Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Getmək fikrində deyiləm
Getmək fikrində deyiləm (ing. Don't Make Me Go) — 2022-ci ildə ekranlara çıxan ABŞ filmi. == Süjet == Beyin xərçəngi diaqnozu qoyulan ata yeniyetmə qızını heç vaxt görmədiyi anasına qovuşdurmaq üçün yol səyahətinə başlayır.
Göydə asarlar (film, 1976)
Göydə asalar (ing. Aces High) — Birinci Dünya müharibəsi haqqında hərbi dram. Müəllifi Cecil Lyuis olan əsərin ekranlaşdırılması. == Süjet == 1916-cı il. Böyük Britaniyanın Kral Hava korpusunun gənc pilotu leytenant Stephen Croft Fransada aerodroma gəlir.
Gövdə
Gövdə — hər hansı mühitdə olursa-olsun (torpaq üstündə, torpaq altında, suda), üzərində normal və ya metamorfoziyaya uğramış halda olan, qoltuqlarında tumurcuq yerləşən orqandır. Ağacların və otların bir, kolların isə bir neçə gövdəsi olur. Yürüstü gövdənin vəzifəsi: yarpaqların əlverişli bir surətdə düzülməsi və bitkinin böyük sahə tutmasını təmin etmək, kök və yarpaqlar arasında hərəkət edən maddələri nəql etmək, cinsi və qeyri-cinsi çoxalmanı təmin edən orqanları əmələ gətirməkdən ibarətdir. Gövdə bitkilərin ehtiyat qida maddələrinin toplanması üçün əksər hallarda anbar vəzifəsini, maldili, ruskus, qulançar və sairədə isə yarpaq vəzifəsini görür. Bəzi bitkilərdə (dəvətikanı, göyəm, nar, yemişan və s.) gövdənin bir hissəsi tikana çevrilərək müdafiə, digərlərində (tənəkdə, qabaqkimilərdə) dırmanma vəzifəsini görür. Gövdələr formalarına görə müxtəlif olur: silindrşəkilli üçtilli dördtilli çoxtilli Əksərən gövdələr silindrşəkilli olur, məsələn, taxıl, yonca, pambıq və sairənin gövdələri kimi. Bəzilərində isə üçtilli və dördtilli olur, məsələn, cillərdə, dodaqçiçəklilərdə olduğu kimi. Çoxtilli olan gövdələr də vardır. Məsələn, bəzi maldili, günəbaxan, kəndalaş və sairədə olduğu kimi. Nadir hallarda gövdə yastı olur, məsələn, yastı maldilində olduğu kimi.
Göycə
Göyçə mahalı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) ərazisində, Göyçə gölü ətrafında olan tarixi mahal. Göyçə mahalı Qərbi Azərbaycanda 1988-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı ərazilərdən biri olmuşdur. 1747–1828-ci illərdə İrəvan xanlığının mahalı olmuşdur. == Tarixi == Mahal Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edir. Bu ərazi Rusiyaya müharibə ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş inzibati rayon arasında bölünüb: Çəmbərək rayonu, Basarkeçər rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər rayonu və Yelenovka rayonu. Geniş otlaqlara malik olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olmuşdur. Göyçə Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustad saz və söz sənətkarlarını bəxş etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub.
Özündən getmə
Bayılma, özündəngetmə, ürəkgetmə (lat. syncope) — beyində qısamüddətli qanazlığı nəticəsində birdən-birə halsızlaşma, başgicəllənməsi, gözün qaralması və nəhayət huşun itməsi. Bayılma zamanı xəstə huşunu tamamilə itirməyə də bilər. Bayılma beyinə gələn qanın qəflətən azalması nəticəsində huşun qısamüddətli itməsidir. Bu, adətən ayaqüstü və ya oturaq vəziyyətlərdə baş verir. Bayılma bayılmaönü vəziyyətlə müşayiət olunur. Belə ki, bayılmadan öncə xəstə özünü pis hiss edir, ayaqları sanki ağırlaşır, göz önündə qaralma və işartılar, qulaqlarda cingilti ola bilər, bəzən ürəkbulanma və qusma da olur. Xəstənin rəngi avazıyır, dərisi soyuyur, soyuq tər basır. Bütün bu əlamətlər çox zaman xəstəyə imkan verir ki, yıxılmamaq üçün tədbirlər görsün. Lakin bayılma qəfləti də ola bilər.
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Dəlikdaş (Göyçə)
Dəlikdaş — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km məsəfədə, Dəlikdaş çayının yanında, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.1728-ci ilə aid mənbədə Göyçə nahiyəsində kənd kimi qeyd olunur == Toponimi == Toponim "dərin, dar çuxur", "mağara" mənalarında işlənən dəlik sözü ilə Azərbaycan dilində "dağ, qaya" mənasında işlənən daş sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı 1920-ci ildə dəyişdirilib Tsaxkar (Dəlikdaş) qoyulmuşdur. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Göycə nahiyyəsində Dəlik Taş kimidir Həmin mənbədə Dəlik Taş adlı digər kəndin İrəvan əyalətinin Qırxbulaq nahiyəsində yerləşdiyi göstərilir. Yaxındakı "Dəlikdaş" qayalı dağın adındandır. == Əhalisi == 1948-ci ildə əhalisi Azərbaycana köçürülmüşdür.
