Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Helheym
Helheym (p.ger. Helheim; bukv. Helin ağalıq etdiyi yer) — german-skandinav mifologiyasında ölülər diyarı. Hel adlı div tanrı Odini devirdikdən sonra Helheymə ağalıq edir. == Etimologiya == Qədim skandinav dilində qadın cinsində olan "Hel" xüsusi ismi bu diyara ağalıq edən varlıq ilə eynidir. Bu terminin müasir ingilis dilindəki "Hall", eləcə də qədim skandinav dilindəki "Valhalla" (azərb. Öldürülmüşlərin zalı‎) sözü ilə əlaqəsi var. Bu sözü bütün german dillərində tapmaq mümkündür. Məsəlüçün, qədim ingilis dilindəki "Hell", qədim friz dilindəki "Helle", qədim sakson dilindəki "Hellia", qədim yuxarı alman dilindəki "Hella" və qot dilindəki "Halja" bu nümunələrə aiddir. Bu sözün bütün formaları bərpa edilmiş pragerman dilindəki qadın cinsində olan *xaljō" (azərb.
Eugenia zeyheri
Eugenia zeyheri (lat. Eugenia zeyheri) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Othonna zeyheri
Othonna zeyheri (lat. Othonna zeyheri) — mürəkkəbçiçəklilər fəsiləsinin othonna cinsinə aid biki növü.
Beyhəqi
Əbubəkr Əhməd bin Hüseyn Beyhəki ( (fars.), 994-9.4.1066) — İslam alimi. == Həyatı == Məşhur hədis və fiqh alimidir. Adı Əhməd ibn Hüseyn, künyəsi Əbu Bəkrdir. Nişapurun Beyhək qəsəbəsindən olduğu üçün Beyhəki deyə məşhur olmuşdur. Beyhək qəsəbəsinə bağlı Hüsrəvcird kəndində 994-cü ildə (hicri 384) doğuldu, 1066-cı ildə (Hicri 458) Nişapurda vəfat etdi. Kişik yaşda elm öyrənməyə başlayan Beyhəki zəkasının itiliyi, yaddaşının qüvvəti, öyrənmək arzusu və elm öyrənməkdəki ixlası ilə xocalarının diqqətlərini üzərinə çəkdi. Beyhəki Xorasan, Bağdad, Kufə və Məkkə kimi elm mərkəzlərində zamanın alimlərindən ağlı və nəqli elmləri təhsil aldı. Yüzdən atıq xocadan hədis öyrəndi. Əbul-Fəth Nasir ibn Muhamməd Üməridən fiqh elmini, Hakimidən hədis elmini, İbni Fürəkdən kəlam elmini, Əbu Əli Rudbaridən təsəvvüf elmini öyrəndi. Böyük alim oldu, ona elmin minarəsi deyildi.
Heydəri
Heydəri – zərbi muğam olub "Şüştər" lad-məqamı üzərində qurulub. O da 4/2 ölçüsünə əsaslanır. Bu zərbi muğam başqalarına nisbətən həcmcə bir qədər kiçikdir. Heydəri XIX əsrdə populyar zərbi muğamlardan biri olub. Tarzən Mirzə Fərəcin zərbi muğamlar siyahısı dediklərimizi təsdiq edə bilər. Heydərinin mətn əsasını, adətən, professonal şeriyyət təşkil edir. Maraqlıdır ki, başqa zərbi muğamlardan fərqli olaraq Heydəri ənənəyə görə vokal-instrumental bölmə ilə deyil, məhz sazəndə dəstəsinin ifa etdiyi instrumental bölmə ilə tamamlanır. Deməli bu zəruri muğamda instrumental bölmə daha fəaldır.
