Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hacıəmir-i Vanəbin (Astara, İran)
Hacıəmir-i Vanəbin (fars. حاج اميرونه بين‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 194 nəfər yaşayır (58 ailə).
Hacıəmirkəndi (Pərsabad)
Hacıəmirkəndi (fars. حاج اميركندي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 272 nəfər yaşayır (48 ailə).
Qışlaq-i Hacıəmirfərman (Pərsabad)
Qışlaq-i Hacıəmirfərman (fars. قشلاق حاج اميرفرمان‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 45 nəfər yaşayır (11 ailə).
Qışlaq-i Hacıəmirməhərrəm (Pərsabad)
Qışlaq-i Hacıəmirməhərrəm (fars. قشلاق حاج اميرمحرم‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 83 nəfər yaşayır (21 ailə).
Qışlaq-i Hacıəmirməşədisəfər (Pərsabad)
Qışlaq-i Hacıəmirməşədisəfər (fars. قشلاق حاج اميرمشهدي صفر‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 97 nəfər yaşayır (21 ailə).
Hacıəmiroğulları bəyliyi
Hacıəmiroğulları (türk. Haciemiroğulları), həmçinin Əmiroğulları (türk. Emiroğulları), Hacimiroğulları (türk. Hacimiroğulları) və ya Bayramoğulları (türk. Bayramoğulları) — 1301–1427-ci illər arasında mövcud olan Anadolu bəyliyi, həmçinin onu quran və idarə edən türk sülaləsi. Bizans və Trebizond salnaməçiləri onu "Xalibiya əmirliyi" adlandırırdılar. Kiçik bir padşahlıq olduğu üçün mənbələrdə bu haqda az məlumat verilmişdir. Bəylik kiçik bəyliklər qrupunun bir hissəsi idi və onlar ümumi olaraq Canik bəylikləri adlanırdı. Hacıəmiroğulları bu bəyliklərin ən şərqində idi, Trebizond imperiyası ilə birbaşa həmsərhəd olan ərazini tuturdu.
Qaraçay-i Hacıəli (Bostanabad)
Qaraçay-i Hacıəli (fars. قره چاي حاج علي‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 508 nəfər yaşayır (103 ailə).
Ehsan Hacsəfi
Ehsan Hacsəfi (Ərəb Əlifbası ilə: احسان حاج صفی) (25 fevral 1990[…], Kaşan, İsfahan ostanı) — İranlı futbol yarımmüdafiəçisidir. Hacsəfi 2011-ci ilin iyun ayında Təbrizin Traktor Sazi klubuna qoşulubdur. O Traktor Sazi klubuna gələndən öncə Sipahan klubunda oynamışdır. Hacsəfi İran milli futbol komandasında da oynayır.
Hacımir (Miyanə)
Hacımir (fars. قارابلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 76 nəfər yaşayır (26 ailə).
Hacıvəli (Qars)
Hacıvəli — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 387 nəfərdir (2022).
Fərzad Hatəmi
Fərzad Hatəmi (fars. فرزاد حاتمی‎; 3 yanvar 1986, Tehran, İran) — İran futbolçusu. == Həyatı == Fərzad Hatəmi 3 yanvar 1986-cı ildə İranın paytaxtı Tehranda Zəncanlı bir Azərbaycan əsilli bir Türk ayilədə anadan olmuşdur. == Karyera == Əvvəlki klubları: Rah Ahən, Qəbələ, Sipahan, Səba Qum, Traktor Sazi, İstiqlal, Fulad, Persepolis Tehran, Mələvan Ənzəli. 2016-cı ildə bir daha Tiraxtur klubuna qoşuldu.
Heydər Hatəmi
Heydər Hatəmi (3 mart 1945, Hadişəhr, Şərqi Azərbaycan ostanı) — İran azərbaycanlısı olan rəssam. O, öz rəsm əsərlərini miniatür və təzhib kimi klassik şərq üslublarında müasir elementlərlə birgə işləyir. == Təhsili == İbtidai və orta təhsilini anadan olduğu Hadişəhrdə almışdır. Orta məktəbi bitirdikdən sonra Təbriz İncəsənət Akademiyasında təhsil almışdır. Sonrakı təhsilini isə Tehran İncəsənət Universitetində almışdır. == Həyatı == 1945-ci ildə Araz çayı yaxınlığında və sərhəd regionunda yerləşən Hadişəhrdə anadan olmuşdur. 1983-cü ildə Türkiyəyə köçmüşdür. Müasir dövrdə ən məşhur İran rəssamlarından və xaricdə fəaliyyət göstərən ən məşhur azərbaycanlılardandır. 1997-ci ildə isə ABŞ-yə köçmüşdür. 1997-ci ildən Qətər kraliyyət ailəsinin saray rəssamıdır.
Hüseyn Hatəmi
Hüseyn Xatəmi (d. 12 dekabr 1938, İstanbul, Türkiyə) — Azərbaycan əsilli türk alim, yazıçı və hüquq professoru. == Həyatı == 1898-də İranın Salmas şəhərindəda doğulan Əli Əsgər Xatəmi ilə 1910-cu ildə İstanbulda doğulan əslən azərbaycanlı Cəmilə xanımın əkiz uşaqlarından biri olaraq dünyaya gəldi. Əkiz qardaşı Həsən Xosrov Xatəmi daxili xəstəlikləri professorudur. Tam adı Hüseyn Pərviz olduğu halda ikinci adının İslam peyğəmbərinin məktubunu cıran Sasani hökmdarından gəldiyini öyrəndikdən sonra bu adı məhkəmə qərarı ilə sildirmişdir. == Təhsili == Tələt paşa ibtidai məktəbini və Şişli orta məktəbini bitirmişdir. 1956-cı ildə Atatürk Kişi Liseyindən məzun olmuşdur. 1960-cı ildə İstanbul Universiteti Hüquq fakültəsindən məzun olmuşdur. 1961-ci ildə İstanbul Universiteti Hüquq fakültəsinin Mədəni hüquq kafedrasına təyin olunmuşdur. == Fəaliyyəti == 1973-cü ildə vəkil Kezban Hatəmi evlənmişdir.
Leyla Hatəmi
Leyla Hatəmi — İranın kino və televiziya aktrisası. == Filmoqrafiya == Bomba (1396) Domuz (1396) Crazy Doll (1395) Yuxu yatağı (1394) I (1394) Dünyada neçə saatdır?
