Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Feil
Feil — ümumqrammatik mənasına görə iş, hal və hərəkəti bildirib, zaman, şəxs və kəmiyyətcə təsriflənən əsas nitq hissəsidir. Feillər müxtəlif forma və zamanlarda işlədilərək "nə etmək?", "nə etdi?", "nə etmişdir?" "nə edir?", "nə edəcək?", "nə edər?" və s. suallarına cavab olur şəxsə və kəmiyyətə görə dəyişir təsdiq və inkar, təsirli və təsirsiz olur. == Feilin mənaca növləri == İş feilləri: yağla(maq), tik(mək), rənglə(mək), kəs(mək), yaz(maq) bişir(mək), qur(maq) və s… Nitq feilləri: danış(maq), dinlə(mək), qulaq as(maq), sus(maq), pıçılda(maq) və s. Hərəkət feilləri: get(mək), düş(mək), en(mək), qalx(maq) gəl(mək) qaç(maq) və s… Təfəkkür feilləri: duy(maq), xatırla(maq), zənn et(mək), duyğulan(maq), sevin(mək), dərk et(mək) və s… Hal-vəziyyət feilləri: ağar(maq), gözəlləş(mək), nərildə(mək), gül(mək), fərəhlən(mək) və s… == Feilin quruluşca növləri == Sadə feillər: Ancaq bir kökdən və qrammatik şəkilçidən ibarət olan feillərə sadə feillər deyilir. Məsələn: al, oxu(yur), get, al(dı), gəl(ir) və s. Düzəltmə feillər: Kökə və sözdüzəldici (leksik) şəkilçiyə malik olan feillər düzəltmə feillər adlanır. Məsələn: baş-la(maq), ağ-ar(ır), iş-lə(mək), gör-üş(mək) və s. Mürəkkəb və tərkibi feillər: İki sözün birləşməsindən əmələ gələn feillər mürəkkəb feillər adlanır. Məsələn: deyir-gülür, ölçdü-biçdi, bəzənib-düzənir, atılıb-düşür və s.
Fel
Feil — ümumqrammatik mənasına görə iş, hal və hərəkəti bildirib, zaman, şəxs və kəmiyyətcə təsriflənən əsas nitq hissəsidir. Feillər müxtəlif forma və zamanlarda işlədilərək "nə etmək?", "nə etdi?", "nə etmişdir?" "nə edir?", "nə edəcək?", "nə edər?" və s. suallarına cavab olur şəxsə və kəmiyyətə görə dəyişir təsdiq və inkar, təsirli və təsirsiz olur. == Feilin mənaca növləri == İş feilləri: yağla(maq), tik(mək), rənglə(mək), kəs(mək), yaz(maq) bişir(mək), qur(maq) və s… Nitq feilləri: danış(maq), dinlə(mək), qulaq as(maq), sus(maq), pıçılda(maq) və s. Hərəkət feilləri: get(mək), düş(mək), en(mək), qalx(maq) gəl(mək) qaç(maq) və s… Təfəkkür feilləri: duy(maq), xatırla(maq), zənn et(mək), duyğulan(maq), sevin(mək), dərk et(mək) və s… Hal-vəziyyət feilləri: ağar(maq), gözəlləş(mək), nərildə(mək), gül(mək), fərəhlən(mək) və s… == Feilin quruluşca növləri == Sadə feillər: Ancaq bir kökdən və qrammatik şəkilçidən ibarət olan feillərə sadə feillər deyilir. Məsələn: al, oxu(yur), get, al(dı), gəl(ir) və s. Düzəltmə feillər: Kökə və sözdüzəldici (leksik) şəkilçiyə malik olan feillər düzəltmə feillər adlanır. Məsələn: baş-la(maq), ağ-ar(ır), iş-lə(mək), gör-üş(mək) və s. Mürəkkəb və tərkibi feillər: İki sözün birləşməsindən əmələ gələn feillər mürəkkəb feillər adlanır. Məsələn: deyir-gülür, ölçdü-biçdi, bəzənib-düzənir, atılıb-düşür və s.
