Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cirdək
Cirdək — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Cir (qədim türk dillərində çir) Azərbaycan dilinin dialekt və şivələrində "kiçik, balaca" mənasında işlənmişdir. -dək məkan, yer bildirən şəkilçidir. Oykonim "kicik, balaca yaşayış yeri" mənasını bildirir. Kənd həqiqətən də sahəsinə görə cox kiçikdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Tovuz şəhərinin mərkəzindən 35 km aralıda, Tovuz-Böyük Qışlaq yolunun üzərində, dağlıq ərazidə yerləşir. Kənd dörd bir yandan dağ və meşələrlə əhatə olunmuşdur. Kəndin içməli suyunu bulaqlar təşkil edir. Cirdək kəndi Qandalar, Kazımlı, Çatax, Hacılar, Saladınlı kəndləri ilə həmsərhəddir.
Dirsək
Dirsək — uzunluq ölçü vahidi. == Ümumi məlumat == Azərbaycan xalqının məişətində əski çağlarda işlənmiş, lakin müasir dövrdə öz əhəmiyyətini itirmiş uzunluq ölçüsü vahidləri də vardır. İnsanın bədən üzvləri ilə ifadə olunan ayaq və barmaq kimi qədim ölçüləri bunlara aiddir. Qulacdan bir az kiçik, qarışdan böyük uzunluqları ölçmək üçün azərbaycanlılar arasında dirsəkdən istifadə olunmuşdur. Başqa xalqlarda da (məs.: farslar, ruslar, ərəblər və b.) işlədilən dirsək əli yumduqda barmağın qatlanan yerindən dirsəyin bükülən yerinə qədər olan məsafəyə bərabər ölçü vahididir. 1 dirsək 0,5 m-ə, yəni 50 sm-ə bərabər götürülür. Türkiyədə isə 1 dirsək uzunluq ölçüsü vahidi kimi 68,5 sm-ə bərabərdir. Kişilər şalvarın belini çox vaxt dirsəkləri ilə ölçürlər. Hər bir kişinin şalvarının beli iki qatlandıqda onun dirsəyinin ölçüsünə bərabər olur. Addım, qulac, qarış və dirsək türk sözləri olub, bir çox xalqların, xüsusilə türk xalqlarının, eləcə də azərbaycanlıların həyat və məişətində uzunluq ölçmək üçün geniş şəkildə işlənməkdədir.
Dirçək
Dirçək (lat. Ajuga) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Fikrət
Fikrət — kişi adı. Fikrət Babazadə — texnika elmləri doktoru, professor Fikrət Əmirov — Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Fikrət Həşimov — rəssam, dəzgah boyakarı. Fikrət Məmmədov Fikrət Məmmədov (aktyor) — Aktyor. Filmlərdə iştirak edən. Fikrət Məmmədov (hüquqşünas) — Azərbaycan Respublikasının ədliyyə naziri. Fikrət Məmmədov (televiziya işçisi) — Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri. Fikrət Mursaqulov — baş redaktor.
Firurəq
Firurəq (fars. فیرورق‎) və ya Pərə— İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,903 nəfər və 2,048 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Tiryək
Tiryək və ya Tiryək saqqızı, xaşxaş kapsullarının tərtibi ilə sızan, südə oxşar öz suyunun yığılması ilə əldə edilən uyuşdurucu maddə. Xaşxaş kapsulları müvafiq zaman müddətində tərtib edilir yəni sıyrılır, sıyrıqlardan sızan maye laxtalanır və xüsusi bıçaqlar ilə götürülür. Havanın təsiri altında mayenin rəngi tünd qəhvəyi olur. Bu maddə tiryək və ya tiryək saqqızı adlanır. Əczaçılıqda morfin, kodein, tebain, papaverin və s. alkaloidlərin alınmasında istifadə olunur. Bir az zəhərli hesab edilə bilər, amma asılılıq yaratdığına görə uyuşdurucu maddə kimi də istifadə olunur. Bu uyuşdurucu maddə udularaq, çeynənərək və ya siqaret ilə birlikdə çəkilməklə istifadə olunur. Qısamüddətli zövq verir. Ağrıları azaldır və zehni durğunluq verdiyindən gündəlik problemlərinizi unutdurur.
