Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hay Day
Hay Day — Supercell şirkəti tərəfindən istehsal olunmuş pulsuz mobil ferma oyunu. iOS platforması üçün 21 iyun 2012-ci ildə, Android platforması üçün 20 noyabr 2013-cü ildə buraxılmışdır. 2013-cü ilin məlumatına görə Supercell şirkəti Hay Day və Clash of Clans oyunlarından ayda 30 milyon $ qazanmışdır. 2013-cü ildə Hay Day ən çox gəlir əldə 4-cü oyun olmuşdur. == Məzmun və geympley == Oyunçunun əmisi artıq fermanın qayğısına qala bilmir və buna görə də fermanı oyunçunun əllərinə əmanət edir. Oyun müqəvvanın müşayiəti ilə oyunçunun buğda biçməyi öyrənməsi ilə başlayır. Oyunçu fermasında yetişdirdiyi məhsulları sataraq qızıl pullar qazana bilər. Qızıl pullardan istifadə edərək istehsal tikililəri və dekorativ əşyalar ala bilər. Həmçinin əldə etdiyi təcrübə xalları (XP) sayəsində səviyyə keçə bilər. Oyunçular öz aralarında "məhəllələr" yaradaraq bir-birilərinə kömək edə bilərlər.
Huylu-huy
Çeluxuy (IV əsr – IV əsr) — IV əsr jujan qəbilə başçısı idi. == Həyatı == Yuyçzülyü Muqulyünün oğludur. Güclənən Sienbilərə vergi ödədi. Onun dövrü sülh içində keçdi.
Hay Layn
Hay Layn (ing. The High Line — "hündür xətt") — Midatun və Aşağı Manhettenin Mitpekinq və Çelsi rayonlarında yer səthindən 10 metr yüksəklikdə yerləşən yerüstü park. Bura keçmiş yerüstü dəmir yolu yerində salınıb. Ümumi uzunluğu 2,33 km-dır. == Təsviri == Park Qansvort Stritdən 34-cü küçəyə qədər uzanır. 34-cü küçədəki girişdə əlil arabaları üçün giriş nəzərdə tutulub. Park qışda hər gün səhər saat 7-dən axşam saat 19-a qədər, yazda və payızda axşam saat 22-yə qədər, yayda (ancaq günəşin batmasına qədər açıq olan 11-ci prospektin qərbindəki xiyaban istisna olmaqla) isə axşam saat 23-ə qədər açıq qalır. Parkda on bir giriş var, bunlardan beşi əlillər üçün əlçatandır. Girişlər pilləkənlərin yaxınlığında xüsusi əlil arabaları liftləri ilə təchiz olunmuşdur, onlar Gansvort, 14-cü, 16-cı, 23-cü və 30-cu küçələrdə yerləşirlər. Küçə səviyyəsində giriş 34-cü küçədə yerləşir, hansı ki 30-cu küçə və 11-ci prospektdən 11-ci prospektin qərbindəki 34-cü küçəyə qədər uzanan Aralıq xiyabanından keçır.
Hay qəzası
Əl-Heyy qəzası (ərəbcə: قضاء الحي) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Əl-Heyy şəhəridir.
Hoy
Xoy (azərb. Xoy‎; fars. خوی‎) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanındakı Xoy şəhristanının inzibati mərkəzi. Şəhər ərazisi 30 km².-dir.2012-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən əhalisi 200,985 & 354,309 nəfərdir. == Tarixi == Xoy şəhərinin tarixi e.ə. 3000–4000-ci illərdən başlayır. Şumer mənbələrində adı çəkilən Arrata adlı bölgənin bu günkü Urmiya ilə Van şəhərləri arasındakı bölgə olduğu tarixçilər tərəfindən təsdiqlənmişdir. O illərdə bu bölgədə məskunlaşmanın olması da öz təsdiqi tapmışdır. Əvvəlcə Xoy şəhəri Azərbaycan ərazisində qurulan Manna dövlətinin sərhədləri içində olmuş, sonra Van və onun ətrafını özündə birləşdirən Urartu dövlətinin ərazisinə qatılmışdır. İslam dininin yayılması və xilafətin bu bölgəni ələ keçirməsi ilə şəhər müsəlmanların idarəsi altına keçmiş və uzun illər müxtəlif bəyliklərin tərkibində olmuşdur.
