Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fatality
Fatality (azərb. qaçılmazlıq‎) — Mortal Kombat faytinqləri seriyasında xüsusi fənd. Yalnız bu kompüter oyununda mövcuddur (halbuki buna bənzər sxem "Killer Instinct"də də istifadə olunur). Məhz bu, Mortal Kombatı digər faytinqlərdən fərqləndirir.
UEFA Avro 1980 finalı
1980 UEFA Avropa Çempionatı Finalı — UEFA Avro 1980 turnirinin qalibini müəyyənləşdirmək məqsədilə 1980-ci il iyunun 22-də İtaliya paytaxtı Romada yerləşən Olimpiko stadionunda keçirilmiş final matçı. Finalda Belçika və bir öncəki turnirdə ikinci yerin sahibi olmuş Almaniya milli komandası qarşılaşırdı. Belçika Rene Vandereykenin qoluna baxmayaraq Almaniya millisi Horst Hrubeşin dubl etməsilə yekunda 2-1 hesabı ilə turnirin qalibi oldu.
UEFA Kuboku finalı 1976
UEFA Kuboku finalı 1976 — 1976-cı ilin 28 aprel və 19 may tarixlərində İngiltərə təmsilçisi "Liverpul və Belçika təmsilçisi "Brügge" komandaları arasında 2 oyundan ibarət olaraq Enfild və Olimpiya stadionunda keçirilmiş UEFA Kuboku final matçları. Bu matç avropanın ikinci ən mötəbər klub turniri olan UEFA Kubokunun final matçı idi. "Liverpul" bu turnirdə ikinci dəfə final matçına çıxırdı. Onlar ilk dəfə 1973-cü ildə turnirin artıq qalibi olmuşdular. "Brügge" isə avropa miqyaslı turnirinin finalına vəsiqə qazanmış ilk Belçika komandası idi. Hər iki klub ümumilikdə 5 mərhələni keçərək finala vəsiqə əldə etdilər. Turnir boyunca oyunlar ev-səfər qaydaları üzrə iki dəfə keçirilirdi. "Liverpul" rəqibləri üzərində asan qələbələr qazanırdı. Onlar ikinci raundda "Real Sosyedad" üzərində 9-1, yarımfinal oyununda isə "Barselona" üzərində 2-1 hesablı qələbə əldə etdilər. "Brügge" keçirdiyi oyunların bir çoxunda minimal hesablı üstünlüklə qələbə qazandı.
UEFA Kuboku finalı 1977
UEFA Kuboku finalı 1977 — 4 may və 18 may 1977-ci il tarixlərində İtaliya təmsilçisi "[Yuventus FK|Yuventus]] və İspaniya təmsilçisi "Atletik Bilbao" komandaları arasında 2 oyundan ibarət olaraq Olimpiya və San-Mames stadionlrında keçirilmiş UEFA Kuboku final matçlarıdı. Bu matç avropanın ikinci ən mötəbər klub turniri olan UEFA Kubokunun final matçı idi. "Yuventus" səfərdə 2-2 hesablı nəticə ilə turnirin qalibi oldu. Yuventus rəsmi Avropa turinirində heyətində xarici futbolçu olmadan qələbə qazanan ilk İtaliya klubu oldu.
