Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elson Breçtefeld
Elson Breçtefeld (d. 2 mart 1994) — Naurunu təmsil edən ağır atlet. Elson Breçtefeld Naurunu 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Elson Breçtefeld birinci dəfə Olimpiya Oyunlarına Braziliyanın Rio-de-Janeyro şəhərində qatıldı. XXXI Yay Olimpiya Oyunlarında Breçtefeld birdən qaldıramda 98 kiloqram, təkanla qaldırmada isə 125 kiloqram nəticə göstərdi. Ümumi yekunda isə 223 kiloqram nəticə ilə Elson Breçtefeld 15-ci yeri tutdu.
Elron
Eesti Liinirongid AS, ticari adı Elron (2013-ci ilə qədər Elektriraudtee AS) — Estoniya dövlət şirkəti, Tallin və Haryumaa şəhərlərində gediş qatarlarının eləcə də Estoniyada çalışan dizel qatarlarının operatoru. Şirkətin baş qərargahı Tallində yerləşir. == Tarixi == Səhmdar cəmiyyət olan Elektriraudtee 23 dekabr 1998-ci ildə Estoniya Dəmiryolunun (Eesti Raudtee) yenidən qurulması və özəlləşdirmə proqramına uyğun olaraq ayrılması nəticəsində təşkil olunmuşdur. Elektriraudtee şirkəti təşkil olunarkən onun səhmlərinin 100 % Eesti Raudtee mənsub idi. 15 noyabr 2000-ci ildə isə onun bütün səhmləri Estoniya hökumətinə həvalə edilir. == Rəhbərlik == 2012-ci ilin əvvəllərinə kimi şirkət səhmlərinin 100 % Estoniya İqtisadiyyat və Rabitə Nazirliyinə məxsus idi. Şirkətin rəhbəri Andrus Ossip idi. == Fəaliyyət == 2014-cü ildən etibarən şirkət Tallində və paytaxt ətrafı qəza olan Haryumaada elektrikləşdirilmiş marşrutlarda nəqliyyatın təşkilində, habelə elektrikləşdirilməmiş marşrutlarda şəhərlərarası nəqliyyatda ixtisaslaşmışdır. 2009-cu ildən etibarən Elektriraudtee 8 maşrutdan iki əsas istiqamətdə daşımaları həyata keçirir - şərq və qərb (elektriklənmiş dəmir yollarının ümumi uzunluğu 131,6 km): Tallin — Aeqviydu — Tallin; Tallin — Riyzipere — Tallin; Tallin — Paldiski — Tallin; Tallin — Klooqa-Rand — Tallin; Tallin — Keyla — Tallin; Tallin — Pyaeskyola — Tallin. 1 yanvar 2014-ci ildə daxil edilmiş elektrikləşdirilməmiş maşrutlar: Tallin — Vilyandi — Tallin; Tallin — Tyuri — Tallin; Tallin — Rapla — Tallin; Tallin — Pyarnu — Tallin (8 dekabr 2018-ci ildə yolların qeyri-qənaətbəxş olması səbəbiylə mçaşrut ləğv edildi); Tallin — Tartu — Tallin; Tartu — Valqa — Tartu; Tartu — Koydula — Tartu; Yıqeva — Tartu — Yıqeva; Tallin — Narva — Tallin; Tallin — Rakvere — Tallin (1 iyun 2014-cü ildən).
Elton
Elton — Kişi adı. Bu adı olan tanınmışlar Elton Hüseynəliyev — azərbaycanlı müğənni. Elton Məmmədov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. Elton Meyo — Əslən avstraliyalı Amerika sosioloqu. Elton Quliyev — Vəkil Elton İbrahimov — müğənni, musiqiçi, rəqqas. Elton Con — ingilis pop/rok müğənnisi, bəstəkar, pianoçu.
