Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baltic Dry Index
Baltic Dry Index (BDI) — ticarət indeksi, (Baltic Exchange) Baltic birjasinda gundəlik hesab olunur. İndeks gostərər əsas 20 dəniz yoluyla daşilinan guru yukun (komur,duyu,bugda və dig.) qiymətini və Handymax, Panamax və Capesize gəmi novlərinin daşınmalarini hesablayir. Əsas muqabilələrin qiymətini satıb-alan tərəflər danişir, birja maklerlarinin əsas məqsədi bu muqabilələrin qiymətlərini orta hesab qostəricisinə gətirmək.
Dr. Dre
Dr. Dre (əsl adı Andre Romel Yanq; 18 fevral 1965, Kompton, Kaliforniya) — Amerikalı reper, mahnı müəllifi, səs prodüseri, təşəbbüskar, səsyazma icraçısı, aktyor və səs mühəndisi.
Clear (Unix)
clear — Unix əməliyyat sistemlərində ekranı (terminalı) təmizləmək üçün istifadə olunan komandadır.
Cry
Cry — Maykl Ceksonun 2001-ci ildə çıxardığı onuncu və sonuncu studio albomu olan Invincible albomundan olan sinql. Mahnı R&B ifaçısı və bəstəkar, həmçinin Ceksonun 1995-ci ildə çıxardığı sinqlı "You Are Not Alone" mahnısının müəllifi olan R. Kelly tərəfindən yazılmışdır. Mahnının prodüserliyi isə Ceksonun özü və R. Kelly tərəfindən edilmişdir. 2001-ci ilin dekabrında çıxarılmış sinql "Invincible" albomundan olan üçüncü sinqldır. "Cry" dünyanın önəmli problemlərindən bəhs edən R&B balladadır. Mahnının sözləri insanları dünyanı xilas etməyə çağırır. Mayklın bu səpkidə olan bir neçə əvvəlki mahnıları kimi bu əsər də insanları sülhə və çevrəçiliyə çağırır. Sinql ikiüzlü çıxarılmış, B-üzdə "Shout" və "Streetwalker" mahnıları təqdim edilmişdir. "Cry" musiqi tənqidçiləri tərəfindən müxtəlif rəylər almışdır. Beynəlxalq səviyyədə də sinql orta səviyyəli nəticə göstərmiş, hit oaradlarda yüksəldiyi ən yüksək mövqe Niderlanda on altıncı pillə, ən aşağı nəticə isə Avstriyada olmuşdur.
Dey
Dey (fars. دی‎) — İran və Əfqanıstanın rəsmi təqviminin onuncu ayı. Dey ayında 30 gün var. Bu ay dekabr ayında başlayıb yanvar ayında sona çatır. Dey qışın ilk ayıdır.
Day After Day
Day After Day (azərb. Günbəgün‎) — 2008 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Elnur Hüseynov və Samir Cavadzadənin ifa etdikləri mahnı. Mahnının sözləri Zəhra Bədəlbəylinin, musiqisi isə Gövhər Həsənzadənindir. "Day After Day" mahnısı fevralın 2-də Azərbaycanın Avroviziya təmsilçisinin seçilməsi üçün təşkil olunan "Odlar Yurdu" adlanan konsert proqramında ifa olundu. Mahnıda şər və xeyir qüvvənin mübarizəsi və bu mübarizədə xeyir qüvvənin şər qüvvə üzərində qələbə qazanması əks olunur. Bu mahnı ilə Azərbaycan Avroviziyada debüt etdi. Yarımfinal mərhələsində Elnurla Samir yeddinci nömrə altında bu mahnını ifa etdilər və 19 mahnl arasında 66 xalla 6-cı yeri tutaraq finala yüksəldi. Finalda bu mahnı 20-ci nömrədə ifa olundu və yekunda finalda yarışan 25 mahnı arasında 132 xalla 8-ci oldu.
Dra-dra göycəqarğa
Dra-dra göycəqarğa (lat. Coracias garrulus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin əsl rakşilər fəsiləsinin göycəqarğa cinsinə aid heyvan növü. Azərbaycan faunasında fəsilənin tək növüdür. Sığırçından iridir. Ümumi rəngi yaşıl-göydür. Bel tərəfi qəhvəyi gil rənginə çalır. Quyruğu və qanadları üzərində tünd göy rənglər var. Boğazı ağdır. Adi səsi kəskin cırıltıdır "rak-rak", lakin reproduksiya dövrünün əvvəlində tez-tez "kra-kra-kra-kra" edir. Qarğa kimi ləng uçur.