Fil
Fil — xortumlular dəstəsinin fillər (Elephantidae) ailəsini təşkil edən məməli heyvandır. Ümumi olaraq iki növ ayrılırlar: Asiya fili ( Elephas maximus ) və Afrika fili ( Loxodonta africana) Lakin mənbəələrlə əsaslasaq, Afrika savanna filinin (L. africana) və Afrika meşə filinin (L. cyclotis) hər birinin də iki ayrı növ olduğu irəli sürülür. Fillərə əsasən Afrikanın cənub-şərqində, Cənubi və Cənub-Şərqi Asiyada rast gəlinir. Mamontlar və mastodonlar kimi nəsli kəsilmiş növlərin də daxil olduğu proboscis dəstəsindən bu gün yalnız fillərin nəsli davam edir. Quruda yaşayan ən böyük heyvan hesab edilən Afrika filinin erkəyinin boyu 4 m, çəkisi isə 7000kq-a çatır. Fillərin gözə çarpan və fərqləndirici xüsusiyyətləri arasında onların uzun Xortumu var ki, bu da müxtəlif məqsədlər üçün istifadə olunur, misal olaraq, obyektləri tutmaqda. Əlavə olaraq uzun və uclu kəsici dişlərindən əşyaları hərəkət etdirmək və torpağı qazmaq üçün istifadə edə bilirlər. Fil sümüyü mənbəyi hesab olunan bu kəsici dişlərdən qədim dövrlərdən bu yana döyüş zamanı silah kimi də istifadə edilir. Filin böyük və enli qulaqları onun bədən temperaturunu idarə etməyə xidmət edir. Afrika fillərinin qulaqları Asiya fillərinə nəzərən daha böyük olur və kürəyi konkav(dərə) formalıdır.
Bənd
Bənd — şeirin bir neçə misradan ibarət qismən bitkin parçalarına deyilir. Şair şeirdə danışacağı fikri müəyyən bitkin hissələrə verir. Şeirdə bəndələri bir-birilə əlaqəsiz təsəvvür etmək olmaz. Ayrı-ayrı bəndlərdəki misralar bir-birini tamamladığı kimi, şeirin bəndləri də məzmunca bir-birilə bağlanmalıdır. Şeir növlərinin müəyyənləşməsində bənddəki misraların sayı əsas şərtdir. Bununla bərabər, bir sıra şeir şəkillərindəki bəndlər misraların sayı etibarı ilə eynidir. Belə ki, hər bəndi dörd misradan ibarət olan şeirlərin mürəbbe (dördlük), qoşma, gəraylı kimi şəkilləri vardır. Klassik şeir janrları olan mürəbbelərin hər bəndi dörd, müxəmməslərin beş, müsəddəsin altı, müsəbbelərin yeddi misradan ibarət olmuşdur. Şeir növləri əsasən bənddəki misraların sayına görə təyin olunur. == İstinadlar == == Həmçinin bax == Beyt Misra == Ədəbiyyat == Şəmistan Mikayılov, Ədəbiyyat nəzəriyyəsi.
Cənd
Cənd (Ərəbcə: ثءند və ya Xocənt) — Qədim oğuz şəhəri. == Tarixi == Müasir Qazaxıstanda Kızılorda vilayəti bağlı Kazalinsk (Qazaxca: Қазалы; Rusca: Казалинск) şəhrinin yaxınlarında əskidən Oğuz ölkəsi içində Seyhun çayının sol yaxasında İslam sınırında bir uc (Qədim türkcədə: kənar, sərhəd) şəhirdir və o çağda Aral dənizinə tez-tez Cənd gölü də deyilirdi. Türkistanda Yangikəntdən 140 kilometr uzaqlıqda olub, xalqının çoxu müsəlmandı. Vaxtı ilə Oğuz yabgusunun oturduğu şəhər, XIII əsrdə başlayan Monqol istilası sırasında monqollar digər oğuz şəhərləri kimi şəhəri yağmalamış bir çox qırğınlar etmişdilər. Biz sanırıq ki, Cənd və Sapran səyahətində Alp Arslan (ʿAdud ad-Daula Abu Shudschaʿ Muhammad bin Daud Chaghri)ı hədiyələrlə qarşılayan (1066) Cənd xanı Oğuzlardan və müstəqil bir hökmdardı. Mahmud Qaşqarlı, Sırdərya bölgəsini isə Türk dilinin ən əski və dəyərli sözlüklərindən Divânu Lügatit-Türktə bulunan xəritədə ayrıca "Bilād al-Guzziyya" adı ilə qeyd etmiş və buraya altı şəhər işarəti qoymuşdur. Bunlardan yalnız "Cənd" şəhərinin adı yazılmış, xəritədə Ceyhun ilə Seyhun çaylarının arasında və Seyhun çayının sol yaxasında işarələnmişdir. Səlcuq subaşının paytaxt (mərkəz) etdiyini bildiyimiz şəhərdir. Ənaz 10. yüzyıldan bəri Oğuz yabgusunun qışlağı olan ərəbcə Al-Qarjat al-haditha (Farsca: Dih-i Nau, türkcə adı Yengikənd)dir.