Eson
Eson (Essonna, fr. Essonne) — Fransanın mərkəzi hissəsinin şimalında yerləşən, İl-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 91. İnzibati mərkəzi — Evri. Əhalisi — 1,233,645 nəfər (departamentlər arasında 16-cı yerdə, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 1804 km². Departamentin ərazisində Sena və Eson çayları axır. Departamentə 3 rayon, 42 kanton və 196 kommun daxildir. == Tarixi == Eson 1968-ci il yanvarın 1-də Sena və Uaza keçmiş departamentlərinin ərazisində yaradılıb.
Brad Delson
Bred Delson (1 dekabr 1977) — Linkin Parkın gitaraçısı. 1996-ci ildə qrubu yaradanlardan biri olmuşdur. = Həyatı = Bred Agura orta məktəbində qrubun digər üzvü Mayk Şinoda ilə eyni məktəbdə oxumuşdur. Onların keçmişdən arzuları biryerdə qrup yaratmaq idi. Məktəbi bitirdikdən sonra 1994-də Rob Bourdon ilə tanışdılar və qruba zərb aləti çala bilən biri əlavə olundu. 1995-də Bred, Mayk, və Rob "Xero" adlı bir qrub yaratmağı müzakirə etdilər və 1996-da bu qrup yarandı. Sonralar qrupun adı Linkin Park olaraq dəyişir və Brad Linkin Parkın gitara çalanı olur.
Bred Delson
Bred Delson (1 dekabr 1977) — Linkin Parkın gitaraçısı. 1996-ci ildə qrubu yaradanlardan biri olmuşdur. = Həyatı = Bred Agura orta məktəbində qrubun digər üzvü Mayk Şinoda ilə eyni məktəbdə oxumuşdur. Onların keçmişdən arzuları biryerdə qrup yaratmaq idi. Məktəbi bitirdikdən sonra 1994-də Rob Bourdon ilə tanışdılar və qruba zərb aləti çala bilən biri əlavə olundu. 1995-də Bred, Mayk, və Rob "Xero" adlı bir qrub yaratmağı müzakirə etdilər və 1996-da bu qrup yarandı. Sonralar qrupun adı Linkin Park olaraq dəyişir və Brad Linkin Parkın gitara çalanı olur.
Horatsio Nelson
Horatsio Nelson (29 sentyabr 1758[…] – 21 oktyabr 1805[…], Trafalqar burnu, Əndəlüs) — ingilis donanmaçısı, vitse-admiral (1801), vikont (1801). Əbukir dəniz döyüşü (1798) zamanı eskadraya komandanlıq edərkən fransız donanmasını darmadağın etmişdi. Trafalqar döyüşündə (1805) Nelsonun komandanlığı ilə ingilis donanması fransız-ispan donanması üzərində böyük qələbə qazanmış, bu vuruşmada Nelson ölümcül yaralanmışdı. 1806 il yanvarın 9-da Londonda dəfn olunmuşdur. Dəniz döyüşündə yeni manevr taktikasını tətbiq etmişdir. == Tərcümeyi-halı == ==== Uşaqlığı və gəncliyi ==== Horatsio Nelson keşiş oğlu idi. Ümumiyyətlə, onların bütün qohum-qardaşları kilsə xadimləri idilər. Ona görə belə ailədən dənizçi çıxması gözlənilməz idi. Lakin bu işdə sözsüz gəmi kapitanı olan dayısının mühüm rolu olmuşdu. Onun balaca Horatsioya 7 yaşında ikən itirdiyi anasının dənizçi olan ulu babalarının macəraları haqqında söhbətləri də unudulmaz təsir bağışlamışdı.
Jelson Martins
Jelson Dani Batalya Martins (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[ˈʒɛɫson mɐɾˈtĩʃ]]]; 11 may 1995-ci ildə anadan olub) — Primyera liqa təmsilçilərindən olan Sportinq CP klubunda və Portuqaliya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Portuqaliya futbolçusudur.