Har Ray
Har Ray-ਗੁਰੂ ਹਰਿ ਰਾਇ ਜੀ Siqhlərin yeddinci qurusudur. 1630-1661. Quru Har Qobindin nəvəsidir. 1644-cü ildə quru olmuşdur.
Hey, Mamma!
Hey, Mamma! (azərb. Hey, Ana!‎) — Moldovanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.SunStroke Project "Hey, Mamma!" mahnısı ilə Moldovanı Kiyevdə keçirilən müsabiqədə təmsil etmiş və finalda 3-cü yeri qazanmışdır. Bu Moldovanın müsabiqə tarixindəki ən yaxşı nəticəsi olaraq qalmaqdadır. Mahnı SunStroke Project qrupunun heyəti və eyni zamanda Alina Qaletskaya tərəfindən bəstələnmişdir.
Hey (Xudabəndə)
Hey (fars. حی‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,355 nəfər yaşayır (311 ailə).
Kris Hoy
Kris Hoy (ing. Chris Hoy; 23 mart 1976, Edinburq) — Britaniya avtoidmançısı və keçmiş cığır velosipedçisi. O, Böyük Britaniyanı Olimpiya oyunlarında və Dünya çempionatlarında və Şotlandiyanı İngilis Millətlər Birliyi Oyunlarında təmsil etmişdir. Hoy on bir qat dünya çempionu və altı qat olimpiya çempionudur. Cəmi yeddi olimpiya medalına sahibdir, bunlardan altısı qızıl, biri isə gümüşdür. Hoy indiyə qədərki ən çox Olimpiya titulu olan velosipedçidir. 2008 Yay Olimpiya Oyunlarındakı üç qızıl medalla Hoy Şotlandiyanı Olimpiya oyunlarında təmsil edən ən uğurlu idmançı adına yiyələnib. 1908-ci ildə Henri Taylorun qazandığı nəticədən bəri bir Olimpiya oyunlarında üç qızıl medal qazanan ilk Britaniya atleti olub. Həmçinin bütün dövrlərin ən uğurlu Olimpiya velosipedçisidir. 2012 Yay Olimpiya Oyunlarında sonuncu iki qızıl medal qazandıqdan sonra Hoy yeddi medalla Britaniya atletləri arasında ən çox medal qazanan idmançı oldu.
Luiza Hey
Luiza Hey (ing. Louise Hay; 8 oktyabr 1926 - 30 avqust 2017) — amerikalı yazıçı, həvəsləndirici əsərlər müəllifi və "Hay House" nəşriyyat şirkətinin təsisçisidir. O, yeni düşüncə tərzində yazılmış və "özünə yardım" mövzusunda birləşən bir neçə kitabın müəllifidir. Daha çox "Həyatına şəfa ver" (ing. You Can Heal Your Life; 1984) kitabına görə yaxşı tanınır.Hey May 2008-ci ildə Nyu-York Tayms dərgisində Mark Oppenheimer ilə müsahibəsində öz həyat hekayəsin ətraflı şəkildə nəql etmişdir.
Say Yay!
Say Yay! (azərb. Ura de!‎) — İspaniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Barei "Say Yay!" mahnısı ilə İspaniyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü və eyni zamanda Ruben Viyanueva və Viktor Pua Vivo tərəfindən bəstələnmişdir.
Tom Hey
Tom Hey (ing. Tom Hay; iyul 1858, İngiltərə – 10 yanvar 1940) — ingilis futbolçu; onun müntəzəm mövqeyi qapıçı idi. "Mançester Yunayted", "Barslem", "Steyvli", "Bolton Uonderers", "Great Lever", "Hallivel", "Akkrinqton" komandalarında çıxış edib. == Həyatı == Tom Hey 1861-ci ildə İngiltərənin Steyvli şəhərində anadan olmuşdur.
