ELMİR

Azərbaycanca el, ərəbcə mir (əmir) sözlərindən əmələ gəlib. “Elin başçısı” deməkdir. Qadın adı olanda Elmira kimi işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ELMAN
ELMİRA
OBASTAN VİKİ
Elmir
Elmir — ad.
Elmir Akifzadə
Elmir Bağırov
Elmir Bağırov (28 aprel 1980, Hişkədərə, Masallı rayonu) — Saatlı rayon İcra Hakimiyyətinin başçısı, siyasi elmlər üzrə fəlsəfə doktoru. == Həyatı == Elmir Məmməd oğlu Bağırov 1980-ci il aprel ayının 28-də Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 1986-cı ildə orta məktəbə getmiş, 1997-ci ildə Elşad Ağayev adına Hişkədərə kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1997-ci ildə Bakı Dövlət Universitetinin sosial elmlər fakültəsinin politologiya ixtisasına daxil olmuşdur. 2001-ci ildə bu ixtisasın bakalavr pilləsini bitirirək, həmin ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin "dünya siyasi prosesləri və beynəlxalq münasibətlərin nəzəriyyəsi" ixtisası üzrə magistraturaya daxil olmuşdur. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əyani doktoranturasına daxil olmuş, 2006-cı ildə bitirmişdir. 2008-ci ildə Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilovun elmi rəhbərliyi ilə "Xəzər regionunda Azərbaycanın milli mənafeyinin prioritet istiqamətləri" adlı doktorluq dissertasiyasını müdafiə edərək, respublikada ən gənc "siyasi elmlər üzrə fəlsəfə doktoru" elmi adı almışdır. === Ailəsi === Ailəlidir, 3 övladı var. == Fəaliyyəti == === Əmək fəaliyəti === 2004-cü ildən Heydər Əliyev Fondunun "azerbaijan.az" layihəsinin koordinatoru olmuş, 2005-ci ildə Heydər Əliyev Fondunun Humanitar Proqramlar Departamentinin aparıcı mütəxəssisi vəzifəsindən 2014-cü ildə Humanitar Proqramlar Departamentinin rəisi vəzifəsinədək yüksəlmişdir. 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Kompleksi İdarəsinin aparat rəhbəri, 20 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə" Fərmanından sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin aparat rəhbəri vəzifəsində çalışırdı.
Elmir Həsənov
Elmir Kərimov
Elmir Mirzəyev
Elmir Mirzəyev (16 noyabr 1970) — bəstəkar, musiqişünas və publisist, bir çox müasir musiqi layihələrinin təşkilatçısı, SoNoR müasir musiqi ansamblının yaradıcısı və bədii rəhbəri (1995–2005). == Təhsili == Bakı Musiqi Akademiyasını bəstəkarlıq sinfi üzrə 1994 və aspiranturanı 1998-ci ildə (prof. Fərəc Qarayevin sinfi) bitirmişdir. 1994-cü ildə bəstəkarlar James Dillon və Ole Lützow-Holm’un rəhbərliyi altında Göteborgda (İsveç) ixtisaslaşma keçmiş, 1999-cu ildə Appeldoornda (Hollandiya) Louis Andriessen, Michael Smetanin və Ensemble de Ereprijs tərəfindən təşkil edilən Gənc Bəstəkarların V Görüşünün iştirakçısı olmuşdur. 2004-cü ildə Franz Liszt adına Weimar Konservatoriyası nda gənc bəstəkarların seminarının, 2006-cı ildə alman bəstəkarı Karlheinz Stockhausenin Kürtendəki ustad kurslarının iştirakçısı olmuşdur. == Fəaliyyəti == Elmir Mirzəyev 1998-ci ildən 2002-dək Bakı Musiqi Akademiyasında müəllim, 2005/2007-ci illərdə sərbəst müasir musiqi kursları təşkil etmişdir. 1995-ci ildə postvoset dövrünün ilk müasir musiqi kollektivi olan SoNoR ansamblı sənət dostları — pianoçu Samir Mirzəyev, klarnetçi Nizami Zeynalov və gitaraçı Rövşən Məmmədov ilə birlikdə yaratmışdı. SoNoR (1998-ci ildən müasir musiqi təşəbbüs mərkəzi kimi) 2005-ci ilə kimi fəaliyyət göstərmişdi. 2007-ci ilin payızında DAAD proqramı çərçivəsində professor York Höllerin dəvəti ilə Köln Konservatoriyasında 1 semestr dərs demişdir. Tiflis Dövlət Konsevatoriyası/Gürcüstаn (1999), Praqa Müasir Musiqi Marafonu/Çexiya (1999), Özbəkistan Bəstəkarlar İttifaqıda (2000), Krakov Universitetində/Polşa (2001), Drezden Müasir Musiqi Mərkəzi/Almaniya (2003), Van Universitetində/Türkiyə (2004) Köln Konservatoriyasında (2007), Berlinin Alexander von Humboldt Universitetində mühazirələri keçirilmişdir.