Lean on Me
"Lean on Me" (azərb. "Mənə söykən"‎) — amerikalı müğənni və musiqiçi Bill Uizersin mahnısı. Mahnının müəllifi və ilk ifaçısı Bill Uizersin özüdür. Mahnı "Billboard Hot 100" hit-paradında və "Billboard"ın R&B çartında birinci yeri tutub. 2004-cü ildə Rolling Stone jurnalı "Lean on Me" mahnısının Bill Uizersin ifasında olan versiyasını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 205-ci yerə layiq görmüşdür. Mahnı 2011-ci ilin siyahısında 208-ci yerdə qərarlaşıb.
Wu-Tang Clan
Wu-Tang Clan (ˈwuːtæŋ) — Nyu-Yorkda Steten Aylenddən olan ilk harkor hip-hop qruplarından biri.
B'Day
B'Day – Beyonsenin ikinci studio albomudur.
Day.az
Day.az — 2003-cü ildən fəaliyyət göstərən Azərbaycan informasiya saytı. Sayt rus dilində fəaliyyət göstərir. 2009-cu ilin fevral ayına qədər saytın sahibi Anar Məmmədxanov, baş redaktoru Elnur Baimov olub. 11 avqust 2008-ci ildə, səhər saatlarında Day.az və "anspress.com" saytlarının informasiya serveri Rusiya xüsusi xidmət orqanlarının təlimatı ilə rus xakerləri tərəfindən dağıdılsa da, axşama yaxın serverlərin işini bərpa etmək mümkün olmuşdur. Xakerlərin məqsədi Rusiya-Gürcüstan müharibəsinə aid informasiya saytlarının bloklanması olub. 2009-cu il fevralın 18-də saytda layihələrin fəaliyyəti dayanıb. Əvvəlcə saytlarda layihənin başa çatması barədə məlumat yerləşdirilsə də, daha sonra layihələrin fevralın 25-də fəaliyyətə başlayacağı barədə məlumat verilib. Lakin fevralın 24-də layihənin satıldığı məlum olub. Saytın təsisçisi Anar Məmmədxanov portalın fəaliyyətinin dayandırılmasını saytın texniki problemlərlə üzləşməsi ilə izah edib. Azərbaycan xəbər saytlarının siyahısı Trend İnformasiya Agentliyi AzerNews Day.az "Anar Məmmədxanlı Day.Az-ın satıldığını xəbər verib" (az.).
Dey-treydinq
Dey-treydinq (ing. Day-Trading) — əməliyyat günü ərzində açıq mövqeləri ertəsi günə köçürmədən birjada spekulyativ ticarət. Gündüz ticarəti termini, yalnız gün içi əməliyyatların istifadə olunduğu, qiymətli kağızların saxlanma müddətinin bir neçə dəqiqədən bir neçə saata qədər olduğu strategiyanı ifadə edir. Bir çox treyder eyni anda bir neçə strategiyadan istifadə edə bilər ki, bunlardan biri də gün içi əməliyyatlardır. Başlanğıcda bir günlük ticarət yalnız maliyyə şirkətləri və peşəkar spekulyantlar tərəfindən istifadə olunurdu. Bu ticarət bankların və investisiya firmalarının işçiləri tərəfindən həyata keçirildi. Bununla birlikdə, elektron ticarət və marja ticarətinin yayılması ilə bu fəaliyyət növü, qeyri-peşəkar ticarətçilər arasında populyarlaşır. Ümumiyyətlə, marjinal ticarəti əməliyyatların rentabelliyini artırmaq üçün istifadə olunur ki, bu da risklərin artmasına səbəb olur. Gün içi ticarət fundamental təhlildən çox texniki analizə güvənməyə meyllidir. 1996-cı ildən bəri Birləşmiş Ştatlarda fiziki şəxslər üçün gündəlik ticarətə icazə verilir.
Doris Dey
Doris Dey (3 aprel 1922[…], Sinsinnati, Ohayo – 13 may 2019[…]) — amerikalı aktrisa, müğənni, prodüser. Təxminən 50 ilini əyləncə sektoruna verib. Dey karyerasına 1939-da bir qrupda müğənni olaraq başladı, amma 1945-də ilk səsyazması olan "Sentimental Journey"i yazdıqdan sonra məşhurlaşmaya başladı. Qrupu "Brown & His Band of Renown"dan ayrıldıqdan sonra Columbia Records ilə uzun müddətli olan yoldaşlığa və solo kariyerasında təcrübələr qazanmağa başladı. Columbia Records Doris Deyin müqavilə bağladığı tək şirkətdir. Ortaqlıqları 1947-ci ildən 1967-ə qədəd davam etmiş və ortaqlıqları Deyi 20-ci əsrin ən populyar və sevilən müğənnilərindən biri olmasını təmin edən 650-dən çox səsyazmadan ibarətdir. Doris Meri Enn Kappelhoff 1938-ci ildə başına gələn bir qəza sonrasında bir daha rəqs edə bilmir və bunun yerimə mahnı oxumağı öyrənir. Daha sonradan aldığı "Doris Dey" adı ilə böyük orkestrlar ilə işləməyə başlayır. 1948-dən etibarən teatrda vaxt keçirdir. Qısa bir müddət sonra Warner Bros.