Han Hun-So
Han Hyun-So (d. 17 mart 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Han Hyun-So Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Nquyen Hıy Tho
Nquyen Hıy Tho (vyet. Nguyễn Hữu Thọ: 10 iyul 1910[…], Sayqon – 24 dekabr 1996, Hoşimin və ya Hanoy) — Vyetnam inqilabçısı, Vyetnam Sosialist Respublikasının Prezidenti (1980–1981). == Həyatı == Məmur ailəsində anadan olmuşdur. Fransada hüquq təhsili almışdır. Birinci Hind-Çin müharibəsi illərində (1945–1954) vəkil kimi müqavimət üzvlərini müdafiə etmişdir. O, Sayqonda (1950-ci il mart) kütləvi antiamerikan nümayişinin liderlərindən biri idi. 1954-cü ildə Sülh Uğrunda Hərəkat təşkilatını yaratmışdır və onun vitse-prezidenti seçilmişdir. İki dəfə (1950–1952, 1954–1961) həbsdə olmuşdur. == Mükafatları == "Xalqlar dostluğu" ordeni (7 sentyabr 1980, SSRİ).
Buy
Buy (ing. Buoy) - gəmi yolları, gəmiçilik üçün təhlükəli olan yerləri hüdudlamaq, suyun altındakı hər hansı bir əşyanın yerini işarələmək və s. üçün müəyyən forma və rəngdə üzən üzgəc. Buyda işıq, səs siqnalları, yaxud radiosiqnallar vermək üçün qurğu da ola bilər. Radiohid roakustik Buy (radiobuy) informasiyanı avtomatik toplayan və qəbuledici stansiyaya ötürən üzən vasitədir. İstiqamətlənmiş şüa antenalı radioötürücüdən ibarət olan radiobuy sualtı qayıqları aşkar etmək, okeanoqrafik və meteoroloji müşahidələr aparmaq, naviqasiya məqsədləri üçündür. Radiobuylarınilk nümunələri 1945-ci ildən sonra, raket-nüvə silahı ilə təchiz olunmuş atom sualtı qayıqlarının yaradılması ilə meydana gəlmişdir. Radiobuyları təyyarələrdən, helikopterlərdən, qayıqəleyhinə gəmilərdən hərəsi bir neçə ədəd olan partiyalarla quraşdırmaqla baryer xətti və ya qapalı hüdud yaradılır. Radiobuylar passiv və aktiv istiqamətlənmiş və istiqamətlənməmiş növlərə ayrılır. Lövbərlərlə təchiz olunmuş Buylar sürüşmə olan yerlərdə bərkidilir, lövbər qurğuları olmayan Buylar isə dreyf edir.
HUD
Oyun interfeysi və ya "heads-up-display" (head-up – başı əymədən baxmaq, display — indikasiya), həmçinin sadəcə HUD — videooyunun istifadəçi interfeysinin bir hissəsi kimi vizual vasitələrlə oyunçuya məlumat ötürmə üsulu. Adını müasir təyyarələrdə istifadə olunan baş üstü displeylərdən almışdır. "HUD" həmçinin bir çox məlumatın, o cümlədən qəhrəmanın sağlamlığı, obyektlər və oyunda irəliləyişin (məsələn, xal və ya səviyyə) göstərilməsinin bir hissəsidir.
Hum
Hum – Xorvatiyada yaşayış məntəqəsi. 2011-ci ilin nəticələrinə əsasən burada cəmi 23 insan yaşayır. Kiçik ölçüsünə və əhalisinin sayının az olmasına baxmayaraq özünün bələdiyyə başçısı, polis məmuru, yanğınsöndürəni, həkimi və hakimi də var. Hum kifayət qədər qədimdir və onun haqqında ilk qeydlər 1102-ci ilə gedib çıxır.
