Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eltay Quliyev
Altay
Altay — kişilərə verilən ad. Şəxslər Altay Yusifoğlu — nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, Altay Zahidov — Azərbaycan jurnalisti. Fəxrəddin Altay — Türkiyəli hərbçi və siyasətçi. Yerlər Altay Respublikası — Rusiya Federasiyası subyektlərindən biri, muxtar inzibati- ərazi vahidi. Altay diyarı — Rusiya Federasiyası subyektlərindən biri, inzibati- ərazi vahidi. Altay vilayəti — Çində bir vilayət. Altay — Altay vilayətinin paytaxtı. Altay dağları — Asiyada dağ sistemi. Digər Altay tankı — Türkiyədə istehsalı planlaşdırılan tank. Altay — Türkiyənin futbol klubu.
Altay (tank)
Altay — Türkiyənin inkişaf etdirməkdə olduğu 3+ nəsil əsas döyüş tankı. Türkiyənin Milli Tank İstehsal Layihəsi (MİTÜP-Milli Tank Üretim Projesi) dairəsində 30 mart 2007-ci ildə Müdafiə Sənayesi İcra Komitəsi iclasının nəticəsində Müdafiə Sənayesi Müstəşarlığı tərəfindən proyektə əsas yüklənici kimi Otokar Otomotiv ve Savunma Sanayi A. Ş. seçildi. Tankın adı İstiqlaliyyət müharibəsində 5. Süvari Kopusuna komandanlıq edən Fəxrəddin Altayın adından alınmışdır. Fəxrəddin Altaya isə soyadı Altay İdman Klubundan ilhamlanaraq Mustafa Kamal Atatürk tərəfindən verilmişdir. == Tarixi == "Altay" tankları Türkiyənin inkişaf etdirdiyi 3+ nəsilə aid əsas döyüş tankıdır. Altay layihəsinin texniki dəstəyi Cənubi Koreyaın Rotem firmasıdır. "Altay" olaraq adlandırılan tankın dizaynı, təkmilləşdirilməsi, prototip istehsalı, test ve lisenziyalaşdırılması mərhələləri üçün 500 milyon dollar maddi vəsait ayrılmışdır. Üçüncü nəsil əsas döyüş tankı olaraq dizayn edilən texnikanın prototip testləri və kalifikasiya işləri 2013-cü ildə bitirilməsi, kütləvi istehalına isə 2016-cı ildə başlanılması planlaşdırılırdı. Dizayn mərhələsində Cənubi Koreya istehsalı XK-2 əsas döyüş tankı proyektindən əldə edilmiş təcrübələrdən də istifadə olunması nəzərdə tutulur.
Altay (şəhər)
Altay şəhəri (uyğ. قۇمۇل, Altay shehiri; çin. 阿勒泰市, Pinyin: Ālètài) — Çinin Sintszyan-Uyğur Muxtar rayonunun İli-Qazax Muxtar dairəsində yerləşən bir şəhərdir. == Tarixi == Verilən digər adlar: Chenghwasze, Altay-Sharasume, Cheng-hua-sze, Sharasume, A-lo-t'ai-chen, Chenghwa, A-shan, A-lo-t'ai, Tulta, Ch'eng-hua, Çenxua, Ç'eng-hua-ssu, A-lo-t'ai-hsien, T'u-lo-t'a, A-le-t'ai, Ch'eng-hua-hsien, A-erh- t'ai, Shara-Sumu və Altay. Kobdan Hebei-Amban-ın Altay bölgələrindəki köçərilərə nəzarət etməkdə çətinlik çəkdiyindən, 20-ci əsrin əvvəllərində başında müstəqil bir amban ilə yeni bir bölgə yaratmaq təklifi ilə Pekinə üz tutdu. Təklif qəbul edildi və 1908-ci ildə yeni qubernatorun iqamətgahı olaraq Cungar monastırı Şara-sume (Çin. 承 化寺 p p all all all all all p p) yerində bir qala inşa edildi. Monastır və qala ətrafında tədricən bir qəsəbə böyüdü. Chenghua County (承 化 县) 1921-ci ildə yaranmışdır. 1953-cü ildə Atai County (阿泰 у), 1954-cü ildə Altay County (阿勒泰 县) adlandırıldı.
