Horadiz (kənd)

HoradizAzərbaycan Respublikasının Füzuli rayonunun Horadiz kənd inzibati ərazi dairəsində kənd.[2]

Horadiz
39°27′04″ şm. e. 47°14′08″ ş. u.HGYO
Ölkə
Region Füzuli rayonu
Rayon Füzuli rayonu
Başçı Alı Alıyev
Tarixi və coğrafiyası
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ1927[1]
Xəritəni göstər/gizlə
Horadiz xəritədə
Horadiz
Horadiz
Horadiz xəritədə
Horadiz
Horadiz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oykonim İran dillərindəki oura (qala, möhkəmləndirilmış yer) və dizə (qala) sözlərindən ibarətdir, "qala kənd" mənasındadır.[3]

Horadiz yaşayış məntəqəsi XIX əsrin sonunda Şuşa qəzasının tərkibinə daxil olub. 1993-cü il sentyabrın 3-də kənd Birinci Qarabağ müharibəsi zamanı erməni qüvvələrinin işğalına məruz qalmışdır.[4]

27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir.[5] Horadiz kəndi Füzuli rayonunun dörd kəndi ilə birlikdə azad olunmuşdur.[6]

"Qoradüz" adının danışıqda təhrifidir. Türk dillərində kora, qora, qura, monqolca xürz "yarım oturaq həyat tərzi keçirən maldarların qışlaq yerində müvəqqəti evləri və təsərrüfat "gecələr malqara salqmaş üçün hasırlanmış yer" və düz (düzən yer) sözlərindən ibarətdir. Cənubi Qafqazın türk toponimiyasında kora (qora) sözü sonralar "kara" və "qara" formalarında bir sıra dərə, təpə və düzən adlarında əksini tapmışdır. XVII əsrdə Naxçıvanda Kürədiz. Şamaxı rayonunda Horadil (kora, qora və ərəb dilində tel "təpə" sözlərindən) dağ adında və Abşeronda Goradil (kora, qora və ərəbcə tel "təpə" sözlərindən) kənd adları mənaca eynidir.[7]

Kənd əhalisi bütünlüklə azərbaycanlılardan ibarət olmşdur.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq olub.

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. Horadiz (kənd) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. "Политическая ситуация в Азербайджане". Газета «Коммерсантъ». 08-09-93.
  5. Qafqazinfo.az. "Bu ərazilər azad edildi" (az.). Qafqazinfo.az. 27.09.2020. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-27.
  6. "Азербайджанская армия освободила от оккупации ряд населенных пунктов". Информационное Агентство Репорт (rus). 2020-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-27.
  7. B. Budaqov, Q. Qeybullayev Yuxarı Qarabağın Toponimləri Bakı,2005

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]