Dirək
Dirək — şüa binalardakı döşəmə və istifadə sahəsi yüklərini şaquli daşıyıcılara (sütunlara) köçürən və mexaniki olaraq çubuq kimi qəbul edilən bir tikinti elementi. Dəmir-beton konstruksiyalarda döşəmə yüklərinin əvvəlcə dirəklərə köçürülməsi və kəsmə qüvvəsi ilə moment effektləri daşıyan dirəklərin bu qüvvələri sütunlara ötürməsi qəbul edilir. Sütundan sütuna dirəklərin uzunluqlarına dirək aralığı deyilir. Dirək aralığı artdıqca dirək hissəsinin hündürlüyü artırılmalıdır. Dirəyin şaquli deformasiyaları (əyilməsi) nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə, binanın rahatlığı azalacaqdır. == Dirək növləri == === Dəmir-beton dirək === Döşəmələrdən və digər dirəklərdən aldığı yükləri dirəyə və ya daşıyıcı sistemə ötürən elementlərə dəmir-beton dirəklər deyilir. ==== Dəmir-beton dirək növləri ==== Sadə dirəklər: Bunlar hörgü konstruksiyalarındakı dayaqlara iki ucu sərbəst şəkildə daxil olan dirəklərdir. Bu cür dirəklər dayaqlarda ən az 20 sm oturmalıdır. Konsol dirəklər: Bunlar bir ucu basdırılmış (yerləşdirilmiş), digər ucu dayaqlanmış (asılmış) olan dəmir-beton dirəklərdir.
Mirək
Mirək — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Miraq oyk., sadə. Cəbrayıl rayonunun Hacılı inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsini vaxtilə Cənubi Azərbaycandan köçüb gəlmiş ailələr salmışlar. Yerli əhali arasında Miray şəklində tələffüz olunur. Ehtimal etmək olar ki, oykonim türk dillərindəki marakhnanq sözündən olub, “müşahidə məntəqəsi, pusqu” mənasındadır. Əsas təsərrüfatı heyvandarlıq idi.
Zirək
Zirək və ya Zirak — keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor mərzinin ərazisində mövcud olmuş kənd. Arpaçayın sol qolu olan Zirakçayın sahilində yerləşmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Toponim qədim türk tayfalarından olan "siraq" etnonimi əsasında əmələ gəlmişdir. Kənddə 1831-ci ildə 43 nəfər, 1873-cü ildə 169 nəfər, 1886-cı ildə 218 nəfər, 1897-ci ildə 223 nəfər, 1914-cü ildə 433 nəfər, 1916-cı ildə 423 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1923–1924-cü illərdə sağ qalanlar öz yurdlarına qayıda bilmişdilər. Burada 1926-cı ildə 158 nəfər, 1931-ci ildə 545 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Fikrət Abdullayev
Fikrət İlyas oğlu Abdullayev — Alim, biologiya elmləri doktoru, professor, Meksikanın "Eksperimental onkologiya laboratoriyasının" rəhbəri, Meksika Elmlər Akademiyasının akademiki (2000). == Həyatı və elmi fəaliyyəti == 1943-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Əslən Qazax rayonundandır. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini bitirdikdən sonra Elmlər Akademiyasında əmək fəaliyyətinə başlamışıdr. 1970-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1973-cü ildə Moskva şəhərinə ezam olunub və 5 il Rusiya Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunda çalışmışdır. Vətənə qayıtdıqdan sonra Elmlər akademiyasının Fizika, daha sonra isə Botanika institutunda genomin biokimyası laboratoriyasına rəhbərlik etmişdir. 1978-ci ildə İsveçrənin Stokholm Universitetinə göndərilmişdir. 1982-ci ildən 1983-cü ilədək Almaniyanın Münhen Universitetinin Biokimya İnstitutunda elmi fəaliyyətini davam etdirmişdir. 1989-cu ildə Ukrayna Elmlər Akademiyasının Biokimya İnstitutunda dissertasiya müdafiə edərək biologiya elmləri doktoru elmi adını almışdır.