Akdəniz heykəli
Ağdəniz heykəli (türk. Akdeniz Heykeli) – İlhan Koman tərəfindən 1980-ci ildə hazırlanmış heykəl. Heykəl ilk öncə Böyükdərə küçəsində qoyulmuşdu. == Haqqında == Ağdəniz heykəli İstanbulun ən tanınmış heykəllərindən biridir. Bir-birinə eyni uzunluqda, 12 mm qalınlığında 112 metal lövhənin yan-yana gətirilməsi ilə yaranan qadın təsvirindən ibarətdir. İnsan qucaqlaşmasını təsvir edərkən heykəltəraşın Aralıq dənizini xatırlaması səbəbi ilə adının "Akdəniz" (türk dilində Aralıq dənizi üçün işlədilir) olduğu ifadə olunur. Kağız kəsmə-qatlama üsulu ilə hazırlanan heykəl 4,5 ton ağırlığındadır. Əsər heykəltəraşı İlhan Komana 1981-ci ildə Sədaf Simavi Fondu Təsviri İncəsənət Mükafatını qazandırmışdır. == Yerləşdirilməsi == Halk Sigorta (daha sonra Yapı Kredi Sigorta) şirkətinin sifarişi ilə hazırlanan heykəl əvvəlcə şirkətin Böyükdərə küçəsində yerləşən binasının qabağına yerləşdirilmişdi. 2005-ci ildə İlhan Komanın sərgisinə görə bir müddət Qalatasaray meydanına yerləşdirilən heykəl daha sonra Halk Sigorta şirkətinin Yapı Kredi Sigorta şirkətinə çevrilməsindən sonra Beşiktaş səmtinin Levent rayonundakı şirkət binasının qabağına qoyulmuşdur.
Azadlıq heykəli
"Azadlıq heykəli" (ing. The Statue of Liberty) və ya "Dünyanı işıqlandıran azadlıq" (ing. Liberty Enlightening the World; fr. La Liberté éclairant le monde) — Nyu-York, Manhettendə, Nyu-York limanında yerləşən Azadlıq adasında ucaldılmış nəhəng neoklassik heykəl. Frederik Ogüst Bartoldi tərəfindən hazırlanmış heykəl 28 oktyabr 1886-cı ildə Fransa xalqı adından ABŞ-yə hədiyyə edilmişdir. Heykəldə təsvir olunan ayaq üstə dayanmış xələtli qadın Roma azadlıq ilahəsi Libertası təcəssüm etdirir. O bir əlində azadlıq məşəli, digərində isə üzərində ABŞ Müstəqillik Bəyannaməsinin elan edildiyi 4 iyul 1776-cı il tarixinin yazıldığı tabula ansata (qanunların yazıldığı tablet) tutmuşdur. Qırılmış zəncir onun ayağının üstünə sərilmişdir. Azadlığın və ABŞ-nin simvollarından biri olan heykəl, xaricdən gələn qonaqları salamlayan siqnaldır. Bartoldi, 1865-ci ildə ona ABŞ-nin azadlığının elan edilməsinə həsr ediləcək abidənin Fransa və Amerika xalqlarının ortaq layihəsi olmalı olduğunu deyən fransız professor və siyasətçi Eduard Rene de Labuledən təsirlənmişdir.