Gölkənd (Göyçə)
Gölkənd — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8 km məsafədə, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Sonradan Gölkənd oykonimindəki kənd coğrafi nomeni ixtisar edilərək, erməni mənbələrində Göl formasında qeyd edilmişdir. == Toponimi == Toponim Azərbaycan dilində "dənizlə bilavasitə əlaqəsi olmayan təbii su hövzəsi" mənasında işlənən göl sözü ilə kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Liçk (Göl) qoyulmuşdur. == Əhalisi == Kənddə tarixən azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra Türkiyədən köçürülən ermənilər kənddə yerləşdirilmiş və azərbaycanlılar sıxışdırılmışdır.
Gövdə (bitki)
Gövdə — hər hansı mühitdə olursa-olsun (torpaq üstündə, torpaq altında, suda), üzərində normal və ya metamorfoziyaya uğramış halda olan, qoltuqlarında tumurcuq yerləşən orqandır. Ağacların və otların bir, kolların isə bir neçə gövdəsi olur. Yürüstü gövdənin vəzifəsi: yarpaqların əlverişli bir surətdə düzülməsi və bitkinin böyük sahə tutmasını təmin etmək, kök və yarpaqlar arasında hərəkət edən maddələri nəql etmək, cinsi və qeyri-cinsi çoxalmanı təmin edən orqanları əmələ gətirməkdən ibarətdir. Gövdə bitkilərin ehtiyat qida maddələrinin toplanması üçün əksər hallarda anbar vəzifəsini, maldili, ruskus, qulançar və sairədə isə yarpaq vəzifəsini görür. Bəzi bitkilərdə (dəvətikanı, göyəm, nar, yemişan və s.) gövdənin bir hissəsi tikana çevrilərək müdafiə, digərlərində (tənəkdə, qabaqkimilərdə) dırmanma vəzifəsini görür. Gövdələr formalarına görə müxtəlif olur: silindrşəkilli üçtilli dördtilli çoxtilli Əksərən gövdələr silindrşəkilli olur, məsələn, taxıl, yonca, pambıq və sairənin gövdələri kimi. Bəzilərində isə üçtilli və dördtilli olur, məsələn, cillərdə, dodaqçiçəklilərdə olduğu kimi. Çoxtilli olan gövdələr də vardır. Məsələn, bəzi maldili, günəbaxan, kəndalaş və sairədə olduğu kimi. Nadir hallarda gövdə yastı olur, məsələn, yastı maldilində olduğu kimi.
Göycə sultan
Göyçə Sultan (fars. گویجه سلطان‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 803 nəfər yaşayır (183 ailə).
Göyçə gölü
Göyçə gölü və ya Sevan gölü — XX əsrin sonlarına qədər ətrafında əsasən azərbaycanlıların məskunlaşdığı, Cənubi Qafqazda ən iri şirin sulu göl. Qərbi Azərbaycanda (İndiki Ermənistan ərazisi) başlıca gölləri, qərbdə Göyçə gölü və şərqdə indiki Azərbaycan Respublikasının ərazisindəki Kəpəz dağının ətəyində yerləşən Göygöldür. Gölün şimal-qərbində mövcud olmuş ada suyun enməsi nəticəsində yarımadaya çevrilmişdir (Göyçə yarımadası). Göyçə gölü dəniz səviyyəsindən 1926 m yüksəklikdə və sönmüş vulkanlar əhatəsində olub səthi 1400 km2-dir. Göyçə gölü alabalıqları (forel balığı) ilə məşhurdur.
Göyçə mahalı
Göyçə mahalı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) ərazisində, Göyçə gölü ətrafında olan tarixi mahal. Göyçə mahalı Qərbi Azərbaycanda 1988-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı ərazilərdən biri olmuşdur. 1747–1828-ci illərdə İrəvan xanlığının mahalı olmuşdur. == Tarixi == Mahal Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edir. Bu ərazi Rusiyaya müharibə ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş inzibati rayon arasında bölünüb: Çəmbərək rayonu, Basarkeçər rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər rayonu və Yelenovka rayonu. Geniş otlaqlara malik olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olmuşdur. Göyçə Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustad saz və söz sənətkarlarını bəxş etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub.
Göyçə nahiyəsi
Göyçə nahiyəsi — 1728 ci ildə Osmanlı dövründə inzibati-ərazi vahidi. İrəvan əyalətinin İrəvan livası nahiyəsi == Kəndləri == Ağkilsə (Göyçə) Böyük Ördək (Göycə) Dəliqardaş Altuntaxt kənd Həsənkəndi- XVI əsrdə İrəvan əyalətinin Göycə mahalında kənd adı [135, 87]. Heyvalı - XVIII əsrdə İrəvan əyalətinin Göycə mahalında kənd adı [150, 360]. Ermənicə mənbədə Keavalu kimidir (yenə orada). Ehtimal ki, əhalinin hərəkəti ilə əlaqədar olaraq Anadoludan gətirilmə addır. 1308-ci ilə aid mənbədə Anadoluda Heyvə qalasının adı çəkilir [160, 55]. Camalgöl- 1728-ci ildə İrəvan əyalətinin Göycə nahiyəsində kənd adı (23, 55). Ərəb dilində camal "gözəl" sözündəndir. Makenik - XVIII əsrin ortalarına aid ermənicə mənbədə Göycə mahalında kənd adı [150, 360]. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Mozdok dairəsində Məkən və Stavropol əyalətində Məkən təpə (133, 171) toponimləri ilə mənaca eynidir.