Fond
Fond (fr. fond lat. fundus «əsas») — xeyriyyəçilik, sosial və digər ictimai faydalı fəaliyyət üçün yaradılan və müəyyən kapitala malik qeyri-kommersiya təşkilatı. Fondlar kommersiya şirkətləri və ya dövlət tərəfindən maliyyələşdirilir. Fond kitabxananın, informasiya mərkəzinin vəzifələrinə və profilinə uyğun olan sənədlərin istifadəsi və saxlaması üçün nəzərdə tutulan nizamlanmış məcmusudur. Kitabxananın, informasiya mərkəzinin vəzifələrinə müvafiq olan sənədlərin aşkar edilməsi, seçilməsi, sifariş edilməsi, əldə edilməsi, alınması və qeydiyyatı prosesləri Fondun dəstləşdirilməsi adlanır. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Fənn
Fənn – elm, texnika, bilik sahəsi, tədris obyekti, predmet. Məsələn, riyaziyyat fənni. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Fərd
Fərd— bir şəxs. == Ümumi məlumat == Fərd anlayışı bir cəhətdən də maraqlıdır: eyni növlü bitki ve heyvanlar bir-birinden müəyyən xüsusiyyətlərə görə fərqlənsələr də, onların arasında oxşarlıq daha çoxdur. İnsanlar isə belə deyildir: psixoloji baxımdan onlar bir-birlərinə oxşamırlar. Biz insanı fərd kimi xarakterizə edərkən məhz bu cəhətləri nəzərə çatdırıq. Fərd özünəməxsus psixoloji xüsusiyyətləri olan, heç kəsə oxşamayan tebii varlıq deməkdir. Fərd anlayışının evristik mənası da elə bundan ibarətdir. Bu baxımdan hər bir adam - həm təzə doğulmuş uşaq, həm də hər hansı bir yaşlı adam fərddir.
Kənd
Kənd — bir çox ölkələrdə şəhər və qəsəbədən daha kiçik yaşayış məntəqəsidir. == Ümumi məlumat == Kənd dar mənada tarixən formalaşmış daimi kiçik yaşayış məskənidir. Azərbaycan dilindəki "kənd" sözü Şərqi İran dillərindəki "kant" (xəndək və ya arxla əhatələnmiş məskən, yer) sözündəndir. "Kant" sözü qədimdən türkdilli xalqlara keçmiş və şəhər mənasında işlənmişdir. Geniş mənada kənd dedikdə təkçə kiçik yaşayış məskəni deyil, həmçinin şəhərə qarşı qoyulan sosial-iqtisadi kateqoriya kimi onun ictimai-iqtisadi, mədəni məişət və təbii-coğrafi xüsusiyyətləri və həyat şəraiti başa düşülür. Cəmiyyətin tarixi inkişafı prosesində kənd həyatının bütün tərəfləri və sosial-iqtisadi kateqoriya kimi kəndin özü, onun əsas siniflərinin, ilk növbədə kəndlilərin və onların ayrı ayrı təbəqələrinin formalaşması, həmçinin şəhərlə qarşılıqlı münasibətlər guclü dəyişikliklərə uğramışdır. Kəndin sosial-iqtisadi xüsusiyyəti sakinlərin torpaqla bilavasitə əlaqəsi, ərazinin təbii sərvətlərindən istifadə ilə müəyyən olunur. Kəndin səpələnməsi, çox da böyük olmaması, əhalinin əsas məşğuliyyətinə görə təbii mühitə uyğunlaşması, işlərin mö mövsümiliyi və s. də bundan irəli gəlir. Şəhərə nisbətən peşələrin azlığı, əmək bölgüsünün, habelə kommunal və mədəni xidmətin daha aşağı səviyyəsi bununla əlaqədardır.
Qənd
Şəkər — bir çoxu qida olaraq istifadə olunan, şirin dad verən, kimyəvi olaraq qısa zəncirli, suda həll olunan bir sıra karbohidrata verilən ümumi addır. Müasir dövrdə ən çox yayılmış qida məhsuludur[mənbə göstərin]. Şəkər əksər bitkinin toxumalarında mövcud olsa da sənaye istehsalı üçün kifayət qədər yüksək konsentrasiya əsas şəkər qamışı və şəkər çuğundurunda var. Dünya üzrə 94–97 milyon ton şəkər istehsalının (xam şəkər hesablandıqda) 56–60 milyon ton şəkər qamışının, 36–38 milyon tonu şəkər çuğundurunun payına düşür. Dünyada 1500 şəkər qamışı emal edən və təxminən 1000 şəkər çuğunduru emal edən (onlardan 800-dən çoxu Avropada yerləşir) zavod mövcuddur. == Tarixi == Qədim Yunanıstanın və Romanın əhalisi şəkəri (saxarozanı) tanımırdı. O zamanlar şirin qida məhsulu kimi baldan istifadə olunurdu. Şəkər qamışından şəkər istehsalının vətəni Hindistan sayılır. "Şəkər" sözünün özü də "sarkara" sözündən götürülmüşdür. Orta əsrlərdə və yeni dövrün əvvəllərində şəkər qamışı bitkisi Hindistandan Araviyaya, Suriyaya, Misirə və Kipr adasına köçürüldü.