Ağdəniz heykəli
Ağdəniz heykəli (türk. Akdeniz Heykeli) – İlhan Koman tərəfindən 1980-ci ildə hazırlanmış heykəl. Heykəl ilk öncə Böyükdərə küçəsində qoyulmuşdu. == Haqqında == Ağdəniz heykəli İstanbulun ən tanınmış heykəllərindən biridir. Bir-birinə eyni uzunluqda, 12 mm qalınlığında 112 metal lövhənin yan-yana gətirilməsi ilə yaranan qadın təsvirindən ibarətdir. İnsan qucaqlaşmasını təsvir edərkən heykəltəraşın Aralıq dənizini xatırlaması səbəbi ilə adının "Akdəniz" (türk dilində Aralıq dənizi üçün işlədilir) olduğu ifadə olunur. Kağız kəsmə-qatlama üsulu ilə hazırlanan heykəl 4,5 ton ağırlığındadır. Əsər heykəltəraşı İlhan Komana 1981-ci ildə Sədaf Simavi Fondu Təsviri İncəsənət Mükafatını qazandırmışdır. == Yerləşdirilməsi == Halk Sigorta (daha sonra Yapı Kredi Sigorta) şirkətinin sifarişi ilə hazırlanan heykəl əvvəlcə şirkətin Böyükdərə küçəsində yerləşən binasının qabağına yerləşdirilmişdi. 2005-ci ildə İlhan Komanın sərgisinə görə bir müddət Qalatasaray meydanına yerləşdirilən heykəl daha sonra Halk Sigorta şirkətinin Yapı Kredi Sigorta şirkətinə çevrilməsindən sonra Beşiktaş səmtinin Levent rayonundakı şirkət binasının qabağına qoyulmuşdur.
Birlik heykəli
Birlik heykəli (hind स्टैच्यू ऑफ यूनिटी) — Hindistanın baş naziri vəzifəsini icra etmiş və Hindistanın müstəqillik hərəkatının liderlərindən biri olan Vallabhai Patelin şərəfinə ucaldılmış, Qucaratda yerləşən heykəl. Heykəlin hündürlüyü 182 metr olmaqla Azadlıq heykəlindən 4 dəfə böyükdür. Abidə Larsen & Toubro firması tərəfindən inşa olunmuş, kontraktının ümumi dəyəri isə 2,989₹ kror (420 milyon $) olmuşdur. == Layihə == Birlik heykəli Sadhu Bet adlı bir ada üzərində, Narmada bəndindən 3.2 km məsafədə ucaldılmışdır. Bünövrəsinin hündürlüyü 58 metr, heykəlin öz hündürlüyü isə 182 metr olmaqla abidənin ümumi hündürlüyü 240 metrdir. Abidə dəmir çərçivə, armaturlanmış beton və bürünc ötrüklə inşa olunmuşdur. Hazırlanması zamanı 75,000 kub metr betondan, 5,700 ton polad çərçivədən, 18,500 ton armaturlanmış polad çubuqlardan və 22,500 ton bürünc üzlükdən istifadə olunmuşdur. .
Bülbülün heykəli
Bülbülün abidəsi — Bakı şəhərində Bülbülün xatirəsinə ucaldılmış abidə. == Məzmun == Bülbülün abidəsinin müəllifi heykəltaraş Akif Əsgərovdur. Tuncdan hazırlanan abidə Bakının mərkəzində, Bülbülün yaşadığı evin yaxınlığında Bülbül prospektində ucaldılmışdır. == Açılışı == 31 oktyabr 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev abidənin açılışında iştirak etmişdir. Açılış mərasimində həmçinin Rusiyanın xalq artisti, Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin sədri Sergey Leyferkus, Fransanın Lion Opera Teatrının ifaçılıq direktoru Robert Körner, Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Xalq Artisti Arif Babayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və başqaları iştirak etmişlər.
