Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rəhimli
Rəhimli — Azərbaycanda daha çox işlədilən soyad. Rəhim Rəhimli — Azərbaycan musiqiçisi İlham Rəhimli — Azərbaycan teatrşünas-tənqidçisi, jurnalist, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Kəndlər Rəhimli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Rəhimli (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd. Rəhimli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Rəhimli (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd. Rəhimli (Germi) Rəhimli-i Muran (Germi) Rəhimli (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd Dağlar Rəhimli — İsmayıllı rayonu ərazisində dağ. Hündürlüyü 2085 m.
Elcan Rəhimli
Hüseyn Rəhimli
Hüseyn Natiq oğlu Rəhimli (10 iyul 1995) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Hüseyn Rəhimli 1995-ci il iyulun 10-da anadan olub. == Karyerası == Hüseyn Rəhimli 2015-ci ildə Kvanju şəhərində (Cənubi Koreya) baş tutan tələbələr arasında Universiada Oyunlarının bürünc medalına sahib oldu. Daha sonra Uolsoll şəhərində (Birləşmiş Krallıq) baş tutan Avropa Çempionatında çıxış edən Hüseyn Rəhimli, turniri bürünc medalla başa vurdu. Hüseyn Rəhimli 2018-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Dünya Çempionatında fərdi turnirdə final görüşündə məğlub oldu və gümüş medala sahib oldu. Komanda turnirini isə Hüseyn Rəhimli bürünc medalla başa vurdu. 2019-cu ildə Hüseyn Rəhimli Genuya şəhərində (İtaliya) baş tutan Avropa Çempionatının final görüşündə qalib gəldi və qızıl medala sahib oldu. Komanda turnirində də Hüseyn Rəhimli qızıl medala sahib oldu. Hüseyn Rəhimli 2021-ci il ərzində beynəlxalq turnirlərdə topladığı reytinq xalları hesabına Paralimpiya Oyunlarına vəsiqə qazandı.
Kamil Rəhimli
Mikayıl Rəhimli
Mikayıl Rəhman oğlu Rəhimov (1962, Sirab, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sabiq sədri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq deputatı, Babək Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin sədri Mikayıl Rəhman oğlu Rəhimov 1962-ci ildə Naxçıvan rayonunun Sirab kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. Təyinatla 4 nömrəli Naxçıvan Yol İstismar İdarəsində çalışmışdır. Bir müddət sonra həmin idarənin Birləşmiş Həmkarlar İttifaqı Təşkilatının sədri olmuşdur. İqtisad üzrə fəlsəfə doktorudur. Mikayıl Rəhimov 1991-ci ildən 1994-cü ilədək Babək Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. Mikayıl Rəhimov 1990-cı illərdən aktiv siyasi fəaliyyətə başlamışdır. O, 1990-cı il tarixində keçirilmiş Naxçıvan MSSR Ali Sovetinə seçkilərdə Azərbaycan Xalq Cəbhəsi sıralarından 36 nömrəli Sirab seçki dairəsi üzrə deputatlığa namizəd olmuş və seçilmişdir. O, 1995-ci ilədək deputat kimi fəaliyyət göstərmiş, eyni zamanda Ali Məclisin Rəyasət Heyətinin üzvü seçilmişdir. Mikayıl Rəhimov 8 oktyabr 2010-cu ildə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin təqdimatı ilə Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizədi olmuşdur.