UEFA Kuboku finalı 2001
UEFA Kuboku finalı 2001 — 2001-ci ilin mayın 16-da Almaniyanın Dortmund şəhərində yerləşən Siqnal İduna Park stadionunda İngiltərənin "Liverpul" və İspaniyanın "Alaves" klubları arasında keçirilmiş UEFA Kuboku final matçı. Seyr edilməyə dəyər olan bu hadisə 2000-01 mövsümündə avropanın ikinci ən mötəbər klub turniri olan UEFA Kubokunun final matçı idi. "Liverpul" 1973 və 1976-cı illərdən sonra tarixində üçüncü dəfə turnirin finalına vəsiqə qazanırdı. Onlar həmçinin Heyzel faciəsindən sonra üzləşdikləri qadağadan sonra ilk dəfə avropa miqyaslı turnirin finalına vəsiqə qazanmışdılar. "Alaves" isə tarixi ərzində ilk dəfə avropa miqyaslı turnirin finalına vəsiqə qazanmışdı. Hər iki klub 6 mərhələni, ümumilikdə 12 matçı uğurla bitirərək finala vəsiqə əldə etdilər. "Liverpul" heç bir rəqibini 2 qoldan artıq fərqlə məğlub etmədi. Yarım final mərhələsində "Barselona" klubu 1-0 hesabı ilə məğlub edildi. Əvəzində isə "Alaves" bu mərhələdə asan qələbə qazandı. İlk mərhələdə Türkiyənin "Qaziantepspor" klubunu 1 qol fərqlə üstələyən "Alaves", yarım final mərhələsində Almaniyanın "Kayzerslautern" klubunu ümumilikdə 9-2 hesabı ilə üstələdilər.
İngiltərə kuboku finalı 1965
İngiltərə Federesiya Kuboku finalı 1965 — 1964/65-ci il İngiltərə Federasiya Kuboku uğrunda final matçı may ayında London şəhərində yerləşən Uembli stadionunda "Liverpul" və "Lids" klubları arasında keçirilmişdir. Bu matç 1964/65 mövsümünün kubok yarışmasında son matç olmuşdur. "Liverpul" bundan öncə 1914-cü və 1950-ci illərdə iştirak etdiyi hər iki kubok finalında məğlub olmuşdur. "Lids" isə ilk dəfə bu turnirin finalına vəsiqə qazanmışdır. Hər iki klub turnirə üçüncü mərhələdən başlamışdır. "Liverpul" keçirdiyi oyunların əksəriyyətində 2 qoldan artıq top vura bilməmişdir. "Lids" isə keçirdiyi ilk oyunda "Stokport Kauntri" klubunu 3–0 hesabı ilə məğlub etmişdir. Daha sonra yarımfinal matçında Mançester Yunaytedə qarşı ilk matçda 0–0 bərabərə qalsa da, cavab oyununda 1–0 hesabı ilə qalib gəlmişdir. 100.000 tamaşaçının izlədiyi final matçında tərəflər çox çalışsa da, əsas vaxtda hesab açılmamışdır. Matçın əvvəlində "Liverpul"un müdafiəçisi Cerri Bern körpücük sümüyünü sındırsa da, oyunu davam etdirmişdir.
UEFA Avro 2024 finalı
UEFA Avro 2024 finalı — UEFA Avro 2024-ün qaliblərini müəyyən etmiş futbol matçı. Bu matç Avropa çempionlarının müəyyən edilməsi üçün UEFA-ya üzv assosiasiyaların kişilərdən ibarət milli komandalarının mübarizə apardığı və dörd ildən bir keçirilən UEFA Avropa Çempionatının 17-ci finalı olmuşdur. Matç 14 iyul 2024-cü ildə Almaniyanın Berlin şəhərindəki Olimpiya stadionunda keçirilib və matçda İspaniya və İngiltərə qarşılaşıb. Bu matç İspaniyanın UEFA Avropa çempionatında iştirak etdiyi 5-ci, İngiltərənin isə 2-ci final oyunu idi. Matç həm də İngiltərənin kişilər arasında keçirilən böyük bir turnirin öz ölkəsindən kənarda keçirilən finalında ilk iştirakı olmuşdur. 65 600 tamaşaçının önündə oynanılan final matçı yavaş başladı və ilk hissə qolsuz yekunlaşdı. İspaniya oyunçusu Rodriqo fasilədən əvvəl zədələndi və nəticədə fasilədə o, Martin Zubimendini ilə əvəz edildi. İspaniya ikinci hissəyə güclü başladı, Lamin Yamalın asisti ilə Niko Uilyamsın vurduğu qol hesabı 1–0 etdi. Lamin Yamal bu zərbə ilə həm də Avropa çempionatı finalında asist edən ən gənc oyunçu olub. Bundan sonra İngiltərə oyunçusu Koul Palmer əvəzedilmə nəticəsində matça daxil olduqdan 3 dəqiqə sonra cərimə meydançasının kənarından qol vuraraq hesabı 1–1 etdi.