Keyt Nelson
Keyt Nelson (27 dekabr 1977) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. == Karyerası == Keyt Nelson Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Nelson Batallones
Nelson Dida
Nelson Dida və ya qısaca olaraq Dida (7 oktyabr 1973[…], İrara[d], Baiya) — Braziliyalı futbolçu. Daha çox "Milan" klubundakı çıxışları ilə tanınıb. Futbol üzrə Braziliya milli komandasının qapıçısı olub. == Karyerası == 1990-cı illərin əvvəllərində Braziliyada böyük futbol karyerasına "Vitoria" ilə başladıqdan sonra, Dida "Cruzeiro" və "Corinthians" komandalarında çıxış edib. O, daha çox 2000–2010-cu illərdə "Milan"da keçirdiyi on illik fəaliyyəti ilə yadda qalıb, burada özünü dünyanın ən yaxşı qapıçılarından biri kimi təsdiqləyib və klubla çoxsaylı kuboklar və fərdi mükafatlar qazanıb. "Milan" ilə Dida bir A Seriyası çempionluğu titulunu (Skudetto) və iki dəfə UEFA Çempionlar Liqasını qazanıb. Çempionlar Liqasında bu qələbələrdən birincisi 2003-cü ilin finalında A Seriyasından "Milan"ın rəqibi olan "Yuventus"a qarşı oyunda, onun geri qaytardığı üç penal zərbəsindən sonra gəldi. Dida 2010-cu ilə kimi formasını geydiyi "Milan" klubunda 300-dən çox oyunda çıxış edən dörd "Milan" qapıçısından biridir. Futbolçu 2010-cu ildə "Milan"dan ayrıldıqdan sonra karyerasını biitrdiyini elan edir. Ancaq iki illik fasilədən sonra 2012-ci ildə Braziliyada yenidən futbola qayıtdı və bir çox mövsümlərdə üç komandaya — "Portuguesa", "Qremio" və "İnternasional" klublarında forma geyinir.
Nelson Mandela
Nelson Holilala Mandela (kosa. Nelson Rolihlahla Mandela; 18 iyul 1918[…], Mfezo[d], Keyp əyaləti[d], Cənubi Afrika İttifaqı[…] – 5 dekabr 2013[…], Hafton-Esteyt[d], Qautenq vilayəti) — Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti (1994–1999). Aparteid əleyhinə apardığı mübarizəyə görə 27 il həbsxanada yatmışdır (1963–1990). 1993-cü il Nobel Sülh mükafatı laureatı. == Həyatı == 1918-ci ildə Rolihlahla Dalibhunga adı ilə Cənubi Afrikanın kiçik kəndində Madiba klanında doğulub. Cənubi Afrikada çox vaxt onu klanının adı — Madiba ilə çağırırdılar. İngilis Nelson adını isə ona məktəbdəki müəllimi vermişdi. Onun atası Thembu kral ailəsinin məsləhətçisi olub və Nelson Mandelanın doqquz yaşı olanda ölmüşdü. Bundan sonra ona Thembu xalqının icraçı naibi Jongintaba Dalindyebo atalıq edib. === Siyasi fəaliyyəti === Mandela Afrika Milli Konqresinə (ANC) 1943-cü ildə fəal kimi qoşulub, daha sonra isə ANC-nin Gənclər Liqasının təsisçisi və prezidenti olub.
Nelson Pinedo
Napoleon Nelson Pinedo Fedullo (10 Fevral 1928 – 27 Oktyabr 2016) — Barrakillada anadan olmuş Kolumbiyalı musiqiçi. 1954-cü ildə Pinedo Sonora Matankeranın zamanında Latın Amerikasında geniş şöhrət qazanmış Kubalı ansambl ilə beş illik müqavilə imzalayaraq karyerasında başlamışdır. Pinedo da Bolero kimi Kuba ritmlərinə uyğunlaşdırılmış qrup ilə Kolumbiyanın məşhur musiqilərini (porros, kumbias və ağcaqayın) səsləndirirdi. İnsult keçirdikdən 2 həftə sonra Pinedo Venesuelanın Valensiya şəhərində 27 oktyabr 2016-cı ildə 88 yaşında vəfat etdi. == Diskoqrafiyası == Una Noche en Caracas Nelson Pinedo musiqiləri Sonora Matancera: Səni rəqsə dəvət etmək Sonora Matancera: Desfile de Estrellas El Rítmico Cortijo Combo A Bailar Merecumbé Con Pacho Galán, con Pacho Galán y su Orquesta Amerikada Latın En Venezuela, con "Chucho" Sanoja y su Orquesta ¿Quién Será? La Esquina del Movimiento == İstinadlar == == Xarici keçidlər == Fausto Pérez Villarreal. Nelson Pinedo: El Almirante Del Ritmo. Fundación Cultural Nueva Música, 2006.
