Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Süleyman Elmurzayev
Süleyman Elmurzayev və ya Əmir Xeyrullah (8 aprel 1974, Novolak rayonu, Dağıstan MSSR – 4 aprel 2007, Vedeno rayonu, Çeçenistan) — çeçen separatçılarının liderlərindən biri, səhra komandiri, Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin briqada generalı (24.09.2006). İçkeriya Baş nazirinin müavini (07.03.2007 -ci ildən), ÇİR Silahlı Qüvvələrinin Şərq Cəbhəsi komandanı (24.09.2006-cı ildən), 2006-cı ilin iyulunda vəfat edən Şamil Basayevin yaxın çevrəsinin üzvü. 1999-cu ildə yaraqlıların Dağıstana hücumunda iştirak etdiyinə görə federal axtarışa verilmişdir. Ölüm ana qədər İnterpol vasitəsilə beynəlxalq axtarışa olmuşdur. == Bioqrafiyası == 1999-cu ildə yaraqlılara qoşulmuşdur. Şamil Basayevin şəxsi mühafizə xidmətinin üzvü olur. Vedeno rayonu camaatının əmiri olaraq təyin edilir və eyni zamanda Əbu əl-Vəlid onu öz nümayəndəsi təyin edir. 2000-ci illərdə separatçıların Şərq Cəbhəsinin Vedeno sektorunun komendantı olur. 9 may 2004-cü ildə Çeçenistan Respublikasının Prezidenti Əhməd Kadırovun öldürülməsinin əsas təşkilatçılarından biri hesab olunur. Atasının ölümündən sonra Ramzan Kadırov Xayrullanı Basayevlə bərabər şəxsi düşməni adlandırir.
Elmar
Elmar — Azərbaycanlı kişi adı. Elmar Vəliyev — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı.
Elmir
Elmir — ad.
Elnur
Elnur — Azərbaycanlı kişi adı. Elnur Mehdiyev — aktyor. Elnur Nuriyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Elnur Məmmədli — Azərbaycanlı cüdoçu. Elnur Məmmədov Elnur Məmmədov (aktyor) — aktyor. Elnur Məmmədov (müğənni) — müğənni. Elnur Qədirli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin Elnur Əhmədov — azərbaycanlı musiqiçi, kamança ifaçısı, Elnur Aslanov — siyasi elmlər üzrə fəlsəfə doktoru. Elnur Bayram — Azərbaycanlı şair, jurnalist. Elnur Hidayətoğlu — televiziya müxbiri. Elnur Həsənov — Azərbaycan Respublikasının Elm üzrə "Prezident mükafatçısı".
Eymur
Eymur — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ağdaş rayonunun eyniadlı inzibati ərazi vahidində yerləşir. Kür çayının sahilində, Şirvan üzündədir. Oykonim türkdilli eymur tayfasının adı ilə bağlıdır. Etnotoponimdir. Eymurlar və ya emirlər/imirlər XII əsrdə səlcuq yürüşlərində fəal iştirak etmiş, Səfəvilər dövlətinin ictimai və siyasi həyatında müəyyən rol oynamışlar. Gədəbəy rayonunda yaşayan eymurların (emirlərin) adı ilə bağlı Emir çayı, Emir kəndi, Emir Bozdağı və s. coğrafi adlara rast gəlmək mümkündür. Vaxtı ilə Teymurləng (Topal Teymur) tayfaları ilə Ağdaş rayonu ərazisində Kür çayının qırağında düşərgə salıb. Ərəbşəkilər, Eymurilər, Ağcaqovaq və s.