1956 UEFA Çempionlar Kuboku finalı
1956 UEFA Çempionlar Kuboku finalı pan-Avropa futbol turniri Çempionlar Kubokunun ilk finalı olmuşdur. 13 iyun 1956-cı ildə Parisdəki Park de Prens stadionunda baş tutan oyunda İspaniyanın Real Madrid və Fransanın Reyms klubları qarşılamışdılar. Oyunu 38.000 nəfər izləmişdir. Real Madrid yarımfinalda İtaliya klubu Milanı ümümlikdə 5–4 hesabı ilə üstələyərək finala yüksəlmişdir, Reyms isə ümümlikdə 3–0 hesabı ilə Şotlandiyanın Hibernian klubunu məğlub etmişdir. Qarşılaşma 4–3 hesabı ilə Real Madridin xeyrinə bitmişdir. Sonradan Real Madrid rekord edərək, ard-arda Çempionlar Kubokunun növbəti beş mövsümünü də qazana bilmişdir. Oyun, 10 dəqiqə ərzində Mişel Leblon və Jan Templin tərəfindən vurulan 2 qol sayəsində Reyms üçün uğurlu başlasa da, birinci hissə bitməmiş Alfredo Di Stefano və Ektor Rialın səyləri ilə Real Madrid hesabı bərabərləşdirdi. Reyms Mişel İdalqonun qolu ilə 62-ci dəqiqədə önə keçsə də, Markitos və Rial müvafiq olaraq 67-ci və 79-cu dəqiqələrdə qol vuraraq Reala qələbə gətizdirdilər. Real Madrid turnirə La Liqanın 1954–55 mövsümünün qalibi kimi qatılmışdır. O, ilk oyunu İsveçrə çempionu Servett ilə keçirdi.
1957 UEFA Çempionlar Kuboku finalı
1957 UEFA Çempionlar Kuboku finalı ― 30 may 1957-ci ildə Çempionlar Kuboku 1956/1957 mövsümünün qalibini müəyyən etmək üçün İspaniyanın paytaxtı Madrid şəhərinin Santyaqo Bernabeu stadionunda keçirilən futbol oyunu. Matçda İspaniyanın "Real Madrid" və İtaliyanın "Fiorentina" klubları qarşılaşmışdılar. "Real Madrid" 2-ci hissədə Alfredo Di Stefano və Fransisko Xentonun vurduğu qolları sayəsində oyunda 2–0 hesabı ilə qalib gəldi. Komandalardan birinin ev stadionunda oynadığı dörd finaldan (Çempionlar Liqası dövrünü nəzərə almaqla, 1965, 1984 və 2012 finalları) birincisi idi və həmçinin qalib gələn komandanın ev stadionunda oynadığı ilk final idi. "Real Madrid"in ilk qolu mübahisələrə səbəb oldu ki, Niderlandlı hakim Leo Horn yan xətt hakimin penalti təyin olunmazdan öncə işarə etdiyi ofsayd siqnalına əhəmiyyət vermədi və bundan başqa Mateosa qarşı edilən qayda pozuntusu cərimə meydançasından kənarda edilmişdir. "Real Madrid" turnirə son qalib kimi qatıldı, klub son mövsümün final oyununda Paris şəhərinin Park de Prens stadionunda 4–3 heabı ilə "Reyms" klubuna qalib gəldi. O, son çempion olduğu üçün onlar birbaşa birinci raunda keçdilər ki, bu mərhələdə Avstriya çempionu "Rapid Vyana" ilə heç-heçə etdilər. Santyaqo Bernabeu stadionunda keçirilən ilk oyunda Alfredo Di Stefano və Ramon Marsal iki qol vuraraq, klublarına 4–2 hesablı qalibiyyət gətirdilər. İkinci oyunda Ernst Happel het-trik edərək "Rapid"i 3 qol qabağa saldı, lakin Di Stefanonun qolu hesabı 3–1 etdi. Oyunun ümumi hesabı 5–5 oldu.