Nelson Rokfeller
Nelson Rokefeller (8 iyul 1908–26 Yanvar 1979) — Amerikalı iş adamı, xeyriyyəçi, siyasətçi, 1974–1977-ci illərdə Amerika Birləşmiş Ştatlarının 41-ci vitse-prezidenti və 1959–1973-cü illərdə Nyu-Yorkun 49-cu Qubernatoru kimi xidmət etmişdir. Nelson varlı Rokefellər ailəsinin üzvü, həmçinin incəsənət kolleksiyası yığan idi. == Xarici keçidlər == Rockefeller Archive Center: Archived papers of the Special Studies Project, 1956–1960.
Nelson Semedo
Nelson Kabral Semedo (doğum 16 noyabr 1993, Lissabon, Portuqaliya) — İspaniya təmsilçilərindən olan "Barselona" klubunda və Portuqaliya milli futbol komandasında müdafiənin sağ cinahında çıxış edən peşəkar Portuqaliya futbolçusudur.
Nelson Stepanyan
Nelson Qeorqiyeviç Stepanyan (erm. Նելսոն Գևորգի Ստեփանյան; rus. Нельсон Георгиевич Степанян; 15 (28) mart 1913, Şuşa – 14 dekabr 1944, Liepaya) — İkinci Dünya müharibəsinin iştirakçısı olmuş, erməni əsilli sovet pilotu. Polkovnik-leytenant rütbəsi daşımış Nelson Stepanyan müharibə dövründə göstərmiş olduğu xidmətlərə görə, iki dəfə SSRİ-nin ali qəhrəmanlıq medalı olan Sovet İttifaqı Qəhrəmanı mükafatına layiq görülmüşdür. 47-ci döyüş diviziyasına komandiri olmuş Nelson Stepanyanın rəhbərlik etdiyi hərbi birləşmə Feodosiya səmalarında göstərmiş olduqları xidmətlərə görə SSRİ rəhbərliyi tərəfindən Feodosiyanın Şərəf Nişanı fəxri medalı ilə mükafatlandırılmışdır. 1944-cü ilin 14 dekabr tarixində Latviya Sovet Sosialist Respublikasının Liepaya şəhəri yaxınlığında aparılan şiddətli döyüş zamanı, idarə etdiyi döyüş təyyarəsinin vurulmasına baxmayaraq, pilot öz təyyarəsini düşmənə məxsus hərbi gəmi ilə toqquşdurmağa nail olmuşdur. Nelson Stepanyana ikinci Sovet İttifaqı Qəhrəmanı mükafatı, ölümündən sonra 1945-ci ilin 6 mart tarixində verilmişdir. == Həyatı == === Təhsili === Nelson Stepanyan 1913-cü ilin 28 mart tarixində Rusiya imperiyasının Yelizavetpol quberniyasına bağlı olan Şuşa şəhərində anadan olmuşdur. Ailəsi Nelson gənc yaşlarında olarkən İrəvan şəhərində məskunlaşmışdır. Nelsonun atası Qevorq Stepanyan əslən İrəvan şəhərindən olmuş ata evləri Yekmalyan küçəsində yerləşməkdə idi.
