Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əjdahan mağarası
Əjdahan mağarası — Sədərək rayonunun Sədərək kəndindən şimalda, qayalığın içərisində arxeoloji abidə. Yaxınlığında yeddi ildən bir qaynayıb çıxan Cincili bulaq var.mağaranın uzunluğu 12 metr, eni 3–4.5 metr, hündürlüyü 2–2.5 metr arasındadır. Mağaranın üzərinə mərmi düşdüyündən onun tavanının bir qismi dağılaraq girişi tutmuşdur. Tavanı ocaq yanmasından qaralmışdır. Mağaranın ön tərəfi kiçik meydan şəklindədir. İçərisi nəm torpaq qatı ilə örtülmüşdür. Araşdırmalar zamanı mağaranın girişindən erkən orta əsrlərə aid keramika məmulatı aşkar olunmuşdur. Araşdırmalar mağaradan müəyyən müddət yaşayış məskəni kimi istifadə edildiyini göstərir. Burada qədim mədəniyyət izlərinin olmasının müəyyənləşdirilməsi arxeoloji araşdırmalar tələb edir. Yaşayış yerini 3–8-ci əsrlərə aid etmək olar.
Anders Jahan Retzius
Anders Yahan Retzius (isv. Anders Jahan Retzius, 3 oktyabr 1742, Kristianstad[d] – 6 oktyabr 1821) — İsveç botaniki, zooloq, təbiətşünaslıq üzrə professor, kimyaçı və əczaçısı. == Elmi əsərləri == Inledning till djurriket (1772). Observationes botanicae (fol.; tr. i Leipzig 1778—1791). Florae Scandinaviae prodromus (2 bd, 1779; 2:a uppl. 1795). Lectiones publicae de vermibus intestinalibus (1784). Försök till mineralrikets uppställning (1795; tysk översättning. 1798).
Dərgahan
Dərgahan — İranın Hörmüzgan ostanının Qeşm şəhristanının Mərkəzi bəxşində sahilyanı şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,996 nəfər və 1,738 ailədən ibarət idi.
Ərdahan
Ərdəhan — Türkiyənin Ərdəhan ilinin inzibati mərkəzi.
Əsqalan
Aşkelon(ivr. ‏אַשְׁקְלוֹן‏‎) və ya Əsqəlan (ərəb. عسقلان‎) —İsrailin Aralıq dənizi sahilində yerləşən şəhəri. Bəzi azərbaycandilli mənbələrdə Əsqalan da adlandırılır. Yafanın 60 km. cənub-qərbində olan Askalan Tövratda Aşkelon adıyla keçir. Helenistik, Roma və xristianlıq dövrlərində dini və ticari həyatda önəmli bir yerə sahib olan Fələstinin öndə gələn şəhərlərindən biri idi. “Suriyanın gəlini” (Sponsa Syrine, Arusüş-Şam) ləqəbiylə məşhur olan Askalan müsəlmanların ən son fəth etdikləri Fələstin şəhərlərindəndir. peyğəmbər də Askalanı “iki gəlindən biri” (digəri Qəzzə) olaraq vəsf edirdi (bax. Müsnəd, III, 225).
Əjdaha
Əjdaha (yun. δράκων — drakon) — mifik varlıq. Əjdaha obrazı birmənalı şəkildə bəlaların, quraqlığın, aclığın, xəstəliklərin səbəbkarı kimi təsvir edilir. O, həmişə yaşayış məntəqələrinə gələn şirin suların mənbəyində durur, su əldə etmələrinə imkan verir. Qarşısını kəsdiyi su dolub daşanda, yatağına sığmayıb özünə axmaq üçün yol tapanda, daha doğrusu, qollara ayrılanda əjdahanın çoxlu sayda başları əmələ gəlir (3, 7, 9, 40). Qanadlıdır, qorxunc bir görünüşü vardır. Bəzən nəhəng bir ilandır. Yeraltındakı mağarada yaşar və orada olan xəzinəni qoruyur. Sularda və ya meşədə yaşadığı da izah edilər. Bəzən atəşin içində sığınar.