1958 UEFA Çempionlar Kuboku finalı
1958 UEFA Çempionlar Kuboku finalı ― 28 may 1958-ci ildə Çempionlar Kuboku 1957/1958 mövsümünün qalibini müəyyən etmək üçün Belçikanın paytaxtı Brüssel şəhərinin Eyzel stadionunda keçirilən futbol oyunu. Matç İspaniyanın "Real Madrid" və İtaliyanın "Milan" klubları arasında baş tutmuşdur. "Real Madrid" əlavə olunmuş vaxtdan sonra oyunda 3–2 hesabı ilə qalib gəldi. Bu, klubun Çempionlar Kubokunda ardıcıl üçüncü uğuru oldu. Oyundan sonra qalib oyunçulara medalları II Albert təqdim etmişdir.
1959 UEFA Çempionlar Kuboku finalı
1959 UEFA Çempionlar Kuboku finalı ―3 iyun 1959-cu ildə Çempionlar Kuboku 1958/1959 mövsümünün qalibini müəyyən etmək üçün Almaniyanın Ştutqart şəhərinin Nekkarştadion stadionunda keçirilən futbol oyunu. Matç İspaniyanın "Real Madrid" və Fransanın "Reyms" klubları arasında baş tutmuşdur. Oyun 2–0 "Real Madrid"in xeyrinə başa çatdı və beləliklə ispan təmsilçisi ard-arda dördüncü Çempionlar Kubokunu qazandı və 1956-cı ildən sonra son dörd il ərzində ikinci dəfə finalda "Reyms" klubuna qalib gəldi. "Real Madrid" oyunda dominantlıq edərək, Enrike Mateos və Alfredo Di Stefanonun qolları sayəsində qələbə çaldı.
1960 UEFA Avropa Çempionatı Finalı
1960 UEFA Avropa Çempionatı Finalı — 1960-cı il 10 iyul tarixində Fransanın paytaxtı Paris şəhərində yerləşən Park des Prinses stadionunda SSRİ və Yuqoslaviya milli komandaları arasında keçirilmiş UEFA Avropa Çempionatı final matçı. Bu UEFA-nın milli komandalar üçün təşkil etdiyi ilk UEFA Avropa Çempionatı final oyunu idi. Final matçı SSRİ və Yuqoslaviya milli komandaları arasında keçirildi. SSRİ millisi artırılan əlavə vaxtda daha bir dəfə fərqlənməklə turnirin qalibi oldu. Amma oyunda hesabı birinci hissədə Yuqoslaviya millisinin oyunçusu Milan Qaliç açdı. İkinci hissədə isə Slava Metreveli hesabı bərabərləşdirdi. Oyunun əsas vaxtı 1-1 hesabı ilə bitdi, artırılan əlavə vaxtın 113-cü dəqiqəsində isə Viktor Ponedelnik qələbə qolunu vuraraq yekunda SSRİ millisi oyunu 2-1 hesablı qələbə ilə başa vurdu.
1960 UEFA Millətlər Kuboku Finalı
1960 UEFA Avropa Çempionatı Finalı — 1960-cı il 10 iyul tarixində Fransanın paytaxtı Paris şəhərində yerləşən Park des Prinses stadionunda SSRİ və Yuqoslaviya milli komandaları arasında keçirilmiş UEFA Avropa Çempionatı final matçı. Bu UEFA-nın milli komandalar üçün təşkil etdiyi ilk UEFA Avropa Çempionatı final oyunu idi. Final matçı SSRİ və Yuqoslaviya milli komandaları arasında keçirildi. SSRİ millisi artırılan əlavə vaxtda daha bir dəfə fərqlənməklə turnirin qalibi oldu. Amma oyunda hesabı birinci hissədə Yuqoslaviya millisinin oyunçusu Milan Qaliç açdı. İkinci hissədə isə Slava Metreveli hesabı bərabərləşdirdi. Oyunun əsas vaxtı 1-1 hesabı ilə bitdi, artırılan əlavə vaxtın 113-cü dəqiqəsində isə Viktor Ponedelnik qələbə qolunu vuraraq yekunda SSRİ millisi oyunu 2-1 hesablı qələbə ilə başa vurdu.