Göyçə yarımadası
Göyçə yarımadası Qərbi Azərbaycanda (İndiki Ermənistan ərazisində) Göyçə gölünün şimal-qərbində yerləşir. Suyun səviyəsinin enməsinə qədər yarımada ada olmuşdur. Yarımada tarixi Yeni Bəyazid qəzasının ərazisində yerləşir. Sonrada ərazidə Göyçə mahalı təşkil edilmişdir (Bu zaman yarımada Göyçə yaronu ərasisinə daxil idi). Hal-hazırda rusların ərazini işğalından sonra inşa etdikləri Sevanavank monastrı fəaliyyət göstərir. Üstəlik ermənistan prezidentinin iqamətgahlarından biri ərazidə yerləşir. Burada helikopterlərin sərbəst enməsi uçun meydançada mövçuddur. Yarımadada sahəsi 1,47 h təşkil edən çimərlik salınır. Yarımadanın sahəsi 0,95 km² təşkil etsə də, suyun səviyəsinin ilbəil qalxması ərazisini kiçildir.
Karvansara (Göyçə)
Karvansara — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10–12 km cənub-şərqdə, Mədinə kəndinin yanında, Əyriçay çayının sahilində yerləşir. Kəndin adı erməni mənbələrində Əyriçay Karvansara və Əyricə Karvansara kimi də qeyd edilmişdir. == Toponimi == Toponim "ticarət yolu üzərində tikili bina" mənasında işlənən karvansara sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1873-cü ildə 168 nəfər, 1886-cı ildə 205 nəfər, 1897-ci 309 nəfər, 1904-cü ildə 341 nəfər, 1914-cü ildə 441 nəfər, 1916-cı ildə 294 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1828–1832-ci illərdə əhalisi qovulmuş, lakin sonra qayıtmışdır. 1918-ci ildə əhali yenidən qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1935-ci ildə Icəvan adlandırılmışdır. Karvansara Səlim də adlanmışdır.
Kefli (Göyçə)
Kefli və ya İkinci Qoşabulaq — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 8 km cənub-qərbdə, Qoşabulaq kəndinin yaxınlığında yerləşmişdir. Erməni mənbələrində kəndin adının Qırxbulaq, Kefli olduğu da göstərilir. Toponim Azərbaycan dilində «cüt» mənasında işlənən qoşa sözü ilə bulaq hidronimi əsasında əmələ gəlmişdir. «İkinci» fərqləndirici əlamət bildirir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 178 nəfər, 1908-ci ildə 262 nəfər, 1914 - cü ildə 274 nəfər, 1916-cı ildə 244 nəfər azərbaycanlı, eyni zamanda kürdlər yaşamışdır. 1918-1919 - cu illərdə kəndin əhalisi ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. 1922-ci ildə burada 59 nəfər əhali qeydə alınmışdır.
Kolagirən (Göyçə)
Kolagirən — Göyçə mahalının Aşağı Qaranlıq rayonunda (09.09.1930-dan Martuni) kənd. == Tarixi == Kolagirən kəndinin adı 3 yanvar 1935-ci ildə dəyişdirilərək "Tsovinar" qoyulmuşdur. Kənd rayon mərkəzindən 16 km aralıda yerləşir. === Kolagirən qalası === Göyçə mahalının Aşağı Qaranlıq (09.09.1930-dan Martuni) rayonunun Kolagirən (03.01.1935-dən Tsavinar) kəndi kənarında e.ə.VIII yüzilin ikinci yarısına aid qədim türk qalasıdır. Göyçə gölünün sahilində təpə üstündə yerləşən bu qala həmin bölgədə Urartu çarı Sardurinin oğlu Russanın tikdirdiyi iki qədim qaladan biridir (digəri Göyçə mahalının Kəvər rayonundadır). Qalanın xarabalıqlarının yerində qaya üstündə mixi yazılar aşkar edilib. İri qaya daşlarından hörülmüş divar və künc qüllələrinin qalıqları qalmaqdadır. Ərazidən çoxlu gil qablar, daş, sümük, metaldan bəzək əşyaları və s. tapılıb. Kolagirən ərazisinə ilk ermənilər (23 təsərrüfatda 151 nəfər) 1830-cu ildə Türkiyədən köçürülmüşdür.
Kəsəmən (Göyçə)
Kəsəmən — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Göyçə mahalında, indiki Basarkeçər rayonunda kənd. == Tarixi == İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı. Kəsəmən kəndinin ərazisi və yaranma tarixi III–V əsrlərdən 1387-ci ilə qədər Alban türklərinin yaşayış yeri, 1387-ci ildən 1500-cü ilə qədər Qazax mahalının əhalisinin yaylaq və otaraq məskənləri olmuşdur. Nəhayət XVI əsrdə (1500) Qazax mahalının Qıraq Kəsəmən kəndindən Göyçə mahalına gələn Şeşəlilər tayfasının banisi Şeşə Əlinin oğlanları Emin və Səfər qardaşları kəndin himini qoymuşdur. Kəndin relyefi qardaşların çox xoşuna gəldiyi üçün həmin yerləri özlərinə daimi yaşayış məskəni seçmişlər. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər 2 dəfə dəyişdirilmişdir. 1500-cü ildən 1978-ci ilə qədər Kəsəmən, 1978-ci ildən 1988-ci ilin dekabrına qədər Bahar olmuşdur. Kəndin ilk adı Kəsəmən toponimi isə Qazax mahalının Qıraq Kəsəmən kəndinin adı ilə bağlıdır. Qazaxların Kəsəmən tayfasının adını əks etdirir. Kənd rayon mərkəzi Basarkeçərdən 15 km məsafədə yerləşir.