Beta Əjdaha
Beta Draconis — ikili bir ulduz və Draco şimal dairəvi plitələrində üçüncü parlaq ulduzdur. 2.79-da görülə bilən vizual ölçülüdür, Adi gözlə asanlıqla görülə bilən parlaqdır. Hipparcos astrometri peykindən parallax ölçmələrinə əsasəndir.Günəşdən təxminən 380 işıq ili (120 parsek) məsafəsində yerləşir. == Xüsusiyyətləri == İkili sistem hər dörd minillikdə və ya bir dəfə cırtdan bir yoldaş tərəfindən yaradılan parlaq nəhəngdən ibarətdir. Günəşlə müqayisədə, Beta Draconis A altı dəfə kütləsi və təxminən 40 qat radiuslu böyük bir ulduzdur. Bu ölçüdə Günəşin parlaqlığını 950 dəfə xarici zərfdən effektiv 5,160 K temperaturda, isə G tipli bir ulduzun sarı hündürlüyünə verir. Spektri II parlaq parlaqlıq göstərən II parlaqlıq sinfi ilə G2 II,-nin mükəmməl təsnifatına uyğun gəlir. Bu təxminən 67 milyon yaşındadır.
Əjdaha (bürc)
Əjdaha (lat. Draco) — göyün şimal yarımkürəsində bürc. Yunan mifologiyasına görə əjdaha Heranın bağında qızıl almaları qoruyurdu. Herakl əjdahanı öldürür və almaları oğurlayır. Əjdaha isə göydə bürcə çevrilir.
Əjdaha (dəqiqləşdirmə)
Əjdaha (yun. δράκων - drakon) — mifik varlıq. Əjdaha (bürc) — bürc. Əjdaha dağı — Sədərək rayonu ərazisində dağ. Əjdaha dağı — Şərur rayonunda dağ. Əjdaha qayası — Qubadlı və Kəlbəcər rayonlarında qaya. Əjdaha yalı, Əjdaha kahası — Laçın rayonunda yerləşən coğrafi obyekt.
Əjdaha adamı
Əjdaha adamı və ya elmi adı ilə Homo longi – 1933-cü ildə kəşf edilmiş, lakin ancaq 2018-ci ildə paleoantropoloqlar tərəfindən məlum olan arxaik insan növü. Növün kəşfinə səbəb olan kəllə sümüyü fosili 1933-cü ildə Çinin Harbin şəhəri yaxınlığındakı Sunqari çayı üzərindəki Dontsziyan körpüsünün tikintisi zamanı bir fəhlə tərəfindən tapılmışdır. Bu kəşf 1929-cu ildəki Pekin adamı fosilinin kəşfindən cəmi 4 il sonra olduğu üçün işçi tapıntının elmi əhəmiyyət kəsb edəcəyini düşünərək onu tərk edilmiş bir quyunun içində gizlətmişdir. Ölümündən qısa müddət öncə işçi kəşfi barədə 3-cü nəsil ailəsinə bəhs etmişdir və ailə 2018-ci ildə fosilin yerini taparaq quyudan çıxarmışdır. Daha sonra Hebei Universitetinin palentologiya professoru Tsi Qyan fosilin universitet muzeyinə bağışlanması üçün ailəni razı sala bilmişdir. Kəllə sümüyü çox yaxşı qalsa da, kəşfi zamanı heç kim onun hansı növə aid olduğunu müəyyənləşdirə bilməmişdir. Kəllə sümüyü Homo sapiensdəkindən böyük olsa da, beyin ölçüsü eyni idi. Uzun müddətdən sonra aparılan araşdırmalardan sonra fosili analiz edən 3 ayrı elmi məqalə "The Innovation" jurnalında yayımlanmış və növə Homo longi, yəni Əjdaha adamı adı verilmişdir. Bunun səbəbi fosilin kəşf edildiyi Heyluntszyan (çin. 黑龍江) bölgəsinin çin dilində "Qara əjdaha çayı" mənasına gəlməsidir.
