Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hiba Fahsi
Hiba Fahsi (d. 5 fevral 2001) — Mərakeşli üzgüçü. Hiba Fahsi Mərakeşi 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Hiba Fahsi birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 30.75 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 48-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Hibakuşa
Hibakuşa ([çibaꜜkɯ̥ɕa]; Yaponca: 被爆者 or 被曝者;) — hərfi tərcümədə bombadan zərər çəkən mənasına gələn, atom bombası atıldığı zaman Xirosima və Naqasaki şəhərlərində olub sağ qalmağı bacaran insanlara deyilir.
Hibari Misora
Hibari Misora (29 may 1937, Yokohama – 24 iyun 1989, Tokio[d]) — Yaponiyalı müğənni, aktrisa.
Misora Hibari
Hibari Misora (29 may 1937, Yokohama – 24 iyun 1989, Tokio[d]) — Yaponiyalı müğənni, aktrisa.
Heba
Heba (q.yun. Ἥβη q.yun. Ἥβη Ἥβη və Hebe) — in Yunan mifologiyası gənclik ilahəsi, Zevs və Heranın qızı. Heba Olimpdə tanrıların ruhanisi olaraq xidmət etmiş, daha sonra isə Hanimed onu əvəz etmişdir . Herakl ölümsüzlüyü əldə etdikdən sonra Hera ilə barışıq əlaməti olaraq ona ərə verilir. . Hera Heraklə övladlığa götürür və Hebanı ona ərə verir . Heba və Heraklın evliliyinin sübutu olan təsvir Mycenae yaxınlığındakı Gereionda yerləşirdi . Alexiaz və Aniket övladları idi. . Sərv gənc ilahənin müqəddəs ağacı hesab olunurdu. Heba məbədinə daxil olan qul azadlıq əldə edirdi. .
Hira
Hira mağarası (ərəb. ‎حراء‎‎) Məkkənin 3,5 kilometrliyində Nur dağının şimal-şərq meylində yerləşmiş mağara. Mağara elə də böyük ölçülərə malik deyil - təxminən uzunluğu 2 metr, eni 3,5 metrdir. Mağara Kəbəyə tərəf yönəlmişdir. Məhəmməd peyğəmbər Hira mağarasına gedərək, burada dini düşüncələr edirdi. Müsəlmanların inancına görə Cəbrayıl mələk, Allah tərəfindən Ələq surəsinin beşinci ayəsini Həzrəti Məhəmmədə nazil edərək ona Allah peyğəmbərliyinə seçildiyini bildirir.
Çiba
Çiba (yap. 千葉市) — Yaponiyanın Honşu adasında olan Kanto regionunda yerləşən Çiba prefekturasının eyniadlı paytaxtı.
Euseius hima
Euseius hima (lat. Euseius hima) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
FİBA Afrika
FİBA Afrika FİBA üzvləri olan 54 Afrika basketbol federasiyasının birləşdiyi konfederasiyadır.
FİBA Amerika
FİBA Amerika (ispanca Confederación Panamericana de Baloncesto, fransızca FIBA Amériques) FİBA zonasıdır (International Basketball Federation-Beynəlxalq Basketbol Federasiyası). Bu FİBA 5 qitənin ən birinci FİBA-sıdır. FİBA Amerika-dan Amerikanın əsas turniri cavabdehlik daşıyır. 44 dənə FİBA federasiyası var. Bunlardan ən böyüyü San Xuan, Puerto-Rikodur. Hal-hazırda FİBA Amerikanın prezidenti Beynəlxalq Dövlət Virciniya adasından olan Usiyo Riçarddır.
Hida (şəhər)
Hida (飛騨市, Hida-shi) — Yaponiyanın Gifu prefekturasının şimalında yerləşən şəhər. Şəhər adının qədim Hida vilayətindən almışdır. Hida şəhəri Hida vilayətinin mərkəzi idi. Şəhərin kandzi yazılışı 飛驒 şəklindədir və amma şəhər adının yazılışında qədim 騨 simvolundan istifadə olunur. 驒 simvolu rəsmi siyahıda göstərilmədiyindən, şəhərdən xaricdə 騨 simvolundan istifadə olunur. 2015-ci ilin məlumatına görə şəhərin əhalisi 24.774 nəfərdir, hər km² ərazidə 31 nəfər yaşayır. Şəhərin sahəsi 792,31 km²-dir. == Tarix == Müasir Hida şəhəri 1 fevral 2004-cü ildə Furukava və Kamioka şəhərlərinin, Kavai və Miyaqava qəsəbələrinin (hamısı keçmiş Yosiki qəzasının tərkib hissəsi idilər) birləşdirilməsi nəticəsində yaradılmışdır. == Coğrafiya == Hida şəhəri Hida yaylasının şimalında yerləşir. Şəhər coğrafi nəzərdən iki bölgəyə ayrılır: şərq və qərb.
