Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elif Elmas
Elif Elmas (mak. Елиф Елмас; 24 sentyabr 1999) — Şimali Makedoniyalı peşəkar futbolçu. İtaliyanın "Napoli" və Şimali Makedoniya milli komandasının yarımüdafiəçisi. == Karyerası == === Milli karyerası === Elmas Makedoniya milli futbol komandası ilə debütünü 11 iyun 2017-ci ildə 17 yaşı olarkən İspaniya millisinə qarşı FİFA Dünya Kubokunun təsnifat mərhələsi görüşündə etmişdir. O, ikinci hissədə Ostoya Styepanoviçi əvəz etmişdir.Elmas Makedoniya U-21 millisi ilə Polşada keçirilən 2017 UEFA U-21 Avropa Çempionatında iştirak etmişdir. O, 23 futbolçudan ibarət olan heyətdə ən gənc futbolçu idi.
Elmas Hüseynov
Elmas (Elmass) Mirmehdi oğlu Hüseynov (14 may 1937, Bakı – 6 dekabr 2013, Bakı) — Azərbaycan rəssamı, qrafika ustası, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992). == Həyatı == Elmas Hüseynov 14 may 1937-ci ildə Bakıda anadan olmuşdur. Buradakı 6 saylı orta məktəbdə təhsil almışdır. 1955-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olmuş, 1960-cı ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə o, Belarus Dövlət İncəsənət Universitetinin qrafika bölməsinə qəbul olmuşdur. Məzun olduqdan sonra Bakıya dönərək yaradıcılıq fəaliyyətinə başlamışdır.Elmas Hüseynov 1970-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü olmuş, 1988-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Qrafika şöbəsinin sədr müavini olmuşdur. 1988–1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Rəssamlıq fakültəsinin Qrafika kafedrasında dosent işləmişdir. 1993-cü ildən Azərbaycan Rəssamlar İttifaqının idarə heyətinin üzvü olmuşdur.Elmas Hüseynov 6 dekabr 2013-cü ildə vəfat etmişdir. == Yaradıcılığı == Elmas Hüseynov Kazım Kazımzadə, Qəzənfər Xalıqov, İsmayıl Axundov, Maral Rəhmanzadə kimi qrafika ustalarının yaradıcılıq ənənələrini davam etdirmiş, eyni zamanda öz orijinal əsərləri ilə seçilmişdir. O, öz "Neftçi" adlı linoqravüründə müəllif incə xətlərlə, ağ və qara rəngin bütövlüyü ilə ifadəli bir obraz yaratmışdır.
Typhlodromus elmassri
Typhlodromus elmassri (lat. Typhlodromus elmassri) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus elmassri Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Elman
Elman — kişi adı. Elman Rüstəmov — Azərbaycan Respublikası Mərkəzi Bankın və Azərbaycan Şahmat Federasiyasının sədri. Elman Hüseynov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Elman Nəsirov — Politoloq, Siyasi şərhçi Elman Qədirov — İctimai Televiziya və Radio Yayımları Şirkətində baş direktorun radio üzrə müavinidir. Jurnalist Elman İsgəndər — biologiya elmləri doktoru, professor, Elman Əliverdiyev — "Azərelektromaş" Elmi-İstehsalat Birliyinin baş direktoru, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1987). Elman Eldaroğlu — jurnalist, naşir, şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Elmar
Elmar — Azərbaycanlı kişi adı. Elmar Vəliyev — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı. Elmar Məmmədov — "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin keçmiş sədri.
Elzas
Elzas (fr. Alsace, IPA: [al.zas]) Fransanın şimal-şərqində bir region, Almaniya və İsveçrə ilə həmsərhəddir. Paytaxtı Strasburq şəhəridir.