Əjdaha dağları
Əjdaha dağları (ing. Dragon's mountain, afrik. Drakensberg, zulu uKhahlamba, soto Maluti или Maloti) — CAR, Esvatinidə, Lesotoda yerləşən dağ sistemi. Ən hündür zirvəsi 3482 m. olan Tabana Ntlenyana sayılır və Lesoto ərazisində yerləşir. Dağ əlçatmaz olduğu üçün, burı milləti ona "Əjdaha" (afrik. Drakensberge) adını vermişdi. Dağın şərq, külək tutmayan, qərb və külək döyən yamaclarının iqlimi və orada bitdiyi bitkiləri ilə biri birindən kəskin fərqlənir. Şərq yamaclarda bol yağışlar yağır (əsasən yayda, ildə 2000 m. qədər), elə buna görədə bura tropik "yağışlı" meşələrlə örtülürüb.
Əjdaha dağı
Əjdəkan(Ajdanakan) dağı — Azərbaycanın Sədərək rayonu ərazisində dağ. Sədərək kəndindən 750 m. şimalda yerləşir. Dağ konusvari formadadır, sıldırım yamaclıdır. ƏJDAHA dağı Daşburun dağının el arasında digər adıdır.
Əjdaha meyvəsi
Pitaya və ya Pitahaya — Kaktus növü olub, ekzotik meyvəsi (Əjdaha meyvəsi) var. Meyvəsi tropik superqida hesab edilir. 100 ildən çoxdur ki, bu meyvə Vyetnamda, eləcə də dünyanın bir çox bölgəsində – Kamboca, Tailand, Filippin, Malayziya, İndoneziya, Kolumbiya, Ekvador, Meksika və İsraildə yetişdirilir. Son illərdə isə Türkiyədə də yetişdirilməkdədir. Kaktus meyvəsi kimi tanınan bu meyvənin müxtəlif adları vardır. Bu meyvə türkcə “ejder meyvesi”, ingilis dilində “draqun fruit” adlandırılır. Əslində isə bu sözlər şərq ölkələrindəki mənalarından yaranmışdır. Belə ki, onu görünüşünə görə Çin dilində “od əjdahası meyvəsi” və “əjdaha ləl-cəvahiratı meyvəsi”, Vyetnam dilində “yaşıl əjdaha”, İndoneziyada isə “əjdaha meyvəsi” olaraq adlandırılır. Əsasən üç növ Əjdaha meyvəsi vardır: Qırmızı ətli qırmızı qabıqlı Ağ ətli qırmızı qabıqlı Ağ ətli sarı qabıqlı. Ədədlə satılan əjdaha meyvəsinin qiyməti ölçüsündən asılı olaraq dəyişir.
Əjdaha rəqsi
Əjdaha rəqsi— ənənəvi çin rəqsi. Bu rəqs Şir rəqsdən kimi müxtəlif bayramlarda və festivallarda kifayət qədər tez-tez istifadə olunur. Ənənəvi əjdaha Çində gücü və üstünlüyü simvollaşdırır, çinlilər özləri bəzən özünü "əjdahanın nəsili" adlandırırlar. Hesab edilir ki, əjdaha insanlara uğur gətirir. Əjdaha rəqsi — bütün dünyada Çin icmasıyla bayram edilən Çin Yeni ilinin vacib anıdır. Nəticə ondan ibarətdir ki, insanların xüsusi komandası, hansı ki, bəzən 50 insana çatır, əjdahanın şüvüllərində saxlayaraq, hərəkət edir, beləliklə əjdaha dalğavarı hərəkətləri edir. Komandanın əsas məqsədi-cansız bədənli əjdahaya həyat verməkdir. İlanabənzər bədən seksiyalara bölünür, hansılardan ki, hər birinə şüvülləri bərkidilir, qabaqdan və dalından bədənlər dekorativ baş və quyruğu birləşdirirlər. Ənənəvi əjdahalar ağacdan və bambuk halqalardan hazırlanırlar, və sonra parçalarla örtülürlər. Müasir əjdahaların istehsalı üçün daha yüngül materiallardan istifadə olunur — plastik kütlə və alüminium..
