Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hakim
Hakim (hüquq) — Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran vəzifəli şəxs. Yarğıc (hüquq) - yrğılayan kimsə Hakim (idman) — oyunda, yarışda hakimlik edən şəxs. Hakim (futbol) — futbol oyununda hakimlik edən şəxs Hakim (rəhbər) — bir ölkənin başında duran, onu idarə edən şəxs. Hakim (termin) — Ərəb dilində "hökm edən, hakim olan". Hədis elmində ən yüksək mərtəbəyə çatmış şəxslərə verilən ləqəbdir. Hakim (film, 1966) — Futbol üzrə beynəlxalq dərəcəli hakim, FİFA-nın qızıl fit sahibi Tofiq Bəhramova həsr olunmuş film.
Akif
Akif — Azərbaycanlı kişi adı. Akif Əlizadə — Azərbaycanın görkəmli geoloq alimi, əməkdar elm xadimi, Akif Paşa — Osmanlı dövlət adamı, şair və yazıçı. Akif Salamoğlu — mühəndis-yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Akif Ağabalayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. Akif Bağırov — Akif NəcəfovAkif MirzəyevAkif Mirzəyev (aktyor) — aktyor.
Hakim (futbol)
Hakim və ya Referi (ing. Referee sözündən) — futbolda oyun zamanı qaydalara riayət olunmasına nəzarət edən məsul şəxs. Hakim həm kişi, həm qadın ola bilər. O, oyunla bağlı bütün məsələlərdə son qərarverici orqandır, və meydanda yeganə şəxsdi ki, oyunu başlamaq, dəyandırmaq, bitirmək və oyun zamanı futbolçulara qarşı intizam tədbirləri tətbiq etmək səlahiyyətləri var. Hakimin əlavə 2 köməkçisi olur, onlar müəyyən vəziyyətlərdə (topun meydandan çıxdığı zaman, hakimin baş vermiş hadisədən uzaqda olanda və s.) hakimə məsləhət verə bilərlər, lakin köməkçi hakimlərin qərarları həlledici deyil, və əsas hakim köməkçilərinin məsləhətlərini dinləmiyib, öz bildiyi kimi qərar verə bilər. Həmçinin yüksək səviyyəli turnirlərdə hakimin 4 köməkçisi ola bilər, dördüncü hakim komandaların texniki sahələrinə nəzarət edir və inzibati vəzifələrdə əsas hakimə köməklik edir. Hakimlərin böyük əksəriyyəti həvəskarlardı, halbuki onlara adətən öz xidmətlərinə görə müəyyən pul miqdarı ödənilir. Lakin bəzi ölkələrdə məhdud sayda hakimlər, hansılar ki ölkəsinin ən yüksək liqalarında hakimlik edirlər, milli assosiasiyalara işləyirlər və üstəgəl hər mövsümün startında və oyununun toplanışından qonorar alırlar. Hakimlər FİFA-nın üzvü olan eyni milli təşkilatlar tərəfindən lisenziya və təlim alırlar. Hər bir milli təşkilat "FİFA Beynəlxalq Dərəcəli Referi Siyahısına" daxil edilməsi üçün FİFA-ya ölkəsinin ən yaxşı hakimlərini tövsiyə edir.
Hakim (hüquq)
Yarğıc və ya Hakim — Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran vəzifəli şəxs. Azərbaycan Respublikasının qanunlarına görə hakimlər: Yalnız AR Konstitusiyası və qanunlarına tabedir; Toxunulmazdırlar; Səlahiyyətləri yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə xitam verilə bilər; Cinayət məsuliyyətinə qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilərlər; Başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər; Elmi, pedaqoji və yaradıcılıq fəaliyyətlərindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər. Vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər; Siyasi fəaliyyətlə məşğul ola bilməz və siyası partiyalara üzv ola bilməzlər. == İslamda şəriət hakimləri == Hakimlik haqqında Qurani-Kərimdə belə buyurulur: "Ey Davud! Biz səni yer üzündə xəlifə (və canişin) etdik. Camaat arasında haqq-ədalətlə hakimlik et və heç vaxt istəklərinə tabe olma ki, səni Allahın yolundan döndərməsin. Həqiqətən də, Allahın yolundan çıxanlar qiyamət gününü unutduqlarına görə (cəza olaraq) böyük əzab görəcəklər."Hz. Əlidən nəql olunan hədisdə deyilir: "Hakimin vəzifəsi budur ki, hansısa bir fəzilət və üstünlük əldə edəndə və ya ona bir nemət veriləndə halı dəyişməsin, onun rəiyyətlə rəftarının dəyişməsinə səbəb olmasın. Allahın ona nəsib etdiyi nemətlər onun, Allah bəndələrinə yaxınlaşmasını və qardaşlarına mehribanlığını artırsın. Bilin, sizin mənim boynumda olan haqqınız, müharibə istisna olmaqla sizdən heç bir sirr gizlətməməyim, hökm çıxarmaq istisna olmaqla, sizinlə məsləhətləşmədən bir iş görməməyim və haqlarınızı gecikdirməməyim (sizin haqq və bəxşişlərinizi vaxtında verməyimdir), onun çatdırılmasını ləngitməməyim və sizin hamınızı bərabər bilməyimdir.