Almas Muradova
Almas Cəlil qızı Muradova — AMEA A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın müasir tarixi" şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru. == Həyatı == Almas Cəlil qızı Muradova 1941-ci il martın 14-də Füzuli şəhərində anadan olmuşdur. O, 1950-1960-cı illərdə Füzuli şəhərinin rus orta məktəbində oxumuşdur. 1963-1968-ci illərdə Dağıstan Dövlət Universitetinin tarix fakültəsində oxumuşdur. 1968-ci ilin dekabrında Azərbaycan EA-nın Tarix İnstitutunda "Azərbaycanın sovet dövrü tarixi" şöbəsində baş laborant vəzifəsində işə başlamışdır. 1969-cu ilin noyabrında kiçik elmi işçi, 1993-cü ildə böyük elmi işçi vəzifəsinə keçirilmişdir. 2004-cü ildən aparıcı elmi işçi vəzifəsində çalışır. Almas Muradova işlədiyi müddətdə bir sıra kollektiv monoqrafiyaların çapa hazırlanmasında iştirak etmişdir. Onun iştirakı ilə nəşr olunan əsərlərdən "Zaqafqaziyada Sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizə", "Azərbaycanda kənd təsərrüfatının kollektivləşdirilməsi", "Azərbaycanda sosialist sənayeləşdirilməsi" (II hissə) sənədlər külliyyatını və s. göstərmək olar.
Almas Yıldırım
Almas İldırım (əsl adı Əbdülhəsən Almaszadə) (24 mart 1907, Qala, Bakı qəzası – 14 yanvar 1952, Elazığ) — Azərbaycanın mühacir şairi. == Həyatı == Uşaqlıqdan onu babasının adı ilə — Almas çağırırdılar. Şeirlərini Almas imzasıyla dərc etdirdiyindən bu adla da tanınmış və məşhurlaşmışdır. Almas İldırım 1907-ci il mart ayının 25-də Bakının Qala kəndində anadan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəsli sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevrilir. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilir. 1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə "Dün bu gün" adlı şeir məcmuəsini çap etdirir. 1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün olunur. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir.
Almas İldırım
Almas İldırım (əsl adı Əbdülhəsən Almaszadə) (24 mart 1907, Qala, Bakı qəzası – 14 yanvar 1952, Elazığ) — Azərbaycanın mühacir şairi. == Həyatı == Uşaqlıqdan onu babasının adı ilə — Almas çağırırdılar. Şeirlərini Almas imzasıyla dərc etdirdiyindən bu adla da tanınmış və məşhurlaşmışdır. Almas İldırım 1907-ci il mart ayının 25-də Bakının Qala kəndində anadan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəsli sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevrilir. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilir. 1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə "Dün bu gün" adlı şeir məcmuəsini çap etdirir. 1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün olunur. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir.
Elias Kanetti
Elias Kanetti (ing. Elias Canetti; 25 iyul 1905[…], Ruse – 14 avqust 1994[…], Sürix) — yəhudi əsilli Avstriya, Bolqarıstan, Böyük Britaniya yazıçısı, dramaturqu, kulturoloqu, sosial mütəffəkiri, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1981). == Həyatı == Yəhudi əsilli alman yazıçısı və dramaturq Elias Kanetti 1492-ci ildə İspaniyadan köç edən Sefard yəhudilərinin nəslindən idi. Keçmiş Osmanlı imperatorluğu ərazisində – indiki Bolqarıstanın Ruşuk şəhərində, zəngin tacir ailəsində doğulmuşdur. Maraqlıdır ki, 1952-ci ildə Böyük Britaniya vətəndaşlığını qəbul edənə qədər özünü Osmanlı təbəəsi saymışdı. Əsərlərini alman dilində yazmışdır. Əslində ailələrinin məişət dili ladino sayılırdı. Bu ispan dilinin Sefard yəhudiləri arasında təhrifə uğramış dialektlərindən biri idi. Lakin Elias Kanettinin ata-anası Vyanada təhsil aldıqlarından yalnız alman dilində danışırdılar və uşaqlarına da ana dili kimi, ilk növbədə almancanı öyrətmişdilər. Doğrudur, Elias Kanetti təhsil həyatına Britaniya məktəbində başlamışdı.