Neyyerzaman Hatəmi
Neyyerzaman Mehdiqulu qızı Hatəmi (1916 – 2000) — şərqşünas alim, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin professor (1970), Azərbaycan SSR Əməkdar elm xadimi. 1916-cı ildə İranda doğulmuşdur. 1936-cı ildə Tehran Universitetinin Pedaqogika fakültəsinə daxil olmuşdur. Bu fakültəni uğurla bitirdikdən sonra Tehran Universitetinin Filologiya fakültəsində təhsil almışdır. 1946-cı ildən Azərbaycan Dövlət Universitetində çalışmışdır. 1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1970-ci ildə professor elmi adı almışdır. İran filologiyası kafedrasında müəllim, baş müəllim, dosent, professor vəzifələrini tutmuşdur. Bu illər ərzində fars təmayüllü məktəblərin I-XI sinifləri, digər orta məktəblərin V-XI sinifləri üçün bir çox dərsliklər yazmışdır. Fars danışıq dili və Tehran dialektinə həsr olunmuş əsərləri Azərbaycan şərqşünas-lığında yüksək qiymətləndirilir. 1999-cu ildə Tehranda nəşr olunmuş 60 min sözü əhatə edən ikicildlik «Farsca-Azərbaycanca sözlük» əsəri İran dilçiliyi sahəsində əldə edilmiş nailiyyətlərdəndir.
Məhəmməd Hatəmi
Seyid Məhəmməd Xatəmi (farsca: سید محمد خاتمی) 29 sentyabr 1943 və ya 14 oktyabr 1943, Ərdəkan, Yəzd ostanı) 1997–2005-ci illərdə vəzifədə olmuş olan, İranın V prezidentidir. O,fars, ərəb, həmçinin də elmi işlərini davam etdirəcək qədər ingilis və alman dillərini bilir. Müxtəlif vaxtlarda universitetlərdə mühazirələr də oxuyan Hatəminin "Vilayət kimə aiddir" (1979) və "Ənənə, modernizm və inkişaf" (1996) kimi bir çox məqalələri ilə bərabər, "Dalğa qorxusu", "Şəhər dünyasından dünya şəhərinə", "Tiranlıq məngənəsində düşüncə və iman" (2000) kimi kitabları, həmçinin də onun çıxışlarının da içində olduğu Siyasi İnkişaf, İqtisadi İnkişaf və Təhlükəsizlik (2000), İslam, Mənəviyyat və İslam İnqilabı (2000), Qadınlar və Gənclər (2000) adlı kitabları da mövcuddur. 1961-ci ildə orta məktəbi bitirdikdən sonra dini təhsil almaq üçün Qum mədrəsəsinə getmişdir. 1969-cu ildə isə İsfahan Universitetinin fəlsəfə fakültəsini bakalavr dərəcəsi ilə başa vurmuşdur. Tehran Universitetində Təhsil Elmləri üzrə magistr dərəcəsində təhsilini davam etdirmişdir. Daha sonra isə məşhur Qum mədrəsəsində fiqh üzrə təhsilinə davam etmişdir. O, siyasi fəaliyyətə 1962-ci ildən başlamışdır. O, xüsusilə ilk növbədə Xomeyninin bəyannamələri olmaqla, siyasi bəyannamələrin və elanların çoxaldılması və yayılması işlərini öz üzərinə götürmüşdür. İsfahan Universitetindəki İslam Tələbələri Assosiasiyasının fəaliyyətlərində yaxından iştirak etmişdir.
Abdulla Əmir Haşımi
Abdulla Əmir Haşimi (Cavanşir) Əmirbahadır oğlu (1950) – publisist, tərcüməçi, jurnalist == Həyatı == 1950-ci ildə Güney Azərbaycanda, Təbrizin ətrafında yerləşən Həştəri mahalında zəhmətkeş ailədə dünyaya göz açıbdır. Bir yaşında Təbrizə köçən A. Əmir Haşimi, ibtidai məktəb təhsili ilə həmzaman hələ uşaqlıq illərindən ailəsinin iqtisadi vəziyyətindən asılı olaraq işləməyə başlayıb. İbtidai məktəb dövründən oxumağa marağı olan A. Əmir Haşimi, cəmiyyətin ona yaratdığı dar şəraitdən irəli gələn minlərcə sualın cavablarını oxuduğu kitablarda axtarırdı. Orta təhsilini riyaziyyat ixtisasında Təbrizin məşhur Firdovsi gimnaziyasında alıb. Təbriz Universitetinin fizika fakültəsində oxuyarkən, həmzaman axşamlar oxuduğu texniki institutu bitiribdir. Təbriz Universitetində təhsilini davam edərkən, Təbrizin gimnaziyalarında fizika elmini tədris edib. 1974-cü ildə atası vəfat etdikdən sonra, ailəsinin məişətini idarə etmək üçün, günortadan sonra Sofiyanın sement zavodunda teknisyən kimi işə başlayıb. 1973-cü ildən dostları ilə milli və siyasi qrupları təşkil etdiklərinə və Şah rejiminin əleyhinə apardıqları fəaliyyətə görə 1976-cı ildə bir neçə dostu həbsə alınır və A. Əmir Haşimi gizli yaşamağa və yeraltı fəaliyyətə məcbur olur. Ancaq bir il sonra o da həbs olunur. Lakin inqilab başlamışdı və Azərbaycan xalqı meydana gəlmişdi.
Həsən Xosrov Hatəmi
Həsən Xosrov Xatəmi (d. 12 dekabr 1938, İstanbul, Türkiyə) — Azərbaycan əsilli türk tibb professoru, daxili xəstəliklər mütəxəssisi, yazıçı, şair. == Həyatı == 1898-də İranın Salmas şəhərində doğulan Əli Əsgər Xatəmi Bəy ilə 1910 da İstanbulda doğulan Azərbaycan immiqrantı Cəmilə xanımın əkiz uşaqlarından biri olaraq dünyaya gəlmişdir. Əkiz qardaşı Hüseyn Xatəmi hüquq professorudur. 1959-cu ildə qələbə yoldaşı Sezer Göze ilə tanış olmuş, 1963-cü ildə evlənmişdir. Bu evlilikdən iki övladı: İbrahim və Aybikə olmuşdur. 2007-ci ildə özü kimi daxili xəstəliklər sahəsi üzrə mütəxəsis olan oğlu tərəfindən bağırsaq xərçəngi diaqnozu qoyulmuşdur. === Təhsili === Tələt paşa ibtidai məktəbini və Şişli orta məktəbini bitirmişdir. 1956-cı ildə Atatürk Kişi Liseyindən məzun olmuşdur. 1962-ci ildə İstanbul Universitetinin Tibb fakültəsini bitirmişdir.