Molla Göyçə
Molla Göyçə, Mərəlik — Ermənistanın Şirak mərzinin ərazisində şəhər. Molla Kökcə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda şəhər tipli qəsəbə. Gümrü İrəvan yolunun 10 km-də, Qaranqu çayının sol sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim dini məna bildirən molla və göyçə türk etnoniminin birləşməsindən əmələ gəlmişdir. Göyçə etnonimi Seyfəddin Dəməşq Xocadan sonra döyər türk tayfasının başçısı olan Göyçə Musa şəxs adında da özünü göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.l.
Mədinə (Göyçə)
Mədinə — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-şərqdə, Əyriçayın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim ərəb dilində "şəhər" mənasında işlənən mədinə sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranıb. Quruluşca sadə toponimdir. Kənddə 1873-cü ildə 208 nəfər, 1886-cı ildə 296 nəfər, 1897-ci ildə 346 nəfər, 1908-ci ildə 429 nəfər, 1914-cü ildə 752 nəfər, 1916-cı ildə 736 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri geri dönə bilmişdir. Burada 1922-ci ildə burada 85 nəfər azərbaycanlı yaşamış, 1923–1924-cü illərdə kəndə ermənilər köçürülmüşdür.
Oğruca (Göyçə)
Oğruca - İrəvan xanlığının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonunun ərazisində kənd olmuşdur. Basarkeçər rayonundakı Qaraiman kəndinin yanında yerləşirdi. İndi xaraba kənddir. Z.Qorqodoyan Göyçə mahalında ləğv edilən kəndlərin sırasında Oğruca kəndinin də adını Ağrıca kimi çəkir. İ.Şopenin əsərində də Göyçə mahalında ləğv edilmiş kəndlərin siyahısında Oğruca kəndinin adı Ağrıca formasında qeyd edilir. Toponim oğuzlardan olan oğur türklərinin adı əsasında əmələ gəlmişdir. Bu tayfa haqqında Rəfik Özdək yazır: «Oğur və oğuz sözləri eyni mənalıdır. Oğuzların qardaşı olan oğurlar onlardan miladda öncəki zamanlarda ayrılmışdır. Qərbə doğru yayılanların dilində «z» hərfinin yerini zamanla «r» hərfi almışdır. Onun üçün qərb türklərinə (Oğuzlara) «r»-lı danışanlar», Şərq oğuzlarına isə «z»-lı danışanlar deyilmişdir».
Pəmbək (Göyçə)
Pəmbək — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Göyçə mahalının Basarkeçər rayonunun Pəmbək kəndinin gözəl ab-havası, barlı-bağatlı meyvə bağları, ətrafındakı göy, yaşıl ormanlı meşələri, sərin bulaqları və arxasında qürurla dayanan uca dağları həmişə göz oxşayıb, ilk baxışdan qəlblərə əbədi bir xatirə bəxş etmişdir. Kəndin 1953-cü ildə 156 yaşında rəhmətə gedən, yaşlı sakinlərindən biri olan Şahzadə nənə söyləyirdi ki, kəndə altı yaşında olarkən əmisi ilə gəlmişdir. Həmin vaxt kəndin təxminən 35–40 evi, 170–200 nəfərə yaxın əhalisi olmuşdur. Kəndin ilk sakinləri XVII əsrin axırı (1680), XVIII Əsrin əvvəlində (1715) keçmiş Qarakilsə (indiki Kirovakan) şəhərinin yaxınləğında olan Lori pəmbək kəndinə verilmişdir. Rayon mərkəzindən 24 km şimal-qərbdə, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Quşçu (143, s.62), Qafqazın 5 verstlik xəritəsində Quşi dərəsi (348, s.152) formasında qeyd edilmişdir. Erməni mənbələrində, eləcə də XX əsrin rəsmi sənədlərində kəndin adı Pəmbək göstərilir. Kəndin bir adı da Pəmbəkli olmuşdur. Kəndin tarixi qədimdir.
Pənah Göyçə
Pənah Abdulla oğlu Qurbanov – Azərbaycanlı kimya elmləri doktoru, ixtiraçı, şair, sazbənd. 1940-cı il dekabrın 11-də Qərbi Azərbaycanın Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Əli Qurban Dastançının qardaşıdır. 1948-ci ildə ailəsi ilə Gəncəyə köçmüş, orada orta məktəbi və Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsini (1963) bitirmişdir. 1966-cı ildə indiki Azərbaycan Dövlət Neft Akademiyasının aspiranturasına daxil olmuşdur. Aspiranturanı bitirdikdən sonra 1995-ci ilə kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Kimya elmləri doktoru idi. 2011-ci ildə vəfat etmişdir. Pənah Göyçə, "Göyçə gözüm işığı" (şeirlər), Bakı, "Yazıçı", 1991. 200 səh.