Qırmızı əjdaha
Qırmızı Əjdaha — 2002-ci ilin filmi. Qırmızı Əjdaha (ing. Red Dragon) 1981-ci ildə Tomas Harrisin romanı əsasında 2002-ci ildə çəkilmiş psixoloji triller filmidir. Filmin rejissoru Brett Ratner, ssenari müəllifi Ted Talli idi. Bu, Dino De Laurentiis Company istehsalının üçüncü filmidir, sonuncu dəfə Universal Pictures tərəfindən istehsal edilmiş və sonuncu dəfə aktyor Entoni Hopkinsin rol aldığı filmdir. Bu, Quzuların Səssizliyi (1991) və Hannibal (2001) kimi filmlər seriasının davamıdır və ardından Hannibalın Yüksəlişi (2007) filmi gəlir. FBİ-dən erkən təqaüdə çıxan Uill Qrehem (Edvard Norton) ardıcıl qətl hadisəsini açmaq üçün müdiri tərəfindən işə geri çağırılır. Uill əvvəlcə missiyanı qəbul etmək istəməsə də, qurbanların fotolarını görəndə fikrini dəyişir. Əsl adı Fransis Dollarhayd olan bu qatil qurbanlarının cəsədlərində unikal diş izi qoyur və "Red Dragon" adından istifadə edir. Qısa araşdırmadan sonra Qrehem qatilin yeni qurbanının Reba adlı gənc qadın olacağını proqnozlaşdırır və onu dayandırmaq üçün köhnə düşməni həkim Hannibal Lekterdən (Entoni Hopkins) kömək istəyir.
Qara əjdaha cəmiyyəti
Qara əjdaha cəmiyyəti (kyucitay; 黑龍會; şincitay: 黒竜会, kokuryukay) və ya Amur çayı cəmiyyəti – 1901-45-ci illərdə Yaponiyada mövcud olmuş ultramillətçi təşkilat. Cəmiyyətin əsas məqsədi Yaponiyanın Asiyadakı maraqlarını müdafiə etmək və Asiya qitəsindəki genişlənməsini yaymaq idi. Təşkilat 1901-ci ildə ultramillətçi təşkilat olan Qenyoşanın xələfi kimi Ryohey Uçida tərəfindən qurulmuşdur. Təşkilatın ilk məqsədi Rusiyanı Şərqi Asiyadan – Amur çayının cənubundan uzaqlaşdırmaq idi. Uçida və bir çox yapon millətçiyə görə Amur çayı Yaponiyanın şimal-şərqi Asiyadakı milli müdafiə parametri idi. Təşkilat "Kokuryu" (daha sonra "Ajia jiron") adlı jurnal nəşr etdirmiş, Rusiyanın Sibir və Mancuriyadakı fəaliyyətlərini izləmək üçün casuslar yetişdirmiş və sərt xarici siyasət qəbul etməsi üçün hökumətə təzyiqlər etmişdir. Panasiyaçılıq idealogiyasını mənimsəyən təşkilat 1900-cü illərin əvvəllərində Sun Yatsen və Emilio Aqinaldo kimi inqilabçıları dəstəkləmişdir. Rus-yapon müharibəsi, Koreyanın ilhaqı və Yaponiyanın Sibirə müdaxiləsi zamanı təşkilat gizli siyasi fəaliyyətlər üçün öz üzvlərini göndərmişdir. 1920-ci və 1930-cu illərdə təşkilat diqqətini daxili məsələlərə yönəltmiş, solçu və liberal fiqurlara hücum etmiş və milli rekonstruksiya tələb etmişdir. Əsasən Kyuşudan olan keçmiş samuraylardan ibarət olan təşkilatın üzvləri heç vaxt çox olmamış və dövlət tərəfindən rəsmi şəkildə tanınmamışdır.
