Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fumiko Hayaşi
Fumiko Hayaşi (yap. 林 芙美子; 31 dekabr 1903, Şimonoseki, Yamaquçi prefekturası – 29 iyun 1951 və ya 28 iyun 1951, Tokio[d]) – Yaponiya yazıçısı və şairi. 48 yaşında ölsə də, ədəbi karyerası müddətində 30.000-dan çox səhifə və 278 kitab yazmışdır. XX əsrin ən uğurlu yapon qadın yazıçısı hesab olunur. Bir çox romanı bestseller olmuş, bəziləri əsasında filmlər çəkilmişdir. 1903-cü ildə Yamaquçi prefekturasının Şimonoseki şəhərində anadan olub. Anası Kikunun bir neçə kişidən uşağı olub və Fumiko onun qeyri-leqal uşaqlarından biri idi. Buna baxmayaraq, Fumiko anası ilə səmimi münasibət saxlayıb. Yazıçı kimi tanınmamışdan qabaq yoxsulluq içərisində yaşayıb, fabrikdə fəhlə, evdə xidmətçi kimi işlərdə işləyib. Sonda 1922-ci ildə Tokioya köçüb.
Kentaro Hayaşi
Kentaro Hayaşi (d. 29 avqust 1972) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Ronela Hayati
Ronela Hayati (2 sentyabr 1989, Tirana) — Alban müğənni. eyni zamanda Ronela kimi də tanınır, alban müğənnisi, bəstəkarı və rəqqasıdır. Tiranada doğulub boya-başa çatıb o, musiqi karyerasına başlamazdan əvvəl uşaq ikən müxtəlif mahnı və rəqs müsabiqələrində çıxış etməyə başlayıb. Hayati musiqi, üslub və tərcümədə çox yönlü olması ilə seçilir. 2021-ci ildə Festivali i Kengës-in 60-cı buraxılışını qazandıqdan sonra o, 2022-ci ildə Eurovision Mahnı Müsabiqəsi üçün Albaniya təmsilçisi təyin edilib.
Komao Hayaşi
Komao Hayaşi (林 駒夫, Hayaşi Komao, 22 sentyabr 1936, Kamiqyo[d] – 15 may 2024) – Yaponiya kukla sənətçisi. Komao Hayaşi 1936-cı ildə Yaponiyanın Kioto prefekturasının Kamiqyo rayonunda doğulmuşdur. 1955-ci ildə Kioto Suzaku liseyindən məzun olduqdan sonra XIII Kamiqyo kukla ustası Menşonun şagirdi olmuşdur. 1995-ci ildə Kioto prefekturası tərəfindən qeyri-maddi mədəni mülk elan olunmuşdur. Pavlovniya tozuna yapışqan əlavə edib yoğuraraq və quruduqdan sonra rəngləyərək hazırladığı Toso kuklalarına görə tanınmış, bu səbəbdən də 2002-ci ildə yaşayan milli xəzinə adına layiq görülmüşdür. 15 may 2024-cü ildə 87 yaşında ölmüşdür. 1960-cı illərdən etibarən Yaponiya Ənənəvi Sənət İşləri Sərgisinin mükafatları daxil olmaqla bir çox mükafata layiq görülmüşdür. 1973-cü ildə keçirilmiş sərgidə Yaponiya Sənət İşləri Assosiasiyasının Prezident mükafatını qazanmışdır. 2001-ci ildə Kioto Mədəniyyət Mükafatının Nailiyyət kateqoriyasının qalibi olmuşdur. 2004-cü ildə "Bənövşəyi lent" medalı, 2009-cu ildə "Doğan günəş" ordeni ilə təltif olunmuşdur.
Fumiko Hayaşi (yazıçı)
Fumiko Hayaşi (yap. 林 芙美子; 31 dekabr 1903, Şimonoseki, Yamaquçi prefekturası – 29 iyun 1951 və ya 28 iyun 1951, Tokio[d]) – Yaponiya yazıçısı və şairi. 48 yaşında ölsə də, ədəbi karyerası müddətində 30.000-dan çox səhifə və 278 kitab yazmışdır. XX əsrin ən uğurlu yapon qadın yazıçısı hesab olunur. Bir çox romanı bestseller olmuş, bəziləri əsasında filmlər çəkilmişdir. 1903-cü ildə Yamaquçi prefekturasının Şimonoseki şəhərində anadan olub. Anası Kikunun bir neçə kişidən uşağı olub və Fumiko onun qeyri-leqal uşaqlarından biri idi. Buna baxmayaraq, Fumiko anası ilə səmimi münasibət saxlayıb. Yazıçı kimi tanınmamışdan qabaq yoxsulluq içərisində yaşayıb, fabrikdə fəhlə, evdə xidmətçi kimi işlərdə işləyib. Sonda 1922-ci ildə Tokioya köçüb.