Fikrət Adıgözəlli
Fikrət Adıgözəlli — Əməkdar jurnalist, idman verilişlərinin şərhçisi və aparıcısı. == Həyatı == Fikrət İlyas oğlu Adıgözəlli 10 may 1961-ci ildə anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub və 1983-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib. Hələ tələbə olduğu vaxt "Araz" radiosunda verilişlər hazırlayıb. Universiteti bitirdikdən sonra, 29 avqust 1983-cü ildə Teleradio Verilişləri Komitəsinə işə götürülüb. Televiziyada ştat üzrə boş yer idman redaksiyasında olduğu üçün orada kiçik redaktor kimi işə başlayıb. İlk vaxtlar idman redaksiyasında müvəqqəti işləyəcəyini və gələcəkdə başqa redaksiyada boş yer olan kimi yerini dəyişəcəyini düşünüb. Lakin bir müddət sonra hamı onu idman jurnalisiti kimi tanıdığından başqa redaksiyaya keçmək fikrindən daşınaraq idman redaksiyasında qalıb və orada şöbə müdiri vəzifəsinə qədər yüksəlib. Bu günə qədər idman verilişlərinin aparıcısı və şərhçisi kimi fəaliyyət göstrərir. AzTV və İdman TV-dən başqa "İdman", "Bakı", "Kommunist", "Azərbaycan gəncləri" qəzetlərində də çalışıb.
Fikrət Adıgözəlov
Adıgözəlov Fikrət Salam oğlu — iqtisad elmləri doktoru, professor. == Həyatı == Fikrət Adıgözəlov 1943-cü ildə Qubadlı rayonunda anadan olub. Ali təhsilin başa vurduqdan və ordu sıralarında xidməti vəzifəsini yerinə yetirdikdən sonra 1968-ci ildə Azərbaycan Dövlət Plan komitəsinin ET iqtisadiyyat institutunda kiçik elmi işçi, baş elmi işçi işləmiş, 1976-cı ildə isə su resursları və su təsərrüfatı tikintiləri bölməsinə rəhbərlik etmişdir. O, 1983-1991-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri institutunda "Hidrotexnika işlərinin təşkili və texnologiyası" kafedrasının dosenti, 1991-1997-ci illərdə həmin kafedranın professoru seçilmişdir. 1988-1999-cu illərdə isə humanitar və ictimai fənlər kafedrasının müdiri işləmişdir. 1999-cu ilin sentyabrından o, "İnşaatın iqtisadiyyatı" kafedrasının professoru vəzifəsində çalışır. == Elmi fəaliyyəti == Fikrət Adıgözəlov elm və tədris ocaqlarında işlədiyi müddətdə su problemlərinə dair dövlət əhəmiyyətli elmi-tədqiqat işləri yerinə yetirmiş, respublikamızda su təsərrüfatı təyinatlı çoxlu tikinti obyektlərinin inşasının səmərəliliyini elmi cəhətdən əsaslandırmışdır. Bunların əksəriyyəti ölkənin xalq təsərrüfatı planına daxil edilərək, tikintisi həyata keçirilmişdir ki, bu da respublikamızda ucuz elektrik enerjisi istehsalının artmasına və suvarılan sahələrdə kənd təsərrüfatının inkişafına böyük təsir göstərmişdir. Fikrət Adıgözəlov su təsərrüfatının aktual problemlərinə dair apardığı elmi-tədqiqat işlərinə yekunlaşdıraraq 1976-cı ildə "Sudan səmərəli istifadə olunmasının və mühafizəsinin Naxçıvan MSSR-də məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinə təsiri"nə dair aktual bir mövzuda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. F.S.Adıgözəlovun tədqiqatları konkret nəzəri, metodoloji və praktiki əhəmiyyət kəsb edən problemlərin dərindən həllinə yönəldiyindən geniş aprobasiya olunmuşdur.
Fikrət Alper
Fikri Takbak və ya Fikrət Alper (25 avqust 1952 – 31 iyul 2014) — Türk musiqiçi və müğənni.