Efil (Əhər)
Efil (fars. افيل‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,639 nəfər yaşayır (376 ailə).
Fail Mayılov
Feel (şirkət)
Feel (フィール, Fiiru) və ya feel — Yaponiya animasiya studiyası. 26 dekabr 2002-ci ildə Studio Pierrot studiyasının keçmiş əməkdaşları tərəfindən təsis olunmuşdur.
Neil Adams
Neil Adams (d. 27 sentyabr, 1958) — İngilis cüdoçu. Cüdo üzrə çoxsaylı Olimpiya və Dünya Çempionatı medallarını qazanmışdır.
Jerry Heil
Cerri Heyl (ing. Jerry Heil), əsl adı – Yana Aleksandrovna Şemayeva (ukr. Я́на Олекса́ндрівна Шема́єва; 21 oktyabr 1995, Vasilkov[d], Kiyev vilayəti) — Ukrayna müğənnisi və mahnı müəllifi. O, dünya və ukraynalı sənətçilərin mahnılarının təkrar səslənməsi sayəsində videobloger və kaver-sənətçi kimi tanınmışdır. Müəllifin "Mən Yana" (2019) adlı debüt studiya albomundan olan "Qoruma, ləğv" mahnısı ona böyük populyarlıq gətirmişdir. == Həyat və yaradıcılığı == Yana Aleksandrovna Şemayeva 21 oktyabr 1995-ci ildə Ukraynada, Kiyev vilayətinin Vasilkov şəhərində anadan olmuşdur. O, kiçik yaşlarından musiqi öyrənməyə başlamış, 3 yaşından 15 yaşına kimi musiqi məktəbində, sonra Reynhold Qlier adına Kiyev Musiqi İnstitutunda (xor dirijorluğu şöbəsi) və Pyotr Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasında (ikinci kursda oranı tərk etmişdir) təhsil almışdır. Şemayeva 2022-ci ildə Bostonda (ABŞ) Berkli Musiqi Kollecinə daxil olmuşdur. Yana Şemayeva "Jerry Heil" təxəllüsünün tarixini "bir az dəlilik" adlandırmışdır. O, 15 yaşında "VKontakte" sosial şəbəkəsində qeydiyyatdan keçəndə "Jerry Mouse" ("Tom və Cerri" cizgi filminin cizgi personajı, yəni siçan Cerri adından) uydurma adından istifadə etmişdir.
Raymond Weil
Raymond Weil (Fransızca tələffüz: [ʁemɔ̃ vɛːj]) — 1976-cı ildə Cenevrədə Raymond Vayl və Simone Bedat tərəfindən qurulmuş İsveçrə lüks saat istehsalçısı. 1996-cı ildə Simone Bedat və oğlu "Bedat & Co" brendi altında saat istehsalçısını yaratmaq üçün şirkəti tərk etdi. Raymond Vayl 2002-ci ildə təqaüdə çıxana qədər şirkətə rəhbərlik etdi; 2014-cü ildə vəfat edib. Şirkəti hazırda Vaylın nəvəsi Elie Bernhaym idarə edir. == Tarixi == Vayl əvvəlcə dizaynlarını Cenevrədəki piştaxtada qatlana bilən körpü masasından satdı. Bu seriyaya həm ənənəvi yay və dişli mexaniki İsveçrə saatları, həm də kvarsla işləyən saatlar daxildir. O aşağı-lüks saat alıcılarına beynəlxalq səviyyədə satdı. 2014-cü ildən etibarən şirkət orta hesabla 1000 funt sterlinq qiymətə ildə 200.000 saat satmışdır. 2018-ci ilin iyul ayında şirkət baş ofisini Mançesterdəki Müqəddəs Pyotr meydanına köçürdü.