Cavanşirin heykəli
Cavanşirin heykəli (rus. Бронзовая курильница из Кавказской Албании) — Qafqaz Albaniyası incəsənətinə aid tunc buxurdan. == Təsviri və tədqiqi == Azərbaycanın şimal vilayətlərindən (eləcə də müasir Cənubi Dağıstandan) tapılan, adətən VI-VIII əsrlərə aid edilən tunc qablar, kuzələr və buxurdanlar nadir sənət əsərləri arasında, hazırda Sankt-Peterburqdakı Dövlət Ermitajında saxlanılan, ötən əsrin əvvəllərində Naxçıvanda qədim əntiq əşyalar alverçisindən satın alınan tunc buxurdan xüsusi maraq doğurur. 35,6 sm hündürlükdə, tuncdan tökülmüş süvari heykəlciyi formasında olan bu buxurdan alimlərin (K.V.Trever, V.L.Lukonin, Q.Qoşqarlı və b.) ümumi rəyinə görə, yerli sənətkar tərəfindən düzəldilmişdir. Albaniya tarixinin ilk geniş tədqiqatçılarından olan K.V.Trever burada alban hokmdarı Cavanşirin təsvir olunduğunu güman edir. Onun bu gümana gəlməsinə səbəb bir tərəfdən heykəlcikdə Sasani şahlarına xas olmayan elementlərin varlığı, digər tərəfdən isə süvaridəki ikonoqrafik cizgilərin Moisey Kalankatlının Cavanşir haqqındakı məlumatına uyğun gəlməsidir. Azərbaycan alimləri Q.M.Əhmədov və N.İ.Rzayev də K.V.Treverin bu gümanının gerçək olduğunu təsdiq edirlər. Heykəl at üstündə, zəngin paltarda, başında albanların etiqad etdikləri Selena-Ay təsvirli tacla təsvir edilib.
Həmid Heydəri
Həmid Məhərrəməli oğlu Heydəri (26 mart 1991; Şahrud, İran) — Azərbaycanı, əvvəl isə İranı təmsil edən yüngül atlet. 2020-ci ildə baş tutan XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Həmdi Heydəri 1991-ci il martın 26-da Şahrud şəhərində anadan olub. Milliyyətcə azərbaycanlıdır. == Karyerası == Həmdi Heydəri İranı 2016-cı ildə Rio-de-Janeyro şəhərində (Braziliya) baş tutan XIV Yay Paralimpiya Oyunlarında təmsil elədi və gümüş medalın sahibi oldu. 2017-ci ilin iyul ayında o, Birləşmiş Krallıqda baş tutan Dünya Çempionatının bürünc medalına sahib oldu. Həmdi Heydəri 2020-ci ildə Azərbaycan vətəndaşlığını qəbul elədi. 2021-ci ilin iyun ayında Həmdi Heydəri Polşada baş tutan Avropa Çempionatında 42.48 metr nəticə ilə turnirin gümüş medalına sahib oldu. 2021-ci ilin avqust ayında isə Həmdi Heydəri Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Nizə atma turnirində Həmdi Heydəri 50.42 metr nəticə ilə qızıl medala sahib oldu.
Koroğlu heykəli
Koroğlu heykəli (Bakı)
Koroğlunun heykəli
Koroğlu heykəli (Bakı)
Nəsiminin heykəli
İmadəddin Nəsiminin heykəli — XIV–XV əsrlərdə yaşamış Azərbaycan şairi İmadəddin Nəsimiyə 1980-ci ildə Bakı şəhərində qoyulmuş heykəl.1973-cü ildə İmadəddin Nəsiminin 600 illiyi dövlət səviyyəsində qeyd olunur. Nəsimi haqqında elmi əsərlər, monoqrafiyalar yazılır. Həsən Seyidbəyli "Nəsimi" filmini çəkir, Fikrət Əmirov "Nəsimi dastanı" baletini başa çatdırır, İsa Muğanna "Məhşər" romanını, Qabil "Nəsimi" poemasını yazır. Nəsiminin heykəlini yaratmaq sifarişi monumental abidə ustası Tokay Məmmədova həvalə olunur. Əsərin qısa müddətdə hazırlanması tələb olunduğundan heykəltaraş bu işi başqa bir istedadlı həmkarı İbrahim Zeynalovla birgə yerinə yetirir. Heykəlin 69 santimetrlik modeli və 2 metrlik maketi düzəldilir. Daha sonra isə hündürlüyü 6,5 metr olan heykəl şəhərin mərkəzi bağlarının birində qoyulur.