Dryu Hyuston
Dryu Hyuston (ing. Andrew W. "Drew" Houston; d. 4 mart 1983, Akton, Massaçusets, ABŞ) — Araş Firdovsi ilə birlikdə "Dropbox" xidmətinin banisi. Dryu Hyuston 4 mart 1983-cü ildə ABŞ-nin Massaçusets ştatının Akton şəhərində dünyaya gəlib. O, 1990-da "Acton-Boxborough Regional" məktəbinə daxil olub, sonra kompüter elmləri ixtisası üzrə Massaçusets Texnologiya İnstitutunu bitirib. Məhz orada Hyuston "Dropbox" xidmətinin həmtəsisçisi olacaq Araş Firdovsi ilə tanış olur. "Dropbox"un əsası qoyulana kimi, Dryu bir çox mühüm layihələr üzərində işləyib, Bu layihələr arasında "Bit9", "Accolade" və "Hubspotu" göstərmək olar. Dryu Hyuston "Business Week" jurnalının versiyasına görə, 30 yaşlı ən nüfuzlu insanı adlandırılıb, "Dropbox" Silikon vadisinin 20 ən yaxşı startapından biri olub. "Forbes" jurnalı onun varidatını 400 milyon dollar həcmində qiymətləndirir. Xidmətin yaranma ideyası Hyustonun Bostondan Nyu-Yorka avtobus səfəri zamanı meydana gəlmişdi.
Drö (rayon)
Drö (fr. Dreux) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından biri. Departamenti — Er və Luar. Suprefektura — Drö. Rayon əhalisi 2006-cı ildə 126 176 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 84 nəf / km². Rayon ərazisi — 1501 km².
Drü Berrimor
Drü Blayt Berrimor (ing. Drew Blyth Barrymore; 26 fevral 1975, Kalver-Siti, Kaliforniya, ABŞ) – Amerikan (Hollivud) aktrisası, model, rejissor, prodüser və yazıçısıdır. O aktyor Con Barrimorun nəvəsidir. İlk vaxtlarda reklamlara çəkildi. Drü Berrimor aktyor ailəsində anadan olub.Ailədə ənənəvi bir kino aktyorluğu vardı.200 ildir ailədən bir çox kino oyunçusu çıxmışdı.Karierinə 11 aylıqkən bir it yeməyi reklamına seçilərək başladı. İlk filmi 1980-ci ildə "Dəyişilən dövlətlər" (Altered States) idi. 1981-ci ildə E.T.da oynadı və bütün dünya səviyyəsində məşhur oldu.1984'te çəkilən Irreconcilable Differences filmindəki roluyla Qızıl Kürəyə də namizəd olan Berrymore gənc yaşda qazandığı şöhrəti qaldıra bilmədi. 9 yaşında siqaret və spirt istifadəsinə başladı. 10 yaşında marijuanaya başladı. 12ində isə artıq kokain asılısı idi.
Duy (albom)
Duy – Azərbaycan müğənnisi Aygün Kazımovanın albomudur. Albom 2018-cü ildə Gürcüstanda hazırlanmışdır. Dünyaca məşhur DJ David Vendetta tərəfindən hazırlanan "Duy" adlı mahnıda Aygün Kazımova milli və müasir musiqini sintez edib. Eyni zamanda ifalarda muğamdan istifadə olunub. Həmçinin tar, kaman, zurna, ud kimi musiqi alətlərinin səsinə rast gəlmək olar. Albomun musiqi prodüseri gürcü musiqiçi Kakhaberidir. Səsyazmalar Gürcüstanın məşhur "Bravo" studiyasında həyata keçirilib. Layihənin "cover" fotosu üçün Kazımovaya maraqlı bir obraz yaradılıb. O, uzunqollu əlçək, böyük şlyapa və dərin sinə dekolteli qara paltarda kamera qarşısına keçib. Bütünlüklə beynəlxalq komanda tərəfindən ərsəyə gətirilən bu sənət nümunəsi keyfiyyəti ilə seçilir.