Altay Bayındır
Altay Bayındır (14 aprel 1998) — Türkiyəli milli futbolçu. Mançester Yunayted FK futbol klubunun qapıçısıdır. == Klub Karyerası == Altay Super Liqadakı ilk matçına 30 noyabr 2018-ci ildə MKE Ankaragücündə Çaykur Rizəspora qarşı 1–1 bitən qarşılaşmada çıxmışdır. 8 iyul 2019-cu ildə Altay dörd illik müqavilə ilə Fənərbaxça PFKya qatıldı. Altay, komanda yoldaşı Harun Təkin ilə performans fərqindən sonra ilk seçim qapıçısı oldu. Fənərbaxçadakı ilk oyununa 19 avqust 2019-cu il tarixində Şükrü Saracoğlu stadionunda Gazişəhər Gaziantep F.K.-ya qarşı Fənərbaxça üçün 5–0 bitən matçda çıxmışdır. 3 oktyabr 2020-ci ildə Super Liqanın 4-cü həftəsində Fatih Karagümrüklə olan qarşılaşmada Altay, Erik Sabonun penalti zərbəsini qaytardı, oyun Fənərbaxçanın 2–1 qələbəsi ilə sona çatdı. 6 dekabr 2020-ci ildə Super liqanın 11-ci həftəsində Fənərbaxçanın Dənizlispora 2–0 hesabı ilə qalib gəldiyi matçda Radosław Murawski-nin bir penalti zərbəsini qaytardı. Sərdar Əziz meydandan qovulduqdan sonra Fənərbaxçanın 10 nəfərlik səviyyəyə endiyi bu oyun zamanı ümumilikdə 7 qurtarış etdi. 1 sentyabr 2023-cü ildən Mançester Yunayted klubunda çıxış edir.
Altay Göyüşov
Altay Rəşid oğlu Göyüşov (4 oktyabr 1965, Bakı) — tarix elmləri namizədi; BDU-da Türk və Qafqaz xalqları tarixi kafedrasının dosenti. == Həyatı == 1965-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan arxeoloqu, tarix elmləri doktoru, professor Rəşid Göyüşovun oğludur. 1984–1986-cı illərdə Sovet ordusunda (Gürcüstan və Ukraynada) hərbi xidmətdə olmuşdur. 1982–1989-cu illərdə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinin tələbəsi olub. 1993-cü ildə "İttihadi-İslam firqəsinin yaranması və fəaliyyəti" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1994-cü ildə AAK tərəfindən elmi dərəcəsi təsdiq olunub. "1917–1920-ci illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi" adlı doktorluq dissertasiyası 2000-ci il (28 aprel 2000-ci il, protokol № 7) və 2001-ci illərdə (26 aprel 2001-ci il tarixli № 5 protokol) müzakirə edilərək müdafiə təqdim olunmuşdur. 1986–1989 Şirvanşahlar sarayı Dövlət Tarixi Qoruq Muzeyi,1989-cu ildən hal-hazıra qədər Bakı Dövlət Universitetinin Tarix fakültəsində çalışır. 1994-cü ildən "Türk və Qafqaz xalqları tarixi kafedrası"nda baş laborant və saathesabı müəllim, 1995-ci ildən "Türk və Qafqaz xalqları tarixi kafedrası"nda müəllim, 1996-cı ildən "Türk və Qafqaz xalqları tarixi kafedrası"nda baş müəllim, 2001-ci ildən Türk və Qafqaz xalqları tarixi kafedrasının dosenti olaraq çalışmışdır.