Elias Kozas
Elias Kozas (Ηλίας Κόζας) - Yunanıstan müğənnisi.
Elias Mastokanqas
Elias Mastokanqas (1 fevral 2001-ci ildə Finlandiyada anadan olub) — Finlandiya Veikkausliiqa təmsilçilərindən olan İnter Turku klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Finlandiyalı futbolçudur. == Klub karyerası == === İnter Turku === Kantola İnter Turku akademiyası vasitəsilə inkişaf etmişdir. Mastokanqas öz peşəkar karyerasında debütünü 19 avqust 2017-ci ildə Kemi klubuna qarşı oyunda etmişdir. O, 84-cü dəqiqədə Makumba Kancini ilə əvəz olunmuşdur. Həmin görüşdə İnter Turku kubok görüşündə rəqibinə 5-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 9 yanvar 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Finlandiya Superkuboku görüşləri daxildir.
Elman Abbasov
Elman Abbasov (tam adı: Abbasov Elman Abbas oğlu; 25 iyul 1953, Naxçıvan – 2 mart 2016) — Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı. == Həyatı == Elman Abbasov 25 iyul 1953-cü ildə Naxçıvanda anadan olmuşdur. 2 mart 2016-cı ildə vəfat etmişdir. == Siyasi-ictimai fəaliyyəti == Elman Abbasov Naxçıvan Mülki Müdafiə Qərərgahının rəisi, Babək rayonu XDS İcrayə Komitəsinin şöbə müdiri, Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünü qorumaq, sərhədlərinin toxunulmazlığını təmin etmək məqsədilə yaradılan Xalq ordusunun komandiri olaraq fəaliyyət göstərmişdir. O, həmçinin, 705 saylı hərbi hissənin ilk komandiri və Naxçıvan Ali Məclisi Rəyasət Heyətinin müdafiə məsələləri şöbəsinin müdiri olaraq da çalışmışdır. Elman Abbasov 28 aprel 1994-cü il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.. === Qərarların nüsxələri === == Mükafatları == 7 sentyabr 1991-ci ildə yaradılan Naxçıvan Dövlət Milli Müdafiə Komitəsinin ilk və yeganə sədri seçilmişdir.
Elman Abdullayev
Elman Telman oğlu Abdullayev (1976, Kirovabad) – Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri (2014–2020). == Həyatı == 1976-cı ildə Gəncədə anadan olub. Gəncə şəhər 14 saylı orta məktəbi bitirib, ali təhsilini Misirin Qahirə Universitetində alıb. Magistr dərəcəsinə ABŞ-nin Kaliforniya Dövlət Universitetində yiyələnib.1999-cu ildən Azərbaycan XİN-də işləyir. Yaxın Şərq idarəsində, Azərbaycanın Avropa İttifaqındakı nümayəndəliyində xidmət edib, Los-Ancelesdəki Baş konsulluğunda konsul vəzifəsində çalışıb.18 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 16 dekabr 2020-ci ildə vəzifəsindən geri çağırılıb.Azərbaycan və rus dillərindən başqa, ərəb, fars, ingilis və fransız dillərini bilir.İki övladı var.
