Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gündəlik
Gündəlik— bir şəxsin və ya kollektivin həyatında baş verən hadisələri günbəgün əks etdirən yazı. Xatirə ədəbiyyatından fərqli olaraq, gündəlikdə dəqiq tarix göstərilir. İlk dəfə XVII əsrdə İngiltərədə geniş yayılmışdır. == Haqqında == Gündəliklər tarixi, tarixi-bioqrafik və ya tarixi-mədəni, bədii sənəd kimi mühüm əhəmiyyətə malikdir (Ceyms Kukun elmi gündəliyi, Vilhelm Karloviç Küxelbekerin lisey gündəliyi, Valter Skott, Stendal, Taras Şevçenko, Lev Nikolayeviç Tolstoy və başqalarının gündəlikləri). Qəhrəmanın gündəliyi şəklində yazılmış bədii əsərlər də var. Belə əsərlərdə qəhrəmanın həyatı ilə bağlı ən mühüm hadisələr, onun daxili aləmi, düşüncələri, hiss və həyəcanları birnci şəxsin dilindən nəql edilir. Məsələn, İvan Turgenevin "Artıq adamın gündəliyi", Mixail Saltıkov-Şedrinin "Ucqardan gəlmiş adamın Peterburq gündəliyi", Mixail Yuryeviç Lermontovun "Zəmanəmizin qəhrəmanı" povestində "Peçorinin jurnalı", Rəşad Nuri Güntəkinin "Çalıquşu" romanında Fəridənin gündəliyi və s.Azərbaycan yazıçılarından Mehdi Hüseyn, Əziz Şərif və başqalarının gündəlikləri çap olunmuşdur. Keçən əsrdə bir çox siyasi və sosial sarsıntılara məruz qalan xalqların ədəbiyyat tarixlərinin tam mənzərəsinin yaradılmasında gündəliklərin rolu böyükdür. Bu səbəbdən də, bu gün ictimaiyyətə təqdim edilən yazıçı gündəlikləri çox əhəmiyyətlidir. Gündəliklərə müraciət, əsasən, tarixin mürəkkəb, keşməkeşli dövrlərində daha intensiv xarakter alır.
Gündəlik (qısametrajlı film)
Gündəlik, Ceki Çan tərəfindən yazılmış, qurulan və rejissor Noah Centineo, Martina Ştossel, Ceysi Çan, Kevin Klayn və Andy Lau, yaxınlaşan Çin dövrü dram filmidir. == Tökmə == Noah Centineo Tini Stoessel Kevin Kline Andy Lau Jaycee Chan == İstehsal == 19 İyul 2018 tarixində, filmin bükülmüş olduğu təsdiqləndi.
Gündəlik Azərbaycan (qəzet)
Gündəlik Azərbaycan — Gündəlik ictimai-siyasi qəzet. 2005-ci ilin avqust ayında təsis edilmiş, 2007-ci ilin mayında çapını dayandırmışdır. Təsisçi və baş redaktoru Eynulla Fətullayev, Şef redaktoru Şahvələd Çobanoğlu idi. == Haqqında == ”Gündəlik Azərbaycan” qəzeti 2005-ci ilin avqust ayında təsis edilib. Qəzet 2007-ci ilin may ayınadək nəşr olunub. Səs-küylü məqalələri ilə yadda qalan, qanqster Hacı Məmmədovun heç yerdə dərc olunmayan şəkillərini verən “Gündəlik Azərbaycan” bir sıra dairələri əməlli-başlı silkələyə bilmişdi. 2007-ci ilin mayında təsisçi və baş redaktor Eynulla Fətullayevin həbsi ilə “Gündəlik Azərbaycan”ın da nəşri dayandı.
Gecikmiş gündəlik (film, 1986)
== Məzmun == Film Azərbaycanın ilk diplomatı İbrahim Əbilovun qısa, lakin mənalı ömrünə və fəaliyyətinə həsr olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cəmil Fərəcov Ssenari müəllifi: Cəmil Fərəcov Operator: Sərdar Vəliyev Səs operatoru: Nataliya Nuriyeva == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 331.
Dəniz neftçilərinin gündəlik işləri (film, 1965)
Hitlerin gündəlikləri
"Hitlerin gündəlikləri" (alm. Hitler-Tagebücher‎) — Alman jurnalistikası tarixində ən məşhur saxtakarlıqlardan biri ilə bağlı hadisə. "Hitlerin gündəlikləri" adlı hadisə "Ştern" jurnalının tarixindəki ən maraqlı hadisələrdən biridir. XX əsrin 80-ci illərində Konrat Kulyamadlı şəxs jurnalın əməkdaşlarından birinə özündə nasional-sosialistlərin lideri Adolf Hitlerin gündəliklərinin olduğunu söyləmişdi. O, jurnalın əməkdaşını inandırmışdı ki, gündəlikləri Hitlerin təyyarəçisindən götürüb. Bunu İsveçrədə olan bir nəfər də təsdiqləmişdi. Jurnalist bu xəbəri redaksiyaya sevinclə çatdırandan sonra gündəliklər çap olunmağa başladı.Bir müddət sonra isə mütəxəssis və oxucuların müdaxiləsi ilə aparılan araşdırma nəticəsində məlum olur ki, gündəliklər saxtadır. Hadisə alman jurnalistikasına böyük zərbə olur; o mənada ki, oxucuların inamını sarsıdır.Bu hadisədən sonra "Ştern"in redaksiyasında ciddi dəyişikliklər və ixtisarlar olur.
Məhv olmuş gündəliklər (film, 1999)
== Məzmun == Film-tamaşada saf məhəbbətin qurbanı olan Anjel (Mehriban Xanlarova) və onunla bahəm öz istəklərinə qovuşa bilməyən, taledən uzaq qaça bilməyən insanlardan bəhs edilir.
