Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hailar
Hailar (Çincə: 海拉尔区|Pinyin: Hǎilā'ěr Qū; Monqolca: ᠬᠠᠶᠢᠯᠠᠷ və ya ᠲᠣᠭᠣᠷᠢᠭ; Romanizasiya: Qayilar toɣoriɣ) Çinin Daxili Monqolustan Muxtar Rayonuna tabe olan Hulunbuir şəhərinin bir rayonudur. Hailar rəsmi olaraq bir rayon olmasına baxmayaraq, ərazisinin böyük olmasına görə şəhər hesab olunur. Ərazisi 1,440 km² olan rayonun, əhalisi 2010-cu ilin statistikasına görə 249,472 nəfərdir.Hailar regional ticarət və nəqliyyat mərkəzidir və rayon Hailar Dongshan hava limanına xidmət edir.
Hasil
Hasil — vurma əməlində alınan rəqəmə deyilir. Məsələn: 6 ifadəsi 2 və 3 (həmçinin, 1 və 6) rəqəmlərinin vurulmasından, x ⋅ ( 2 + x ) {\displaystyle x\cdot (2+x)} hasili x {\displaystyle x} və ( 2 + x ) {\displaystyle (2+x)} ifadələrinin vurulmasından alınmışdır. == Xarici keçidlər == Product on Wolfram Mathworld Product at PlanetMath.org.
Sail
== Birinci nəsil Sail == Sail modeli 2000-ci ilin (2001-ci ildən satışda) sonunda Buick markası adı altında doğuldu. Avtomobil B sinifində Opel Corsanın başqa gövdə növü idi(sedan, universal). SAIC-GM əməkdaşlığında model altenativsiz, 91 at güclü 1.6 l həcmli mühərrik və 5 pilləli mexaniki sürətlər qutusu ilə təchiz edildi.2005-ci ildə model Chevrolet tərkibinə keçirilərək radiator barmaqlıları, və ön optikası yeniləndi. == İkinci nəsil Sail == İkinci nəsil Chevrolet Sail 2010-cu ildə ilk öncə hetçbek, daha sonra isə sedan olaraq buraxıldı. Yeni model artıq 3 mühərriklə təklif edilirdi: Bunlar 1.2 l, 1.4 l 87 və 103 at gücü benzin, 1.3 l 78 at güclü dizel mühərriklr idi. Sürətlər qutusu isə 5 pilləli mexaniki idi.Əlverişli qiymətinin olması Sail modelinin populyarlaşmasına gətirib çıxartdı. İlk iki nəsli, Çində 1.4 ədəd satılmışdır. Çindən başqa avtomobil Hindistan və Cənubi Amerikada da satılırdı. == Üçüncü nəsil Sail == Yeni nəsil Chevrolet Sailin təqdimatı Qaunçjou beynəlxalq avtosalonunda edildi. B sinif nümayəndəsi modelin, daha öncə təkər bazası 2465 mm, uzunluğu 4249 mm və eni 1690 mm idi.
HAL
Hindustan Aeronautics Limited, Hindistan mərkəzli bir aviasiya və müdafiə şirkətidir. Şirkət 23 dekabr 1940-cı ildə Hindustan Aircraft olaraq yaradılmış və 1 oktyabr 1964-cü ildə indiki adını almışdır. Şirkətin mərkəzi ofisi Bangaloreda yerləşir. HAL bir dövlət təşkilatıdır və əsasən aviasiya sənayesi fəaliyyətləri ilə məşğul olur. Bu gün təyyarələrin, reaktiv mühərriklərin, helikopterlərin və onların ehtiyat hissələrinin dizaynı, istehsalı və montajında ​​iştirak edir.