Duy (konsert)
Duy (mahnı)
Green Day
Green Day – ABŞ punk rok qrupu. Green Day 1986-cı ildə uşaqlıq yoldaşı olan Billi Co Armstonq (gitara, vokal) , Mike Dirnt (bas) və Tre Cool (baraban) tərəfindən 1986-cı ildə "Sweet Children" adı altında Kaliforniyada quruldu. 1989-cu ildə qrup "1,000 Hours" adlı ilk EPlərini çıxardıqdan sonra 1990-cı ildə "Smooth Out Slappy Hour" adlı albomlarını bazara sürdü. Əsas səs gətirən albomları 1992-ci ildə çıxardıqları ikinci albom "Kerplunk!" ilə oldu və qrup Amerikada underground radiolarda bir nömrəyə yüksəldi. 1994-cü ilə gəlindiyində "Dookie" albomuyla yükləlişləri fərqli bir təcil qazandı. Albomda iştirak edən "Longview" parçası siyahılarda yüksəlməyə başladı və bir müddət sonra Top 40 siyahısının zirvəsində iştirak etdi. Daha sonra parçanın videosuyla MTV Video Musiqi Mükafatlarında 3 budaqda namizəd göstərildi. "Dookie" iki dənə platin val mükafatı al/götürərkən qrup, Rolling Stone jurnalının etdiyi ən yaxşı yeni qrup sıralamasında ən çox səs ver birinci oldu. Bu albomda iştirak edən "When I Come Around" adlı parça 1995-ci ildə Top 10 siyahılarında 1 nömrəyə yüksəldi. Eyni il Green Day "Dookie" albomuyla "Ən Yaxşı Alternativ Musiqi Performansı" kateqoriyasında Grammy Mükafatı al/götürdü.
Hay Day
Hay Day — Supercell şirkəti tərəfindən istehsal olunmuş pulsuz mobil ferma oyunu. iOS platforması üçün 21 iyun 2012-ci ildə, Android platforması üçün 20 noyabr 2013-cü ildə buraxılmışdır. 2013-cü ilin məlumatına görə Supercell şirkəti Hay Day və Clash of Clans oyunlarından ayda 30 milyon $ qazanmışdır. 2013-cü ildə Hay Day ən çox gəlir əldə 4-cü oyun olmuşdur. Oyunçunun əmisi artıq fermanın qayğısına qala bilmir və buna görə də fermanı oyunçunun əllərinə əmanət edir. Oyun müqəvvanın müşayiəti ilə oyunçunun buğda biçməyi öyrənməsi ilə başlayır. Oyunçu fermasında yetişdirdiyi məhsulları sataraq qızıl pullar qazana bilər. Qızıl pullardan istifadə edərək istehsal tikililəri və dekorativ əşyalar ala bilər. Həmçinin əldə etdiyi təcrübə xalları (XP) sayəsində səviyyə keçə bilər. Oyunçular öz aralarında "məhəllələr" yaradaraq bir-birilərinə kömək edə bilərlər.
Kao Day
Vyetnam dilində tam adı "Kao Day Ten Onq Day Bo Tat Ma Xa Tat" olan cərəyan "Baş ruhun əyləşdiyi tavansız məbəd" kimi tərcümə edilir.[mənbə göstərin] Cərəyanın qurucusu Nqo Van Çieu Vyetnamda fransız müstəmləkə administrasiyasının məmuru olmuşdur. 1878-ci ildə Holone şəhərində doğulan Nqo Van koloniya məktəbində təhsil almış, mistika və spiritizmlə (ölülərin ruhu ilə əlaqə yaratmağın mümkünlüyünü iddia edən mistik təsəvvür) dərindən maraqlanmış, 1902-ci ildən isə spiritik seanslar təşkil etməyə başlamışdır. O, 1920-ci ildə Kao Day adlı ruhun bədəninə daxil olduğunu iddia etmiş və altı il sonra eyniadlı cərəyanı yaratmışdır. Mistikaya önəm verən Vyetnamın ziyalı təbəqəsinin yeni yaranmış cərəyana marağı qısa müddətdə xeyli artmışdı. Cərəyanın mərkəzi Sayqon şəhəri yaxınlığındakı Tey Nin yaşayış məntəqəsi seçildikdən sonra burada cərəyanın baş məbədi tikilmişdi. Onun layihəsi əsasında isə digər şəhərlərdə kiçik məbədlər inşa edilməyə başlamışdı. Cərəyanın qısa müddətdə nüfuz qazanmasının səbəbi fransız müstəmləkə hakimiyyətinin güclü dəstəyi idi. İlk məbədin açılışı münasibətilə təşkil edilən mərasimdə Cənubi Vyetnamda fransız administrasiyasının yüksək rütbəli məmurları, hətta Hind-Çinin general-qubernatorunun iştirak etməsi həmin dövlət dəstəyinin əyani göstəricisi idi. Şübhəsiz ki, fransızları cərəyanın Qərb meyilli olması cəlb etmişdi. Onun üzvləri arasında avropalaşmış ziyalılar – Vyetnamın katolik məktəblərində Qərb təhsili almış məmurlar da az deyildi.