Fikrət Aslanov
Aslanov Fikrət Əlövsət oğlu Azərbaycanın filoloq alimi, filologiya elmləri doktoru, Azərbaycan Dillər Universitetinin professoru. == Həyatı == Fikrət Aslanov 1943-cü il yanvarın 1-də Xaçmaz rayonunun Dədəli kəndində anadan olmuşdur. 1950-ci ildə Xaçmaz rayonunun Dədəli kənd orta məktəbinin 1-ci sinfinə daxil olur. 1960-1965-ci illərdə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedoqoji Xarici Dillər İnstitutunun, Qərbi Avropa dilləri fakültəsinin Alman dilləri və Azərbaycan dilləri ixtisası üzrə təhsil alır. 1965-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra, Xaçmazın Qusarçay və Dədəli kənd orta məktəbində alman dili müəllimi kimi əmək fəaliyyətinə başlayır. 1974-cü ildən həmin institutda laborant, müəllim, baş müəllim, kafedra müdiri, dekan vəzifələrində çalışıb. Hazırda Azərbaycan Dillər Universitetinin Praktik alman dili kafedrasının professorudur. 2006-2011-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetinin Xarici dillər kafedrasında işləyib. == Elmi fəaliyyəti == 1977-ci ildə Xarici Dillər İnstitutunda german dilləri ixtisası üzrə aspirantura təhsili almağa başlayır. 1981-ciildə "Müasir alman dilində sintagm vurğusu" mövzusunda namizədlik dissertasiyasını Kiyev Dövlət Universitetinin müdafiə şurasında müvəffəqiyyətlə müdafiə etmiş və bundan sonra filologiya elmlər namizədi alimlik dərəcəsi verilmişdir.
Fikrət Babayev
Fikrət Babayev (kimyaçı)
Fikrət Babazadə
Fikrət Babazadə - texnika elmləri doktoru, professor == Həyatı == Babazadə Fikrət Ələkbər oğlu Bakı şəhərində anadan olmuşdur. 1954-cü ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. O, respublikanın neft mədənlərində əmək fəaliyyətinə başlamışdır. 1966-1992-ci illərdə AzETNÇİ-nun "Quruda neft yataqlarının işlənilməsinin layihə edilməsi", "Neft və qazın yığılması və hazırlanması", "Kür çökəkliyi yataqlarının işlənilməsi" laboratoriyalarının rəhbəri olmuşdur. 1968-ci ildə "Aşağıdebitli neft quyularının əvəzləyici liftlərlə rasional istismarı məsələləri" mövzusunda namizədlik, 1992-ci ildə isə "Quyuların istismarının texnoloji əsaslarının təkmilləşdirilməsi və neft yataqlarının daha gec dövrdə işlənilməsi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. == Elmi fəaliyyəti == Babazadə F.Ə. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. Babazadə F.Ə. 80-dən artıq elmi məqalə müəllifidir. İxtiralara görə 10 müəlliflik şəhadətnaməsi alıb. "Nümunəvi əmək zərbəçisi" fəxri adına layiq görülüb və medal ilə təltif edilib.
Fikrət Bağırov
Fikrət Bağır oğlu Bağırov (10 dekabr 1935, Bakı – 21 yanvar 1996, Bakı) — Azərbaycanın kino rəssamı, Azərbaycan SSR əməkdar rəssamı (1982), SSRİ dövlət mükafatı laureatı (1980). == Həyatı == Fikrət Bağırov 10 dekabr 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1958-ci ildə Azərbaycan rəssamlıq məktəbini bitirərək Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsinə daxil olur. Təhsilini başa vurub Bakıya qayıdan Fikrət Bağırov, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayır. Əsərləri respublika və xaricdə sərgilərdə nümayiş etdirilib. 1996-cı il yanvarın 21-də dünyasını dəyişmişdir. == Mükafatları == SSRİ dövlət mükafatı — 1980 "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 1 dekabr 1982 == Filmoqrafiya == == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh.
Fikrət Bəşirov
Fikrət Cahangirov
Fikrət Cahangirov Fətiş oğlu (1 aprel 1971, İsmətli, Puşkin rayonu) — filologiya elmləri doktoru, professor. Azərbaycan Dillər Universiteti Təhsil fakültəsinin dekanı, İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının professoru. == Həyatı == 1971-ci il aprelin 1-də Biləsuvar rayonu İsmətli kəndində anadan olub. 1978–1988-ci illərdə İsmətli kənd orta məktəbində təhsil alıb. 1989–1991-ci illərdə orduda hərbi xidmət edib. 1992–1997-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis-fransız dilləri fakültəsini "İngilis və fransız dilləri müəllimliyi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1997–2001-ci illərdə ADU-nun İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrasında müəllim işləyib. 1998–2000-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertantı olub. 2001–2007-ci illərdə ADU-nun İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrasında baş müəllim, dosent və eyni zamanda Roman-german filologiyası fakültəsinin dekan müavini vəzifələrində işləyib. 2001–2006-cı illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun doktorantı olub.