Nelson adası
Nelson adası (ing. Nelson Island), həmçinin Leypsiq — Cənubi Şetland adaları qrupuna daxil olan ada. Kinq-Corc adasından cənub-qərbində yerləşir. Adadan 400 metrlik boğazla ayrılır. Robert adasından isə eni 10 km olan Nelson boğazı ilə ayrılmışdır. Antarktidadan 110 km məsafədə yerləşir. Ada 20 km uzunluğa və 11 km enə malikdir. Onun sahəsi 192,1 km² təşkil edir. Ərazisinin 90 % buzla örtülüdür. Qərb qutaracağı və şimal-şərqi buzdan azad olur.
Nelson sütunu
Nelson sütunu — (ing. Nelson's Column) — Londonda Trafalqar meydanının mərkəzində yerləşən abidə. == Tikintisi və dizaynı == Sütun 1805-ci ildə Trafalqar döyüşündə həlak olan Horatsio Nelsonun şərəfinə 1840–1843-cü illərdə tikilmişdir. 46 metrlik sütunun üzərində Nelsonun 5.5 metrlik heykəli yerləşir. Heykəl cənub tərəfə — Admirallıq və Portsmut tərəfə baxır. Burada Nelsonun flaqmanı olan Kral hərbi-dəniz donanmasına məxsus "HMS Victory" gəmisi durub. Abidənin kvadrat piedestalı fransız toplarından əridilərək hazırlanmış dörd ədəd panellə bəzədilmişdir, bu panellərdə Nelsonun dörd məşhur qələbəsi təsvir olunmuşdur. Layihə memar Uilyam Reylton tərəfindən hazırlanmış və Peto & Grissell şirkəti tərəfindən tikilmişdir. Abidənin 1:22 miqyaslı modeli Qrinviçdə yerləşən Milli dəniz muzeyində sərgiyə qoyulmuşdur. Ümumilikdə abidə 47 500 funtsterlinqə başa gəlmişdir ki bu da indiki məzənnəylə təxminən 3.5 mln funtsterlinq edir.
Ted Nelson
Ted Nelson (ing. Ted Nelson, Theodor Holm Nelson; 17 iyun 1937, Çikaqo, İllinoys) — Amerika sosioloqu. == Həyatı == Teodor Holm Nelson 1937-ci ildə doğulub, Amerika sosioloqu və filosofudur. Ted Nelson Grammy mükafatının mərhum laureatı Ralf Nelsonun (Ralph Nelson) və Akademiyanın mükafatını almış aktrisa Seleste Holmun (Celeste Holm) oğludur. Onun etnik mənsubiyyəti norveç-amerikalıdır. O, 1962-ci ildə "hipermətn" terminini ixtira edən və onu 1965-də geniş kütləyə çatdıran insan kimi tanınır. Nelson, həmçinin ilk dəfə "hipermühit" və ya "hipermedia" (hypermedia) kimi anlayışlardan istifadə edib. O, işinin əsas məqsədini kompüterləri adi insanlar üçün asan başa düşülən etmək hesab edirdi. Onun şüarı: "İnterfeys o qədər sadə olmalıdır ki, hətta təcrübəsiz istifadəçi belə kritik vəziyyətdə ondan 10 saniyə ərzində baş çıxara bilsin". Ted Nelson 1960-cı ildə sadə istifadəçi interfeysi ilə kompüter şəbəkəsi sisteminin yaradılması məqsədi ilə Xanadu layihəsini yaradır.
Gertrud Elion
Gertrud Elion(23 yanvar 1918[…], Nyu-York ştatı – 21 fevral 1999[…]) — Amerikalı biokimyaçı və farmakoloq. 1988-ci ildə Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatını alıb. Bir çox yeni dərmanlar hazrlayıb. İstifadə etdiyi innovativ tədqiqat üsulları sonradan QİÇS'ə qarşı mübarizə aparan zidovudinin hazırlanmasına səbəb olub. == Həyatı == Nyu-Yorkda immiqrant valideynlər üçün anadan olmuş Gertrud Elion ilk gəncliyini atasının diş həkimi olduğu Manhettendə keçirib. Qardaşı dünyaya gələndə ailə Bronksa köçüb. 15 yaşında Nyu-York şəhərindəki Hunter Kollecinə daxil olub və 19 yaşında kimya fakültəsini əla qiymətlərlə bitirib. O, məzun olduqdan sonra iş tapmaqda çətinlik çəkib. Laborator kimi iş tapıb və Nyu-York Universitetinə qayıdıb. Elion 1941-ci ildə magistr dərəcəsi üzrə işi bitirərkən bir neçə il liseydə əvəzedici müəllim kimi çalışıb.