Məhəmməd Hatəmi Tantəkin
Məhəmməd Hatəmi Tantəkin ― Azərbaycanda milli azadlıq hərəkatının rəhbərlərindən biri, Milli Qurtuluş Partiyasının və Çənlibel təşkilatının qurucusudur. I Qarabağ müharibəsində "Milli Qurtuluş" batalyonunun tərkibində döyüşlərdə iştirak edib. Məhəmməd Hatəmi 1935-ci il iyulun 22-də Astara şəhərində anadan olub. 1945-ci il dekabrın 12-də mərkəzi Təbriz olan Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Azərbaycan Demokrat Firqəsinin gənclər təşkilatına üzv olub. Azərbaycan Milli Hökuməti dağıdıldıqdan sonra isə ailəsi ilə birlikdə əvvəlcə Qaraçala kəndinə sonra Şamaxıya daha sonra isə Xudata köçürülürlər. 1956-cı ildə Xudat şəhərində məktəbi bitirir. 1957-ci ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1963-cü ildə Şeyx Məhəmməd Xiyabani haqqında yazdığı diplom işi ilə universiteti bitirib. Azərbaycan Demokrat Firqəsinin üzvü olub və onun mətbuat orqanı olan "Azərbaycan" qəzetində yazıb. O dövrdə bir neçə partiya yoldaşı ilə birlikdə Azərbaycan Demokrat Firqəsinin sədri olan Qulam Yəhyaya qarşı çıxıb və onun istefa verməsini tələb edib.
Qışlaq-i Hacınəsi (Pərsabad)
Qışlaq-i Hacınəsi (fars. قشلاق حاجي نصي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 135 nəfər yaşayır (19 ailə).
Hacılı
Kəndlər Hacılı (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsində kənd. Hacılı (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Hacılı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Sarı Hacılı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
"Hillsboro" faciəsi
== Məzmun == 15 aprel 1989-da 24,000 "Liverpul" azarkeşi bir futbol matçı izləməyə getdi. 96-sı heç vaxt geri qayıtmadı. İngiltərə futbol tarixində yaşanmış ən faciəli hadisələrdən biri də Hillsboro faciəsidir. 15 aprel 1989-cu ildə baş vermiş bu faciədə 96 nəfər azarkeş həlak olmuş, 766 nəfərsə müxtəlif dərəcəli xəsarət almışdır. Hadisə Şeffild qraflığında yerləşən "Hillsboro" stadionunda "Nottinhem Forest" və "Liverpul FK" komandaları arasında keçirilən yarımfinal qarşılaşması zamanı baş vermişdi. Ölkə kuboku uğrunda yarımfinal matçı saat 15.00-a təyin edilmişdi. Oyuna marağın böyük olacağını və turniketlərin buraxılış səviyyəsinin aşağı olduğunu nəzərə alan təşkilatçılar klubun azarkeşlərinə müraciət edərək, stadiona bir qədər tez gəlməyi xahiş etmişdi. Lakin bu çağırış da faciənin qarşısını ala bilməmişdi. Bundan başqa, oyuna 10 dəqiqə qalmış azarkeşlərlə yanaşı stadiona 4 minə yaxın biletsiz tamaşaçı da daxil olmağa cəhd göstərmişdi. Nəticədə turniketlərin qarşısında böyük sayda azarkeş cəmləşmişdi.
Aberfan faciəsi
Aberfan faciəsi — 21 oktyabr 1966-cı ildə baş verən kütlə sürüşməsi nəticəsində kütləvi insan ölümü ilə nəticələnən hadisədir. Qurbanların sayı 116-sı uşaq olmaqla 144 nəfər idi. == Fəlakətin səbəbləri == Cənubi Uelsin Aberfan kəndi kömür mədəninə yaxın yerləşirdi. Mədən böyük qaya yığınlarını yer səthinə tullayırdı. Bu zibilliklərdən biri ətəyində yerli məktəbin yerləşdiyi dağın yamacında idi. Onun hündürlüyü 34 metrə çatırdı. Sonradan məlum olur ki, tullantı qismən qrunt suları ilə yuyulan əraziyə də atılır. Qəti qadağan edilməsinə baxmayaraq Milli Kömür Şurasının işçiləri buna məhəl qoymurlar. 1966-cı ilin oktyabr ayının Uelsdə çox yağışlı keçməsi fəlakət üçün son təkan olur. == Fəlakət == Oktyabrın 21-i səhər saat 9:15 radələrində dağın zirvəsi yerindən tərpənir və təxminən 110 min kubmetrə yaxın süxur aşağı doğru sürüşür.
Alakat faciəsi
Alakat faciəsi və ya Alakat üsyanı — 1929-1930-cu illərdə məcburi kollektivləşdirməyə qarşı çıxmaq istəyən kəndlilərin aldadılması nəticəsində baş vermiş faciə. Nəticədə 800 nəfər həbs olunmuş 42 nəfəri isə güllələnmişdir. == Tarixi arayış == 1929-cu ilin sonu 1930-cu ilin əvvəllərində Krımda gedən məcburi kollektivləşdirmə həm də krım tatar ənənələrini də məhv ediridi. "Qolçomaq" elan olunan Krım tatarları ölkənin şimal bölgələrinə sürgün edilirdilər. İnsanların sürgün edilməsi və məcburi kollektivləşdirmə insanların narazılığını artırırdı və bu yeni kəndli üsyanlarına səbəb olurdu. Bu üsyanlar öz adını Krımın cənub sahillərində yerləşən Alakat dərəsindən alıb. Üsyan qəddarlıqla yatırıldı və öz ardınca yeni repressiya dalğası da gətirdi. == Hadisələrin gedişatı == 1929-cu ilin ikinci yarısında XDİK Krımda Sovet İttifaqının düşmənlərini və etibarsız elementləri müəyyən etmək üçün əməliyyat keçirirdi. Onları müəyyən etmək üçün həm də provakasiya metodundan da istifadə olunurdu. Üsküt kəndində əslən Karasubazardan olan P.Popov adında biri yerli sakinləri məcburi kollektivləşdirməyə qarşı qalxmağa təhrik edir və kolxoza getmək istəməyən sakinlərin adlarını siyahıda qeyd edərək XDİK-a təqdim edir.
