Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fişer
Fişer — soyad. Bobbi Fişer — ABŞ şahmatçısı. Emil Fişer — Almaniya kimyaçısı İrvinq Fişer — amerikalı iqtisadçı Ariya Fişer — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Makenzi Fişer — Birləşmiş Ştatları təmsil edən su poloçusu.
Mişar
Mişar və ya bıçqı— müxtəlif: taxta, metal, daş və sairə materialların kəsilməsi üçün nəzərədə tutulmuş kəsici dişli alət. Adətən mişar, tiyəsində dişləri olan metal lövhə formasında olur. Əl və mexaniki mişarlar olur.
Emil Fişer
Emil Fişer (9 oktyabr 1852[…] – 15 iyul 1919[…], Berlin, Almaniya Federativ Respublikası) — Almaniya kimyaçısı, 1902-ci il Kimya üzrə Nobel mükafatının laureatı. == Həyatı == O, 1852-ci ildə Almaniyanın Oyskirxen şəhərində dünyaya gəlmişdir. Bonn gimnaziyasını fərqlənmə diplomu ilə bitirmiş, oradakı universitetinə daxil olmuşdur. Dövrün məşhur alimləri-Fridrix Kekule, Avqust Kundt və Paul Qrotdan dərs almışdır. Müəllimi Kekulenin təsirilə kimyadan ayrılıb fizika sahəsinə keçsə də, 1872-ci ildə Strasburq Universitetində təhsilini davam etdirərkən Fişer yenidən kimya ilə maraqlanmağa başlamış, keçirdiyi müxtəlif təcrübələr nəticəsində fenilhidrazini (ətirli hidrazinlər qrupuna aiddir) ixtira edərək məşhurlaşmışdır. 22 yaşında elmlər doktoru adına layiq görülmüş və Strasburq Universitetində müəllim kimi fəaliyyətə başlamışdır. == Fəaliyyəti == Bir müddət burada çalışdıqdan sonra Münhen Universitetinə təyinat almış, burada bir sıra təcrübələr aparmışdır. Üzvi boyaların quruluşunu öyrənən alim onları fenilhidrazinin köməyilə araşdırmışdır. Uzun müddət Münhendə çalışdıqdan sonra Erlangen Universitetində kimya professoru vəzifəsinə keçmişdir. Orada da elmi tədqiqatlarını davam etdirən Fişer kofein, teobromin, quanin və sidik turşusu kimi üzvi birləşmələr üzərində təcrübələr aparmışdır.
Ficar döyüşləri
Ficar müharibələri (ərəb. حرب الفِجَار‎, Hərb əl-Ficar) — VI əsrin sonlarında əsasən Ərəbistanın iki böyük qəbilə konfederasiyası, Qureyş və Həvazin arasında baş vermiş döyüşlər. Mənbələrin məlumatına görə, döyüşlər dörd il ərzində səkkiz gün davam etmişdir. Münaqişə adını döyüşlərin müharibənin qadağan edildiyi müqəddəs aylarda baş verməsindən alır. Bu, adətən ticarətin qəbilə çəkişmələrinin müdaxiləsi olmadan baş tutmasına imkan verən qadağadır. == Zəmin == Müharibə "Məkkə və Taif şəhərləri də daxil olmaqla iki böyük konfederasiya" arasında gedirdi: bir tərəfdən Qeys ( Qətafan istisna olmaqla) və digər tərəfdən Qureyş və Kinanə. Müxtəlif Qeysi qəbilələri, o cümlədən Həvazin, Bəni-Səqif, Bəni-Əmir və Bəni-Süleym iştirak edirdi. Hiyrənin Ləxmi padşahı III Numan Bəni-Əmirinin başçısı Ürvə Rəhhəli padşahın karvanını Hicazda yerləşən Ukazda illik bazara aparmağı tapşırmışdı. Qəbiləsindən qovulmuş Kinanə üzvü Bərrad ibn Qeys bu tapşırığı tələb etmişdi, lakin padşahın sarayına tez-tez gələn Ürvə Bərradı qanundankənar olduğu üçün ələ salmış, III Numanı bu vəzifəyə onun yerinə özünü təyin etməyə razı salmışdı. O, karvanı Ukaza apararkən Ürvə Bərrad tərəfindən pusquya salınaraq öldürülmüş və o, karvanın məhsullarını ələ keçirmişdir.