Uğurlu əjdaha insidenti
Uğurlu əjdaha insidenti və ya Daigo Fukuryu gəmisi insidenti (第五福龍丸事件, Dayqo Fukuryu maru ciken) – 1954-cü ildə baş vermiş nüvə sınağı insidenti. Hadisə Yaponiyada ABŞ-nin nüvə sınaqlarına qarşı kəskin etirazlara səbəb olmuşdur. İnsident İkinci dünya müharibəsinin atom irsi, balıqçılıq sənayesində fasilə, okeanlarda balıqçılıq hüquqlarının dəqiqləşdirilməsi, ABŞ-nin yapon xalqının hislərinə və narahatçılıqlarına qarşı bivec olması kimi həssas məsələlərə toxunmuşdur. Hadisə gəminin 135 kilometr qərbində yerləşən Bikini adasında ABŞ tərəfindən həyata keçirilən termonüvə sınağı səbəbi ilə baş vermişdi. İnsidentdən bir il öncə ABŞ Bikini ətrafındakı təhlükə zonası barədə ümumi xəbərdarlıq yayımlasa da, müxtəlif sınaqların vaxtı və yeri haqqında məlumat paylaşmamışdı. Gəminin heyəti xəbərdarlıq haqqında məlumatlı idi və onlar güman edirdilər ki, təhlükə zonasından uzaqda əməliyyat icra edirdilər. Gəmi həqiqətən də təhlükə zonasından 32 kilometr uzaqda idi. 1 mart 1954-cü ildə, səhər saatlarında gəminin heyəti qərb tərəfdə səmada parlaq işıq müşahidə edib, 6-7 dəqiqə sonra isə partlayış səsi eşidiblər. Üç saat sonra radioaktiv kül onların gəmisinə tökülməyə başlayıb. Tezliklə gəmi heyətinin 23 üzvü ürəkbulanma, ağrı və dəri iltihabından əziyyət çəkməyə başlayıb, lakin onlar bunu partlayışla əlaqələndirmədikləri üçün hadisəni bildirməyiblər.
Əjdaha qanı ağacı
Əjdahan qanı ağacı və ya Dracaena cinnabar – Ərəb dənizində yerləşən Yəmənin bir hissəsi olan Sokotra arxipelaqına mənsub əjdaha ağacıdır. Ağacların çıxardığı qırmızı şərbətin qan kimi rənginə görə adını almışdır. Bu Əjdaha qanı ağacı aşağıdan baxanda göbələk şəklinə bənzəyir. Bu nadir ağacı görmək istəyirsinizsə, Yəmənə səyahət etməli, gəmi icarəyə götürməli və Sokotra adasını ziyarət etməli olacaqsınız. Bu ağacın şirəsi qan kimi qırmızıdır və bu ağac bütün dünyada Yəmən sahillərində yalnız bir adada rast gəlinir. D. cinnabar-in ilk təsviri 1835-ci ildə Şərqi Hindistan şirkətindən leytenant Uellstedin başçılıq etdiyi Sokotrada aparılan tədqiqat zamanı verilmişdir. O, ilk dəfə Pterocarpus draco adlandırılmışdır, lakin 1880-ci ildə Şotland botanisti İsaak Bayley Balfour növlərin rəsmi təsvirini vermişdir. və onu Dracaena cinnabar olaraq dəyişdirdi. 60–100 Dracaena növündən D. cinnabar ağac kimi böyüyən yalnız altı növdən biridir. Əjdaha qanı ağacı adətən çiçəklərini mart ayında verir, baxmayaraq ki, çiçəkləmə yeri ilə fərqlənir.
Əjdaha rəsmli xalçalar
Əjdaha təsvirli xalçalar — Qafqaz xalçaları qrupudur. Bu xalçalar qrupu erkən Qafqaz xalçaları arasında ən böyüyü və ən çox müzakirə olunanıdır. Xüsusən Azərbaycan xalçaçılıq məktəbinin ən geniş yayılmış nümunələri olan bu xalçalar qədim və zəngin tarixə malikdir. "Əjdaha təsvirli xalçalar"ın əsas sahəsi qırmızı, bəzən mavi və ya qəhvəyi rəngdədir. Kəsişmə xətləri və kənarları böyük palmetlərlə örtülmüş dişli yarpaqlarla əhatələnmişdir. Xalçaların üzərlərində öz adını aldıqları əjdahalar təsvir edilmişdir. Əjdahalar şaquli "S" şəklindədir. Sonrakı dövr xalçalara əjdaha başı ilə döyüşən şirlər, eləcə də ördək və qırqovul kimi fauna növləri daxildir. XIX əsrdə əjdahalar yox olur və ya nəbati motivlərlə əvəzlənir. Görünüşün mənasını başa düşmək olduqca çətindir, çünki orijinal model uyğunlaşma prosesində çox stilizə edilmiş və sadələşdirilmişdir.
