DOĞRUYAOXŞAR
DOĞUB-TÖRƏMƏ
OBASTAN VİKİ
Orta Doğu Teknik Universiteti
Orta Şərq Texniki Universiteti ya da qısaca ODTÜ (türk. Orta Doğu Teknik Üniversitesi) - Birləşmiş Millətlər Təşkilatının yardımı ilə Türkiyənin baş naziri Adnan Menderes və Türkiyə Dövlət Avtomobil Yolları Baş direktoru Vəcdi Dikər, həmçinin İstanbul Texniki Universitetinin bir qrup professorları tərəfindən 15 noyabr 1956-cı ildə yaradılan dövlət universitetidir. 2014-cü ildə açıqlanan nəticələrə görə dünyanın ən yaxşı 85-ci universitetidir. Orta Şərq Texniki Universiteti Türkiyə və digər Orta Şərq ölkələrinin inkişaflarını dəstəkləmək, xüsusilə fən elmləri və sosial elmlər sahələrində mütəxəssis yetişdirmək üzrə 15 Noyabr 1956 tarixində "Orta Şərq Yüksək Texnologiya İnstitutu" (Orta Doğu Yüksek Teknoloji Enstitüsü) adıyla təhsil fəaliyyətinə başlamışdır. Universitet ilk açıldığı illərdə Kızılay Meydanında Emekli Sandığına aid kiçik bir bina ilə Türkiyə Böyük Millət Məclisi yaxınlarındakı olan baraklarda keçirdikdən sonra, 1963-cü ildə bu gün xidmət etdiyi müasir kampusa daşınmışdır. ODTÜ Ankara Kampusunda başlıca 5 fakültə və bunlara bağlı 41 kafedra vardır: Türkiyə universitetlərinin siyahısı Orta Doğu Teknik Universiteti ODTÜ Haber | ODTÜdən Xəbərlər...
Büyük Doğu (jurnal)
"Büyük Doğu" (azərb. Böyük şərq‎) — Türkiyədə sağçı mühafizəkar siyasi nəşr. Gündəlik qəzet kimi başlamış, sonradan həftəlik jurnal kimi fəaliyyətə keçmişdir. Nəşr onun təsisçisi Nəcib Fazil Qısakürək üçün öz arqumentlərini və fikirlərini yaymaq üçün bir platforma idi. Nəşr 1943–1978-ci illərdə müəyyən fasilələrlə dövriyyədə olmuş və cəmi 512 nörmə çıxarmışdır. == Tarix və profil == "Büyük Doğu" ilk dəfə 17 sentyabr 1943-cü ildə Allaha bağlı və yeni dünyagörüşü olan müsəlman türk xalqları üçün bir qəzet olmaq məqsədi ilə gündəlik nəşr olunmağa başlamışdır. Qurucu Türkiyədə aparıcı sağçı və mühafizəkar şəxsiyyət Nəcib Fazil Qısakürək idi. "Büyük Doğu"nun müəllifləri arasında bir çox aparıcı jurnalist və yazıçılar var idi: Ziya Şakir, Mahmut Yəsari, Rəşad Əkrəm Qoçu, Nurullah Berk, Hilmi Ziya Ülkən, Mehmet Faruk Gürtunca, Suphi Nuri İləri, Hüseyn Cahid Yalçın, Nizaməddin Nazif, Nicat Muhsinoğlu, Peyami Safa, Şükrü Baban, Burxan Belge, Kazım Nami, Saleh Zəki, Tofiq Fikrət, Özdəmir Asəf, İsgəndər Fikrət, Kənan Harun, Salah Birsəl, Mehmet Turxan və Səid Faiq. Başqa bir mühafizəkar jurnal olan "Sebilürreşaddan" əlavə, islamçı jurnalist Cevat Rıfat Atilhan da jurnal üçün yazmışdır. "Böyük Doğu"da bu qədər müxtəlif yazarların məqalələri dərc olunsa da, məqalələrin əksəriyyətini çoxsaylı təxəllüslərdən istifadə edən Nəcib Fazil Qısakürək yazmışdır.