Fişer effekti
Fişer effekti inflyasiya ilə nominal faiz dərəcəsi arasındakı əlaqəni əks etdirir. İqtisadiyyatda iki faiz dərəcəsi fərqləndirilir: nominal faiz dərəcəsi və real faiz dərəcəsi. Nominal faiz dərəcəsi bankdan və ya digər maliyyə qurumundan verilən kreditlər üzərində qoyulan faiz dərəcəsidir. Real faiz dərəcəsi isə inflyasiya nəticəsində qaytararılacaq pul miqdarında baş verən dəyər azalmasını nəzərə alan faiz dərəcəsidir. Bu iki göstərici bir-birindən inflyasiya səviyyəsi qədər fərqlənirlər: (1+i)=(1+r) (1+ π) r - real faiz dərəcəsi; i -nominal faiz dərəcəsi; π -inflyasiya dərəcəsi. Bu şəkildə yazılan tənlik iqtisadçı İrving Fişerin (1867–1947) xatirəsinə Fişer tənliyi adlanır. Bu tənlikdən görünür ki, nominal faiz dərəcəsinin dəyişməsinə iki amil təsir göstərir: real faiz dərəcəsi və inflyasiya. Miqdar qanununa və Fişer tənliyi əsasında, monetar böyümənin nominal faiz dərəcsinə necə təsir etdiyini müəyyən etmək mümkündür. Miqdar qanununa görə, pulun miqdarındakı 1%-lik artım inflyasiya dərəcəsini 1% artırır. Fişer tənliyinə görə, inflyasiya dərəcəsindəki 1%-lik artım nominl faiz dərəcəsini təxminən 1% artırır.
Fişer şternbergiyası
Sternbergia vernalis (lat. Sternbergia vernalis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin şternbergiya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Amaryllis vernalis Mill. === Heterotipik sinonimləri === Amaryllis lutea M.Bieb. Oporanthus fischerianus Herb. Sternbergia fischeriana (Herb.) Roem. Sternbergia fischeriana subsp. hissarica (Kapinos) Artjush. Sternbergia fischeriana f.
Hans Fişer
Hans Fişer (alm. Hans Fischer;‎ 27 iyul 1881[…], Frankfurt-Mayn, Prussiya – 31 mart 1945[…], Münxen) – 1930-cu ildə "Hemin və xlorofilin tərkibi ilə əlaqəli tədqiqatlarına və xüsusilə heminin sintezinə görə" Kimya üzrə Nobel mükafatı laureatı olmuş almaniyalı üzvi kimyaçı. == Həyatı == === Erkən həyatı === Fişer 1881-ci ildə Frankfurtda anadan olub. Ştutqartda ibtidai məktəbi bitirdikdən sonra orta təhsilini Visbadendəki Humanitar Gimnaziyada aldı. Əvvəlcə Lozanna Universitetində, sonra Marburq Universitetində kimya və tibb üzrə təhsil aldı. 1904-cü ildə kimya ixtisasından məzun oldu, 1908-ci ildə isə tibb üzrə doktorluq dərəcəsi aldı. === Kariyerası === Əvvəlcə Münhendəki Tibb Klinikasında, daha sonra Emil Fişerin rəhbərliyi altında Birinci Berlin Kimya İnstitutunda çalışdı. 1911-ci ildə yenidən Münhenə qayıtdı. 1913-cü ildə Münhendəki Fizioloji İnstitutda fiziologiya üzrə lektor olaraq işə başladı. 1916-cı ildə İnsbruk Universitetində Tibbi Kimya professoru oldu və 1918-ci ildə Vyana Universitetinə getdi.