Elmir Məmiyev
Elmir Məmmədov
Elmir Nəcəfov
Elmir Nəsirov
Elmir Orucov
Elmir Qənbərov
Elmir Süleymanlı
Elmir Umudlu
Elmir Vəliyev
Elmir Vəlizadə
Elmir Tofiq oğlu Vəlizadə (25 dekabr 1964, Mingəçevir) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri (2021-ci ildən), Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin sabiq müavini, 2-ci dərəcə dövlət müşaviri. == Həyatı == Elmir Tofiq oğlu Vəlizadə 25 dekabr 1964-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. Əslən şuşalıdır. 1982-ci ildə Avtomatlaşdırılmış İdarəetmə Sistemləri ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuşdur. 1983–1985-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra təhsilini davam etdirmiş və 1989-cu ildə həmin ali məktəbi bitirib mühəndis-sistem texniki ixtisasına yiyələnmişdir. Təhsildə fərqləndiyinə görə təyinatla institutun Hesablama Mərkəzində mühəndis vəzifəsində işə başlamışdır. 1989–1991-ci illərdə orada çalışmaqla yanaşı institutun Hesablama maşınları və proqramlaşdırma kafedrasında pedaqoji fəaliyyət göstərmişdir. Süni intellekt və ekspert sistemləri mövzusu üzrə elmi tədqiqatlarla məşğul olmuşdur, bir neçə elmi məqalələrin və metodiki vəsaitin müəllifidir. Elmir Vəlizadə 1991-ci ilin aprel ayından Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının EHM və çoxaltma texnikası sektorunda birinci dərəcəli mütəxəssis kimi əmək fəaliyyətinə başlamışdır.
Elmir Xankişiyev
Elmir Xankişiev (azərb. Elmir Xankişiyev‎; 25 avqust 1974, Əli-Bayramlı) — azərbaycanlı futbolçu. Mövqeyi yarımmüdafiəçi və hücumçu olub. Daha çox "Qarabağ" klubundakı çıxışı ilə məşhurdur. Azərbaycan milli komandasında oynayıb. Müşfiq Hüseynov ilə birlikdə "Qarabağ" klubunda təşkil elədikləri hücum tandemi, Azərbaycanda dövrunun ən yaxşı hücum tandemlərindən biri sayılırdı. == Bioqrafiya == Elmir Xankişiyev 25 avqust 1974-cü ildə, Azərbaycanın Əli Bayramlı (indiki Şirvan) şəhərində dünyaya gəlib. == Karyerası == === İnşaatçı === Peşəkar futbolda debütü 18 yaşında, Azərbaycan Çempionatının ilk mövsümündə "İnşaatçı" klubunda olub. "İnşaatçı" klubundakı ilk mövsumundə 16 oyunda meydana çıxaraq 6 dəfə fərqlənir. "İnşaatçı" klubu isə 26 komanda arasında 8-ci yeri tutur.
Elmir Hüseynov
Elmir Tağıyev
Elmir Tağıyev (23 may 2000, Mingəçevir) — Azərbaycanlı peşəkar futbolçu, Azərbaycan Premyer Liqasında çıxış edən "Kəpəz PFK"-nın yarımmüdafiəçisi. == Həyatı == Elmir Tağıyev Mingəçevir şəhərində dünyaya gəlib. 8 yaşından futbol məşqlərinə başlayıb. Daha sonra 11 yaşında Qəbələ FK akademiyasından dəvət alaraq futbol karyerasının ilk addımlarını atıb. == Klub Karyerası == === Turan Tovuz === 2020/21 mövsümündə "Turan Tovuz"un heyətində çıxış edib. Daha əvvəllər Qəbələ klubunun aşağı yaş qruplarında çıxış etsə də peşəkar olaraq 2020-ci ildən oynamağa başlayıb. === Səbail === 2021/22 mövsümündə Səbail FK-a transfer olan Elmir Tağıyev peşəkar futboldakı ilk qoluna "Qarabağ" klubu ilə olan oyunda imza atıb. === Kəpəz === Futbolçu 2023-cü ildə bir mövsümlük "Kəpəz" komandasına icarə olunub. Burada 27 oyun keçirib və 1 qola imza atıb. "Kəpəz" ilə arasındakı yeni müqaviləyə əsasən isə o, 1+1 illik sözləşmə ilə birdəfəlik "Kəpəz"ə transfer olunub.