...Əks-səda doğuracaq (film, 1987)
…Əks-səda doğuracaq (rus. И эхом отзовётся) — Azərbaycanın cizgi, ekler, qarışıq texnika filmi. == Məzmun == Film aktual mövzuya-insanların öz hərəkətləri üçün gələcək qarşısında məsuliyyət daşımalarına, yer planetində sivilizasiyanın qorunub saxlanılması üçün insan zəkasının məsuliyyətinə həsr olunmuşdur. == Film haqqında == Cizgi, ekler, qarışıq texnika filmidir. Bədii-publisistik multipliaskiya filmi Gennadi Tişşenkonun "Miras" hekayəsi əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Gennadi Tişşenko Ssenari müəllifi: Gennadi Tişşenko Quruluşçu rəssam: Vaqif Məmmədov, Gennadi Tişşenko, Nigar Nərimanbəyova Operator: Ramiz Ağayev Bəstəkar: Elmar Fel Səs operatoru: Marat İsgəndərov Multiplikasiya rəssamı: Vaqif Məmmədov, Gennadi Tişşenko Rəssam: Firəngiz Quliyeva, Hüseyn Cavid İsmayılov, Bəhram Qaflanov === Rollarda === Fəxrəddin Manafov N. Georgiyeva Cahangir Şahmuradov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Gecə vaxtı doğuş
Gecə vaxtı doğuş və ya Gecə doğuşu (ing. Nativity at Night və ya ing. Night Nativity) — London Milli Qalareyasında saxlanılan Gertgen tot Sint Yans tərəfindən təqribən 1490-cı ildə çəkilmiş Erkən Niderland dövrü rəsmidir. O, palıd üzərində yağlı boya rəssamlığı üslubunda çəkilmiş dəzgah rəsmidir və ölçüləri 34×25,3 santimetrdir. Rəsm mələklərin də iştirak etdiyi İsanın doğulmasını və rəsmin mərkəzindəki pəncərədən görünən dağ ətəyində Çobanlara müjdəni təsvir edir. Bu dindarlıq istifadəsi üçün çəkilmiş kiçik bir şəkil idi və Huqo van der Qusun təqribən 1470-ci ilə aid itirilmiş işinin kiçik dəyişikliklər edilmiş Gertgen versiyası idi.
Kenan Doğulu 3
Kenan Doğulu 3 — Kənan Doğulunun 1996-cı ildə çıxartdığı albomu.
Kənan Doğulu
Kənan Doğulu (31 may 1974, İstanbul) — Türkiyə müğənnisi. == Həyatı == 5 yaşından bu sənətə bağlanan musiqiçinin istəyinin belə erkən yaranması ona atası Yurdaər Doğulu dan keçib. Hazırda məşhur musiqiçilər sırasında adı hallanan Kənanın atası oğlunu da bu istiqamətdə savadlandıra bilib. Hazırda oxumaqla yanaşı, piano, gitara və fleyta kimi alətlərdə çalmağı bacaran Kənan Doğulu həm də xaricdə təhsil alıb. Orta musiqi məktəbini bitirdikdən sonra öz istəyi ilə Amerikada peşəkar musiqi dərsləri alıb. Daha sonra o, təhsilini İstanbul Dövlət Universitetinin musiqi bölməsində davam etdirib. Əksər çıxışlarında özünü müşayiət edən müğənninin adı bu illər ərzində ən çox albom çıxaran sənətçilər sırasında hallanır. Onun ilk albomu 1993-cü ildə "Yaparım, bilirsin" adı ilə işıq üzü görüb. Yüksək tirajlı toplunun işıq sürəti ilə satıldığını görən müğənni növbəti ildə "Sımsıkı" albomu və bunun ardınca 8 müxtəlif adda toplusunu satışa çıxarıb. Üç ildir şəxsi səsyazma studiyasını açan türkiyəli sənətçi bunu "Dogulu production" adlandırıb.
Motsartın doğum yeri
Motsartın doğum yeri (Almanː Mozarts Geburtshaus və ya Hagenauerhaus) - Volfqanq Amadey Motsartın doğulduğu yer, Avstriyanın Zalsburq şəhərindəki 9 nömrəli Getreidegasse. Motsart ailəsi 1747-dən 1773-cü ilə qədər burada üçüncü mərtəbədə yaşayırdı. Motsartın özü 1756-cı il yanvarın 27-də burada anadan olmuşdur. Zalsburq Kral Palatasının musiqiçisi olan Leopold Motsartın yeddinci övladı idi. İndi Motsartın doğulduğu yer, bir muzey kimi turistləri bəstəkarın erkən həyatını, ilk musiqi alətləri, dostları və operaya olan həvəsləri ilə tanış edir. Üçüncü mərtəbədə Motsartın uşaqlıq skripkası, eyni zamanda portretləri, sənədləri və musiqisinin ilk nəşrləri nümayiş etdirilir, ikinci mərtəbə Motsartın operaya marağına həsr olunmuş və "Sehrli Fleyta"nı bəstələdiyi klavixordu özündə cəmləşdirmişdir. Quruluş Motsart Fonduna məxsusdur. Ev, 12-ci əsrdə, Zalsburqun, Müqəddəs Pyotr Benediktin rahiblərinə aid olan bağın bir hissəsində qurulmuşdur. Tacir Otto Koytzel, 1408-ci ildə bu əmlakın sahibi olaraq xatırlanır, amma 1585-ci ildə məhkəmə apoteksiyası olan Çunrad Fröşmozer bu əmlakı satın alır. 1703-cü ildə ev, 1670 ətrafında Zalsburqa gələn Hagenauer ailəsinin mülkiyyətinə keçdi.
