Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eynəkli ayı
Eynəkli ayı (lat. Tremarctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi. Cinsə iki növ daxildir. Bu cinsə daxil olan bir növ Cənubi Amerika ərazisində ayıkimilər fəsiləsinə aid yaşayan yenganə ayı növdür.
Eynəkli ayılar
Eynəkli ayılar (lat. Tremarctinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Eynəkli bayquş
Eynəkli bayquş (lat. Pulsatrix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Eynəkli kayman
Eynəkli kayman (lat. Caiman crocodilus) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Kaymanlar cinsinə daxil olan növ. == Görünüşü == Orta ölçülü, kifayət qədər uzun sifətli alliqatordur. Bu növün yetkin erkəkləri ümumiyyətlə 1,8–2 m uzunluqdadır. Dişiləri isə daha kiçik, təxminən 1,2–1,4 m-dir. Əksər yetkinlərin bədən çəkisi 7 ilə 40 kq arasındadır. Bu növ üçün qeyd olunan maksimum uzunluq 2,2 m-dir. Baxmayaraq ki, 2,5 metrdən uzun və 58 kq-a qədər olan heyvanlar barədə məlumatlar gəzir. Məlum olan ən böyük dişi 1.61 m uzunluğa və 20 kq ağırlığa sahib olmuşdur. Venesuelada yayılmış katmanlar Meksikadakı nümunələrdən daha böyükdür.
Eynəkli pinqvin
Eynəkli pinqvin və ya Afrika pinqvini (lat. Spheniscus demersus) — Eynəkli pinqvinlər cinsinə daxil olan növ. == Xarici görünüş == Öz cinsinin ən böyük nümayəndəsidir. Uzunluğu 65–70 sm, çəkisi 3–5 kq təşkil edir. Öz cinsinin digər nümayəndələri kimi onunda önü ağ, arxası isə qara rəngdə olur. == Yayılması == Arealı Cənubi Afrika, Namibiya və yaxınlıqda yerləşən adaların sahillərində yayılmışdır. 1900-cü ildə populyasiyanın sayı 2 mln, 2015-ci ildə isə sayı 140–180 min baş olmuşdur. == Həyat tərzi == Bu növün nümayəndələri 20 km/s sürətlə suyun 100 m dərinliyinə üzə bilirlər. Suyun altında 2–3 dəqiqə qala bilirlər. Qida arxasınca 70–120 km dəniz daxilinə üzürlər.
Eynəkli pinqvinlər
Eynəkli pinqvinlər (lat. Spheniscus) — Pinqvinlər fəsiləsinə daxil olan növlər: Spheniscus demersus — Eynəkli pinqvin Spheniscus mendiculus — Qalapaqos pinqvini Spheniscus humboldti — Humbold pinqvini Spheniscus magellanicus — Magellan pinqviniBu cinsə daxil olan növlər rəng və ölçü baxımından bir-birinə bənzəyirlər. Eynəkli pinqvin — eynəkli pinqvinlər cinsinə daxil ən böyük nümayəndəsidir. Bu növün nümayəndələri Afrikanın cənub sahillərində yayılmışdır. Magellan və Humbold pinqvinləri nisbətən kiçik ölçülərə malik olurlar. Eynəkli pinqvinlər yuvaları sahilə yaxın ərazilərdə qum üzərində qoyurlar. Magellan pinqvinləri Cənubi Amerikanın cənub sahillərində yayılmışdır. Onlar digər növlərdən fərqli olaraq yuvaları sahildən aralıda meşəlikdə qururlar. Qalapaqos pinqvini isə ekvatordan bir qədər aralıda yayılırlar.
Eynəkli təmizçi
Eynəkli təmizçi (lat. Cepphus carbo) — Təmizçilər fəsiləsinə aid dəniz quşu. == Təsvir == Bədəninin uzunluğu təqribən 38 sm-dir. Ayaqları qırmızı, dimdiyi qaradır. Heç bir yarımnövü yoxdur. == Yayılması == Sakit okeanın şimal-şərqində, Oxot dənizində, Rusiyanın Kuril adalarında və Yaponiyanın Hokkaydo adasında yayılmışdır. Eynəkli təmizçinin arealı Sakitokean təmizçisinin arealı ilə üst-üstə düşür, lakin sonuncu daha şimala nüfuz edir. == Davranış == Səhər və günortadan sonra aktivdir. Quşlar sahilə yaxın, 15–20 m-dən çox olmayan dərinliklərdə qidalanır. Balalar əsasən balıq, onayaqlı xərçəngkimilər və çoxilliklərlə qidalanır.