Dadıyev Elnur
Dadıyev Elnur Cəlal oğlu (6 mart 1998, Buruq, Lerik rayonu – 28 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Dadıyev Elnur Cəlal oğlu 6 mart, 1998 ci ildə Lerik rayonunun Buruq kəndində anadan olub. 2005-2011 ci illərdə 94 nömrəli , 2011 -2013 cü illərdə isə Sabunçu rayonu, Balaxanı qəsəbəsinin 69saylı məktəbdə oxuyub. Məktəbi bitirən kimi 14 saylı Bakı Peşə Liseyinə daxil olub, 2016 cı ildə oranı bitirib. == Hərbi xidmətləri == 2016-cı il avqustun 14-də həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə qranatamyod atıcısı vəzifəsini daşıyıb. 2018 ci ildə hərbi xidmətini başa vurub. === İkinci Qarabağ müharibəsində iştirakı === Elnur Dadıyev İkinci Qarabağ müharibəsi başlayan kimi könüllü ordu sıralarına yazılmışdır. 21 sentyabr 2020-ci il tarixində müharibəyə qoşulmuşdur və Azərbaycanın illər boyu düşmən əlində olan torpaqlarını azad etmək uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elnur Dadıyev 28 oktyabır 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Elmar Abdullayev
Abdullayev Elmar Şahmar oğlu — Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş mühəndisi, texnika elmləri doktoru. == Həyatı == Elmar Abdullayev 26 yanvar 1947-ci ildə Goranboy rayonunun Şəfəq kəndində anadan olub. 1953-cü ildə R.Qulubəyov adına Şəfəq kənd orta məktəbinə daxil olub. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirib. 1970-ci ildə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasına daxil olmuşdur və bu günə kimi əmək fəaliyyətini bu institutda davam etdirir. 1977-ci ildə namizədlik, 2003-cü ildə isə doktorluq dissertasiyası müdafiə edərək neft-kimya ixtisası üzrə texnika elmləri doktoru adına layiq görülmüşdür. Dissertasiya işi Ali Attestasiya Komisiyası tərəfindən kimya sahəsində 2003-cü ilin ən yaxşı işi kimi qəbul olunmuşdur. 1978-ildə SSRİ XTNS-nin bürünc medalını qazanmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 1973-1978 illərdə kiçik elmi işçi, 1978-1994-cü illərdə baş elmi işçi, 1994-2004-cü illərdə aparıcı elmi işçi, 2004-2012-ci illərdə laboratoriya rəhbəri, 2012-2014-cü illərdə baş texnoloq, və hal-hazırda institutun baş mühəndisi vəzifəsindədir. Kimya və texnika üzrə 4 fəlsəfə doktoru hazırlamışdır.
Elmar Babanlı
Elmar Baxşiyev
Elmar Baxşiyev (3 avqust 1980-ci ildə Qusarda anadan olub) — Azərbaycanlı keçmiş peşəkar yarımmüdafiəçi. O, Azərbaycan milli futbol komandası ilə 30 oyunda iştirak etmişdir. == Karyerası == 19 yanvar 2012-ci ildə Baxşiyev Qəbələ klubu ilə bir illik müqavilə imzalamışdır. 25 mart 2014-cü ildə Baxşiyev 2013-14 mövsümünün sonunda karyerasına bitirəcəyini açıqlamışdır. == Karyera statistikası == === Klub === 19 May 2012 tarixində yenilənib === Milli komanda === 9 İyun 2009-cu il məlumatlarına əsasən.
Elmar Bayramlı
Elmar İsa oğlu Bayramlı (2 sentyabr 1998; Qazax rayonu, Azərbaycan — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmar Bayramlı 1998-ci il sentyabrın 2-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Elmar Bayramlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmar Bayramlı sentyabrın 29-da Madagizin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Bayramlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 26.11.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Bayramlı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Bayramlı ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Elmar Bayramov
Elmar Bayramov (28 dekabr 1986, Lənkəran) — Azərbaycan kinorejissoru == Həyatı == Elmar Bayramov 28 dekabr 1986-cı ildə Lənkəran şəhərində Bayramovlar ailəsində doğulmuşdur. 1993–2004-cu illərdə orta təhsilini Lənkaranda 4 saylı Humanitar Təmayüllü Məktəb Liseydə almışdır. 2005–2010-cu illərdə Bakı Dövlət Universitetinin Biblioqrafia ve informasiya fakültəsində ali təhsil almışdır. 2004-cu ildən 2007-ci ilə qədər "Kontakt Kopoeyra İdman Klubu"nda, 2007-ci ildən 2016-cı ilə qədər "Azərbaycan Kapoeira Federasıyası"nda müəllim vəzifəsindən, federasiya prezidenti vəzifəsinə qədər yüksəlmişdir. 2016-cı ildən reklam və film lahiyələrinin sayı çoxaldığına görə Azərbaycan Kapoeira Federasiyasından və World Capoeira Federation dan ayrılmalı olur. 2013–2015-cı illərdə Sport Service Company və Beynəlxalq idman yarışları, seminarların əsas təşkilatçılarından biri və baş Rəqəmsal Dizayneri vəzifəsində çalışıb. 2011-ci ildən sosial mövzularda ssenariler yazmağa başlayıb. İlk sosial video çarxı 2013-cü ildə "Ekoloji missiya" layihəsi idi. 2013-cu ildə "Eşq Səfəri" sənədli filmini İraqda çəkib və 2014-cu ildə Bakı, İstanbul, Moskva və London səhərlərində təqdimatları olmuşdur. 2016-cı ildə "Eşq səfəri" sənədli filmi Tehranda 3-cu International Arbaeen Award Beynelxalq Film Festivalının qalibi olmuşdur.