Vampirin gündəlikləri
Vampirin gündəlikləri
Vampirin gündəlikləri (III mövsüm)
Vampirin gündəlikləri teleserialının III mövsümünün çəkiləcəyi CW tərəfindən 16 aprel 2011-ci ildə elan edilmiş və serial 15 sentyabr 2011 – 10 may 2012-ci illər arasında efirə verilmişdir. Serialın 22 seriyadan ibarət olan üçüncü mövsümü Klausun mənşəyi, onun şəhərə gəlməsi və ilk nəsil vampirlər ailəsinin tarixçəsi ətrafında qurulmuşdur. Üçüncü mövsüm əsasən müsbət reaksiyalarla qarşılanmışdır. Hadisələr serialın ikinci mövsümündə kəsilir və üçncü mövsüm Yelena Gilbertin 18 yaşının olması ilə başlayır. Bu mövsümdə bir neçə dəfə canlandırdığı obraz Cena Sommers ikinci mövsümdə ölmüş Sara Kanninq seriala qayıtmışdır. Klaus obrazını canlandıran Cozef Morqan da həmçinin bir neçə dəfə bu mövsümdə serialda görünmüşdür. == Ssenari xətti == Üçüncü mövsüm əsasən ilk nəsil vampirlərin həyat tarixi və onların Mistik Follsa qayıtması ilə bağlıdır. Klaus Stefanı öz tərəfinə çəkməyə çalışır. Stefanın qaranlıq tərəfi özünü göstərir, Yelena və Deymon bir-birlərinə qarşı hisslərinə görə xəcalət çəkirlər, lakin Stefanın əvvəlki hisslərini geri qaytarmaq üçün birlikdə çalışırlar. İki ailə arasında qarşıdurmaya səbəb olmasına baxmayaraq, Keralayn və Tayler daha da yaxınlaşırlar.
Vampirin gündəlikləri (II mövsüm)
Vampirin gündəlikləri teleserialının II mövsümünün çəkiləcəyi CW tərəfindən 16 fevral 2010-cu ildə elan edilmişdi. II Mövsümün ilk seriyasının premyerası 9 sentyabr 2010-cu ildə baş tutmuşdur. II mövsümdə hadisələr I mövsümün final seriyasında qaldığı yerdən davam etdirilir. Bundan sonra hadisələr davamlı olaraq inkişaf etdirilir. II mövsümdə hadisələr Yelena Gilbertin (Nina Dobrev) oxşarı olan Ketrin Pirsin şəhərə qayıtması ətrafında cərəyan edir, Mistik Folsda canavar adamlar peyda olur, qədim vampirlər haqqında mövzuya giriş edilir. Tayler Lokvudun (Maykl Trevino) əmisi Meyson Lokvud (Teylor Kinni) ailə mirası olan Ay daşının axtarışları zamanı Mistik Folsa gəlib çıxır. Daha sonra Tayler Lokvud ailəsinin canavar adam kökləri haqqında öyrənir. Bu arada Keralayn Forbs (Kendis Akkola) Ketrin Pirs tərəfindən öldürülür və qanında Deymon Salvatorenin (Yan Somerhalder) qan qatışığı olan Keralayn vampirə çevrilir. Qədim vampirlərdən Elayca (Daniel Gillies) və Klaus Mikaelsonun (Cozef Morqan) şəhərə gəlməsi hadisələri daha da mürəkkəbləşdirir. Vampir-Canavar adam qarışığı hibrid olan Klausa qədim cadugərlər tərəfindən bəd dua edilib və o, canavar adam gücündən istifadə edə bilmir.
Vampirin gündəlikləri (IV mövsüm)
Vampirin gündəlikləri teleserialının IV mövsümünün çəkiləcəyi CW tərəfindən 3 may 2012-ci ildə, serialın üçüncü mövsümünün başa çatmasından yeddi gün əvvəl elan edilmişdir. Üçüncü mövsümdən fərqli olaraq, böyük TV şoularla rəqabətdən qaçınmaq üçün dördüncü mövsüm sentyabrda yox, 11 oktyabr 2012-ci ildə efirə verilmişdir. Serialın digər mövsümlərindən fərqli olaraq, dördüncü mövsüm 22 yox, 23 seriyadan ibarətdir. İkinci mövsümün finalında öldürülən Metyu Devisdən başqa (o, iki, iyirmi iki və iyirmi üçüncü seriyalarda qonaq aktyor olmuşdur), əvvəlki mövsümlərdə iştirak etmiş bütün aktyorlar bu mövsümdə seriala qayıtmışdır. 11 yanvar 2013-cü ildə İlk doğulmuş vampirlərin keçmişindən bəhs edən və "Vampirin gündəlikləri" serialının spin-offu (törəmə) olan “İlk doğulmuşlar” serialının da çəkiləcəyi elan edilmişdi. 26 aprel 2013-cü ildə CW TV “İlk doğulmuşlar”ın tam mövsümü əhatə edəcək serial olacağını və növbəti payızda efirə veriləcəyini açıqlamışdı. 11 fevral 2013-cü ildə CW TV "Vampirin gündəlikləri" teleserialının beşinci mövsümünün çəkiləcəyini elan etmişdi. == İstehsal == 3 may 2012-ci ildə CW TV "Vampirin gündəlikləri" serialının dördüncü mövsümünün çəkiləcəyini elan etmişdi. Digər mövsümlərdən fərqli olaraq dördüncü mövsüm 11 oktyabrdan efirə verilmişdi. Kevin Vilyamson, Culi Plek, Lesli Morgenşteyn və Bob Levi dördüncü mövsümün əsas icraçı prodüsserləri olmuşlar.