We Cry
"We Cry" mahnısı The Script rok qrupunun ilk rəsmi treki sayılır. İngilis dilindən tərcümədə mahnının adı "Biz Ağlayırıq" mənasını verir. Rəsmi mənbələr trekin 2007-ci ildə çıxdığını bildirsə də, amma qrup üzvləri Danny O'Donoghue və Mark Sheehan bu mahnını hələ 2006-cı ildə yazıb bitirdiklərini söyləyirlər. Həmçinin bu trek The Script qrupunun çıxış mahnısı da sayılır. "We Cry" mahnısının klipi 2007-ci ildə çəkilmişdir. Mahnının qısa məzmununda yalnızlıqdan bəhs olunur və yalnızlıqda axan gözyaşları insanları necə dərin bir kədərə boğduğunu göstərir. Bu mahnı həm də 2008-ci ildə çıxardıqları ilk və öz adlarını verdikləri The Script (albom) albomunun da trek siyahısına salınmışdır.
Yoyçi Doy
Yoyçi Doy (d. 25 iyul 1973) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Şoma Doy
Şoma Doy (21 may 1992, Yamaqata) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
ASEAN
Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası, ASEAN (Association of Southeast Asian Nations) - 8 avqust 1967-ci ildə Vyetnam müharibəsindən qaynaqlanan kommunist genişləməyə qarşı olaraq Filippin, Malayziya, Tayland, İndoneziya və Sinqapur arasında qurulan beynəlxalq təşkilat. O vaxtdan bəri,8 Yanvar 1984-cü ildə Bruney Darussalam , 28 iyul 1995-ci ildə Vyetnam, 23 iyul 1997-ci ildə Laos və Myanma və 30 aprel 1999-cu ilda Kamboca. və Şərqi Timor 11 noyabr 2022-ci il təşkilata daxil olmuşdur. 2005-ci ildə təşkilatın ümumi daxili nəticəsinin cəmi təxminən 884 milyard dollar idi. İldə 4%lшk bir böyümə nisbəti tutulmuşdur. 2006da GSYH 1,066 trilyona yüksəlmişdir. 2010-cu ildə, onun kombinə nominal ÜDM-ini 1,8 trilyon ABŞ dollarına çatıb. 4,46 milyon kvadrat kilometrə yayılan ASEAN bölgəsinin ümumi əhalisi tqəribən 600 milyon nəfərdir. ASEAN təşkilatının prioritet hədəfləri arasında bölgə ölkələrinin iqtisadi böyüməsinə təkan qazandırılması, ictimai və mədəni inkişaf, bölgədə sülh və sabitliyin təmin edilməsi yerləşir. 2003-ci ildə ASEAN liderlərinin ASEAN'ın 3 hissəni əhatə etməsinin lazım olduğu qərarı ilə ASEAN Təhlükəsizlik Birliyi, ASEAN İqtisadi Birliyi və ASEAN Cəmiyyət və Mədəniyyət Birliyi yaradıldı.
Alban
Albanlar (alb. Shqiptarët) və ya Arnaudlar ― Albaniyanın əsas əhalisi, həmçinin Adriatik dənizi sahillərində, Balkan yarımadasında yaşayan Avropanın ən qədim xalqlarından biri. Ümumi sayları 9 milyon nəfərdir. Təxminən 70%-i müsəlmanlardır. Müsəlmanların əksəriyyəti sünni, azı isə bəktaşidir. Qalan hissəsi katolik və paroslav xristianlarıdır. Ənvər Xocanın dövründə Albaniyada ateizm təbliğ edilirdi. Kommunist hökmranlığın mirası olaraq, müsəlman və ya xristian olan albanların əksəriyyəti dindar deyil və əhəmiyyətli bir qismi dinsizdir. Albanların əcdadları Avropanın ən qədim avtoxton xalqı olan illiriya tayfaları, xüsusən dardanlar hesab edilir. Albanlar haqqında ilk tarixi qeydlər XI əsrə aiddir.
Aldan
Aldan çayı — Rusiyada çay. Aldan (şəhər) Rusiyada şəhər.
Alkan
Alkanlar (Doymuş karbohidrogenlər və ya Parafinlər) — yalnız karbon (C) və hidrogen (H) elementlərindən təşkil olunmuş və CnH2n+2 formuluna cavab verən doymuş karbohidrogenlərdir. Məsələn bir karbonu olan metanın formulu CH4 Alkanlardan bir hidrogen çıxarılması ilə əldə edilən grupa alkil grupu (radikal qrup) deyilir ve 'R' ilə göstərilir. Məsələn metandan bir hidrogen çıxarılırsa metil (CH3), etandan bir hidrogen çıxarılırsa etil (C2H5) əldə edilir. Bu molekullar daha bir rabitə yaradaraq karbohidrogen zəncirinə bağlanır. CnH2n+2 kimi yazılır. Alkanların şaxələnməsi üçün, formuldakı n ədədi 3-dən böyük (n>3), halqalı (tsiklo) halında ola bilməsi üçünsə 2-dən böyük olmalıdır (n>2). Üç karbondan artıq karbonu olan alkanlarda izomerilik xüsusiyyəti vardır. Ən sadə izomer, şaxələnməmiş olan normal (n-) izomerdir. Bu izomer şaxələnərək çox saylı izomerlər yarada bilər. Karbonun sayı artdıqca şaxələnmə növü və sayı artdığından izomer sayı da artar.