Murad Rəhimli
Məmmədəli Rəhimli
Rəhimli Məmmədəli Paşasadıq oğlu (10.4.1899, Tiflis -?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Tiflis gimnaziyasını bitirmişdir (1918). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini maşınqayırma sahəsində davam etdirmək üçün Darmştadt İnstitutuna (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 1 il qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Orxan Rəhimli
Rafiq Rəhimli
Rafiq Rəhimli — Azərbaycan yazıçısı, ssenarist, dramaturq, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2019) Azərbaycan Jurnalistlər Birliyi, Teatr Xadimləri İttifaqının üzvü Rafiq Səfər oğlu Rəhimli 1956-cı il yanvar ayının 3-də Lənkəran şəhərində dünyaya göz açıb. Hələ ali təhsil almadan 1978-ci ildə "Leninçi" rayon qəzetinə işə dəvət edilib. 1989-cu ildə Bakı Dövlət Universitetini, 1994-cü ildə isə "Müstəqil. Rs" nəzdində fəaliyyət göstərən ali rejissorluq kursunu bitirib. Hələ şagird ikən yerli radio və yerli qəzetlə əməkdaşlıq edən Rafiq Rəhimli ilk müxbir vəsiqəsini 1974-cü ildə almışdır. İlk qələm təcrübələri orta məktəb illərindən başlayıb. Tələbəlik illərində müxtəlif müsabiqələrin qalibi kimi bir sıra mükafatlara layiq görülüb. 1976–1978-ci illərdə balıq konservi zavodunda fəhlə, 1978–1984-cü illərdə "Leninçi" qəzetində korrektor, 1984–1993-cü illərdə Azərbaycan radiosunda, 1994–2000-ci illərdə Azərbaycan Dövlət Televiziyasında müxbir və redaktor, 2000–2002-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında ədəbi-dram hissəsinin rəhbəri vəzifələrində çalışıb. 2002-ci ilin dekabr ayından isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi-dram hissəsinin müdiri vəzifəsini icra edir. "Rəfiq" ədəbi məcmuəsinin təsisçisi və baş redaktorudur.
Rəhim Rəhimli
Rəhim Rəhimli (28 dekabr 1976, Bakı – 30 sentyabr 2022, Bakı) — azərbaycanlı müğənni, bəstəkar, aktyor. Rəhim Rəhimli 28 dekabr 1976-cı ildə Ağdamda dünyaya gəlib. 2022-ci il sentyabrın 30-da ürək tutmasından dünyasını dəyişib. Bülbülə qəbiristanlığında dəfn olunub. Ekstravaqant tərzi ilə daima diqqət çəkmişdir. Çoxsaylı klipləri və mahnıları ilə tanınırdı. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi "MTV Azərbaycan" kanalının direktoru işləyib. Daha çox bəstəkarlıq fəaliyyəti ilə məşğul olub. Sevərsənmi (albom) Azərbaycanı tərk etdi, insanlardan gizləndi, heç vaxt ailə qurmadı – O, hansı müğənnimizlə sevgi yaşadı?
Rəhimli (Ağsu)
Rəhimli — Azərbaycan Respublikasının Ağsu rayonunun Rəhimli kənd inzibati ərazi dairəsində kənd.
Rəhimli (Germi)
Rəhimli (fars. رحيملو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 108 nəfər yaşayır (21 ailə).
Rəhimli (Goranboy)
Rəhimli — Azərbaycan Respublikasının Goranboy rayonunun Rəhimli kənd inzibati ərazi dairəsində kənd. Rəhimli kəndi Goran çayı dərəsinin yamacındadır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini vaxtilə Qazax qəzasından köçüb gəlmiş Ağqoca oğlu Rəhim saldığı üçün kənd onun adını daşıyır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1107 nəfər əhali yaşayır.
Rəhimli (Gədəbəy)
Rəhimli — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Kənd XVIII əsrin əvvəllərundə salınıb. Yerli əhalinin məlumatına görə, Rəhimli kəndini Sərdarlı nəslindən olan Qara Rəhim salmışdır. Kəndə 1993-cü ildə Düz Rəsullu inzibati ərazi vahidiyinin tərkibində Rəhimli kəndi statusu verilmişdir. Gədəbəy rayonunun Düz Rəsullu i.ə.v.-də kənd. Şahdağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatma görə, yaşayış məntəqəsini vaxtilə Qazax mahalının Qıraq Kəsəmən kəndindən köçüb gəlmiş Qara Rəhim adlı şəxs saldığı üçün kənd onun adı ilə adlandırılmışdır; 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 207 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Rəhimli (Kəlbəcər)
Rəhimli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Bu kəndin bünövrəsini bir neçə ailə qoyub. Həmin ailələr heyvandarlıqla məşğul olurmuşlar. Onlar dağın dibində yerləşən Aşağıxaç adlanan ərazidə yaşayırmışlar. Buradan da Aşağı arxac sözü yaranmışdır. 1992-ci ildə kəndin adı dəyişdirilərək onun bünövrəsini qoyan Alxanov Rəhim Ocaqverdi oğlu şərəfinə Rəhimli adlandırılmışdır. Oğlu Alxanov Köçəri isə Kəlbəcərdə sayılıb-seçilən adamlardan olub.Kənd əhalisi Qumuq türklərindən ibarətdir. Behbudbəyin ağqayasının yurdu, Alagöllər yaylağı, Sudəyənqaya yurdu, Söyüdlü yaylağı, Qara Nəsibin yurdu, Mustafanın yurdu, Alıqulu ağanın yurdu, Taxtadüz yurdu, Sarıbulaq yurdu, Ketilərdüşən yurd, Əsəd bəyin yurdu, Mədinəli dərəsinin yurdu, Novruzdüşən göl yurdu.
