Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cirdək
Cirdək — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Cir (qədim türk dillərində çir) Azərbaycan dilinin dialekt və şivələrində "kiçik, balaca" mənasında işlənmişdir. -dək məkan, yer bildirən şəkilçidir. Oykonim "kicik, balaca yaşayış yeri" mənasını bildirir. Kənd həqiqətən də sahəsinə görə cox kiçikdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Tovuz şəhərinin mərkəzindən 35 km aralıda, Tovuz-Böyük Qışlaq yolunun üzərində, dağlıq ərazidə yerləşir. Kənd dörd bir yandan dağ və meşələrlə əhatə olunmuşdur. Kəndin içməli suyunu bulaqlar təşkil edir. Cirdək kəndi Qandalar, Kazımlı, Çatax, Hacılar, Saladınlı kəndləri ilə həmsərhəddir.
Dirsək
Dirsək — uzunluq ölçü vahidi. == Ümumi məlumat == Azərbaycan xalqının məişətində əski çağlarda işlənmiş, lakin müasir dövrdə öz əhəmiyyətini itirmiş uzunluq ölçüsü vahidləri də vardır. İnsanın bədən üzvləri ilə ifadə olunan ayaq və barmaq kimi qədim ölçüləri bunlara aiddir. Qulacdan bir az kiçik, qarışdan böyük uzunluqları ölçmək üçün azərbaycanlılar arasında dirsəkdən istifadə olunmuşdur. Başqa xalqlarda da (məs.: farslar, ruslar, ərəblər və b.) işlədilən dirsək əli yumduqda barmağın qatlanan yerindən dirsəyin bükülən yerinə qədər olan məsafəyə bərabər ölçü vahididir. 1 dirsək 0,5 m-ə, yəni 50 sm-ə bərabər götürülür. Türkiyədə isə 1 dirsək uzunluq ölçüsü vahidi kimi 68,5 sm-ə bərabərdir. Kişilər şalvarın belini çox vaxt dirsəkləri ilə ölçürlər. Hər bir kişinin şalvarının beli iki qatlandıqda onun dirsəyinin ölçüsünə bərabər olur. Addım, qulac, qarış və dirsək türk sözləri olub, bir çox xalqların, xüsusilə türk xalqlarının, eləcə də azərbaycanlıların həyat və məişətində uzunluq ölçmək üçün geniş şəkildə işlənməkdədir.
Dirçək
Dirçək, sığırdili (lat. Ajuga) – dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Fikrət
Fikrət — kişi adı. Fikrət Babazadə — texnika elmləri doktoru, professor Fikrət Əmirov — Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Fikrət Həşimov — rəssam, dəzgah boyakarı. Fikrət Qəhrəmanov — tibb elmləri namizədi Fikrət MəmmədovFikrət Məmmədov (aktyor) — Aktyor. Filmlərdə iştirak edən. Fikrət Məmmədov (hüquqşünas) — Azərbaycan Respublikasının ədliyyə naziri. Fikrət Məmmədov (televiziya işçisi) — Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri.Fikrət Mursaqulov — baş redaktor.
Firurəq
Firurəq (fars. فیرورق‎) və ya Pərə— İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,903 nəfər və 2,048 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Tiryək
Tiryək və ya Tiryək saqqızı, xaşxaş kapsullarının tərtibi ilə sızan, südə oxşar öz suyunun yığılması ilə əldə edilən uyuşdurucu maddə. Xaşxaş kapsulları müvafiq zaman müddətində tərtib edilir yəni sıyrılır, sıyrıqlardan sızan maye laxtalanır və xüsusi bıçaqlar ilə götürülür. Havanın təsiri altında mayenin rəngi tünd qəhvəyi olur. Bu maddə tiryək və ya tiryək saqqızı adlanır. Əczaçılıqda morfin, kodein, tebain, papaverin və s. alkaloidlərin alınmasında istifadə olunur. Bir az zəhərli hesab edilə bilər, amma asılılıq yaratdığına görə uyuşdurucu maddə kimi də istifadə olunur. Bu uyuşdurucu maddə udularaq, çeynənərək və ya siqaret ilə birlikdə çəkilməklə istifadə olunur. Qısamüddətli zövq verir. Ağrıları azaldır və zehni durğunluq verdiyindən gündəlik problemlərinizi unutdurur.