Romada azad doğulmuş ərli qadın
Matrona (az. Romada azad doğulmuş ərli qadın)— Qədim Romada azad doğulmuş — nə özü, nə də valideynləri qul olmayan, yaxşı reputasiyalı və kəramətli ərli qadın. Bu ad lat. mater sözündən yaranmışdır. Matrona ailədə lat. matris familias statusuna malik olub ailə başçısı — lat. pater familias statuslu ərinin iradəsi altında olur, vəzifəsi uşaqların təlim tərbiyəsi ilə və evdarlıqla məşğul olmaq idi. Matrona siyasi və dövlət işləri ilə məşğul ola bilməzdi.
Ronald Reyqanın doğulduğu yer
Ronald Reyqanın doğulduğu yer (ing. Birthplace of Ronald Reagan) və ya Qraham binası — ABŞ Prezidentinin doğulduğu yer İllinoys ştatının Tampiko şəhərində 19-cu əsrə aid binanın 2-ci mərtəbəsində yerləşir. Bina 1896-cı ildə tikilmişdir. Burada 1915-ci ilə qədər bar fəaliyyət göstərmişdir. ABŞ-nin 40-cı Prezidenti Ronald Reyqan 6 fevral 1911-ci ildə bu binadakı evdə anadan olsa da, bir neçə aydan sonra ailəsi oradan köçüb. Tarixi bina 2 mərtəbədən ibarətdir və kərpicdən tikilmişdir. Abidə 1982-ci ildə ABŞ-nin Tarixi Abidlərinin Milli Reyestrinə salınmışdır.
Səthin düzxətli doğuranı
Səthin düzxətli doğuranı — hərəkəti nəticəsində verilmiş səthi əmələ gətirən düz xəttdir. Bu cür səthi xətli səth adlandırırlar. Məsələn, birörtüklü hiperboloiddə və hiperbolik paraboloiddə səthin iki ailə düzxətli doğuranı yerləşir və səthin hər bir nöqtəsindən iki düzxətli doğuranı keçir. Bu doğuranların hər biri bir ailəyə aiddir. Konusda, silindrdə, müstəvidə də düzxətli doğuranı var. Səthin düzxətli doğuranı tamamilə həmin səthin üzərində yerləşir. 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2.
Takvakor: İslami pankın doğuluşu (film, 2009)
Takvakor: İslami punkın doğuluşu (ing. Taqwacore: The Birth of Punk Islam) — 2009-cu ildə ABŞ-də istehsal olunmuş sənədli film. İslamçı punklar.
Takvakor: İslami punkın doğuluşu (film, 2009)
Takvakor: İslami punkın doğuluşu (ing. Taqwacore: The Birth of Punk Islam) — 2009-cu ildə ABŞ-də istehsal olunmuş sənədli film. İslamçı punklar.
Uşaq doğumu
Uşaq doğumu — bir qadının hamiləliyini sona çatdıran və bu vəziyyətdə doğum kanalı adlandırılan servikal kanal və vagina vasitəsilə dölün və plasentanın uşaqlıqdan çıxarılmasından ibarət olan təbii fizioloji proses. Bir və ya bir neçə körpə vaginal doğuş və ya qeysəriyyə yolu ilə ananın daxili mühitindən çıxır. 2019-cu ildə dünya üzrə təxminən 140,11 milyon insan doğuldu. İnkişaf etmiş ölkələrdə doğuşların əksəriyyəti xəstəxanalarda, inkişaf etməkdə olan ölkələrdə isə evdə doğuşlardır.