Vampirin gündəlikləri (I mövsüm)
"Vampirin gündəlikləri" Kevin Vilyamson tərəfindən L. J. Smitin eyni adlı romanlar seriyası əsasında yaradılmış ABŞ supernatural-fentezi qorxu teleserialıdır. Serialın 2009-2010-cu il mövsümü üçün hazırlanması 19 may 2009-cu ildə elan edilmişdi. Serialın premyerası 10 sentyabr 2010-cu il tarixdə The CW kanalında keçirilmiş və televiziya tarixində ən yüksək reytinq göstərərək 4.91 milyon canlı izləyici toplamışdır.Serialda hadisələr tarixi supernatural hadisələrlə zəngin uydurma Mistik Folls, Virciniyada baş verir. Hadisələrin mərkəzində valideynlərini itirmiş gənc qız Yelena Gilbert (Nina Dobrev tərəfindən canlandırılır) və Stefan (Pol Uizli tərəfindən canlandırılır) və Deymon Salvatore (Yan Somerhalder tərəfindən canlandırılır) qardaşları dayanır. İlk yeddi seriyadan sonra öldürülən Viki Danovan rolunu Kayla Yuell canlandırır. Metyu Devis serialda tarix müəllimi Alarik Zoltsman obrazını canlandırır. Daha sonra serialda onun rolu artırılır. Serialın I mövsümü 13 may 2010-cu ildə 22 seriya ilə tamamlanmışdır. == Rollarda == Nina Dobrev - Yelena Gilber və Ketrin Pirs ** (22 seriya) Pol Uizli - Stefan Salvatore (22 seriya) Yan Somerhalder - Deymon Salvatore (22 seriya) Stiven R. Makkuin - Ceremi Gilbert (21 seriya) Sara Kanning - Cena Sommers (16 seriya) Ketrin Grehem - Boni Bennet (16 seriya) Kendis Akkola - Keralayn Forbs (17 seriya) Zak Roerig - Mett Danovan (17 seriya) Kayla Yuell - Viki Danovan (7 seriya) Maykl Trevino - Tayler Lokvud (11 seriya) Metyu Davis - Alarik Zoltsman (12 seriya)Qeyd: **Dobrev Ketrin rolunu 18 seriyada canlandırıb. == Ssenari xətti == Mövsümün birinci yarısı vampirlərin həyat tərzinin təsviri, vampir qardaşlar Stefan və Deymon Salvatorelərin doğulduqları Mistik Folls şəhərinə qayıtması və Stefanın Yelenanın qəlbinə hakim olma cəhdləri, Deymonun çoxdan itirdiyi sevgisi – Yelenanın oxşarı Ketrin Pirsin (Katerina Petrova) həbs edildiyini düşündüyü gizli türbədən (otaqdan) azad etmək cəhdlərinin göstərilməsinə həsr edilib.
Vampirin gündəlikləri (VII mövsüm)
Vampirin gündəlikləri teleserialının VII mövsümünün çəkiləcəyi CW tərəfindən 11 yanvar 2015-ci ildə elan edilmişdi. Yeddinci mövsümün premyerası 8 oktyabr 2015-ci ildə baş tutmuş və mövsümün final seriyası 13 may 2016-cı ildə efirə verilmişdir. Yeddinci mövsümdə serialın əsas ulduzlarından biri Nina Dobrev rolunu tərk etmişdir. == Məzmunu == Altıncı mövsümdə hadisələr ABŞ-nin Virciniya ştatındakı uydurma Mistik Folls şəhərində baş verir. Mövsümdə əsas diqqət Yelena Gilberti itirdikdən sonra həyatlarına davam etməyə çalışan Stefan (Pol Uizli) və Deymon (Yan Somerhalder) Salvatore qardaşlarına ayrılmışdır. == Rollarda == === Əsas heyət === === İkinci heyət === === Xüsusi qonaq === Enni Verşinq — Lili Salvatore Maykl Trevino — Tayler Lokvud Cozef Morqan — Klaus Mayklson === Qonaq === == Seriyalar == == İstehsal == === Aktyor seçimi === Beşinci mövsümdə Pol Uizli Stefan Salvatore; Yan Somerhalder Deymon Salvatore; Kendis Akkola Kerolayn Forbs; Zak Roeriq Mett Donovan; Ket Qreham Boni Bennett obrazlarını canlandırmışdır. 6 aprel 2015-ci ildə Nina Dobrevin altıncı mövsümün sonunda serialı tərk edəcəyi açıqlanır; yeddinci mövsümdə Maykl Trevinonun yalnız qonaq aktyor qismində iştirak edəcəyi təsdiqlənmişdir; 11 aprel 2015-ci ildə Ceremi Gilbert rolunu canlandırmış aktyor Stiven R. Makkuinin də serialdan ayrılması elan edilmişdir. 15 iyul 2015-ci ildə Skarlett Birn və Teressa Lieynin müvafiq olaraq Nora və Mari-Luiza rollarını canlandıracaqları açıqlanır. Nora və Mari-Luiza həddən artıq güclü, həm də eynicinsli cütlük olduqlarına görə bir-birlərini müdafiə etməyə meyilli personajlar kimi təsvir edilirlər. Həmçinin Elizabet Blekmor Valeri rolu üçün seçilir.