Eynəkli ördək
Eynəkli ördək (lat. Speculanas) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Eynəkli dəniz donuzu
Eynəkli dəniz donuzu (lat. Phocoena dioptrica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dəniz donuzları fəsiləsinin dəniz donuzu cinsinə aid heyvan növü. Bu canlını digər dəniz donuzlarından asanlıqla ayırmaq olur. Onların gözlərinin ətrafında tübd həlqə olur. Bu həlqənin ətrafında isə nisbətən parlaq həlqə olur. == Takson == Eynəkli dəniz donuzu ilk dəfə 1912-ci ildə Lahille tərəfindən təsvir edilmiş və qeydə almışdır. O, Buenos Ayres sahillərində bu canlının ölüsü əsasında Eynəkli dəniz donuzunu təsvir edir. Odlu Torpaq adasında Eynəkli dəniz donuzunun kəlləsi aşkarlanır. Latınca adı Phocoena dioptricadır. Dioptrica latıncadan tərcümədə iki həlqə mənasını verir.
Adi eynəkli ayı
Adi eynəkli ayı (lat. Tremarctos ornatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin eynəkli ayı cinsinə aid heyvan növü. Gözlərinin ətrafında olan ağ sarı halqalara görə belə adlandırırlar. == Təsviri == Bu yırtıcı orta ölçülərə sahib bir ayı növüdür: bədəninin uzunluğu 150—180 sm, quyruğu 7—10 sm, çəkisi 70 (dişilər) — 140 (erkəklər) kq. Xəzi kömür-qara və ya boz-qara olur. Göz ətrafında ağ və sarı halqa olur. Bu halqalar boğazdakı digər halqa ilə birləşir. Bəzi fərdlərdə isə ümumiyyətlə ləkələr yoxdur. Sifətləri digər ayılara nisbətdə olduqca qısadır Orta ömür müddəti 21 ildir. == Yayılma ərazisi == Bu canlılar Cənubi Amerika ərazisində ayıkimilər fəsiləsinə daxil olan yaşayan yenganə növdür.
Yaşıl eynəkli adam
== Məzmun == Tamaşada poçtalyon (Hacı İsmayılov) Alfred Hiçkokun filmlərinə baxan Kazıma (Yaşar Nuriyev), kompüter ilə fala baxan Zəhraya (Afaq Bəşirqızı), oyuncaq düzəldən Qəribə (Mabud Məhərrəmov), rejissor Cahangirə (Cahangir Novruzov), polis rəisi Seyfullaya (Səyavuş Aslan) içində əjdaha başı olan bağlama çatdırır və hər birinə zəng edərək əjdaha başı ilə məktubda qeyd olunan ünvana gəlməsini tələb edir. Əjdaha başı ilə bərabər çağırılan ünvana gələnlər başa düşür ki, əslində onların qohumu olan "poçtalyon" çoxdandır bir-birilərini görməyən qonaqları bir yerə yığıb və il əjdaha üzərində təhvil verildiyindən bağlamalarda əjdaha başı yerləşdirilib. Əjdaha başlarını divardakı illustirasiyaya sancan "poçtalyon" Qafar "Başsız bədən bir işə yaramaz" deyir və qonaqları bayram süfrəsinə qonaq edir. Tamaşanın ana fikri qohumluq münasibətlərinə diqqətin artırılmasıdır.