Veneranın doğulması
Veneranın doğulması (Buqro) — Vilyam Buqronun tablosu
Veneranın doğulması (Botiçelli)
"Veneranın doğulması" (it. Nascita di Venere) — Florensiya boyakarlıq məktəbinin ən görkəmli nümayəndələrindən olan Sandro Botiçellinin ən məşhur əsərlərindən biri. Rəsm əsəri məhəbbət ilahəsi Veneranın (yunanca Afroditanın) dəniz köpüyündən doğuluşunu təsvir edir. Çılpaq ilahə ürəyəoxşar balıqqulağının bir tayı üstündə küləyin qovduğu sahilə doğru üzür. Şəklin sol küncündə Zefir (qərb küləyi) əri Xloridanı (romalılara görə Floranı) ağuşunda balıqqulağına tərəf üfürür, çiçəklərlə dolu külək əmələ gətirir. Sahildə ilahəni pərilərdən biri qarşılayır. Bu şəkil Uffitsi qalereyasının incisidir. Veneranın doğulması (Buqro) The Medici Venus – Greek statue, template for Botticelli's Venus.
Veneranın doğulması (Buqro)
Veneranın doğulması (ing. The Birth of Venus, fr. La Naissance de Vénus) — XIX əsr fransız akademik rəssamı Vilyam Buqronun ən məşhur əsərlərindən biri. Əsərdə Veneranın, ənənəvi şəkildə dənizdən çıxması – doğulması təsvir edilməmiş, onun Kiprdə, Pafos şəhərində, dəniz sahilində balıqqulağından yetgin qadın şəklində çıxması göstərilmişdir. Buqroya görə mövzuya bu cür yanaşma daha doğru idi. Əsər 3 metr hündürlüyü, 2,18 metr eni olan kətan üzərində, yağlı boya ilə işlənmişdir. Əsər, kompozisiya quruluşuna görə onunla mövzu baxımından eyni olan Sandro Botiçellinin “Veneranın doğulması” əsərindən daha çox, Rafael Santinin “Qalateyanın triumfu” əsəri ilə oxşarlıq təşkil edir. Veneranın doğulması əsəri, 1879 - cu il Paris Salonu üçün çəkilmişdir. Həmin il əsər Lüksemburq muzeyi tərəfindən alınmışdır. Hal-hazırda, Buqronun "Veneranın doğulması" əsəri, Parisdəki Orsay muzeyinin daimi kolleksiyasına daxildir.
Veneranın doğulması (Kabanel)
"Veneranın doğulması" (fr. Naissance de Venus) — XIX əsr fransız akademik rəssamı Aleksandr Kabanelin ən məşhur əsərlərindən biri.
İki dəfə doğulmuş
İki dəfə doğulmuş (it. Venuto al mondo) - yazıçı Marqaret Mazzantininin 2008-ci ildə nəşr olunmuş, 2009-cu ildə isə Kampello mükafatına layiq görülmüş romanıdır. Cemmanın şair olan boşnak dostu Qoyko onu Sarayevoya dəvət edir. Bu zaman Cemmanın Sarayevo ilə bağlı xatirələri yadına düşür, şəhərin XIV Qış Olimpiya Oyunlarını qəbul etməsi, 1984-cü ildə bu şəhərə olan səfəri, Qoyko ilə tanış olması, kasıb fotoqraf Diyeqo ilə tanış olması, onların İtaliyaya qayıtmaları və evlənmələri; bundan sonra başlayan ağrıverici hadisələr, Yuqoslaviyada müharibənin başlaması, anasının ölümü və mühasirə dövründə Sarayevoya qayıtmasını xatırlayır. Cemmanın həyat hekayəsi, parlaq xatirə kimi yaddaşında saxladığı bir çox ikinci dərəcəli personajların həyatı ilə əlaqələnir: Qoykonun anası və bacısı Mirna və Elena, Cemma və Diyeqonun övladı olması üçün öz orqanlarını kirayə verməyə razılaşan musiqiçi Aska və Cemmanın atası. Romanda müharibənin dəhşətləri, Sarayevonun dağılması, şəhər sakinlərinin yaşadığı hisslər və sair ətraflı təsvir olunur. 2012-ci ildə roman əsasında rejissor Sercio Kastellitto tərəfindən eyni adlı film çəkilmişdir. Filmdə Cemma və Diyeqo rollarını müvafiq olaraq Penelopa Kruz və Emil Hirş canlandırmışlar. Margaret Mazzantini, Venuto al mondo, collana Scrittori italiani e stranieri, Mondadori, 531 səh., ISBN 978-88-04-57370-8.