Dirək
Dirək — şüa binalardakı döşəmə və istifadə sahəsi yüklərini şaquli daşıyıcılara (sütunlara) köçürən və mexaniki olaraq çubuq kimi qəbul edilən bir tikinti elementi. Dəmir-beton konstruksiyalarda döşəmə yüklərinin əvvəlcə dirəklərə köçürülməsi və kəsmə qüvvəsi ilə moment effektləri daşıyan dirəklərin bu qüvvələri sütunlara ötürməsi qəbul edilir. Sütundan sütuna dirəklərin uzunluqlarına dirək aralığı deyilir. Dirək aralığı artdıqca dirək hissəsinin hündürlüyü artırılmalıdır. Dirəyin şaquli deformasiyaları (əyilməsi) nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə, binanın rahatlığı azalacaqdır. == Dirək növləri == === Dəmir-beton dirək === Döşəmələrdən və digər dirəklərdən aldığı yükləri dirəyə və ya daşıyıcı sistemə ötürən elementlərə dəmir-beton dirəklər deyilir. ==== Dəmir-beton dirək növləri ==== Sadə dirəklər: Bunlar hörgü konstruksiyalarındakı dayaqlara iki ucu sərbəst şəkildə daxil olan dirəklərdir. Bu cür dirəklər dayaqlarda ən az 20 sm oturmalıdır. Konsol dirəklər: Bunlar bir ucu basdırılmış (yerləşdirilmiş), digər ucu dayaqlanmış (asılmış) olan dəmir-beton dirəklərdir.
Mirək
Mirək — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Miraq oyk., sadə. Cəbrayıl rayonunun Hacılı inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsini vaxtilə Cənubi Azərbaycandan köçüb gəlmiş ailələr salmışlar. Yerli əhali arasında Miray şəklində tələffüz olunur. Ehtimal etmək olar ki, oykonim türk dillərindəki marakhnanq sözündən olub, “müşahidə məntəqəsi, pusqu” mənasındadır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Zirək
Zirək və ya Zirak — keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor mərzinin ərazisində mövcud olmuş kənd. Arpaçayın sol qolu olan Zirakçayın sahilində yerləşmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. == Etimologiyası == Toponim qədim türk tayfalarından olan "siraq" etnonimi əsasında əmələ gəlmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 43 nəfər, 1873-cü ildə 169 nəfər, 1886-cı ildə 218 nəfər, 1897-ci ildə 223 nəfər, 1914-cü ildə 433 nəfər, 1916-cı ildə 423 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur.İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1923–1924-cü illərdə sağ qalanlar öz yurdlarına qayıda bilmişdilər. Burada 1926-cı ildə 158 nəfər, 1931-ci ildə 545 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Dirrik cəfərisi
Dirrik cəfərisi (lat. Petroselinum crispum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cəfəri cinsinə aid bitki növü.
Dirrik ispanağı
Dirrik ispanağı (lat. Spinacia oleracea) — pəncərkimilər fəsiləsinin i̇spanaq cinsinə aid bitki növü.
Dirrik pərpərəni
Dirrik pərpərəni (lat. Portulaca oleracea) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pərpərənkimilər fəsiləsinin pərpərən cinsinə aid bitki növü. == Kulinariyada == Azərbaycan mətbəxində dirrik pərpərəni geniş istifadə olunur. Kükü və adi qayğanaqla və marinad halında yeyilir. Hələ SSRİ çağında marinadlaşdırılmış halda başqa respublikalara, ayrı-ayrı ölkələrə ixrac olunurdu.