Alxanlı faciəsi
Alxanlı hücumu və ya Alxanlı faciəsi — 2017-ci il iyulun 4-də saat 20:40 radələrində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı yaşayış məntəqəsinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində törədilən hücumdür. Bu hücum nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həyatını itirmişdir. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə hərbi hospitala çatdırılaraq əməliyyata götürülmüşdür. Hücum zamanı həyatını itirən yaş yarımlıq Zəhra Quliyeva 1994-cü ildə Birinci Qarabağ müharibəsinin başa çatmasından sonra Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində öldürülən sayca üçüncü azərbaycanlı uşaq idi. Bu hücum beynəlxalq ictimaiyyət və bir-sıra xarici dövlətlərin rəsmiləri, parlament üzvləri tərəfindən qınanmışdır. == Zəmin == 1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər davam edən Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itgin düşmüşdür. 1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2017-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir. Sonuncu belə silahlı toqquşma 2016-cı iin 2–5 aprelində Dağlıq Qarabağ təmas xəttində baş vermişdir.
Heyzel faciəsi
Heyzel stadionu faciəsi — adlandırılan bu hadisə 29 may 1985-ci ildə Belçikanın Brüssel şəhərində İtaliyanın Yuventus FK və İngiltərənin Liverpul FK klublarının Çempion Klublar Kuboku finalında qarşılaşmasından əvvəl baş vermişdir. Hadisə zamanı izdihamdan qurtulmağa çalışan azarkeşlər divarda sıxışdırılmış, çoxluğunu Yuventus azarkeşləri təşkil etməklə 39 nəfər həlak olmuş, 600 insan isə yaralanmışdır. Yuventus-Liverpul final qarşılaşması başlamazdan təxminən 1 saat əvvəl böyük bir qrup Liverpul azarkeşi hasarları aşaraq "neytral ərazi" adlandırılan, əsasən Yuventus azarkeşlərinin olduğu tribunaya daxil olmuşdular. Azarkeşlər terraslara və təhlükədən qurtulmaq üçün beton istinad divarlarına doğru qaçdılar. Divara yaxın yerdə oturan azarkeşlər əzildi, sonda isə divar uçdu. Bir çox insan yuxarı dırmaşaraq təhlükədən qurtuldu, lakin digərləri qurtula bilməyib həlak oldu və yaxud ağır şəkildə yaralandı. Oyun azarkeşlərin yenidən yarada biləcəyi zorakılığın qarşısını almaq üçün oynandı və Yuventusun 1–0-lıq qalibiyyəti ilə nəticələndi. Faciə UEFA’nın ingilis klublarını bütün UEFA müsabiqələrindən uzaqlaşdırılması ilə nəticələndi. Bu qadağa 1990–91 sezonundan etibarən aradan qaldırıldı, lakin Liverpula əlavə 3 il cəza verilməklə bu güzəştdən istisna edildi. Daha sonra cəza 1 ilə endirildi.
Hillsboro faciəsi
== Məzmun == 15 aprel 1989-da 24,000 "Liverpul" azarkeşi bir futbol matçı izləməyə getdi. 96-sı heç vaxt geri qayıtmadı. İngiltərə futbol tarixində yaşanmış ən faciəli hadisələrdən biri də Hillsboro faciəsidir. 15 aprel 1989-cu ildə baş vermiş bu faciədə 96 nəfər azarkeş həlak olmuş, 766 nəfərsə müxtəlif dərəcəli xəsarət almışdır. Hadisə Şeffild qraflığında yerləşən "Hillsboro" stadionunda "Nottinhem Forest" və "Liverpul FK" komandaları arasında keçirilən yarımfinal qarşılaşması zamanı baş vermişdi. Ölkə kuboku uğrunda yarımfinal matçı saat 15.00-a təyin edilmişdi. Oyuna marağın böyük olacağını və turniketlərin buraxılış səviyyəsinin aşağı olduğunu nəzərə alan təşkilatçılar klubun azarkeşlərinə müraciət edərək, stadiona bir qədər tez gəlməyi xahiş etmişdi. Lakin bu çağırış da faciənin qarşısını ala bilməmişdi. Bundan başqa, oyuna 10 dəqiqə qalmış azarkeşlərlə yanaşı stadiona 4 minə yaxın biletsiz tamaşaçı da daxil olmağa cəhd göstərmişdi. Nəticədə turniketlərin qarşısında böyük sayda azarkeş cəmləşmişdi.
Kərbəla faciəsi
Kərbəla döyüşü və ya Kərbəla hadisəsi — 10 oktyabr 680-ci ildə bugünkü Kərbəla şəhəri yaxınlığında İslam peyğəmbəri Məhəmmədin nəvəsi Hüseyn ibn Əli ilə Əməvi xəlifəsi I Yezid arasında baş vermiş döyüş. Bu döyüş İslam aləmində, xüsusən Şiə və Ələvilikdə böyük önəm daşıyır. Məhəmmədin qızı Fatimənin Əli bin Əbu Talibdən olan oğlu Hüseynin öldürülməsi Şiə ölkələrində hər il Aşura günü adı ilə qeyd olunur. == Münasibətlərin gərginləşməsi == Məhəmməd peyğəmbərin 632-ci ildə vəfat etməsindən sonra xilafətin kim tərəfindən idarə olunması məsələsi yarandı. Müsəlmanların bir qismi ilk əvvəl Əbu Bəkr xəlifə təyin olunmasını istəyirdilər. Bu səbəbdən Səqifədə Əbu Bəkr Məhəmməd peyğəmbərdən sonra xəlifə təyin edilir. Əbu Bəkrin ardından Ömər ibn Xəttab, Osman ibn Əffan və sonda Əli bin Əbu Talib xəlifə seçilmişdir. Şiə müsəlmanları İmam Əli bin Əbu Talibin Məhəmməd peyğəmbərə hər halda daha yaxın olmasını, uşaqlıqda onun evində böyüməsini və həmçinin Qədir-Xum hadisəsini əsas gətirərək, ilk xəlifənin İmam Əli olmasını tələb edirdilər. Digər bir qrup müsəlman isə Əlinin xəlifə təyin edilməsinə qarşı çıxırdı. Ona qarşı səsləndirilən əsas fikirlərdən biri Əli bin Əbu Talib xəlifə təyin olunana qədər özündən əvvəlki digər üç xəlifədən fərqli olaraq, heç bir döyüşdə iştirak etməməsi və öz üsulu ilə Xilafəti idarə etməsi idi.