Hil
Hil — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1800-cu ildə yaradılmışdır. == Toponimikası == Hil oyk., sadə. Qusar r-nunun eyniadlı i.ə.v-də kənd. Qusar maili düzənliyindədir. Bəzi tədqiqatçılara görə, oykonim özündə qədim Qafqaz Albaniyasında yaşamış gel tayfasının adını əks etdirir. XIX əsrdə Hiloba, Tulab, Köçərqaş, Tumalar, Tamuskən, Survanbəy, Xıdırbəy qazmaları, Gileykək, Əttək və s. obaların əraziləri bu kəndə məxsus olmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 5023 nəfər əhali yaşayır. == Tanınmış şəxsiyyətləri == Kərim Kərimov (riyaziyyatçı) - Qusar rayonunun Hil kəndində tam orta məktəbi professor Kərim Kərimov adını daşıyır.
Hil-hil oyunu
Hil-hil oyunu - Azərbaycanda əsasən uşaq və gənclər arasında geniş yayılmış ən qədim oyunlardan biridir. == Ümumi məlumat == Hazırda unudulub aradan çıxmaqda olan maraqlı oyunlardan biri də hil-hildir. Hil-hil oyunu bəlkə də müqəddəs ocağı yad təsirlərindən,özgələrdən qorumaq üçün icra edilən bir mərasimin qalığı olub, sonradan oyuna çevrilmişdir.Bu barədə dəqiq fikir demək çətindir.Hər halda, oyunu xüsusiyyətləri onun uzaq keşmilərə aid olduğunu göstərir. == Oyunun qaydaları == Bu oyunda üç və daha çox adam iştirak edə bilər. Oyunda kiminsə qələbəsi şərt deyil. Ancaq bu heç də o demək deyildir ki, oyunda hamı bərabər vəziyyətdə olsun.Əksinə, burada oyunçulardan daha çox çeviklik göstərməzsə, o daha çox "işləməli" olacaqdır. Oyun, adətən, yazqabağı və yaz aylarında keçirilir. Hər oyunçuya bir dəyənək və 4-5 santimetrlikdə bir hil(pəl) lazımlıdır. Duz yerdə bir çala-mərə qazılır və ağacla asanca itələmək üçün üstündən 30-40 sm uzunluğunda bir arxcıq düzəldilir. Sonra oyunçuların sayına görə həmin mərənin xırda,çala("yuva") deyilən çalalar qazılır.
Chevrolet Sail
== Birinci nəsil Sail == Sail modeli 2000-ci ilin (2001-ci ildən satışda) sonunda Buick markası adı altında doğuldu. Avtomobil B sinifində Opel Corsanın başqa gövdə növü idi(sedan, universal). SAIC-GM əməkdaşlığında model altenativsiz, 91 at güclü 1.6 l həcmli mühərrik və 5 pilləli mexaniki sürətlər qutusu ilə təchiz edildi.2005-ci ildə model Chevrolet tərkibinə keçirilərək radiator barmaqlıları, və ön optikası yeniləndi. == İkinci nəsil Sail == İkinci nəsil Chevrolet Sail 2010-cu ildə ilk öncə hetçbek, daha sonra isə sedan olaraq buraxıldı. Yeni model artıq 3 mühərriklə təklif edilirdi: Bunlar 1.2 l, 1.4 l 87 və 103 at gücü benzin, 1.3 l 78 at güclü dizel mühərriklr idi. Sürətlər qutusu isə 5 pilləli mexaniki idi.Əlverişli qiymətinin olması Sail modelinin populyarlaşmasına gətirib çıxartdı. İlk iki nəsli, Çində 1.4 ədəd satılmışdır. Çindən başqa avtomobil Hindistan və Cənubi Amerikada da satılırdı. == Üçüncü nəsil Sail == Yeni nəsil Chevrolet Sailin təqdimatı Qaunçjou beynəlxalq avtosalonunda edildi. B sinif nümayəndəsi modelin, daha öncə təkər bazası 2465 mm, uzunluğu 4249 mm və eni 1690 mm idi.