Əjdaha təsvirli xalçalar
Əjdaha təsvirli xalçalar — Qafqaz xalçaları qrupudur. Bu xalçalar qrupu erkən Qafqaz xalçaları arasında ən böyüyü və ən çox müzakirə olunanıdır. Xüsusən Azərbaycan xalçaçılıq məktəbinin ən geniş yayılmış nümunələri olan bu xalçalar qədim və zəngin tarixə malikdir. "Əjdaha təsvirli xalçalar"ın əsas sahəsi qırmızı, bəzən mavi və ya qəhvəyi rəngdədir. Kəsişmə xətləri və kənarları böyük palmetlərlə örtülmüş dişli yarpaqlarla əhatələnmişdir. Xalçaların üzərlərində öz adını aldıqları əjdahalar təsvir edilmişdir. Əjdahalar şaquli "S" şəklindədir. Sonrakı dövr xalçalara əjdaha başı ilə döyüşən şirlər, eləcə də ördək və qırqovul kimi fauna növləri daxildir. XIX əsrdə əjdahalar yox olur və ya nəbati motivlərlə əvəzlənir. Görünüşün mənasını başa düşmək olduqca çətindir, çünki orijinal model uyğunlaşma prosesində çox stilizə edilmiş və sadələşdirilmişdir.
Bəhram Gurun əjdahanı öldürməsi
Bəhram Gurun əjdahanı öldürməsi - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Məhəmməd Zaman tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatür əlyazmasına sonradan əlavə edilmişdir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Təsvir == Əsərdə şərq miniatürlərinə xas olan kompozisiyanın ənənəvi sistemi dəyişdirilmişdir. Atlı Bəhram, ön planda qabarıq verilmiş caib əjdahaya ox atır. Arxa planda ağaclı dağlar və Avropa tipli bir ev görünür. Rəssam şərq üslubunu yalnız Bəhramın geyimində və surətində saxlamışdır. == Tədqiqi == 1675-ci ildə Bəhram Gurun əjdahanı öldürməsi mövzusunda miniatür işləmiş Məhəmməd Zaman, İtalyan rəssamlığından təsirlənmişdir. Nadir Zamanov qeyd edir ki, "İtaliyada təhsil almış bu rəssamın yaradıcılığında klassik miniatür üslubu ilə realistik Avropa boyakarlığının xüsusiyyətləri birləşir." İvanovun fikrincə isə, Məhəmməd Zaman İsfahanda hansısa italyan rəssamdan təhsil almışdır.
Lord Əjdaha (film, 1982)
Lord Əjdaha (ing. Dragon Lord, çin. 龍少爺) — 1982-ci ildə Honq Konqda Ceki Çanın rejissoruluğu ilə çəkilmişdir. Filmin ssenarisi Eduvard Tanq və Berri Vonqa aiddir. Əvvəlcə film "Gənc Ustanın" davamı olmalı idi.Filmin adı Lord Əjdaha olaraq dəyişdirilənə qədər film Gənc Usta adını daşıyırdı. = Məzmunu = Əjdaha gənc bir oğlan, tələbə, döyüş sənəti həvəskarıdır. Onsuz da dava salmaqdan çəkinmir və böyük Çin futbolu oynayır, amma öyrənməyə nifrət edir. Bəzən atası ona bir imtahan verir, Əjdahanın hər yerdə, hər yerdə, hətta ayaqqabıda gizlənmiş beşiklər olduğunu tamamilə bilmədən ona imtahan verir! Əjdahanın dostu bir Kovboydur, daha səssiz və daha gözə çarpan deyil, amma eyni böyük oyunbazdır. Onsuz da böyük olsalar da və atalar artıq onlar üçün gəlin axtarırlarsa, oğlanlar uşaq kimi davranırlar: döyüşəcəklər, sonra silahla vurub tavanı qıracaqlar, sonra məktəbdən qaçacaqlar.