Elman Araslı
Elman Araslı (2 avqust 1933, Bakı – 22 avqust 2014) — Şərqşünas alim, filologiya elmləri doktoru, professor, diplomat, Azərbaycanın Səudiyyə Ərəbistanı və İordaniyadakı keçmiş səfiri, İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) nümayəndəsi. == Həyatı == Elman Araslı Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirmişdir. 1961-ci ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edir. Misirdə SSRİ Ticarət nümayəndəliyində işləyir, SSRİ-nin Bağdaddakı Mədəniyyət Mərkəzinin Baş direktoru olur, burada səfirliyin birinci katibi kimi ilk dəfə olaraq diplomatik fəaliyyətə başlayır, diplomatik nomenklaturaya daxil olur. 65 ölkədə nümayəndəliyi, filialları olan Sovet Dostluq Cəmiyyəti adlandırılan (SSOD) nüfuzlu qurumda beş il Yaxın və Orta Şərq ölkələri şöbəsinə rəhbərlik edir, “RSFSR-in əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülür. 1980-1984-cü illərdə SSRİ-nin İordaniya, Yəmən səfirliyində çalışır, həm də Sovet Mədəniyyət Mərkəzinin baş direktoru vəzifəsini daşıyır. Elman Araslı Azərbaycanın Səudiyyə Ərəbistanı və İordaniyada səfiri kimi xidmət edib, İslam Əməkdaşlıq Təşkilatında daimi nümayəndə olub. 22 avqust 2014-cü ildə vəfat etmiş, 23 avqustda dəfn olunmuşdur. == Ailəsi == Elman Araslı filologiya elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki, ədəbiyyatçı, tənqidçi Həmid Araslının oğludur.
Elman Babaxanov
Elman Ağamirzə oğlu Babaxanov (17 dekabr 1993, Bakı – 9 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitan, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elman Babaxanov 1993-cü il dekabrın 17-də Bakı şəhərində anadan olub. 2009-2012-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2012-2016-cı illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alaraq "leytenant" hərbi rütbəsi aldı və 2016-cı ildən hərbi xidmətə başladı. Ailəli idi. Asena adında bir qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Elman Babaxanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elman Babaxanov noyabrın 9-da Hadrutun azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elman Babaxanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elman Babaxanov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elman Babaxanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elman Babayev
Elman Babayev (jurnalist) — Azərbaycan Respublikasının əməkdar jurnalisti. Elman Babayev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2-ci Qarabağ müharibəsinin şəhidi.
Elman Bədəlov
Elman Kərim oğlu Bədəlov (4 iyun 1929, Ağdam – 25 iyun 1991, Bakı) — kamançaçalan, Azərbaycan SSR əməkdar artisti (1982). == Həyatı == Elman Bədəlov 4 iyun 1929-cu ildə Ağdam rayonunda anadan olmuşdur. Gənc yaşlarından musiqi ilə məşğul olmuş, tar və kamaça alətlərində məharətlə çalmışdır. Ağdam Dövlət Dram Teatrının tamaşalarında , kosertlərlə çıxış etmiş, Azərbaycan gənclırinin II festivalının laureatı olmuşdur (1957). Bununla yanaşı , Ağdam Pedoqoji Məktəbində fizika-riyaziyyat sahəsində təhsil almış və müəllim kimi çalışmışdır (1947-1951) Peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində (1957-1961) və Azərbaycan Dövlət Konservatoriyasında (1975-1980) almışdır. 1958-ci ildən ömrünün sonuna kimi AzTRV QSC S.Rüstəmov adına xalq çalğı ansambl orkestrinin solisti və kamaça qrupunun konsertmeysteri olmuşdur. Elman Bədəlov solo ifaçı və muğam üçlüyünün tərkibində konsertlərdə çıxış etmiş, bir çox ölkələrdə (Türkiyə, Yaponiya, Danimarka, İsveç, Norveç və başqa ölkələrdə qastrol səfərlərində, beynəlxalq musiqi festivallarında çıxış etmişdir. Kamançada çaldığı "Bayatı-Şiraz" "Dilkəş", "Şüştər" və s. muğamları, bəstəkarların əsərlərini məharətlə ifa edirdi. Elman Bədəlov 25 iyun 1991-ci ildə vəfat etmişdir.