Daily Mail
Daily Mail (tərcümədə — "Gündəlik Poçt") — kütləvi İngilis gündəlik qəzeti. 1896-cı ildən bəri nəşr edilmişdir. İngiltərədə The Sun sonra ikinci ən böyük gündəlik qəzet. 2013-cü ilin sonunda Daily Mail-in şənbə günləri The Sun-un şənbə buraxılışlarını üstələdi. == Tarixi == Orta sinif üçün ilk İngilis qəzetlərindən biri idi və bu gün oxucularının 50% -dən çoxunu — qadınları olan yeganə qəzetdir. Daily Mail-in bir neçə "milli" — İrlandiya, Şotlandiya, Hindistan versiyaları var idi. 1975-ci ildən bəri kompakt formatda çap olunur. Daily Mail 1886-cı ildə Alfred Harmsvort və Rotermir Lordu olan qardaşı Harold tərəfindən quruldu. 1902-ci ildə gündəlik tirajı milyonu keçərək dünyanın ən tirajlı qəzeti oldu. 1939–1969-cu illərdə tanınmış sənətçi Lesli Qilbert İllinqvort, nəşrin baş karikaturaçı rəssamı olaraq çalışdı.
E-mail
Elektron poçt (ing. electronic mail) və ya imeyl — ünvan sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna göndərilən elektron poçt, mətn göndərişləri. E-mail hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir. ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. Əsasən qarşısına (@) ət işarəsi qoyulur == Tarixi == İlk elektron poçt da bir çox texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmışdır. 1960-cı illərin sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan Rels Tomlinson ilk olaraq 1971-ci il oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata keçirmişdir. Tomlinson "The Times" qəzetinə müsahibəsində deyirdi: "İlk e-mail`imdə nə yazdığımı mən də xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan iki kompüter arasında həyata keçirilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir addım, insanoğlu üçün isə böyük bir sıçrama idi." E-mail 1990-cı illərə qədər çox inkişaf etdi.
Fail Mayılov
Mayılov Fail Əlibala оğlu — şəhid == Həyatı == - 1971 ci ildə Neftçala rayonu Şorkənd kəndində anadan olmuşdu. Kənd orta məktəbini bitirdikdən sonra Saylan peşə məktəbində təhsil almışdır. Vətənin düşmən hücumuna məruz qaldığı bir dövürdə əlinə silah alıb döyüşə yollanan mərd oğullar içində Faildə vardı. Lakin onun döyüş yoluda ömür yolu kimi çox qısa və keşməkeşli keçdi. 1992 ci ilin sentyabr ayında Fail döyüşlərin birində şəhidlik zirvəsinə yüksəldi.Məzarıdoğma kəndlərindədi. Şorkənd natamam orta məktəbi Failin adını daşıyır.
Fairy Tail
Fairy Tail (フェアリーテイル, Fearī Teiru, ing. Fairy Tail - Pəri Quyruğu; ing. Fairytale - nağıl) — Hiro Maşimanın manqası və onun əsasında çəkilmiş eyni adlı anime. 2013-cü ilin noyabr ayına, yəni 42-ci cildin çıxan zamana kimi manqanın 25 million nüsxəsi çap olunub. == Məzmun == Uydurulmuş dünyada yaşayan sehrbazlar öz gücləri birləşdirib, ödənişli tapşırıqları eləmək üçün gildiyalara birləşirlər. Lüsi Hartfillia adlı sehrbaz hər şeyi dağıdmağına görə bilinən Fairy Tail adlı gildiyada üzv olmaq istəyir. == İstehsal == Hiro Maşimanın fikrincə sentimental və məyus olan Rave Master adlı keçmiş layihəni bitirdikdən sonra, o Fairy Tail hekayəsində "[hər kəs üçün] çox şən" olmağı istəyirdi. Onu yaradanda məcusilər ilə sehrbazlardan ilhamlanmışdı. Natsunun dəniz xəstəliyini taksidə həmişə özünü bis hiss elədiyi dostundan alıb. == Media == === Manqa === Hiro Maşima yazdığı və çəkdiyi Fairy Tail manqası 2006-cı ilin avqustun 2-dən Weekly Shōnen Magazine jurnalında çap olunur.