Zayed əl-Hayari
Zayed əl-Hayari — Qətərin İraqdakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən) Zayed əl-Hayari Qətərin İordaniyada səfiri vəzifəsində işləyib. 2015-ci ildən ölkəsinin İraqdakı fövqəladə və səlahiyyətli səfiridir.
Havalı
Havalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zərnəli kənd inzibati ərazi dairəsində kənd. Havalı kəndi Araz çayının sahilində, düzənlikdədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycandan gəlmiş Hava (Həvva adının yerli tələffüz forması) adlı bir qadının övladları bina etdiyi üçün belə adlandırılmışdır. Oykonimi Azərbaycan toponimiyasında "yaxşı iqlimli" mənasında işlənən yelli topokomponentinin sinonimi kimi də qəbul etmək olar. 1993-cü ilin oktyabr ayında Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Qayalı
Kəndlər Qayalı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Qayalı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qayalı (Şörəyel) — Ermənistan Respublikasının Şörəyel mahalında kənd. Qayalı (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonun ərazisində kənd. Bələdiyyələr Qayalı bələdiyyəsi — Digər Qayalı (Kəkildağ) düşərgəsi Qayalı dağlar — Şimali Amerika Kordilyer dağlarının şimalında dağ sistemi.
Haçalı ağcaqanadlar
Xironomidlər və ya haçalı ağcaqanadlar (lat. Chironomidae)- cücülər fəsiləsi. Hazırda 3000 növü məlumdur, onlardan Xəzər dənizində 8 növü qeyd edilmişdir, əksəriyyəti şirin sularda , bəzi növləri isə dənizdə yaşayır. Chiromonus albidus Xəzər dənizi üçün endemikdir. Bu növ və eləcə də Clunio marinus növü dənizin sahil zonalarında yayılmışdır. Xironomid sürfələri miqdarca və biokütləcə ən çox Şimali Xəzərdə inkişaf edirlər. Onlar çökə, çəki,külmə və nərə balıqlarının qidasında mühüm rol oynayırlar.
Haçalı islimilər
Haçalı İslimilər sınıq ağac şaxəsinə və yaxud açılmış heyvan ağzına bənzər islimilərə deyilir. Haçalı islimilərın forması qanadlı islimilərlə uyğunluq təşkil edir. Haçalı islimilər qanadlı islimilər kimi yalnız hiçəklərin sonunda deyil, müxtəlif formalı şaxələrin üzərində yerləşir.
Qayalı (Bərdə)
Qayalı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Qayalı (Qubadlı)
Qayalı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qayalı kənd inzibati ərazi dairəsində kənd. 31 avqust 1993 - ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020 - ci ildə Azərbaycan və Ermənistan dövlətləri arasında bağlanmış atəşkəs müqaviləsinə əsasən Azərbaycana geri verilmişdir. Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2 Qayalı kəndinin qədim adı Qarıkahası olub. XIX əsrdə Zəngəzurun Sisyan rayonunda mövcud olmuş Qayalı kəndindən zəirxanlı, alıxlı, eyvazlı və xələfli nəsilləri köçüb burada məskunlaşdıqdan sonra kənd Qarıkahalı Qayalı adlanmışdır. Bir müddət keçəndən sonra kəndin adındakı Qarıkahalı komponenti ixtisara düşmüşdür. Azərbaycanda "qaya" termini ilə bağlı çoxlu oronimlər mövcuddur. "Qaya" sözü "sıra dağlardan ayrılmış qol", "dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən yer" mənasındadır. Qayalı toponimi "qaya" və "-lı" komponentlərindən ibarətdir.
Qayalı (Şörəyel)
Qayalı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Toponim qaya sözünə -lı şəkilçisinin qoşulması ilə əmələ gəlib «daşlı, qayalı yerdə olan kənd» mənasını ifadə edir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 3.ll.1950-ci il fərmanı ilə dəyişdirilib Noraber qoyulmuşdur.
Qayalı Dağlar
Qayalı dağlar — Şimali Amerika Kordilyer dağlarının şimalında dağ sistemi. Sakit okean və Atlantik okeanı arasında suayırıcı. Kanada və ABŞ ərazisindədir. Uzunluğu təqribən 3200 km, eni 700 km-ə, hündürlüyü 4399 m-ə qədərdir (Elbert dağı). Əsasən, arxeozoyun kristallik süxurlarından, şimal hissədə isə paleozoyun çökmə süxurlarından ibarətdir. Qeyzerlər və termal bulaqlar var. Zəlzələlər olur. Qayalı Dağların ətəklərində iynəyarpaqlı meşələr, yuxarılarda subalp və alp çəmənləri, mərkəzi və cənub hissədə çöl bitkiləri yayılmışdır. Qayalı dağlarda zəngin kömür, mis, molibden, qızıl, gümüş, neft yataqları, milli parklar (qoruqlar) - Casper, Robson, Banf (Kanadada) və Yellouston (ABŞ-də) var.