Qəribə əjdaha (film, 1984)
Film kitaba məhəbbətdən, onu qoruyub saxlamağın vacibliyindən bəhs edir. Müasir, böyük şəhərin həyətlərinin birində baş verən bir hadisə dəcəl oğlana öz səhvlərini başa düşməyə, düzəltməyə, dəcəllikdən əl çəkməyə kömək edir. Müasir nağıl janrında olan film çox sadə və aydın bir yolla kitabları cırıb dəcəllik etməyin nə qədər pis, dostluğun, çətin dəqiqələrdə bir-birinə köməyə yetməyin nə qədər yaxşı olduğunu göstərir. Rejissor: Əsgər Məmmədov Ssenari müəllifi: Ruhəngiz Qasımova Quruluşçu rəssam: Reyn Raydme Operator: Antonina Korotnitskaya Bəstəkar: Azər Dadaşov Səs operatoru: Əsəd Əsədov Cizgi rəssamı: Vaqif Məmmədov, Rauf Dadaşov, Bəhmən Əliyev, Arifə Hatəmi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.
Əjdaha yumruğu (film, 1979)
Əjdaha yumruğu (ing. Dragon Fist, çin. 龙拳) — 1979-cu ildə böyük ekranlara çıxan bir döyüş sənəti filmi. Filmin rejissoru Honkonq rejissoru Lo Veidir. Filmdəki əsas rolları Honkonq aktyorları Ceki Çan, Nara Myao, Ceyms Tyan və Koreyalı aktrisa İm Eun Cu aldı. Süjetə görə bir döyüş sənəti ustası, başqa bir məktəbin ustası tərəfindən həyat yoldaşı ilə uzun müddətdir davam edən bir əlaqəyə görə öldürülür, bu səbəbdən illər sonra əsas tələbə, öldürülən kişinin dul arvadı və qızı ilə birlikdə məktəbin nüfuzunu bərpa etmək və müəllimin intiqamını almaq üçün göndərilir. Çox vaxt şəkil film tənqidçilərinin əlverişli rəylərini qazandı. Tanqşan Məktəbinin şagirdi Zon Houvan, döyüş sənətləri turnirindəki qələbəsi münasibətilə Houvan müəllimi usta Çon Samzai'yə gələn qonaqları salamlayır. Qalib lövhəsini asmağa vaxt tapmayan Samzai, gözlənilmədən qonşu məktəbin ustası Chun Kimkuan-ın qapısında görür. Qonaq, Samzai-nin turniri qazansa da, onunla döyüşmədiyini iddia edərək işarənin ona məxsus olduğunu bildirir.
Mumiya: Əjdaha imperatorunun sərdabəsi
Mumiya : Əjdaha İmperatorunun Qəbri (ing. The Mummy: Tomb of the Dragon Emperor) — 2008-ci ildə istehsal olunmuş Mumiya seriyasının üçüncü seriyasıdır. Qəddar Çin əjdaha-imperatoru Sin Şi Xuandi cadugər tərəfindən lənətlənmişdir. İmperator on min döyüşçüdən ibarət Terrakota ordusu ilə həmişəlik olarak sükuta qərq olunub. Bir dəfə macərapərəst Aleks O'Konnell qəflətən onları həmişəlik yuxudan oyadır. Nəticədə o, dirilmiş ölülərlə mübarizə aparmağı bilən yeganə şəxslər olan valideynlərinə müraciət etmək məcburiyyətində qalır. İmperator həyata qayıdır və qəhrəmanlar başa düşür ki, min illər ərzində onu gücü daha da artıb. Onun qarşısı alınmasa onda yeni dirilmiş İmperatorun Mumiyası bütün Asiyanı dünya ağalığı uğrunda mübarizəyə qaldırmağa hazırdır... Mumiya: Əjdaha imperatorunun sərdabəsi — Internet Movie Database saytında.