Hakim (idman)
Hakim — oyunda, yarışda hakimlik edən şəxs.
Hakim (termin)
Hakim — Ərəb dilində "hökm edən, hakim olan". Hədis elmində ən yüksək mərtəbəyə çatmış şəxslərə verilən ləqəbdir və Azərbaycanca(Azərbaycan Türkcəsi) Yarğıc kimi bilinir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Hakim Baxışov
Hakim Səyyar oğlu Baxışov (13 dekabr 2000; Topbağ, Qəbələ rayonu, Azərbaycan — 28 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hakim Baxışov 13 dekabr 2000-ci ildə Qəbələ rayonunun Topbağ kəndində anadan olmuşdur. Orta təhsilini Qəbələ rayon Yenikənd kənd tam orta məktəbində almışdır. == Hərbi xidməti == Hakim Baxışov 2019-cu ilin yanvarından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Hakim Baxışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Hakim Baxışov 28 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hakim Baxışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Hakim Baxışov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Hakim Baxışov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Hakim Baxışov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Hakim Bəşirov
Hakim Nizam oğlu Bəşirov (2 mart 1989; İmişli rayonu, Azərbaycan SSR — 20 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hakim Bəşirov 1989-cu il martın 2-də İmişli rayonunun Əliyetməzli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Hakim Bəşirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hakim Bəşirov oktyabrın 20-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hakim Bəşirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hakim Bəşirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Hakim Cəfərov
Hakim Cəfərov — () — Azərbaycanlı şəhid. == Həyatı == Cəfərov Hakim Əhməd oğlu 22 iyun 1961-ci ildə Goranboy rayonunun Quşçular kəndində anadan olmuş, həmin kənddə orta məktəbi bitirdikdən sonra 1979-cu ildə həqiqi hərbi xidmətə çağırılmış 2 il Sverdlovskdə xidmət etdikdən sonra 1981-ci ildə geri qayıtmışdır. Hakim Cəfərov 1982-ildən Gəncə şəhəri Hava Limanının tərkibində fəaliyyət göstərən hərbi hissədə gizir rütbəsi ilə xidmət etməyə başlamışdır. O, 1984-cü ildə H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun Tarix fakültəsinin qiyabi şöbəsinə daxil olmuş , 1989-cu ildə həmin institutu bitirdikdən sonra 38 saylı texniki-peşə məktəbində tarix müəllimi vəzifəsində çalışmışdır. == Hərbi xidmət == Hakim Cəfərov 10 oktyabr 1992-ci ildə Kəpəz rayonu Hərbi Komissarlığı tərəfindən öz istəyi ilə cəbhəyə yollanmış, Füzuli rayonunda yerləşən 702 saylı hərbi hissənin tərkibində döyüşmüşdür. O, döyüş taktikası ilə əsgər yoldaşları arasında seçilmiş , ona tapşırılmış döyüş əməliyyatlarını ləyaqətlə yerinə yetirmişdir. Cəfərov Hakim Əhməd oğlu 15 yanvar 1993-cü ildə ağır döyüşlərin birində yaralanmış, Bakı şəhəri hərbi hospitalında müalicə olunsa da 18 yanvar 1993-cü ildə vəfat etmiş, 19 yanvar 1993-cü ildə Dəliməmmədli şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdu. Şəhidin ruhuna hörmət əlaməti olaraq oxuduğu Quşçular kənd on illik orta məktəbi 1995-ci ildən etibarən Hakim Cəfərovun adını daşıyır.