Haynz Fişer
Haynz Fişer (9 oktyabr 1938[…], Qrats) — Avstriya Respublikasının prezidenti. Vyana Universitetində hüquq təhsili alıb. Avstriya Sosial Demokrat Partiyasına qatılıb. 1993-cü ildə Innsbruckta hüquq professoru, 2004-cü ildə prezident olub.
Kerri Fişer
Kerri Fişer (ing. Carrie Fisher; 21 oktyabr 1956[…], Berbank, Kaliforniya və ya ABŞ – 27 dekabr 2016[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası və ssenaristi. == Həyatı == 21 oktyabr 1956-cı ildə Kaliforniya ştatının Los-Anceles şəhərində Eddi Fişer və Debbi Reynoldsun ailəsində doğulub. 2 yaşı olanda ailə dağılmış və ata məşhur aktrisa Elizabet Teylorla evlənmişdir. Uşaqlıqda aktrisa olmaq arzusu olan Kerri "Central School of Spench and Drama"da təhsil aldı. İlk filmi "Şampun" filminə 1975-ci ildə çəkildi. Aktrisanın karyerasında dönüş yaradan film isə 1977-ci ildə çəkilən Ulduz müharibələri filmində "Şahzadə Leya" obrazı oldu. Daha sonra 1980-ci ildə "Cazmen Qardaşlar" filmində rol aldı. 1990-cı ildə "Postcards from the Edge" filminin sserisini yazmışdır. Kerri Fişer 27 dekabr 2016-cı ildə Londondan qayıdarkən təyyarədə infarkt keçirmişdir.
Lui Fişer
Lui Fişer (ing. Louis Fischer; 29 fevral 1896, Filadelfiya, Pensilvaniya – 15 yanvar 1970, Prinstom, Nyu-Cersi) — ABŞ tarixçisi, jurnalisti və publisisti. 1923–1937-ci illərdə müxtəlif ABŞ və Birləşmiş Krallıq qəzetlərinin Moskva təmsilçisi olmuşdu. SSRİ haqqında çoxsaylı kitabların, o cümlədən Lenin və Stalinin bioqrafiyalarının müəllifidir. 1965-ci ildə Tarix və Bioqrafiya üzrə Milli Kitab Mükafatını qazanmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Wolf, Markus. Die Troika: Geschichte eines Nichtgedrehten Films [The Troika: The Story of a Non-Made Film] (alman). Aufbau-Verlag. January 1, 1989. ISBN 978-3546498395.
Makenzi Fişer
Makenzi Fişer (d. 29 mart 1997) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Makenzi Fişer, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Mişar (dəqiqləşdirmə)
Mişar — alət. Mişar — filmlər seriyası. Mişar — 2004-cü ildə yaymlanan film. Mişar 2 — 2005-ci ildə yaymlanan film. Mişar 3 — 2006-cı ildə yaymlanan film. Mişar 4 — 2007-ci ildə yaymlanan film. Mişar 5 — 2008-ci ildə yaymlanan film. Mişar 6 — 2009-cu ildə yaymlanan film. Mişar 3D — 2010-cu ildə yaymlanan film. Mişar 8 — 2017-ci ildə yaymlanan film.