Qayalı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sayalı (balet)
Sayalı — bəstəkar Elnarə Dadaşova tərəfindən 1983-cü ildə bəstələnmiş birpərdəli balet. Balet bəstəkarın anasının Sayalı Tağıyevanın adını daşıyır. Premyera 15 dekabr 2012 ildə olub. Baletmeyster Pulumb Agilliu, dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı isə əməkdar mədəniyyət işçisi Yusif Babayevdir. “Sa­ya­lı” ba­le­ti­nin lent ya­zı­sı 1983-cü il­dən Azər­bay­can Te­le­vi­zi­ya və Ra­dio Şir­kə­ti­nin fo­no­te­ka­sın­da saxlanılır. Əsər Azər­bay­can Te­le­vi­zi­ya və ra­dio Şir­kə­ti­nin sim­fo­nik or­kest­ri­nin ifa­sın­da len­tə alı­nıb. “Araz” proqramı ilə vax­ta­şı­rı efi­rə ve­ri­lib və ve­ri­lir. "Sayalı" baleti Novruz, bayramında təbiətin oyanması, heç vaxt solmayan əbədi məhəbbət, gənclik və rəqabət mövzusundadır.
Sayalı Sadıqova
Sayalı Allahverdi qızı Sadıqova (22 iyun 1960, Krasnoselsk rayonu) — Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavinidir. Sayalı Sadıqova 1960-cı ildə ən qədim tarixə malik olan Qərbi Azərbaycanın Göyçə mahalında, Krasnoselo rayonunun Cil kəndində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə Cil kənd orta məktəbində birinci sinfə getmiş, 1977-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. Həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin (APİ) filologiya fakültəsinə daxil olmuşdur. Təhsil aldığı illərdə İnstitut Tələbə Həmkarlar təşkilatının sədri, Tələbə Elmi Cəmiyyətinin sədr müavini olmuşdur. 1981-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1981-1984-cü illərdə Azərbaycan dili ixtisası üzrə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin aspirantı olmuşdur. Elmi fəaliyyətə 1984-cü ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi vəzifəsi ilə başlamışdır. 1986-cı ildə “Azərbaycan ədəbi dilində termin söz birləşmələri” mövzusunda namizədlik dissertasiyasını 26 yaşında müdafiə etmişdir. S.A.Sadıqova bu sahədəki fəaliyyətini davam etdirmək məqsədi ilə 1994-1997-ci illərdə Nəsimi adına Dilçilik İnstitutunda əyani doktoranturaya qəbul olmuşdur.
Sayalı Tağıyeva
Tağıyeva Sayalı Abdulla qızı (1920, Şuşa – 2013, Bakı) — tibb e.d. (1969), prof. (1969). Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1942). 1942-ci ildən Tibb İnstitutunıın daxili xəstəliklərin hospital-terapiya kafedrasında ordinator, 1944-cü ildən assistent, 1955-ci ildən dosent, 1969-cu ildən professor olmuşdur. 1980-ci ildən 1992-ci ilə qədər pediatriya fakültəsinin daxili xəstəliklər kafedrasının müdiri işləmiş, 1992-ci ildən isə kafedranın professorudur. 130-dan çox elmi əsərin, o cümlədən 2 monoqrafiya, 3 metodiki vəsait, 2 ixtira və s. müəllifidir. Bəstəkar Elnarə Dadaşovanın anasıdır.
Sayalı bağı
Sayalı bağı — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şəhriyar kəndinin cənub şərqində arxeoloji abidə. Yаşаyış yеri Şəhriyаr kəndinin cənub-şərqində yеrləşir. Yаşаyış yеrinin bir qismi əkin sаhəsinə çеvrilmiş, bir qismində isə yеni binаlаr sаlınmışdır. Аrаşdırmаlаr zаmаnı möhrədən tikilmiş dördkünc fоrmаlı binаlаrın qаlıqlаrı, çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz kеrаmikа məmulаtı əldə еdilmişdir. Аşkаr оlunаn kеrаmikа məmulаtı Sоn Оrtа əsrlər üçün хаrаktеrikdir. Yаşаyış yеri ilə bаğlı yеrli əhаli аrаsındа müxtəlif rəvаyətlər vаrdır. Yаşаyış yеrini XVI-XIX əsrlərə аid еtmək оlаr.