Habil Allahyarov
Habil Allahyarov — Qarabağ müharibəsi şəhidi. == Həyatı == 2 noyabr 1973-ci ildə Gədəbəy rayonunun Soyuqbulaq kəndində anadan olmuşdur. 1980-ci Soyuqbulaq kənd orta məktəbinidə daxil olmuş, 1990-cı ildə 10-cu sinifi bitirmişdir. == Döyüşlərdə iştirakı == 1992-cı ildə könüllü olaraq torpaqlarımızın müdafiəsinə qatılmışdır. Döyüş yoluna öz doğma Gədəbəy rayonunundan başladı, bir çox qızğın döyüşlərdə iştirak edib.1992-ci il 30 sentyabr tarixində Gədəbəyin Şınıx bölgəsi istiqamətində düşmənlə gedən döyüşlərin birində Allahyarov Habil qəhrəmancasına şəhid oldu. Subay idi. Hazırda təhsil aldığı Soyuqbulaq kənd orta məktəbi Habil Allahyarovun adını daşıyır.
Habil Haqverdiyev
Habil Tağı oğlu Haqverdiyev ( 15 mart 1939; Qırılı , Ağstafa rayonu) — AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin müdiri. Coğrafiya üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Habil Haqverdiyev Tağı oğlu 15 mart 1939-cu ildə Qazax rayonunun Qırılı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirib. "Landşaftın differensasiyasına relyefin təsiri (Kiçik Qafqazın şimal-şərq yamacında)" mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmlər namizədi adına layiq görülmüşdür. AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin müdiridir. Bakı Dövlət Universitetində Pedaqoji fəaliyyətlə məşğuldur. == Əsas elmi nailiyyətləri == İlk dəfə olaraq Azərbaycanda dağlıq ərazilərdə landşaftın differensiyası, assimmetriyası, həmçinin landşaftın üfüqi və şaquli tranformasiyasının coğrafi qanuna uyğunluqlarını öyrənmişdir. Azərbaycanda ilk dəfə olaraq coğrafiya elminin təkamül tarixinə və onun ayrı-ayrı sahələrinin inkişafına dair elmi hesabat hazırlamışdır. == Elmi əsərlərinin adları == "Kiçik Qafqazın şimal-şərq yamacında landşaftın differsasiyasının qanunauyğunluğu".
Habil Hümbətov
Habil Abbasqulu oğlu Hümbətov (20 oktyabr 1985, Qoşakənd, İsmayıllı rayonu) — Beynəlxalq dərəcəli idman ustası, əməkdar məşqçi və Dünya Budo Federasiyasının prezidenti qrand-master Eyup Zafer Gökbilen tərəfindən 2018-ci ilin ən yaxşı məşqçisi adına layiq görülüb, Əməkdar İdman ustasıdır. Azərbaycan Budo Federasiyasının baş məşqçisidir. Habil Hümbətov Habil Hümbətovun yeni uğuru == Həyatı == Habil Hümbətov 20 oktyabr 1985-ci ildə İsmayıllı rayonunun Qoşakənd kəndində anadan olub.. Şabran rayonunun Konustusiya kəndində 4-cü sinifə kimi ibtidai təhsil alıb. 1996-cı ildə atası rəhmətə getdikdən sonra 11 yaşında Bakıya böyük qardaş və bacılarının yanına gəlir və 5-ci sinifə keçdikdə isə Bakı şəhəri Nərimanov Rayonu 177 nömrəli məktəbdə təhsilini davam etdirib. 1996-cı ildən idmanın karate növünə başlayıb, bir müddət sonra Mayk Taysona olan marağı boksu ona sevdirib və boksa əməkdar məşqçi Nəriman Abdullayevin yanında başlayıb. Orta məktəbdə oxuduğu dövrdə boksla və hərbi şahin idman oyunlarında iştirak edib uğurlar əldə edib. Hərbi Şahin idman oyunlarında Nərimanov, Bakı və Azərbaycan birinciliklərində fəal iştirak edərək nəticələr əldə etmişdir. 2003-cü il orta məktəbi bitirdiyi vaxt isə anası vəfat edir. 17 yaşlı Habil Hümbətov bu çətin vaxtlarda qardaşlarının və bacılarının dəstəyi ilə idmana daha da çox bağlanır.
