Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hünüt
Hunud, Hünüt — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Meğri rayonunda) kənd adı.Ermənistanın indiki Sünik mərzində kənd. Çarlıq dövründə keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına, sovet dövründə isə Kapan (Qafan) rayonuna aid idi. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Kəndin adı Hünüt formasında da qeyd edilir. == Toponimi == Toponim qədim türk mənşəli hun etnoniminə türk dilində cəmlik bildirən "-ud" şəkilçisinin artırılması əsasında əmələ gələn etnotoponimdir. Görkəmli türk tədqiqatçısı "Türk tarixi" əsərində yazır: "Hunlar çox qüvvətli, döyüşdə çox cəsur və mahir olan türklərdir". "Hunlar kəndi" mənasını verir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinin bir hisəsi geri qayıdaraq yenidən məskunlaşmışdır və ermənilərlə qarışıq yaşamışdır.
Hünüt (dəqiqləşdirmə)
Hunud — tarixi Zəngəzur mahalının Qafan bölgəsində kənd (indiki Ermənistannın Sünik mərzində). Hünüt — tarixi Zəngəzur mahalının Meğri/Mığrı bölgəsində kənd (indiki Ermənistannın Sünik mərzində). Yuxarı Hımud — Çarlıq dövründə keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sovet dövründə keçmiş Şəmşəddin rayonu ərazisində qışlaq (indiki Ermənistanın Tavuş mərzində). 1930-cu ildə ləğv edilmişdir. Aşağı Hunud — Çarlıq dövründə keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sovet dövründə keçmiş Şəmşəddin rayonu ərazisində qışlaq (indiki Ermənistanın Tavuş mərzində). 1930-cu ildə ləğv edilmişdir. Günnüt — Naxçıvan MR-nın Şərur rayonu ərazisində kənd (Kömürlüdağ yaxınlığında).
Dunus
Dunus — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qantiadi kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 8 km şərqdə, Çapal çayının sol sahilində, Başkeçid yaylasında yerləşir. == Tarixi == Borçalı bölgəsində "Dunus" yaşayış məntəqəsi adına ilk dəfə 1536-ci ilə aid məxəzlərdə rast gəlinmişdir. == Əhalisi == Kənddə 1870-ci ildə 8 ailədə 54 nəfər, 1926-cı ildə 26 ailədə 195 nəfər azərbaycanlı yaşayırdı. 17–24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 454 nəfər (223 nəfəri kişilər, 231 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 612 nəfər əhali yaşayır. == Təhsil == Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir. Və məktəbdə 84 şagird təhsil almaqdadır.
Eunus
Yevn (yun. - Eunus) (? - e.ə.132, Enna) - Siciliya adasında birinci qul müharibəsinin rəhbəri (e.ə. 138-e.ə. 132). == Həyatı == Mənşəcə suriyalı idi. Üsyançılar onu Antiox adı ilə çar elan etmişdilər. E.ə. 132-ci ildə Roma konsulu Rupili tərəfindən əsir alınmış və həbsxanada işgəncə ilə öldürülmüşdü.
Humus
Humus, xumus və ya hummus (ərəb. حُمُّص‎) — Orta Şərqdə geniş yayılmış, yəhudi və ərəb xörəyi. Noxud püresi, tahini, zeytun yağı, limon suyu, duz və sarımsaq qarışıqından hazırlanır.
Hunud
Hunud, Hünüt — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Meğri rayonunda) kənd adı.Ermənistanın indiki Sünik mərzində kənd. Çarlıq dövründə keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına, sovet dövründə isə Kapan (Qafan) rayonuna aid idi. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Kəndin adı Hünüt formasında da qeyd edilir. == Toponimi == Toponim qədim türk mənşəli hun etnoniminə türk dilində cəmlik bildirən "-ud" şəkilçisinin artırılması əsasında əmələ gələn etnotoponimdir. Görkəmli türk tədqiqatçısı "Türk tarixi" əsərində yazır: "Hunlar çox qüvvətli, döyüşdə çox cəsur və mahir olan türklərdir". "Hunlar kəndi" mənasını verir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinin bir hisəsi geri qayıdaraq yenidən məskunlaşmışdır və ermənilərlə qarışıq yaşamışdır.
Yunus
Yunus Peyğəmbər – Allahın elçisi. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Nuh, İbrahim, Yusif, Hud, Məhəmməd və Yunus) biridir. Bundan başqa, müqəddəs Kitabımızda bir neçə surədə onun adı anılır. Müqəddəs Kitaba (Tövrat, Zəbura, İncilə) əsasən, Assuriyanın paytaxtı Ninəva şəhərində (bu şəhər indiki İraq ərazisində, Mosul yaxınlığında olub) doğulan Yunus peyğəmbər ömrünün otuz üç ilini Allaha iman etməyə çağırıb. Amma cəmi iki-üç adam ona inanıb. == Bibliyada == Bibliyada Yunus İona kimi verilir. Əhdi-ətiqdə deyilir ki, Assuriyanın paytaxtı Ninəvada əhali çox varlı həyat sürürmüş. Bu, onların dini və mənəvi cəhətdən çökməsinə gətirib çıxarır. Bu zaman Allah peyğəmbər Yunusu onlara göndərir ki, yollarına düzəlib tövbə etməsələr, onları gözləyən fəlakət barədə xəbərdarlıq etsin: "Allah dedi: "Dur get Ninəvaya – o böyük şəhərə, bildir ki, yaramazlıqlarından xəbərdaram" (Peyğəmbər İonanın kitabı, 1:2). Amma Yunus peyğəmbər Allahın sözünə qulaq asmayıb və gəmiyə oturub başqa ölkəyə gedib.