Qayalı düşərgəsi
Qayalı (Kəkildağ) düşərgəsi — Azərbaycanda mustye mədəniyyəti dövrünə aid abidə. Qayalı (Kəkildağ) düşərgəsi Kəkildağın 2 km cənubunda sıldırım qayalığın üstünə yaxın yerdə salınmışdır. Qayalının inkişaf etmiş kompleksində daş məmulatının yan və üst tilləri iti, patinası isə zəifdir. Nüvələrin qalınlığı və ölçüləri kiçilir. Qoparmaların izləri, hazırlıqların özləri yastı və düzgün biçimlidir. Hazırlıq növlərinin alınmasında, ikinci işləmədə və tipologiyada müəyyən fərqlər gözə dəyir. Belə ki, materialın ölçüsü qısalır, en kəsiyi nazilir və vurma səthi kiçilir. Bir neçə qədim ikinci işləmə (iri dişli dişək) və bir sıra bəsit alətlər (çoppinq, iri dişli alətlər, massiv kəsərlər, klekton tipli dik gəzlər) aradan çıxır. Nüvələr aşağıdakı növlərə bölünür: şarşəkilli – 5, disk formalı – 8, bir vurma səthli aşel nüvəsi – 4, çaydaşından nüvə — 2, uzunsov oval – 3, düzbucaqlı uzunsov – 7, düzbucaqlı iki üzdən də qabarıq düzbucaqlı bir, iki və üç vurma səthli – 14, üçbucaqlı – 3, prizmaşəkilli – 4 və piramida formalı alət tərkibi bir neçə qrupa bölünür. Qaşovlar: bir yanı qabarıq belli – 7, sadə qabarıq ağızlı – 5, küplü — 2, xırda dişli qaşov – 5, eninə ağızlı – 3, iki ağızlı qabarıq – 4, alt üzdən dişəkli – 2 ədəddir.
Qayalı (Dərələyəz)
Qayalı — keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor mərzinin ərazisində mövcud olmuş kənd. Vilayət ərazisindəki Paşalı kəndinin yaxınlığında, Arpaçayın sahilində yerləşirdi. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeydə alınmışdır. Toponim "dağ, daş" mənasında işlənən "qaya"sözünə çoxluq bildirən "-lı" şəkilçisinin artırılması ilə düzəldilmişdir. Kənddə 1831-ci ildə 40 nəfər, 1873-cü ildə 130 nəfər, 1886-cı ildə 174 nəfər, 1897-ci ildə 223 nəfər, 1904-cü ildə 240 nəfər, 1914-cü ildə 264 nəfər, 1916-cı ildə 292 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kənddən qovulmuş azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 19 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar 1923–1924-cü illərdə sıxışdırılaraq tarixi-etnik torpaqlarından çıxarılmış və kənd xarabalığa çevrilmişdir. Hazırda kəndin ərazisi xarabalıqdır.
Badali
Badali — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. 1920-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Yexnazut adlandırılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan xanlığının Göycə nahiyəsində Bədəli və Bədəlli adlı iki kəndin adı qeyd olunmuşdur. Yerli tələffüz şəkli Bədili. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Xasavyurt dairəsində Bada-Yurt (kənd adı), həmin əyalətin Kızılyar dairəsində Bata-Yort (kənd adı) Azərbaycanda Yelizavetpol quberniyasında Badakənd, Badaçay, Badasu, Cavad qəzasında Badibad, Naxçıvanda Batabat, Talış-Lənkəran bölgəsində Badalan toponimləri ilə mənaca eynidir. XIX əsrdə Qazax qəzasında Bayta (qışlaq adı), Borçalı qəzasında Baytalı (qışlaq adı) toponimləri də bu sıraya aid edilə bilər. Musa Kalankatlının 'Alban tarixində V əsrə aid hadisə ilə əlaqədar olaraq Albaniyada Saz-Baday (saz qamışlıq deməkdir) kənd adı çəkilmişdir. (Alban tarixi, I kitab, 33-cü fəsil). İrəvan quberniyası Eçmiədzin qəzası Şimali Qafqaz Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan.
Fayalit
Fayalit — mineral, olivin Fe2[SiO4], forsterit (Fo) - Fayalit tam izomorf seriyanın sonuncu üzvü. 0-10% Fo daşıyır. Fe bəzən Mn və Ca-la əvəz olunur. Xüsusi çəkisi 4,39. Turş, bəzən dərinlik qələvi və effuziv süxurlarda; regional və termiki metamorfikləşmiş dəmirli çöküntülər­də; qranit və diabaz peqmatitlərində. Növ­ləri: talasskit (ferrifayalit), manqanfayalit. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Ayalı (Mahnişan)
Ayalı (fars. ايالو‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 342 nəfər yaşayır (81 ailə).