Hakim Həsənov
Hakim Cəmiyağa oğlu Həsənov (1973-1993) — şəhid. == Həyatı == Hakim Həsənov 1973-cü ilin oktyabrın 25-də Masallı rayonunun Qasımlı kəndində anadan olmuşdur. 1990-cı ildə Yeddioymaq kənd orta məktəbinin, 1991-ci ilin oktyabrında isə Bakı Dənizçilik Məktəbini bitirmişdir. Hakim 1992-ci il iyulun 5-də Azərbaycan Milli Ordusun Qusar batolyonunda hərbi xidmətə başlamışdır. Füzuli bölgəsində ermənilərə qarşı vuruşmuş, sentyabr ayında Qubadlı-Laçın bölgəsində gedən qızğın döyüşlərdə fəal iştirak etmiş, Muradxanlı, Güləbird, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Mavutulu, Səfiyan, Türklər kəndlərinin erməni quldurlarından təmizlənməsində böyük şücaət göstərmişdir. Hakim Füzuli, Laçın, Qubadlı və Zəngilan bölgələrində onlarla yaralı və meydin döyüş zonasından çıxarılmasına nail olmuşdur. Ona Komandirlər tərəfindən qoçaqlığına və cəsurluğuna görə təşəkkür edilmiş, iki dəfə məzuniyyət verilmişdir. Lakin o döyüş yoldaşlarından ayrılmamış, məzuniyyətə getməkdən imtina etmişdir. Hakim 1993-cü il aprelin 5-də Laçın bölgəsinin Qızartı kəndini erməni qəsbkarlarından azad edərək qəhrəmancasına həlak olmuş, Qasımlı kənd qəbristanlığında dəfn edilmişdir. Qasımlı kənd orta məktəbinə Hakim Həsənovun adı verilmişdir.
Hakim Sadi
Hakim Sadi (14 noyabr 1992) — Əlcəzairli marafonçu. Hakim Sadi Əlcəzairi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hakim Sadi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 26 dəqiqə 47 saniyəyə qət edərək 155 marafonçu sırasında 104-cü yeri tutdu.
Hakim Ziyex
Hakim Ziyex (19 mart 1993) — Erediviziya təmsilçilərindən olan Ayaks klubunda hücuma meylli yarımmüdafiəçi kimi çıxış edən Niderland əsilli peşəkar Mərakeş futbolçusudur. Ziyex texnikası və cərimə zərbələri bacarığı ilə məşhurdur. == Karyerası == === Heerenveen === Ziyex 2004-cü ildə Heerenveen və Emmen klublarının futbol akademiyası məktəbinə daxil olmuşdur.[mənbə göstərin]Ziyex öz peşəkar karyerasında debütünü 2 avqust 2012-ci ildə Heerenveen klubu ilə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Rapid Buxarest klubuna qarşı oyunda etmişdir. On gün sonra Ziyex Erediviziyada debüt etmişdir. Həmin görüşdə Heerenveen NEK-ə 2-0 hesabı ilə məğlub olmuşdur. === Tvente === 18 avqust 2014-cü ildə Ziyex Tvente klubu ilə dörd illik müqavilə imzalamışdır. === Ayaks === 30 avqust 2016-cı ildə Ziyex Ayaks klubu ilə beş illik müqavilə imzalamışdır. == Milli komanda == Ziyex Niderlandda anadan olmuşdur. Valideynləri isə Mərakeş vətəndaşlarıdır. Ziyex 2015-ci ilin may ayında Niderlandın əsas yığmasına dəvət almışdır.23 sentyabr 2015-ci ildə isə Ziyex sosial şəbəkələr vasitəsilə Mərakeş milli futbol komandasını seçdiyini açıqlamışdır.
Hakim fiti
Hakim fiti — idmanda, xüsusi ilə də futbolda hakimlərin istifadə etdiyi vasitə Hakim fiti XIX əsrdə İngiltərənin Birminqem şəhərindən olan usta Cozef Hadson tərəfindən icad olunub. O, çörəkpulu qazanmaq üçün cib saatlarının təmirindən tutmuş köhnə ayaqqabılara yamaq vurmağadək bir çox işlərlə məşğul olurmuş. Boş vaxtlarında isə usta öz beyninin məhsulu olan fiti hazırlamağa girişirmiş. 1860–1870-ci illərdə isə Cozef Hadson tərəfindən yüzdən çox fit düzəldilmişdi. Əfsanəyə görə fit ilk dəfə "Nottinqem Forest" və "Şeffild" komandaları arasında keçirilən oyunda istifadə olunub. Bayraqlardan yorulan hakim fitdən istifadə etmək qərarına gəlib. Qeyd edək ki, hakimlər üçün fit ilk dəfə "Cozef Ko" şirkəşti tərəfindən istehsal olunub. Ən güclü fit modeli isə 1989-cu ildə bu şirkət tərəfindən istehsal olunan "Tornado T2000" fitidir.