Altay Hacıyev
Altay Əmir oğlu Hacıyev (2 aprel 1931, Bakı – 12 fevral 2019, Bakı) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (2002). == Həyatı == Altay Hacıyev 1931-ci ildə rəssam Əmir Hacıyevin ailəsində dünyaya göz açmışdır. 1951-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1959-cu ildə isə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. 1959-cu ildən beynəlxalq və respublika əhəmiyyətli sərgilərin iştirakçısıdır. 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilmişdir. 1962–1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin baş rəssamı vəzifəsində çalışmışdır. 1982-ci ildə Altay Hacıyev Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. 1995-ci ildə "Humay" mükafatı ilə təltif olunmuşdur. Altay Hacıyev 2003-cü ildən Prezident təqaüdçüsü olmuşdur. Rəssamın bir neçə fərdi sərgisi təşkil olunmuşdur.
Altay Həsənov
Altay Həsənov (4 fevral 1961, Bakı) — Azərbaycan Respublikasının Birinci vitse-prezidenti katibliyinin rəisi, Avropa Gimnastika İttifaqının Apellyasiya Hakimlər Briqadasının üzvü, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti. == Həyat və fəaliyyəti == Altay Həsənov 1961-ci ilin 4 fevral tarixində Bakı şəhərində anadan olub. 1978-ci ildə Bakı şəhəri 6 saylı orta ümumtəhsil məktəbini bitirib. Həmin il, S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub. 1980-ci ildə təhsilini M. V. Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib və 1983-cü ildə həmin universitetin filologiya fakültəsini bitirib. 1983–1989-cu illərdə Azərbaycan SSR Nizami adına Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutunda işləyib. 1984–1986-cı illərdə Moskvada A. M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təcrübə keçib. 1986–1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyası rəyasət heyətinin ədəbiyyat, dil və incəsənət şöbəsinin elmi katibi olub. 1989-cu ildə "Xəzər" jurnalının nəşriyyat kollegiyasında işləyib 1990–2004-cü illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2002-ci ildən etibarən, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidentidir.
Altay Mövlanov
Altay Məmmədov
Məmmədov Altay Yusif oğlu (15 may 1930, Gəncə, Gəncə dairəsi – 15 iyul 2003, Gəncə) — nasir, dramaturq, ədəbiyyatşünas, mütərcim, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1971), filologiya elmləri namizədi (1964), dosent (1965). == Həyatı == Altay Yusifoğlu 1930-cu il mayın 15-də Gəncə şəhərində doğulmuşdur. Orada 4 saylı fəhlə-gənclər məktəbini bitirmiş, 1943-1949-cu illərdə saatsaz şagirdi, usta köməkçisi və usta peşələrində işləmişdir. 2003-cü il iyulun 15-də Gəncədə vəfat etmişdir. === Təhsili === H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur (1949). Həmin institutu fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim vəzifəsində saxlanmışdır. == Fəaliyyəti == Tələbəlik dövründə "Kirovabad fəhləsi" qəzeti redaksiyasında korrektor, "Gəncə kommunisti" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır (1951-1953). Ədəbi fəaliyyətə 1950-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilən "Fəhləlikdən alimliyə" adlı oçerki ilə başlamışdır. Sonra kiçik hekayələri ilə diqqəti cəlb etmişdir. 1953-cü ilin mayından "Kirovabad kommunisti" qəzeti redaksiyasında məsul katib (1955), Azərbaycan Yazıçılar İttifaqı Gəncə fılialının sədri (1962), H.Zərdabi adına GDPİ-nin elmi işlər üzrə prorektoru (1970-1974), həmin institutun Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının dosenti (1974-2003) olmuşdur.