Vampirin gündəlikləri (VI mövsüm)
Vampirin gündəlikləri teleserialının VI mövsümünün çəkiləcəyi CW tərəfindən 13 fevral 2014-cü ildə elan edilmişdi. Altıncı mövsümün premyerası 2 oktyabr 2014-cü ildə baş tutmuş və mövsümün final seriyası 14 may 2015-ci ildə efirə verilmişdir. Altıncı mövsümün seriyaları, mövsümdə baş verən hadisələrə uyğun olaraq 1903 və 1994-cü illərdə çıxarılmış məşhur mahnıların adları ilə adlandırılmışdır. == Məzmunu == Altıncı mövsümdə hadisələr ABŞ-nin Virciniya ştatındakı uydurma Mistik Folls şəhərində baş verir. Mövsümdə əsas diqqət Yelena Gilbert (Nina Dobrev), Stefan (Pol Uizli) və Deymon (Yan Somerhalder) Salvatore qardaşları arasındakı sevgi üçbucağına ayrılmışdır. == Rollarda == === Əsas heyət === === İkinci heyət === === Xüsusi qonaq === Kolin Fergüson — Tomas Binsent "Tripp" Kukki (doğum Fell) === Qonaq === == Seriyalar == == İstehsal == === İnkişaf === Serialın altıncı mövsümünün çəkiləcəyi 13 fevral 2014-cü ildə elan edilmişdir. === Aktyor seçimi === Altıncı mövsümdə Nina Dobrev Yelena Gilbert; Pol Uizli Stefan Salvatore; Yan Somerhalder Deymon Salvatore; Stiven R. MakKuin Ceremi Gilbert; Kendis Akkola Kerolayn Forbs; Zak Roeriq Mett Donovan; Ket Qreham Boni Bennett; Maykl Trevino isə Tayler Lokvud obrazlarını canlandırmışdır. Beşinci mövsümün finalından dərhal sonra serialda Alarik Zoltsman rolunu canlandıran və üçüncü mövsümün sonunda serialı tərk etmiş aktyor Metyu Devisin yenidən əsas aktyor heyətinə qayıdacağı elan edilir. 16 may 2014-cü ildə beşinci mövsümün ikinci plan aktyor heyətində yer almış və Enzo rolunu canlandıran aktyor Maykl Malarkeyin də əsas aktyor heyəti sırasında yer alacağı xəbər verilir.12 iyul 2014-cü ildə aktrisa Qabriella Uolşun Sara, iki gün sonra, 14 iyulda Kolin Fergünsonun Tripp, 16 iyulda isə Emili Çenqin İvi rolları üçün seçilmələri elan edilir. 6 aprel 2015-ci ildə aktrisa Nina Dobrev Instagram hesabı vasitəsiylə mövsümün sonunda serialdan ayrılacağını elan etdi.
Vampirin gündəlikləri (V mövsüm)
Vampirin gündəlikləri teleserialının V mövsümünün çəkiləcəyi CW tərəfindən 11 fevral 2013-cü ildə elan edilmişdi. Beşinci mövsümün premyerası 3 oktyabr 2013-cü ildə baş tutmuş və mövsümün final seriyası 15 may 2014-cü ildə efirə verilmişdir. == Məzmunu == Beşinci mövsümdə hadisələr ABŞ-nin Virciniya ştatındakı uydurma Mistik Folls şəhərində baş verir. Mövsümdə əsas diqqət Yelena Gilbert (Nina Dobrev), Stefan (Pol Uizli) və Deymon (Yan Somerhalder) Salvatore qardaşları arasındakı sevgi üçbucağına ayrılmışdır. == Rollarda == === Əsas heyət === === İkinci heyət === === Xüsusi qonaq === Jasmin Qay - Şeyla Bennett === Xüsusi görüntü === === Qonaq === == Seriyalar == == İstehsal == === İnkişaf === 11 fevral 2013-cü ildə serialın beşinci mövsümünün çəkiləcəyi elan edilmişdir. Beşinci mövsümün ssenarisinin işlənməsi üçün yazıçıların ilk görüşü 15 aprel 2013-cü ildə baş tutmuşdur. Çəkilişlərə 10 iyul 2013-cü ildə start verilmiş, 10 aprel 2014-cü ildə isə çəkilişlər tamamlanmışdır. === Aktyor seçimi === Beşinci mövsümdə Nina Dobrev Yelena Gilbert, Ketrin Pirs və Amara; Pol Uizli Stefan Salvatore, Saylas və Tom Everi; Yan Somerhalder Deymon Salvatore; Stiven R. MakKuin Ceremi Gilbert; Kendis Akkola Kerolayn Forbs; Zak Roeriq Mett Donovan; Ket Qreham Boni Bennett; Maykl Trevino isə Tayler Lokvud obrazlarını canlandırmışdır. Mövsümün ilk üç seriyasında dörd yeni personaj təqdim edilmişdir: qisas almaq üçün dünyanı gəzən qız Nadya; Cessi kollecdə təhsil alan oğlan. Aktyorlar Olqa Fonda və Kendrik Sempson müvafiq olaraq bu rolları canlandırmaq üçün seçilmişlər.
Vampirin gündəlikləri (teleserial, 2009)
Vampirin Gündəlikləri (ing. The Vampire Diaries) — Kevin Uilliamson və Culie Plek tərəfindən Liza Ceyn Smit yazdığı eyni adlı roman seriyası əsasında yaradılmış Amerika istehsalı olan qorxu dram teleserialıdır. Serial 10 sentyabr 2009-cu ildə The CW kanalında yayımlanmağa başladı və 8 fəsil 171 seriadan sonra 10 mart 2017-ci ildə başa çatdı. Yayımlanmağa başladığı vaxtdan etibarən böyük tamaşaçı kütləsi toplayan serial 2006-cı ildən fəaliyyətə başlayan CW kanalında ən çox izlənən serial oldu. Birinci fəsil 3 milyondan çox tamaşaçı tərəfindən izlənildi daha sonra isə bu rekordu Ox serialı qırdı. Serial bir çox mükafatlara layiq görülmüşdür, eləcədə 4 Xalqın Seçimi Mükafatı və bir çox Yeniyetmə Seçimi Mükafatına layiq görüldü. 26 aprel 2013-cü ildə The CW kanalı rəsmi sürətdə serialın spinoffu olan İlk Doğulmuşlar serialını yayımlamağa başlayacağını bildirdi. Bu serialda mövzu vampirlərin original ailələri haqqında olacaqdır. Kanal serialın 2013-14-cü illərdə yayımlanacağını bildirdi.6 aprel 2015-ci ildə serialın baş qəhrəman aktrisası Nina Dobrev İnstagram vasitəsi ilə özünün və tərəf müqavili olan Maykl Trevinonun (Teyler Lokvudu canlandıran) serialı 6-cı fəsildən sonra tərk edəcəklərini bildirdi. 7-ci fəsildə Dobrev səs rolu üçün geri qayıtdı, Trevinon isə qonaq aktyor kimi çıxış etdi.