Ouqen Fişer
Eugen Fischer (5 iyul 1874, Karlsrue – 9 iyul 1967[…], Frayburq-im-Braysqau, Baden-Vürtemberq) alman tibb, antropologiya və yevgenika professoru və Nasist Partiyasının üzvü idi. O, Kayzer Vilhelm adına Antropologiya, İnsan İrsiyyəti və Yevgenika İnstitutunun direktoru, həmçinin Berlindəki Frederik Uilyam Universitetinin rektoru olmuşdur. Fişerin ideyaları Nasist Partiyasının alman irqi üstünlüyünə olan inamının düzgünlüyünü ifadə edən 1935-ci il Nürnberq qanunlarını lazımi informasiya ilə təmin etdi. Adolf Hitler 1923-cü ildə həbsxanada olarkən Fişerin əsərlərini oxumuş və özünün “Mein Kampf” (Mənim Mübarizəm) manifestində saf ari cəmiyyəti idealını dəstəkləmək üçün Fişerin qəzəbli fikirlərindən istifadə etmişdir. Fişer 1874-cü ildə Karlsruedə, Baden Böyük Hersoqluğunda anadan olub. Berlin, Frayburq və Münhendə tibb, folklorşünaslıq, tarix, anatomiya və antropologiya üzrə təhsil alıb. 1918-ci ildə Frayburq Universitetinin tərkibində olan Frayburq Anatomiya İnstitutuna daxil oldu. 1927-ci ildə Fişer Kaiser Wilhelm Antropologiya, İnsan İrsiyyəti və Yevgenika İnstitutunun (KWI-A) direktoru oldu, bu rolu əvvəlki il Ervin Baur ona tövsiyə etmişdi. 1933-cü ildə Fişer Almaniya universitetlərinin və liseylərinin professorlarının Adolf Hitlerə və Nasional Sosialist Dövlətinə sadiq qalacağına söz verdi. 1933-cü ildə Adolf Hitler onu Berlindəki Frederik Uilyam Universitetinin, indiki Humboldt Universitetinin rektoru təyin etdi.
Pyer Rişar
Pyer Rişar (fr. Pierre Richard, tam adı Moris Şarl Leopold Defey Pyer Rişar, (fransızca Pierre Richard Maurice Charles Léopold Defays); 16 avqust 1934, Valansyen, Nor) — fransız kinoaktyor, komik, rejissor. Valansyen, Nor-da anadan olmuşdur.
Rişar Berri
Rişar Berri (fr. Richard Berry; 31 iyul 1951, Paris, Fransa) — fransız aktyoru, rejissoru və ssenaristi. Rişar Berri 31 iyul 1950-ci ildə Parisdə anadan olmuşdur. Onun Əlcəzair əsilli fransız valideynləri ticarətlə məşğul olurdular. O, 10-cu Paris dairəsində, sonra isə Bulon-Biyankurda böyümüşdür. 1966-cı ildə Rişarın 16 yaşı olanda teatrla maraqlanır. O, həvəskar aktyor truppasına yazılır və Jan Rasin, Pyer Kornel, Molyer, Bomarşenin yaradıcılığı ilə tanış olur. 1969-cu ildə o, dram üzrə Milli Konservatoriyanın müsabiqəsini keçə bilir. 1973-cü ildə ilk mükafatını alır. 1974-cü ildə o, Klod Pinotonun "Şillə" filmində çəkilməklə kinoya gəlir.
Rişar Marten
Rişar Marten (30 oktyabr 1943, Nitsa – 16 oktyabr 2023[…]) — Fransa dramaturqu. Marsel şəhərinin "Turski" teatrının bədii rəhbəri. Ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyov olan "Kabusun gözüylə" filmində baş rolun ifaçısı Rişar Marten olmuşdur.
Rişar Vaqner
Rişar Vaqner (ing. Richard Wagner; fr. Richard Wagner; 2 aprel 1957, Monreal, Kvebek) — Kanadanın hazırkı Baş hakimi və Baş inzibatçısı vəzifələrini icra edən kanadalı hüquqşünas. Vaqner Kvebekin Monreal şəhərində anadan olub, Jizel və keçmiş Parlament üzvü və senator Klod Vaqnerin oğludur. Monrealda yerləşən Jan-de-Brebof Kollecindən 1978-ci ildə məzun oldu, daha sonra Ottava Universitetində siyasi elmlər üzrə təhsil aldı. Vaqner Roma katolikidir. Vaqnerin atası Klod hüquqşünas idi. Babası əslən Bavariyadan olan alman-yəhudi mühacir idi. Vaqnerin iki vəkil övladı var. 1980-ci ildə Vaqner Kvebek Hüquq Evinə dəvət aldı və "Montreal Lavery, de Billy" hüquq şirkətinə fəaliyyətə başladı.