Hakim küləklər
Hakim küləklər– müəyyən ərazidə konkret zaman dövründə (ay, mövsüm, il, illər) küləyin ən çox müşahidə olunan istiqaməti.
Hakim sinif
Hakim sinif və ya iqtidar sinfi, hakimiyyəti və idarəçiliyi əlində saxlayan və cəmiyyətin gedişatını istiqamətləndirən sosial sinfi nümayiş etdirən termindir. Marksist terminologiyaya görə, bu təbəqə burjuaziya adlanır və o, dövlət aparatından və onun hüquq-mühafizə orqanlarından istifadə etməklə digər məzlum siniflərə, xüsusən də fəhlə sinfinə təzyiq göstərir. Sosioloq C. Rayt Millsə görə, hakim təbəqə elitadan fərqlidir. Millsə görə, elita siyasi gücə malik kiçik qrupdur. Bu sinfə siyasətçilər, siyasi rəhbərlər və hərbi liderlər daxildir. Lakin hakim sinif sərvət, yaxud da zor gücündən birbaşa istifadəyə əsaslanır və təhsildən tutmuş hökumət siyasətinə qədər geniş spektri əhatə edir.
Hakim İbrahimov
Hakim Elçin oğlu İbrahimov (2 oktyabr 1990; Bakı, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən yüngül atlet. 2016-cı ildə baş tutan Paralimpiya Oyunlarının medallarına sahib olub. == Həyatı == Hakim İbrahimov 1990-cı il oktyabrın 2-də Bakı şəhərində anadan olub. == Karyerası == XV Yay Paralimpiya Oyunlarında dörd turnirdə mübarizə aparan Yelena Çebanu və onun bələdçisi Hakim İbrahimov sentyabrın 10-da 100 metr məsafəyə qaçış turnirində mübarizə apardı. Yelena Çebanu təsnifat mərhələsində 12.24 saniyə nəticə göstərdi və birinci pillənin sahibi oldu. Bununla da Yelena Çebanu yarım-final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə Yelena Çebanu 11.80 saniyə nəticə göstərdi və növbəti dəfə birinci pillənin sahibi oldu. Bununla da Yelena Çebanu final mərhələsinə adladı. Sentyabrın 9-da baş tutan final turnirində isə Yelena Çebanu 11.70 saniyə nəticə göstərdi və Rio-de-Janeyro Paralimpiadasının gümüş medalına sahib oldu.Daha sonra Yelena Çebanu 200 metr məsafəyə qaçış turnirində mübarizə apardı. Yelena Çebanu təsnifat mərhələsində 24.16 saniyə nəticə göstərdi və dörd atlet sırasında birinci pillənin sahibi oldu və final mərhələsinə vəsiqə qazandı.
Hatif İsfahani
Seyid Əhməd Hatif İsfahani (fars. سید احمد هاتف اصفهانی‎) — XVIII əsr İran şairi. Əslən Ordubaddan olmuşdur. == Həyatı == Əslən Azərbaycanın Ordubad şəhərindən olan Hatifin ailəsi Səfəvilər dövründə İsfahana köçmüş, özü isə XVIII əsrin birinci yarısında həmin şəhərdə anadan olmuşdur. İsfahanlı Nəsir Təbibdən ənənəvi elmləri, Mir Seyid Əli Müştaq İsfahanidən isə ədəbi sənətləri öyrənmişdir. O, dövrün digər mühüm ədəbiyyat adamları, o cümlədən Səbahi və Azər Bəydili ilə də ünsiyyətdə olmuşdur. İsfahandan başqa bir müddət Kaşanda da yaşamış və son illərini Qumda keçirmişdir. O, farsdilli poeziyada ifrat "hind üslubu" (Səbki-Hindi) hesab etdiyi hərəkatı inkar edən və erkən farsdilli poeziyanın üslub prinsiplərinə daha yaxın olan poetik idomi qəbul edən "bazqəşti ədəbi" adlı "ədəbi qayıdış" hərəkatının nümayəndəsi idi.