Elman Cavadov
Cavadov Elman Xurşud oğlu — Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1973-cü il Sumqayıt şəhərində dünyaya gəlib. == Təltifləri == Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 1992-ci il tarixli müvafiq Fərmanı ilə Elman Cavadov Respublikamızın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə “Azərbaycan Respublikasının Fəxri fərmanı” ilə (ölümündən sonra) təltif edilmişdir.
Elman Cəfərli
Elman Cəfərli (tam adı: Cəfərli Elman Niyazil oğlu; 16 iyul 1975, Quzanlı, Ağdam rayonu) — azərbaycanlı jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Elman Cəfərli 16 iyul 1975-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub. 1982-1992-ci illərdə orta təhsil, 1992-1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsil alıb. 1997-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1998-2002-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə və Azərbaycan Müəllimlər İnstitutunda müəllim işləyib. == Mətbuatda fəaliyyəti == 1999-cu ildən Azərbaycan mətbuatında yazılarla çıxış edir. 2000-ci ildə "Haqq yolu" qəzetində müxbir işləyib. 2001-2015-ci illərdə "Olaylar" qəzetində müxbir, həmçinin 2007-ci ildən həmin qəzetdə redaktor vəzifəsində çalışıb. 2015-2021-ci illərdə "Cümhuriyət" qəzetinin redaktoru olub. Yazıları "Olaylar", "Cümhuriyət", "Türküstan" qəzetlərində, www.karabakhinfo.com beynəlxalq elektron jurnalında, modern.az, cebhe.info saytlarında yayımlanıb.
Elman Eldaroğlu
Elman Eldaroğlu (tam adı: Elman Eldar oğlu Mustafayev) — jurnalist, naşir, şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Elman Eldar oğlu Mustafayev 3 yanvar 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. 1973-1976-cı illərdə Sumqayıt şəhərində fəaliyyət göstərən 9 saylı orta məktəbdə ibtidai təhsilini alıb. 1976-1981-ci illərdə 17 saylı orta məktəbdə oxuyub. 8 illik təhsilni həmin məktəbdə başa vurduqdan sonra 1981-1985-ci illərdə Sumqayıt Politexnik Texnikumunda təhsilini davam etdirib, eyni zamanda "Sosialist Sumqayıtı" qəzetində fəaliyyət göstərmiş iki illik jurnalistika kursunda bu peşənin sirlərinə yiyələnərək, həmin qəzetin ştatdankənar müxbiri işləyib. 1985-1987-ci illərdə Sovet qoşunlarında, 1995-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1987-ci ildə istehsalatdan ayrılmadan Ç. İldırım adına Azərbaycan Politexnik İnistitutuna qəbul olunub. Yardımlı Xeyriyyə Cəmiyyəti ictimai birliyinin sədri, "Yardımlının səsi" müstəqil qəzetinin təsisçisi və baş redaktorudur. "Alın yazısı", "Bir yarpaq ömrü" şeir, "Bir elin övladları", "Ömrün Yardımlı döngəsi" publisistik kitabların və 20-dən çox maarifləndirici kitabçanın müəllifidir. Azərbaycan Jurnalistlər Birliyinin, eləcə də Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür.