Lokkerbi faciəsi
Lokkerbi faciəsi və ya Pan Am Hava yolları reys 123 (ing. Lockerbie bombing or Pan Am Flight 103) - 1988-ci ilin 21 dekabr tarixində, çərşənbə günü , Londonun, Hitrou Hava Limanından Nyu-Yorkun, Con Kennedi adına hava limanına doğru hərəkət edən Pan Am Hava yollarına məxsus Boeing 747-121 tipli təyyarənin səmada partladılması nəticəsində baş vermiş terror aktı. Hadisə nəticəsində təyyarədə olan 243 sərnişin və 16 heyət üzvü həlak olmuşdur. Qəzanın Şotlandiyanın 4 min əhalisi olan Lokkerbi şəhərciyi üzərində baş verməsi, qəsəbədə yaşayan 11 sakinin də ölümünə səbəb olmuşdur. Şotland polisi və Federal Təhqiqat Bürosu əməkdaşları tərəfindən üç il ərzində müştərək aparılan araşdırmalardan sonra 1991-ci ilin noyabr ayında hadisəni törətməkdə şübhəli bilinən iki Liviya vətəndaşı haqqında həbs qərarı çıxarılmışdır. Birləşmiş Millətlər Təşkilatının sanksiya və təziqlərindən sonra dönəmin Liviya lideri Muəmmər Qəddafi özünə yaxınlığını ilə tanınan, terror aktını törətməkdə şübhəli bilinən iki adamının mühakimə olunması üçün 1999-cu ildə Hollandiyaya ekstradisiya olunmasına razılıq vermişdir. 2001-ci ildə Liviya xüsusi xidmət orqanlarının əməkdaşı Əbdülbaset əl-Məgrahi Lokkerbi faciəsindəki roluna görə həbs edildi. 2009-cu ildə prostat xərçəngi diaqnozu qoyulan Əbdülbaset xəstəliyi səbəbindən azad edildi və məhkəmənin qərarı ilə yeganə təqsirli bilinən şəxs kimi 2012-ci ilin may ayında vəfat etdi. Qəddafi 2003-cü ildə verdiyi açıqlamasında Lokkerbi faciəsinə görə məsuliyyəti ölkəsinin daşıdığını bildirmiş və faciə qurbanlarının yaxınlarına təzminat ödəmişdir. Qəddafi açıqlamasında təyyarənin partladılması kimi bir göstərişin ondan xəbərsiz alındığını və özünün belə bir göstəriş vermədiyini bildirmişdir.
Naftalan faciəsi
Naftalan faciəsi və ya Naftalan terroru — 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin Goranboy rayonunun Naftalan şəhəri yaxınlıqlarında yerləşən Qaşaltı Qaraqoyunlu kəndinə artilleriya hücumu. Hadisə nəticəsində eyni ailədən 5 nəfər həlak olmuş, ailənin evi qismən dağılmışdır. Goranboy rayon prokurorluğunda hadisə ilə əlaqədar cinayət işi açılmışdır. "Amnesty International" bildirmişdir ki, artilleriyadan "heç vaxt mülki əhalinin cəmləşdiyi ərazidə istifadə edilməməlidir" və hadisəni "heç bir şeyə fərq qoymadan hücum" kimi qiymətləndirmişdir. Həmçinin, FİFA-nın baş katibi Fatma Samura hadisə nəticəsində həlak olan 13 yaşlı futbolçu Şəhriyar Qurbanov üçün başsağlığı məktubu ünvanlamışdır. Qaşaltı Qaraqoyunlu kəndi Goranboy rayonunda, kurort şəhəri olan Naftalan yaxınlıqlarında yerləşir. 2015-ci ildə kəndin əhalisi 833 nəfər idi. Qaşaltı Qaraqoyunlu münaqişə zonasından təxminən 50 kilometr (31 mil) məsafədə yerləşir. Mübahisəli Dağlıq Qarabağ regionunda etnik ermənilər çoxluq təşkil edir və de-yure Azərbaycanın bir hissəsidir, lakin Ermənistan tərəfindən dəstəklənən və beynəlxalq səviyyədə tanınmayan Dağlıq Qarabağ Respublikasının (DQR) faktiki nəzarətində olmuşdur. Etnik zorakılıq 1980-ci illərin sonlarında başlamış və 1991-ci ildə SSRİ-nin dağılması ilə müharibəyə çevrilmişdir.
Nazino faciəsi
Nazino faciəsi (rus. Назинская трагедия, translit. Nazinskaya Tragediya) - 1933-cü ilin may ayında Sovet İttifaqındakı Nazino adasına 6000 nəfərin kütləvi şəkildə deportasiyası idi. Deportasiya olunanlar, əsasən siyasi məhbuslar və kiçik cinayətkarlardan ibarət idi və onlar "xüsusi bir qəsəbə" tikmək üçün məcburi şəkildə kiçik, təcrid olunmuş, Tomskdan 540 kilometr (340 mil) şimal-qərbdə yerləşən, Qərbi Sibirdəki adaya göndərildi. Köçkünlərə yalnız yemək üçün un, az miqdarda alətlər, geyimlər və ya sığınacaq verilmişdi. Adanı tərk etməyə çalışanlar silahlı mühafizəçilər tərəfindən öldürülürdü. Adanın şəraiti geniş yayılan xəstəliklərə, hakimiyyətdən sui-istifadə, zorakılıq və kannibalizmə səbəb oldu. On üç həftə ərzində Nazino adası ilə əlaqəli deportasiyalarda 4000-dən çoxu insan öldü ya da itkin düşdü. Sağ qalanların əksəriyyətinin səhhətində problem yarandı. Nazino işi 1988-ci ilə qədər, Sovet İttifaqında qlasnost islahatları zamanı, Memorial cəmiyyəti tərəfindən araşdırma başlayanadək demək olar ki, bilinməz olaraq qalırdı.