Yardımçı hakim
Futbol hakim köməkçiləri (1996-cı ilə qədər laynsmen (ing. linesman) və ya laynsvumen (ing. lineswoman ) kimi tanınırdılar) — oyun zamanı referiyə qaydalara riayət etməsində kömək edə biləcək şəxslər. Futbolun ən mütəşəkkil səviyyələrində hakim briqadası 3 nəfərdən ibarət olur, onların ikisi köməkçi qismində, biri isə baş hakim kimi oyunu idarə edir. Onların əsas vəzifələri topun çıxdığını və hansı komandanın oyunçuları topu oyuna yenidən qaytarmaq hüququna malik olduğunu göstərmək, oyundan kənar vəziyyət baş verərsə, bunu baş hakimə bildirmək və hakimin görmədiyi məqamlarla bağlı ona məsləhət verməkdədi. Yerli oyun qaydalarından və hakimin mülahizəsindən asılı olaraq, köməkçi hakim müxtəlif inzibati vəzifələridə görə bilər. Məsələn, əgər baş hakim oyunu hər hansısa səbəbdən davam edə bilmirsə, onu köməkçi hakimlərdən biri əvəz edə bilər, həmçinin əvəzləmə vaxtı oyunçulara nəzarət edə bilər. Köməkçi hakimlər məsləhətçi rolunda çıxış edirlər, və onların verdiyi hər fikiri baş hakim ləğv edə bilər. Yüksək səviyyəli oyunlarda referiyə dördüncü hakim kömək edir. Dördüncü hakimin vəzifəsi, bir qayda olaraq, inzibati xarakter daşısada, qaydalardan və hakimin qərarlarından asıllı olaraq dəyişə bilər.
Əl-Hakim
Əl-Həkim (ər. الحكيم) — Allahın adlarından biri.
Rakif Babayev
Rakif Cəlal oğlu Babayev - (1973, Lerik rayonu – 9 avqust 1993, Ağdam) Birinci Qarabağ döyüşlərində iştirak edib. == Həyatı == 1973-cü ildə Lerik rayonunun Vov kəndində anadan olub. On üç uşaqlı ailənin on birinci övladı idi. == Təhsili == Rakif Babayev 1980-ci ildə Vov kənd orta məktəbinin birinci sinfinə qəbul olunub,1990cı ildə məktəbin 10cu sinfini bitirib. == Hərbi xidməti == 1991-ci ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq Qarabağ cəbhəsinə göndərilir. O,yenicə formalaşmağa başlayan Milli ordu sıralarında xidmətə başlayır. Rakifin döyüş yolu əsasən Ağdam cəbhəsindən keçir. Rakif Babayev döyüş yoldaşları ilə bərabər Ağdamın Yeni Əfirəli kəndindəki döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını sıradan çıxararaq məhv edir. Rakif Babayev 1993-cü il avqust ayının 9-da Ağdam rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin cənazəsi doğulduğu kəndə gətirilərək torpağa tapşırılıb.
Akif Abbasov
Akif Nurağa oğlu Abbasov (28 may 1950, Əli-Bayramlı) — Azərbaycan pedaqoqu, yazıçı, tərcüməçi, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2000), pedaqoji elmlər doktoru (1995), professor (2004), əməkdar müəllim (2012), Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (2009). == Həyatı == Akif Abbasov 1950-ci il mayın 28-də Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. Burada Nəriman Nərimanov adına 2 saylı orta məktəbi bitirdikdən sonra "İşıq" şəhər qəzeti redaksiyasında müxbir işləmişdir (1967–1968). M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis və Azərbaycan dilləri fakültəsində təhsil almışdır (1968–1973). Təyinatı Sabirabad rayonuna verilmiş, rayonun Şıxsalahlı və Qaragünə kənd orta məktəblərində ingilis dili müəllimi işləmişdir (1973–1975). Müsabiqə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutu) tərbiyənin ümumi problemləri şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur (1975). Sonralar elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir (1975–2001). 2001-ci ildən həmin institutun elmi katibidir. Namizədlik (1987) və doktorluq dissertasiyaları (1995) müdafiə etmişdir. Tədqiqatları təlim və tərbiyə prosesinin optimallaşdırılmasına, didaktikanın müasir problemlərinə və s.-ə həsr olunmuşdur.