Dəniz Supermeni və Eynəkli
Dəniz Supermeni və Eynəkli (ing. Mermaid Man and Barnacle Boy — hərfən Dəniz Adamı və Molyusk Oğlan) — Süngər Bob Kvadrat Şalvar cizgi serialının obrazlarından biri. Dənizdə yeganə super qəhrəmanlardır. Multiplikator və dəniz bioloqu olan, eyni zamanda cizgi serialının yaradıcısı olan Stiven Hillenberq tərəfindən uydurulmuş obrazlardır. Originalda Dəniz Supermenini Ernest Borqnayn, Eynəklini isə Tim Konuey səsləndirir. = Haqqında = Dəniz Supermeni və Eynəkli su (dəniz) altında yaşayan yeganə super qəhrəmanlardır. Uydurma şəhər olan Bikini Bottomda yaşayırlar. əvvəlcə ABŞ-də yaşayan sıradan insanlar olmuşlar. Sonradan qəza nəticəsində suya düşmüş, ancaq suda nəfəs almağı bacarmışlar. Vaxtı ilə onların qəhrəmanlıqları haqqında "Dəniz Supermeni və Eynəklinin macəraları" adlı teleserial çəkilmişdir.
Yaşıl eynəkli adam-2
== Məzmun == Filmdə birinci hissədə olduğu kimi qohumpərəst Qafar (Hacı İsmayılov) yenə fəaliyyətə keçir və araşdırıb növbəti qohumlarının-Feyzulla kişinin (Sabir Sultanov) ABŞ-də yaşadığını öyrənir. Feyzulla kişi Qafara cavab məktubu yazaraq tezliklə Bakıya gələcəyini bildirir. Qafar da yenə köhnə qohumlarını bir yerə yığaraq məsələni açır. Eyni vaxtda Mister Feyz adlı bir Amerikalının konteynerləri Bakıya gələndə işlər bir az qarışır. Bəlkə Mister Feyz elə Feyzulla kişinin özüdür?... Ona görə qohumlar belə qərara gəlirlər ki, Feyzullanın qarşısına kasıb görkəmində çıxsınlar ki, "Mister Feyz" də onlara kömək əlini uzatsın. Lakin filmin sonunda bəlli olur ki, onlar yanılıblar. == Film haqqında == Filmdə "Slavyanka ilə vida" rus marşından istifadə edilmişdir.
Yaşıl eynəkli adam-3
== Məzmun == Bu filmdə qohumların müxtəlif partiyaya mənsubluğu onları ayrı salmışdır, hətta düşmənləşdirmişdir. Bitərəf Qafar (Hacı İsmayılov) isə artıq bir ildir ki, vəfat edən Feyzulla kişinin ölümünün ildönümünü qeyd etmək istəyir və qohumları yenə bir yerə yığmağa çalışır... == Film haqqında == Filmdə "Slavyanka ilə vida" rus marşından istifadə olunmuşdur.
Yaşıl eynəkli adam (film, 1987)
== Məzmun == Tamaşada poçtalyon (Hacı İsmayılov) Alfred Hiçkokun filmlərinə baxan Kazıma (Yaşar Nuriyev), kompüter ilə fala baxan Zəhraya (Afaq Bəşirqızı), oyuncaq düzəldən Qəribə (Mabud Məhərrəmov), rejissor Cahangirə (Cahangir Novruzov), polis rəisi Seyfullaya (Səyavuş Aslan) içində əjdaha başı olan bağlama çatdırır və hər birinə zəng edərək əjdaha başı ilə məktubda qeyd olunan ünvana gəlməsini tələb edir. Əjdaha başı ilə bərabər çağırılan ünvana gələnlər başa düşür ki, əslində onların qohumu olan "poçtalyon" çoxdandır bir-birilərini görməyən qonaqları bir yerə yığıb və il əjdaha üzərində təhvil verildiyindən bağlamalarda əjdaha başı yerləşdirilib. Əjdaha başlarını divardakı illustirasiyaya sancan "poçtalyon" Qafar "Başsız bədən bir işə yaramaz" deyir və qonaqları bayram süfrəsinə qonaq edir. Tamaşanın ana fikri qohumluq münasibətlərinə diqqətin artırılmasıdır.