Hanami
Hanami (花見, hərfi "hana" - gül və "mi" - baxmaq) - yaponların gül ləçəylərinə seyr etmə ənənəsi, xüsusən albalı ləçəylərinə (桜, sakura).. 1000 ildən çox tarixi olan ənənə indidə çox populyardır. Ləçəylər yalnız yazda iki həftəlik, martdan aprelə kimi olur. Qısa bir zamandan sonra ləçəylər yerə düşür və bu da, öz sirasında, daha bir gözəl mənzərə yaradır. Ənənə Nara dövründə Çinin Tan sülaləsinin Yaponiyaya təsiri zamanı yaranıb və Heian dövründə məşhurlaşıb. Heian dövründə sakura daha çox diqqət çəkməyə başladı. Sakura ağacı müqəddəs sayılırdı və bu günə kimi Yaponiyanın mədəni rəmzi sayılır. İnsanlar ağaclarda Tanrıların yaşadığına inanırdılar və hanami bayramını ilin başlanğıcını və düyünün əkin vaxtını müəyyən edirdi. İlk dəfə Hanamı anlayışı Gencinin hekayəsi əsərində istifadə olundu. Ondan sonra tanka və hayku poeziyasında "gül" "sakura" demək idi və "hanami" və "gül bayramı" anlayışları yalnız sakura güllərini seyr etmək" mənasını daşıyırdı.
Hatari
Hatari (azərb. "Qənim"‎) — İslandiyanın Reykyavik şəhərində qurulmuş satirik texno və pank rok qrupu. Qrup Klemens Hanniqan, Mattias Haraldsson və Eynar Stefanssondan təşkil olunmuşdur. 2015-ci ildən fəaliyyətdə olan qrupun indiyədək bir mini-albomu və bir neçə sinqlları buraxılmışdır. Hatari canlı ifalarına və BDSM üslubunda geyimlərinə görə tanınır. Qrupun üzvləri Hatarini "anti-kapitalist BDSM texno incəsənət qrupu" kimi təsvir edir və qrupun əsas hədəfinin kapitalizmi məhv etmək olduğunu iddia edirlər. Hatari qrupu "Hatrið mun sigra" (azərb. Nifrət qalib gələcək‎) mahnısı ilə İslandiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə 10-cu yeri qazanmışdır. Hatari qrupu Klemens Hanniqan və Mattias Haraldsson tərəfindən 2015-ci ildə qurulmuş, daha sonra isə qrupa Eynar Stefansson da qoşulmuşdur. İslandiyalılar ilk dəfə Hatari ilə 2016-cı ildə İslandiya Hava Yolları festivalında tanış olmuşdur.
Haylar
Haylar — Ermənistan yaylasının şimal-qərbində yaşamış qəbilə icması. Hayasa-Azzi dövlətinin əsas əhalisi idi. Hay tayfaları hetlərdən şərqdə yaşayırdılar. Het padşahı Hattusilisin "Avtobioqrafiyası"nda e.ə. XVI–XV əsrlərdə Het dövlətinin zəifləməsindən istifadə edən qonşu tayfalar və padşahları onun ərazisinə dərindən nüfuz etmişdilər. Xüsusilə uzaqlara, cənuba kasklar nüfuz edir və onlardan şərqdəki tayfalar da böyük uğur qazanmışlar. Azzilər Yuxarı Ölkəni işğal edərək "Samuxa dağını sərhəd edir", işuvalılar isə Fəratın sağ sahilini keçərək Teqaramanı tutmuşdular. Hayasa ölkəsinin etnik tərkibi və dili haqqında məlumatlar o qədər fraqmentlidir ki, bu barədə müəyyən fikir formalaşdırmaq hələ də çətindir. Hayasa-Azzi ölkəsinin sakinlərinin hurri tayfalarına mənsub olması fikri üstünlük təşkil edir, lakin hayların Hind-Avropa mənşəli olmasının lehinə arqumentlər də vardır. Gevork Caukyan fərziyyə kimi ortaya çıxan bu nöqteyi-nəzəri daha da inkişaf etdirmişdir.
Hyalis
Hyalis (lat. Hyalis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Hyalis argentea D.Don ex Hook. & Arn.
Mayami
Mayami (ing. Miami) - Amerika Birləşmiş Ştatlarının Florida ştatının ikinci böyük şəhəridir. Atlantik okeanı sahilində bir sahil şəhəridir.Mayami rəsmi olaraq şəhər statusunu 1896-cı il 28 iyulda almışdır VikiSəyahətdə Miami haqqında səyahət məlumatları var.
Hayasui
Hayasui boğazı (yap. 速吸瀬戸) — Şikoku və Kyuşu adaları arasındakı boğaz. Daxili Yapon dənizinin İyo-Nada hissəsini və Bunqo boğazını birləşdirir. Boğazın eni təqribən 16 km, dərinliyi 300-400 m-dir. Boğaz şərqdə eyniadlı yarımadada Sadamisaki burnu və qərbdə Seki və ya Jizo arasında yerləşir. Boğazda Takaşima və Uşijima adaları yerləşir. Boğazdakı qabarma-çəkilmə cərəyanları 6 düyün sürətinə çata bilir. Sahəsi 160 km² olan boğazın suları ekoloji və ya bioloji cəhətdən əhəmiyyətli dəniz zonası hesab olunur və yüksək biomüxtəlifliyə malik olması ilə xarakterizə olunur. Xüsusilə Yapon stavridası və qılınc balığı seçilir. "豊予海峡の概要".