Fikrət Hacıyev
Fikrət Hacıyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 19 may 1964-cü ildə Goranboy rayonunun Qızılhacılı kəndində doğulmuşdur. 1978-ci ildə səkkizinsi sinfi bitirərək, Gəncə texniki-peşə məktəbində elektrik ixtisasına yiyələnmişdir. 1982-ci ildə Goranboy rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti Ufa şəhərində keçirmişdir. Bakı Kooperativ Texnikumunda təhsilini başa vurmuşdur. == Döyüşlərdə iştirakı == 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanır. Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Qaraçinar və digər yaşayış məntəqələrinin müdafiəsində fəal iştirak edir. Goranboy döyüşlərində 1992-ci il 5 mayda qəhrəmancasına həlak olur. == Ailəsi == Subay idi.
Fikrət Həşimov
Fikrət Həşimov (1948, Şahbuz – 8 fevral 2022) — Azərbaycan Respublikasının əməkdar rəssamı, professor. == Həyatı == 1948-ci ildə Azərbaycanın Şahbuz rayonunda anadan olub. 1968-ci ildə isə Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirib. 1976-cı ildən Sankt-Peterburq şəhərində İ. Repin adına rəssamlıq akademiyasında təhsilini davam etdirib. 1978-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilib. Rəssam dəzgah boyakarlığı ilə məşğul olur. Əsərləri Rusiya, Polşa, Almaniya, Çexoslovakiya və İtaliyada nümayiş etdirilib. Müxtəlif əsərləri milli muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Muzeylərində rəssamın “XX-əsrin arabası” əsəri nümayiş etdirilir. Moskva Dövlət Tretyakov Qalereyasında Azərbaycan mövzusunda "Bül-bül kimi ötərdik" və "Araz çayının mahnısı" adlı əsərləri saxlanmaqdadır.
Fikrət Kəngərli
Fikrət İbrahim oğlu Kəngərli (4 oktyabr 1929, Naxçıvan – 14 sentyabr 1992, Bakı)—Azərbaycan Dəmiryol idarəsi rəisi == Həyatı == Fikrət İbrahim oğlu Kəngərli (4 oktyabr 1929-cu ildə Naxçıvan şəhərində anadan olmuşdu. Mühəndis-mexanik idi. 1952-ci ildə Azərbaycan Dəmiryolunda əmək fəaliyyətinə başlamış, Qazanxana sexinin briqadiri, qaldırma təmir sexinin mühəndisi, Bakı paravoz deposunun Qazanxana sexində usta, paravoz deposunun baş mühəndisi, Bakı hissəsinin baş mühəndisi vəzifələrində işləmişdi. Fikrət Kəngərli 1976–1979-cu illərdə Bakı metropoliteninin,1979–1983-cü illərdə Azərbaycan Dəmiryolunun rəisi vəzifələrində çalışmışdı. Fikrət Kəngərli 14 sentyabr 1992-ci ildə Bakı şəhərində vəfat edib.
Fikrət Mualla
Fikrət Mualla Sayqı (türk. Fikret Muallâ Saygı; 1903, Kadıköy, İstanbul ili – 20 iyul 1967, Reyan) — XX əsrin Türkyə avanqard rəssamı. Paris küçə həyatına fokuslaşan ekspressionizm və fovizm onun işlərinə çox təsir etmişdir. == Gənc yaşları == Fikrət Mualla İstanbulun Kadiköy ilçəsində anadan olsa da, 1939-cu ildən başlayaraq uzun müddət Parisdə yaşayıb sənətçi kimi fəaliyyət göstərirdi. Fikrət Mualla anasını çox sevirdi. Bu münasibətlər onun sonrakı həyatında mühüm rol oynadı.12 yaşında dayısı olan Fənərbaxça futbolçusu Hikmət Topuzerdən ibrət götürüb, futbol oynayarkən sağ ayağını zədələdi. Bir qədər sonra anası qrip epidemiyası zamanı öldü. Atası çox gənc bir qadınla evləndi, lakin Fikrət ögey anasını qəbul etmədi. == Avropa həyatı == Məktəbi bitirdikdən sonra atası onu mühəndislik təhsili almaq üçün Sürixə (İsveçrə) göndərdi. Fikrət Mualla tezliklə İsveçrəni tərk edərək Berlinə (Almaniya) köçdü.