Doğum günü (dəqiqləşdirmə)
Doğum günü və ya Ad günü bu mənalara gələ bilər: Doğum günü və ya ad günü — İnsanın anadan olduğu tarix. Doğum günü tortu və ya ad günü tortu — Doğum günü şənlikləri üçün hazırlanan tort.
Takvakor: İslami pankın doğuluşu
Takvakor: İslami punkın doğuluşu (ing. Taqwacore: The Birth of Punk Islam) — 2009-cu ildə ABŞ-də istehsal olunmuş sənədli film. İslamçı punklar.
Doğuş Universiteti
Doğuş Universiteti — İstanbulda yerləşən özəl Türkiyə universiteti. Doğuş Təhsil Vəqfinin əməyi ilə Türkiyə Böyük Millət Məclisinin 9 iyul 1997-ci il tarixli 4281 saylı Qanunu ilə İstanbulda yaradılmış vəqf universitetidir. == Tarixi == Doğuş Universiteti 1995-ci ildə qurulan Doğuş Təhsil Vəqfi tərəfindən Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi 9 iyul 1997-ci il tarixli 4281 saylı Qanunla yaradılan publik hüquqi şəxs olan vəqf universitetidir. 2006-cı ildə bir professor-müəllim heyətinə düşən nəşrlərin sayına görə Doğuş Universiteti Türkiyədə 27-ci yerdə yer alıb. Universitetdə 5 fakültədə 34 bakalavr proqramı, tibb elmləri fakültəsində 1 bakalavr proqramı, peşə məktəbində 36 önlisans proqramı, 21 magistratura və 3 doktorantura proqramı olmaqla ali təhsilin bütün səviyyələri mövcuddur. 2001-ci ildə ömür boyu təhsil yanaşması ilə Davamlı Təhsil Mərkəzi yaradılmışdır. Web Of Science məlumatları və URAP hesabatları göstərir ki, Doğuş Universiteti dünyanın ən yaxşı 2 min universiteti, İstanbulun isə ən yaxşı 3 vəqf universiteti (tibb fakültəsi olmayan) arasındadır. Universitet YKS və xüsusi qabiliyyət imtahanları ilə tələbələri qəbul edir. 2020-ci ildə Doğuş Universiteti The One Awards çərçivəsində Türkiyənin ən yaxşı üç universitetindən biri olmuşdur. Nəşr etdiyi məqalələr və elmi araşdırmaları ilə çox sayda tələbəni Silikon vadisinə göndərmiş, NATO sponsorluğu ilə Müdafiə Sənayesi sahəsində suda uçucu üzvi birləşmələr mövzusunda mühüm işlər həyata keçirmişdir.
Doğum adı
Ad — Canlı və cansız varlıqları, duyğu və düşüncələri, müxtəlif vəziyyətləri bildirən sözlər. Adlar ümumi və xüsusi ad olmaq üzrə ikiyə ayrılar. Xüsusi ad: Dünyada tək bir varlığı ifadə edən adlara deyilir. Ümumi adlar ayrılar: Maddə adları: Əllə tutulub gözlə görülən varlıqlara verilən adlara deyilir. Məsələn: masa, paltar, daş, düzənlik, prospekt, küçə…. Məna adları: Əllə tutulmayan və gözlə görülə bilməyən varlıqlara verilən adlara deyilir. Məsələn: səs, yuxu, sevinc, acı/ağrılı, yuxu, ağıl, xasiyyət, xoşbəxtlik, həsrət, sevgi və s. Birlik adları: Eyni növdən olan varlıqların toxlu olaraq ol/tapıldıqları vəziyyətlərə verilən adlara deyilir. Məsələn: məktəb, sinif, lağ/alay, batalyon, sürü, meşə, xalq, millət, ailə, xor… == Adlarda təklik və çoxluq == Bir tək varlığı ifadə edən tək ad, eyni cinsdən bir çox varlığı ifadə edən adlara isə çoxluq ad deyilir. == Şəxs adları == Bizdən sonra dünyada qalan həyatdakı əməllərimizin güzgüsü adımızdır və heç nəyə görə yox, məhz adımıza görə də bizi yad edəcəklər.