Vampirin gündəlikləri (teleserial, 2009-2017)
Vampirin Gündəlikləri (ing. The Vampire Diaries) — Kevin Uilliamson və Culie Plek tərəfindən Liza Ceyn Smit yazdığı eyni adlı roman seriyası əsasında yaradılmış Amerika istehsalı olan qorxu dram teleserialıdır. Serial 10 sentyabr 2009-cu ildə The CW kanalında yayımlanmağa başladı və 8 fəsil 171 seriadan sonra 10 mart 2017-ci ildə başa çatdı. Yayımlanmağa başladığı vaxtdan etibarən böyük tamaşaçı kütləsi toplayan serial 2006-cı ildən fəaliyyətə başlayan CW kanalında ən çox izlənən serial oldu. Birinci fəsil 3 milyondan çox tamaşaçı tərəfindən izlənildi daha sonra isə bu rekordu Ox serialı qırdı. Serial bir çox mükafatlara layiq görülmüşdür, eləcədə 4 Xalqın Seçimi Mükafatı və bir çox Yeniyetmə Seçimi Mükafatına layiq görüldü. 26 aprel 2013-cü ildə The CW kanalı rəsmi sürətdə serialın spinoffu olan İlk Doğulmuşlar serialını yayımlamağa başlayacağını bildirdi. Bu serialda mövzu vampirlərin original ailələri haqqında olacaqdır. Kanal serialın 2013-14-cü illərdə yayımlanacağını bildirdi.6 aprel 2015-ci ildə serialın baş qəhrəman aktrisası Nina Dobrev İnstagram vasitəsi ilə özünün və tərəf müqavili olan Maykl Trevinonun (Teyler Lokvudu canlandıran) serialı 6-cı fəsildən sonra tərk edəcəklərini bildirdi. 7-ci fəsildə Dobrev səs rolu üçün geri qayıtdı, Trevinon isə qonaq aktyor kimi çıxış etdi.
Vampirin gündəlikləri teleserialındakı personajların siyahısı
Vampirin gündəlikləri 2009–cu ildən etibarən The CW tərəfindən çəkilən L.J.Smitin eyni adlı romanlar silsiləsi (4 kitab) əsasında çəkilən fantezi – drama janrında olan televiziya serialıdır. Roman əsasında ssenari Kevin Uilyamson və Culi Plek tərəfindən yazılmışdır. Serialın ilk sezonunda 10 obraz müntəzəm iştirak etmişdir. Sonra iki obraz serialdan kənarlaşdırılmış və əvəzində iki yeni obraz əlavə edilmişdir. Serialın əsas mövzusu baş qəhrəman Yelena Gilbert (Nina Dobrev) və vampir qardaşlar Stefan (Pol Uizli) və Deymon Salvatore (Yan Somerhalder) arasında qarışıq məhəbbət üçlüyüdür. Bu qarışıq əhvalata eyni zamanda şəhərin fövqəltəbii tarixçəsi və ətrafda olan qohumların həyatları də əlavə edilmişdir. == Əsas personajlar == Aşağıdakı siyahıda "Vampirin gündəliyi" serialındakı obrazlar göstərilib ki, onların da əksəri hələ çəkilmiş hər iki sezonda iştirak edən obrazlardır. === Yelena Gilbert === Yelena Gilbert obrazı seriyalın ilk seriyasından etibarən baş qadın obrazı kimi Nina Dobrev tərəfindən yaradılmışdır. Yelena balaca qardaşı Ceremi Gilbertlə birgə valideynlərinin avtomobil qəzasından ölməsindən sonra onların qanuni himayədarı olan Cena Sommerslə birgə yaşayır. Onun ən yaxın rəfiqəsi, bir müddət keçdikdən conra cadugər olduğunu kəşf edən Boni Bennetdir.
Gundelia
Gundelia (lat. Gundelia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Gundelia rosea Gundelia tenuisecta Gundelia tournefortii == Turnefor qundeliyası (Gundelia tournefortii) == Status. Nadir, Ön Asiya növüdür. Yayılması. Naxçıvan AR – Ordubad rayonu (Parağa və Billov kəndlərinin ətrafı).Azərbaycandan kənarda – Türkmənistan, İran, aralıq dənizin şərq hissəsi və Kiçik Asiyanın flora rayonlarında. Bitdiyi yer. Quru gilli, daşlı yamaclar və orta dağlıq qurşağının dəniz səviyyəsindən 1800 m hündürlüyə qədər yamacları. Ehtiyatı. Növün arealı və ehtiyatı azalır.
Gundelia tournefortii
Turnefor qundeliyası (lat. Gundelia tournefortii) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinin gundelia cinsinə aid biki növü. Status. Nadir, Ön Asiya növüdür. Yayılması. Naxçıvan AR – Ordubad rayonu (Parağa və Billov kəndlərinin ətrafı).Azərbaycandan kənarda – Türkmənistan, İran, aralıq dənizin şərq hissəsi və Kiçik Asiyanın flora rayonlarında. Bitdiyi yer. Quru gilli, daşlı yamaclar və orta dağlıq qurşağının dəniz səviyyəsindən 1800 m hündürlüyə qədər yamacları. Ehtiyatı. Növün arealı və ehtiyatı azalır.