Elmar Cəfərov
Cəfərov Elmar İlham oğlu (2 may 1995, Novoivanovka, Gədəbəy rayonu – 6 noyabr 2020, Şuşa) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 2 may 1995 ci ildə Gədəbəy Rayonunun Nova İvanovka kəndində anadan olmuşdur. Nişanlı idi. == Hərbi xidməti == Azərbaycan Xüsusi Təyinat Qüvvələrindən olan Cəfərov Elmar İlham oğlu 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə iştirak etmişdir. Elmar 2- ci Qarabağ müharibəsindən əvvəl Aprel döyüşlərində də igidcəsinə iştirak etmiş və ayağında qəlpə qalmışdı. Cəfərov Elmar İlham oğlu İkinci Qarabağ müharibəsində çox güclü döyüşçü kimi tanınmış və tək məqsədi düşmənləri qovmaq yox, öldürüb torpaqlarımızdan onları birdəfəlik yox etmək olmuşdur. O, həm snayperçi, həm də topçu idi. Xəyalı polis olmaq olan İgidimiz, xəyalının gerçəkləşdiyi ərəfədə Vətənin ona ehtiyacı olduğunu bilmiş və öz borcunu ödəmək üçün Qarabağa yollanmışdı. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qolundan yaralanmış, çox qan itirməyinə rəğmən döyüşə davam etmiş və son olaraq isə çənəsinə dəyən qəlpə ilə Şəhid olmuşdur. Şəhidimizin anasının qarşısında baş əyir və bütün Şəhidlərimizin Ruhunun şad olmasını diləyirik.
Elmar Daşdəmirov
Elmar Seymur oğlu Daşdəmirov (23 noyabr 2001; Qarabağlı, Salyan, Azərbaycan — 18 oktyabr 2020; Tap Qaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmar Daşdəmirov 2001-ci ilin noyabr ayında Salyan rayonunda doğulub. == Hərbi xidmətləri == Elmar Daşdəmirov 2020-ci il yanvarın 7-də həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elmar Daşdəmirov Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlərində savaşıb. 18 oktyabr 2020-ci ildə Tap Qaraqoyunlu istiqamətində gedən döyüşlərdə şəhid olub. Salyanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Daşdəmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmar Daşdəmirov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmar Daşdəmirov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Elmar Hüseynov
Elmar Hüseynov (tam adı: Elmar Sabir oğlu Hüseynov; 17 iyul 1967, Bakı, Azərbaycan SSR, SSRİ — 2 mart 2005, Bakı, Azərbaycan) — azərbaycanlı müstəqil jurnalist, "Qızıl qələm" və Həsən bəy Zərdabi mükafatı laureatı, "Monitor" jurnalının yaradıcısı və baş redaktoru. Hüseynov kəskin araşdırmaları ilə tanınan və hakimiyyəti sərt tənqid edən jurnalist idi. 2005-ci ilin martında Elmar Hüseynov sifarişli hesab olunacaq qədər planlı olan bir sui-qəsd nəticəsində qətlə yetirilib. Çoxsaylı ölüm təhdidləri alan 37 yaşlı jurnalist sonda Bakıda yaşadığı binanın pilləkənlərində odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hüseynovun ölümü geniş beynəlxalq rezonans doğurub. Onun qətlindən sonra Azərbaycanda ifadə azadlığının durumu sürətlə pisləşməyə başlamışdır. Qətldən on doqquz ildən də çox vaxt keçməsinə baxmayaraq, hökumət bu qətli adekvat şəkildə araşdırmayıb və qətlə görə heç kim məsuliyyətə cəlb olunmayıb. Elmar Hüseynov ailəli idi. Ölümündən sonra həyat yoldaşı və Aslan adlı bir oğlu qalıb. Atası qətlə yetiriləndə Aslan 1 yaş, 4 aylıq idi.