1964 UEFA Avropa Çempionatı Finalı
1964 UEFA Avropa Çempionatı Finalı — 1964-cı il 21 iyun tarixində İspaniyanın paytaxtı Madrid şəhərində yerləşən Santyaqo Bernabeu stadionunda SSRİ və İspaniya milli komandaları arasında keçirilmiş UEFA Avropa Çempionatı final matçı. Final matçında İspaniya milli komandası Pereda və Marselinonun qolları ilə yekunda 2-1 hesabı ilə qələbə qazandılar.
FİFA Dünya Kuboku finalı 2010
2010 FİFA Dünya Kuboku finalı — 11 avqust 2010-cu ildə Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində yerləşən Sokker siti stadionunda qazanan komandanı təyin etmək üçün oynanılan matç. 0-0 olan hesab uzatma dəqiqələrinin 116-cı dəqiqəsində Andres İnyestanın vurduğu qolla dəyişdi. Hesab 1-0 oldu və İspaniya kubokun sahibi oldu. Niderlandın sarı kartlarının sayı və sərt oyunu tənqid olundu. 1950-ci ildə dördüncü yeri tutaraq FİFA Dünya Kubokunda ən böyük müvəffəqiyyətə imza atan İspaniya bu çempionatda ilk dəfə kuboku qazandı. 1974 və 1978-ci illərdə məğlub olduğu son matçlardan sonra Niderland, bu matçda da məğlub olaraq, bu sahədə rekorda imza atdı. Matçdan sonra ilk dəfə Avropa komandası, öz qitəsi xaricində təşkil edilən Dünya Kubokunu qazanmış oldu. Finalçı komanda olan Niderland və İspaniya daha əvvəl heç bir Dünya Kuboku və ya Avropa Çempionatında qarşılaşmamışdı. İlk dəfə 1920 Yay Olimpiya Oyunlarında qarşılaşan iki komanda arasında ümumi 9 matç oynandı. Hər iki komanda dörd oyun qazandı və bir matç bərabərliklə sona çatdı.
UEFA Avropa Kuboku 2016 finalı
UEFA Avropa Kuboku finalı 2016
UEFA Çempionlar Kuboku finalı 1990
UEFA Çempionlar Kuboku finalı 1990 — UEFA Çempionlar Kuboku 1989/1990 turnirinin final oyunu, bu final Çempionlar Kuboku yarışının sayca 35-ci finalı idi. Bu futbol oyunu 1990-cı il mayın 23-də Vyana şəhərinin "Praterştadium" stadionunda keçirilmişdir. Finalda İtaliyanın "Milan" klubu Portuqaliyanın "Benfika" komandası ilə qarşılaşmışdır. Oyun 1–0 "Milan"ın xeyrinə bitmişdir, yeganə qolun müəllifi Frank Raykard olmuşdur. 2017-ci ilə qədər "Milan" turniri dalbadal 2 dəfə qazanan son klub idi.
UEFA Çempionlar Kuboku finalı 1991
UEFA Çempionlar Kuboku finalı 1991 — UEFA Çempionlar Kuboku 1990/1991 turnirinin final oyunu, bu final Çempionlar Kuboku yarışının sayca 36-cı finalı idi. Bu futbol oyunu 1991-ci il mayın 29-da Bari şəhərinin "San-Nikola" stadionunda keçirilmişdir. Finalda Yuqoslaviyanın "Srvena Zvezda" klubu Fransanın "Marsel" komandası ilə qarşılaşmışdır. Matçın əsas və əlavə vaxtı heç-heçə başa çatdı, oyun sonrası penaltilər seriyasında isə "Srvena Zvezda" 5:3 hesabı ilə qələbə qazandı. Bu qələbə ilə "Srvena Zvezda" tarixində ilk dəfə Çempionlar Kubokunun çempionu oldu.