Universal əsgər 3: Yenidən doğulma
Universal əsgər 3: Yenidən doğulma Universal əsgər film seriyasının üçüncü filmidir. Rejissoru Con Hyams olan və ssenarisi Viktor Ostrovski tərəfindən yazılan filmdə baş rollarda Jan-Klod Van Damm və Dolf Lundqren çəkilmişdirlər. Film 1992-ci ildə istehsal edilmiş olan iki Universal əsgər televiziya seriyası ilə əlaqəsi olmayan və 1999-cu ildə çəkilmiş və bu filmin kinoteatr davamı olan Universal əsgər 2: Qayıdış filmindəki hadisələr ümumiyyətlə nəzərə alınmayaraq 1992-ci ildəki orijinal Universal əsgər filminin birbaşa davamıdır. Film Yaxın Şərq və Cənub-Şərqi Asiyada və birbaşa ABŞ-da və dünyanın digər yerlərində kinoteatrlarda nümayiş olunmuşdur. Film qarışıq rəylər almış olsa da, çəkildiyi vaxtdan bəri diqqətəlayiq bir kult film olmuşdur. Jan-Klod Van Damm ... Luc Deveraux Dolf Lundqren .... Endryu Skott Andrey Arlovski .... NGU Qeri Kuper .... Dr.
Bu zalım dünyada doğulma
Bu zalım dünyada doğulma (hind. ना आना इस देश लाडो; tələffüzü: Na Aana Is Des Laado; hərf. Bu dünyaya heç vaxt gəlmə, əziz qızım) — Hindistan teleserialı. == Məzmun == Ammaci Virpur kəndinin başçısıdır. O, həmin kənddə qızların doğulmasına qadağa qoymuşdur. Lakin sonradan onun kiçik oğlu Raghavın həyat yoldaşı Sia seçkilərdə qalib gəlir və kəndin başçısı təyin edilir. Həmin gündən sonra Ammacinin planları baş tutmur. Sianın əkiz qızları olur. Lakin Sia ölür. Ammacinin düşmənləri tərəfindən Raghav da öldürülür. Aradan 18 il ötür.
Əks-səda doğuracaq
…Əks-səda doğuracaq (rus. И эхом отзовётся) — Azərbaycanın cizgi, ekler, qarışıq texnika filmi. == Məzmun == Film aktual mövzuya-insanların öz hərəkətləri üçün gələcək qarşısında məsuliyyət daşımalarına, yer planetində sivilizasiyanın qorunub saxlanılması üçün insan zəkasının məsuliyyətinə həsr olunmuşdur. == Film haqqında == Cizgi, ekler, qarışıq texnika filmidir. Bədii-publisistik multipliaskiya filmi Gennadi Tişşenkonun "Miras" hekayəsi əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Gennadi Tişşenko Ssenari müəllifi: Gennadi Tişşenko Quruluşçu rəssam: Vaqif Məmmədov, Gennadi Tişşenko, Nigar Nərimanbəyova Operator: Ramiz Ağayev Bəstəkar: Elmar Fel Səs operatoru: Marat İsgəndərov Multiplikasiya rəssamı: Vaqif Məmmədov, Gennadi Tişşenko Rəssam: Firəngiz Quliyeva, Hüseyn Cavid İsmayılov, Bəhram Qaflanov === Rollarda === Fəxrəddin Manafov N. Georgiyeva Cahangir Şahmuradov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Əjdahanın doğulması (film, 2016)
Əjdahanın doğulması — 2016-cı ildə Corc Nolfinin rejissorluğu və Kristofer Uilkinson və Stiven C.Rivelin yazdığı süjet xətti ilə çəkilmiş Amerika istehsalı olan döyüş sənəti döyüş filmidir. Filmdə baş rolları Filip Van-lung, Xia Yu, Çzin Sin, Qu Jingjing, Ron Yuan və Billi Maqnussen canlandırmışdır. Maykl Dorqanın "Brüs Linin ən çətin döyüşü" adlı məqaləsi əsasında çəkilmiş film 1965-ci ildə San-Fransiskoda gənc döyüş sənətçisi olan Brüs Linin kunq-fu ustası Vonq Cek-Mana meydan oxuması və bu əsnada Brüs Li ətrafında cərəyan edən guya əsl olan hekayənin uydurma versiyasıdır. Filmin əsas çəkilişləri 17 noyabr 2015-ci ildə Kanadanın Vankuver şəhərində başlamışdır. "Əjdahanın doğulması" filmi 2016-cı il Toronto Beynəlxalq Film Festivalında Xüsusi Təqdimatlar bölməsində nümayiş etdirilmək üçün seçilmiş və 25 avqust 2017-ci ildə OTL Releasing, BH Tilt və WWE Studios tərəfindən seçilmiş kinoteatrlarda nümayiş olunmuşdur. Film tənqidçilərdən mənfi rəylər almışdır.

Значение слова в других словарях