Mererin gündəliyi
Mererin gündəliyi — Böyük Xeops ehramının tikintisində iştirak edən işçilərin gündəlik həyatını təsvir edən 4500 il əvvəl yazılan mətndir. 2013-cü ildə Əl-Cərf Vadisi mağarasında papirus üzərində yazılmış halda aşkar edilmişdir. Bu papirus tapılan ən qədim papirusdur. Mererin gündəliyi Firon Xeopsun hakimiyyətinin 27-ci ilinə təsadüf edir. Burdakı yazılar 3 ay ərzində əhəng daşlarının Toradan Cizəyə daşınmasını təsvir edir.
Tosa gündəliyi
Tosa Nikki (土佐日記, azərb. Tosa gündəliyi‎) – X əsr yapon şairi Ki no Tsurayuki tərəfindən yazılmış poetik gündəlik. Mətn Tsurayukinin əyalət qubernatoru olduğu Tosa əyalətindən 935-ci ildə Kiotaya qayıdarkən etdiyi 55 günlük səyahəti əhatə edir. Səyahətin gündəliyi şeirlərlə verilmişdir. "Tosa Nikki" Yaponiya ədəbiyyatında nikki (gündəlik) janrı üçün ilk mötəbər nümunə hesab olunur. O vaxta qədər "nikki" sözü hökumət və ya ailələr tərəfindən tərtib olunan quru rəsmi qeydlərə şamil edilirdi və kişilər tərəfindən çincə yazılırdı. Lakin "Tosa Nikki" yapon dilində yazılmış, hətta kanalardan istifadə olunmuşdur. Dövrün ədəbiyyatla məşğul olan kişiləri mətnləri kana və Çin heroqlifləri ilə yazırdılar, lakin qadınların Çin heroqliflərindən istifadə etməsi yaxşı qarşılanmadığından ancaq kana ilə yazırdılar. Qadın nəqlçinin prespektivindən əsəri yazan Tsurayuki Çin heroqliflərindən istifadə etməkdən qaçınmış, əvəzində Yaponiya dili və poeziyasının estetikasını vurğulamağa çalışmışdır.
Yazıçının gündəliyi
"Yazıçının Gündəliyi" (rus. Дневник писателя) - dahi rus yazıçısı Fyodor Dostoyevskinin, müxtəlif hadisə və mövzular haqqında şəxsi düşüncələrini əks etdirdiyi yazılarıdır. Bu yazılar, ilk dəfə 1873-1876.cı illər arasında "Qrajdanin" adlı jurnalda dərc olunmuş, daha sonra yazıçının səhhətində yaranan problem səbəbi ilə 3 il fasilə verilmişdir. Ardınca 1880-1881.ci illərə qədər isə Dostoyevskinin "Yazıçının Gündəliyi" adlı şəxsi jurnalında dərc olunmağa davam etmişdir.
Qreqin gündəliyi
Artıq adamın gündəliyi
Artıq adamın gündəliyi (rus. «Дневник лишнего человека») — rus yazıçısı İvan Turgenevin 1850-ci ildə yazdığı novelladır. Cəmi 31 yaşı olsa da, naməlum xəstəlikdən dünyasını dəyişən və həyatında baş verən hadisələri danışarkən ömrünə sayılı günlər qalan Tçulkaturin adlı şəxs tərəfindən gündəlik şəklində birinci şəxs tərəfindən yazılmışdır. Hekayə rus ədəbi anlayışının arxetipinə çevrildi. İlk dəfə 1850-ci ildə " Oteçestvennıe Zapiski " də çap olunub. == Hekayə haqqında == Turgenev hekayə üzərində işi 1850-ci ildə Parisdə tamamladı. "Gündəlik" və yazıçının yaradıcılığında “əlavə adam” mövzusuna başlayır. Müəllif bundan əvvəl də müraciət etmişdi, lakin əvvəlki əsərlər istehza və polemikaya bürünmüşdüsə, “Gündəlik”in əsasını daha obyektiv və dərin psixoloji təhlil təşkil edir. Yazıçı xüsusilə xarakterin hərtərəfli təsviri problemi ilə maraqlanır, Turgenevin psixologizmi burada yerləşir, amma romantik deyil, real əsasda. Müəllifin özü də “Gündəlik”i uğurlu əsər hesab edirdi.
Gənc qızın gündəliyi
" Gənc qızın gündəliyi " ilk dəfə 1947-ci ildə niderland dilində çap olunmuş avtobioqrafik əsərdir, 65-dən artıq dilə çevrilib və Holokostla bağlı olan ən çox oxunmuş kitabdır. Yüz ən çox satılmış kitabdan biridir. Gündəlik 1955-ci ildə Brodveydə səhnələşdirilmiş,Toni və Pulitser mükafatlarını qazanmışdır. 13-cü yaş gününə hədiyyə olaraq gündəlik alan Anna Frank, ona hər gün başına gələn maraqlı hadisələrdən yazmağa başlayır. Az sonra yəhudilərin soyqırımı başlayır və atası Otto öz ailəsini bu faciədən qorumaq üçün gizlətmək qərarına gəlir və onlar Annanın "Gizli artırma" adlandırdıqları, Ottonun iş yerində yerləşən kiçik otaqlarda yaşamağa başlayırlar.Daha sonra onlara Van Daan ailəsi və dentist cənab Dussel də qoşulur. Anna burada da yazmağa davam edir. == Mövzusu == Anna gündəliyinə yazmağa bu sözlərlə başlayır: Anna Kitti adlandırdığı gündəliyinə yazmağa 1942-ci il iyunun 12-dən başlayır. Hələ normal yaşayışına davam edən Anna dostları Hanneli və Sanne ilə söhbətlərindən, yəhudi liseyinə yazılmasından, burada dostluq qurduğu Ceklindən, ətrafa qarşı hisslərindən yazır. Tez-tez, heç kimi özünə əsl dost bilmədiyindən, yalnızlıqdan şikayətlənir. Yəhudi məktəbində oxudulmağa məcbur edilməsindən, Hitlerin anti-yəhudi qanunlarından, qohumların və özünün niyə Almaniyanı tərk etməli olduqlarından bəhs edir.