Elmar Həsənov
Elmar Mamedov
Elmar Elçin oğlu Mamedov (7 iyul 2001; Mahamalar, Balakən rayonu — 6 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmar Mamedov 2001-ci il iyulun 7-də Balakən rayonunun Mahamalar kəndində anadan olub. 2008-2019-cu illərdə R.Baxışov adına 218 saylı Binə qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elmar Mamedov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmar Mamedov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elmar Mamedov oktyabrın 6-da Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Mamedov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elmar Mirzəyev
Elmar Mirzəyev (1 may 1995, Ağalıkənd, Biləsuvar rayonu – 13 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmar Mirzəyev 1995-ci il mayın 1-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. 2012–2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alaraq "leytenant" hərbi rütbəsi aldı və 2016-cı ildən hərbi xidmətə başladı. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Elmar Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmar Mirzəyev oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub. 16 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Mirzəyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Mirzəyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elmar Möhsümov
Elmar Rövşən oğlu Möhsümov (3 dekabr 1997, Kəngərli rayonu, Naxçıvan Muxtar Respublikası – 29 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmar Möhsümov 1997-ci il dekabrın 3-də Kəngərli rayonunun Xok kəndində anadan olub. 2015–2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Elmar Möhsümov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Elmar Möhsümov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmar Möhsümov sentyabrın 29-da Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Möhsümov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Möhsümov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. == Təltifləri == (26. iyun 2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (15.
Elmar Məhərrəmov
Elmar Məhərrəmov (şahmatçı) — azərbaycanlı şahmatçı, qrosmeyster (1992). Müstəqil Azərbaycan Respublikasının ilk kişi qrosmeysteri. Elmar Məhərrəmov (tarixçi) — tarix üzrə fəlsəfə doktoru.
Elmar Şirinov
Elmar Cəbrayıl oğlu Şirinov (9 mart 2002; Xatınlı, Tovuz rayonu — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmar Şirinov 2002-ci il martın 9-da Tovuz rayonunun Xatınlı kəndində anadan olub. 2008-2016-cı illərdə N.Tusi adına Tovuz rayon tam orta məktəbində, 2016-2017-ci illərdə M.Ələkbərov adına Tovuz rayon tam orta məktəbində təhsil alıb. Tovuz Peşə Liseyini bitirmişdi. Subay idi. == Hərbi xidməti == Elmar Şirinov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmar Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elmar Şirinov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Qaraxanlı kəndində dəfn olunub.
Elmar Şərifov
Elmar Əhmədov
Elmar Elşən oğlu Əhmədov (28 iyun 2000, Yuxarı Öysüzlü, Tovuz rayonu – 14 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Elmar Əhmədov 2000-ci il iyunun 28-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 2006-2017-ci illərdə M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb. Subay idi. = Hərbi xidməti = Elmar Əhmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində kəşfiyyatçı kimi xidmət edirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmar Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elmar Əhmədov oktyabrın 14-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Nəşi uzun müddət götürülə bilməyib. Noyabrın 19-da Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb.
