Altay Ramazan oğlu Mehdiyev (9 yanvar 1957, Boladı, Lənkəran rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 2009-cu ildən 2013-cü ilə qədər Hərbi Hava Qüvvələri komandiri.[1]
Altay Mehdiyev | |
---|---|
12 may 2009 – 14 may 2014 | |
Prezident | İlham Əliyev |
Əvvəlki | Rail Rzayev |
Sonrakı | Ramiz Tahirov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 yanvar 1957 (67 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Fəaliyyəti | hərbi qulluqçu |
Hərbi xidmət | |
Mənsubiyyəti | Azərbaycan Silahlı Qüvvələri |
Qoşun növü | Azərbaycan Hərbi Hava Qüvvələri |
Rütbəsi |
General-mayor |
|
|
Təltifləri |
Altay Ramazan oğlu Mehdiyev 9 yanvar 1957-ci ildə Lənkəran rayonunun Boladı kəndində anadan olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2002-ci il tarixli 720 nömrəli Sərəncamına əsasən ona general-mayor hərbi rütbəsi verilmişdir.[2][3]
Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2002-ci il tarixli 1039 nömrəli Sərəncamı[4] ilə "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında "Qəbələ radiolokasiya stansiyasının (RLS "Daryal") statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında" Sazişin icrası və informasiya-analitik mərkəzində olan heyətlə bağlı məsələlərin tənzimlənməsi üçün Azərbaycan Respublikası tərəfindən səlahiyyətli nümayəndə general-mayor Altay Ramazan oğlu Mehdiyev təyin edilib.
2009-cu ilə qədər Altay Mehdiyev Azərbaycan Müdafiə Nazirliyinin 5-ci Ordu Korpusu komandirinin müavini – qərargah rəisi vəzifəsində çalışıb[1][5] və Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli 320 nömrəli Sərəncamı[6] ilə həmin vəzifədən azad edilib.
11.02.2009-cu ildə Azərbaycan Hərbi Hava Qüvvələrinin komandiri Rail Rzayev qətlə yetirildikdən sonra, 12.05.2009-cu il tarixinə qədər onun yeri vakant qalıb və nəhayət Prezident Sərəncamına əsasən Altay Mehdiyev bu vəzifənin icrasına başlayıb.
Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2009-cu il tarixli 378 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında "Qəbələ radiolokasiya stansiyasının (RLS "Daryal") statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında" Sazişin icrası və informasiya-analitik mərkəzində olan heyətlə bağlı məsələlərin tənzimlənməsi üçün Azərbaycan Respublikası tərəfindən səlahiyyətli nümayəndə general-mayor Altay Ramazan oğlu Mehdiyev təyin edilib[7].
O hərbi hava əməliyyatlarının yüksək peşıkarlıqla aparılması istiqaməti üzrə təlim keçib.[8]
2006-cı ilin İyun Ayında "Vətən Uğrunda" medalı ilə təltif edilib.[9]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 noyabr 2012-ci il tarixli 305s nömrəli Sərəncamına[10] əsasən Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin Komandanı — müdafiə nazirinin müavini vəzifəsini icra edən Altay Mehdiyev Qəbələ radiolokasiya stansiyasının (RLS "Daryal") daşınar və daşınmaz əmlakının inventarlaşdırılması üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən sədri təyin edilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 dekabr 2012-ci il tarixli 328s nömrəli Sərəncamı[11] ilə o Qəbələ radiolokasiya stansiyasının (RLS "Daryal") bağlanılması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi üzrə Komissiyanın üzvü təyin olunub.
O, 18.11.2013-cü ildə HHQ komandiri vəzifəsinin icrasından azad edilib və Milli Müdafiə Universitetinin Hərbi Kollecinə rektor təyin edilib.[12]
Altay Mehdiyev Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2003-cü il tarixli 887 nömrəli Fərmanı[13] ilə "Azərbaycan Bayrağı" ordeni ilə, 25 iyun 2013-cü il tarixli 2974 nömrəli Sərəncamı[14] ilə isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.