Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Haşimilər
Haşimilər (ərəb. الهاشميون‎) və ya Haşim sülaləsi - İordaniyanı 1921-ci ildən bəri idarə etmiş sülalə. Bu sülalə Hicaz Krallığı (1916-1925), Suriya Ərəb Krallığı (1920) və İraq Krallığının (1921-1958) hakim ailəsi olmuşdur. Haşimilər 10-cu əsrdən sonra təkrar-təkrar, əsasən, xarici qüvvələrin vassalı kimi Məkkə şəhərini idarə etdilər. Birinci Dünya müharibəsindən sonra Britaniya İmperiyası ilə qurduğu müttəfiqlik sayəsində Hicaz, Suriya, İraq və İordaniyanın taxtı Haşimi ailəsinə verilmişdi. Tarixdə bu razılaşma Şərifi həlli adlanır. Ailə Haşimilər olaraq da adlandırılan, Məkkə şərifi Həsənilərin qollarından biri olan Dəvu Əvna aiddir. Onların eyniadlı əjdadı olaraq qəbul edilən Haşim ibn Əbdi Mənəf Məhəmməd peyğəmbərin ulu babasıdır. Haşimilərin əjdadı Qətədə ibn İdris daxil olmaqla, Məkkənin Həsəni şərifləri Məmlüklərin son mərhələsində və Osmanlının erkən dövrlərində Sünniliyin Şafi məzhəbinə keçənə qədər, Zeydi şiələr idi. Hal-hazırkı sülalənin əsasını 1908-ci ildə II Əbdülhəmid tərəfindən Məkkə şərifi olaraq təyin edilən Hüseyn ibn Əli əl-Haşimi qoymuşdur.
İordaniya Haşimilər Krallığı
İordaniya, rəsmi adı: İordaniya Haşimilər Krallığı (ərəb. المملكة الأردنية الهاشمية‎‎; ərəb. الأردن‎‎) — Yaxın Şərqdə yerləşən ərəb dövləti. Şimalda Suriya, şimal şərqdən İraq, cənubdan Səudiyyə Ərəbistanı, qərbdən İsrail və Fələstinlə həmsərhəddir. İordaniya İsrail və Fələstin Muxtariyyəti ilə Ölü dənizdə, Aqaba körfəzində isə İsraillə, Səudiyyə Ərəbistanı və Misirlə qonşu dövlətlərdir. Dövlət quruluşu konstitusiyalı monarxiyadır, dövlət dili ərəb dili, dövlət dini islam dinidir. Pul vahidi İordaniya dinarıdır. İordaniya mütləq formalı idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Milli bayram günü olan müstəqillik günü (1946) 25 mayda qeyd olunur. Ölkə Konstitusiyası 11 yanvar 1952-ci ildən qüvvədədir.
Dərbənd Haşimiləri
Dərbənd əmirliyi — Dərbənd ərazisində olan qədim dövlət. == Dərbəndin ərəblər tərəfindən işğalı == Azərbaycanı tutmuş ərəblər "Bab əl-Əbvab" (və ya "əl-Bab" -"qapılar qapısı") adlandırdıqları sərhəd şəhəri Dərbəndi Xilafətin Qafqazdakı iri istinad məntəqəsinə çevirdilər. Uzun müddət bu şəhəri xəlifənin təyin etdiyi ərəb sərkərdələri idarə edirdilər. Onların başlıca vəzifəsi şimaldan olan hər bir hücumun, xüsusilə xəzərlərin müdaxiləsinin qarşısını almaq idi. IX əsrin ortalarınadək bu vəzifə xüsusi təyinatla yerinə yetirilirdi, lakin 851-ci ildə xəlifə əl-Mütəvəkkil Dərbəndi və onun ətraf vilayətlərini o zaman Azərbaycan, Arran və Ərminiyə hakimi olan Məhəmməd ibn Xalid ibn Yəzid əş-Şeybaniyə iqta payı kimi bağışladı. 861-ci ildə xəlifənin ölümündən sonra türklərin Bağdaddakı fəaliyyəti ilə əlaqədar Xilafət ərazisində çaxnaşmalar baş verdi. Müstəqilliyə can atan bir çox feodallar, o cümlədən Məhəmmədin mərkəzi hakimiyyətlə əlaqəsini tamam kəsərək, Şirvanı müstəqil elan etmiş qardaşı Heysəm ibn Xalid bundan istifadə etdilər. 869-cu ildə, qiyam etmiş türk əmirlərinə qarşı Xilafət mərkəzində mübarizə aparıldığı bir zamanda, Haşim ibn Suraka əs-Suləmi Dərbəndin müstəqil idarə edilməsinə nail oldu. O dövrün hadisələrini bizə çatdıran qaynaqda deyilir: "Əl-Mütəvəkkil öldürüldükdən sonra Xilafət parçalandığına, türk məvaliləri dövlətin idarəsini ələ keçirtdiklərinə görə, əl-Bab əhalisi və sərhədyanı vilayətlərin qazıları (yəni din uğrunda döyüşən əsgərləri) bir yerə yığılaraq, Haşimi öz əmirləri etdilər, ona böyük itaət göstərdilər" Ərəb və yerli qaynaqların başqa məlumatlarından aydın olur ki, Haşimin Sulaym nəslinə mənsub, mənşəcə ərəb olan sələfləri hələ VIII əsrin I yarısında Dərbənd şəhərinin siyasi həyatında fəal rol oynamış, onlardan biri Əsəd ibn Zafir əs-Suləmi 736-cı ildə xəlifənin fərmanı ilə Dərbənd hakimi təyin edilmişdi. Onun digər xələflərinin, Harun ər-Rəşidin hakimiyyəti dövründə Dərbənd hakimi olmuş Nəcm ibn Haşimin və onun Azərbaycan və Ərminiyənin ərəb hakiminə qarşı üsyan etmiş oğlu Həyyunun adları bu dövrdə Azərbaycanda baş vermiş böyük hadisələrlə bağlıdır.