Allan
Allan — ad. Allan Fakir — Pakistanın xalq mahnılarının ifaçısı. Allan Lalin — Honduras futbolçusu Allan Kanningem — Böyük Britaniya botaniki.
Alman
Almanlar (Almanca: die Deutschen) — qədim germanlardan əmələ gələn xalq, Almaniya, Avstriya, İsveçrə və Lixtenşteynin əsas əhalisi. Ümumi sayları təxminən 140 milyondur. Bundan başqa Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Braziliyada, Qazaxıstanda və s. ölkələrdə yaşayan və almanca danışmayan əhali də etnik baxımıdan alman sayılır. Bir etnos kimi almanlar bugünkü Almaniya, Avstriya və qonşu ərazilərdə formalaşıblar. Almanların əcdadı olan german tayfaları e.ə. V əsrdə Skandinaviyadan enib eramızın I əsrinə qədər bu əraziləri ələ almışdılar və burada keltlərlə, slavyanlarla və Ural tayfaları ilə qarışmışdılar. Halbuki "Deutsche" (alman) adı etnik mənada ilk dəfə XV əsrdə Müqəddəs Roma imperiyası dövründə işlənmişdir. İmperiyanın dağılmasından və 1870-ci ildə kiçik alman hersoqluqlarının birləşib vahid Almaniya dövlətinin yaranmasından sonra almanlar tamamilə formalaşmış xalqa çevrilirlər. Orta əsrlərdən başlayaraq ta XX əsrin ortalarınadək almanlar fəal mühacirət proseslərinə cəlb olunmuşdular.
Alpan
Alpan — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. Alpan kəndi Quba rayonunda yerləşir. Alpan Azərbaycanın ən qədim kəndlərindən biri hesab olunur. Tarixçilərə görə Alpan adının mənşəyi qədim Albaniyanın adı ilə bağlıdır. Kənddə 2000-də artıq ev var. Həmçinin Alpanda qədim qəbirstanlıqlar, XVI əsrə aid Subaba türbəsi və Qalacıq kimi tarixi abidələr var. Kəndin əhalisi etnik olaraq əsasən türk mənşəlidir. Kəndin qədimdən bu günümüzə qədər gələn özünəməxsus adət-ənənələri var. Novruz bayramı ərəfəsində son çərşənbə axşamı ("Şamqoyulan" günü) kənd əhalisi tərəfindən özünəməxsus qaydada – pirləri ziyarət edərək, yaxınlarının qəbirləri yanında şam yandırmaqla, xüsusən də gənclərin pirlərdəki ələm ağaclarına ələm bağlaması, onların ətrafında 7 dəfə dövrə vurmaqla murad tutmaları şəklində qeyd olunur.
Alvan
Alvan və ya Buquz/Buğuz — Xocavənd rayonunun Avdur kəndi ərazisində qala adı. Başqa adı olan Buquz / Buğuz XIX əsrdə Gürcüstanda (indi Kaxeti mxaresinin Axmeta munisipalitetində) Alvani-Samebo və Albani Kvemo, Batum əyalətinin Artvin dairəsində Alvanqala, Alvanikam, Alazan çayının aşağı axarında Alvan düzü və s. adlarla mənşəcə eynidir. XI–XII əsr rus mənbələrində Alban ölkəsinin adı Alvanya kimidir. Gürcüstanda Kvemo Alvani və Zemo Alvani (Axmeta rayonu) kənd adları ilə mənşəçə eynidir. 1006-cı ilə aid mənbədə Zəngəzurda Alvançay (ermənicə yazılışda Ağuanget) adı (Həkəriçayın qədim adı) da bu sıraya aiddir.
