçısının mədəniyyət və incəsənət müşaviri (1994- 1995), Ömər Dimayevin oğlu. Səid Dimayev 24 avqust 1939-cu ildə Qroznıda məşhur çeçen musiqiçisi Ömər Dimayevin ailəsində anadan olub. 1957-ci ildə Çeçen-İnquş Musiqi Məktəbinə SSRİ-nin Əməkdar İncəsənət Xadimi, dosent L.M.Şarqorodskinin sinfində bəstəkarlıq fakültəsinə daxil olmuş və 1963-cü ildə onu bəstəkar-nəzəriyyəçi kimi bitirmişdir. Elə həmin il Moskva Dövlət Musiqili-Pedaqoji İnstitutunun musiqi-nəzəri şöbəsinə daxil olub. Lakin sonra fakültəni dəyişərək, bəstəkarlıq fakültəsinə keçib. O, professor Oleq Konstantinoviç Eygesin sinfində bəstəkarlıq təhsili alıb. Sovet bəstəkarı Aram İliç Xaçaturyanın ustad dərsində iştirak etmişdir. 1968-ci ildə institutu bitirdikdən sonra iki il musiqi nəzəri fənləri müəllimi işləmiş, eyni zamanda Qroznı Musiqi Məktəbində polifoniya, harmoniya və forma təhlilindən dərs demişdir. 1970-ci ildə Səid Dimayev Dövlət Çeçen-İnquş Filarmoniyasının bədii rəhbəri oldu.
Ömər Dimayev
Ömər Dimaeviç Dimayev (çeç. Дима́ев, Ума́р Димаевич; 1 oktyabr 1908, Urus-Martan – 26 dekabr 1972, Qroznı) — Çeçen musiqiçisi və bəstəkarı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti, musiqiçi və bəstəkar Əli Dimayev və Səid Dimayevin atası. 1908-ci il oktyabrın 1-də Çeçenistanın Urus-Martan kəndində anadan olub. 1924-cü ildən Urus-Martan rayonu radio mərkəzində musiqiçi işləyib. 1929-cu ildən Qroznıda Çeçen-İnquş Dram Teatrında xalq çalğı alətləri orkestrinin solisti vəzifəsində çalışıb. 1934-cü ildə respublika radio komitəsinin xalq çalğı alətləri orkestrinin solisti kimi çıxış edib. 1939-cu ildə Moskvada xalq çalğı alətləri üzrə ifaçıların birinci Ümumittifaq müsabiqəsinin laureatı olub. Böyük Vətən müharibəsi illərində bir çox vətənpərvərlik əsərləri yazıb. Çeçenlərin və inquşların deportasiyasına qədər o, cəbhə musiqi briqadalarının tərkibində fəal işləyib, cəbhədə, xəstəxanalarda, cəbhəçilərə və cəbhəyə gedənlər üçün konsertlər verib. Deportasiya illərində Qırğızıstan SSR-in Bişkek stansiyasında yaşayıb.
Əli Dimayev
Əli Öməroviç Dimayev (çeç. Димаев, Ӏела Умарович; 27 sentyabr 1953, Qırğızıstan SSR) — Çeçen musiqiçisi və bəstəkarı, ilk çeçen "Zama" rok qrupunun yaradıcısı və daimi rəhbəri. Moskvada gənclərin və tələbələrin XII Ümumdünya Festivalının (1985) diplomu mükafatçısı, Çeçenistan Lenin komsomolu mükafatı laureatı, V Beynəlxalq "Yaroslavl şənlikləri" festivalının diplomu laureatı (2000), Çeçenistan Respublikasının (2001) və İnquşetiya Respublikasının (2001) xalq artisti. Əli Dimayev 27 sentyabr 1953-cü ildə Qırğızıstan SSR-də anadan olub. Atası məşhur çeçen musiqiçisi Ömər Dimayevdir. O, ümumtəhsil və musiqi məktəblərində oxuyub. Təhsil aldığı gündən müxtəlif həvəskar tamaşalarda fəal iştirak edib, rəsm və rəqs dərnəkləri ilə məşğul olub. O, həm də Respublika Pionerlər Sarayının mahnı və rəqs ansamblının solisti olmuş, respublika müsabiqələrində və məktəb özfəaliyyət tamaşalarının konsertlərində çıxış etmişdir. Pianoda ifa etməyi öyrənib. Sinif yoldaşları ilə birlikdə 1968-ci ildə ilk milli rok "Vaynaxlar" ansamblını təşkil edib.
