Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gülbəniz Babaxanlı
Gülbəniz İbrahim qızı Babaxanlı — ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi, AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru. == Həyatı == Gülbəniz İbrahim qızı Babaxanlı 1956-cı il avqust ayının 4-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ziyalı ailəsində anadan olmuşdur.1980-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini filoloq ixtisası üzrə bitirmiş, 1992-ci ildə "Azərbaycan poemaları və folklor (20-30-cu illər)" mövzusunda namizədlik, 2010-cu ildə "Azərbaycan poemaları və klassik irs (1920-50-ci illər)" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.1974-cü ildən əmək fəaliyyətinə başlayan Gülbəniz xanım, 1979-cu ildən 2004-cü ilə qədər AMEA Nizami adına ədəbiyyat muzeyində zal baxıcısı kimi fəaliyyətə başlayaraq özünü bacarıqlı, işgüzar və səriştəli kadr kimi təsdiqləmiş və “19-20-ci əsr Azərbaycan ədəbiyyatı şöbəsi”nin müdiri vəzifəsinə qədər yüksəlmişdir. 2004-cü ildən AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktorudur. == Elmi və təşkilatı fəaliyyəti == Görkəmli ədəbiyyatşünas alim, fil.ü.e.d. Gülbəniz Babaxanlı dahi Cavidə böyük sevgisini təkcə sözdə deyil, işində də əks etdirən, elmi fəaliyyəti ilə cavidşünaslığa misilsiz töhfələr vermiş ziyalılardan biridir. Onun əsas elmi tədqiqatını Azərbaycan ədəbiyyatının ən keşməkeşli dövrlərindən olan XX yüzilliyin 20-50-ci illərində yaranmış epik poemaların qaynaqlarının araşdırılması təşkil edir. Fil.ü.e.d. G.Babaxanlı Azərbaycan klassik poeziyasının, şifahi xalq ədəbiyyatının bu dövr epik şeirinə təsir izlərini araşdırmışdır. Alim öz tədqiqatlarında tarixilik prinsipinə istinad edərək, məsələn, 20-50-ci illər poemalarının fəlsəfi qaynaqlarından biri kimi zərdüştlük təlimini, "Avesta" obrazlarını araşdırmaya cəlb edir ki, sovet dövrü Azərbaycan poemalarının "Avesta" obrazları, zərdüşt fəlsəfəsi ilə əlaqələrinin açılması ədəbiyyatşünaslığımızda yeni istiqamətlərdən biridir. 2004-cü ildə Hüseyn Cavidin Ev Muzeyinə direktor təyin olunduqdan sonra G.Babaxanlı Cavid irsinin təbliği, tədqiqi və nəşri sahəsində, eləcə də cavidşünaslığın inkişafı istiqamətində elmi fəaliyyət göstərir.
Gülbəniz Muxtarova
Gülbəniz Muxtarova (tam adı: Gülbəniz Siyavuş qızı Muxtarova) (22 sentyabr 1974, Mingəçevir) — AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Neftlərin tədqiqi və yağların alınma texnologiyası laboratoriyası” laboratoriyasının müdiri, texnika üzrə elmlər doktoru, dosent. == Ümumi məlumatlar == Gülbəniz Siyavuş qızı Muxtarova 1974-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1991-ci ildə Mingəçevir şəhər 7 saylı orta məktəbi gümüş medalla bitirmişdir. 1992-1997-ci illərdə Türkiyə Respublikası Ankara şəhərində Qazi Universitetinin Kimya fakültəsinin bakalavr pilləsini bitirmiş, 1998-1999-cu illərdə Akademik Y.Məmmədəliyev adına NKPİ-də «Katalitik krekinq və piroliz» laboratoriyasında kimyaçı vəzifəsində işləmişdir. 1999-2001-ci illərdə Qazi Universitetinin Kimya Fakültəsinin magistr pilləsini bitirmiş və eyni zamanda 1999-2001-ci illərdə Ankara şəhərində Özəl Bilgi kollecində kimya müəlliməsi işləmişdir. G.S.Muxtarova 2003-cü ildə Y.Məmmədəliyev adına NKPİ-də kimyaçı vəzifəsində işə başlamış, 2004-cü ildə kiçik elmi işçi, 2005-ci ildə elmi işçi, 2010-cu ildə böyük elmi işçi vəzifəsini icra edən, 2012-ci ildə böyük elmi işçi, 2012-ci ilin iyul ayında aparıcı elmi işçi vəzifəsini icra edən, 2013-2017-ci illərdə aparıcı elmi işçi vəzifəsində çalışmış, 2018-ci ildən “Neftlərin tədqiqi