Rəhimli (Şabran)
Rəhimli — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Şabran rayonun tanınmış kəndlərindəndir. Bu kəndin evlərinə çatmaq üçün yolun bir qədərini piyada və ya minklə getmək lazımdır. Dəmir yoluna qədər olan ərazilərdə heç kim yaşamır. Ona görədə kəndin başından dəmir yoluna qədər olan məsafəni qət etmək lazımdır. Bu kənddə hər bir şəxsin özünə aid heyvanı və sahəsi olur. Kəndin başında yeni hotel, əyləncə mərkəzi və futbol oynamaq üçün geniş sahə yaradılıb.Burada yerləşən fermada yarışlar keçirilir. Bu kəndin özünə layiq bir məktəbi və bələdiyyəsi var.Bəzən suların gəlmədiyi vaxtda insanlar baza adlanan yerə gedir paltar yuyur və su gətirirlər. Bu kənddə köhnə bir hamamda vardır. Kəndin əhalisi 1.363 nəfər təşkil edir.
Rəhimli bələdiyyəsi
Rəhimli bələdiyyəsi (Ağsu) — Ağsu rayonunda bələdiyyə. Rəhimli bələdiyyəsi (Şabran) — Şabran rayonunda bələdiyyə. Rəhimli bələdiyyəsi (Goranboy) — Goranboy rayonunda bələdiyyə.
Səbuhi Rəhimli
Səbuhi Kamal oğlu Rəhimli (d. 22 mart 1970, Mirbəşir rayonu) — Qoroskop qəzetinin baş redaktoru, tədqiqatçı-jurnalist, avestaşünas, astroloq, Qarabağ müharibəsinin iştirakçısı. Səbuhi Kamal oğlu Rəhimli 1970-ci il, martın 22-də Mirbəşir rayonunun (hazırkı Tərtər rayonu) Seydimli kəndində, müəllim ailəsində dünyaya gəlib. 1988–1990-cı illərdə Rusiyanın Xabarovsk diyarının Amur şəhərində hərbi xidməti keçib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib (1990–1995). Tələbəlik illərində könüllü olaraq Qarabağ müharibəsində iştirak edib, 1992-ci ildə aparılan döyüşlərdə ağır yaralanıb. 1990-cı illərdən ölkənin aparıcı qəzetlərində jurnalist kimi fəaliyyət göstərib, şöbə müdiri, redaktor vəzifələrində çalışıb. Elə həmin dövrdə özünü astrologiya sahəsində də sınayıb. 1999-cu ildən "Qoroskop" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərir. Qəzet 2018-ci ildə fəaliyyətini dayandırıb.
Səmra Rəhimli
Səmra Rəhimli və ya Səmra (20 oktyabr 1994, Bakı)— Azərbaycan müğənnisi. Səmra "O Səs Türkiyə" və "Səs Azərbaycan" layihələrinin iştirakçı olmuşdur. Azərbaycanı 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci Avroviziya Mahnı Müsabiqəsində "Miracle" mahnısı ilə təmsil etmişdir və final mərhələsində ölkəyə 17-ci yeri qazandırmışdır. Səmra Rəhimli 20 oktyabr 1994-cü ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olan Səmra xanım uşaq yaşlarından musiqi ilə məşğul olmağa başlamışdır. Səmra Rəhimli 2014-cü ildə Türkiyənin "TV 8 Televiziyası"nda yayımlanan "O Səs Türkiyə" layihəsində iştirak etmişdir. O ilk mərhələdə "Kör Seçmeler" mərhələsində "Simply The Best" mahnısını ifa etmişdir və 2 münsif Səmra xanım tərəfə çönmüşdür. Səmra xanım isə Hadisənin komandasında yarışmağı seçmişdir. Daha sonra növbəti mərhələdə – "Düellolar" mərhələsində Səmra Rəhimli Ayda Eravcı ilə birgə "I Who Have Nothing" mahnısını ifa etmişdir. Hadisə isə Səmra ilə Ayda arasında seçim etmiş və Səmra Rəhimlini komandasında saxlamışdır.