Unus
Unus — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Unus kəndi Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Unus kənd inzibati ərazi dairəsi yaradılmışdır. Rayonun mərkəzindən 33 km şimal-qərbdə, Zəngəzur silsiləsinin ətəyindədir. Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi vardır. == Toponomikası == Yaşayış məntəqəsi keçmişdə Piçənis kəndindən çıxmış bir qrup ailənin Unusalı adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Əhalisi türk dilində danışan kiçik yaşayış məntəqəsi olmuşdur. Bəzi tədqiqatçılara unus türk dillərindəki əniz/eniz (çuxur yer, tarla,əkin yeri, örüş, boş çöl ) sözünün təhrif olunmuş şəklidir. == Əhalisi == Əhalisi 786 nəfərdir. Əhalisi Meyvəçilik, əkinçilik və heyvandarlıqla məşğuldur.
Arif Yunus
Arif Seyfulla oğlu Yunusov (12 yanvar 1955, Bakı) — Azərbaycan Sülh və Demokratiya İnstitutunun Konfliktologiya və Miqrasiya şöbəsinin rəhbəri, tarix elmləri namizədi, konfliktoloq. == Şəxsi həyatı == Atası azərbaycanlı, anası ermənidir. Evlidir, həyat yoldaşı Leyla Yunus hüquq müdafiəçisidir. Dinara Yunusova adında bir qızları var.
Hunud (dəqiqləşdirmə)
Hunud — tarixi Zəngəzur mahalının Qafan bölgəsində kənd (indiki Ermənistannın Sünik mərzində). Hünüt — tarixi Zəngəzur mahalının Meğri/Mığrı bölgəsində kənd (indiki Ermənistannın Sünik mərzində). Yuxarı Hımud — Çarlıq dövründə keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sovet dövründə keçmiş Şəmşəddin rayonu ərazisində qışlaq (indiki Ermənistanın Tavuş mərzində). 1930-cu ildə ləğv edilmişdir. Aşağı Hunud — Çarlıq dövründə keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sovet dövründə keçmiş Şəmşəddin rayonu ərazisində qışlaq (indiki Ermənistanın Tavuş mərzində). 1930-cu ildə ləğv edilmişdir. Günnüt — Naxçıvan MR-nın Şərur rayonu ərazisində kənd (Kömürlüdağ yaxınlığında).
Kamran Yunus
Kamran Yunis (5 dekabr 1974, Bakı) — Azərbaycan teatr və kino aktyoru, rejissor, bədii qiraət ustası, "ARRI", "Altın Şafran", "Vaqif Səmədoğlu" mükafatları laureatı. == Həyatı == Kamran Yunis 5 dekabr 1974-cü ildə, əslən Balakənli olsa da, Bakıda anadan olub. 1991–96-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Ustad rejissor Vaqif İbrahimoğlu, Həsənağa Turabovun tələbəsi olub. 1993-cü ildən 2011-ci ilə kimi "YUG" teatrının sənətçisi olub. Rusiya, İran, Amerika, Misir, Türkiyə, İtaliya, Hindistanın beynəlxalq film festivallarının iştirakçısı olub. Odlar Yurdu Azərbaycan filmi "ARRİ" mükafatına layiq görülüb. 2015-ci ildə Türkiyədə Xəlvətdə qalmış müdrik filmi "Altun şafran" mükafatına layiq görülüb. Sənətçinin çəkildiyi Rami filmi 2007-ci ildə Hinistanın New Delhi şəhərində keçirilən Asian film festivalında "opening film" (açılış filmi) olub. Rami filminə görə 2007-ci ildə dünyanın bir çox dövlətlərində, ən məşhur qəzetlər (The New York Times, New Delhi Times) məhz ondan yazıb.