Rəşad Nuru Gündəkin
Rəşad Nuri Güntəkin (25 noyabr 1889, Konstantinopol, Osmanlı imperiyası – 7 dekabr 1956, London) — Türk yazıçı-dramaturqudur. Çalıquşu, Dodaqdan qəlbə, Yaşıl Gecə, Yarpaq tökümü və Anadolu qeydləri kimi əhəmiyyətli əsərləri vardır. == Həyatı == 1889-cu ildə İstanbulda ordu zabiti Nuri bəy ilə Ərzurum valisi Yavər Paşanın qızı Lütfiyyə xanımın ailəsində anadan olmuşdur. İlk təhsilini Çanaqqala orta məktəbində alan Güntəkin daha sonra təhsilini İzmirdəki Frerler məktəbində davam etdirir. 1912-ci ildə isə İstanbul Universitetinin Ədəbiyyat fakültəsini bitirir. Güntəkin 1927-ci ilə qədər Sultanisi, İstanbul Beşiktaş İttihad və Tərəqqi Məktəbi, Fatih Vəqfi Kəbir Məktəbi, Ağşəmsəddin Məktəbi, Fənəryolu Muradı Hamis Məktəbi, Osman Qazi Paşa Məktəbi, Vəfa Sultanisi, İstanbul oğlanlar litseyi, Çamlıca qızlar litseyi, Kabataş oğlanlar litseyi, Qalatasaray Litseyi və Ərənköy qızlar litseyində fransız və türk dillərindən dərs deyir. 1927-ci ildə maarif müfəttişi vəzifəsinə təyin olunur və bu arada Dil Heyəti ilə birgə bəzi çalışmalarda bulunur. 1939-cu ildə Çanaqqaladan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilir. 1946-cı ilə qədər millət vəkili olur. 1947-ci ildə Cümhuriyyət Xalq Partiyasının Ankarada çap olunan "Ulus" qəzetinin İstanbul qolu olan "Məmləkət" qəzetini nəşr etdirir.
Safdil Qreqin gündəliyi
Safdil Qreqin gündəliyi (ing. Diary of a Wimpy Kid) — amerikalı yazıçı və karikaturaçı Cef Kinni tərəfindən yaradılmış uşaq kitabı seriyası və media franşizası. Kitab həyatını gündəlikdə təsvir edən orta məktəb şagirdi Qreq Hefflinin hekayəsindən bəhs edir.Kinni kitabı nəşriyyata təqdim etməzdən əvvəl üzərində səkkiz il işləmişdi. Kitab nəşr olunmazdan əvvəl ilk olaraq 2004-cü ildə FunBrain ilə əməkdaşlıqla onlayn versiyası buraxıldı. Bu onlayn versiya 2004-cü ilin sentyabrından 2005-ci ilin iyununa qədər gündəlik buraxılışlardan ibarət idi və 2009-cu ilə qədər 20 milyona yaxın baxış əldə edərək əhəmiyyətli dərəcədə populyarlıq qazandı.Onlayn oxucuların çap versiyasına artan tələbi ilə əlaqədar olaraq, Kinni 2006-cı ilin fevralında Nyu-Yorkda keçirilən comic-con zamanı Abrams Books ilə müqavilə imzaladı. Diary of a Wimpy Kid seriyasındakı ilk kitab 2007-ci ilin aprelində işıq üzü gördü və dərhal uğur qazandı. Time jurnalı Kinnini tanıdı və onu 2009-cu ilin aprelində Time 100 siyahısında ən nüfuzlu insanlardan biri adlandırdı.O vaxtdan bəri seriyanın cəmi on yeddi kitabı buraxıldı. Həmçinin, Rowley Jefferson personajından bəhs edən spin-off seriyasının 2021-ci ilə qədər üç kitabı var. 20th Century Studios kino şirkəti 2010-cu ildən 2017-ci ilə qədər kitab əsasında çəkilmiş dörd film istehsal etdi, bununla yanaşı 2020-ci illərin əvvəllərində iki animasiya filmi də çəkdi. The Diary of a Wimpy Kid kitabları onlayn versiyanın buraxılmasından sonra müsbət rəylər aldı və xeyli kommersiya uğuru qazandı.
Anna Frankın gündəliyi (film)
Anna Frankın gündəliyi (ing. The Diary of Anne Frank) — 1959-cu ildə, Pulitser mükafatına layiq görülmüş eyniadlı pyes əsasında çəkilmişdir. Pyes də öz növbəsində Gənc qızın gündəliyinə əsaslanır. Gündəliyin ona aid olmamasıyla bağlı çoxlu yalan məlumatlar yazılmışdır,lakin sonradan bu fikirlərin Anna ya aid olduğu təsdiqlənmişdir Filmin rejissoru Corc Stivens, ssenari müəllifləri Frans Qodriç və Albert Haket olmuş və üç Oskar mükafatına layiq görülmüşdür. Eyniadlı hekayənin və pyesin ilk film versiyası olmaqla Brodvey tamaşasındakı heyətin üç aktyorunu da rol ifaçılarına daxil etmişdir. == Süjet == Film İkinci dünya müharibəsi dövründə ailəsi ilə birlikdə gizlənən yəhudi qız Anna Frankın şəxsi gündəliyinə əsaslanır. Onun öz gündəliyindəki bütün qeydlərdə "Əziz Kitti" xitabı ilə başlayır. Gündəlik müharibə başa çatdıqdan sonra Annanın atası Otto Frank tərəfindən nəşr edilmişdir. Bu zamana qədər onun bütün ailə üzvləri nasistlər tərəfindən qətlə yetirilmişdi. == Xarici keçidlər == The Diary of Anne Frank — Internet Movie Database saytında.