I Feel
I Feel (azərb. Mən hiss edirəm‎) – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış altıncı Koreya minialbomu. 15 may 2023-cü ildə rəqəmsal olaraq, 16 may 2023-cü ildə fiziki olaraq buraxılmışdır. Fiziki buraxılış üç versiyadan ibarətdir: "Cat", "Butterfly" və "Queen". Əsas sinqlı "Queencard" olan alboma 6 trek daxildir. Albom özünü sevmək, özünəinam, yetkin insan kimi özünü tanıma mövzularına toxunur. Qrupun əvvəlki albomlarına nisbətən komik üslubdadır. "I Feel" tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Albom "Circle" hit-paradında birinci yerdə debüt etmişdir. == Buraxılması == 18 aprel 2023-cü ildə "Cube Entertainment" qrupun 15 mayda geri dönüş edəcəyini açıqlamışdır.
Le-Fel
Le-Fel (fr. Le Fel, oks. Lo Fèl) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Antreq-syur-Tryuyer kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12093. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 35 km şimalda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 171 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 99 nəfər arasında (15-64 yaş) 72 nəfər iqtisadi fəal, 27 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,7%, 1999-cu ildə 65.2%).
Ağ fil
Ağ fil (ing. white elephant) — çox pul xərclənərək saxlanılan, lakin faydası ilə heç öz xərclərini qarşılamayan əşyaları, tikililəri bildirən ifadə. İfadənin Siam krallığında saxlanılan albinos fillər səbəbilə yarandığı güman edilir. Siam kralları bu filləri tanrının hədiyyəsi hesab edib, onların güc, ədalət və sülh gətirdiyini güman edirdilər. Bu səbəbdən onlardan heç bir xeyir görmədən xüsusi qayğı göstərir, onların heç bir əziyyət çəkməməsini təmin edirdilər. == Tarix == Cənub-Şərqi Asiya hökmdarları (Burma, Tayland, Laos və Kamboca) ədalət, hökmdarlıq və səltənətin sülh və rifahı simvolu kimi ağ fili öz saraylarında saxlayırdılar. Bu heyvan həm də zənginlik simvolu idi. Qərbdə, bahalı bir yüklə əlaqəli "ağ fil" 1600-cü illərdə istifadə edilmiş və 1800-cü illərdə istifadəsi yayılmışdır. XIX əsrin ortalarında "ağ fil" və "ağ filin hədiyyə" edilməsi ifadələri adi hal almışdı. XX əsrin əvvəllərində bahalı satışlar ilə əlaqədar "ağ fil svopları" və "ağ fil satışları" ifadəsi əlavə edildi.
Fil (şahmat)
Fil — Şahmat fiquru. Fil ancaq diaqonal xanalarla hərəkət edir. Hərəkətində xanaların sayında məhdudiyyət yoxdur (yolunun üzərində başqa fiqur olmamaq şərtiylə).
Tenq Fei
Tenq Fei (23 yanvar 1988) — Çini təmsil edən su poloçusu. == Karyerası == Tenq Fei, Çin yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə İtaliya yığmasını 10:8 hesabı ilə məğlub edən Çin yığması, XXIX Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra Tenq Fei, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu.
"Fil" ordeni
"Fil" ordeni (dan. Elefantordenen) — Danimarkanın ən yüksək mükafatı.
Fil adası
Fil adası (ing. Elephant Island), Antarktida sahillərində, Cənubi Şetland adalarınındə yerləşən buzlarla örtülü bir adadır. == Yerləşmə == Koordinatları 61°08'C, 55°07'Q-dir. Cənubi Georgiyanın 1290 km cənub-qərbində, Folklend adalarının 940 km cənubunda və Horn Burnunun 890 km cənub-şərqində yerləşir. Şərqdən qərbə doğru uzanan adanın ən yüksək nöqtəsi, "Pardo Beli" adlanan 852 metr hündürlükdə olan təpədir.. == Flora və Fauna == Adada əhəmiyyətli bir flora və ya özünə məxsus bir faunası yoxdur. Fil Adasında pinqvinlər və dəniz ayıları tapmaq olar. Balina ovu və meteorologiya fəaliyyəti üçün uyğun bir nöqtədə yerləşməsinə baxmayaraq, etibarlı bir limanının olmamasından ötrü qalıcı olaraq insan məskunlaşması mümkün olmamışdır. == Coğrafiyası == Adanın havası əsasən dumanlı və qarlı olur. Küləyin sürəti saatda 180 km-ə qədər çata bilir.
Fil debütü
Fil debütü: 1. e2-e4 e7-e5 2. Ff1-c4. gedişləri ilə başlayan şahmat debütü. İlk dəfə olaraq XV-XVI əsr ispan şahmatçısı Lusenin traktatında və Gettin əlyazmalarında təsadüf edilir .