Leyla Yunus
Leyla Yunus (21 dekabr 1955, Bakı) — hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun rəhbəri, Milli Şuranın üzvü. == Həyatı == Leyla Yunus 21 dekabr 1956-cı ildə Bakıda doğulub. === Təhsili === Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, antik ədəbiyyatı üzrə ixtisaslaşıb. === İctimai-siyasi fəaliyyəti === 1980-ci illərin sonunda Azərbaycanda başlayan demokratik hərəkatının fəal iştirakçısı olub. Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Sosial Demokrat Partiyasının yaradıcılarından biri sayılır. 1992–1993-cü illərdə Dağlıq Qarabağda hərbi əməliyyatlar gedərkən, Leyla Yunus Müdafiə Nazirliyində informasiya və təhlil mərkəzinə rəhbərlik edib. Azərbaycanın ilk hüquq müdafiəçilərindən olan Leyla Yunus 1994-cü ildən bütün fəaliyyətini əsasən bu sahəyə yönəldərək siyasi məhbus problemi ilə məşğuldur. == Ailəsi == Evlidir, həyat yoldaşı Arif Yunus tarixçidir. Dinara Yunusova adında bir qızları var. == Mükafatları və fəxri adları == İnsan hüquqları və demokratik azadlıqlar sahəsində fəaliyyətinə görə bir sıra beynəlxalq mükafatlara layiq görülüb, Fransanın "Şərəf Legionu Kavaleri" ordeniylə təltif edilib.
Məhəmməd Yunus
Məhəmməd Yunus (28 iyun 1940[…], Çittaqonq, Britaniya Hindistanı) — Banqladeşli sosial sahibkar, bankir, iqtisadçı və vətəndaş cəmiyyəti lideri. Grameen Bankını təsis etdiyinə və mikrokredit və mikromaliyyə konsepsiyalarına öncülük etdiyinə görə Nobel sülh mükafatına layiq görülmüşdür. Bu kreditlər ənənəvi bank kreditlərini ala bilməyəcək qədər yoxsul sahibkarlara verilir. Yunus və Grameen Bank birlikdə "təməldən iqtisadi və sosial inkişafı yaratmaq üçün mikro kreditlər sahəsində göstərdikləri səylərə görə" Nobel sülh mükafatına layiq görülüblər. Norveç Nobel Komitəsi bildirib ki, “əhalinin böyük qrupları yoxsulluqdan qurtulmağın yollarını tapmasa, davamlı sülh əldə edilə bilməz”, "mədəniyyətlər və sivilizasiyalar arasında Yunus və Grameen Bank göstərdilər ki, hətta ən yoxsul təbəqə belə öz inkişafını təmin etmək üçün çalışa bilər". Yunus bir sıra digər milli və beynəlxalq mükafatlara layiq görülüb. 2009-cu ildə ABŞ-nin Prezident Azadlıq medalı və 2010-cu ildə Konqresin Qızıl medalı ilə təltif olunub. 2008-ci ildə "Foreign Policy" jurnalının "Top 100 Global Thinkers" siyahısında 2-ci yerdə qərarlaşıb. 2011-ci ilin fevral ayında Yunus Saskiya Bruysten, Sopfia Eysenmann və Hans Reytz ilə birlikdə Yunus Social Business – Global Initiatives (YSB) şirkətini təsis edir. YSB bütün dünyada sosial problemləri həll etmək üçün sosial biznesləri yaradır və onlara səlahiyyətlər verir.
Neoseiulus tunus
Neoseiulus tunus (lat. Neoseiulus tunus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Qəyyur Yunus
Qəyyur Habil oğlu Yunusov (Qəyyur Yunus) (26 mart 1948, Əmircan) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının xalq rəssamı (2015). == Həyatı == Yunusov Qəyyur Habil oğlu 1948-ci il martın 26-da Bakının Əmircan kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1967–1971-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin (indiki İncəsənət Kolleci), 1971–1977-ci illərdə Tbilisi Rəssamlıq Akademiyasının rəngkarlıq fakültələrində təhsil almışdır. 1972-ci ildən sərgilərin iştirakçısıdır. 1980-ci ildə Azərbaycan Rəssamlar İttifaqının və SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunmuşdur. Qəyyur Yunusov hələ uşaqlıq illərində doğulduğu Əmircan kəndində yaxın qohumu Səttar Bəhlulzadənin emalatxanasına gələrək onun necə rəsmlər çəkdiklərini müşahidə etmişdir. O, Səttar Bəhlulzadənin tələbəsi olmuş və sənətin müxtəlif üslublarını mənimsəmişdir. Qəyyur Yunus doğulduğu Əmircan kəndi haqqında demişdir: == Yaradıcılığı == Qəyyur Yunusun yaradıcılığında lirik, mənzərələr yer alsa da, rəssama daha çox qadın portretləri şöhrət gətirib. Onun dini-fəlsəfi baxışları, gözəlliyə sevgisi çəkdiyi rəngkarlıq əsərlərində müşahidə olunur. Qəyyur Yunusun yaradıcılığının başlıca kulminasiyası qadın surətləri hesab olunur.