Hina Suqita
Hina Suqita (d. 31 yanvar 1997) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Hoba meteoriti
Hoba (ing. Hoba) dünyada tapılmış ən ağır meteoritdi (çəkisi 60 tondan çoxdu). O, Afrikanın cənub-qərbində Namibiyada "Hoba West" fermasında saxlanılır, həmçinin meteorit elə bu əraziyə düşmüşdü. Bu meteorit Yer üzündə ən böyük təbii mənşəli dəmir parçasıdır. == Meteoritin tapılması == 66 tonn ağırlığında və 9 m³ həcmində olan bu dəmir meteorit hələ ibtidai zamanlarda planetə düşüb. Onu 1920-ci ildə Namibiyanın Qrotfonteyn şəhərində tapmışdılar. Hoba adını elə aşkar olunduğu "Hoba West" fermasına görə aldı. Onu tapan fermerin sözlərinə görə, o, bu meteoritə sahəni şümlayanda rast gəlmişdir. == Ümumi məlumat == Meteorit təxmini 80 min il öncə Yer üzünə düşmüşdü. Nə zərbə kraterinin, nə də başqa düşmə izləri olmadığından, bu meteoritin tapılması sırf təsadüf nəticəsində baş verib.
Jujanna Tiba
Jujanna Tiba (d. 31 mart 1976) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Jujanna Tiba, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu.
Kamran Diba
Kamran Təbatəbai Diba (5 mart 1937-ci il təvəllüdlü) — Fransanın paytaxtı Paris şəhərində yaşayan görkəmli İranlı memarıdır. O, İranın keçmiş kraliçəsi Fərəh Pəhləvinin əmisi oğludur.
Kazuhiko Çiba
Kazuhiko Çiba (d. 21 iyun 1985) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Mamoru Çiba
Taksedo Mask (タキシード仮面, Takishīdo Kamen) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" manqa seriyasının əsas personajlarından biri. Əsl adı Mamoru Çibadır (地場 衛, Chiba Mamoru). Seylor döyüşçüləri komandası ilə birlikdə vuruşur. Şəxsiyyətini gizlətmək üçün Mamoru maska geyinir, düşmənlərə qarşı mübarizə aparır, Seylor döyüşçülərinə məsləhətlər verir və bəzən onlara döyüşdə kömək edir. Digər Seylor döyüşçüləri kimi Taksedo Maskın da gücləri vardır. Gücləri Yer planeti ilə əlaqələnir. Psixi güclərə də malikdir, psixometr və sağaltma güclərinə sahibdir və bu gücləri hekayənin gedişində təkmilləşmişdir. Gücləri manqada əhəmiyətli yer tutsa da, animedə bu belə deyil. Manqa seriyasının baş qəhrəmanı Usaqi Tsukino ilə arasında sevgi münasibətləri vardır. Çibiusa və Usaqi ona çox vaxt "Mamo-çan" deyə müraciət edirlər.
Skender Hika
Skender Hika (alb. Skënder Hyka; 6 sentyabr 1944, Tirana – 5 iyul 2018) ― hücumçu mövqeyində oynamış Albaniya futbolçusu. Onun karyerası boyu çıxış etdiyi yeganə klub "17 Nentori Tirana" (müasir adı "Tirana FK"-dır) idi. O, cəmi bir dəfə Albaniya milli futbol komandasının heyətində oynaya bilmişdir. Albaniya Futbol Assosiasiyasında İcraiyyə Komitəsinin üzvü olaraq çalışmış və 2009-cu ildən Yarışlar Komissiyasının rəhbəri olmuşdur. == Klub karyerası == === İlk illəri === Hika Tirana şəhərində doğulmuş orada böyümüşdür. Həmçinin, məhz paytaxtda məktəbə və universitetə getmişdir. Bədən Tərbiyəsi və İdman İnstitutunda oxumuş və 1968-ci ildə peşəkar futbol oynamağa davam edərək məzun oldu. 1957-ci ildə 13 yaşında "17 Nentori Tirana" klubunun gənclər klubuna qoşuldu və 1960-cı illərin əvvəllərində əsas komandaya yüksəlmədən əvvəl müxtəlif yaş qruplarında oynamışdır. === "17 Nentori Tirana" === Peşəkar karyerasına başlayan kimi Hika sürətlə "17 Nentori Tirana" klubunun əsas üzvünə çevrildi və bu klubla o, 4 dəfə Albaniyanın əsas liqa çempionu oldu.