Habil Həsənov
Habil Həsənov - Qarabağ müharibəsi iştirakçısı, şəhid. Habil Yunis oğlu Həsənov 16 mart 1974-cü ildə Laçın rayonunun Mişni kəndində anadan olub. 1991-ci ildə orta məktəbi doğma kəndində bitirib. Bir müddət sonra peşə təhsili almaq üçün Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində peşə məktəbinə daxil olub. Bakı Sement Zavodunda tornaçı şagirdi kimi çalışıb, 1993-cü ildə hərbi xidmətə çağırılıb. Ürəyi arzularla dolu Habil silaha sarılaraq Vətənin müdafiəsinə qalxdı. Tale onun yolunu Füzuli və Cəbrayıl rayonlarından saldı. Bu zaman çox ağır döyüşlər gedirdi. Bu döyüşlərdə dəfələrlə iştirak edən Habil təmkini, yoldaşlıq münasibətlərinə hörmətlə yanaşması, koman¬dan-lığın əmrlərinə sözsüz əməl etməsi ilə, ümumiyyətlə, sakit təbiətli bir insan kimi zabitlərin və əsgərlərin dərin hör¬mətini qazandı. Ha¬bilə dərs dediyim vaxtlarda müəllimlərin və şagirdlərin hörmətini qazan¬dığı kimi.
Habil Muradov
Habil Tahir oğlu Muradov (12 mart 2002; Salyan rayonu, Azərbaycan — 8 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Habil Muradov 12 mart 2002-ci ildə Azərbaycanın Salyan rayonunda anadan olmuşdur. Habil 2008-ci ildə Salyan rayonu 1 saylı tam orta məktəbində 1-ci sinfə daxil olmuşdur. Daha sonra təhsilini Neftçala rayonu Cəngən kəndində davam etdirmişdir. 2019-cu ildə həmin məktəbin məzunu olmuşdur. == Hərbi Xidməti == Habil Muradov 27 may 2020-ci il tarixində Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. O, xidmətinə Füzuli rayonunda başlamışdır. 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzuli və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə döyüşmüşdür. Son dəfə ailəsi ilə oktyabrın 4-də əlaqə saxlayıb.
Habil Məmmədov
Habil Məmmədov (tam adı: Habil Nurkişi oğlu Məmmədov) — Azərbaycan tarixçisi, Bakı Slavyan Universitetinin "Beynəlxalq münasibətlər kafedrası"nın professoru, tarix elmləri doktoru. == Həyatı və elmi fəaliyyəti == Məmmədov Habil Nurkişi oğlu 27 iyun 1966-cı ildə Azərbaycan Respublikası Kürdəmir rayonu Qaraqocalı kəndində anadan olmuşdur. 1973-1983-cü illərdə Köhnəbazar kənd orta məktəbində orta təhsil almışdır. 1984-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1991-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1996-cı ildə “Muğanın maddi mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat)” adlı namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Dissertasiya Muğan bölgəsinin tədqiqinə dair ilk tədqiqat işi hesab edilir. 1995-2003-cü illərdə Bakı Dövlət Universitetinin Azərbaycanşünaslıq ETL-də böyük elmi işçi vəzifəsində çalışmışdır. 2003-cü ildən Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər, Avropaşünaslıq,hal-hazırda Beynəlxalq münasibətlər kafedrasının müdiri vəzifəsində çalışır.Universitetin ictimai, elmi və mədəni həyatında fəal iştirak edir. 2013-cü ildə “Azərbaycan Respublikası ilə Şərqi Avropa ölkələri arasında mədəni əlaqələr (1991-2008-ci illər) ” adlı (5502.01– “Ümumi tarix” ixtisası üzrə) elmlər doktorluğu dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Beynəlxalq konfranslarda, o cümlədən I və II Bakı Beynəlxalq Humanitar Forumlarının iştirakçısı olmuşdur.