Yunus Bikbov
Yunus Yulbarisoviç Bikbov (başq. Юныс Юлбарыҫ улы Бикбов, 1883—1942) — Başqırd milli hərəkatının liderlərindən biri, partiya və dövlət xadimi, Başqırd hökumətinin sədri. Başqırd millətçisi kimi dəfələrlə repressiya məruz qalmışdır. == Bioqrafiyası == 1883-cü ildə Orenburq quberniyasının Orsky rayonunun 2-ci volostunun Abulyais kəndində (indiki Başqırdıstanın Ziançurinski rayonu) anadan olmuşdur. Yunus ibtidai təhsilini kəndindəki mədrəsədə almış, daha sonra rus məktəbində oxumuşdur. Məktəbdən sonra Orenburq gimnaziyasına daxil olmuşdur. Burada yerli Sosial Demokrat dairəsinin, daha sonra Sosialist İnqilab Partiyasının üzvü olmuşdur. 1909-cu ildə Kazan Universitetinin Hüquq fakültəsinin tələbəsi oldu. Partiya fəaliyyəti səbəbindən 1909-cu ildən nəzarət altında idi. 1917-ci ildən 2-ci Usergan volostunda işə başladı və həmin ilin yayında Başqırdıstan muxtariyyəti uğrunda Başqırd milli hərəkatına qoşuldu.
Yunus Deşeriyev
Yunus Deşeriyev (8 avqust 1918, Axçoy-Martan, Qroznı dairəsi[d], Terek vilayəti, RSFSR[d] – 2005) — Sovet və rus dilçisi, qafqazşunas. Filologiya elmləri doktoru, Çeçenistan Respublikası Elmlər Akademiyasının fəxri akademiki. == Bioqrafiyası == 1918-ci ilin avqustunda Axçoy-Martan kəndində anadan olmuşdur. Rostov Universitetinin fəhlə fakültəsini və Moskva Dövlət Pedaqoji İnstitutunu "rus dili və ədəbiyyatı ixtisası" üzrə (1941) bitirib. 1946-cı ildə Deşeriyev namizədlik dissertasiyasını müdafiə edir. İlk böyük elmi əsəri "Basbi dili" 1953-cü ildə müəllifə Qafqazşünaslıq sahəsində şöhrət və tanınma qazandıran doktorluq dissertasiyası olur. Yunus Deşeriyev hələ tələbə ikən Qafqazşünaslıqla əlaqədar gələcək elmi əsərlər üçün materiallar toplamağa başlayır. O, elmi əsərlərini İber-Qafqaz dillərinin Nax və Dağıstan qruplarının sahə və nəzəri tədqiqatları zamanı əldə etdiyi linqvistik material əsasında yazmışdır. 1956-cı ilin may ayının sonunda, İnquş yazıçısı İdris Bazorkin ilə birlikdə Çeçen-İnquş muxtariyyətinin bərpası ilə bağlı Mərkəzi Komitəsinin birinci katibi Xruşşovla görüşmək üçün Vainax nümayəndə heyətinə başçılıq edir. 12 iyun 1956-cı ildə nümayəndə heyəti Kremldə Mərkəzi Komitəsi Rəyasət Heyətinin üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini Anastas Mikoyan tərəfindən qəbul edilir.
Yunus Muradov
Yunus Ələkbər oğlu Muradov — kinomexanik. == Həyatı == Muradov Yunus Ələkbər oğlu, 1913-cü ildə Bakının Əmircan kəndində neft ustası Ələkbər Xanmurad oğlunun ailəsində anadan olmuşdur. Orta təhsilini kənddəki 84 №-li məktəbdə almışdır. Hələ uşaqlıqdan foto, radiotexnika, saat təmiri və s. sənətlərə maraq göstərmişdir. Bakının bir neçə kəndində foto dərnəklərə rəhbərlik etmişdir. Kinomexanik Yunus kimi tanınırdı. İlk dəfə səsli kinonu Əmircan klubunda göstərən Yunus Muradov olmuşdur. O vaxtlar Əmircan klubunda fəaliyyət göstərən teatr dərnəyinin də üzvü olmuş, göstərilən tamaşalarda fəal iştirak etmişdir. Təhsilini Pedoqoji İnstitutun kimya və biologiya fakültəsində davam etdirmişdir.
Yunus Məmmədli
Yunus Məmmədli (d. 20 yanvar 1940-cı il, Yuxarı Zağalı kəndi, Göyçə mahalı) – Azərbaycanlı türkoloq alim, professor. == Həyatı == Yunus Məmmədli 20 yanvar 1940-cı ildə Göyçə mahalının Yuxarı Zağalı kəndində anadan olub. Göyçə mahalı Basarkeçər rayonunun Daşkənd kənd orta məktəbini qızıl medalla bitirmişdir. İrəvan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə qəbul olub. Sonralar fakültə bağlandığından sonra dil-ədəbiyyat fakültəsini bitirmişdir. Təyinatla kəndlərinə göndərilən Yunus Məmmədli kənd orta məktəbin direktoru işləmişdir. 1963-cü ildə V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnsritutunun dilçilik fakültəsinin aspiranturasına qəbul olunur. Aspiranturanı bitirib Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna göndərilib. Sonralar yenidən APİ-yə qayıdıb və burada 1992-ci ilə qədər dil-ədəbiyyat fakültəsində müəllim işləmişdir.
Yunus Məmmədov
Yunus Məmmədov — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin I dərəcəli Kapitanı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı vəzifəsini icra edən (2014). == Hərbi xidməti == Yunus Məmmədova 2014-cü il martın 11-də müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası tapşırılıb. O, 2014-cü il martın 31-nə qədər bu vəzifəni icra edib.