Qommateşvara heykəli
Qommateşvara heykəli — eramızın 983-cü ilində Qərbi Qanqa sülaləsi dövründə tikilib və dünyanın ən böyük müstəqil heykəllərindən biridir. Qommateşvara heykəli Hindistanın Karnataka əyalətindəki Şravanbelaqola qəsəbəsindəki Vindhyagiri təpəsində 17 metr hündürlüyündə monolit heykəldir . == Haqqında == Qommateşvara heykəli Jain fiquru Bahubaliyə həsr olunub və Jain sülh, qeyri-zorakılıq, dünyəvi işlərin qurbanı və sadə yaşayış haqqında əmrləri simvollaşdırır. Rəvayətə görə, Qommateşvara heykəlinin tikintisini başa vurduqdan sonra Çavundaraya beş maye, süd, zərif kokos, şəkər, nektar və yüzlərlə qazana yığılmış su ilə mahamastakabhişeka təşkil etdi, lakin maye heykəlin göbəyindən aşağı axmadı. Kushmandini , ağ Güllikayi meyvəsinin qabığında süd tutan kasıb yaşlı qadın kimi görünürdü. == Tarixi == Təxminən eramızın 983-cü ildə tikilib və 2016-cı ilə qədər ən hündür Jain heykəli hesab olunurdu. 2007-ci ildə heykəl Times of India sorğusunda Hindistanın Yeddi Möcüzəsindən birincisi seçildi; Ümumi səslərin 49%-i onun lehinə səs verilib. Hindistanın Arxeoloji Tədqiqatı Qommateşvara heykəlini Şravanabelaqolada Adarş Smarak abidəsi kimi tanınan bir qrup abidənin siyahısına əlavə etmişdir.
Rodos Heykəli
Rodos nəhəngi — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılan, 36 metr hündürlüyə malik olmuş nəhəng abidə. E.ə. III əsrdə sərkərdə Demetri Rodos adasına hücum etmiş, lakin rodosluları məğlub edə bilməmişdi. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlini qoymağı qərara aldılar. == Tarixi == Abidənin yaradılması antik dövrün məşhur heykəltəraşı Lissipin şagirdi Xaresə həvalə olunmuşdur. Xares abidəni 12 il ərzində yaratmışdır. Heykəl 66 il mövcud olmuşdur. Dənizlə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralı, sağ əli gözlərinin üstündə idi. Başında günəş şüalarının rəmzi olan tac vardı.
Rudina Heydəri
Rudina Heydəri (alb. Rudina Hajdari) — Alban siyasətçisi, Albaniya Respublikası Assambleyasının üzvü və ölkənin parlament müxalifətinin rəhbəri. 1990-1991-ci illərdə Albaniyada kommunizmin dağılmasına səbəb olan tələbə hərəkatına rəhbərlik edən mərhum Azem Haydərinin qızıdır. Heydəri 2017-ci il sentyabrın 9-da ölkənin paytaxtı Tirana şəhərinin rayonunu təmsil edərək Albaniya Məclisinə deputat seçilib. == İlk illər və karyerası == 1998-ci ildə atasının öldürülməsindən sonra Haydari təhsilini davam etdirmək üçün ABŞ-yə köçüb. O, Fordham Universitetində oxuyub və 2009-cu ildə siyasi elmlər üzrə bakalavr dərəcəsi, ardınca London Kral Kollecini geosiyasət, ərazi və təhlükəsizlik üzrə magistr dərəcəsi ilə bitirib. Daha sonra Heydəri Kolumbiya Universitetində insan hüquqları üzrə ikinci magistr dərəcəsi alıb. Daha sonra Heydəri Kolumbiya Universiteti Harriman adına Rusiya, Avrasiya və Şərqi Avropa Araşdırmaları İnstitutunda müvafiq olaraq Donald Tramp və Vladimir Putinin prezidentlikləri dövründə Qərbi Balkanların üzləşdiyi problemlər haqqında mövzuya müraciət edir. Heydəri həmçinin Newsweek kimi nəşrlərdə bölgədəki problemlərə dair çoxsaylı redaksiya məqalələri dərc etmişdir. Heydəri ABŞ Nümayəndələr Palatasının Nyu-Yorkun 16-cı dairəsindən yüksək səviyyəli üzvü, eyni zamanda ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri olan konqresmen Eliot Lans Engelin köməkçisi olur.