Dimacria
Şamdangülü (lat. Pelargonium) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Çox vaxt mürəkkəb hibrid mənşəli növ olan zonal şamdangülündən (P.zonale) istifadə edirlər. Bu yaşıl zoğlu, yumru, qırmızı zolaqlı, sallaq yarpaqları olan iri bitkidir. Müxtəlif rəngli çiçəkləri çətir-hamaşçiçəyinə yığılmışdır. Gülçülükdə dişli yarpaqlı və ikirəngli çiçəkləri olan kraliçə şamdangülü (P.domesticum), ətirli yarpaqları olan ətirli şamdangülü (P.fragrans) və sallaq zoğlu, çəhrayı çiçəkləri olan sarmaşıqyarpaqlı şamdangülündən (P.Peltatum) geniş istifadə olunur. Çox vaxt şamdangülünü qələmlə çoxaldırlar. Bu dövrdə bitkinin çox zoğ verməsi üçün təpə tumurcuğu kəsilir. Qələmləri əkməzdən əvvəl 1-2 saat qurudulur və kölgəli yerdə əkilir. Şamdangülünü çox vaxt dibçək gülü kimi becərilir, yayda açıq sahəyə köçürürlər.
Dama dama
Adi lan (lat. Dama dama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin lan cinsinə aid heyvan növü.
Dama
Dama — taxta lövhə üzərində aparılan strateji oyun növüdür. O tam informasiyaya əsaslanan oyun qrupuna daxildir. Beləliklə, bir oyun strategiyası işləməklə onu bəxtdən asılı olmayaraq udmaq olar. Bu oyun növü əsasən Rusiya və Niderlandda geniş yayılmışdır. == Ümumi məlumat == Tünd və açıq rəngli xanalara bölünmüş taxta üzərində oyun. Rus, ingilis, alman və italyan Daması (64 xanalı taxtada), beynəlxalq Dama (100 xanalı taxtada) və Kanada Daması (144 xanalı taxtada) mövcuddur. Başlanğıc vəziyyətdə hər oyunçunun 12 (64 xanalı taxtada), 20 (100 xanalı taxtada) və ya 30 (144 xanalı taxtada) Dama daşı olur. Rəqiblərin daşları rənginə görə fərqlənir (adətən ağ və qara). Oyunçunun vəzifəsi rəqib daşını məhv etmək və ya gedişdən məhrum etməkdir. 100 xanalı Dama üzrə dünya birincilikləri 1894-cü ildən keçirilir.
Diva
Diva — opera, teatr, kino və pop musiqidə üstün qabiliyyətlərə sahib tanınmış qadın sənətçidir.
Duma
Duma (ərəb. دوما‎) — Suriyada şəhər, Dəməşq mühafazəsində, eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 110.893 nəfərdir.
Lima
Lima (isp. Lima) — Perunun paytaxtı.Şəhər sakit okeandan 12 km şərqdə Kallau çayının limanında yerləşir.Lima 21-ci əsrin ən sıx şəhərlərindən biridir.Əhalisinin sayı 7.368.069 nəfərdir.
Sima
Sima — yer qabığında sial təbəqəsindən altda yerləşən və tərkibi başlıca olaraq silisium və maqneziumdan ibarət olan təbəqədir. Hazırda sial və sima təbəqələri əvəzinə silikat təbəqəsi termini daha çox işlənməkdədir.
Zima
Zima (rus. Зима) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Dina
Dina — qadın adı. Dina Qorina — Azərbaycanı təmsil edən bədii gimnast. Dina Ulyanova — Azərbaycanı təmsil edən basketbolçu. Dina Lebo Falula — Cənubi Afrika Respublikasını təmsil edən marafonçu. Dina Tumarkina — Azərbaycan teatr aktrisası Dina Qəhrəmanova — azərbaycanəsilli, Kanada qadın şahmatçısı. Dina Qaripova — Tatarıstan Respublikasının əməkdar artisti.