Hayasa
Hayasa-Azzi və ya Azzi-Hayasa (Hettcə: Ḫaiaša, erm. Հայասա) — Son Tunc dövründə Erməni yaylasında hökm sürmüş iki krallıqdan ibarət konfederasiya. Konfedrasiya, Cənubi Trabzonda hökm sürmüş Hayasa, və Fərat çayı ilə Hayasanın arasında mövcud olmuş Azzi krallıqlarından meydana gəlmişdir. Hayasa-Azzi konfedrasiyası, e.ə. XIV əsrdən etibarən Hettlərlə savaşmış, bu savaşlar nəticəsində, e.ə. 1190-cı illərdə Het dövləti tənəzzül etmişdir. 1920-ci illərdə İsveçrəli tədqiqatçı Emil Forrer tərəfindən deşifrə edilen Hett yazıları Van Gölü ətrafındakı bir dağ ölkəsindən bəhs etməkdədir. Bu ölkənin adı Hayasa və/vəya Azzidir. Bəzi tədqiqatçılara görə, Azzi İşuvanın şimalında yerləşdirilərkən, digərləri Hayasa və Azzinin eyni dövlət olduğunu qəbul edirlər. Hett Kralı Telepinu ve III Tudhaliyaarasındakı dönəm eskiz şəklində qeyd edilmişdir.
Aşıq Hacalı Hacıyev
Aşıq Hacalı Hacıyev (1 yanvar 1935, Quşçu, Şamaxı rayonu – 10 mart 1983, Quşçu, Şamaxı rayonu) - görkəmli Azərbaycanlı ustad aşıq. Hacalı Hacıyev 1935-ci ildə Şamaxı rayonunun Quşçu kəndində anadan olub. Aşıqlıq sənətinin sirlərini Aşıq Söhbətdən öyrənmişdir. Şaqraq və məlahətli səsi, xoş avazı ilə diqqəti cəlb etmişdir. Şeirlər yazmış, nəğmələr bəstələmişdir. Azərbaycan aşıqlarının 1961-ci ildə keçirilən III qurultayının iştirakçısı olmuşdur. Ümumittifaq müsabiqələrinin laureatı adına layiq görülmüşdür. Hacalı Hacıyev 10 mart 1983-cü ildə Şamaxı rayonunun Quşçu kəndində vəfat edib.
Qayalı (Kəkildağ) düşərgəsi
Qayalı (Kəkildağ) düşərgəsi — Azərbaycanda mustye mədəniyyəti dövrünə aid abidə. Qayalı (Kəkildağ) düşərgəsi Kəkildağın 2 km cənubunda sıldırım qayalığın üstünə yaxın yerdə salınmışdır. Qayalının inkişaf etmiş kompleksində daş məmulatının yan və üst tilləri iti, patinası isə zəifdir. Nüvələrin qalınlığı və ölçüləri kiçilir. Qoparmaların izləri, hazırlıqların özləri yastı və düzgün biçimlidir. Hazırlıq növlərinin alınmasında, ikinci işləmədə və tipologiyada müəyyən fərqlər gözə dəyir. Belə ki, materialın ölçüsü qısalır, en kəsiyi nazilir və vurma səthi kiçilir. Bir neçə qədim ikinci işləmə (iri dişli dişək) və bir sıra bəsit alətlər (çoppinq, iri dişli alətlər, massiv kəsərlər, klekton tipli dik gəzlər) aradan çıxır. Nüvələr aşağıdakı növlərə bölünür: şarşəkilli – 5, disk formalı – 8, bir vurma səthli aşel nüvəsi – 4, çaydaşından nüvə — 2, uzunsov oval – 3, düzbucaqlı uzunsov – 7, düzbucaqlı iki üzdən də qabarıq düzbucaqlı bir, iki və üç vurma səthli – 14, üçbucaqlı – 3, prizmaşəkilli – 4 və piramida formalı alət tərkibi bir neçə qrupa bölünür. Qaşovlar: bir yanı qabarıq belli – 7, sadə qabarıq ağızlı – 5, küplü — 2, xırda dişli qaşov – 5, eninə ağızlı – 3, iki ağızlı qabarıq – 4, alt üzdən dişəkli – 2 ədəddir.