Altay Niftaliyev
Altay Respublikası
Altay Respublikası (/ˈæltaɪ/, rus. Респу́блика Алта́й, tələffüzü [[Beynəlxalq fonetik əlifba|[rʲɪˈspublʲɪkə ɐlˈtaj]]], Алтай Республика, Altay Respublika) — Rusiya Federasiyasının tərkibində olan muxtar türk ərazi (respublika). Qərbi Sibirin cənub-şərqində, Cənubi Sibirin ən yüksək dağlıq sahəsində yerləşir. Sibir federal dairəsinə daxildir. Paytaxtı Qorno-Altaysk şəhəridir. İnzibati cəhətdən 10 rayona, 1 şəhərə (Qorno-Altaysk) bölünür. Türklərin qədim məskunlaşma ərazilərindən olan bu torpaqlar XIX əsrdə Çar Rusiyası tərəfindən işğal edildikdən sonra daima Rusiyanın tərkibində olmuşdur. Rus hökuməti isə vahid Altay ərazisini inzibati cəhətdən parçalayaraq Altay Respublikası və Altay vilayətini yaratmışdır. Altayda Azərbaycan oquz türklərinin boyundan olan etnik qruplar yaşayıb == Tarixi oçerk == Altay türkləri və ya altaylılar ən qədim türk etnoslarından olmaqla tarixi baxımdan türk xalqlarının bir hissəsini təşkil etmişlər. Altaylıların yerli yoxsa gəlmə olması haqqında elmdə iki versiya vardır və bu versiyalar ümumilikdə türk tarixi ilə bağlıdır.
Altay əsməsi
Anemonoides altaica (lat. Anemonoides altaica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Anemone altaica Fisch. ex C.A.Mey. Anemone nemorosa subsp. altaica (Fisch. ex C.A.Mey.) Korsh. === Heterotipik sinonimləri === Anemone altaica var. latiloba Popov Anemone nemorosa Schangin Anemone salesovii Fisch. ex Pritz.
Elbay Qasımzadə
Elbay Ənvər oğlu Qasımzadə (26 dekabr 1948, Bakı) — Azərbaycan memarı, Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri (2012-ci ildən), Bakı şəhərinin baş memarı (1989–2001), Azərbaycan SSR əməkdar memarı (1990), "Şöhrət" (2000) və "Şərəf" (2018) "Əmək" (2023) ordenləri laureatı. == Həyatı == Elbay Qasımzadə 26 dekabr 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ənvər Qasımzadənin oğludur. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib. 1971–1975-ci illərdə landşaft memarlığı problemləri üzərində çalışmış, təbii landşaft, Bakı şəhərinin müxtəlif rayonlarında ucaldılan tikililərin harmonizasiyası və s. bu kimi məsələlərlə dərindən məşğul olmuşdur. 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında şəhərsalma problemləri ilə məşğul olmuşdur. 1975–1989-cu illərdə Respublika Kənd ərazilərində İnşaatın layihələndirilməsi İnstitutunda işləmiş, bir sıra kiçik yaşayış məntəqələrinin baş planlarının müəllifi olmuşdur. Həmin dövrdə "Saman memarlığı" adlı Beynəlxalq proqramın problemləri ilə də sıx məşğul olmuşdur, bu sahədə həyata keçirilən müxtəlif layihələrin müəllifidir. 1989–2001-ci illərdə Bakı şəhərinin baş memarı, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma üzrə Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.
Eltac Azadlı
Eltac Hümbətov
Eltac Mirzəyev
Eltac Quliyev
Eltac Səfərli
Eltac Səfərli (18 may 1992, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (2008). == Naliyyətləri == 2002-ci ildə İspaniyada keçirilmiş 10 yaşa qədər uşaqlar arasında şahmat üzrə Avropa Çempionudur. 2003-cü ildə Serbiyada keçirilən Gənclər arasında Avropa çempionudur. 2008-ci ildə Türkiyədə 20 yaşa qədər gənclər arasında dünya çempionatının bürünc medalını qalibi olmuşdur. 2010-cu ildə Azərbaycan Çempionatının və Çiqorinin xatirə turnirinin qalibi olmuşdur. 2013-cü ildə keçirilmiş Avropa Komandalar arası Çempionatında qızıl medal qazanmış Azərbaycan komandasının tərkibində oynamışdır 2015-ci ildə Naxçıvan Open turnirinin qalibi olmuşdur. 2010 və 2016-cı illərdə şahmat üzrə Azərbaycan çempionudur. SOCAR komandasının tərkibində Şahmat üzrə klub komandalarının Avropa Kubokunu qazanmışdır. == Xarici keçidlər == Eltaj Safarli. Chess-DB.com (ing.) Eltaj Safarli.