Həşişilər
Xaşaşilər, Həşişilər və ya Assasinlər (ərəb. الحشاشين‎ — Assasin, Haşaşın, Haşışın, Hassassin, Haşaşiyyın; fars. حشیشیون/Hašišiyun‎) — Şiəliyin İsmaililər məzhəbinin Nizarilər qoluna aid olan qruplaşma. Həsən Sabbah tərəfindən 1090-cı ildə Ələmut qalasında yaradılan Nizari İsmaili dövlətinin ordusuna verilən ad. Xaşxaşilər siyasi məqsədlər üçün həyata keçirdikləri qətllərə görə ad çıxarmışdılar. XIV əsrin ortalarında xaşxaşilərin adının Avropa dillərindəki tələffüzünə uyğun olan "assasin" sözü bir çox Avropa dillərinə qatil kimi tərcümə edilməyə başladı və indiyədək də həmin mənada qalmaqdadır. == Adın etimologiyası == "Xaşiyyə" sözünün nizarilərə münasibətdə işlənməsinə XII əsrin əvvəllərindən yazılı mənbələrdə rast gəlmək olar. Bu zamana qədər ismaililiyin iki cərəyanı — Fatimi Misirində möhkəmlənmiş nizarilər və mustalitlər arasında polemika kəskinləşdi. Fatimi xəlifəsi əl-Əmirin dövründə yazılmış əsərlərdən birində 1122-ci ildə Suriya nizariləri ilk dəfə Həşişiyyə adlandırılmışdır. Bu termin yenidən onlara münasibətdə Səlcuq salnaməsi "Nüsrətül-fətrə"də (1183), eləcə də tarixçilər Əbu Şama (vəf.
Fatimilər xilafəti
Fatimilər xilafəti (ərəb. الخلافة الفاطمية‎, əl-Xilafa əl-Fatimiyyə) — Fatimilərin idarə etdiyi hərbi-teokratik dövlət. Şimali Afrikada yaranmışdır. Antifeodal xarakter daşıyan ismaililər hərəkatının genişlənməsindən istifadə edən ilk Fatimi xəlifəsi Ubeydullah əl-Mehdi (909–934) ərəb və bərbər tayfalarının köməyi ilə Əğləbiləri hakimiyyətdən salaraq Fatimilər xilafətinin əsasını qoymuşdu. O, az bir muddətdə Mərakeş istinsa olmaqla bütün Şimali Afrikanı tutmuşdur. Yarım əsr sonra Misir və Suriya da Fatimilər xilafətinə daxil edilmişdir. 969-cu ildə Fatimi sərkərdəsi Cauhər Misiri tutmuş və Qahirə şəhərinin əsası qoyulmuşdur. 973-cü ildə ildə Qahirə xilafətin paytaxtı elan edilmişdir. X əsrin sonunda Fatimilərin hakimiyyəti Suriyadan Mərakeşə qədər yayılmışdı. Fatimi xəlifələri (xəlifə eyni zamanda ismaili imamı sayılırdı) tədricən feodal hakimlərinə çevrilmişdilər.
Fatimilər sülaləsi
Fatimilər sülaləsi (ərəb. الفاطميون‎) — ərəb xəlifələri sülaləsi (909–1171). İslam dininin şiə məzhəbindən olan fatimilər özlərini Məhəmmədin qızı və dörduncu xəlifə Əlinin arvadı Fatimənin nəslindən hesab edirdilər. Sülalə Şimali Afrikada, Misirdə, Suriyada, Yəməndə hökmranlıq etmişdir. Sülalənin banisi Ubeydullah Mehdi (909—934) idi. Fatimi xəlifələrindən Muizz (953—975), Hakim (996—1021) və Müstənsirin (1036—1094) fəaliyyəti daha geniş olmuşdur.
Nasirilər
Nasirilər sülaləsi (ərəb. بنو نصر) — İspaniyada hakimiyyətdə olmuş sonuncu ərəb və müsəlman sülaləsi. Əsası 1232-ci ildə I Məhəmməd ibn Nəsr tərəfindən qoyulmuş və 2 yanvar 1492-ci ildə, əmir XII Məhəmmədin hakimiyyəti dövründə birləşmiş Kastiliya və Araqon krallıqları qarşısında süquta uğramışdır. Nasirilər dövründən qalan ən məşhur abidə Qranadada yerləşən Əlhambra sarayıdir.
Nasirilər sülaləsi
Nasirilər sülaləsi (ərəb. بنو نصر) — İspaniyada hakimiyyətdə olmuş sonuncu ərəb və müsəlman sülaləsi. Əsası 1232-ci ildə I Məhəmməd ibn Nəsr tərəfindən qoyulmuş və 2 yanvar 1492-ci ildə, əmir XII Məhəmmədin hakimiyyəti dövründə birləşmiş Kastiliya və Araqon krallıqları qarşısında süquta uğramışdır. Nasirilər dövründən qalan ən məşhur abidə Qranadada yerləşən Əlhambra sarayıdir.