Yaşıl eynəkli adam-2 (film, 1999)
== Məzmun == Filmdə birinci hissədə olduğu kimi qohumpərəst Qafar (Hacı İsmayılov) yenə fəaliyyətə keçir və araşdırıb növbəti qohumlarının-Feyzulla kişinin (Sabir Sultanov) ABŞ-də yaşadığını öyrənir. Feyzulla kişi Qafara cavab məktubu yazaraq tezliklə Bakıya gələcəyini bildirir. Qafar da yenə köhnə qohumlarını bir yerə yığaraq məsələni açır. Eyni vaxtda Mister Feyz adlı bir Amerikalının konteynerləri Bakıya gələndə işlər bir az qarışır. Bəlkə Mister Feyz elə Feyzulla kişinin özüdür?... Ona görə qohumlar belə qərara gəlirlər ki, Feyzullanın qarşısına kasıb görkəmində çıxsınlar ki, "Mister Feyz" də onlara kömək əlini uzatsın. Lakin filmin sonunda bəlli olur ki, onlar yanılıblar. == Film haqqında == Filmdə "Slavyanka ilə vida" rus marşından istifadə edilmişdir.
Yaşıl eynəkli adam-3 (film, 2002)
== Məzmun == Bu filmdə qohumların müxtəlif partiyaya mənsubluğu onları ayrı salmışdır, hətta düşmənləşdirmişdir. Bitərəf Qafar (Hacı İsmayılov) isə artıq bir ildir ki, vəfat edən Feyzulla kişinin ölümünün ildönümünü qeyd etmək istəyir və qohumları yenə bir yerə yığmağa çalışır... == Film haqqında == Filmdə "Slavyanka ilə vida" rus marşından istifadə olunmuşdur.
Eynəli dağı
Eynəli ya Eynalı dağı - İranın Şərqi Azərbaycan ostanında yerləşən dağ. Təbriz şəhəri bu dağın ətəyində yerləşib. Bu dağda deyilənlərə görə Həzrət Əlinin övladlarından olan Ovn ibn Əli dəfn olunub. Təbrizlilər həftənin cümə günləri bu dağa çıxırlar.
Eynəli bəy Sultanov
Sultanov Eynəli bəy Çölü bəy oğlu (5 may 1866, Naxçıvan – 1935, Tiflis, Gürcüstan SSR, ZSFSR və ya SSRİ) — yazıçı-publisist, maarifçi-pedaqoq, dramaturq, teatr xadimi, və teatr tənqidçisi, tərcüməçi, ictimai xadim. == Həyatı == Naxçıvan ziyalıları içərisində öz biliyinə, bacarığına və təşkilatçılığına görə Eynəli bəy Sultanov fərqlənirdi. Eynəli bəy Sultanov hələ 1882-ci ildə öz evində "Ziyalılar cəmiyyəti" təşkil edir, qabaqcıl adamlarla, savadlı gənclərlə, məsləkdaşlarla əlaqə saxlayır. Şəhərin bütün tərəqqipərvər, açıq fikirli adamlarından Paşa ağa Sultanov (1849-1902), Mirzə Cəlil Mirzəyev (Şürbi) (1874-1915), Mirzə Ələkbər Xəlilov (1862-1896), Əsəd ağa Kəngərli, Qurbanəli Şərifov (1854-1917), Baxşəli ağa Şahtaxtlı, Nəsrulla Şeyxov (1863-1921) və başqalarını həmin cəmiyyətə cəlb edir. Eynəli bəy Sultanovun təşkilatçılığı və rəhbərliyi altında "Ziyalılar cəmiyyəti"ndə dövrün ictimai-siyasi, qadın azadlığı məsələləri müzakirə edilir, yeni məktəblər, kitabxanalar açmaq qərara alınır, elmi-ədəbi mübahisələr keçirilirdi. Burada Aleksandr Puşkin, Lev Tolstoy, Belinski, Dobrolyubov kimi görkəmli rus yazıçı və şairlərinin də əsərləri oxunur, tərcümə edilir və fikirləri üzərində elmi mübahisələr aparılır, xalqı qəflət yuxusundan oyatmaq üçün hər cür səy göstərilirdi. Dövrün tərəqqipərvər, açıq fikirli ziyalılarından Məhəmməd ağa Şahtaxtlı (1846-1931), Qurbanəli Şərifov (1854-1917), Məhəmməd Tağı Sidqi (1854-1903), Cəlil Məmmədquluzadə (1869-1932), Eynəli bəy Sultanov (1866-1935), Mirzə Əlməmməd Xəlilov (1862-1896), Mirzə Ələkbər Bəyalı oğlu Süleymanov (1862-1921), Mirzə Məmməd Zamanbəyov və başqalarının təşəbbüsü və səyi nəticəsində 1883-cü ildə Naxçıvanda ilk dəfə olaraq "Müsəlman incəsənəti və dram cəmiyyəti" adlı bir ədəbi cəmiyyət yaradılır. Şəhərin tərəqqipərvər, yeni fikirli adamları cəmiyyətin fəaliyyətinə kömək etsələr də, o dövrdə ruhanilər, hökumət məmurları onlara yaxşı münasibət bəsləmirdilər. Eynəli bəy Sultanovun fəaliyyəti Azərbaycan teatr tarixində ən gözəl səhifələrdən birini təşkil edir. Onun qaynar, çoxcəhətli fəaliyyəti və fədakarlıqla dolu həyatı Naxçıvan teatrının yaranma və təşəkkülündə çox əhəmiyyətli olmuşdur.