və yağların alınma texnologiyası” laboratoriyasının müdiri vəzifəsinə təyin edilmişdir. G.S.Muxtarova 2010-cu ildə «Ağır neft qalıqlarının müxtəlif qazların atmosferində suspenzləşmiş katalizator əlavələrinin iştirakı ilə termokatalitik krekinqi» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək 2011-ci ildə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2014-cü ildə dosent elmi adını almışdır. G.S.Muxtarova 2012-ci ildə NKPİ-də keçirilmiş “Gənc alimlərin ən yaxşı elmi-tədqiqat işləri” nominasiyası üzrə müsabiqədə 1-ci yerə layiq görülmüş və mükafatlandırılmışdır. 2017-ci ildə «Təbii alümosilikatlar və onların (Ni, Co) metallarla modifikasiyalarından alınmış katalizatorların iştirakı ilə qudronun hidrokrekinqi» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, 2019-cu ildə texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. == Əsas elmi nailiyyətləri == Neftin emalını dərinləşdirmək məqsədilə ilk dəfə olaraq Bakı neftlərindən alınan ağır neft qalıqlarının – mazutun suspenzləşdirilmiş yüksəkdispersli müxtəlif katalizatorların iştirakı ilə CO2 və N2 mühitində termokatalitik, H2 mühitində hidrokrekinq prosesləri işlənib hazırlanmış və beləliklə də ağır neft xammallarından – mazutdan yüksək çıxımla açıq rəngli (benzin və dizel fraksiyaları) neft məhsulları alınmış, mazutun hidrokrekinqdən alınmış benzin fraksiyasından yüksək keyfiyyətli benzin almaq məqsədilə riforminq prosesi aparılmış, mazutun Ni, Mo tərkibli müxtəlif duzların iştirakı ilə hidrokrekinqi, polimer tullantılarını ağır neft qalıqları ilə birgə (vakuum qazoylu, mazut) emala cəlb etməklə yüksək ekoloji təmiz motor yanacaqlarının alınması üçün onların effektiv emal texnologiyası və səmərəli utilizasiya üsulu işlənib hazırlanmışdır.
Gülbəniz Əzimzadə
Gülbəniz Yusif qızı Əzimzadə (26 aprel 1947, Bakı – 7 dekabr 2006) — Azərbaycan kinorejissoru, rejissor assistenti, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1980), Azərbaycanın əməkdar incəsənət xadimi (2000). == Həyatı == 1947-ci il aprel ayının 26-da Bakıda ziyalı ailəsində anadan olub. Atası Yusif Əzimzadə yazıçı, anası Gülnaz Salamova isə rəssam idi. Səkkizinci sinfi bitirdikdən sonra — 1963–1968-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbində oxuyub. 1969–1974-ci illərdə Moskvada ÜDKİ-nun rejissorluq fakültəsində təhsil almışdır. Azərbaycanın kino tarixində ilk qadın kinorejissorlardan biridir. Diplom işi "Nəğmə dərsi"dir. 1974–1998-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-rejissor işləmişdir. Filmləri bir sıra kinofestivallarda mükafatlara layiq görülmüşdür. "Molodost-80", Kiyev şəhəri — priz və diplom, 1981 Yerevan şəhəri, lX Televiziya filmləri festivalı Baş priz.
İsmayılzadə Gülbəniz
Gülbəndə
Gülbəndə — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Gülbən Ərgən
Nur Ergen Türkiyə pop müğənnisi, aparıcı, model və aktrisası. == Həyatı == 25 avqust 1972-ci ilde İstanbulda anadan olmuşdur. Karyerasına model kimi başlayan Gülbən tez bir zamanda film dünyasına atılmışdır. Türk tamaşaçısı onu "Dayə" serialında canlandırdığı Mələk obrazı ilə tanıdı. İbrahim Tatlısəslə iş birliyi ona böyük uğur gətirdi. O, Tatlısəsin "Haydi söylə" klipində çəkildikdən sonra, onunla "Firat" serialında baş rolu bölüşdü. Müğənni kimi debütünü 1996-ci ildə "Mərhaba" albomu ilə etdi. Ardınca "Kör Aşık", "Sade ve Sadece" albomlarını yazdırdı. Bu albomlardan ən yadda qalanlar isə "Sandık lekesi", "Abayı yaktım", "Arka sokaklar", "Teşekkür ederim", "Sade ve sadece" mahnıları oldu. 1998-ci ildə "Mərziyə" serialında baş rola çəkildi.