Orli faciəsi
Orli faciəsi — 15 iyul 1983-cü ildə ASALA-nın Parisin Orli beynəlxalq hava limanında həyata keçirdiyi terror aktı. Bu terror aktı nəticəsində 8 nəfər həlak olmuş, 55 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Həlak olanlar arasında Fransa, ABŞ, İsveç və Türkiyə vətəndaşları vardı. Partlayışdan dərhal sonra fransız polisi ASALA ilə əlaqəli olan 51 nəfəri həbs etmiş, onlardan 11 nəfəri dindirilmək üçün prokurorluğa gətirilmiş və 6 nəfərə terror aktının təşkili ilə əlagədar ittiham irəli sürülmüşdür. Həbs olunan 6 nəfərin arasında terror aktının əsas təşkilatçısı və terrorçu dəstənin başçısı Suriya ermənisi olan Varujan Karapetyan da yer alırdı. Karapetyan oz günahını boynuna alaraq istintaqa verdiyi ifadələrdə bildirmişdir ki, içində bomba olan çemodan hava limanında Türk hava yollarının kassasının qarşısında yox, təyyarənin içində təyyarə göydə olarkən partlamalı imiş. Lakin terrorçuların planı baş tutmayıb və bomba vaxtından əvvəl partlayıb. Həmçinin Karapetyan öz ifadələrində bildirmişdir ki, bombanın hazırlanmasında Türkiyə vətəndaşı olan erməni Ovanes Semerçi də iştrak edib. Həbs olunmuş ASALA üzvləri ilə yanaşı polis Türkiyə vətəndaşı olan milliyətcə erməni Nair Soneri də həbs etmişdir. Nair Soner elektron cihazlar üzrə mütəxəssis olduğuna görə terrorçular bombanın hazırlanmasında onun da köməyindən yararlanmışlar.
Oser faciəsi
Fransa-Azərbaycan futbol qarşılaşması və ya Azərbaycan KİV-də tanınan adı ilə Oser faciəsi – 6 sentyabr 1995-ci ildə Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupu çərçivəsində baş tutmuş və Fransanın 10:0-lıq qələbəsi ilə nəticələnən qarşılaşma. Oyun Azərbaycan futbol tarixinə Azərbaycan millisinin ən böyükhesablı məğlubiyyəti kimi düşmüşdür. 18 noyabr 2023-cü ildə Fransanın Cəbəllüttariqə 14:0 hesabı ilə qalib gəldiyi oyuna qədər Fransa millisinin ən böyükhesablı qələbəsi olmuşdur. Oyun Futbol üzrə 1996-cı il Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupu üzrə keçirilirdi. Bu, Fransa və Azərbaycanın qrupda keçirəcəyi 8-ci oyun olacaqdı. Azərbaycan millisi turnirə qatılmaq şansını artıq itirdiyi halda, Fransa hələ də turnirə vəsiqə uğrunda mübarizə aparırdı. Oyundan öncə Fransanın ən böyükhesablı qələbəsi 8:0 idi və bu komandalar üzərində əldə edilmişdi: Lüksemburq (20 aprel 1913), Lüksemburq (17 dekabr 1953) və İslandiya (2 iyun 1957). Azərbaycan isə bu oyuna qədər ən böyükhesablı məğlubiyyətini 19 aprel 1994-cü ildə yoldaşlıq oyununda Maltadan (0:5) almışdı. Oyundan sonra Fransa millisi xallarının sayını 14-ə çatdırmış və Polşanı qabaqlayaraq 2-ci sıraya yerləşmişdir. Azərbaycan millisi 0 xalda qalaraq ardıcıl 8 məğlubiyyətlə sonuncu yerdə qalmışdır.
Qaraheybət faciəsi
Qaraheybət helikopter qəzası və ya Qaraheybət faciəsi — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması. İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır. Qəzadan dərhal sonra DSX-nin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerinə getmişdir. Baş Prokurorun birinci müavini ədliyyə general-mayoru Elçin Məmmədovun rəhbərliyi ilə hadisə haqqında istintaq başlanılmışdır. Hadisənin səbəbi hələ də araşdırılır. Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkədəki digər siyasi xadimlər, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, eləcə də beynəlxalq qurumlar tərəfindən hadisədə həlak olan şəxslərin doğmalarına və yaxınlarına başsağlığı verilmişdir. "Mi-17" tipli hərbi helikopter DSX-nin arsenalına təxminən 2011-ci ildə daxil edilmişdir. Bu helikopterin təyinatı quru qoşunların mobilliyinin artırılmasına və döyüş meydanında atəş dəstəyinin verilməsinə hesablanmışdır. DSX-nin aviasiya sistemində "Mi-17" bütün variantlarda istifadə olunur.
Qarakənd faciəsi
Qarakənd faciəsi və ya 20 noyabr faciəsi — 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsi. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 radələrində vurulub. Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. 1991-ci il noyabrın 7-də Bakıda Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan həmsədrlərinin görüşü keçirildi. Görüşün səbəbi Qarabağ müharibəsi və hansı xalqın (Azərbaycan türkləri və ya ermənilər) sıxışdırıldığı məlum edilməsi idi. Bu səbəbdən də həmsədrlər razılaşdılar ki, hadisələri öz gözləri ilə görsünlər və Xankəndiyə getsinlər. 1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vurur və Azərbaycan Respublikasının Dağlıq Qarabağ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsin çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulur. Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur. Siyahıya Viktor Polyaniçko rəhbərlik etməli idi.