Eltac Əlizadə
Fəxrəddin Altay
Fəxrəddin Altay (20 yanvar 1880 və ya 1880, Şkoder – 25 oktyabr 1974 və ya 1974, İstanbul) — Türkiyə İstiqlaliyyət müharibəsi qəhrəmanlarından olan hərbçi və siyasətçi. Dumlupınar döyüşündən sonra yunan ordusunun geri çəkilməsini təmin edərək İzmirə girən ilk Türk süvarilərinin komandiridir. == Həyatı == 12 yanvar 1880 tarixində Albaniyanın Şkoder şəhərində anadan olub. Atası, Piyada zabiti İzmirli İsmayıl bəy və anası Xeyriyyə xanımdır. Əli Fikri adında kiçik qardaşı olmuşdur. ===== Təhsili ===== Atasının vəzifə təyinatları səbəbilə təhsil həyatı müxtəlif şəhərlərdə keçmişdir. İbtidai təhsilini Mardində bitirdikdən sonra Ərzincanda hərbi ibtidai, Ərzurumda hərbi orta təhsilini tamamlamışdır. 1897-ci ildə İstanbul Hərb məktəbini bitirdikdən sonra 1900-cü ildə Hərb Akademiyasına daxil olmuşdur. Buradakı təhsilini 1902-ci ildə tamamlayaraq, peşə həyatına başlamışdır. == Hərbi karyerası == İlk vəzifə yeri olan Tunceli və ətrafında 8 il xidmət etmişdir.
Heltay Qaşpar
Heltay Qaşpar (əsl adı:Kaspar Helth; mac. Gáspár Heltai; 1510[…] – 1574[…], Kluj-Napoka) — Yazıçı və rəssam. Ana dilinin alman dili olmasına baxmayaraq macar dilində bir sıra kitablar nəşr etdirmişdir. == Fəaliyyəti == Vittenberq Universitetində təhsil almışdır və ilk nəşr evini Kolojvarda (hal-hazırda Rumıniyanın Kluj-Napoka şəhəri) açmışdır. O, həmçinin ictimai hamam, kağız fabriki və şəhərdə ilk pivə zavodunun sahibi idi. Eyni zamanda rahib, tərcüməçi, naşir, yazıçı və iş adamı idi. Kolojvarın ilk dini islahatçısı sayılır. Macarıstanın Unitarian islahatının ən önəmli şəxslərindən biridir. Bir qrup alimlə birgə Əhdi-Cədidi macar dilinə tərcümə etmişdir. Onun əsərləri Macarıstanda dünyəvi ədəbiyyatın ilk qaynaqlarından hesab olunur.
Altay sümürgəsi
Altay sümürgəsi (lat. Asplenium altajense) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü.