Şeyx İbrahim Gülşəni
Şeyx İbrahim Gülşəni (1423, Şamaxı – 1534, Qahirə) – sufi alimi, xəlvətiliyin gülşənilik qolunun qurucusudur. == Həyatı == Dədə Ömər Rövşəninin vəfatından sonra səccadəsinə 1487-ci ildə İbrahim Gülşəni əyləşir. 50 ildən çox şeyxlik edən İbrahim Gülşəni 1501-ci ildə Təbrizdən ayrılana qədər burada 14 il şeyx olaraq fəaliyyət göstərmişdir. İbrahim Gülşəninin Amiddə (Diyarbəkir) və Azərbaycanın Bərdə şəhərində doğulması haqqında iki fərqli fikir vardır. Həyatı haqqında bilinənlər daha çox oğlu Əhməd Xəyalinin xəlifəsi Mühyi Gülşəninin Mənaqibi-İbrahim Gülşəni adlı əsərindən götürülmüşdür. Mühyi Gülşəni onun 1534-cü ildə vəfat edəndə 114 yaşında olduğunu söyləyir. Bu vəziyyətdə 1423-cü ildə doğulması güman edilir. Mühyi Gülşəni İbrahim Gülşəninin öz soyunu yeddi nəsil ilə oğuz ataya yetişdiyini söyləyir. Ziyalı bir ailəyə mənsub olan İbrahim Gülşəninin atası Məhəmməd Amidi fiqh, kəlam və məntiq mövzusunda əsərləri olan bir alim idi. Müəllimlik edən İbrahim Gülşəninin babası isə fiqh və təsəvvüfə dair əsərlərin müəllifi idi.
Şərh Sualati - Gülşəni-əsrar
Şərh Sualati – Gülşəni-əsrar – Müəllifi Seyid Yəhya Bakuvi olan bu əsər məşhur azərbaycanlı sufi şeyxi, filosof-alim Şeyx Mahmud Şəbüstərinin Gülşəni-raz adlı məsnəvisinin şərhidir. 1071 beytdən ibarət olan bu əsərdə ruh, nəfs, könül, sirr, qəbz-bəst, vaxt, yaxınlıq-uzaqlıq, qeybət, üns, heybət, əməl-yəqin, eynəl-yəqin haqqında soruşulan suallara mənzum olaraq verilən cavablardan ibarətdir. Mahmud Şəbüstərinin bu əsəri sufilər arasında çox rəğbətlə qarşılanmış, ona bir sıra şərhlər yazılmışdır. Bunlardan biri də Seyid Yəhyanın yazdığı Şərhi-sualati – Gülşəni-əsrar əsəridir.
Qulbəndə
Qulbəndə — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. == Din == Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.
Qulbəndə bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Avstriya quldeni
Avstriya-Macarıstan quldeni (alm. Gulden‎, mac. forint, xorv. forinta/florin, çex. zlatý) — 1858–1892-ci illərdə Avstriya və Avstriya-Macarıstan imperiyalarında pul vahidi. == Tarixi == 24 yanvar 1857-ci ildə Avstriya alman dövlətləri ilə pul vahidlərini unifikasiya edən pul konvensiyasını (Vyana Pul Konvensiyası) imzaladı. Əvvəllər 1753-cü il tarixli konvensiya əsasında zərb olunan qulden yeni valyutanın 1 qulden 5 kreytserinə bərabər oldu. Köln markası yerinə zərbedilmənin əsasını gömrük funtu təşkil etdi (Zollphund = 500 q), onlar içərisində 45 qulden Avstriyada, şimali alman torpaqlarında isə 30 taler zərb olunurdular. Daha əvvəl 60 kreytserə bölünən qulden, 100 yeni kreytserə (Neukreuzer) bölünməyə başladı. Konvensiyaya uyğun olaraq, şimali alman dövlətləri 900-cu əyarlı gümüş müttəfiq taleri (Vereinstaler) və ikiqat müttəfiq taleri zərb etməyə başladı, onlar müvafiq olaraq 1,5 və 3 Avstriya-Macarıstan quldeninə bərabər idilər.
Hollandiya quldeni
Hollandiya quldeni — Hollandiyanın XVII əsrdən 2002-ci ildə Avroya keçənə qədər istifadə etdiyi pul vahidi. ƒ ya da fl. simvollarıyla göstərilir. Hollandiya quldenindən fərqli olaraq Niderland Antil adaları quldeni, hələ də Niderland Antil adalarında istifadədədir. Surinam isə 2004-cü ildə, Surinam quldenindən Surinam dollarına keçmişdir. Qulden adı; Orta Niderlandcada qızıl mənasını verməkdədir. Pul vahidinin simvolu ƒ hərfi isə; daha köhnə bir pul vahidi olan florindən gəlməkdədir.