Yunus Oğuz
Yunus Oğuz (22 iyul 1960, Əli-Bayramlı) — Milli Vəhdət Partiyasının keçmiş sədri (2000-2023), Vəhdət Partiyası sədrinin sabiq birinci müavini (1998-2000), Xalq Azadlıq Partiyasının sədri (1997-1998; 1990), Azərbaycan Xalq Cəbhəsi sədrinin müavini, İdarə Heyətinin üzvü, (1992) jurnalist. == Həyatı == Yunus Oğuz 1960-cı il iyulun 22-də Şirvan şəhərində anadan olub. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra bir il Şirvan DRES-də fəhlə işləyib. 1978–1979-cu illərdə Bakı şəhəri 6 nömrəli texniki peşə məktəbində təhsil alib. 1979–1981-ci illərdə sovet ordusunda xidmət edb. Ordudan tərxis olunduqdan sonra 1983-cü ilin avqust ayına qədər Şirvan şəhər pambıqtəmizləmə zavodunda mülku müdafiə qərargahının rəisi vəzifəsində çalısıb. Həmin müddətdə ictimai əsaslarla zavodun komsomol təşkilat katibi secilib. 1983-cü ildə Rostov Dövlət Universitetinə daxil olub və 1988-ci ildə RDU-nun fəlsəfə fakültəsini bitirərək filosof ixtisasina yiyələnib. Ali təhsilini bitirdikdən sonra təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və hüquq İnstitutuna göndərilib və burada kiçik elmi işçi vəzifəsində çalışıb. == İctimai-siyasi fəaliyyəti == 1988-ci ildən də Milli Azadlıq Hərəkatına aktiv qoşulub.
Yunus Paşa
Yunis Paşa (ö. 1517) — Yavuz Sultan Səlim dönəmində 23 yanvar 1517 - 13 sentyabr 1517 tarixlərində ümumilikdə 7 ay 20 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı, Osmanlıların Misirdəki ilk bəylərbəyi. == Həyatı == Dövrün mənbələrində həyatının ilk illəri haqqında və saraya necə alınması barədə məlumat yoxdur. Buna baxmayaraq bəzi araşdırmalarda alban əsili olduğu və dəvşirilərək saraya alındığı bilinir. II Bəyazid dönəminə aid xəzinə dəftərlərində qapıçıbaşı olaraq qeyd olunur. 1501-1505 tarixlərində qapıçıbaşı olmuş, ardından 10 sentyabr tarixində yeniçəri ağalığı ilə saraydan ayrılmışdır. Ehtimal olunur ki, hələ qapıçıbaşı ikən II Bəyazidin qızı Səlcuq Sultanın Mustafa Paşaoğlu Mehmed bəylə olan evliliyindən doğulan Aslıhan xanım Sultanla evləndirilmişdir. Bu evlilik haqqında ilk yazılı mənbə isə 19 fevral 1502 tarixli xəzinə dəftərləridir. 5 il davam edən yeniçəri ağalığı dövründə 1509 tarixli İstanbul zəlzələsinə şahid oldu və İstanbulun yenidən bərpasında vəzifələndirildi. Şahqulu ağa Təkəli üsyanı əsnasında üsyanı yatırmaqla vəzifələndirilən Sədrəzəm Əli Paşanın rəhbərlik etdiyi yeniçərilərlə getməyərək paytaxtda qaldı.
Yunus Peyğəmbər
Yunus Peyğəmbər – Allahın elçisi. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Nuh, İbrahim, Yusif, Hud, Məhəmməd və Yunus) biridir. Bundan başqa, müqəddəs Kitabımızda bir neçə surədə onun adı anılır. Müqəddəs Kitaba (Tövrat, Zəbura, İncilə) əsasən, Assuriyanın paytaxtı Ninəva şəhərində (bu şəhər indiki İraq ərazisində, Mosul yaxınlığında olub) doğulan Yunus peyğəmbər ömrünün otuz üç ilini Allaha iman etməyə çağırıb. Amma cəmi iki-üç adam ona inanıb. == Bibliyada == Bibliyada Yunus İona kimi verilir. Əhdi-ətiqdə deyilir ki, Assuriyanın paytaxtı Ninəvada əhali çox varlı həyat sürürmüş. Bu, onların dini və mənəvi cəhətdən çökməsinə gətirib çıxarır. Bu zaman Allah peyğəmbər Yunusu onlara göndərir ki, yollarına düzəlib tövbə etməsələr, onları gözləyən fəlakət barədə xəbərdarlıq etsin: "Allah dedi: "Dur get Ninəvaya – o böyük şəhərə, bildir ki, yaramazlıqlarından xəbərdaram" (Peyğəmbər İonanın kitabı, 1:2). Amma Yunus peyğəmbər Allahın sözünə qulaq asmayıb və gəmiyə oturub başqa ölkəyə gedib.