Quqark faciəsi
Quqark faciəsi, həmçinin Quqark qırğını, Quqark qətliamı və ya Quqark poqromu — o dövrdə Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) tərkibində olan Ermənistan Sovet Sosialist Respublikasının (Ermənistan SSR) Quqark rayonu (indiki Loru mərzinin bir hissəsi) ərazisində yaşayan etnik azərbaycanlı sakinlərinə qarşı törədilmiş poqrom aktı. Rəsmi erməni mənbələrinə görə, bu dövrdə ərazidə yaşayan yerli ermənilərin və Azərbaycandan qaçqın düşən etnik ermənilər Ermənistan azərbaycanlılarını ələ salmış, onları öldürmüş və evlərini qarət etmişdir. Poqrom zamanı ən azı 18, ən çox isə 187 nəfər öldürülmüşdür. 1988-ci ilin martında Quqark rayonunda başlayan poqrom, Sumqayıt hadisələrindən sonra baş tutmuşdur. Bölgədəki azərbaycanlılar oradan qaçana qədər təqibə məruz qalmışdır. Poqrom daha sonra müharibəyə çevriləcək Dağlıq Qarabağ münaqişəsi kontekstində baş verən etnik zorakılıq aktlarından biri idi. Etnik azərbaycanlı sakinləri tərəfindən Böyük Qarakilsə adlandırılan Quqark rayonu o vaxt SSRİ respublikalarından olan Ermənistan SSR-in rayonlarından biri idi. Bu ərazidə etnik azərbaycanlılar kompakt şəkildə yaşayırdı. SSRİ-nin dağılmasından sonra rayon müstəqil Ermənistan Respublikasının bir hissəsi olmuş, lakin inzibati ərazi vahidi daha sonra ləğv edilmiş və Loru mərzi ilə əvəz edilmişdir. Kirovabad (indiki Gəncə) şəhərindən baş verən poqromdan sonra erməni qaçqınlar Gürcüstan üzərindən Quqarka köçmüşdür.
Struma faciəsi
Struma faciəsi və ya Struma hadisəsi — İkinci dünya müharibəsi zamanı yəhudiləri Fələstinə aparan Struma gəmisinin SSRİ sualtı qayığı tərəfindən batırılması ilə nəticələnən hadisə. 1940-cı ildə almanlar Balkan yarımadasına çatmışdılar. Nasistlər yəhudilərə qoyduqları sanksiyaları müttəfiqləri Rumıniyada da tədbiq edirdilər. 1941-ci ildə Rumıniyanın Yaş şəhərində 4000 yəhudinin öldürülməsinin ardından yəhudilərin Fələstinə köçməkdən başqa çarələri qalmamışdı. Türkiyə sularından istifadə edərək Fələstinə qaçmaq qərarına gələn bir çox intellektual və varlı yəhudilər topladıqları pul ilə Struma adlı 1830 model bir motora sahib, 46 metrəlik kömür gəmisi kirayəyə aldılar. Struma bolqar gəmisi idi. 12 dekabr 1941-ci ildə Rumıniyanın Köstence limanından təqribən 790 səyahətçi və 10 dənizçi ilə qalxan Strumanın motoru İstanbula çatmadan açıq dənizdə xarab oldu. Sərnişinlər topladıqları pulla yaxınlıqdan keçdikləri gəmi tərəfindən motoru təmir etdirdilər. Gəmi ikinci bu cür hadisə ilə üzləşincə 15 dekabr 1941-ci ildə İstanbul boğazında, Sarayburnuda dayandı. Almaniyanın İstanbuldaki səfirliyi gəmi sərnişinlərinin yoluxucu xəstəliyə sahib olduqlarını bildirdi və onların sahilə çıxmaması üçün təzyiq göstərdi.
Zolingen faciəsi
Zolingen faciəsi və ya Zolingen qətliamı — 29 may 1993-cü ildə Almaniyanın Zolingen şəhərində türk əsilli Gənc (türk. Genç) ailəsinin evinin neonasistlər tərəfindən yandırılması və beş ailə üzvünün ölümü ilə nəticələnən hadisə. 29 may 1993-cü ildə Zolingendə baş verən hadisədə 4 radikal sağçı alman Gənc ailəsinin evini yandırmış, ailənin 5 üzvü hadisədə həyatını itirmişdi. Gənc ailəsindən həyatını itirənlər: Gürsün İncə, Xədicə, Hülya, Saimə Gənc və Gülüstan Öztürk. Hadisənin baş verdiyi ərazi muzeyə çevrilib. Hər il hadisənin baş verdiyi tarixdə türklərin yaşadığı müxtəlif Avropa ölkələrində və Almaniyada anım mərasimləri keçirilir. Türk-Alman Sağlamlıq Vəqfi tərəfindən 2008-ci ildən etibarən "Gənc" mükafatı verilir. Almaniyada yaşayan türklərin qurduğu Cartel musiqi qrupu tərəfindən 1995-ci ildə yayımlanan "Cartel" mahnısının klipində də bu qətliamdan görüntülər və xəbərlər yer alıb.
Çernobıl faciəsi
Çernobıl faciəsi (ukr. Чорнобильська катастрофа, translit. Çornobılska katastrofa), həmçinin Çernobıl qəzası (ukr. Чорнобильська аварія, translit. Çornobılska avariya) və ya sadəcə Çernobıl (ukr. Чорнобиль, translit. Çornobıl) — Ukrayna SSR-in şimalındakı Pripyat şəhəri yaxınlığında Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda 1986-cı il 26 aprel tarixində baş vermiş fəlakətli nüvə qəzası. Qəza, eyni bir RBMK reaktor tipində, hazırlaşmamış işçilər ilə uyğun olmayan bir şəkildə yoxlanan sınaq zamanı baş verdi. İllər ərzində ortaya çıxdıqlarında bilərək yox sayılan daxili təhlükəsizlik qüsurları ilə dizayn edildi. Sınaq, təcili vəziyyət generatorları güc təmin edənə qədər reaktor soyutma suyunun dövranını təmin etmək üçün bir təhlükəsizlik proseduru yaratmaq məqsədi ilə elektrikin kəsilməsi simulyasiyası idi.