Qaqarin (Göyçə)
Qaqarin — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Sevan rayonu ərazisində kənd. Qaqarin adı 1955-ci ildə qoyulmuşdur. Hazırda əhalisiz yaşayış məntəqəsidir.
Qaraqoyunlu (Göyçə)
Böyük Qaraqoyunlu (1935-ci ildən Əzizli, 1991-ci ildən Norabak) — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Böyük Qaraqoyunlu kəndi İrəvаn quberniyаsının Nоvоbаyаzid qəzаsındа kənd idi. Kənd rаyоn mərkəzi Bаsаrkeçərdən 14 km məsаfədə yerləşir. XIX əsrin оrtаlаrındа kəndin mаldаrlаrının Çаlmаlı dаğındа "Qаtаr" аdlı yerdə yаylаq yurdu оlub. Böyük Qaraqoyunlu kəndinin adı dəyişdirilərək 3 yаnvаr 1935-ci ildə Əzizli, 19 аprel 1991-ci ildə isə ermənilər tərəfindən yenidən dəyişdirilərək Norabak adlandırılmışdır. Əzizli sözünün mənası kənd əhalisinin bir-birilərinə qarşı istiqanlı, qonaqpərvər olduqlarını bildirir. Qaraqoyunlu kəndinin yaranması XVIII əsrin əvvəlində (1730) olmuşdur. Kənd rayon mərkəzindən şərq tərəfdə 12 km məsafədə,mövqeyinə görə Göyçə mahalının ən uca dağı sayılan Çalmalı dağının 3 km cənub hissəsində yerləşmişdir. Kəndin iki tərəfi xırda dağlıq silsiləsi, iki tərəfi isə düzənlikdir. Kəndin mərkəzindən çay axır və Göyçə mahalının 70%-i sərbəst görünür.
Qayabaşı (Göyçə)
Qayabaşı — Göyçə mahalının Basarkeçər rayonunda kənd. İrəvan quberniyasının Novobayazid qəzasında kənd. "Qayanın başı", "Qayanın üstü" mənasındandır. Kənd rayon mərkəzi Basarkeçərdən 1 km məsafədə yerləşir. Qayabaşı adı 19 aprel 1991-ci ildən Geğamabak qoyulmuşdur. Qayabaşı İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 6–7 km cənub-qərbdə, Məzrə çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı Qaya Baş Haçı Qərib (Кая Баш-Гаджи Кариб) formasında da qeyd edilir . Toponim "qaya" oroterminindən və "dağın yuxarısı, zirvəsi" mənasında işlənən baş sözündən əmələ gəlmişdir.
Gəzmək gəzmək (film, 2003)
"Sevgi yolları ilə" (hind. चलते चलते) — 2003-cü ildə baş rolda Şahrux Xan və Rani Mukhercinin yer aldığı Bollivud filmidir. Əziz Mirzənin rejissorluq etdiyi bu film Kasablanka Film Festivalında nümayiş etdirilib. == Musiqi == Filmin musiqiləri Jatin-Lalit və Adeş Şrivastava tərəfindən bəstələnib. == Məzmun == Filmin başlanğıcında bir qrup dost boulinq xiyabanına yığışıb Səlimi gözləyirlər. Şitalın müasir dövrdə olan əsl sevgi hekayətlərindən ibarət kitabı var. O, dostlara Rac və Priyanın hekayətini danışmağa başlayır. Rac Malhotra "Rac Transport" şirkətində işləyir. Rac qayğısız, dərd-qəmsiz, olduqca nizamsız, tənbəl və bu zaman üçün gecikmiş adamdır. Amma varlı olmadığına baxmayaraq çox xoşbəxtdir.
Piyada gəzmək
Piyada gəzmək — Piyada gəzmək, yürüşə çıxmaq təkcə bədən üçün deyil, zehin üçün də faydalıdır. Yürüşə çıxarkən beynin ifraz etdiyi maddə qayğı və narahatlığı azaldır. Yaradıcılıq qabiliyyətinizi inkişaf etdirər. Müasir dövrdə sağlamlıq üçün ən böyük təhlükə oturaq həyat tərzidir. Xüsusilə idmanla məşğul olmağa vaxtı və həvəsi olmayanlar üçün piyada gəzmək həm sağlamlıq, həm də artıq çəkidən xilas olmaq baxımından çox faydalıdır. Sürətli və cəld gəzinti əzələləri möhkəmləndirir, bədən quruluşunu normal saxlayır, artıq çəkinin nisbətən azalmasına imkan yaradır. Piyada gəzmək ürək-damar sistemi üçün olduqca faydalıdır. Gəzinti zamanı qan dövranı yaxşılaşır, beyin və digər orqanlar oksigenlə daha yaxşı təchiz olunur, təmiz havada gəzmək əhvalın xoş olması, stress və gərginliyin aradan qaldırılması üçün əvəzsiz vasitədir. Gündəlik gəzinti, həmçinin insanı cavan və gümrah saxlayır, qocalma prosesini ləngidir, tənəffüs yollarını açır, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, görmə qabiliyyətinə müsbət təsir edir. Hər gün bir neçə saat gəzmək orqanizmin immun sistemini gücləndirir, müqaviməti artırır və bu da xəstəliklərə qarşı mübarizədə ən səmərəli vasitələrdən biri sayılır.