Alzan
Alzan (fr. Alzen) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. La-Bastid-de-Seru kantonuna daxildir. Kommunanın dairəsi — Fua. INSEE kodu — 09009. 2008-ci il üçün kommunanın əhalisi 146 nəfər təşkil edirdi. 2007-ci ildə 128 yaş arasında (15-64 yaş arasında) 96 nəfər iqtisadi cəhətdən, 32 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.0%, 1999-cu ildə 75.8%). Fəal olan 96 nəfərdən 75 nəfər (38 kişi və 37 qadın), 21 nəfər işsiz (11 kişi və 10 qadın) idi. 32 hərəkətsiz 14 nəfər arasında şagird və ya şagird, 8 nəfər təqaüdçü, 10 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Bleon
Bleon (fr. Bléone) — Fransanın cənub-şərqindəki Çay, Dürans sol qolu. Yuxari Provans Alpları departamentinin ərazisindən (Provence-Alpes-Côte d'Azur bölgəsi) axır. Çayın uzunluğu 67,5 km təşkil edir. Bleon Pra-Ot-Bléon şəhərindəki Alp dağlarında 291 m, Troy-Eves (Trois-Évêchés, 2819 m) yun. Tête de l'Estrop zirvələrindən axan bir neçə dağ axını ilə başlayır. Mənbənin hündürlüyü dəniz səviyyəsindən 1980 m-dən yuxarıdır. Cənub-qərb istiqamətində ümumi istiqamətdə axır, Alplardən axan axınlardan su toplayır. Dənizdə fr. Digne-les-Bains və bir neçə kənd (fr.
Cacan
Cacan (Əhər) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Cahan
Cahan — varlıqların məcmusu, bütün reallıq və ya mövcud olan hər şey. Cahanın təbiəti müxtəlif sahələrdə fərqli konseptuallaşdırılmışdır. Bəzi konsepsiyalar cahanı unikal olaraq görür, digərləri isə "cahanların çoxluğundan" danışır. Monistlər cahana sadə bir obyekt kimi yanaşır, pluralistlər isə cahanı hissələrdən ibarət kompleks kimi təhlil edir. Müxtəlif kontekstlərdə "cahan" termini, məsələn, Yer kürəsi və onun üzərindəki bütün canlılar, bütövlükdə bəşəriyyət, beynəlxalq və ya qitələrarası əhatə dairəsi ilə əlaqəli daha məhdud məna daşıyır. Bu mənada dünya tarixi bütövlükdə bəşəriyyət tarixinə aid edilir, dünya siyasəti millətləri və qitələri aşan məsələləri öyrənən politologiyanın intizamıdır. Digər nümunələrə "dünya dini", "dünya dili", "dünya hökuməti", "dünya müharibəsi", "dünya əhalisi", "dünya iqtisadiyyatı" və ya "dünya çempionatı" kimi terminlər daxildir. Empirizm Kainat Qlobus World. The World Factbook. Central Intelligence Agency.
Calea
Kaleya (lat. Calea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Aschenbornia S.Schauer Brasilia G.M.Barroso Geissopappus Benth. Mocinna Lag.
Calğan
Aşağı Calğan
Cilən
Cilən — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Cilən kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kəndi 1840-cı ildə Ermənistanın Qafan rayonunun Balx kəndindən və Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələri Cilan adlı yerdə salmışdılar. Cilan "bataqlıq, sucaq yer" deməkdir. Kənd öz adını salındığı yerin adından almışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil.
Çadan
Çadan — Rusiya Federasiyasında yerləşən şəhər. Tıva Respublikasınana daxildir.
Çavan
Çəvan (Marağa)
Çayan
Çayan - əsasın 1923-cü ildə qoyulmuşdur. Əvvəllər Sovet hökumətinin sonra isə Rusiya Tatarlarının yumor və satirik jurnalıdır. rus və tatar dillərdində çap olunur. Tatar dilində 1923-cü ilin yanvar ayından, rus dilində isə 1956-cı ildən çap olunmağa başlayıb. Jurnalın ilk çap olunması 1923-cü ilə təsadüf edir. İlk buraxılış çox ciddi ağ-qara və çox hissəsi mətndən ibarət idi. Ancaq tez biz zamanda o öz ətrafında çoxlu sayda karikaturçılar yığdı. Onlardan bəziləri Qusman Arslanov, N.Xristenko, Q.Polyakov, D.Krasilnikov, Q.Yusupov, M.Amirovdur. 1941-ci ilidə yalnız bir dəfə Çayna hərbi mövzuda nəşr olundu. Bundan sonra jurnal on ildən çox nəşr olunmadı.
Çağan
Birinci Çağan
Çilyan
Chillán - Çili şəhəri. Ərazisi 511 km². Əhalisi 161.953 nəfərdir. (2002).