Sepəhr Heydəri
Sipehr Heydəri (fars. سپهر حیدری‎, 19 iyun 1980, İsfahan, İran) — İran futbolçusu, Zob Ahan futbol klubunun müdafiəçisi.
Sipehr Heydəri
Sipehr Heydəri (fars. سپهر حیدری‎, 19 iyun 1980, İsfahan, İran) — İran futbolçusu, Zob Ahan futbol klubunun müdafiəçisi.
Tamada heykəli
Tamada heykəli (gürc. თამადის ძეგლი) – Tbilisinin Qədim şəhər rayonunda, Şardeni və Sioni küçələrinin kəsişməsində yerləşən heykəl. Qədim şəhərin əsas görməli yerlərindən biridir. == Tarixi == 2006-cı ildə açılışı baş tutmuş heykəl, Gürcüstan Milli Muzeyinin Xristianlıqdan əvvəlki dövr kolleksiyasında saxlanılan və ölkənin qərbindəki Vani arxeoloji abidəsinin tədqiqi zamanı aşkarlanmış bürünc heykəlinin böyüdülmüş kopyasıdır. == Təsviri == Orijinal əsər e.ə. VII əsrə aid edilməklə bürüncdən hazırlanmışdır. Forma və elementlərində görə elmi ədəbiyyatda tamada adlandırılan heykəldə, buynuz tutulmuş əlini qabağa uzadaraq oturmuş vəziyyətdə dayanmış gənc oğlan təsvir edilmişdir. == İstinadlar == == Ədəbiyyat == Свириденко О. Н. Тбилиси за неделю. Путеводитель. — С. Петербург: Своё издательство, 2015.
Əbülfəzl Beyhəki
Əbulfəzl Məhəmməd bin Hüseyn Beyhəki (995-1077) — tarixçi. == Həyatı == Əbulfəzl Beyhəqi 995-ci ildə Xorasanın cənubi-şərqində olan Beyhəqın Harisabad qəsəbəsində dünyaya gəlmişdi. Yaşamının ilk illərində Nişapurda quran, hədis və ərəb ədəbiyatı öyrəndi və orada fazıl şəxslərlə birlikdə oldu. “Beyhəq tarixi” yazan İbn Funduk, Əbulfəzl Beyhəqidən 93 il sonra təlif etdiyi kitabında Əbulfəzl haqqında belə deyir: “Saysız hadisələr eşitdi, vaxtı gələndə onları qələmə aldı. Ayrıca ərəbcə şeirləri vardı.İyirmi yeddi yaşında, Mahmud və Məsudun sarayında Rəsail Divanı rəisi olan Xacə Əbunəsr Mişkanın şagirdi oldu. Müəllimi Əbunəsrın ölümündən sonra daha yüksək bir dərəcəyə çatmasını yaşının kiçik olması əngəllədi. Eyni məqamda və Əbusəhl Zuzəni ilə birlikdə çalışdı. Sultanın və vəzir Əbdüssəmədin xidmətində tam bir təvəccüh və inayət ilə yaşayırdı. İzzüddövlə Sultan Əbdürrəşid zamanında nemət kafiri Toğrul baş qaldırdı. Sultanın əleyhinə üsyan edib, onu öldürdü.