Annanı kəşf etmək
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Getmə (film, 2004)
«Getmə» (it. Non ti Muovere) — rejissor Serco Kastellittonun dram filmi. 2004-cü ildə Marqaret Madzantininin eyniadlı romanı əsasında ekranizasiya edilmişdi. == Süjet == Yağış. Motosikletdə qəza alan qızı, ağır beyin travması ilə reanimasiyaya gətirirlər. Xəsarət alan Timoteo adlı cərrahın qızı Anceladır. Onu əməliyyatdan ayırırlar və ona bu kədərli hadisəni danışırlar. O aynanı açır və səki ilə gedən qadına baxır. Qadın özü ilə stul götürür, səkinin kəsişməsinə qoyur və oturur. Timoteo xatırlamağa başlayır...
Əmanətə xəyanət etmək
Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
Feşmək
Feşmək — karameləoxşar Azərbaycan şirniyyatı Tərkibinə un, şəkər tozu, kərə yağı, sirkə, cövhər, rəngli yeyinti boyaları daxildir. Mənbələrə əsasən pərvərdənin ilk reseptlərinin qədim İranda, xüsusilə ölkənin şimal hissəsində yaranmış, fars kulinariya mədəniyyətinin Azərbaycan kulinariya mədəniyyətinə təsiri nəticəsində bu şirniyyat Azərbaycan mətbəxində də geniş yayılmışdır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Gülmək
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Seçmək
Seçmək (ing. choose) – qrafik istifadəçi interfeysində: komandanın çalışdırılmasına səbəb olmaq və ya parametri seçmək. Bu prosedur bir neçə hərəkətdən ibarət ola bilər; məsələn, dialoq boksunda parametrin seçilməsi bir hərəkətlə yerinə yetirilir, ancaq menyudan komandanın seçilməsinə ən azı iki hərəkət lazımdır (öncə ekrana menyunun komandalarının siyahısını çıxarmaq, sonra isə lazım olan komandanı seçmək). Çox zaman bu terminin əvəzinə, onun ingilis sinonimi olan "select" terminindən istifadə olunur, ancaq "choose" daha münasib variantdır, çünki "select" başqa spesifik anlamda işlədilir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Çeşmək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt linza və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s. Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi.
Yemək
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Gerçək rejim
Gerçək rejim (en. real mode) – IBM-uyumlu və Intel 80x86 mikroprosessorlar ailəsinin bazasında olan başqa kompüterlərin “doğma”, yəni susqunluqla qəbul olunmuş iş rejimi; yalnız MS-DOS’da işləyir. Gerçək rejim yalnız mikroprosessora və onun yaddaşla işləmə üsuluna aiddir, ancaq bu rejim istifadəçiyə təktapşırıqlı iş rejimi (verilmiş anda yalnız bir proqram işləyir) vermək baxımından da xarakterizə oluna bilər. Gerçək rejim Intel 80286, 80386 və i486 mikroprosessorları üçün hazırlanmış bir araya sığışmayan iki rejimdən biridir. Daha universal qorunmuş rejimdən [protected mode] fərqli olaraq, gerçək rejim çoxtapşırıqlı rejimin iki vacib komponenti – yaddaşın idarəolunması və onun qorunması üçün imkanlar təklif etmir (OS/2 əməliyyat sistemində bu imkanlar var). == Gerçək zaman canlandırması == Gerçək zaman canlandırması (en. real-time animation) – kompüter animasiyasında: görüntünün kadrlarının öncə hesablanıb yazıldığı, sonra isə rəvan hərəkət illüziyası almaq üçün daha yüksək sürətlə virtual zamanda yerinə yetirildiyi multiplikasiyadan fərqli olaraq, imitasiya olunan obyekt real şəraitdə hansı sürətlə hərəkət edə bilərsə, ekrandakı görüntülərin də həmin sürətlə yenilənməsi. == Gerçək zamanlı əməliyyat sistemi == Gerçək zamanlı əməliyyat sistemi (en. real-time operating system (RTOS)– idarəedici avadanlıqlar, yaxud maşınlar üçün işlənib hazırlanmış, yaxud optimallaşdırılmış əməliyyat sistemi. == Gerçək zamanlı proqramlaşdırma == Gerçək zamanlı proqramlaşdırma (en.
Qabaqcadan görmək
Qabaqcadan görmək ya Proqnozlaşdırma (İngiliscə. Forecasting) keçmiş və indiki verilərinin istiqamət və gedişini analizi (data trend analysis) əsasında gələcək haqda öncədən faktlı və məntiqli xəbər vermək prosesidir. Bir adi örnək, gələcək müəyyənləşmiş günlərdə faiz dəyişənin təxminidir. Öncədən Demək (Prediction) isə Qabaqcadan görməklə eynidir, ancaq daha ümumi sözdür. İkisi də formal statistik metodlarında olan Zaman Seriləri, keçmə-bloklu (cross-sectional), uzunasına rəqəmlər (longitudinal data), ya alternativ az formal qərar çıxarmaq metodlarını işlədirlər. Bu istifadə çeşidli sahələr arasındda fərqli ola bilər: misal üçün, hidrologiya'da, "Qabaqcadan görmə" (forecasting) və "Ön görü" (forecast) müəyyənləşmiş gələcək zamanlardakı dəyərlərin qiymətləndirilməsi için saxlanılır, halbuki "Öncədən Demək" (Prediction) ibarəti, uzun bir dönəmdə sel axımlarınının neçə dəfə baş verməsi kimi, daha çox ümumi təxminlərə işlənir. Keyfiyyətli öngörü yolları istehlakçıların düşüncə və qərarı əsasında və subyektiv dirlər. Onlar keçmiş verilər(data) əldə olmasalar uyğundurlar. Onları adətən orta və ya uzun mənzilli qərarlarda işlətmək olar. Keyfiyyətli öngörü yollarından neçə örnək: Bildirilmiş rəy və qərar (informed opinion and judgment) Delfi yolu (Delphi method) Bazar araşdırması Tarixi yaşam dövrü bənzətməsi (historical life-cycle analogy) Sayılı qabaqcadan görmə modelləri indiki və keçmiş verilər(data)dən gələcək veriləri (data`nı) əldə etmək için işlənirlər.