Elison Pill
Elison Pill (27 noyabr 1985, Toronto) — Kanada aktrisası. == Filmoqrafiyası == === Film === 2002: Perfect Pie 2003: Fast Food High 2003: Eprilin qonaqlığı 2005: Dear Wendy 2007: Dan in Real Life 2008: Milk 2010: Skott Pilqrem dünyaya qarşı 2011: Goon 2011: Portraits in Dramatic Time 2014: Cooties 2015: Zoom 2016: Yaşasın Sezar! 2017: Goon: Last of the Enforcers === Televiziya === 1998: Anatole 2006: The Book of Daniel 2012: The Newsroom 2016: The Family 2019: Devs === Telefilmlər === 1998: Degas and the Dancer 1999: Different 1999: What Katy Did 2000: Baby 2000: The Other Me 2000: Redwall: The Movie 2001: Midwives 2001: What Girls Learn 2002: The Pilot's Wife 2003: An Unexpected Love 2004: Plain Truth === Video filmlər === 2010: Scott Pilgrim vs. The World vs.
Hillari Nelson
Hillari Nelson (13 dekabr 1972, Sietl, Vaşinqton – 26 sentyabr 2022, Manaslu) — Amerikalı xizəkçi alpinist. Nelson 25 may 2012-ci ildə 24 saatlıq təkanla iki 8000 metrlik zirvəyə (Everest və Lhotze) qalxan ilk qadın olub. == Həyatı == Nelson 13 dekabr 1972-ci ildə Sietl şəhərində anadan olub və burada böyüyüb. İlk dəfə üç yaşında olarkən Stivens keçidində xizək sürməyə başlayıb. O iki oğlu ilə bərabər Telluride Koloradoda yaşayırdı. O The North Face qlobal atletik komandasının vəzifəsində çalışıb. 2012 Montana Dövlət universitetinin Everest Təhsil Ekspedisiyasında komanda üzvü idi. Nelson National Geographic Explorers qrant alıcısıdı və 40-dan çox ekspedisyada üzv olub. == Ölümü == 26 sentyabr 2022-ci ildə 49 yaşlı Nelson həmkarı Cim Morrisonla Manaslu dağının 8163 metrlik zirvəsində xizək sürərkən dağdan yıxılıb. Pis hava şəraitinə görə Nelsonun axtarışı iki gün davam edib.
Mansur Olson
Mansur Lloyd Olson (kiçik) (ing. Mancur Lloyd Olson Jr.; 22 yanvar 1932[…] – 19 fevral 1998[…]) — Amerikalı iqtisadçı, Merilend Universitetinin iqtisadiyyat professoru, 1972–1974-cü illərdə İctimai Seçim Cəmiyyətinin prezidenti. == Bioqrafiyası == 22 yanvar 1932-ci ildə Şimali Dakota ştatının Qrand Forks şəhərində (ABŞ) anadan olub. O, 1954-cü ildə Şimali Dakota Dövlət Universitetində Şimali Dakota Kənd Təsərrüfatı Kollecini Elmlər üzrə Bakalavr dərəcəsi ilə, 1960-cı ildə isə Rodos Təqaüdçüsü kimi Oksford Universitetində Universitet Kollecini İncəsənət Magistr dərəcəsi ilə bitirmişdir. 1963-cü ildə Harvard Universitetində fəlsəfə doktoru oldu. == Elmə töhfəsi == Olson, kollektiv fəaliyyət nəzəriyyəsi və maraq qrupları mövzusundakı işində qeyd etdi: qruplar qrup üzvləri üçün ictimai mal yaradır və frirayder effekti yaradır; kiçik qruplar böyük qruplardan daha effektivdir; sərbəst atlı təsirini aradan qaldıraraq, demokratik prosesin majoritar prinsiplərinə baxmayaraq, kiçik qruplar milli məhsulu öz xeyrinə yenidən bölüşdürür; böyük qrupların ümumi maraqlar çərçivəsində işləməsinə üç amil mane olur: ümumi faydada fərdin kiçik