Çəvan
Çəvan (Marağa)
Cəlal
Cəlal — ad. Cəlal Əliyev (siyasətçi) — azərbaycanlı elm, dövlət və siyasi xadim; Professor Cəlal Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Cəlal Vəzirov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Cəlal Tələbani — İraq prezidenti (2005–2014). Cəlal Ağayev — Azərbaycan Silahlı Qüvvələrinin giziri Cəlal Mahmudov — texnika elmləri doktoru, professor. Cəlal İslamov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Canan bəy kəhrizi
Canan bəy kəhrizi — Naxçıvan şəhərində tarixi abidə. Kəhrizin adı оnu inşa etdirən Canan bəyin adı ilə bağlıdır. Canan bəy Türkiyədən Naxçıvana gəlmiş məşhur sufi şeyxi Hacı Bektaş Vəli nəslindən оlan bəydir. Kəhrizin uzunluğu 1067 m, quyularının sayı 28, оrta su sərfi 25-45 l/san-dır. Minerallaş ması 0,65-0,8 q/l arasında dəyişir. Kəhriz uzun müddət təmir оlunmasa da, оnun su ilə dоlmuş kürəsinin çıxışından bu gün 15-20 l/san. su axır. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 55.
Bao-day
Bao-day (vyet. Bảo Đại, tı-nom 保大, qüdrətin keşikçisi) və ya Bao-day-de (vyet. Bảo-đại đế, tı-nom 保大帝), əsl adı Nquyen Fuk və ya Fuk Vin Thyui (vyet. Nguyễn Phúc/Phước Vĩnh Thụy, tı-nom 阮福永瑞) (22 oktyabr 1913[…], Hyue, Annam (Fransa protektoratı), Fransa Hind-Çini – 30 iyul 1997, 31 iyul 1997[…] və ya 1 avqust 1997, Paris) — Nquyen sülaləsinin 13-cü imperatoru, Vyetnamın sonuncu imperatoru, yaponiyapərəst kukla dövləti olan Vyetnam imperiyasının və Fransa tərəfdarı olan kukla Vyetnam Dövlətinin hökmdarı. O, 1925-ci ildə atası Khay-dinin hakimiyyətindən sonra varis vəzifəsinə yüksəlmişdir. Bao-day Yaponiyanın artan təzyiqlərinə cavab olaraq 1885-ci il Fransa protektorat müqaviləsini rədd etmiş və 11 mart 1945-ci ildə həm Koxinxina, həm də Tonkini əhatə edən Vyetnamın müstəqilliyini təntənəli şəkildə elan etmişdir. Bununla belə, Yaponiyanın məğlubiyyəti və sonradan Ho Şi Min tərəfindən Vyetnam Respublikasının elan edilməsi səbəbindən 20 sentyabrda hakimiyyətdən çəkilmiş, Honkonqa sığınmışdır. 1949-cu ildə fransızların dəstəyi ilə ona Vyetnam Dövlətinin başçısı adı verilmişdir. O, əhəmiyyətli siyasi dəstək almamış və nəhayət Fransaya köçmüşdür. 1955-ci ildə Nqo Din Zyem tərəfindən təşkil edilən referendum ilə taxtdan daimi olaraq devrilmiş və onun hakimiyyəti qəti şəkildə sona çatmışdır.
Bao Day
Bao-day (vyet. Bảo Đại, tı-nom 保大, qüdrətin keşikçisi) və ya Bao-day-de (vyet. Bảo-đại đế, tı-nom 保大帝), əsl adı Nquyen Fuk və ya Fuk Vin Thyui (vyet. Nguyễn Phúc/Phước Vĩnh Thụy, tı-nom 阮福永瑞) (22 oktyabr 1913[…], Hyue, Annam (Fransa protektoratı), Fransa Hind-Çini – 30 iyul 1997, 31 iyul 1997[…] və ya 1 avqust 1997, Paris) — Nquyen sülaləsinin 13-cü imperatoru, Vyetnamın sonuncu imperatoru, yaponiyapərəst kukla dövləti olan Vyetnam imperiyasının və Fransa tərəfdarı olan kukla Vyetnam Dövlətinin hökmdarı. O, 1925-ci ildə atası Khay-dinin hakimiyyətindən sonra varis vəzifəsinə yüksəlmişdir. Bao-day Yaponiyanın artan təzyiqlərinə cavab olaraq 1885-ci il Fransa protektorat müqaviləsini rədd etmiş və 11 mart 1945-ci ildə həm Koxinxina, həm də Tonkini əhatə edən Vyetnamın müstəqilliyini təntənəli şəkildə elan etmişdir. Bununla belə, Yaponiyanın məğlubiyyəti və sonradan Ho Şi Min tərəfindən Vyetnam Respublikasının elan edilməsi səbəbindən 20 sentyabrda hakimiyyətdən çəkilmiş, Honkonqa sığınmışdır. 1949-cu ildə fransızların dəstəyi ilə ona Vyetnam Dövlətinin başçısı adı verilmişdir. O, əhəmiyyətli siyasi dəstək almamış və nəhayət Fransaya köçmüşdür. 1955-ci ildə Nqo Din Zyem tərəfindən təşkil edilən referendum ilə taxtdan daimi olaraq devrilmiş və onun hakimiyyəti qəti şəkildə sona çatmışdır.