İnəkli
İnəkli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km şimal-qərbdə, Abaran çayının sağ axarında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə «İnəkli məzrəsi» formasında və İnəkli kimi, Qafqazın 5 verstlik xəritəsində İnəkli şəklində qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Enakli, İnoğlu kimi də göstərilir. Toponim oğuz tayfalarından olan inək etnoniminə mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə düzəlmişdir və «İnək tayfasına mənsub yaşayış yeri» mənasını verir. Əbül Qazi qeyd edir ki, Duylı Kayının yanında Qorquddan başqa iki inək bəy var idi. Biri -Bayandur ilindən olan Bekdez, o biri - İqdir ilindən olan Dünkə idi». A.N.Kononov müxtəlif mənbələrə istinad edib qeyd edir ki, inək termini «yaxın nökər» mənasında işlənir. Monqolca inək sözü «inanılmış», «istəkli, sevimli» mənalarını ifadə edir. Xivə, Buxara şivəsində «atalıq» mənasında işlənən inək əvvəllər «tayfa başçısı», «xanın gizli məsləhətçisi», «əyalətin və ya şəhərin baş rəisi» mənaları bildirmişdir.
Eynək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt şüşə və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s.Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. == Optik eynəklər == Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi. Həmçinin ilk eynəklər dəstəksiz idi.
Eynallı
Eynallı — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Ağstafa rayonunun Eynallı kəndi Köçəsgər kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Eynallı kənd Soveti yaradılmışdır.
Əylənli
Əylənli, Aynalı, Ağlyanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd.Rayon mərkəzindən 7 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı həm də Aynalı, Ağlyanlı kimi göstərilir. == Tarixi == Toponim əylənli türk tayfa adı əsasında yaranmışdır.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19.IV.1950-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Davidaşen qoyulmuşdur. == Toponimi == Mənbədə Aylanlı kimidir 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində Əgənli kənd adı. "Kəndin başqa adı Yasaqlıdır". Mənbədə Əglənli kimidir. Digər adı Axsaqlı-Əglənli idi "Axsaq (kəndi) yaxınlığında Əglənli "mə'nasındadır. XX əsrin əvvəllərinə aid mənbədə Aylanlı-Yasaqlı kimidir. 1828–1832-ci illərdə kənd dağılmışdır.
Aras Bulut İynəmli
Araz Bulud İynəmli (türk. Aras Bulut İynemli; d. 25 avqust 1990, İstanbul, Türkiyə) — Türkiyə aktyoru. == Həyatı == Araz Bulud İynəmli 25 avqust 1990-cı ildə İstanbulda anadan olmuşdur. Yeşim adında böyük bacısı və Orcun adında böyük qardaşı vardır. Qardaşı aktyor, bacısı da səs sənətçisidir. Atasının adı Çingiz, anasının adı Sevtapdır. Beşiktaş Anadolu Liseyindən məzun olduqdan sonra İstanbul Texniki Universitetində təyyarə mühəndisliyi oxuduğu müddətdə aktyorluq etməyə başladığından təhsilinə fasilə verdi. Əmisiqızı Miray Daner, əmisi Çingiz Daner və böyük əmisi İlhan Daner də aktyordur.