Əl-Beyhəqi
Əbubəkr Əhməd bin Hüseyn Beyhəki ( (fars.), 994-9.4.1066) — İslam alimi. == Həyatı == Məşhur hədis və fiqh alimidir. Adı Əhməd ibn Hüseyn, künyəsi Əbu Bəkrdir. Nişapurun Beyhək qəsəbəsindən olduğu üçün Beyhəki deyə məşhur olmuşdur. Beyhək qəsəbəsinə bağlı Hüsrəvcird kəndində 994-cü ildə (hicri 384) doğuldu, 1066-cı ildə (Hicri 458) Nişapurda vəfat etdi. Kişik yaşda elm öyrənməyə başlayan Beyhəki zəkasının itiliyi, yaddaşının qüvvəti, öyrənmək arzusu və elm öyrənməkdəki ixlası ilə xocalarının diqqətlərini üzərinə çəkdi. Beyhəki Xorasan, Bağdad, Kufə və Məkkə kimi elm mərkəzlərində zamanın alimlərindən ağlı və nəqli elmləri təhsil aldı. Yüzdən atıq xocadan hədis öyrəndi. Əbul-Fəth Nasir ibn Muhamməd Üməridən fiqh elmini, Hakimidən hədis elmini, İbni Fürəkdən kəlam elmini, Əbu Əli Rudbaridən təsəvvüf elmini öyrəndi. Böyük alim oldu, ona elmin minarəsi deyildi.
Ələkbər Heydəri
Ələkbər Heydəri (? - ?) — Əkinçi məktəbinin banilərindən biri, jurnalist. == Əkinçi qəzeti ilə münasibəti == "Əkinçilər" məktəbinin banilərindən olan Ələkbər Heydəri qəzetin nəşri dövründə Mahaç-Qalada yaşayırdı. O, 1879-cu ildə Bakıya köçərək səfarətxanada qulluq etmişdi. Heydərinin qəzetdə dərc olunan kəskin yazısı təhsil müəssisələrində dini elmlərlə yanaşı, dünyəvi elmlərin tədrisi ilə bağlıdır ki, bu da kifayət qədər ciddi polemika doğurdu. Bu məqalə "Əkinçi"nin 10-cu sayında işıq üzü görmüşdü. Qəzetin 11-ci sayında Əhsənül-Qəvaid müəllifin fikri ilə həmrəy olduğunu bildirmiş, dini təhsillə yanaşı, dünyəvi elmlərin tədrisini vacib hesab etmişdi. Qəzetin 12-ci sayında Zaqafqaziyanın şeyxülislamı Axund Əhməd Hüseynzadə polemikaya qatılmış, öz düşüncələrini bildirmişdi. Ümumən Heydərlinin bu məqaləsinə cavab olaraq "Əkinçi"də 15-dək yazı nəşr olunmuşdu.
Diogen heykəli
Diogen heykəli (türk. Diyojen Heykeli) – Türkiyənin Sinop şəhərinin girişində yerləşən heykəl. Bu şəhərdə doğulmuş qədim yunan filosofu Sinoplu Diogenə həsr olunmuşdur. Şəhərin simvollarından biri hesab olunur. == Tarixi == Heykəl Ondokuz Mayıs Universitetinin Təsviri İncəsənət fakültəsinin müəllimi olan Turan Baş tərəfindən Samsun Böyükşəhər Bələdiyyəsi Heykəl və Keramika Emalatxanasında hazırlanmış, 2006-cı ildə Sinop şəhərinin girişində ucaldılmışdır. Heykəl 20 nəfərdən ibarət heyət tərəfindən 6 ay ərzində hazırlanmışdır. Heykəl Samsun bələdiyyəsinin Sinop bələdiyyəsinə bir hədiyyəsi olmuşdur. Heykəlin sifarişçisi həmin dövrün Sinop bələdiyyə başçısı Zeki Yılmazer olmuşdur.2011-ci ildə heykəldə heykəltaraş Aziz Kayadelen tərəfindən bərpa işləri aparılmışdır.Yunana həsr olunduğu üçün heykəl bəzi milliyyətçi qruplar tərəfindən tənqidə məruz qalmışdır. 2017-ci ildə bir qrup şəxs heykəlin Balatlar kilsəsinə köçürülməsini tələb etmişdir. == Xüsusiyyətlər == Heykəlin hündürlüyü 5,5 metrdir.