Dirrik südləyəni
Dirrik südləyəni (lat. Euphorbia peplus) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Anisophyllum peplis (L.) Haw. Chamaesyce maritima Gray Chamaesyce peplis (L.) Prokh. Esula minima Haw. Esula peplus (L.) Haw. Esula rotundifolia (Lam.) Gray Euphorbia calabrica Huter, Porta & Rigo Euphorbia chamaepeploides Lotsy Euphorbia dichotoma Forssk. Euphorbia minima (Haw.) Mart. Euphorbia oleracea Pers. Euphorbia peplus var.
Dirsək (memarlıq)
Mötərizə və ya dirsək bir memarlıq elementidir: struktur və ya dekorativ bir ünsür sayılır. Taxta, daş, gips, metal və ya digər materiallardan hazırlana bilər. Ümumiyyətlə ağırlıq daşımaq üçün və bəzən “... bir bucağı gücləndirmək” üçün divardan proyeksiya edilir. Bir corbel və ya konsol dirsək növləridir. Mexanika mühəndisliyində bir dirsək bir hissəni digərinə, əsasən daha böyük hissəyə bərkidmək üçün hər hansı bir ara komponentdir. Dirsəyi dirsək edən şey, ikisi arasında ara olması və birini digərinə bərkidməsidir. Dirsəklər forma baxımından çox fərqlidir, lakin prototipik bir dirsək bir rəfi (daha kiçik komponent) bir divara (daha böyük komponentə) bağlayan L şəkilli metal parçadır: şaquli qolu bir elementə (ümumiyyətlə böyük) sabitlənir və üfüqi qol kənara doğru uzanır və başqa bir elementi (ümumiyyətlə kiçik) saxlayır. Bu rəf dirsəyi, memarlıq dirsəyi ilə effektiv şəkildə eynidır: divara quraşdırılmış şaquli bir qol və üstünə və ya altına başqa bir elementin bağlanması üçün kənara doğru uzanan üfüqi bir qol. Uzanmış qolun daha böyük bir ağırlığı dəstəkləməsini təmin etmək üçün, bir dirsəkdə ümumiyyətlə üfüqi və şaquli qollar arasında çarpaz bir üçüncü qol olmalı və ya dirsək möhkəm bir üçbucaq formasında olmalıdır.
Dirsək arteriyası
== İstinadlar ==
Dirsək siniri
== İstinadlar ==
Farruk Ləqhari
Faruk Əhməd Xan Leqhari (29 may 1940 – 20 oktyabr 2010, Ravalpindi, Pəncab) — Pakistan İslam Respubliksının 8-ci prezidenti.
Fikrət Orman
Fikrət Orman (d. 1967, İstanbul, Türkiyə) — türkiyəli iş adamı, Beşiktaş klubunun 33-cü prezidenti. == Həyatı == Fikrət Orman 1967-ci ildə İstanbulda anadan olub. Işık litseyinin məzunu olub. Yıldız Texniki Universiteti və Florida Universitetinin mühəndislik fakültəsini bitirib. İngiliscə bilir.
Fikrət Qoca
Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca; 25 avqust 1935, Kotanarx, Ağdaş rayonu – 5 may 2021, Ağdaş) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Azərbaycan Respublikasınının xalq şairi (1998) == Həyatı == Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olmuşdur. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir. Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr etmiş, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazmışdır. 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur.