UEFA Çempionlar Kuboku finalı 1992
UEFA Çempionlar Kuboku finalı 1992 Çempionlar Kuboku 1991/1992 turnirin final oyunu idi. Oyun 20 may 1992-ci ildə Londonun Uembli Stadionunda keçirilmişdir. Finalda "Sampdoriya" ilə "Barselona" klubları qarşılaşmışdılar. "Barselona" oyununun əlavə olunmuş vaxtında 1–0 hesabı ilə qalib gəldi, yeganə qolun müəllifi Ronald Kuman olmuşdur. Bu nəticə ilə Barselona turnirdə ilk zəfərini qazandı. Bununla da "Barselona" turniri qazanan ikinci ispan klubu oldu Bu mövsümdə ilk dəfə ikinci raundun 8 qalibini iki qrupa böldülər və hər iki qrupun qalibi finala vəsiqə qazandılar.
UEFA Çempionlar Liqası Finalı 2012
2012 UEFA Çempionlar Liqası finalı (alm. UEFA-Champions-League-Finale 2012‎, ing. 2012 UEFA Champions League Final) — UEFA Çempionlar Liqası turnirinin 2011/12 mövsümünün final oyunu, Avropa Çempionlar Kubokunun 57-ci və UEFA Çempionlar Liqası tarixində 20-ci mövsüm finalı idi. Oyunun keçirələcəyi stadion 2009-cu ilin yanvarında seçilmişdir. Oyunun biletləri matçda 2,5 ay qalmış martın 1-dən satış çıxarıldı, o tarixlərdə finalçılar hələ məlum deyil idilər. 2012-ci il aprelin 25-də finalçılar müəyyənləşdi, onlardan biri Londonun Çelsi klubu, digəri isə Münhenin Bayern klubu idi. Turnir tarixində ilk dəfə idi ki, bir komanda final oynunu öz meydanında keçirirdi. Buna görə 2012-ci ilin Çempionlar Liqasının final oyununu Bavariyada "ev finalı" (bav. Finale dahoam) adlandırırdılar. Futbol oyunu şənbə günü, 19 may 2012-ci ildə Münhendə yerləşən Allianz Arena stadionunda keçirilmişdir.
İngiltərə Federasiya Kuboku finalı 1965
İngiltərə Federesiya Kuboku finalı 1965 — 1964/65-ci il İngiltərə Federasiya Kuboku uğrunda final matçı may ayında London şəhərində yerləşən Uembli stadionunda "Liverpul" və "Lids" klubları arasında keçirilmişdir. Bu matç 1964/65 mövsümünün kubok yarışmasında son matç olmuşdur. "Liverpul" bundan öncə 1914-cü və 1950-ci illərdə iştirak etdiyi hər iki kubok finalında məğlub olmuşdur. "Lids" isə ilk dəfə bu turnirin finalına vəsiqə qazanmışdır. Hər iki klub turnirə üçüncü mərhələdən başlamışdır. "Liverpul" keçirdiyi oyunların əksəriyyətində 2 qoldan artıq top vura bilməmişdir. "Lids" isə keçirdiyi ilk oyunda "Stokport Kauntri" klubunu 3–0 hesabı ilə məğlub etmişdir. Daha sonra yarımfinal matçında Mançester Yunaytedə qarşı ilk matçda 0–0 bərabərə qalsa da, cavab oyununda 1–0 hesabı ilə qalib gəlmişdir. 100.000 tamaşaçının izlədiyi final matçında tərəflər çox çalışsa da, əsas vaxtda hesab açılmamışdır. Matçın əvvəlində "Liverpul"un müdafiəçisi Cerri Bern körpücük sümüyünü sındırsa da, oyunu davam etdirmişdir.