Habil Qurbanov
Habil Qurbanov — hüquq elmləri doktoru, professor. == Həyatı == Habil Surxay oğlu Qurbanov 14 mart 1955-ci ildə Ağdam şəhərində anadan olmuşdur.Maarif xadimi Surxay Qurbanovun oğludur. 1971-ci ildə Ağdam 1 saylı orta məktəbini bitirmişdir. 1971–1975 illərdə Azərbaycan Pedaqoji İnstitutunin coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. AMEA-da kiçik elmi işçi kimi fəaliyyətə başlayan Habil Qurbanov 1975–1976 illərdə Ukraynanın Xmelnitski şəhərində hərbi xidmətdə olmuşdur O, 1976–1980 illərdə Bakı şəhəri Nəsimi Rayon Komsomol Komitəsində işləmişdir. 1980-cı ildə SSRİ Daxili İşlər Nazirliyinin Bakı orta xüsusi milis məktəbində tədris hissəsinin müfəttişi vəzifəsində çalışmışdır. 1982–1985 illərdə Volqoqrad Ali İstintaq Məktəbini qiyabi yolla müvəffəqiyyətlə bitirmişdir. Habil Qurbanov 1984–1986 illərdə Bakı Milis Məktəbində qiyabi bölmənin rəisi, 1986–1990 illərdə məktəbin rəis müavini vəzifələrində çalışmışdır. O, 1990-cı ildə prokurorluq orqanlarına işə qəbul edilmiş, Bakı Şəhər Prokurorluğunun ümumi nəzarət şöbəsində prokuror, böyük prokuror vəzifələrində çalışmışdır. 1994–1995 illərdə Qaradağ rayon prokurorunun müavini, prokuror əvəzi, 1995–1997 illərdə Dəvəçi (Şabran) rayon prokuroru, 1997–2001-ci illərdə respublika prokurorluğunda cəza yerlərində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifələrində çalışmışdır.
Habil Əbdürrəhimli
Habil Qabil oğlu Əbdürrəhimli (26 sentyabr 1997; Sabirkənd, Şəmkir rayonu, Azərbaycan — 8 noyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Habil Əbdürrəhimli 1997-ci il sentyabrın 26-da Şəmkir rayonunun Sabirkənd kəndində anadan olub. 2003–2013-cü illərdə S. Rüstəmov adına Sabirkənd tam orta məktəbində təhsil alıb. 2014–2018-ci illərdə isə Dövlət Sərhəd Xidmətinin Akademiyasında ali hərbi təhsil alıb. == Hərbi xidməti == Habil Əbdürrəhimli 2018-ci ildən Dövlət Sərhəd Xidmətinin Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Habil Əbrürrəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Habil Əbrürrəhimli noyabrın 8-də Zəngilanın azad edilməsi zamanı Ağbənd istiqamətində snayper gülləsi nəticəsində şəhid olub. Şəmkir rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Habil Əbrürrəhimli ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Habil Əbrürrəhimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Habil Əbrürrəhimli ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05.11.2022 -ci il Sərəncamına Əsasən şəhid Əbdürrəhimli Habil Qabil oğlu “Cəbrayılın azad olunmasına görə “ medalı ilə təltif olunub.