Fikrət Rzayev
Fikrət Həsən oğlu Rzayev (d.1936 Naxçıvan-v.2013 Bakı) — Görkəmli tədqiqatçı-mühəndis, uzun müddət “AZİNMAŞ”da çalışıb. == Həyatı == 1995-1996-cı illərdə Fikrət Rzayevin “Adəm dili haqqında”, “Fonemlər nəyə işarədirlər” məqalələri N.Tusi adına ADPU-nun tematik toplularında dərc olunmuşdur və onun elmə gətirdiyi bu yeniliklər klassik dilçilik tədqiqatı sahəsinə novatorcasına yanaşmanın təməli hesab olunur. 1998-ci ildə Fikrət Rzayev o dövrəqədərki araşdırmalarını topladığı 600 səhifəlik əlyazmasının üstündə bir daha və yenidən işləyərək, sadə və geniş oxucu kütləsi üçün anlaşıqlı olsun deyə, iki aya “Sözün sirri-səsin sirri” kitabını çapa vermişdir. 1999-2000-ci illərdə qardaşı Vahid Rzayevlə həmmüəllif kimi “Yaranış haqqında söhbət” adlı üç hissədən ibarət elmi-fəlsəfi toplunu ictimaiyyətin müzakirəsinə çatdırmışdır. 2012-ci il müdriklik çağını yaşayan Fikrət Rzayevin həyatında yazdığı “Söz” və “Söz konstruktorluğu” kitablarının nəşr olunması ilə yaddaşlarda əbədi qalacaq. Fikrət Həsən oğlu Rzayev 28 fevral 2013-cü il tarixində qəflətən dünyasını dəyişmişdir. == Fəaliyyəti == Fikrət müəllim neft və qaz mədənlərinin maşın və avadanlığı üzrə ali təhsilli ən yüksək səviyyəli mütəxəssis olmaqla bərabər, novator dilçi-tədqiqatçı kimi də çox ciddi araşdırmalar aparmışdır. Onun Azərbaycan dilində (eyni zamanda alman və rus dilləriylə müqayisəli şəkildə) fonemlərin – sait və samit səslərin – məna əmələgətirmə xüsusiyyətlərini açması bu sahənin mütəxəssislərində özünəməxsus rəğbət yaratmışdır. Fikrət Rzayev yorulmadan Azərbaycan dilçiliyinin zənginliyini, ilkdən ilkinliyini çatdırmaq üçün çalışırdı. Onun üstündə işlədiyi son araşdırmalar da xüsusi təmkin, fenomenal bacarıq və sonsuz çalışqanlıq tələb edirdi.
Fikrət Sadıq
Sadıqov Fikrət Abbas oğlu — şair, publisist, ssenari müəllifi, kino redaktoru, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1986), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1990). == Həyatı == Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olmuşdur. Burada ibtidai, Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirmişdir (1946). Gəncə neft kəşfiyyatının Naftalan qəsəbəsində, Tərtərdə neft kəşfiyyatı sahəsində elektrik montyoru işləmişdir (1946-1952). Sovet ordusunda xidməti borcunu yerinə yetirəndən sonra Bakıda bir müddət kinomexanik kimi çalışmışdır. 1955-ci ildə Kürdəmirdə elektrik montyoru işlədiyi vaxt axşam məktəbini bitirmişdir. Sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1956-1961). Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" və "Ana əli" şeirləri ilə başlamışdır. Poetik yaradıcılığında bədii tərcürməyə də meyl etmişdir. "Yumaq top", "Bir parça vətən", "Oğul" pyesləri, "Xırdaca gəlin", "Daş balkon", "İlk məhəbbət haqqında daha bir hekayə" və s.