Fil surəsi
Fil surəsi (ərəb. سورة الفيل‎ (oxunuşu: surətul-fil)) - Quranın 105-ci surəsi. Məkkədə nazil olmuşdur, 5 ayədir. Surədə Kəbəni dağıtmaq istəyən Əbrəhənin filləri və onların əbabil quşları tərəfindən məhv edilməsi haqqında söhbət açılır. Surənin adı da məhz buna görə fil surəsi adlandırılmışdır.
Fəsil
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). == Təqvim üzrə mövsümlər == Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
Fəzl
Fəzl — kişi adı. Fəzl bin Məhəmməd — 985–1031-ci illərdə Aran əmiri Fəzl ibn Abbas — Fəzl Təbrizi — münəccim, riyaziyyatçı. Fəzl İbn Məhəmməd — 985–1031-ci illərdə Aran əmiri II Fəzl bin Şavur — 1067–1073-cü illərdə hakimiyyətdə olan Şəddadi hökmdarı III Fəzl bin Fəzl — müasir Azərbaycanda yerləşən Gəncədə hakimiyyətdə olmuş son Şəddadi hökmdarı İbn Fəzl – 739 – 805-ci illər arasında yaşamış ərəb alimi.
III Fəzl bin Fəzl
III Fəzl və ya Fəzl bin Fəzl — müasir Azərbaycanda yerləşən Gəncədə hakimiyyətdə olmuş son Şəddadi hökmdarıdır. Hakimiyyət illəri 1073-1075-ci illərdir. Ancaq daha sonra Böyük Səlcuq İmperiyası hakimiyyəti ələ keçirib. Şəddadilər Ermənistanın bir hissəsində hökmdarlıq etməyə davam etsələr də, Gəncə səlcuqların hakimiyyəti altına keçib.
Fəal təlim
Aktiv təlim və ya fəal təlim. Təlim prosesində müəllimlə yanaşı şagirdlər də dərsin fəal iştirakçılarıdır. Passiv təlimdən fərqli olaraq burada müəllim və şagirdlər bərabər hüquqlara sahibdirlər. Passiv təlim avtokrat əlaqəyə əsaslandığı halda, aktiv təlim metodu demokratik münasibətlər əsasında qurulur. Onu interaktiv metodla eyniləşdirənlər də var, lakin bu tamamilə səhv yanaşmadır. Bəzi ümumi cəhətlərinə baxmayaraq onların arasındakı ciddi fərqlər elə ilk nəzərdə görünür.
İbn Fəzl
İbn Fəzl – 739 – 805-ci illər arasında yaşamış ərəb alimi. XII əsrin əvvələrində ilk kağız fabrikasını yaradan vəzir. İbn Fəzl Abbasi İmperatorluğunun məşhur vəzirlər yetişdirən Bərməkilər soyundandır. Əsl adı Yəhyadır. Yəhya İbn Fəzl və ya sadəcə əl-Fəzl adı ilə də tanınır. Atasının adı Xalid olduğu halda, sənədlərə "Fazilin oğulu" deyə düşüb. Mosul qubernatorluğu vaxtında özünü tanıdıb. Xəlifə Mehdi onu Bağdada çağıraraq, oğulunun yetişdirilməsini ona həvalə edib. Harun Azərbaycan qubernatorluğuna təyin edilincə (780), divan başçılığına gətirilib. İbn Fəzl, Harun xəlifə olunca vəzirliyə gətirilib.
Fəzl (qəbilə)
Fəzl (ərəb. آل فَضْل‎, Āl Faḍl) — orta əsrlərdə Suriya səhrası və çöllərində hökmranlıq etmiş, müasir davamçıları əsasən Suriyanın cənubunda və Livanın şərqində yaşayan ərəb qəbiləsi. Fəzl qəbiləsinin əcdadı Fəzl ibn Rəbiə Bənu Tay qəbiləsinin nəslindən idi. Bu tayfa səlibçilərə qarşı börilər və zəngilərə yardım edərək şöhrət qazanmışdılar. Əyyubilər onları adətən əmir əl-ərəb vəzifəsinə təyin edərək Fəzr əmirlərini Suriyanın şimalındakı bədəvi qəbilələri üzərində səlahiyyət ilə təmin etmişdilər.