Qayalı silsilə (Qafqaz)
Qayalı silsilə — Qafqazda dağ silsiləsi. Qayalı silsilə Böyük Qafqaz dağlarının şimal yamacında yerləşən üçüncü paralel silsilədir. Silsilə qısa dağ massivləri və yaylaları ilə diqqəti cəlb edir. Sovetlər zamanı silsilənin sərhədlərini Belaya çayından (Kuban hövzəsi) başlayıb Assa çayında (Terek hövzəsi) bitdiyini göstərirdilər. Silsilənin ümumi istiqaməti qərb-şimali-qərbdən — şərq-cənubi-şərqə yönəlib. XXI əsrdə həyata keçirilən araşdırmalar nəticəsində silsilənin sərhədləri belə müəyyənləşdirildi: Çekups və Psebesps çaylarından başlayır (Kuban hövzəsi) və Andiy Koysu çayında (Sulak hövzəsi) bitir. Qayalı silsilənin ən yüksək zirvəsi— Qaraqaya dağıdır. (3646,0 m). Rusiya imperiyası zamanında oroqrafik sistematikada bu oronimdən istifadə olunmurdu. Uzun müddət Qayalı silsilə Qara dağlar adı ilə adlanırdı.
Baqali Dabo
Baqali Dabo (27 iyul 1988, Klişi-la-Qarenn[d]) — Kipr klubu olan Apollon klubunda hücumçu kimi çıxış edən Fransalı peşəkar futbolçudur. Dabo öz peşəkar karyerasında debütünü 2014-cü ildə İstres klubu ilə Liqa 2-də Anje klubuna qarşı 4–2 hesablı məğlubiyyət yaşandığı oyunda etmişdir. 29 iyun 2016-cı ildə Dabo Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qəbələ klubu ilə 2 illik müqavilə imzalamışdır. 17 iyun 2018-ci ildə Dabo Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Neftçi klubu ilə iki illik müqavilə imzalamışdır. 19 avqust 2018-ci il məlumatlarına əsasən.
Brendon Hartli
Brendon Hartli (ing. Brendon Hartley, d. 10 noyabr 1989, Palmerstoun-Nort) — Yeni Zelandiyalı avtoyarışçı, Porşe Team-da dözümlülük yarışında iki dəfə dünya çempionu (2015, 2017), "24 Saat Le Man" yarışının qalibi (2017). 2017-ci ildən Toro Rosso ilə Formula 1-ə gəlmişdir. Hartli motorlu idmanla yaxından əlaqəli olan ailədə dünyaya gəldi. Atası Brayan bir çox müsabiqədə, məsələn Formula Atlantikdə yarışırdı. Hartli altı yaşında karyerasına qardaşı Nelsondan sonra kartinqlə başladı. Altı il sonra gənc Yeni Zelandiyalı ilk mövsümünü yeddinci yerdə tamamladı. 2003-cü ildə, 13 yaşında, o Formula-Ford Festivalını qazandı. Formula Toyota Yeni Zelandiya mövsümündən sonra Hartli Avropaya getdi, Formula-Reno Avropa Kubokunda və Formula Reno Şimali Avropa Kubokunda (NEC) yarışdı.
Bədrəddin Hilali
Bədrəddin Hilali (fars. بدرالدین هلالی‎; 1470, Qorqan – 1529, Herat) — türk əsilli farsdilli şair. O, Herat şəhərində Sultan Hüseyn Bayqaranın ədəbi dairəsinin üzvü olmuşdur və Əlişir Nəvai ilə yaxın idi. Bədrəddin Hilali 1470-ci ildə Astarabad şəhərində (indiki İranın Gürgan şəhəri) anadan olmuşdur. O, mənşəcə çağataylar türklərindəndir. Hilali gəncliyini Astarabadda keçirmiş, 1491-ci ildə Herata gedərək Sultan Hüseyn Baykaranın ədəbi dairəsinin üzvü olmuşdur. İstedadı və erudisiyası sayəsində ona "kiçik Cami" ləqəbi verilmişdir. Hilali müxtəlif yerlərdə hakimlik etmiş, sonra Herata qayıtmış, burada 1529-cu ildə Şeybani Übeydullah xan tərəfindən kafirlik şübhəsi ilə edam edilmişdir. Müasir alimlərə görə, edamının arxasında dayanan əsas şiəlik ittihamı olmuşdu, baxmayaraq ki, Hilali sünni idi. Ehtimal olunur ki, onun ilk növbədə Səfəvi şahı Təhmasibə yönəlmiş olduğu güman edilən, lakin sonradan Übeydullah xana yönəldiyi aşkara çıxan şeirləri ola bilər.
Fasih Havafi
Fasih Əhməd Cəlaləddin Havafi (1375, Ruy ş. – 1442, Herat ş.)—teymurlular dövrü tarixçisi. Əmir Teymur və Teymurlular dövründə yazıb-yaradan Fasih Əhməd Cəlaləddin Havafi 28 sentyabr 1375-ci ildə Xorasan əyalətinin Xaf vilayətinin Ruy kəndində anadan olmuşdu. Təlim-tərbiyəsini mədrəsədə almışdı. 1405-ci ildə Səmərqəndə yönəlmişdi. 1415-ci ildə dönəminin nüfuzlu əmirlərindən Əlaəddin Əli Tarxanın, sonra Şahrux mirzənin yanında xidmət etmişdi. Fasih Havafi həyatının əsas hissəsini Şahrux mirzənin oğlu Baysunqur mirzənin sarayında keçirdi. Divanda münşilik edirdi. Bəzi məlumatlara görə tarixçiliyə "Məcmuə ət-təvarix" adlı əsərlə başlamışdı. Bu əsər sonralar "Məcmuəi-Fasihi" kimi tanınmışdı.