Rober Fişer
Robert "Bobbi" Ceyms Fişer (ing. Robert James "Bobby" Fischer) 9 mart 1943[…], Çikaqo, İllinoys[…] – 17 yanvar 2008, Reykyavik[…]) — ABŞ şahmatçısı. Şahmat üzrə 11-ci dünya çempionu (1972–1975). Fischer 1943-cü il martın 9-da Çikaqoda yəhudi ailəsində anadan olmuşdur. Valideynləri Almaniya (atası) və İsveçrədəndir (anası). ABŞda siyasi baxışlarına görə təqib olunan kommunist, antifaşist atası Hans-Herhardt Fişer (Gerardo Liebscher kimidə tanınır) ikinci dünya müharibəsi bitdikdən sonra Almaniyaya qayıtmalı olur. (SSRİ xüsusi kəşfiyyat orqanı üzvi, bəzi mənbələrə görə). Robertin atası haqda çox az məlumatı vardı. Yalnız adının Herhardt olmasını bilirdi. Ona macar yəhudilərindən olan Pol Nemeni atalıq edib.
Robert Fişer
Robert "Bobbi" Ceyms Fişer (ing. Robert James "Bobby" Fischer) 9 mart 1943[…], Çikaqo, İllinoys[…] – 17 yanvar 2008, Reykyavik[…]) — ABŞ şahmatçısı. Şahmat üzrə 11-ci dünya çempionu (1972–1975). Fischer 1943-cü il martın 9-da Çikaqoda yəhudi ailəsində anadan olmuşdur. Valideynləri Almaniya (atası) və İsveçrədəndir (anası). ABŞda siyasi baxışlarına görə təqib olunan kommunist, antifaşist atası Hans-Herhardt Fişer (Gerardo Liebscher kimidə tanınır) ikinci dünya müharibəsi bitdikdən sonra Almaniyaya qayıtmalı olur. (SSRİ xüsusi kəşfiyyat orqanı üzvi, bəzi mənbələrə görə). Robertin atası haqda çox az məlumatı vardı. Yalnız adının Herhardt olmasını bilirdi. Ona macar yəhudilərindən olan Pol Nemeni atalıq edib.
Stenli Fişer
Stenli Fişer (ivr. ‏סטנלי פישר‏‎; 15 oktyabr 1943) — 2014-2017-ci illərdə Federal Ehtiyat Sisteminin 20-ci sədr müavini vəzifəsində çalışmış İsrail əsilli amerikalı iqtisadçı. Fişer bundan əvvəl 2005-2013-cü illərdə İsrail Mərkəzi Bankının 8-ci sədri vəzifəsində çalışıb. Şimali Rodeziyada (indiki Zambiya) anadan olub, İsrail və ABŞ-də ikili vətəndaşlığa malikdir. O, əvvəllər Beynəlxalq Valyuta Fondunun icraçı direktorunun birinci müavini və Dünya Bankının baş iqtisadçısı vəzifələrində çalışıb. 10 yanvar 2014-cü ildə Prezident Barak Obama Fişeri ABŞ Federal Ehtiyat Sisteminin Rəhbərlər Şurasının sədr müavini vəzifəsinə irəli sürdü. O, Blackrock-da baş məsləhətçidir. 6 sentyabr 2017-ci ildə Stenli Fişer 74-cü doğum gününə az qalmış, 13 oktyabr 2017-ci il tarixindən etibarən şəxsi səbəblərə görə sədr müavini vəzifəsindən istefa verdiyini açıqladı.