Dama dama mesopotamica
DMA
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (əvəllər Dövlət Məşğulluq Xidməti, hazırda DMA olaraq da tanınır. Əhali arasında iş mərkəzi, məşğulluq mərkəzi kimi tanınır.) — Azərbaycan Respublikasında əhalinin məşğulluğu sahəsində dövlət siyasətini həyata keçirən, işsiz və işaxtaran şəxslərin məşğulluğunu təmin edən dövlət qurumudur. Qurumun Mərkəzi Aparatı Bakı şəhərində yerləşir. Agentliyin Mərkəzi Aparatı, şəhər, rayon, məşğulluq orqanları və Naxçıvan Muxtar Respublikasının Məşğulluq Xidməti , eləcə də Agentliyin fəaliyyətini təmin edən tədris mərkəzləri və s. onun vahid sistemini təşkil edir. Hazırda Agentliyin rəhbəri Mustafa Abbasbəylidir. Agentlik ölkə üzrə 13 Regional Məşğulluq filialı ilə Azərbaycan vətəndaşlarının, eləcə də Azərbaycan Respublikası ərazisində işləmək hüququ olan şəxslərin xidmətindədir. Agentliyin müəyyən olunmuş 23 fəaliyyət istiqaməti əsasında müraciətçilərə 16 fərqli xidmət göstərilir. Xidmətdən yararlanmaq istəyənlər Agentliyin filiallarına, DOST mərkəzlərinə, eləcə də, onlayn formada Agentliyin rəsmi saytı vasitəsilə müvafiq sahə üzrə müraciət edə bilərlər. Agentlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adi həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
DİA
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Respublikası Prezidentinin 3 yanvar 1999-cu il tarixli 60 saylı fərmanı ilə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun əsasında yaradılmış elm və təhsil müəssisəsidir. Bir neçə dəfə "İlin təhsil müəssisəsi" seçilmişdir. == Tarixi == Azərbaycanda yüksək tipli ilk siyasi təhsil müəssisəsi 1921-ci ilin dekabrında təşkil edilmiş Mərkəzi Sovet Partiya Məktəbi olmuşdur. Bu məktəb 1928-ci ildə Bakı partiya komitəsi nəzdində olan Ali Sovet Partiya məktəbi ilə birləşərək, ikiillik Azərbaycan Mərkəzi Sovet Partiya məktəbi adı altında fəaliyyətini Böyük Vətən müharibəsinin başlanmasına qədərki dövrdə davam etdirmişdir. Bakı Ali Partiya məktəbi 1954-cü ildə fəaliyyətdə olan üçillik respublika partiya məktəbi əsasında 1956-cı ildə yaradıldı. Məktəbin xüsusi fakültəsində Cənubi Azərbaycandan 1945–1946-cı illərdə gəlmiş demokratik gənclər təhsil alırdı. Həmin dövrdə respublikanın bu yeganə ali siyasi təhsil ocağında təxminən 500 nəfərə qədər müdavim oxuyurdu: məktəbdə təhsil Azərbaycan və rus dillərində aparılırdı və Cənubi Azerbaycandan Azərbaycana pənah gətirmiş ziyalıların, demək olar ki, əksəriyyəti bu illərdə hissə-hissə Bakı Ali Partiya Məktəbinə qəbul olundular və hamısı da yaxşı siyasi təhsil aldılar. 1955–1959-cu illərdə Bakı Ali Partiya Məktəbində Bolqarıstan Xalq Respublikasından 10 nəfər türk; Gürcüstan və Dağıstandan, hər il hərəsindən 5–10 nəfər təhsilə qəbul olunurdular və təhsillərini qurtararaq öz vətənlərinə qayıdırdılar. Bakı Ali Partiya məktəbində işləyən professor — müəllim heyəti hər il Partiya Mərkəzi komitəsi tərəfindən təsdiq edilirdi. Həmin illərdə ştat və ya yarımştat dərs yükü ilə Bakı Ali Partiya məktəbində respublikanın tanınmış ziyalılarından professorlar Vahid Qəhrəmanov, Ələsgər Qasımov, Qurban Yusifzadə, Qanbay Xanməmmədov, Hadi Mirzəzadə, Pyotr Valuyev, dosentlərdən Əli Əliyev, Əyyub Axundov, Dilşad Muqanlinskaya, Əbülfəz Qasımov, Mirzə Cəbiyev və onlarla digər tanınmış müəllimlər səmərəli işləmişlər.