Rəcəb Rəhimli
Rəcəb Zakir oğlu Rəhimli (12 avqust 1973, Dırnıs, Ordubad rayonu) — Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent. Rəcəb Zakir oğlu Rəhimli 12 avqust 1973-cü il tarixində Naxçıvan MR, Ordubad rayonunun, Dırnıs kəndində anadan olmuşdur. 1990-cı ildə Naxçıvan şəhəri 39 nömrəli orta məktəbini bitirmişdir. 1999-cu ildə Türkiyə Respublikası Ankara şəhəri Qazi Universiteti, İqtisadiyyat və İdarəetmə Elmləri (İİBF) fakültəsini dövlət idarəçiliyi ixtisası üzrə bakalavr pilləsini (dövlət xətti ilə) bitirmişdir. 2000–2002-ci illər arasında Türkiyə Respublikasının Qazi Universitetinin Sosial Elmlər İnstitutunda dövlət idarəçiliyi ixtisası üzrə magistraturada təhsil almışdır (dövlət xətti ilə). 2003-cü ildə Türkiyə Respublikasının Ankara Universiteti Siyasət Elmlər fakültəsinə (SBF) dövlət idarəçiliyi ixtisası üzrə doktoranturaya qəbul olunmuş və 2008-ci ildə "Azerbaycanda memurlar: haklar, yükümlülüklər, denetim" mövzusunda dissertasiya işini müdafiə edərək doktorluq elmi dərəcəsi almışdır. Eyni zamanda, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası İnsan hüquqları üzrə Elmi-tədqiqat İnstitutunda 23.00.02 — "Siyasi institutlar, etnosiyasi konfliktologiya, milli və siyasi proseslər" ixtisası — üzrə "Azərbaycanda yerli özünüidarənin yaranması və inkişafı (siyasi aspekt)" mövzusunda dissertasiya işini müdafiə edərək siyasi elmlər namizədi alimlik dərəcəsini, 2011-ci ildə isə siyasi institutlar və sistemlər ixtisası üzrə dosent elmi adını almışdır. Evlidir, iki övladı var. 05.02.2004–03.05.2004-cü il tarixində — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi "Beynəlxalq əlaqələr" şöbəsində baş mütəxəssis; 03.05.2004–08.09.2010-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Rəyasət Heyətinin Elmi katibi; 08.09. 2010–02.05.2011-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun "Milli təhlükəsizlik və erməni araşdırmaları" şöbəsinin müdiri; 03.05.2011–03.09.2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində İqtisadi araşdırmalar İnstitutunun "Sosioloji tədqiqatlar və konsaltinq" şöbəsində böyük elmi işçi vəzifəsində çalışmışdır.
Elçin Rəhimli
Elçin Rəhimli (17 iyun 1996, Azərbaycan) — Azərbaycan Premyer Liqasında "Şamaxı"nın yarımmüdafiəçisi kimi çıxış edən azərbaycanlı futbolçu. == Klub karyeryası == Rəhimli 10 noyabr 2018-ci ildə Azərbaycan Premyer Liqasında "Səbail"lə "Sabah" oyununda debüt edib.
Mənzər Rəhimli
Mənzər Rəhimli — AMEA akademik M.F.Nağıyev adına kataliz və qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, kimya elmləri namizədi, dosent. == Elmi fəaliyyəti == Mənzər Rəhimli 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya fakültəsini bitirib. 1982-ci ildə kimya ixtisası üzrə aspiranturaya daxil olub, "Dünya Okeanı" problemi üzrə elmi proqramın hazırlanmasında əməyi olub və "Uranın dəniz suyu tipli karbonat məhlullarından lifli sorbentlərlə sorbsiya ilə çıxarılması" mövzusunda dissertasiya işini müvəffəqiyyətlə yerinə yetirib müdafiə etmişdir. Mənzər Rəhimli 1992-ci ildə kimya elmləri namizədi elmi dərəcəsi almışdır. == Əmək fəaliyyəti == Uranın dəniz suyu tipli karbonat məhlullarından lifli sorbentlərlə sorbsiyasının mexanizmi ilk dəfə M.Ə.Rəhimli tərəfindən təklif olunmuşdur. Mənzər Rəhimli 7 illik elmi staja malikdir. 17-dən çox elmi əsərin müəllifidir. 8 elmi əsəri müdafiədən sonra dərc olunmuşdur. 42 elmi əsərin müəllifidir. Dəfələrlə beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir.