payı; alt qrupun (şəxsin) ictimai sərvətində kiçik bir pay onlara ictimai sərvətin əldə edilməsi ilə bağlı bütün xərcləri öz üzərinə götürməyə imkan vermir; təşkilat yaratmaq üçün yüksək ilkin (minimum) xərclər. Olson iştirakçı qruplarının (maraqlarının) təsnifatını təklif etdi: imtiyazlı — hər kəsin (və ya ən azı birinin) bütün xərcləri öz üzərinə götürmək lazım olsa belə, ictimai sərvəti əldə etmək motivi var; aralıq — iştirakçılardan heç biri ümumi faydanın əhəmiyyətli hissəsini almır; latent — hərəkətlərin (hərəkətsizliyin) digər iştirakçılara əhəmiyyətli dərəcədə təsir göstərmədiyi böyük bir qrup; unudulmuş — əlaqəsi olmayan nizamsız üzvlər və heç bir tədbir görməyən qrup. Olson öz dövlət yaradılması nəzəriyyəsini irəli sürdü: yalnız seçmə (şəxsi) motiv (təşviq və ya məcburetmə) gizli qrupa mənsub olan fərdləri onun maraqlarına uyğun hərəkət etməyə sövq edir; gizli qrupda selektiv motiv müəyyən bir əlavə məhsuldur ki, bu da alt qrup (fərdi) üçün əlavə effekt əldə etməyə imkan verir; "institusional skleroz" — siyasi sakitlik dövrü frirayder effekti yaradılmasına mane olan proseslərin inkişafına kömək edir; dövlət zorakılığın təşkilində başqalarından üstün olan quldurlar tərəfindən yaradılır: anarxiya şəraitində əhalidən ələ keçirilən gəliri maksimum dərəcədə artıran və nəzarət edilən ərazidə ələ keçirmələri inhisara alan köçəri quldurlar və sonradan məskunlaşan quldurlar arasında rəqabət var. əhalidən ələ keçirilən gəlirləri optimallaşdırmaq, ictimai sərvətlər yaratmağa başlamaq, qənaət etmək və investisiya qoymaq, bu da dövlət nizamının yaradılmasına, quldurların avtokratik hökmdarlara çevrilməsinə şərait yaradır; inkişaf etməmiş ölkələr ticarət və ixtisaslaşma yolu ilə sosial əməkdaşlıqdan bəhrələnməyə imkan verən institutlar yaratmaqla, mülkiyyət hüquqlarını qorumaqla və müqavilələrə zəmanət verməklə öz sərvətlərini artıra bilərlər.
Admiral Nelson
Horatsio Nelson (29 sentyabr 1758[…] – 21 oktyabr 1805[…], Trafalqar burnu, Əndəlüs) — ingilis donanmaçısı, vitse-admiral (1801), vikont (1801). Əbukir dəniz döyüşü (1798) zamanı eskadraya komandanlıq edərkən fransız donanmasını darmadağın etmişdi. Trafalqar döyüşündə (1805) Nelsonun komandanlığı ilə ingilis donanması fransız-ispan donanması üzərində böyük qələbə qazanmış, bu vuruşmada Nelson ölümcül yaralanmışdı. 1806 il yanvarın 9-da Londonda dəfn olunmuşdur. Dəniz döyüşündə yeni manevr taktikasını tətbiq etmişdir. == Tərcümeyi-halı == ==== Uşaqlığı və gəncliyi ==== Horatsio Nelson keşiş oğlu idi. Ümumiyyətlə, onların bütün qohum-qardaşları kilsə xadimləri idilər. Ona görə belə ailədən dənizçi çıxması gözlənilməz idi. Lakin bu işdə sözsüz gəmi kapitanı olan dayısının mühüm rolu olmuşdu. Onun balaca Horatsioya 7 yaşında ikən itirdiyi anasının dənizçi olan ulu babalarının macəraları haqqında söhbətləri də unudulmaz təsir bağışlamışdı.