İsaak Albeniz
İsaak Manuel Fransisko Albeniz (isp. Isaac Manuel Francisco Albéniz; 29 may 1860[…], Kamprodon[d][…] – 18 may 1909[…], Kambo-le-Ben[d][…]) — İspaniya bəstəkarı və pianoçusu. Yeni ispan musiqisinin banisi hesab edilir. == Həyatı == İsaak Manuel Fransisko Albeniz 29 may 1860-cı ildə İspaniyada, Kataloniyanın Kamprodon şəhərində anadan olmuşdur. Fransua-Ogüst Gevart, Fridrix List və başqalarından dərs almışdır. Avropa və Amerikanın bir çox ölkəsində konsertlər vermişdir. Fortepiano əsərləri Albenizin yaradıcılığında əhəmiyyətli yer tutur. Bu əsərlərdə o, xalq mahnı-rəqs janrından geniş istifadə etmiş, xalq musiqi elementləri ilə müasir bəstəkarlıq texnikasının vəhdətinə nail olmuşdur. Albeniz xalq musiqi alətlərinin, xüsusilə gitaranın səs effektini fortepianoda əks etdirməklə fortepianonun səs palitrasını yeni ifadə vasitələri ilə zənginləşdirmişdir. "Henri Klifford" (1895), "Kral Artur" (1897–1906) və s.
Qübbənin altında (teleserial)
Günbəzin altında CBS tərəfindən yayımlanan bir Amerika elmi fantastika və qorxu serialı idi. Bu, Stiven Kinqin 2009 -cu ildə yazdığı “Günbəzin altında” kitabının bir TV versiyasıdır. == Süjet xətti == Serial Mainedəki Chester's Mill qəsəbəsinin dünyanın yerdə qalan hissəsindən əsrarəngiz bir qüvvə tərəfindən ayrılmasından sonra şəhər sakinlərinin həyatlarından və bir -birləri ilə qarşıdurmalarından bəhs edir. Dəhşət, dram və sirrlərlə zəngin olan serialdır. Hadisələr, Mainedəki Chester's Mills adlı kiçik bir şəhərdə gözəl və mükəmməl bir yaz səhərində baş verir. Şəhər birdən görünən naməlum bir qüvvə tərəfindən dağıdılır. Yer yerindən oynayaraq hərəkət edər və bunun nəticəsində yaranmış naməlum bir qalxan bütün qəsəbəni ələ keçirir və heç kim bu qalxanın necə meydana gəldiyini bilmir. Həmçinin də bu qalxanın nə vaxt yox olacağını da heç kəs bilmir. Avtomobillər yox olur, ailələr bir-birindən qaçmağa başlayır, insanlarda həyəcan baş verir, səmada uçan təyyarələrin hissəcikləri yerə düşür və bir çox başqa maraqlı hadisələr baş verir. Bu dəhşətli hadisənin sirrini başa düşmək üçün bir araya gələn İraq döyüşləri veteranı Barbie, şəhərdəki bir neçə vətəndaşı bir araya gətirmək və onlardan bir qrup yaratmaq istəyir və bu qrupa şəhərin yerli qəzetinin sahibi, fiziki terapiya mütəxəssisinin köməkçisi, 1 qadın və 3 könüllü uşaq daxil olur.
Avstriya-Macarıstan quldeni
Avstriya-Macarıstan quldeni (alm. Gulden‎, mac. forint, xorv. forinta/florin, çex. zlatý) — 1858–1892-ci illərdə Avstriya və Avstriya-Macarıstan imperiyalarında pul vahidi. == Tarixi == 24 yanvar 1857-ci ildə Avstriya alman dövlətləri ilə pul vahidlərini unifikasiya edən pul konvensiyasını (Vyana Pul Konvensiyası) imzaladı. Əvvəllər 1753-cü il tarixli konvensiya əsasında zərb olunan qulden yeni valyutanın 1 qulden 5 kreytserinə bərabər oldu. Köln markası yerinə zərbedilmənin əsasını gömrük funtu təşkil etdi (Zollphund = 500 q), onlar içərisində 45 qulden Avstriyada, şimali alman torpaqlarında isə 30 taler zərb olunurdular. Daha əvvəl 60 kreytserə bölünən qulden, 100 yeni kreytserə (Neukreuzer) bölünməyə başladı. Konvensiyaya uyğun olaraq, şimali alman dövlətləri 900-cu əyarlı gümüş müttəfiq taleri (Vereinstaler) və ikiqat müttəfiq taleri zərb etməyə başladı, onlar müvafiq olaraq 1,5 və 3 Avstriya-Macarıstan quldeninə bərabər idilər.