Fikrət Sadıqov
Fikrət Məmməd oğlu Sadıqov (28 aprel 1940, Ordubad) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == Fikrət Məmməd oğlu Sadıqov 1940-cı ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində fəhlə ailəsində anadan olmuşdur.1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini bitirmişdir. 1965–2005-ci illərdə Azərbaycanın kimya müəssisələrində müxtəlif vəzifələrdə — növbə rəisi, sex texnoloqu, istehsalat texnoloqu, sex rəisi, istehsalat şöbəsinin rəisi, baş mühəndis, 1981–1992-ci illərdə SSRİ kimya sənayesi nazirliyinin "Sumqayıt Kimya Sənaye" istehsalat birliyinin baş direktoru, 1992–2005-ci illərdə "Azərkimya" Dövlət Şirkətinin prezidenti işləmişdir. 1983–1990-cı illərdə Sumqayıt şəhər sovetinin, 1990-cı ildə Azərbaycan Respublikası Ali sovetinin, 1995–2000-ci ildə Milli Məclisin deputatı seçilmişdir.1987-ci ildə namizədlik dissertasiyası işini müdafiə edib. 1995-ci ildə doktorluq dissertasiyası müdafiə edib texnika elmlər doktoru elmi dərəcəsini almışdır. 2004-cü ildə professor adına layiq görülmüşdür. 1990-cı ildə SSRİ Nazirlər kabineti yanında Xalq təsərrüfatı akademiyasının ali kommersiya məktəbinin tam kursunu bitirmişdir.1993-cü ildən Beynəlxalq Şərq Neft akademiyasının,1994-cü ildən Beynəlxalq Mühəndislər akademiyasının, 1995-ci ildən Beynəlxalq Ekoenergetika akademiyasının həqiqi üzvüdür. == Elmi fəaliyyəti == Fikrət Sadıqovun rəhbərliyi ilə kimya sənayesində bir çox proseslər hazırlanıb, tətbiq edilmişdir.Epoksid qətranlarının istehsalının təkmilləşdirilməsi, kcl katalizatoru iştirakı ilə diqlisidid efirlərinin alınıb, onların epoksid qətranlarına çevrilməsində elmi işlər aparılmışdır. Epixlorhidrin istehsalında dixlorhidrin istehsalının yeni üsulu işlənib hazırlanmış və sənayedə tətbiq olunmuşdur. Səthi aktiv maddə olan alkilbenzolsulfanatın natrium duzunun istehsalında xlorparafinlərin benzolla alkilləşməsinin yeni mükəmməl texnologiyası tədqiq edilib, yeni texnologiya sənayedə tətbiq edilmişdir.
Fikrət Seyidov
Fikrət Əhməd oğlu Seyidov — alim, müəllim, pedoqoji elmlər doktoru, professor, Azərbaycan Dillər Universitetinin 2 illik xarici dillər kursunun ilk direktoru, İngilis dili fakültəsinin dekanı, Qori (Qazax) Müəllimlər Seminariyasını ardıcıl araşdırmış və nailiyyət qazanmış ilk alim. Mükəmməl təhsil sistemini və şəxsiyyəti formalaşdıran tərbiyə üsullarını araşdıran ilk alimdir. Xarici dil üzrə texniki vasitələrin tətbiqi sahəsində öncüllərdən biri, ingilis dili dərsliklərinin (5, 6, 7 və 8-ci siniflər üçün) müəlliflərindən biri olmuşdur. Universitetdə Xarici dil kafedrasının müdiri və fakültə dekanı vəzifələrində çalışmışdır. Bir çox dövlət mükafatlarına layiq görülmüşdür. Əhməd Seyidovun oğlu, Səməd Seyidovun əmisidir. Seyidovlar soyundandır. == Həyatı == Fikrət Seyidov 1930-cu ilin 9 may tarixində Qazax qəzasının Aslanbəyli kəndində anadan olmuşdur. 1945-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin xarici dil (İngilis dili) fakültəsinə daxil olmuşdur. 1950-ci ildə universiteti fərqlənmə diplomi ilə bitirmişdir.
Fikrət Sideifzadə
Fikrət İsrafil oğlu Sideifzadə (doğ. 24 aprel 1952, Əmircan, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, beynəlxalq usta. Qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığmasının kapitanı. == Həyatı == Fikrət Sideifzadə 24 aprel 1952-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur. Orta təhsilini 97 və 226 sayı məktəblərdə almışdır. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Şahmat oynamağa altı yaşından başlamışdır. 1960-cı illərin əvvəllərində şahmatla məşğuliyyətini keçmiş Qaqarin adına Pionerlər Sarayında (indiki Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayı) davam etdirmişdir. Məktəblilərdən ibarət Azərbaycan yığma komandasının heyətində müxtəlif yarışlarda iştirak etmişdir. 14 yaşında Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandasının heyətində oynamışdır.