Araz Bulud İynəmli
Araz Bulud İynəmli (türk. Aras Bulut İynemli; d. 25 avqust 1990, İstanbul, Türkiyə) — Türkiyə aktyoru. == Həyatı == Araz Bulud İynəmli 25 avqust 1990-cı ildə İstanbulda anadan olmuşdur. Yeşim adında böyük bacısı və Orcun adında böyük qardaşı vardır. Qardaşı aktyor, bacısı da səs sənətçisidir. Atasının adı Çingiz, anasının adı Sevtapdır. Beşiktaş Anadolu Liseyindən məzun olduqdan sonra İstanbul Texniki Universitetində təyyarə mühəndisliyi oxuduğu müddətdə aktyorluq etməyə başladığından təhsilinə fasilə verdi. Əmisiqızı Miray Daner, əmisi Çingiz Daner və böyük əmisi İlhan Daner də aktyordur.
Ələkli
Ələkli (əvvəlki adı: Əlikli) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Xanlıqlar kənd inzibati ərazi dairəsi tərkibindəki Əlikli kəndi Ələkli kəndi adlandırılmışdır.
Uzun iynəli kirpi
Uzun iynəli kirpi və ya Tünd iynəli kirpi (lat. Paraechinus hypomelas) — Məməlilər sinfinə, Kirpilər fəsiləsinə daxil olan növ. == Təsviri == Uzun iynəli kirpi 500–900 qram ağırlığında və 226–272 mm uzunluğunda olur. İynələri 40–42 mm uzunluğuna sahibdir. Bədəninin aşağı hissəsi yumşaq və uzun saçlarla örtülmüşdür. Uzun iynəli kirpinin qulaqları yumşaqdır. Qulaqlar başın yarısından uzundur. Qulaqların içi boz rəngdədir. Sifət qara-qəhvəyi rəngdə olsa da, az miqdarda ağ tüklərə sahibdir. Bu kirpilərin iki rəng çeşidi var: tünd və açıq.
İynəli dəniz ulduzları
İynəli dəniz ulduzları (lat. Spinulosida) — heyvanlar aləminin dərisitikanlılar tipinin dəniz ulduzları sinfinə aid heyvan dəstəsi.
Aşağı Əylənli
Aşağı Əylənli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 04 aprel 1946-cı il fərmanı ilə adı ildə dəyişdirilərək Lenuqi qoyulmuşdur. XIX əsrin axırlarında Əglənlu-Yasaqlu da adlanmışdır. == Əhalisi == 1828–1832-ci illərdə İrandan və Türkiyədən gəlmə ermənilər yerləşdikdən sonra əhali qarışıq yaşamışdır. 1918-ci ildə azərbaycanlılar qovulmuşdur. == Tarixi == Aşağı Əylənli XIX əsrin axırlarında Əglənlu-Yasaqlu da adlanmışdır. 1828–1832-ci illərdə İrandan və Türkiyədən gəlmə ermənilər də yerdəşdikdən sonra əhali qarışıq yaşamışdır. 1918-ci ildə azərbaycanlılar qovulmuşdur.
Eynallı bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yuxarı Əylənli
Yuxarı Əylənli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzindən 2 km şimal-şərqdə, Alagöz dağının cənub-qərbində yerləşir. Kəndin başqa adı Əylənli-Əbdülrəhman olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə əylənli nəsil adı əsasında əmələ gəlmişdir. Əylənli tayfası F.Sümərin "Oğuzlar" əsərində əyələnoğlu kimi qeyd edilir. Patronim toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Tsaxkunk qoyulmuşdur.
Yələkli (Qoşaçay)
Yələkli (fars. يلكلو‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 175 nəfər yaşayır (36 ailə).