Fəzl Təbrizi
Fəzl ibn Hatim Neyrizi Təbrizi (?-922)—münəccim, riyaziyyatçı. == Həyatı == Onun riyaziyyat və astronomiyanın aktual məsələlərinə həsr edilmiş «Evklidin “Başlanınc” («Əsaslar») kitabının şərhi», «Ptolomeyin “Macəsti” əsərinə şərh», «Dairəvi üsturlabla iş» kitabları məlumdur. Qeyri-Evklid həndəsəsində ilk addım atan görkəmli alimin şöhrətinin Abbasilər xilafətində yayılması, xəlifə Mötəzidin onu saraya dəvət etməsi. Fəzl ibn Hatimin Bağdadda xəlifətin sifarişi ilə yazdığı «Hava törəmələri», «Zic əl-Mötəzid», xəlifənin ölümündən sonra yazdığı «Kiçik zic» və «Böyük zic» adlı əsərləri var. Fəzl Təbrizi 922-ci ildə vəfat edib.
Adil Cəmil
Cəmilov Adil Savalan oğlu (8 oktyabr 1954, Kilsəli, Kəlbəcər rayonu) — Azərbaycan şairi, tərcüməçi və ədəbiyyat tədqiqatçısı, Azərbaycan Yazıçılar Birliyinin (1985), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1979), "Qızıl qələm" mükafatı laureatı (1998), Azərbaycanın əməkdar jurnalisti (2015). == Həyatı == Adil Cəmil 1954-cü il oktyabrın 8-də Azərbaycanın Kəlbəcər rayonunun Kilsəli kəndində anadan olmuşdur. Burada ibtidai məktəbi, Mingəçevir şəhərində isə 9 saylı orta məktəbi bitirmişdir. ADU-nun Jurnalistika fakültəsində təhsil almışdır (1972–1977). Təyinatla "Yazıçı" nəşriyyatının sərəncamına göndərilmişdir. Burada poeziya redaksiyasının redaktoru olmuşdur (1977–1990). "Həqiqət" qəzetində baş redaktor, "Bakı" qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri, "Boz qurd" qəzetində redaktor (1990–1993), Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdində olan mətbəədə nəşriyyat şöbəsinin rəisi (1993–1994), "Binəqədi" rayon qəzetinin redaktoru (1994–2001) işləmişdir. Hazırda "Ədəbiyyat qəzeti"nin şöbə müdiri vəzifəsində çalışır (2002-ci ildən). Hələ orta məktəb illərindən bədii yaradıcılığa başlasa da ilk mətbu şeiri — "Bahar" 1970-ci il martın 22-də "Mingəçevir işıqları" qəzetində dərc olunmuşdur. Bədii tərcümə ilə də məşğul olur.
Horadiz (kənd)
Horadiz — Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz kənd inzibati ərazi dairəsində kənd. Oykonim İran dillərindəki oura (qala, möhkəmləndirilmış yer) və dizə (qala) sözlərindən ibarətdir, "qala kənd" mənasındadır. == Tarixi == Horadiz yaşayış məntəqəsi XIX əsrin sonunda Şuşa qəzasının tərkibinə daxil olub. 1993-cü il sentyabrın 3-də kənd Birinci Qarabağ müharibəsi zamanı erməni qüvvələrinin işğalına məruz qalmışdır. 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir. Horadiz kəndi Füzuli rayonunun dörd kəndi ilə birlikdə azad olunmuşdur. == Etimologiyası == "Qoradüz" adının danışıqda təhrifidir. Türk dillərində kora, qora, qura, monqolca xürz "yarım oturaq həyat tərzi keçirən maldarların qışlaq yerində müvəqqəti evləri və təsərrüfat "gecələr malqara salqmaş üçün hasırlanmış yer" və düz (düzən yer) sözlərindən ibarətdir. Cənubi Qafqazın türk toponimiyasında kora (qora) sözü sonralar "kara" və "qara" formalarında bir sıra dərə, təpə və düzən adlarında əksini tapmışdır. XVII əsrdə Naxçıvanda Kürədiz.
Kiçik kənd
Kiçikkənd - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. == Tarixi == Abaran çayının sağ sahilində, Karbi kəndinin yaxınlığında yerləşirdi. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilir və kəndin başqa adının Uş olduğu göstərilir. XIX əsrin rus mənbələrində qeydə alınmışdır. Toponim Azərbaycan dilində «balaca, sahəsi az olan, xırda» mənasında işlənən kiçik sözü ilə «yaşayış məntəqəsi» mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 77 nəfər, 1873 - cü ildə 166 nəfər, 1886-cı ildə 235 nəfər, 1897-ci ildə 296 nəfər, 1908-ci ildə 366 nəfər, 1914 - cü ildə 292 nəfər, 1916-cı ildə 249 nəfər, 1918-ci ildə 370 nəfər, 1919 - cu ildə 233 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə kənd sakinləri erməni təcavüzünə mərauz qalaraq deportasiya olunmuşdur. Azərbaycanlılar (sağ qalanlar) ata-baba yurdlarına indiki Ermənistanda sovet hökuməti qurulandan sonra qayıda bilmişlər. Burada 1922-ci ildə 56 nəfər, 1931-ci ildə 55 nəfər yalnız azərbaycanlı əhali yaşamışdır.