Habil Əbrürrəhimli

Habil Ədülrəhimli

Hacı Mail
Hacı Mail Əliyev — şair, qəzəlxan, füzulişünas alim, filologiya elmləri namizədi. == Həyatı == Hacı Mail Əliyev 1935-ci ildə Nardaranda anadan olmuşdur.Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir (1960). 18 il (başqa məlumata görə görə 20 ildən artıq) Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışıb. «Məcməüs-şüəra» ədəbi məclisinin bərpaçısı, «Füzuli» ədəbi məclisinin təşkilatçısı və sədri olmuşdur. Bu məclisdə qəzəlxan şairlərlə yanaşı, ustad xanəndələr də iştirak etmişlər. == Yaradıcılığı == Sənətkar və tədqiqatçı kimi formalaşmasında Nardaran ədəbi mühitinin (Mirzə Abbas Şahini, Hacəli Pərişanı, Zəki Məcid oğlu, Hacı Şıxəli Tuti, Ağarza Qəmli, Muxtar Fail, Hacı Paşa Əzadar və b.) o cümlədən klassik ədəbiyyatı mükəmməl bilən, Füzuli vurğunu atası İsmayıl kişinin böyük təsiri olmuşdur. Mindən çox qəzəlin, həmçinin qəsidə, tərcibənd, qitə, təxmis, qoşma və s. şeirlərin müəllifidir. Qəzəlləri muğamda xanəndələr tərəfindən geniş istifadə olunur. Fars və ərəb dillərini yaxşı bildiyindən orta əsrlərin əlyazmaları üzərində dərin tədqiqat işləri aparmışdır.
Habil Ədürrəhimli
Habil Qabil oğlu Əbdürrəhimli (26 sentyabr 1997; Sabirkənd, Şəmkir rayonu, Azərbaycan — 8 noyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Habil Əbdürrəhimli 1997-ci il sentyabrın 26-da Şəmkir rayonunun Sabirkənd kəndində anadan olub. 2003–2013-cü illərdə S. Rüstəmov adına Sabirkənd tam orta məktəbində təhsil alıb. 2014–2018-ci illərdə isə Dövlət Sərhəd Xidmətinin Akademiyasında ali hərbi təhsil alıb. == Hərbi xidməti == Habil Əbdürrəhimli 2018-ci ildən Dövlət Sərhəd Xidmətinin Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Habil Əbrürrəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Habil Əbrürrəhimli noyabrın 8-də Zəngilanın azad edilməsi zamanı Ağbənd istiqamətində snayper gülləsi nəticəsində şəhid olub. Şəmkir rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Habil Əbrürrəhimli ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Habil Əbrürrəhimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Habil Əbrürrəhimli ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05.11.2022 -ci il Sərəncamına Əsasən şəhid Əbdürrəhimli Habil Qabil oğlu “Cəbrayılın azad olunmasına görə “ medalı ilə təltif olunub.
Habil Əliyev
Habil Mustafa oğlu Əliyev (28 may 1927, Ağdaş – 8 sentyabr 2015, Bakı) — Azərbaycanlı kamança ifaçısı, Azərbaycan SSR xalq artisti (1978). == Bioqrafiya == Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. Elə həmin vaxtdan da meylini kamana salıb. Yeddinci sinifi və həm də musiqi məktəbini bitirəndən sonra pedaqoji məktəbə daxil olub. Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirrlərini öyrənməyə başladı. Habilin ifaçılığı bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmamışdı. Bəstəkar, Habilin potensial imkanlarını nəzərə alıb ona filarmoniyada işləməyi məsləhət görüb. O vaxtlar filarmoniyanın direktoru olan Şəmsi Bədəlbəyli, bədii rəhbər Soltan Hacıbəyov, Niyazi, Səid Rüstəmov Habilin ifasında bir muğama və xalq mahnısına qulaq asdılar və çox razı qaldılar.