Lima Lima (aerobatika eskadronu)
Lima Lima Uçuş Komandası (ing. Lima Lima Flight Team) ABŞ-nin İllinoys ştatında bazalaşan mülki aerobatika eskadronudur. Uçuşlar üçün 6 ədəd Beechcraft T-34 Mentor təyyarəsinin daha güclü mühərrikə məxsus versiyasını istifadə olunur. T-34 təyyarələri hərbi aerobatika komandalarında istifadə olunan təyyarələrdən daha aşağı sürətə sahib olduğuna görə şou zamanı "ölü vaxt" olmur.
Emanuelle Lima
Emanuelle Lima (3 may 1996) — Braziliyanı təmsil edən bədii gimnast. Emanuelle Lima 2016-cı ildə Braziliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Lima həm də 2015-ci ildə Pan Amerika Oyunlarında iki qızıl və bir gümüş medal qazanıb. == Karyerası == Emanuelle Lima 2016-cı ildə Braziliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Morqana Qmaç, Cessika Mayer, Qabrielle da Silva və Fransielle Pereyra ilə birgə təsnifat mərhələsində 32.649 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Euseius hima
Euseius hima (lat. Euseius hima) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Jan Doma
Jan Doma (fr. Jean Domat; 30 noyabr 1625[…], Klermon-Feran – 14 mart 1696[…], Paris) — fransız hüquqşünası.
Kamran Diba
Kamran Təbatəbai Diba (5 mart 1937, Tehran) — Fransanın paytaxtı Paris şəhərində yaşayan görkəmli İranlı memarıdır. O, İranın keçmiş kraliçəsi Fərəh Pəhləvinin əmisi oğludur.
Lima Universiteti
Lima Universiteti (isp. Universidad de Lima) — Perunun paytaxtı Lima şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 25 aprel 1962-ci ildə qoyulmuşdur.
Lima qrupu
Lima qrupu (isp. Grupo de Lima) — Venesuelada baş qaldıran siyasi böhranı aradan qaldırmaq məqsədilə təşkil olunmuş beynəlxalq təşkilat. Təşkilat adını aldığı Perunun Lima şəhərində 8 avqust 2017-ci ildə təşkil olunmuşdur. == İştirakçı dövlətlər == Qrupun tərkibinə Cənubi və Mərkəzi Amerika bir çox dövlətləri, həmçinin Kanada və Sent-Lüsiya daxildir. Uruqvay, Barbados, Qrenada, Yamayka, həmçinin ABŞ və Avropa İttifaqı təşkilata öz dəstəyini bildirmiş amma ona üzv olmamışlar.
Lima şəhəri
Lima (isp. Lima) — Perunun paytaxtı.Şəhər sakit okeandan 12 km şərqdə Kallau çayının limanında yerləşir.Lima 21-ci əsrin ən sıx şəhərlərindən biridir.Əhalisinin sayı 7.368.069 nəfərdir.
Maskasız sima
Maskasız sima (ing. The Naked Face) — Sidni Şeldonun 1970-ci ildə yazdığı romandır.