Rubikonu keçmək
E.ə. 49-cu ildə təxminən yanvarın 10-da Yuli Sezar Qalliyadan qayıdarkən XIII Legion Gemina ilə Romaya doğru irəliləyirdi. Bu, həmin dövrdə respublika qanunlarına zidd idi. Tarixçi Svetoni bu hadisəni təsvir edərkən qeyd edir ki, Sezar Rubikon çayını keçməzdən əvvəl xeyli tərəddüd içində idi, lakin fövqəltəbii bir hadisə nəticəsində bu addımı atmağa qərar verdi. Svetoninin dediyinə görə, Sezar məşhur ālea iacta est ("Püşk atılmışdır") ifadəsini həmin vaxt işlədir. "Rubikonu keçmək" ifadəsi isə bu hadisədən sonra bir şəxs və ya qrup tərəfindən geri dönüşü olmayan riskli addım atmaq mənasında istifadə edilir. Sezarın sürətli hərəkətini görən Senat və konsullar ona qarşı döyüşməyə hazır deyildilər, buna görə də, Romanı tərk edərək Pompeyə ordu yığmaq səlahiyyəti verdilər.
Sevmək Sənəti
Sevmək sənəti — 1956-cı ildə Erix Fromm tərəfindən yazılmış və insan sevgisindən böyük ölçüdə nəzəri bir şəkildə bəhs edən kitab. Fromm, bu əsərdə insan təbiətinə olan baxışını əvvəlki əsərlərindən, Azadlıqdan Qaçış və İnsanın Özü üçün - bir çox digər əsas əsərlərində yenidən nəzərdən keçirdiyi prinsiplərdən inkişaf etdirir. Fromm, sevgini təhlil və izah edilə bilməyən sehrli və sirli bir sensasiya kimi rədd edərək, bir fəaliyyət, öyrədilə və inkişaf etdirilə bilən bir bacarıq olaraq təqdim edir. Qısa müddətli "aşiq olma" və ya sevgi qarşısında aciz qalma təcrübəsindən fərqli olaraq, qalıcı bir varlıq vəziyyəti olan sevgiyə diqqət ayırır. Fromm, şəxslərarası birləşmə arzusunu insanlarda ən güclü səy adlandırır. İnsan varlığının təməl problemi olaraq gördüyü ayrılığı aradan qaldırmaq üçün ehtiyacımızın yeganə rasional cavabı olduğunu müdafiə edir. Fromm, müasir insanların bir-birindən və təbiətdən uzaq olduğunu və romantik sevgi və evlilikdəki tənhalığımızdan sığındığımızı söyləyir. Bununla birlikdə, Fromm əsl sevginin "asanlıqla hər kəs tərəfindən qəbul edilə bilən bir fikir olmadığını" müşahidə edir. Yalnız insanın ümumi şəxsiyyətini "həqiqi təvazökarlıq, cəsarət, inam və nizam-intizamla" sevmək bacarığına qədər inkişaf etdirməklə həqiqi sevgini yaşamaq qabiliyyətinə qovuşur. Bu nadir bir nailiyyət hesab edilməlidir.
İqor Getman
İqor Yevgeneviç Getman (rus. Игорь Евгеньевич Гетман; 7 iyun 1971, Bakı, Azərbaycan SSR, SSRİ) — keçmiş Azərbaycan futbolçusu və Azərbaycan milli futbol komandasının oyunçusu. İqor Getman öz futbolçu karyerasını "Termist", "Neftçi Bakı" kimi Azərbaycan klublarında başlamış, sonradan Rusiyaya köçmüşdür. "Dinamo Stavropol" klubunda bir oyun belə keçirmədən "Anji Mahaçqala" klubuna transfer olunmuşdur. 1998-ci ildə Azərbaycana qayıtmış və bütün qalan futbolçu karyerasını "Neftçi Bakı" klubunda oynamışdır. İqor Getman futbolçu karyerasını 23 may 2007-ci ildə "Turan Tovuz" komandasının heyətində bitirmişdir. "Neftçi Bakı" klubundakı fəaliyyətinə görə klub prezidenti Rövnəq Abdullayev ona "Daewoo Nexia" avtomobili hədiyyə etmişdir.