Fundiseius hapoli
Fundiseius hapoli (lat. Fundiseius hapoli) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin fundiseius cinsinə aid heyvan növü.
Hadili (Germi)
Hadili (fars. هديلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 298 nəfər yaşayır (61 ailə).
HammAli & Navai
HammAli & Navai — Azərbaycanlı repçilər HammAli (Aleksandr (Sadiq) Əliyev) və Navai-dən (Nəvai Bəkirov) ibarət olan Rusiya rep dueti. Qrup 2016-cı ildə yaradılıb. İlk birgə mahnı "День в календаре" idi. Duet 3 albom buraxdı: 2018-ci ildə “JANAVI” və “JANAVI: Autotomy” və 2021-ci ildə “Когда хорошему человеку плохо”. Qrup, Bahh Tee və JONY də daxil olmaqla, digər sənətçilərlə birgə treklər buraxır. Nəvai 2021-ci ilin aprel ayında qrup mövcudluğuna son qoyub. Duetin dağılması ilə bağlı birgə bəyanata baxmayaraq, həmin ilin yayında qrup yeni mahnılar buraxmağa davam etdi.
Hayasa Azzi
Hayasa-Azzi və ya Azzi-Hayasa (Hettcə: Ḫaiaša, erm. Հայասա) — Son Tunc dövründə Erməni yaylasında hökm sürmüş iki krallıqdan ibarət konfederasiya. Konfedrasiya, Cənubi Trabzonda hökm sürmüş Hayasa, və Fərat çayı ilə Hayasanın arasında mövcud olmuş Azzi krallıqlarından meydana gəlmişdir. Hayasa-Azzi konfedrasiyası, e.ə. XIV əsrdən etibarən Hettlərlə savaşmış, bu savaşlar nəticəsində, e.ə. 1190-cı illərdə Het dövləti tənəzzül etmişdir. 1920-ci illərdə İsveçrəli tədqiqatçı Emil Forrer tərəfindən deşifrə edilen Hett yazıları Van Gölü ətrafındakı bir dağ ölkəsindən bəhs etməkdədir. Bu ölkənin adı Hayasa və/vəya Azzidir. Bəzi tədqiqatçılara görə, Azzi İşuvanın şimalında yerləşdirilərkən, digərləri Hayasa və Azzinin eyni dövlət olduğunu qəbul edirlər. Hett Kralı Telepinu ve III Tudhaliyaarasındakı dönəm eskiz şəklində qeyd edilmişdir.
Babalı
Babalı (Cəlilabad) — Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Babalı (Çaldıran) — Bəbəli — Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Bayatı
Bayatı — Azərbaycan lirik xalq şeir janrı. Qafiyə sistemi aaba prinsipi ilə qurulan dörd misralı və hər misrası yeddi hecadan ibarət olan şeir şəkli. İlkin-arxaik şeir biçimlərindən biri olduğu üçün bu şeir qəlibi təkcə Azərbaycan xalq ədəbiyyatında deyil, bütövlükdə türk folklor etnocoğrafiyasında geniş yayılmış formalardandır. Bayatının mənşəcə bayatların adı ilə bağlı olduğu ehtimal edilir. 7 hecalı 4 misradan ibarətdir. 3-cü misrası sərbəst, qalanları həmqafiyə olur. Əsas fikir son iki misrada ifadə edilir. Bayatılar mövzuca rəngarəngdir. Bayatılarda xalqın kədəri, ictimai quruluşa, zülmə qarşı etirazı, yadelli işğalçılara nifrəti, azadlıq və xoşbəxtlik arzuları ifadə edilmiş, məhəbbətə, ayrılığa, dostluğa aid təsirli bayatılar söylənmişdir. Xalq ədəbiyyatının başqa janrları kimi, bayatılar da nəsildən-nəslə keçərək, müxtəlif variantlara düşmüşdür.
Canalı
Canalı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Gəncə-Qazax düzənliyindədir. Əsl adı Canəlilidir. Toponim Azərbaycan dilinin ahəng qanuna əsasən Canallı formasına düşmüşdür. XIX əsrin ortalarına aid mənbələrdə canəlili qazax tayfalarından biri kimi qeyd olunmuşdur. Kənd canəlili (yaxud canalılı) tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Canallı oyk, sadə. Qazax r-nunun Əzizbəyli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Qazax tayfalarından biri olan canalıların adını daşıyır.
Danalı
Danalı (Əcəbşir)