Kiçikkənd - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd.[1]
Abaran çayının sağ sahilində, Karbi kəndinin yaxınlığında yerləşirdi. «İrəvan əyalətinin icmal
dəftəri»ndə qeyd edilir və kəndin başqa adının Uş olduğu göstərilir[2].
XIX əsrin rus mənbələrində[3] qeydə alınmışdır.
Toponim Azərbaycan dilində «balaca, sahəsi az olan, xırda» mənasında işlənən kiçik sözü ilə
«yaşayış məntəqəsi» mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef
əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Kənddə 1831-ci ildə 77 nəfər, 1873 - cü ildə 166 nəfər, 1886-cı ildə 235 nəfər, 1897-ci ildə 296
nəfər, 1908-ci ildə 366 nəfər, 1914 - cü ildə 292 nəfər, 1916-cı ildə 249 nəfər, 1918-ci ildə 370 nəfər, 1919 - cu ildə 233 nəfər yalnız azərbaycanlı yaşamışdır[4].
1919 - cu ildə kənd sakinləri erməni təcavüzünə mərauz qalaraq deportasiya olunmuşdur[5].
Azərbaycanlılar (sağ qalanlar) ata-baba yurdlarına indiki Ermənistanda sovet hökuməti qurulandan sonra qayıda bilmişlər. Burada 1922-ci ildə 56 nəfər, 1931-ci ildə 55 nəfər yalnız azərbaycanlı əhali yaşamışdır[6].
SSRİ Nazirlər Sovetinin xüsusi qərarından sonra 1948-1949 - cu illərdə azərbaycanlılar yenidən zorla Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.88
- ↑ Cбоpник свeдeний o Kaвкaзe, т.V, Тифлис, 1879, № 349
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.22-23, 108-109
- ↑ История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.221
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.22-23, 108-109
|
---|
Şəhərlər | |
---|
Rayonlar (1930–1995) | |
---|
Mahallar | |
---|