Elmir Məmmədov (şəhid)
Elmir Məmmədov (əsgər)
Elmir Zeynalov
Elmir İbrəhimov
Elmir Şəripov
Elmir Əliyev
Elmir Məmmədov (baş gizir)
Elmir Vəliyev (kiçik çavuş)
Elmira Rəhimova (professor)
Elmira Rəhimova(azərb. Rəhimova Elmira Abdulla qızı‎ v. 28 dekabr 2022) — Professor, ədəbiyyatşünas == Həyatı == Elmira Abdulla qızı Rəhimova Azərbaycan Respublikasının Ağdaş şəhərində anadan olub. 1962-ci ildə Ağdaş şəhər orta məktəbini bitirib. 1962-ci ildə Pedaqoji Dillər İnstitutuna daxil olub və həmin institutu 1967-ci ildə fərqlənmə diplomu ilə bitirib. 1971-1974-cü illərdə aspiranturada təhsil alıb. === Elmi fəaliyyəti və yaradıcılığı === Aspiranturanı bitirdikdən sonra, 1976-cı ildə "Azərbaycanda yaşayan rus yazıçılarının 20-30 -cu illərdə ədəbi fəaliyyəti" mövzusunda namizədlik, 1995-ci ildə isə " Azərbaycan xalq qəhrəmanlıq dastanlarının rus dilinə tərcümələrinin tarixi və təcrübəsi( "Kitabi-Dədə Qorqud" və "Koroğlu" dastanlarının materialları əsasında) " doktorluq dissertasiyasını müdafiə edib. 1980-1982-ci illərdə yüksək ixtisaslı mütəxəssis kimi Kuba Respublikasının Havana Universitetində çalışıb, orada rus dili və ədəbiyyatını tədris edib. Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasında professor vəzifəsində çalışıb. Nasir olaraq hekayələri, povestləri esseləri müntəzəm olaraq mötəbər ədəbi jurnallarda dərc olunub.
Elmira Hüseynova (heykəltaraş)
Elmira Mehralı qızı Hüseynova (9 fevral 1933, Bakı – 23 yanvar 1995, Bakı) — heykəltaraş, Azərbaycanın əməkdar rəssamı (1967). == Həyatı == Elmira Mehralı qızı Hüseynova 1933-cü ildə Bakıda anadan olmuşdur. Erkən yaşlarından rəsm çəkməyə maraq göstərən Elmira xanım daha sonra rəssamlıq təhsili almaq üçün ciddi çalışmış, beləliklə, 1954-cü ildə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini, 1960-cı ildə isə İ. Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunu bitirmişdir. O, 1957-ci ildən ölkəmizdə və ittifaq respublikalarında təşkil olunan sərgilərdə iştirak etmiş, heykəltaraşlığın məişət və portret janrlarında çalışmışdır. Heykəltaraş Elmira Hüseynova 1995-ci il yanvar ayının 23-də Bakı şəhərində vəfat etmişdir. == Yaradıcılığı == Elmira xanım eyni zamanda monumental heykəltaraşlıq sahəsində də fəaliyyət göstərib və özünəməxsus dəst-xət nümayiş etdirib. Onun 1967-ci ildə görkəmli dramaturq Cəfər Cabbarlıya həsr olunmuş sərgidə təqdim etdiyi xatirə lövhəsi (1968) kompozisiya və bədii keyfiyyətləri ilə tamaşaçıların marağına səbəb olmuşdur. Müəllif əsərdə böyük ədibin görkəmini dəqiq, dinamik, işıq və kölgə effektlərini harmonik şəkildə bütövləşdirmişdir. Heykəltaraşın müxtəlif illərdə ərsəyə gətirdiyi bir-birindən maraqlı nümunələr ideya-sənətkarlıq cəhətdən mükəmməlliyi ilə seçilir. Müəllif əsərlərini əsasən tunc, daş, mərmər, keramika, gips, ağac və epoksid qatrandan hazırlamış, daha çox ağac üzərində işləmişdir.

Значение слова в других словарях