Habil Əzizov
Habil Əzizov (tam adı: Habil Komunar oğlu Əzizov; 19 yanvar 1968, Kalininkənd, Ağstafa rayonu, Azərbaycan SSR, SSRİ – 19 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1968-ci il yanvar ayının 19-da Ağstafa rayonunun Kalinin kəndində (indiki Vurğun qəsəbəsi) anadan olub. Ailənin yeddi uşağından üçüncüsü idi. Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna qəbul olmuş, bir il oxuyandan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini Riqada başa vurub, yenidən instituta qayıtmışdır. Qiyabi oxuyur, Ağstafada sovxoz idarəsinin fəhlə briqadasında fəhlə işləyirdi. == Qanlı Yanvar faciəsi == Hadisə vaxtı III kursda qiyabi oxuyan Habil qış imtahan sessiyası dövrü olduğundan Bakıya gəlmişdi. Faciə baş verən gün Habilin ad günü idi. İmtahandan çıxıb əmisigilə gəlib. Orada süfrə açıb, ad gününü qeyd edirmişlər.
Haim Ramon
Haim Ramon (ivr. ‏חיים רמון‏‎; 10 aprel 1950) — 1983-2009-cu illər arasında Knessetin üzvü olan və həm Baş Nazir müavini, həm də Baş Nazir Aparatında dövlət siyasətinə cavabdeh olan bir İsrail siyasətçisidir.
Ahıl
Qocalıq — orqanizmin nəslin davam etdirilməsi qabiliyyətini itirməsindən ölümə qədər olan insan həyatı dövrü.
Affekt halı
Affekt (lat. affectus - ruhi həyəcan) - insanın əhvaldan və ehtirasdan (hissdən) fərqli olaraq güclü, coşqun baş verən və nisbətən qısamüddətli olan emosional həyəcanı, qəzəbi, dəhşəti və s. Affekt kəskin ifadəli hərəkətlərlə (spesifik mimika və əl hərəkətləri) və səs reaksiyaları (ağlama, qışqırıq) ilə müşayiət olunur. Bəzən də, əksinə həyəcandan donub qalma baş verir. Affektin zahiri, xarici ifadə formaları, eləcə də dərinliyi çox cəhətdən insanın fərdi xüsusiyyətlərindən, xüsusilə onun iradəsinin tərbiyə olunmasından, ali sinir fəaliyyətinin tipoloji xüsusiyyətlərindən xeyli dərəcədə asılıdır. Affekt vəziyyətində insan o şeydən mütəəssir olur ki, o, onda həyəcan əmələ gətirmişdir ("şüurun daralması"), nəticədə insanda intellektual proseslərin gedişi pozulur və onun öz davranışı üzərində nəzarəti zəifləyir. Affektin aradan qaldırılması xeyli dərəcədə iradə gücü tələb edir və onun başlanğıc mərhələsində yüngül keçir. == Affekt halının formaları == Affekt halı iki cür - pataloji və normal olur. Normal affekt halında qorxu, narahatlıq, əziyyət, nevroloji çatışmazlıq, ürək sıxıntısı ilə, patoloji affekt halı isə narkotik maddə qəbulu zamanı şizofreniya, depressiya halı şəklində özünü büruzə verir. == Affekt halının fizioloji əlamətləri == Ürək döyüntüsünün artması Təngənəfəslik Boğazda qəhər Əzələlərdə spazm və gərginlik Tez yorulma Ağrılar Yuxu pozuntusu İştahasızlıq Ürəkbulanması, qusma Cinsi gücsüzlük, tez boşalma Qaşınma, soyuq və isti tərləməAffekt - ruh pozğunluğu ilkin dönəmdə özünü sadəcə müəyyən kiçik əlamətlərlə büruzə verir. Yəni xəstənin affekt olduğunu bilmək mümkün olmur.
Atıl-batıl
Atıl-batıl (lat. Zosima) - çətirçiçəkkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Yovşanyarpaq atıl-batıl (lat. Zosima absinthifolia (Vent.) DC. (=Z.orientalis Hoffm.)) Şərq atıl-batılı (lat. Zosima orientalis Hoffm.) == İstinadlar == == Həmçinin bax == Atıl-batıl:The Plant List saytında takson barədə məlumat.
Yovşanyarpaq atıl-batıl
Yovşanyarpaq atıl-batıl (lat. Zosima absinthifolia) - atıl-batıl cinsinə aid bitki növü.