Lezbiyanın gündəliyi (film, 2009)
Lezbiyanın gündəliyi (kat: Eloïse) — İspaniya rejissoru Xesus Gerayın 2009-cu ildə çəkdiyi katalan dilli filmdir. == Məzmunu == Dramda gənc qız olan Asiyanın Eloiza adlı rəssam qısa vurulmasından bəhs edilir. Qızlar bir yerdə təhsil alırlar, Asiya Eloisa üçün model kimi xidmət edir. Bir dəfə Eloiza Asiyaya çılpaq poza verməyi təklif edir və Asiya razılaşır. Bundan sonra onların münasibətləri dostluq çərçivəsini keçir və qızlar bir-birlərinə qarşı dostluqdan daha güclü bir hiss yaşatdıqlarını başa düşürlər. Lakin, onların münasibətlərinin qeyri-ənənəvi xüsusiyyəti Asiyanı narahat edir. Nəhayət ki, Asiya oğlan sevgilisi Nataniellə münasibətlərini tamamilə kəsmək qərarına gəlir. Anası Asiyanın lezbiyanla görüşdüyünü başa düşür və buna mane olmağa çalışır. O, münasibətlərinin ildönümü münasibəti ilə Nataniel və Asiyanın görüşünü təşkil edir. Həmin müddətdə isə Eloizaya zəng edərək onlara gəlməsini xahiş edir.
Əfqan gündəliyi (film, 1988)
== Məzmun == Filmdə haqqında danışılan azərbaycanlı oğlanlar naməlumluğa gedirdilər. Onların Əfqanıstanda qulluq etmələri isə uzun müddət hamı üçün sirr olaraq qalırdı. İndi valideynlər övladlarını hərbi xidmətə yola salarkən hərbi komissarlığın qapısı ağzında dayanıb, tələb edirlər: "Bizim uşaqlarımızı qoruyun!" Bu çağırış filmdə Əfqanıstanda həlak olmuş əsgərin dəfnini əks etdirən kadrlarda səslənir. Belə hadisə unudulmur və bağışlanılmır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Teymur Bəkirzadə Ssenari müəllifi: Eldar Quliyev, Tatyana Bəkirzadə Operator: Elxan Əliyev Səs operatoru: Akif Nuriyev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Gündək-i Molla (Urmiya)
Gündək-i Molla (fars. گوندك ملا‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 198 nəfər yaşayır (38 ailə).
Anna Frankın gündəliyi (film, 1959)
Anna Frankın gündəliyi (ing. The Diary of Anne Frank) — 1959-cu ildə, Pulitser mükafatına layiq görülmüş eyniadlı pyes əsasında çəkilmişdir. Pyes də öz növbəsində Gənc qızın gündəliyinə əsaslanır. Gündəliyin ona aid olmamasıyla bağlı çoxlu yalan məlumatlar yazılmışdır,lakin sonradan bu fikirlərin Anna ya aid olduğu təsdiqlənmişdir Filmin rejissoru Corc Stivens, ssenari müəllifləri Frans Qodriç və Albert Haket olmuş və üç Oskar mükafatına layiq görülmüşdür. Eyniadlı hekayənin və pyesin ilk film versiyası olmaqla Brodvey tamaşasındakı heyətin üç aktyorunu da rol ifaçılarına daxil etmişdir. == Süjet == Film İkinci dünya müharibəsi dövründə ailəsi ilə birlikdə gizlənən yəhudi qız Anna Frankın şəxsi gündəliyinə əsaslanır. Onun öz gündəliyindəki bütün qeydlərdə "Əziz Kitti" xitabı ilə başlayır. Gündəlik müharibə başa çatdıqdan sonra Annanın atası Otto Frank tərəfindən nəşr edilmişdir. Bu zamana qədər onun bütün ailə üzvləri nasistlər tərəfindən qətlə yetirilmişdi. == Xarici keçidlər == The Diary of Anne Frank — Internet Movie Database saytında.
Qundeliya
Gundelia (lat. Gundelia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Gundelia rosea Gundelia tenuisecta Gundelia tournefortii == Turnefor qundeliyası (Gundelia tournefortii) == Status. Nadir, Ön Asiya növüdür. Yayılması. Naxçıvan AR – Ordubad rayonu (Parağa və Billov kəndlərinin ətrafı).Azərbaycandan kənarda – Türkmənistan, İran, aralıq dənizin şərq hissəsi və Kiçik Asiyanın flora rayonlarında. Bitdiyi yer. Quru gilli, daşlı yamaclar və orta dağlıq qurşağının dəniz səviyyəsindən 1800 m hündürlüyə qədər yamacları. Ehtiyatı. Növün arealı və ehtiyatı azalır.
Cənab Pundalik (film, 1912)
"Cənab Pundalik" filmi — Rejissor Dadasaheb Tornenin çəkdiyi 1912-ci il Hindistan filmidir. Hindistan kino tarixində ilk filmlərdən biri hesab olunur. == Tarix == "Cənab Pundalik" səssiz filmi Hindistan kino tarixində ilk filmlərdən biri hesab olunur. Filmi Dadasaheb Torne özü tək çəkmişdir. Filmin çəkilişi 2 həftə sürdü. Ondan sonra çəkilmiş kinolentlər Londona göndərilib emal edildi. 18 may 1912-ci ildə film Hindistanda göstərildi. Bəziləri bu filmin ilk Hindistan filmi olmağa layiq olmadığını qeyd etdi. Onlar 1913-cü ildə çəkilmiş Raca Harişçandranın ilk film olduğunu iddia etdilər. Bu fikirlər mübahisəli olaraq qaldı, çünki, sübuta yetirilməmişdi.
Qurdərik-i Süfla (Xoy)
Qurdərik-i Süfla (fars. قوردريك سفلي‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Qurdərik-i Ülya (Xoy)
Qurdərik-i Ülya (fars. قوردريك عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.