Fikrət Mursaqulov
Fikrət Mursaqulov (10 iyul 1955, Qızılhacılı, Marneuli rayonu – 31 may 1988) — azərbaycanlı jurnalist, şair. == Həyatı == Fikrət Mursaqulov 10 iyul 1955-ci ildə Gürcüstan SSR-nin Marneuli rayonunda anadan olmuşdur. İki il sonra görmə qabiliyyətini itirmişdir. 1964-1975-ci illərdə Bakı Respublika Kor uşaqlar üçün orta internat məktəbində təhsil almışdır.. 1975-1980-ci illər şairin tələbəlik illəridir.Ali təhsilini Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində almışdır. 1980-ci ildə təhsilini tamamlayıb, həmin ilin 1 sentyabrından 1988-ci ilin may ayına qədər Azərbaycan Korlar Cəmiyyətinin məətbəəsində baş redaktor vəzifəsində çalışmışdır.1986-1988-ci illərdə "Aşıq Ələsgərov poetikası" namizədlik dissertasiyasi şair-alimin ölümü səbəbindən yarımçıq qalmışdır. 31 may 1988-ci ildə vəfat etmişdir və Marneuli rayonundakı (Gürcüstan) Qızılhacılı kəndində ailəvi məqbərədə torpağa tapşırılmışdır. == Yaradıcılığı == Fikrət Mursaqulov gözdən əlilliyinə baxmayaraq, XX əsrin 80-ci illərində fəal poetik, publisistik və elmi yaradıcılıqla məşğul olmuşdur. Yazıları "Ulduz", "Azərbaycan" jurnallarında, eləcə də "Ədəbiyyat və incəsənət", "Azərbaycan gəncləri", "Gürcüstan", "Axali Marneuli" qəzetlərdə, eləcə də "Yaşıl budaqlar" almanaxinda dəfələrlə dərc edilmişdir. Şairin ölümündən sonra Məmməd Nazimoğlunun təşəbbüsü və Qulu Kəngərlinin sponsorluğu ilə "Təsəlli" şeirlər toplusu (Bakı, 2007, 220 səhifə) oxucuların ixtiyarına buraxılmışdır.
Fikrət Məlikov
Fikrət Məlikov (30 sentyabr 1966, Bakı) — Azərbaycannın aktyoru və rejissoru, qabaqcıl təhsil işçisi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, == Həyatı == Fikrət Məlikov 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. Nəsimi rayonu 111 saylı orta məktəbi bitirmişdir. Lütfi Məmmədbəyovun rəhbərliyi ilə fəaliyyət göstərən Mədəniyyət Sarayında fəaliyyət göstərmişdir. 1984–1985-ci illərdə III Zaqafqaziya Festivalının laureatı olmuşdur. 1987-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşdur. Orada Böyükağa Kazımov, Ağakişi Kazımov, Şəfiqə Məmmədova, Eldar Quliyev kimi sənətkarlardan dərs almışdır. Artıq təhsil aldığı dövrdə Azərbaycan Dövlət Yuğ Teatrında çalışmağa başlayan Fikrət Məlikov orada rejissor kimi tamaşalar hazırlamışdır. Fikrət Məlikov 1991-ci ildə ali məktəbi bitirən gənc mütəxəssis kimi ADMİU-da dərs deməyə dəvət olunub. Fikrət Məlikov "Mən Azərbaycanlıyam" bədii qiraət müsabiqəsinin münsiflər heyətinin üzvüdür. Hazırda uğurlu pedaqoji fəaliyyətlə məşğuldur.
Tirren
Tirren və ya Tirsen (q.yun. Τυρρηνός, Τυρσηνός) — antik mifologiyada tirrenlərin eponimi olan personaj. Müxtəlif versiyalara görə, ya Atis və Kalliteyin oğlu, ya Herakl və Omfalanın oğlu, ya da onların törəməsi, ya da Telef və Hieranın oğludur.