Elmer Fadd
Elmer Fadd/Ağıllı (ing.Elmer Fudd/Egghead)- Looney Tunes franşizasının uydurulmuş multiplikasiya qəhrəmanı, Baqz Banninin qəddar düşməni. Süjetə əsasən, onun məqsədi Baqz Bannini ovlamaqdır, lakin hər dəfə bu ovçunun ya da ikinci dərəcəli qəhrəmanlardan birinin ağır yaralanması ilə bitir. Elmerin fərqləndirici cizgiləri kimi onun spesifik və asan başa düşülən danışıq tərzidir. O, “R” və “L” hərflərini “W” hərfi kimi tələffüz edir. Belə ki, “Watch the road rabbit!” ifadəsi “Watch the woad wabbit!” ifadəsinə çevrilirdi. Elmerin əsas işlətdiyi ifadə “Be vewy vewy quiet, I’m hunting wabbits”di və bu ifadə əsasən “huh-uh-uh-uh-uh-uh” gülüşü ilə bitir. Elmer Faddın iştirakı ilə ən populyar cizgi filmləri- Çak Consun şedevri “Bu nə operadır,əzizim?” (nadir hallardan biridir ki, bu cizgi filmində Elmer Baqz Banniyə qalib gəlir) , Sevilya dovşanı və “Ov haqda trilogiya”dır. == Yaranması == Ağıllı – "Şən Melodiyalar "(“Merrie Melodies”) seriyasından Leon Şklensinqer tərəfindən yaradılmış ilk daimi personajdı. 1937-ci ildə Teks Everi yeni personajı ilk dəfə qısa cizgi filmləri seriyası olan “Ağıllı yenidən qayıdır” da nümayiş etdirmişdir. Ağıllı ilk əvvəl kartof burunlu, yumurtaya oxşar başla təsvir olunmuşdur.( Buradan da ona “Yumurtabaş” (Egghead) ləqəbi verilmişdi) == Populyar mədəniyyətə təsiri == Elmerin danışıq qüsuru o qədər məşhurdur ki, Google istifadəçilərə axtarış sisteminin dilini Elmir Faddın dilinə dəyişmək ixtiyarını vermişdir.
Elmir Akifzadə
Elmir Akifzadə (1 sentyabr 1997, Banbaşı, Masallı rayonu – 9 oktyabr 2020, Hadrut) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Akifzadə 1997-ci il sentyabrın 1-də Masallı rayonunun Banbaşı kəndində anadan olub. 2004-2015-ci illərdə Banbaşı kənd tam orta məktəbində təhsil alıb. 2018-ci ildə isə Kazan Universitetinə daxil olub. Subay idi. == Hərbi xidməti == Elmir Akifzadə 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlanan döyüşlərdə savaşıb. Azərbaycan Ordusunun çavuşu olan Elmir Akifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Cəbrayılın azad edilməsi uğrunda savaşıb. Elmir Akifzadə oktyabrın 8-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub.
Elmar Məmmədov
Elmar Məmmədov (bankçı) - "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin keçmiş sədri.
Elmar Məmmədyarov
Elmar Məhərrəm oğlu Məmmədyarov (2 iyul 1960, Bakı) — Azərbaycan siyasətçisi və diplomat, Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri (2003–2004), Azərbaycan Respublikasının xarici işlər naziri (2004–2020), AFFA İcraiyyə Komitəsinin üzvü, BAAU-nun fəxri doktoru. == Həyatı == Əslən Culfa rayonundan olan Elmar Məmmədyarov 1960-cı il iyulun 2-də Bakı şəhərində Məhərrəm və İzida Məmmədyarovların ailəsində anadan olub. Onun atası Məhərrəm Məmmədyarov alimdir və 2001-ci ildən AMEA-nın həqiqi üzvüdür. Elmar Məmmədyarov 1977-ci ildə T. Şevçenko adına Kiyev Dövlət Universitetinin "Beynəlxalq münasibətlər və beynəlxalq hüquq" bölməsinə daxil olub və 1982-ci ildə həmin ali təhsil müəssisəsini bitirib. O, ingilis, rus və türk dillərini bilir. Lakin bəzi mənbələrdə Azərbaycan dilini zəif səviyyədə bildiyi qeyd olunub. Sabiq nazir bu səbəbdən mütəmadi olaraq tənqid olunmuşdur. Bakı Avrasiya Universitetinin fəxri doktorudur. === Ailəsi === Anası İzida İbrahimbəyova Fuad İbrahimbəyovun qızıdır. Atası Məhərrəm Məmmədyarov kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvüdür.
Elmar Qasımov (Eldar oğlu)
Elmar Eldar oğlu Qasımov (8 sentyabr 1973) — Bakı Ali Neft Məktəbinin rektoru (2012-ci ildən). == Həyatı == Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Coğrafiya üzrə fəlsəfə doktorudur. 1995–1999-cu illərdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olaraq fəaliyyət göstərib. 1999–2016-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. === Ailəsi === Ailəlidir, iki övladı var. == İctimai-siyasi fəaliyyəti == 1999-cu ildə, 26 yaşında təhsil nazirinin müavini təyin edilmişdir. 1999–2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. 2011–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində çalışıb.
Elnur Eltürk