İngiltərə Liqa Kuboku Finalı 1984
1984-cü il İngiltərə Liqa kuboku üzrə final oyunu eyni şəhərin iki klubu - "Liverpul" və "Everton" klubları arasında baş tutmuşdur. Bu matç liqa kuboku uğrunda 24-cü final oyunu idi. Matç Londonda yerləşən Uembli stadionunda baş tutmuşdur. Mart ayının 24-də baş tutan ilk oyunda hesab açılmadığı üçün ikinci oyun 28 martda Meyn Roud stadionunda keçirildi. Oyunun 21-ci dəqiqəsində Sunesin vurduğu qolla Liverpul turnirin qalibi oldu. Bununla da Liverpul bu kuboku dördüncü dəfə qazandı. Bundan öncə isə Liverpul 1981, 1982, 1983-cü illərdə keçirilmiş finallarda da qələbə qazanmaqla, ardıcıl olaraq 4 dəfə İngiltərə Liqa Kubokunu qazanan ilk klub kimi adını tarixə yazmağa nail oldu.
2023 UEFA Çempionlar Liqası finalı
2023 UEFA Çempionlar Liqası finalı 2022-23 UEFA Çempionlar Liqasının final oyunu, UEFA tərəfindən təşkil edilən Avropanın ən nüfuzlu klub futbol turnirinin 68-ci mövsümü və adı UEFA Çempionlar Kubokundan UEFA Çempionlar Liqası olaraq dəyişdirildikdən sonra 31-ci mövsümü idi. 10 iyun 2023-cü ildə Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda İngiltərənin "Mançester Siti" klubu ilə İtaliyanın "İnter" klubu arasında oynanıldı. "Mançester Siti" matçı 1–0 hesabı ilə qazanaraq ilk dəfə UEFA Çempionlar Liqasının qalibi oldu və bununla da qitə treblini tamamladı. Qalib olaraq onlar 2022-23 UEFA Avropa Liqasının qalibi Sevilya ilə 2023 UEFA Super Kubokunda oynamaq hüququ qazandılar və həm 2023, həm də 2025-ci ildə keçiriləcək FIFA Klublararası Dünya Çempionatına vəsiqə qazandılar. Finalın əvvəlcə İngiltərənin London şəhərindəki Uembli Stadionunda keçirilməsi planlaşdırılırdı. Bununla belə, COVID-19 pandemiyası səbəbindən 2020-ci ilin finalının təxirə salınması və başqa yerə köçürülməsi səbəbindən sonrakı finallar üçün planlaşdırılan ev sahibləri bir il geriyə çəkildi və Münhendəki Allianz Arena 2023-cü il finalı təyin edildi. İstanbulda oynanılması planlaşdırılan 2021 finalı da COVID-19 pandemiyasının təsiri səbəbindən başqa yerə köçürülməli olduqda, bunun əvəzinə 2023-cü ilin finalı İstanbula verildi. Bunun əvəzinə Münhen 2025-ci ilin finalına ev sahibliyi etmək üçün təyin edildi. Bu final Atatürk Olimpiya Stadionunda oynanan ikinci UEFA Çempionlar Liqası finalı idi. İlk oyun 2005-ci ildə AC Milan və Liverpul arasında keçirilib.
FİFA Dünya Kuboku 1994 finalı
FİFA Dünya Kuboku 1994 finalı — final oyunu 1994-cü ilin 17 iyulunda Pasadena, Amerika Birləşmiş Ştatları «Rouz Boul» stadionunda keçirilib. Finalda Braziliya və İtaliya qarşılaşıb. İlk dəfə olaraq dünya çempionatları tarixində final oyunu qolsuz bərabərliklə bitmiş və qalib oyun sonrası penaltilərə müəyyən edilmişdi. Penaltilərdə 3:2 hesabı ilə qalib gələn Braziliya yığması 4-cü dəfə dünya çempionu oldular. Qalibiyyəti onlar 1 mayda dünyasını dəyişmiş məşhur Formula 1 pilotu Ayrton Sennaya həsr etmişdilər.