Tural Rəhimli
Ömər Rəhimli
Ömər Rəşad oğlu Rəhimli (1 fevral 2002, Hindarx, Ağcabədi rayonu – 22 noyabr 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ömər Rəhimli 2002-ci il fevralın 1-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olmuşdur. 2008-2019-cu illərdə Ağcabədi rayon Hindarx qəsəbə tam orta məktəbində təhsil almışdır. Subay idi. Ömər Rəhimli 2020-ci ilin fevral ayından sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. O, Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Ömər Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində topçu olaraq oktyabrın 6-dan iştirak etmişdir. Cəbrayılın, Qubadlının, Laçının, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şuşa rayonunun Daşaltı kəndi istiqamətində başlayan əməliyyatlarda fərqlənmişdir. Ömər Rəhimli 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı ağır yaralanmış və Bakı şəhərində yerləşən Hərbi Hospitala yerləşmişdir.
İlham Rəhimli
İlham Əziz oğlu Rəhimli (8 sentyabr 1949, Malbinəsi, Yevlax rayonu) — Azərbaycan teatrşünas-tənqidçisi, jurnalist, Azərbaycanın əməkdar incəsənət xadimi (1989), sənətşünaslıq doktoru, professor, Prezident təqaüdçüsü (2019). İlham Rəhimli 1949-cu il sentyabrın 8-də Yevlax rayonunun Malbinəsi kəndində doğulub. Yevlaxdakı 1 saylı orta məktəbin on birinci sinfini 1966-cı ildə bitirib. Bir il Yevlaxdakı 4 saylı avtobazada çilingər işləyib. 1967-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olub. Bu ali məktəbi fərqlənmə diplomu ilə bitirib (1972). Hələ institutun son kursunda oxuyanda "Kommunist" (indiki "Xalq qəzeti") qəzeti redaksiyasına təcrübə keçməyə göndərilib. Təcrübə zamanı bir neçə məqaləsi çap olunub. Redaksiyanın yazılı məktub-tələbnaməsinə əsasən təyinatla "Kommunist" (indiki "Xalq qəzeti") qəzetinə işə göndərilib. Hərbi xidmətdən sonra (may 1973 — may 1974) yenə redaksiyaya qayıdıb.
Bəyimli
Bəyimli (Ağsu) — Ağsu rayonunda kənd. Bəyimli (Zərdab) — Zərdab rayonunda qəsəbə. == Dağlar == Bəyimli (dağ) — İsmayıllı rayonu ərazisində dağ.
Kərimli
Kərimli — Soyad və təxəllüs. Bu soyadı olan tanınmış şəxslər Mətin Kərimli — Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin sabiq müavini. Əli Kərimli — Azərbaycan ictimai-siyasi xadimi Orxan Kərimli — İsmayıl Kərimli — Yusif Kərimli — azərbaycanlı jurnalist, tanınmış teleaparıcı. Teymur Kərimli — Tahir Kərimli — Yaşayış məntəqələri Kərimli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Kərimli (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd.
Məsimli
Məsimli — İrəvan xanlığının Qarnibasar mahalında, sonra İrəvan quberniyasının İrəvan qəzasında kənd adı.Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. 1590-cı ildən mə’lumdur İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.1728-ci ilə aid mənbədə Məsumlu kimidir "İrəvan əyalətinin icmal dəftəri"ndə Məsumlu formasında qeyd edilmişdir.1949-cu ildə kənd ermənicə Haykaşen adlandırılmışdır. 1948-ci ildə əhali Azərbaycana köçürülmüşdür. 1949-cu ildə kənd ermənicə Ayqеpat adlandırılmışdır. Toponim məsimli nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 01.12.1949-cu il fərmanı ilə adı dəyişdirilərək Aykepat qoyulmuşdur. Ermənilər bu kəndə XX əsrin əvvəllərində İranın Xoy və Salmast rayonlarından köçürülmüşlər.