Vadim Getman
Vadim Petroviç Getman (ukr. Вадим Петрович Гетьман; 12 iyul 1935, Snitin[d], Xarkov vilayəti – 22 aprel 1998, Kiyev) — Ukraynalı sovet iqtisadçı, maliyyəçi və siyasətçisi. Ukrayna Milli Bankının ikinci rəhbəri (1992–1993), "Ukrayna Qəhrəmanı" (2005) mükafatı laureatı. Məktəbi bitirdikdən sonra universitetin coğrafiya fakültəsinə daxil olmaq üçün Kiyevə gedə Vadim, imtahanları əla qiymətlərlə versə də Universitetə qəbul olunmadı. 1956-cı ildə Vadim Getman adına Kiyev Milli İqtisadiyyat Universitetini bitirmiş, sonra Zaporojya vilayətinin müxtəlif maliyyə və planlaşdırma orqanlarında çalışmışdır. 1975-ci ildə Getman Ukrayna SSR Qiymətlər üzrə Dövlət Komitəsi rəhbərinin birinci müavini təyin edilib. 1987-ci ildə Ukrayna SSR Aqrar-Sənaye Bankının (1990-cı ildən — "Ukrayna" bankı) idarə heyətinin rəhbəri olub. (SSRİ-nin dağılmasından sonra Getman Ukrayna Aqroprombankının Ümumittifaq Bankından ayrılmasına nail oldu və bununla da Ukraynada ilk kommersiya bankını təsis etdi). Milli valyutanın yaradılmasının təşəbbüskarlarından biri olub. Getman bu vəzifədə 1992-ci ilin martına qədər, Ukrayna Milli Bankının idarə heyətinin rəhbəri seçilənə qədər qaldı.
Kükü (yemək)
Kükü – İran və Azərbaycan mətbəxinə aid olan, yumurtadan hazırlanan yemək növü. == Yayılması == Səfəvilər və Qacarlar dövrünə aid kulinariya kitablarında kükünün adı çəkilir. Qacar sənədləri kükünü qəlyanaltı kimi təqdim etmişdir. İranda Yeni il və Novruz bayramı zamanı kükü bişirmək ənənəsi mövcuddur. İranda yaşayan ermənilər və gürcülər Pasxa bayramı zamanı kükü bişirirlər. == Hazırlanması == Tipik kükü inqredientlərin tavada yağla qızardılması ilə hazırlanır. Bu zaman tavanın üstü bağlı olmalıdır. Bişirmə də kükünün hazırlanma metodlarından biridir. Kükü adətən çörəklə servis edilsə də, İranın şimalında düyü ilə servis edilir. == Növləri == Kükünün bir çox çeşidi hazırlanır.
Külçə (yemək)
Külçə, südlü çörək və ya şirin çörək — un məmulatı. Azərbaycanın milli mətbəxindən. == Etimologiya == Bu un məmulatı Ağdam-Füzuli və Qəbələ ləhcələrində külçə, Aranda şirin çörək, Naxçıvan və Qubada tıxma, Bakıda isə südçörəyi adlanır.
Naan (yemək)
Naan (farsca نان‎, hindce नान, urduca نان‎, kürdce nan, çin dilinde ise 馕) — buğdadan hazırlanmış əriştədir. Hindistan milli mətbəxinə məxsusdur. Hindistanla yanaşı Əfqanıstan, İran, Nepal, Pakistan, Tacikistan, Özbekistan və digər Orta Asiya ölkələrində məşhur yeməkdir. Türk dilində (misal üçün qazax, qırğız, özbək, uyqur və s.) çörək “nan” adlanır. Esas erişteni buğda unundan hazırlanmış xemşr teşkilr edir. Ancaq zövqdən asılı olaraq lobya, tərəvəz, pendir və ya kartofda əlavə edilir. Naan sup, çay və ya müxtəlif sulu yeməklə yeyilir. Naan sözü ingilis dilinə 1810-cu ilde Villiyam Tokko gətirib. Fars dilində “nan” çörək deməkdir. İllər ərzində Orta və Mərkəzi Asiyada nan sözü müxtəlif mənalar bildirmiş və sonda düz yeni lavaş çörək naan adlandırılmışdır.
Qarnıyarıq (yemək)
Qarnıyarıq — Sote edilmiş doğranmış soğan, sarımsaq, qara bibər, pomidor, istəyə bağlı yaşıl bibər, cəfəri və qiymə qarışığı ilə doldurulmuş badımcandan ibarət yemək.
Qoşabulaq (Göyçə)
Qoşabulaq — Göyçə mahalının Basarkeçər rayonunda kənd. İrəvan quberniyasının Novobayazid qəzasında kənd və dağ adı. Dağda olan qoşa bulağın adından götürülmüşdür. Qoşabulaq kəndinin himi XIX əsrin ortalarında (1830–1840) Qazax mahalının Sofular kəndindən rusların basqınlarından qaçan varlı kənd sakini Hacı İman tərəfindən salınmışdır. Hacı İmanla birlikdə gələn bir neçə tayfa ağsaqqalları, yaşamaq üçün münbit torpaqları və əlverişli suyu olduğunu görərək həmin yeri özləri üçün daimi yaşayış məskəni seçmişlər. Kəndin adı yarandığı ilk gündən, 1988-ci ilin dekabrına qədər Qoşabulaq olub və dəişdirilməmişdir. Kəndin adının mənası isə kəndin mərkəzindəki 2 bulağın adı ilə bağlıdır. Tayfa ağsaqqalları, kəndin adını həmin bulaqlara görə Qoşabulaq adlandırmışlar. Kənd rayon mərkəzi Basarkeçərdən 2 km məsafədə yerləşir. 19 aprel 1991-ci ildə kəndin adı Şadcrek qoyulmuşdur.