Hun
Hunlar — IV-VI əsrlərdə Mərkəzi Asiyada, Qafqazda və Şərqi Avropada yaşamış köçəri xalq. Avropa ənənəsinə görə, onlar ilk əvvəllərdə Volqa çayının şərqində, yəni o dönəmdə Skitiya adlandırılan yerlərdə yaşamışdırlar. Hunların qərbə doğru köçmələri ariyanlardan hesab edilən Alanların qərbə doğru yürüşü ilə əlaqələndirilir. 370-ci ildən etibarən Hunlar Volqa sahillərinə gəldilər və 430-cu ildə Avropada özlərinin böyük, lakin qısaömürlü dövlətlərini qurdular. Hunlar tədricən Qotları və Roma sərhədlərindən kənarda yaşayan bir çox digər german tayfalarını özlərinə tabe etdilər, yerdə qalanları isə Roma sərhədləri daxilinə miqrasiya etməyə məcbur oldu. Hunlar, xüsusən Attilanın rəhbərliyi altında tez-tez Şərqi Roma imperiyası üzərinə dağıdıcı yürüşlər həyata keçirdilər. 451-ci ildə onlar Qərbi Roma imperiyasının əyaləti olan Qaulu ələ keçirdilər. Onlar buanı ələ keçirmək üçün romalılarla vestqotların birləşmiş ordusu ilə Katalaun döyüşündə döyüşmüdülər. 452-ci ildə onlar İtaliyanı ələ keçirdilər. Attilanın 453-cü ildə ölümündən sonra Hunlar artıq Roma üçün əsas təhlükə olmaqdan çıxdılqar və öz torpaqlarının çoxunu 454-cü ildə baş vermiş Nedao döyüşündən sonra itirdilər.
HUS
HUS (ing. haemolytic uraemic syndrome) – mikroangiopatik trombositopeniyalara aid olub, ibarətdir: hemolitik anemiya, kəskin böyrək pozğunluğu, trombositopeniya. Uşaqlarda daha çox görünür, Escherichia Coli ilə bağlıdır, qanlı ishalla özünü göstərir. Septisemiya, hamiləlik eklampsiyası, dərman reaksiyası nətəcəsində yarana bilər, protrombin indeksi, aktivləşmiş hissəvi tromboplastin vaxtı və fibrinigen normaldır, D-dimer artmır, dializ letallığı azaldır.
Hey gidi günler (mahnı)
Hey gidi günler — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının söz və musiqisi Elvin Mehmanlıya, aranjimanı Ramin Vəlibəyov, düzənləməsi isə Elmin Təhməzə aiddir. 16 iyul tarixində "Bazar sürprizi" yaşandı. Bu hadisəni Aygün Kazımova özü belə adlandırdı. Anonssuz şəkildə "Heyy gidi günler" mahnısı yayımlandı.
Say Say Say
Say Say Say — Maykl Cekson və Pol Makkartninin birgə ifa etdiyi mahnı. Elə ifaçı cütlük tərəfindən yazılan mahnının prodüsserliyini Makkartninin 1983-cü ildə çıxardığı Pipes of Peace albomunun da prodüsseri olan George Martin edib. Mahnı cütlüyün Maykl Ceksonun 1982-ci ildə çıxardığı Thriller albomuna daxil olan "The Girl Is Mine" mahnısından sonra ikinci duetidir. 1983-cü ilin oktyabrında mahnı satışa çıxarılandan sonra "Say Say Say" Ceksonun bir ildə top onluğa daxil olmuş yeddinci mahnısı oldu. Mahnı ABŞ-də birinci, Böyük Britaniyada isə ikinci yerə qədər yüksələ bildi. Mahnı həmçinin Norveç, İsveç, Avstriya, Avstraliya, Yeni Zellandiya, Niderland və İsveçrədə də hit paradların zirvələrini fəth etdi. ABŞ-də Recording Industry Association of America tərəfindən pltinium sertifikatı verilən mahnıya klip də çəkilib. Klipin rejissoru Bob Giraldidir.
Airline hub
Best Buy
Best Buy — ABŞ-də yerləşən beynəlxalq elektronik pərakəndə satış həyata keçirən şirkət. "Best Buy" mağazalarında kompüterlər, kompüter proqramları, video oyunlar, CD, DVD, mobil telefonlar, rəqəmsal foto və video kameralar, internet qoşulma məhsulları, soyuducu və məişət texnikası kimi müxtəlif məhsullar satılır. Elektron mallara əlavə olaraq, musiqi alətləri və albomlar da var. Bunlardan başqa şirkətin öz markaları Insignia, Dynex, Init, Geek Squad və Rocketfish məhsulları satılır. Bu brendlərin hamısı "Best Buy" şirkətinə aiddir. Amerika Birləşmiş Ştatlarından başqa, "Best Buy" şirkətinin Kanada, Çin, Meksika kimi dövlətlərdə, eləcə də Avropanın bir çox ölkələrində mağazaları var.