Elman Elsevər
Elman Elsevər (Elman İsaq oğlu Mirzəyev; 3 oktyabr 1948, Laçın) — SSRİ Jurnalistlər İttifaqının üzvü (1980). == Həyatı == Elman Mirzəyev 1948-ci il oktyabrın 3-də Laçın şəhərində ziyalı ailəsində anadan olub. İlk şeiri 1965-ci ilin noyabr ayında Kənd həyatı qəzetində çap olunub. 1966-cı ildə Laçın şəhər 1 saylı orta məktəbini bitirmiş, Laçın internat məktəbində kitabxanaçı işləmişdir. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə daxil olmuşdur.Tələbəlik illərində, eləcə də universiteti bitirdikdən sonra "Kommunist", “Sovet kəndi”, "Bakı", “Azərbaycan gəncləri”, "Bakinskiy raboçi", Kənd həyatı, "Vışka", ”Molodyoj Azerbaydjana” qəzetlərində və "Kirpi", "Azərbaycan", "Ulduz" jurnallarında işıq üzü görən bədii, publisistik yazıları həmişə bənzərsizliyi ilə diqqət çəkib. Oçerk və hekayələri dəfələrlə Azərbaycan Dövlət Radiosunda keçirilən müsabiqələrdə qalib gəlib.. 1980-ci ildə SSRİ Jurnalistlər İttifaqına qəbul edilib və həmin ildən 1991-ci ilədək Azərbaycan Jurnalistlər İttifaqının Laçın rayon təşkilatının katibi olub. İki dəfə Azərbaycan Jurnalistlərinin qurultayında rəyasət heyətinə üzv seçilib.Bir müddət Maarif nazirliyinin nəşriyyatında korrektor, Laçın Rayon Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri işləmişdir. Hərbi xidmətdən sonra Şuşa şəhərindəki Şuşa qəzetində kənd təsərrüfatı şöbəsinin 3 il müdiri olmuşdur. Elman müəllim sonrakı illərdə Azərbaycan Dövlət Teleradio şirkətində jurnalist və ssenarist kimi fəaliyyət göstərmişdir.
Elman FK
"Elman" (ing. Elman FC) — Somalinin paytaxtı olan Moqadişo şəhərini təmsil edən peşəkar futbol klubu. Somali Birinci Divizionunda çıxış edir. Ev oyunlarını əsasən tutumu 35,000 nəfər olan Moqadişo Stadionunda keçirir. == Tarixi == Klub 1993-cü ildə somalili sahibkar və ictimai fəal Elman Əli Əhməd tərəfindən yaradılmışdır.
Elman Hasanov
Elman Mehman oğlu Həsənov (28 fevral 1993, Qızılhacılı, Goranboy rayonu – 27 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elman Həsənov 28 fevral 1993-cü ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elman Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Həmin döyüşlər gedişatında 27 sentyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qarşı tərəfin atdığı artilleriya mərmisi nəticəsində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elman Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elman Həsənov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elman Həsənov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elman Hüseynov
Elman Süleyman oğlu Hüseynov (28 fevral 1952, Azad Qaraqoyunlu, Mirbəşir rayonu – 14 yanvar 1993, Vəngli, Kəlbəcər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azad Qaraqoyunlu (İlxıçılar) kəndində doğulmuşdur. 1958–1968-ci illərdə Azad Qaraqoyunlu kənd orta məktəbində orta təhsil almışdır. 1968-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitunun hidro-meliorasiya fakültəsinə qəbul olmuş, 1973-cü ildə mühəndis ixtisası alaraq təhsilini başa vurmuşdur. 1973–1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant rütbəsində zabit kimi xidmət etmişdir.1980–1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil almışdır. 1982–1985-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985–1988-ci illərdə Tərtər rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1988–1990-cı illərdə Tərtərçay hidroqovşağı İstismar İdarəsinin rəisi, sonra isə rayon Partiya Komitəsində təlimatçı vəzifələrində çalışmışdır. Dəfələrlə rayon sovetinə deputat seçilmişdir. Nazirlər Kabineti nəzdində Xalq Təsərüffatını İdarəetmə İnstitunu fərqlənmə diplomu ilə bitirmişdir. Evli idi. Üç övladı yadigar qalıb.