Yunus Qazəhmədov
Yunus Sarı
Yunus Sarı (21 yanvar 1991) — Türkiyəli taekvondoçu. Yunus Sarı Türkiyəni 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. == Karyerası == Yunus Sarı birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilər 80 kq çəkidə, 1/4 final mərhələsində Əfqanıstanın nümayəndəsi Kafayatullah Geyase üzərində 17:10 hesabı ilə qalib gələrək, yarmfinala yüksəldi. Yarımfinalda Sarı Özbəkistanın nümayəndəsi Maksim Rafaloviç ilə üz-üzə gəldi və rəqibinə 7:5 hesabı ilə qalib gəldi. Final qarşılaşmasında Sarı Azərbaycanın nümayəndəsi Milad Beigi ilə üz-üzə gəldi və rəqibinə 5:9 hesabı ilə məğlub oldu. Sarı yarışlarda gümüş medalın sahibi oldu.
Gülüş günü
Ümumdünya gülüş günü — Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 apreli "Səfehlər günü", Fransada isə "Aprel balığı günü" adlandırırlar. == Tarixi == 1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər. Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı.
Günəş günü
Günəş günü (kor. 태양절, theyancol) — Şimali Koreyada dövlət bayramı. Bayram Şimali Koreyada "Xalqın Günəşi" tituluna layiq görülən keçmiş prezident Kim İr Senin doğum günü münasibətilə 15 aprel tarixində qeyd olunur. Günəş günü ölkədəki ən əhəmiyyətli bayramdır və Şimali Koreyada Milad bayramıyla bərabər sayılır. Kim İr Senin 1968-ci ildən bəri rəsmi bayram olduğu doğum günü, ölümündən üç il sonra, 1997-ci ildə Günəş günü adlandırıldı. Hökumət öz vətəndaşlarına daha çox ərzaq və elektrik ilə təmin etməyə çalışır, lakin müvəffəqiyyət həmişə tam qarantiyalı deyil. Xüsusilə uşaqlar, rəhbərləri tərəfindən göstərilən sevgini simvolikləşdirmək üçün konfet və digər hədiyyələr alırlar. Şənliklər tarixi ilə məhdudlaşmır. Anmalar Kim Çen İrin ad günündə, 16 fevral tarixindən başlayır. Bu bayram Sadiqlik Festivalı adlanır.
Ümumdünya Gülüş Günü
Ümumdünya gülüş günü — Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 apreli "Səfehlər günü", Fransada isə "Aprel balığı günü" adlandırırlar. == Tarixi == 1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər. Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı.
Dönüş
Filmlər Dönüş (film, 1972) — Dönüş (film, 2006) — rejissor Pedro Almodovarın filmi. Dönüş (film, 2018) — rejissor Rüfət Əsədovun filmi.
Gümüş
Gümüş (Ag) – kimyəvi element, D. İ. Меndeleyevin kimyəvi elementlərin dövrü sisteminin beşinci periodunun əlavə yarımqrupunun kimyəvi elementi. Atom nömrəsi 47-dir. Ag (lat. Argentum) simvolu ilə göstərilir. Gümüş nəcib metal olaraq plastikdir, gümüşü-ağ rəngdədir. Ərimə temperaturu – 961.9 °C, qaynama temperaturu 1950 °C, bərkliyi — 10,5 g/см³. Əksər birləşmələrdə +1 oksidləşmə dərəcəsindədir. Gümüş çoxdan qiymətli bir metal kimi qiymətləndirilmişdir. Gümüş bəzən qızılla yanaşı bir çox külçə sikkədə istifadə olunur. Miqdarca qızıldan daha çox mövcud olsa da, təbii metal kimi çox azdır.
Günəş
Günəş (simvolu: ) – Günəş sisteminin mərkəzində yerləşən ulduzdur. Günəş orta ölçülü ulduz olmaqla Günəş sisteminin kütləsinin 99,8%-ni təşkil edir. Günəş radiasiyası formasında Günəşdən yayılan enerji Yerdəki həyatın var olmasına və iqlimə əsaslı təsir göstərir. Bizim Qalaktikanın məlum olan təqribən 200 milyard ulduzundan biri olan Günəşin kütləsinin mütləq əksəriyyəti isti qazlardan ibarətdir. Günəş ətrafına istilik və işıq şəklində radiasiya yayır. Yerlə müqayisədə Günəşin diametri 109 dəfə, həcmi 1,3 milyon dəfə, kütləsi isə 333000 dəfə daha çoxdur. Günəşin sıxlığı Yerin sıxlığının 1/4-ü qədərdir. Günəş öz oxu ətrafında saatda 70000 km sürətlə hərəkət edir və bir dövrəsini təqribən 25 gündə tamamlayır. Günəşin səthinin istiliyi 5500 °C, nüvəsinin istiliyi isə 15,6 milyon °C-dir. Günəşdən ayrılan enerjinin 2,2 milyardda biri Yerə çatır.
Hüşün
Hüşün — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Hüşün Ağdaş rayonunun Kükəl inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Oykonimin monqol dilinə mənsub xuşun/Xoşun sözündən olub, "feodal malikanəsi, feodal mulku" mənasında olması ehtimal edilir. == İnfrastruktur == 2009-cu ildə kəndin əhalisinə təbii qazın verilməsi bərpa olunub.