Frans Fişer
Frans Fişer 19 mart 1877[…], Frayburq-im-Braysqau – 1 dekabr 1947[…], Münxen, İşğal Almaniyası – alman kimyaçısı. Freyburq, Münxen vә Hisen universitetlәrindә oxumuşdur. Berlin Universitetindә işlәmiş, Berlindә Ali Texniki Mәktәbin professoru (1911-ci ildәn), Mülheymdә Kömürün Öyrәnilmәsi Üzrә Kayzer Vilhelm İnstitutunun direktoru olmuşdur (1913–1943). Əsas tәdqiqatları karbon oksidi vә hidrogen әsasında üzvi birlәşmәlәrin sintezinә hәsr olunmuşdur. 1927-ci ildә Hans Tropş ilә birlikdә karbon oksidinin dәmir vә kobalt katalizatorlarının iştirakı ilә hidrogenlә reaksiyasını kәşf etmişdir; reaksiya nәticәsindә (şәraitdәn asılı olaraq) qaz, maye vә bәrk alifatik karbohidrogenlәr әmәlә gәlir. Bu reaksiyanın maye yanacaq almaq üçün istifadә edilmәsinin mümkünlüyünü göstәrmişdir (1926). Sintetik benzin istehsalının texnologiyasını işlәyib hazırlamışdır (1925–1935). Karbon oksidi vә hidrogen әsasında maye izoparafinlәrin vә normal bәrk parafinlәrin sintezinin prinsipial mümkünlüyünü göstәrmişdir (1936).
Fişer südləyəni
Fişer südləyəni (lat. Euphorbia fischeriana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Yoşka Fişer
Yoşka Fişer (alm. Joschka Fischer‎ ; əsl adı Yozef Martin Fişer, alm. Joseph Martin Fischer‎; 12 aprel 1948[…]) — Yaşıllar Partiyasından olan alman siyasətçi. 1998-2005 -ci illərdə Almaniyanın xarici işlər naziri və vitse-kansler vəzifələrində çalışıb.
Ficar müharibələri
Ficar müharibələri (ərəb. حرب الفِجَار‎, Hərb əl-Ficar) — VI əsrin sonlarında əsasən Ərəbistanın iki böyük qəbilə konfederasiyası, Qureyş və Həvazin arasında baş vermiş döyüşlər. Mənbələrin məlumatına görə, döyüşlər dörd il ərzində səkkiz gün davam etmişdir. Münaqişə adını döyüşlərin müharibənin qadağan edildiyi müqəddəs aylarda baş verməsindən alır. Bu, adətən ticarətin qəbilə çəkişmələrinin müdaxiləsi olmadan baş tutmasına imkan verən qadağadır. == Zəmin == Müharibə "Məkkə və Taif şəhərləri də daxil olmaqla iki böyük konfederasiya" arasında gedirdi: bir tərəfdən Qeys ( Qətafan istisna olmaqla) və digər tərəfdən Qureyş və Kinanə. Müxtəlif Qeysi qəbilələri, o cümlədən Həvazin, Bəni-Səqif, Bəni-Əmir və Bəni-Süleym iştirak edirdi. Hiyrənin Ləxmi padşahı III Numan Bəni-Əmirinin başçısı Ürvə Rəhhəli padşahın karvanını Hicazda yerləşən Ukazda illik bazara aparmağı tapşırmışdı. Qəbiləsindən qovulmuş Kinanə üzvü Bərrad ibn Qeys bu tapşırığı tələb etmişdi, lakin padşahın sarayına tez-tez gələn Ürvə Bərradı qanundankənar olduğu üçün ələ salmış, III Numanı bu vəzifəyə onun yerinə özünü təyin etməyə razı salmışdı. O, karvanı Ukaza apararkən Ürvə Bərrad tərəfindən pusquya salınaraq öldürülmüş və o, karvanın məhsullarını ələ keçirmişdir.