Akif Ağabalayev
Akif Ağabala oğlu Ağabalayev (d. 13 may 1974; Xaçmaz, Azərbaycan - ö. 1992; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. == Həyatı və hərbi xidməti == Akif Ağabalayev 1974-cü il 13 mayda Xaçmaz şəhərində anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanan Akif Ağabalayev, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qismində I Qarabağ müharibəsinin bir sıra döyüşlərinə qatıldı. O, 1992-ci ildə şəhid oldu. Əsgər Akif Ağabalayev, Xaçmaz şəhərində dəfn olunub.
Akif Ağatalıbov
Akif Ağatalıbov — "Tərəqqi" medalı laureatı, Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzi Assosiasiyasının sədri. == Həyatı == Akif Ağatalıbov 1957-ci ildə iyulun 18-də Bakı şəhərində anadan olub. 2010-cu ildə avqustun 6-da Özbəkistan Respublikasında Azərbaycan Mədəniyyət Mərkəzi Assosiasiyasının sədri təyin edilib. == Mükafatları == "Özbəkistan Respublikasının müstəqilliyinin 15-ci ildönümü" ilə əlaqədar yubiley medalı, 2011-ci il iyulun 4-də isə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Akif Ağayev
Akiv Ağayev - fotoqraf, fotojurnalist. == Həyatı == Akif Ağayev 3 May 1946-cı il, Bakı şəhərində anadan olmuşdur. 1963-cü ildə, orta məktəbi bitirdikdən sonra o M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutun filologiya fakultəsinə daxil olmuşdur. Axırıncı kursda oxuyarkən "Bakı" qəzetində ştatdankənar fotomüxbir kimi çalışmışdır. İnstitutu bitirdikdən dərhal sonra, 1968-ci ildə o "Bakı" qəzetinin "Mədəniyyət və İncəsənət" şöbəsinin müdiri vəzifəsinə qəbul olunmuşdur. Bu qəzetin ən populyar rubrikalarından biri olan "Axtarışlar və tapıntılar" silsiləsinin yaradılması ideyası məhz ona məxsus idi. Həmin illərdə o Bakı şəhərinin, Azərbaycanın tarixi, memarlıq abidələri haqqında, tanınmış mədəniyyət xadimləri, təzə-təzə yazmağa başlayan, hal-hazırda isə bütün dünyada tanılan istedadlı yazıçılar, müğənnilər haqqında məqalələr yazardı və bu məqalələri öz cəkdiyi fotoqrafiyalarla müşaiət edərdi. Elə məhz bu silsilə məqalələrinə görə Azərbaycan Jurnalistlər Birliyi Akif Ağayevi "Qızıl qələm" mükafatı ilə təltif etdi. 1976-cı ildə o APN-nin (Aqenstvo Peçati Novosti) Azərbaycan bölməsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. 1984-cü ildən Akif Ağayev Qafqaz Müsəlmanları İdarəsinin informasiya şöbəsinə rəhbərlik etmişdir.
Akif Aşırlı
Akif Abduləzim oğlu Vəliyev (Aşırlı) (15 fevral 1969, Daş Salahlı, Qazax rayonu) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin təsisçisi və baş redaktoru, "Tərəqqi" və "Azərbaycan Xalq Cümhuriyyəti-100" medalı laureatı == Həyatı == Akif Aşırlı 1969-cu il fevralın 15-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1986-cı ildə Daş Salahlı kənd 1 saylı orta məktəbini bitirib. 1988–1990-cı illərdə keçmiş SSRİ ordusunda hərbi xidmətdə olub. 1998-ci ildə BDU-nun tarix fakültəsini bitirib. BDU-da təhsil aldığı illərdə paralel olaraq Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub. 2005-ci ildə "Təfəkkür" Universitetində jurnalist ixtisası üzrə magistr dərəcəsi alıb. 1993-cü ildə ABŞ-nin rəsmi dövlət agentliyi YUSİA-nın dəvəti ilə bu ölkədə olub. 2005-ci ildə İsveçin Stokholm şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresində Məclis üzvü və məclis katibi seçilib. 2007-ci ilə qədər bu vəzifəni icra edib. Bir qrup ziyalı ilə birgə 1918–1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Türk Ocağı təşkilatını barpa edib.