Müçüş
Müçüş- İranın Kürdüstan ostanının Kamyaran şəhristanının Müçüş bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,950 nəfər və 769 ailədən ibarət idi.
Gülüş
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Hüzün
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Hücü
Hücü — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 120 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindən tərcümədə "su arxları çəkilmiş yer" və ya "yeni arx" mənalarında izah edilir.
Ünəş
Ünəş — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 646-IIIQ saylı Qərarı ilə Yardımlı rayonunun Yardımlı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Ünəş kəndi Yardımlı qəsəbəsi ilə birləşdirilmiş və bu kənd Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır.
ARB Günəş
ARB Günəş — "Günəş TV" adıyla fəaliyyətə başlayan, Azərbaycannın ilk uşaq televiziya kanalıdır. == Tarixçə == Azərbaycanın ilk uşaq televiziya kanalı olan “ARB Günəş” 1 aprel 2015-ci il tarixindən etibarən peyk yayımına başlayıb. Bir neçə əməkdaşla işə başlayan telekanal qısa zaman ərzində kollektivi ilə yanaşı, efir proqramını da genişləndirə bilib. Hazırda “ARB Günəş”in efir proqramına müxtəlif cizgi filmləri ilə yanaşı, 12 uşaq verilişi də daxildir. Efir vaxtını bütünlüklə uşaqlara həsr edən televiziyanın yayımında şiddət, pis vərdişlər aşılayan cizgi filmi və kadrlara yer verilmir. MTRŞ-nin qərarı ilə 2011-ci ildə “ARB Günəş”ə yayım lisenziyası verilib. "ARB Media Qrup"un tərkibinə daxil olan telekanal 19 sentyabr 2016-cı il tarixinədək "Günəş TV" adlandırılıb. Qeyd olunan tarixdən etibarən isə brendini "ARB" brendinə uyğun şəkildə yeniləyərək "ARB Günəş" adı ilə fəaliyyətini davam etdirməkdədir.
Dönüş (proqramlaşdırma)
Dönüş kodu (en. Return code)– proqramlaşdırmada: altproqram və ya proses bitdikdə (qaytardıqda), yaxud sistemin idarəetməsini başqa altproqrama verdikdə prosedurun nəticələrini bildirmək, yaxud sonrakı hadisələrə təsir etmək üçün istifadə olunan kod. Məsələn, dönüş kodu əməliyyatın uğurlu, yaxud uğursuz olmasını göstərə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dönüş (qəzet)
Dönüş klavişi
Dönüş klavişi (en. Return key) – Apple klaviaturalarında: IBM klaviaturalarında və IBM-uyumlu klaviaturaların əksəriyyətindəki Enter klavişinə tam yuğun olan klaviş. Klavişin adı yazı makinasından alınıb, belə ki, orada bu klaviş çap mexanizminin karetini sətrin başlanğıcına döndərir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dönüş kodu
Dönüş kodu (en. Return code)– proqramlaşdırmada: altproqram və ya proses bitdikdə (qaytardıqda), yaxud sistemin idarəetməsini başqa altproqrama verdikdə prosedurun nəticələrini bildirmək, yaxud sonrakı hadisələrə təsir etmək üçün istifadə olunan kod. Məsələn, dönüş kodu əməliyyatın uğurlu, yaxud uğursuz olmasını göstərə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Fəxrəddin Günəş
Fəxrəddin Günəş (1966, Qıraç[d], Qars ili) — etnik azərbaycanlı olan Türkiyə xalq musiqisi müğənnisi. == Həyatı == Fəxrəddin Günəş 1966-cı ildə Qars ilinin Arpaçay ilçəsinin Qıraç kəndində anadan olmuşdur. O, 1974-cü ildə Almaniyaya köçmüşdür və bu günə kimi orada yaşayır. Günəş 1990-cı ildə Düsseldorfda öz studiyasını amışdır. O, burada iki albom buraxmışdır: "Yandım, Tövbe ettim Sevmeye" (1994) və "Terekeme" (2006). Bu gün də mütəmadi olaraq türk musiqisi ilə çıxış edir. Günəş 2014-cü ildə Türkviziya Mahnı Müsabiqəsində debüt edən Almaniyanı təmsil etmək üçün seçilmişdir. Günəş orada "Sevdiyim" mahnısını ifa etmidir. Onunla birlikdə səhnədə Kölndən olan "NART" rəqs qrupu çıxış etmişdir. Günəş 25 iştirakçı arasında 149 xalla 21-ci yerdə qərarlaşmışdır.
Gizəm Günəş
Gizəm Günəş (türk. Gizem Güneş; d. 30 Noyabr 1995, İstanbul, Türkiyə) — Türkiyə aktyoru.