Con Elton
Con Elton (d.? - ö. 1751, Gilan) — britaniyalı gəmi tərsanəçisi və dənizçisi. Daha çox Nadir şaha öz donanmasını qurmasında etdiyi xidməti ilə məşhurdur. == Həyatı == O, 1735-ci ildə Rusiya hökuməti tərəfindən Orenburq ekspedisiyasına yardım etməsi üçün göndərilmişdi. Bu zaman Con Elton dəniz kapitanı rütbəsində idi. Bu missiya zamanı o, Aral gölünü araşdırmaq üçün göndərilmiş, lakin gölə çata bilməmiş tatarlar tərəfindən dayandırılmışdı. Daha sonra daha çox Rusiyanın cənub-şərq sərhədlərində - Kama, Volqa və Jaik çaylarının hövzələrində xidmət etdi. 1738-ci ildə Sankt-Peterburqa geri dönən Elton vəzifə və rütbə baxımından yüksəldilmədiyinin şahidi oldu və buna qəzəblənərək rus xidmətini tərk etdi. Eyni ildə o, Peterburqdakı bəzi Britaniya fabriklərinə Rusiya ilə İran-Orta Asiya ticarətini Xəzər dənizi üzərindən yürütməyi təklif etdi.
Elşən
Elşən — Kişi adı. Elşən Həşimov — Milli təhlükəsizlik və hərbi elmlər doktoru (2019), professor (2017). Elşən Abuzərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. Elşən Aslanov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Elşən Həmidov — Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan əsgəri, Vətən müharibəsinin şəhidi. Elşən Həmzəyev — Azərbaycanlı deputat. Elşən Səmədli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Elşən Uluxanlı
Elşən Uluxanlı (15 dekabr 1975, Zəngibasar rayonu)- Azərbaycan yazıçısı. Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri. == Həyat və fəaliyyəti == Elşən Uluxanlı 1975-ci ilin dekabr ayının 15 də Ermənistan SSR-nin Masis rayonunun Sarcalar kəndində anadan olmuşdur. 1 sinifə Həbilkənd orta məktəbində gedib. 1988-ci ildə Azərbaycana köçmüşdür. 6–7-ci sinfi Mingəçevir şəhərində 10 nömrəli orta məktəbdə aldıqdan sonra 10-cu sinfi 39 nömrəli məktəbi bitirdikdən sonra 1993-cü ildə hərbi xidmətə gedərək 1997-ci ildə hərbi xidmət başa vuraraq geri dönüb. === Yaradıcılığı === Elşən Uluxanlı 2013-cü ildən etibarən Vətən qəhrəmanları haqqında bir sıra kitabları işıq üzü görmüşdür. 2013-cü ildə " Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları", 2015-ci ildə "Milli Qəhrəmanlarımız" adlı, 2024-cü ildə isə Şəhid Vətən müharibəsi Qəhrəmanları adlı kitablar yazmışdır. == İctimai fəaliyyəti == 2001-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi təsis etmişdir. Birliyin İdarə heyətinin sədri vəzifəsində çalışır.
Bison bison
Amerika bizonu (lat. Bison bison) — boşbuynuzlular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid növ. Bizonun hündürlüyü 2 m, uzunluğu isə 2,5–3 m-ə çatır. Bədənindəki yun sıx olub boz-qonur rəngdə, baş və boyundakı yun isə qara-qonur rəngdədir. Bədənin ön hissəsi daha uzun tüklərlə örtülüdür. Başın alın hissəsi gnişdir. Kiçik qalın buynuzları yanlara doğru uzanıb. Buynuzların uc hissəsi içəriyə doğru yönəlib. Qulaqları qısa və ensizdir. Gözləri böyük və tünd rəngdə, boynu qısadır.