Nelson Dida
Nelson Dida və ya qısaca olaraq Dida (7 oktyabr 1973[…], İrara[d], Baiya) — Braziliyalı futbolçu. Daha çox "Milan" klubundakı çıxışları ilə tanınıb. Futbol üzrə Braziliya milli komandasının qapıçısı olub. 1990-cı illərin əvvəllərində Braziliyada böyük futbol karyerasına "Vitoria" ilə başladıqdan sonra, Dida "Cruzeiro" və "Corinthians" komandalarında çıxış edib. O, daha çox 2000–2010-cu illərdə "Milan"da keçirdiyi on illik fəaliyyəti ilə yadda qalıb, burada özünü dünyanın ən yaxşı qapıçılarından biri kimi təsdiqləyib və klubla çoxsaylı kuboklar və fərdi mükafatlar qazanıb. "Milan" ilə Dida bir A Seriyası çempionluğu titulunu (Skudetto) və iki dəfə UEFA Çempionlar Liqasını qazanıb. Çempionlar Liqasında bu qələbələrdən birincisi 2003-cü ilin finalında A Seriyasından "Milan"ın rəqibi olan "Yuventus"a qarşı oyunda, onun geri qaytardığı üç penal zərbəsindən sonra gəldi. Dida 2010-cu ilə kimi formasını geydiyi "Milan" klubunda 300-dən çox oyunda çıxış edən dörd "Milan" qapıçısından biridir. Futbolçu 2010-cu ildə "Milan"dan ayrıldıqdan sonra karyerasını biitrdiyini elan edir. Ancaq iki illik fasilədən sonra 2012-ci ildə Braziliyada yenidən futbola qayıtdı və bir çox mövsümlərdə üç komandaya — "Portuguesa", "Qremio" və "İnternasional" klublarında forma geyinir.
Nima Yuşic
Nima Yuşic (farsca: نیما یوشیج), əsl adı Əli İsfəndiyaridir (d. 12 noyabr 1895 – ö. 6 yanvar 1960) — sadəcə Nima adıyla tanınan İran şairi idi. Fars və mazandaran dillərində yazırdı. Nima Yuşic kimi tanınan məşhur müasir İran şairi və fars azad şeirinin atası Əli İsfəndiyari 1897-ci ildə Mazandaranın uzaq və gözəl mənzərəli kəndlərindən olan Yuş kəndində dünyaya gəlmişdir. Nimanın atası İbrahim xan Əzəmus-səltənə şücaətli atçılardan idi və heyvandarlıq və əkinçiliklə məşğul olub. İbrahim xan musiqi və xəttatlıqla da məşğul idi. Anası da çox zövqlü bir qadın idi və daima Nizami Gəncəvinin "Yeddi gözəl" və Hafiz Şirazinin divanını oxuyurdu. Nimanın uşaqlıq illəri bu səmimi ailədə və İranın yaşıl və sıx şimal meşələrində keçmişdir. O, bir müddət çobanlarla birlikdə yaylaq və qışlaqları gəzib dolaşmışdır.
Qustavo Lima
Qustavo Lima (3 sentyabr 1989, Prezidenti Oleqario[d], Minas-Jerays) — Braziliyalı müğənni, musiqiçi və söz yazıçısı. 2014-cü ildə artq çoxdan populyarlıq qazanmış "balada boa" musiqisi Lionel Messinin çəkildiyi reklamda səsləndirilib. Qustavo Limanın əsl adı Nivaldo Batista Limadır. 1989-cu ildə Braziliyada anadan olub. Luan Santana və Michel Teló ilə musiqi layihələri vardır. "Balada" mahnısı başda Avropa olmaqla birliktə birçox ölkədə müvəffəqiyyət əldə etmişdir.
DIM
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi — dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxs. Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 aprel tarixli fərmanı ilə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == === Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) === Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasında Ali məktəblərə tələbə qəbulunu həyata keçirmək məqsədilə 1992-ci ildə Əbülfəz Elçibəyin sərəncamı ilə yaradılmış və Vurğun Əyyub tərəfindən idarə olunmuş mərkəzləşmiş qurumdur. Tələbə qəbulu TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsulu ilə həyata keçirilmişdir. 1993-cü ildən 1994-cü ilədək TQDK-ya 1992–1993-cü illərdə sədrin birinci müavini olmuş Kamran İmanov rəhbərlik etmişdir. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət idarəetmə orqanlarının bir hissəsi olmaqla təhsil sistemində xüsusi yer tutur, öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Prezidentinə tabedir. Quruma 2000-ci ildən Məleykə Mehdi qızı Abbaszadə rəhbərlik edib. TQDK-da 4 şöbə fəaliyyət göstərib: Təşkilat şöbəsi Sorğu-suallar şöbəsi Kompüter əməliyyatları şöbəsi Maliyyə-inzibati şöbə Komissiya 11 aprel 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ləğv edilib. === Dövlət İmtahan Mərkəzi (DİM) === Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv edilərək onların dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin (DİM) balansına verilmişdir.