Vera Fişer
Vera Fişer (27 noyabr 1951) — Braziliyalı aktrisa və gözəllik müsabiqəsinin qalibi, 1969-cu ildə "Miss Brazil" tacını almış və ölkəsini 1969-cu ildə "Kainat gözəli" yarışmasında təmsil etmiş, burada Top 15-ci yeri tutmuşdur. == Erkən həyatı == Fişer Blumenau, Santa-Katarinada alman əsilli braziliyalı Hildeqard Berndt və alman Emil Fişerin ailəsində anadan olmuşdur. Protestantlıq mühitində böyümüşdür. Fişerin tərcümeyi-halına görə, atası Nasist olmuş və onu döymüşdür. Beş yaşına qədər Fişer yalnız almanca danışırdı; məktəbdə isə portuqal dilini öyrənməyə başlamışdır. == Karyerası == Fişer 1969-cu ildə Miss Brazil tacını almışdır. O, həmçinin Miss Universe 1969 müsabiqəsində yarımfinalçı olmuşdur. O, 1973-cü ildə pornoçançada olan A Superfêmea filmində və The Graduate romanı əsasında çəkilmiş Migel Falabellanın The Graduate filmində, A Primeira Noite de Um Homem (2004) pyesində rol almışdır. O, O Clone (The Clone) və Laços de Família (Ailə bağları) kimi telenovella filmlərində rol almışdır.
Hisar
Hisar (Bükan)
Lisar
Lisar — İranın Gilan ostanında yerləşən şəhər. Lisar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2,599 nəfər yaşayır (679 ailə).
Hisar Sefid (Bicar)
Hisar Sefid (fars. حصارسفيد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 288 nəfər yaşayır (60 ailə). Əhalisini kürdlər təşkil edir.
Hisar (Bostanabad)
Hisar (fars. حصار‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 139 nəfər yaşayır (32 ailə).
Hisar (Bükan)
Hisar (fars. ‎حصار‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 476 nəfər yaşayır (86 ailə).
Hisar (Maku)
Hisar (fars. حصا‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 391 nəfər yaşayır (70 ailə).
Hisar (Sayınqala)
Hisar (fars. حصار‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 402 nəfər yaşayır (78 ailə).
Hisar (Sərab)
Hisar (fars. حصار‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 448 nəfər yaşayır (96 ailə).
Hisar (Xudabəndə)
Hisar (fars. حصار‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,437, nəfər yaşayır (361 ailə).
Hisar (Çaroymaq)
Hisar (fars. حصار‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 45 nəfər yaşayır (10 ailə).
Hisar (Ərdəbil)
Hisar (fars. حصار‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 63 nəfər yaşayır (15 ailə).
Hisar Gərmxan
Hisar Gərmxan — İranın Şimali Xorasan ostanının Bocnurd şəhristanının Gərmxan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 716 nəfər və 182 ailədən ibarət idi.
Hisar Xürvan
Hisar Xürvan (fars. حصارخروان‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 3,949 nəfər yaşayır (1,318 ailə).
Hisar məscidi
Hisar məscidi (digər adı ilə Yaqub Bəy Məscidi və ya Molla Yaqub Məscidi) — İzmirin Konak ilçəsində, Kemeraltı, Kızlarağası hanı və adını verdiyi Hisarönü bölgəsi yaxınlığında məscid. == Tarixi == Hisar Məscidinin Aydınoğulları bəyliyinin Osmanlı hakimiyyətindən asılı düşməsindən 150 il sonra Aydınoğulları nəslindən olan Özdemiroğlu Molla Yaqub Bəy tərəfindən tikdirildiyi qəbul edilir. Hicri təqvimlə 1006, Miladi təqvimlə 1597/1598-ci ildə inşa edilən məscid İzmirin tarixi və ən böyük məscididir. Araşdırmalara görə məscid 1402-ci ildə Teymuri İmperiyasının qurucu lideri, Teymurun ələ keçirdiyi və dağıtdığı İzmir Liman qalasının dağıntıları üzərində qurlub. Bu qala 1231–1235 illərində limanın girişində inşa edilmişdi. 1671–1672-ci illərdə İzmirə gələn Övliya Çələbi həm Kadifekalenin, həm də bu qalanın varlığını qeyd edir. Məscidin adı Liman Qalasının aşağı qapısının qarşısında yerləşdiyi üçün Hisar Məscidi idi. Məscidin mehrabı üçlüdür və italyan təsirini daşıyır. Bu xüsusiyyəti ilə üç mehrablı nadir məscidlər arasındadır. Bu məscidin banisinin üç nəfərdən ibarət olması ilə əlaqələndirilir.