Meşəli faciəsi
Meşəli qətliamı, həmçinin Meşəli soyqırımı və ya Meşəli faciəsi — 23 dekabr 1991-ci ildə Azərbaycanda, Xocalı rayonunun Meşəli kəndində erməni hərbi birləşmələri tərəfindən törədilmiş qətliam. MDB qoşunları tərəfindən bir qədər əvvəl silahsızlaşdırılmış kənd sakinləri hücum edən tərəfə qarşı müqavimət göstərməyə çalışmış, lakin bir neçə saat davam edən döyüşlərdən sonra ətrafdakı meşəliyə çəkilmişdi və kənd ermənilərin "Böyük Tiqran" və "Sasunlu David" dəstələrinin nəzarəti altına düşmüşdür. Həmin gün Azərbaycan qüvvələri əks-hücum edərək kəndə nəzarəti bərpa etmişdilər. Meşəli kəndinə daxil olan azərbaycanlılar evlərin və tövlələrin yandırıldığını, kənddə mülki əhaliyə qarşı qətliam törədildiyinə şahid olmuşdular. Qətliam zamanı 28 nəfər öldürülmüş, 14 nəfər yaralanmışdır. Meşəlinin əhalisindən 358 nəfər məcburi köçkün olmuş, kənd özü məhv edilmişdir. Qətliamda Meşəli kəndində 5,496,900 manat məbləğində maddi ziyan vurulmuşdur. Ermənistan tərəfi Meşəlidə qətliam olduğunu inkar edir. 29 iyul 2023-cü ildə Meşəli qətliamında iştirak etməkdə ittiham olunan, Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hərəkət edən Vaqif Xaçaturyan Laçın sərhəd-keçid məntəqəsində Azərbaycan sərhəd xidmətinin nümayəndələri tərəfindən saxlanılmışdır. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmişdi və beynəlxalq axtarışa verilmişdi.
Daşbaşı faciəsi
Daşbaşı qətliamı — Birinci Qarabağ müharibəsi zamanı 1993-cü il avqustun 14-dən 15-də ötən gecə, saat 04:00-05:00 radələrində Ermənistan silahlı qüvvələri və erməni hərbi birləşmələri tərəfindən Cəbrayıl rayonunun mühafizəsi üçün strateji əhəmiyyətə sahib olan Daşbaşı postuna olan hücumdur. Hücum zamanı mövqelərdə olan 28 hərbçidən 18-i öldürülmüşdür. Postun ermənilər tərəfindən nəzarətə alınmasından bir həftə sonra Cəbrayıl şəhəri işğal edilmişdir. == Döyüşlər == Cəbrayıl rayonunun eksklavı, Xocavənd rayonunun isə anklavı olan Daşbaşı rayon üçün strateji əhəmiyyətə sahib idi. Kəndin mühafizəsi üçün post qurulmuşdu. Məhz bu səbəbə görə də uzun müddət hərbi xidmətdə olmuş və döyüş təcrübəsi olan əsgərlər o posta göndərilmişdir. Daşbaşı mövqeyi irəlidə döyüşən Azərbaycan əsgərlərinə artilleriya dəstəyinin verilməsi və hava hücumundan müdafiə məqsədi ilə yaradılmışdı. Bu mövqenin vəzifəsi ön cəbhədə döyüşən əsgərlərin hava rabitəsi ilə verdiyi məlumatlar əsasında açdıqları yaylım atəşlərlə erməni mövqelərinə zərbələrin endirilməsi idi. Bu məqsədlə Daşbaşı mövqeyinin sol cinahında ucalan iri və tənha armud ağacının adı ilə adlandırılan "Armudluq" postunda topçular, sağ cinahında isə Daşbaşı məzarlığının qarşısında yerləşdiyinə görə onun adına uyğun adlandırılmış "Qəbirstanlıq" postunda zenitçilər durmuşdular. Avqustun 14-də, səhər saatlarında Ermənistan silahlı qüvvələri və erməni hərbi birləşmələrinin posta birinci hücumu olmuşdur.
Qarabağ faciəsi
Qarabağda azərbaycanlıların etnik təmizləməsi — Birinci Dağlıq Qarabağ müharibəsində erməni separatçıları tərəfindən Dağlıq Qarabağda və onun hüdudlarından kənarda yaşayan Azərbaycan türklərinə, Azərbaycan kürdlərinə və Axısqa türklərinə qarşı törədilmiş olan etnik təmizlik. Birinci Dağlıq Qarabağ müharibəsindən əvvəl Dağlıq Qarabağda ən böyük etnik qrup ermənilər idi, ama, Şuşada və ya Xocalıda azərbaycanlıların çoxluq təşkil etdiyi bir neçə ərazilər var idi. Müharibədə erməni separatçı qüvvələri Ermənistanın köməyi ilə, bütün Dağlıq Qarabağ ərazisini və Dağlıq Qarabağdan kənarda yaşayan, tamamilə azərbaycanlıların və kürdlərin yaşadığı 7 rayonları “təhlükəsizlik kəməri” bəhanəsi ilə işğal etmişdilər. Bütün azərbaycanlılar və kürdlər qaçarkən erməni qüvvələrinin onları meşələn “ovladırdılar” diyə mühüm zəruri əşyaları özləri ilə aparmağa vaxt tapmaıyıb və evlərini tərk etməyə məcbur olan bütün azərbaycanlılar və kürdlər vəhşicəsinə həmin rayonlardan çıxarılmışdırlar. Azərbaycanlılara və axısqalılara qarşı olan ən böyük qırğın 1992-ci ilin fevralında, müharibənin başlanğıcında Xocalıda baş vermişdir. Bu qırğında ölənlərin sayı 500-dən 1000-ə qədərdir, rəsmi say isə 613-dür. Ümumilikdə 16.000-dən 30.000-ə qədər azərbaycanlı, axısqalı və kürd öldürülmüşdü, 724.000 ilə bir milyon arasında insan isə qovulub didərgin düşmüşdür. == Fon == Dağlıq Qarabağda dinc əhalinin ilk qırğınları 1988-ci ildə, regiondakı etnik ermənilər Dağlıq Qarabağ üzərində hakimiyyətin Azərbaycan Sovet Sosialist Respublikasından Ermənistan Sovet Sosialist Respublikasına tam dəyişdirilməsini tələb etdikdən sonra başlamışdılar. 1988-ci ilin sentyabr ayında ermənilər və azərbaycanlılar bir-birinə qarşı qırğın başlamış nəticədə Xankəndidən 3.100-dən çox azərbaycanlı qovulmuşdur və Şuşadan 1.409 erməni. 1991-ci ildə həm Ermənistan, həm də Azərbaycan SSRİ-nin dağılmasına az qalmış öz dövlət müstəqilliklərini elan etmişdirlər.