Buy (şəhər)
Buy – Rusiya Federasiyasında yerləşən şəhər. Kostroma vilayətinə daxildir.
Valentin Haüy
Valentin Haüy (fr. Valentin Haüy, Valentin Haüy; 1745–1822) – XVIII-XIX əsrlərdə yaşamış məşhur fransız pedaqoqu və novatoru, ilk tiflopedaqoqlardan biri, korlar üçün ilk təhsil müəssisələrinin yaradıcısı, Luis Braylın sələfi olaraq korlar üçün qabartmalı əlifbanın müəllifi. == Həyatı == Valentin Haüy 1745-ci il 13 noyabr tarixində Fransada Sen-Jüst kəndində (Amyen şəhəri yaxınlığında) kasıb fransız kəndli-toxucu ailəsində anadan olmuşdur. Uşaq yaşlarından onda əcnəbi dillərə qeyri adi maraq olmuş və bu onun gələcək həyat yolunun seçimini müəyyən etmişdir. Maliyyə və sosial çətinliklərə baxmayaraq, Valentin paytaxtda ali təhsil ala bilmiş və hətta Xarici İşlər Nazirliyində tərcüməçi vəzifəsində çalışmışdır. O mövcud avropa dillərindən başqa, latın, yunan, qədim ivrit dilini bilmiş və bir neçə şərq dillərində oxuya bilmə bacarığına malik olmuşdur. 1784-cü ildə Haüyün 39 yaşı olanda o artıq pedaqoq kimi çalışırdı. Həmin vaxt o hökumət və qeyri-hökumət xeyriyyə cəmiyyətlərinin köməyi olmadan öz şəxsi vəsaiti hesabına öz evində dünyada ilk dəfə kor uşaqlar üçün məktəb açmışdır. Bu məktəbin ilk şagirdi kilsənin sərəncamına verilmiş Fransua de Lezeyuer olmuşdur. Sonradan məktəbə daha 11 nəfər kor uşaq gətirilmişdi.
Buy şəhəri
Buy – Rusiya Federasiyasında yerləşən şəhər. Kostroma vilayətinə daxildir.
Züy
Züy — Nəfəslə çalınan musiqi alətlərində səsi əsas alətin ahənginə uyğunlaşdırma, onun çaldığı havanı təkrar etmə.
Ağ küy
Ağ küy-ehtimal nəzəriyyəsində – spektral sıxlığı sabit olan ümumiləşdirilmiş stasionar X(t) təsadüfi proses. Korrelyasiya müddəti çox kiçik olan təsadüfi həyəcanlanmaları təsvir etmək üçün istifadə olunur. Məsələn, istilik küyündə – elektronların istilik hərəkətindən yaranan keçiricilərdə cərəyan şiddətinin pulsasiyası. Bəzi stoxastik diffuziya prosesləri üçün əksər halda η(t) (X(t)=η΄(t)) Viner prosesinə görə ümumiləşmiş törəməsi olan X(t) Qauss Ağ küyündən istifadə olunur. Stasionar təsadüfi həyəcanlanmaların təsiri altında rəqs edən sistemlərin dayanıqlı vəziyyətini təsvir edən Ağ küy modeli mühüm Y(t) təsadüfi proseslərdən biridir. Akustikada: müxtəlif tezlikli səs rəqslərini eyni dərəcədə ehtiva edən akustik küy. Ağ küydə müxtəlif tezlikli səs dalğalarının intensivliyi orta hesabla eyni olur. Ağ işıq ilə analoji adlandırılmışdır. Ötürmə zolağı sonlu olan, və bu çərçivədə real küyün spektri təxminən bərabər paylanmış hesab edilən fiziki siqnallara kiçik korrelyasiya müddətli küylərin təsirini təsvir etmək üçün Ağ küy modeli istifadə olunur. Korrelyasiya müddəti elektronun katoddan anoda uçuş müddəti ilə təyin olunan qırma küyə misal ola bilər.
Proprioseiopsis bay
Proprioseiopsis bay (lat. Proprioseiopsis bay) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseiopsis bay Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.