Fikrət Sultanov
Fikrət Əbdülhəmid oğlu Sultanov (14 may 1943, Bakı) — Azərbaycanlı aktyor, rejissor. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi. == Həyatı == Fikrət Sultanov 14 may 1943-cü ildə anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutunun "Dram rejissoru" ixtisasını (kursun rəhbəri Tofiq Kazımov) və 1970-ci ildə Moskva Ümumittifaq Teatr Sənəti İnstitutunun "Assistent-stajorluğu"nu (rəhbəri - İ.M.Rayevski) bitirib. 1969-cu ildə Moskvada Rauf Hacıyevin "Qafqazlı qardaşqızı" musiqili komediyasını "Təbəssümünü gizlətmə" adı ilə səhnələşdirib. 1966-cı ildən pedaqoji fəaliyyətlə məşğuldur. 20 il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində buraxılış kafedrası olan "Rejissorluq və aktyor sənəti" kafedrasının müdiri, 5 il "Teatr və kino sənəti" fakültəsinin dekanı vəzifələrində işləyib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. 2005–2006-cı illərdə Türkiyədə İstanbul Beykent Universitetində kafedra müdiri və professoru vəzifələrində çalışıb, Ümumtürkiyə Ali Attestasiya komissiyasının üzvü ("Jürinin Asıl Üyesi") olub. Quruluşçu-rejissor kimi Azərbaycan Dövlət Akademik Dram Teatrında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Dövlət televiziya və radiosunda, Moskva Operetta Teatrında tamaşalar, habelə dövlət səviyyəli kütləvi tədbirlər hazırlamışdır.
Emma Ferrer
Emma Ketlin Hepbern Ferrer (ing. Emma Kathleen Hepburn Ferrer; 1994, Morj[d], Vo kantonu) — Britaniya və İsveçrə modeli, rəssam və filantrop. 2014-cü ilin avqustunda "Harper's Bazaar" jurnalının üz qabığında şəkli çap olunmuş Florensiya İncəsənət Akademiyasının tələbəsi. == Həyatı == Emma Ferrer 1994-cü ilin mayında İsveçrənin Morj şəhərində anadan olmuşdur. Həyatının 10 ilini Los-Ancelesdə, 10 ilini isə Florensiyada yaşamışdır. 2012-ci ildə Beynəlxalq Bakalavriat proqramı üzrə əsas qiymətləndirmədən uğurla keçərək, Florensiya Beynəlxalq Məktəbinin məzunu olmuşdur. 2016-cı ildə rəssamlıq üzrə Florensiya İncəsənət Akademiyasını bitirmişdir. Rəssamlıqda fəaliyyət istiqaməti insan bədəni və onun formasına əsaslanır. 2014-cü ildə Emma dəb sahəsində model kimi fəaliyyətə başlamışdır. 2014-cü ilin avqustunda üz qabığında Emma Ferrerin fotosu əks olunmuş "Harper's Bazaar" jurnalı işıq üzü gördü.
Ferrer Bassa
Ferrer Bassa (kat. Ferrer Bassa; d. 1285 — ö. 1348) — katalan qotika rəssamı və miniatüristi. Yaradıcılığı XIV əsrə düşür. İki sənədə görə Bassa Sidjes şəhərində iki kapella üzərində işləyirmiş. On il sonra Araqonlu IV Alfons üçün işləməyə başlamışdır və "Barselonanın adətləri" və "Kataloniya kostyumları" əlyazmaları üçün fransız və Siena təsiri altında miniatür əsərlər hazırlamışdır. Onun fəaliyyəti Araqonlu IV Pedronun hakimiyyəti dövründə artmışdır. 1344-cü ildə Barselona kral kapellasında "İsa və Bakirə" əsərini tamamlamışdır. Günümüzə qədər çatan əsas işi Pedralbes monastırındakı Müqəddəs Mixael kapellasındakı divar rəsmləridir.