Gümüş (Dərəçiçək)
Gümüş — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd == Tarixi == Rayon mərkəzindən 16 km cənub-qərbdə, Zəngi çayının yanında, Alapars kəndinin yaxınlığında yerləşmişdir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Gümüş filiz yataqları olduğu üçün kənd Gümüş adlandırılmışdır. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 48 nəfər, 1873 - cü ildə 295 nəfər, 1886-cı ildə 311 nəfər, 1914 - cü ildə 796 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. Onların yerində ermənilər məskunlaşdırılmışdır. Gümüşün 1918-ci ildə 820 nəfər əhalisi olmuşdur. Kəndi elə yandırmışlar ki, bir həftə belə tüstü ilə birlikdə yanan insan bədəninin qoxusu xeyli aralıdan hiss olunmuşdur. Bununla da “əzabkeş” ermənilər Gümüşə də birdəfəlik sahib olmuşlar.
Gümüş Minillik
Gümüş Minillik (シルバーミレニアム, Shirubāmireniamu) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" mediafranşizində istifadə olunan qavrayış. Gümüş Minillik Seylor döyüşçülərinin reinkarnasiya olmamalarından qabaq Ay Krallığında hökm sürən təntənəli dövrdür. Bu dövrdə Ay Krallığı və digər planetlər sülh şəraitində yaşamışdır. Gümüş Minillik ilə personajların keçmiş həyatları əlaqələnir. Orijinal Gümüş Minillik qədim Qızıl dövrü kimi təsvir olunmuşdur. İnsanlar sülh içərisində yaşayırdılar, seriyada yer alan Yer və Ay Krallıqları arasındakı münasibətlər yaxşı idi. İngilis dublajına görə Ay Krallığı 1000 il əvvəl, orijinal manqaya görə isə krallıq tarix öncəsi dövrdə mövcud olmuşdur. Adına baxmayaraq, Gümüş Minillik 1000 ildən daha uzun çəkmişdir. Ay Krallığının başçısı seriyanın yan personajlarından biri olan Kraliça Serenitidir və krallığın sarayı Sereniti dənizində yerləşir. Ay Krallığı seriyanın əsas personajları olan Şahzadə Sereniti və Seylor döyüşçülərinin vətənidir.
Gümüş medal
Gümüş medal — mükafat olaraq istifadə edilən medal növlərindən biri. İdmanda gümüş medal, adətən yarışda ikinci yeri qazanan iştirakçıya təqdim edilir. Birinci və üçüncü yeri tutan qaliblər müvafiq olaraq qızıl medal və bürünc medallarla mükafatlandırılır. == Olimpiya oyunları == 2004-ci ildən başlayaraq və Afina Olimpiya oyunlarının, ənənələrindən uzaqlaşdılar və medal hər iki tərəfin təşkilatçılarının unikal dizaynına əsasən hazırlandı.
Gümüş qol
Gümüş qol — futbolda pley-off mərhələsinin oyunlarında əsas vaxt (90 dəqiqə) başa çatdıqdan sonra bərabər nəticə olan halda qalibi müəyyənləşdirmək üçün 2003–2004-cü illərdə istifadə olunan üsul. Eyni anda əlavə vaxt (hər biri 15 dəqiqədən ibarət 2 hissə) təyin edilir. Qaydaya görə, əgər hər hansı əlavə hissə ərzində komanda qol vurarsa, onda əvvələr tətbiq olunan "qızıl qol" qaydasından fərqli olaraq oyun bitmir və həmin hissənin sonuna qədər davam edir, daha dəqiq isə əgər ilk əlavə hissə qalibi müəyyənləşdirsə, onda ikinci əlavə hissə oynanılmır və oyun bitmiş sayılır. Əgər ilk əlavə hissə başa çatdıqdan sonra hesab heç-heçə olarsa, onda əlavə vaxt tam oynanılır. Əgər əlavə vaxt keçdikdən sonra heç bir komanda qol vura bilmədisə və ya eyni sayda qol vurdusa, onda qalib əvvəlki kimi penalti seriyası vasitəsilə müəyyən olunur. 2004-cü ildə keçirilən UEFA Avropa çempionatı "Gümüş qol"un tətbiq edildiyi yeganə böyük turnir olmuşdur, özü də bu üsulun taleyi hələ turnirin başlamasından əvvəl həll olunmuşdu, çünki 2004-cü ilin fevral ayında "iki overtaym və penalti" klassik formatının qaytarılması qəbul olundu. Matçın nəticəsinə təsir edən yeganə "gümüş qol"u helə məhz bu turnirdə vuruldu, qol Yunanıstan — Çexiya arasında oynanılan yarımfinalın birinci əlavə hissəsində vurulmuşdur. Qolun müəllifi Yunıstan millisinin oyunçusu Trayanos Dellas olmuşdur. Maraqlıdır ki, ilk "qızıl qol"u da məhz Çexiya yığması 1996 Avropa çempionatının finalında buraxmışdır. "Gümüş qol" qaydasının qüvvədə olduğu zamanı əlavə vaxtda vurulan qalan bütün qollar əlavə olunan ikinci hissədə qeydə alınmışdır, beləliklə bir qayda olaraq oyunların nəticələrinə təsir göstərməmişdir.