Kənd Horadiz
Horadiz — Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz kənd inzibati ərazi dairəsində kənd. Oykonim İran dillərindəki oura (qala, möhkəmləndirilmış yer) və dizə (qala) sözlərindən ibarətdir, "qala kənd" mənasındadır. == Tarixi == Horadiz yaşayış məntəqəsi XIX əsrin sonunda Şuşa qəzasının tərkibinə daxil olub. 1993-cü il sentyabrın 3-də kənd Birinci Qarabağ müharibəsi zamanı erməni qüvvələrinin işğalına məruz qalmışdır. 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir. Horadiz kəndi Füzuli rayonunun dörd kəndi ilə birlikdə azad olunmuşdur. == Etimologiyası == "Qoradüz" adının danışıqda təhrifidir. Türk dillərində kora, qora, qura, monqolca xürz "yarım oturaq həyat tərzi keçirən maldarların qışlaq yerində müvəqqəti evləri və təsərrüfat "gecələr malqara salqmaş üçün hasırlanmış yer" və düz (düzən yer) sözlərindən ibarətdir. Cənubi Qafqazın türk toponimiyasında kora (qora) sözü sonralar "kara" və "qara" formalarında bir sıra dərə, təpə və düzən adlarında əksini tapmışdır. XVII əsrdə Naxçıvanda Kürədiz.
Kənd Soveti
Kənd soveti — kənd yerlərində Sovet hökumətinin yerli orqanı.
Kənd Zəngilan
Zəngilan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan kənd inzibati ərazi dairəsində kənd. Zəngilan kəndi Oxçu çayının (Arazın qolu) sahilində, düzənlikdədir. 1930—1933-cü illərdə Zəngilan rayonunun inzibati mərkəzi idi. Yaşayış məntəqəsi kimi XIV əsrdən məlumdur. VII əsrə aid mənbədə Xudafərin körpüsü yaxınlığında adı çəkilən Zəngiyan yaşayış məntəqəsinin indiki Zəngilan olması haqqında fikir var. Oronim "zəngilərin məskəni" mənasındadır. Cənubi Azərbaycanda da Zəngilan kəndi var. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == İstinadlar == 2020-ci 22 oktyabr tarixindən etibarən Zəngilan kəndi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Kənd qaranquşu
Kənd qaranquşu (lat. Hirundo rustica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinin əsl qaranquş cinsinə aid heyvan növü.
Kənd təsərrüfatı
Kənd təsərrüfatı — bitki və heyvan mənşəli məhsulların istehsal olunması, bunların keyfiyyət və səmərələrinin yüksəldilməsi, bu məhsulların uyğun şərtlərdə mühafizəsi, işlənib qiymətləndirilməsi və satışa çıxarılması prosesi.
Kənd Şahbuz
Şahbuzkənd (əvvəlki adı: Kənd Şahbuz) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kənd Şahbuz kənd inzibati ərazi dairəsi tərkibindəki Kənd Şahbuz kəndi Şahbuzkənd, Kənd Şahbuz kənd inzibati ərazi dairəsi Şahbuzkənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimikası və tarixi == Kənd dağətəyi ərazidədir. Yaşayış məntəqəsinin adı ərazidəki Şahbuztəpə adlanan yüksəkliyin adından alınmışdır. == Əhalisi == Əhalisi 1250 nəfərdir.
Dəli bəng
Dəlibəng (lat. Datura) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. == Haqqında == Dəlibəng - Qaragilə fəsiləsinə aid olan birillik bitkidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, yumurtavari formadadır. Meyvəsi tikanlı qutu formasında olub şara oxşayır, toxumu qara-qonur qəhvəyi rəngdə olub böyrəyə bənzəyir. Dəlbəng başlı-başına buraxılmış, çürümüş torpaq və peyinlə zəngin olan torpaqda, bağça və bostanda bitir. Tərkibində atropin, hiostiamin skopalamin alkaloidləri vardır. Bitkinin bütün hissələri, xüsusilə meyvələri daha kəskin zəhərlidir. Körpə heyvanlar üçün təhlükəlidir.