Altay Mehdiyev
Altay Ramazan oğlu Mehdiyev (9 yanvar 1957, Boladı, Lənkəran rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 2009-cu ildən 2013-cü ilə qədər Hərbi Hava Qüvvələri komandiri. == Fəaliyyəti == Altay Ramazan oğlu Mehdiyev 9 yanvar 1957-ci ildə Lənkəran rayonunun Boladı kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2002-ci il tarixli 720 nömrəli Sərəncamına əsasən ona general-mayor hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2002-ci il tarixli 1039 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında "Qəbələ radiolokasiya stansiyasının (RLS "Daryal") statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında" Sazişin icrası və informasiya-analitik mərkəzində olan heyətlə bağlı məsələlərin tənzimlənməsi üçün Azərbaycan Respublikası tərəfindən səlahiyyətli nümayəndə general-mayor Altay Ramazan oğlu Mehdiyev təyin edilib. 2009-cu ilə qədər Altay Mehdiyev Azərbaycan Müdafiə Nazirliyinin 5-ci Ordu Korpusu komandirinin müavini – qərargah rəisi vəzifəsində çalışıb və Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli 320 nömrəli Sərəncamı ilə həmin vəzifədən azad edilib. 11.02.2009-cu ildə Azərbaycan Hərbi Hava Qüvvələrinin komandiri Rail Rzayev qətlə yetirildikdən sonra, 12.05.2009-cu il tarixinə qədər onun yeri vakant qalıb və nəhayət Prezident Sərəncamına əsasən Altay Mehdiyev bu vəzifənin icrasına başlayıb. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2009-cu il tarixli 378 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında "Qəbələ radiolokasiya stansiyasının (RLS "Daryal") statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında" Sazişin icrası və informasiya-analitik mərkəzində olan heyətlə bağlı məsələlərin tənzimlənməsi üçün Azərbaycan Respublikası tərəfindən səlahiyyətli nümayəndə general-mayor Altay Ramazan oğlu Mehdiyev təyin edilib. O hərbi hava əməliyyatlarının yüksək peşıkarlıqla aparılması istiqaməti üzrə təlim keçib. 2006-cı ilin İyun Ayında "Vətən Uğrunda" medalı ilə təltif edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 noyabr 2012-ci il tarixli 305s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin Komandanı — müdafiə nazirinin müavini vəzifəsini icra edən Altay Mehdiyev Qəbələ radiolokasiya stansiyasının (RLS "Daryal") daşınar və daşınmaz əmlakının inventarlaşdırılması üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən sədri təyin edilib.
Altay Sadıqzadə
Altay Oqtay oğlu Sadıqzadə (d. 27 aprel 1951, Bakı) — Azərbaycan rəssamı, Bakı Müasir İncəsənət Muzeyinin dizayneri, Azərbaycanın avanqard hərəkatının aparıcı nümayəndələrindən biri, SSRİ Rəssamlar İttifaqının üzvü (1979). == Həyatı == Altay Sadıqzadə 27 aprel 1951-ci ildə Bakı şəhərində anadan olub. 1970-ci ildən Ə.Əzimzadə adına rəssamlıq məktəbində, 1977-ci ildən isə İ.Surikov adına Rəssamlıq İnstitutunda təhsil almışdır. 1979-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür. == Yaradıcılığı == Rəssamın ilk fərdi sərgisi 1988-ci ildə Bakıda keçirilmişdir. Rəssamın yaradıcılığının primitiv görünməsinə baxmayaraq, əsərləri akvarellə işlənmiş, maddi ağırlıqdan məhrum, ruhlandırılmış və parlaq koloritlə zəngindir. Bununla boya ilə işlənmiş formalar, öz-özünə kompozisiyaya həkk olunmuş rəngarəng yazılar təəssüratını oyadır. Rəssam əsərlərində qrotestlik xas olan obyektlərini təsvir edərkən onları ümumiləşdirir. Altay Sadıqzadənin əsərlərinə dinamika, bədii ifadənin emosional gücü, parlaq kolorit, ritm, kontrast xasdır.
Elmar Qasımov (Eldar oğlu)
Elmar Eldar oğlu Qasımov (8 sentyabr 1973) — Bakı Ali Neft Məktəbinin rektoru (2012-ci ildən). == Həyatı == Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Coğrafiya üzrə fəlsəfə doktorudur. 1995–1999-cu illərdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olaraq fəaliyyət göstərib. 1999–2016-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. === Ailəsi === Ailəlidir, iki övladı var. == İctimai-siyasi fəaliyyəti == 1999-cu ildə, 26 yaşında təhsil nazirinin müavini təyin edilmişdir. 1999–2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. 2011–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində çalışıb.