1. Bədənin hər hansı bir üzvündən məhrum olmuş və ya hər hansı bir səbəbə görə onu itirmiş; əlil. Uşaq anadangəlmə şikəst (z.) doğulmuşdur. Şikəst oğlan. Şikəst qoca.
// İs. mənasında. Müharibə şikəstləri. Şikəstlərə kömək.
□ Şikəst etmək (eyləmək) – 1) bədən üzvlərindən birini sındırmaq, qırmaq, zədələmək.
2) məc. Korlamaq, xarab etmək, pozmaq.
3) məc. Müharibədə məğlub etmək. Düşmənin qoşununu şikəst etmək.
Şikəst olmaq (tapmaq) – 1) xəstəlikdən və ya başqa bir səbəbdən bədən üzvlərindən birini itirmək və ya sıradan çıxarmaq; əlil olmaq. Müharibədə ayağından şikəst oldu. – [Gülbəniz:] Buruqda döşəmə və körpü həmişə palçığın içində olur.
2) məc. Xarab olmaq, korlanmaq, pozulmaq, nöqsanlı olmaq. Əgər şerim şikəst olsa, mənə etmə məlamət, kim; Şikəstə söz bəyan etmək şikəst təbə mədyundur. Heyran xanım;
3) məc. Müharibədə məğlub olmaq, basılmaq, sınmaq, pozulmaq.
2. məc. Sınıq, nöqsanlı. Stolun bir qıçı şikəstdir.