Elman Həbib
Hacıyev Elman Həbib oğlu (4 may 1949, Tivi, Ordubad rayonu – 18 sentyabr 2009, Naxçıvan) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1989), Jurnalistlər Birliyinin üzvü (1979), Naxçıvan MR-in Əməkdar incəsənət xadimi (1989), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1999). == Həyatı == Elman Həbib 4 may 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Tivi kəndində anadan olmuşdur. 1970-ci ildə indiki Azərbaycan Pedaqoji Universitetini, 1979-cu ildə isə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ci ildə Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor kimi işə başlamış, burada müxtəlif vəzifələrdə çalışmışdır. 1991-ci ildən 2001-ci ilədək Naxçıvan MR Dövlət Teleradio Verilişləri Komitəsinin sədri olmuşdur. 2001-ci ildən Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsinə seçilmişdir. 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, 1999-cu ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüş, 2005-ci ildə "Tərəqqi" medalı, 2008-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Birinci çağırış Naxçıvan MR Ali Məclisinin deputatı seçilmişdir. Ailəlidir, 3 övladı var. Elman Həbib 18 sentyabr 2009-cu ildə Naxçıvan şəhərində vəfat etmişdir.
Səlmas
Salmas (fars. سلماس‎, az.-əbcəd سلماس، دیلمقان‎), Səlmas[mənbə göstərin] və ya digər tarixi adı Dilməqan — İranda şəhər və Qərbi Azərbaycan ostanında yerləşən Salmas şəhristanının Mərkəzi. == Etimologiyası == E'timad-ü səltənə bu şəhərin adının Assuriya hökümdarı Salmanasardan iqtibas olduğunu iləri sürmüşdür.Övliya Çələbi Salmas haqqında yazır: Tohid Məlikzadə Salmas adının iki bəxşdən təşkil tapdığını irəli sürür, bunlar Salma və as sözləridir. Salma salmaq feilindən törəmişdir, As isə Kültigin kitabələrində adı qeyd olunan As ve ya Az mədəniyyətindən alınmışdır. As/Az sözü məntəqədəki adlarda dəfələrcə qeyd ounub; Azərbaycan (Az+ərbaycan), Sivas (Siva+as), Astara (As+tara), Minas (Min+as) və s.Nəticədə Salmas sözünün mənası; "As elinin yurdu" şəklində özünü əks edir. == Tarixi == === Qədim dövr === 9 min illik Kültəpə (Əhrivan təpəsi)Yaxın şərqin ən qədimi yaşayış məskənlərindən biri olan Əhrivan təpə, Salmas şəhərinin şimal Qərb bölgəsində yer almışdır. Kültəpənin qazıntılarında tapılmış arxeoloji materiallar, salmasın qədim yaşayış mərkəzi olduğunu sübut edir. Bu təpənin böyük bir ərazidə yer aldığı, o çağlarda şəhər əhalisinin çox olduğundan xəbər verir.Aratta Dövləti Aratta Şəhər-Dövlətinin dəqiq sərhədləri bəlli olmasa da, bəzi tədqiqatçıların dediyinə görə Urmu gölü ətrafında yerləşirdi. Bu barədə Şumer lövlərində belə yazılır; "Aratta dağ ucalığında inşa edilmişdir. Yeraltı sular Arattanın suya olan tələbatını təmin edir.
Elmar Qasımov (Eldar oğlu)
Elmar Eldar oğlu Qasımov (8 sentyabr 1973) — Bakı Ali Neft Məktəbinin rektoru (2012-ci ildən). == Həyatı == Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. 1990-cu ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Coğrafiya elmləri namizədidir. 1995–1999-ci illərdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olaraq fəaliyyət göstərib. 1999–2016-ci illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. === Ailəsi === Ailəlidir, iki övladı var. == İctimai-siyasi fəaliyyəti == 1999-cu ildə, 26 yaşında təhsil nazirinin müavini təyin edilmişdir. 1999-2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. 2011–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində çalışıb.
Almaş (Şaran)
Almaş (başq. Алмаш), rus. Алмаш) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Bazqıya kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 21 km, kənd sovetliyindən (Bazqıya): 4 km. ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 20 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (74 %) üstünlük təşkil edir.
Camalabad (Səlmas)
Camalabad (fars. جمال اباد‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 292 nəfər. yaşayır (50 ailə).
Dərab (Səlmas)
Dərab (fars. ‎‎داراب‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 243 nəfər. yaşayır (39 ailə).