Sonoko Çiba
Sonoko Çiba (d. 15 iyun 1993) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Ziba Qəniyeva
Ziba Qəniyeva (tam adı: Ziba Paşa qızı Qəniyeva; 20 avqust 1923, Şamaxı – 2010, Moskva) — İkinci Dünya müharibəsinin iştirakçısı, snayper, rabitəçi və kəşfiyyatçı. İkinci Dünya müharibəsindı o, 129 faşist məhv edib, göstərdiyi qəhrəmanlıq və şücaətə görə "Qırmızı Bayraq" ordeni, "Qırmızı Ulduz" ordeni və "Moskvanın müdafiəsinə görə" medalı ilə təltif edilib. Ziba Qəniyeva — ilk azərbaycanlı qadın snayperdir.1941-ci il noyabrın 7-də 3-cü Moskva kommunist şöbəsinin həyətində Qırmızı Meydanda keçirilən paradda iştirak edib. O, düşmənin 21 hərbi qulluqçusunu snayperlə qətlə yetirib. == Həyatı == === Erkən illəri === Ziba Qəniyeva 1923-cü il avqustun 20-də doğulub. Bəzi mənbələrdə onun doğum yeri Şamaxı kimi qeyd olunsa da, "Xalqın şücaəti" layihəsi onun Qazaxıstanın Çimkənd şəhərində, Azərbaycan Sovet Ensiklopediyasında isə Özbəkistanın Gülistan şəhərində doğulmasının qeyd edir. Əslən azərbaycanlı olan atası Paşa Qəniyev müəllim və tərcüməçi idi. Anası isə özbək idi. O, 14 yaşında yetimə çevrilmişdi: 1937-ci ildə onun anasını repressiya etdilər, atası isə Zibanın həyatını xilas etmək üçün, ondan məcburi imtina etdi.Hələ məktəbdə ikən, daha sonra fəhlə fakültəsində zərifliyi ilə rəfiqələrindən fərqlənən, gözəl rəqs edən Ziba bu sənəti peşəsinə çevirmək arzusunda idi. Ona görə də xalq yaradıcılığı evində yorulmadan məşq edirdi.
Ziba Ramazanova
Ziba Şaban qızı Ramazanova (1980, Bakı) — Azərbaycan aktrisası. == Həyatı == Ziba Ramazanova 1980-ci ildə Bakıda anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. 2005-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib.
Çiba (şəhər)
Çiba (yap. 千葉市) — Yaponiyanın Honşu adasında olan Kanto regionunda yerləşən Çiba prefekturasının eyniadlı paytaxtı.
Çiba prefekturası
Çiba prefekturası — Yaponiyanın Kanto regionunda prefektura. Ərazisi 5 156 kvadrat kilometr, əhalisi 6 198 000 nəfərdir. Mərkəzi Çiba şəhəridir.
İba Fuyu
İha Fuyu (伊波 普猷, 15 mart 1876, Naha – 13 avqust 1947, Tokio) və ya İba Fuyu – əslən ryukyulu olan Yaponiya dilçisi, etnoloqu və folklorşünası. "Okinavaşünaslığın atası" hesab olunur. O, Okinava dilinin müasir linqvistik tədqiqinin əsasını qoymuş, Okinava ədəbiyyatını və folklorunu öyrənmişdir. == Həyatı və karyerası == İha Fuyu 1876-cı ildə Ryukyu krallığının paytaxtı Naha şəhərində doğulmuşdur. 1900–03-cü illərdə Kioto şəhərində yerləşən Üçüncü liseydə, 1903–06-cı illərdə Tokio Universitetinin dilçilik fakültəsində təhsil almışdır. Bu dövrdə Okinava mədəniyyətinin linqvistik tədqiqinə maraq göstərmişdir. Məzun olduqdan sonra Okinavaya qayıtmış, Okinava Prefektura Normal Məktəbində dərs deməyə və Okinava mədəniyyəti haqqında araşdırmalar aparmağa başlamışdır.1909-cu ildə Okinava Prefektura Kitabxanasını qurduqdan sonra birinci direktoru təyin olunmuş və Okinava mədəniyyətə həsr olunmuş 5.000 mənbədən ibarət kolleksiyanın yaradılmasına töhfə vermişdir. == Elmi töhfələri == İha xristian, prohibitionist və esperantist kimi göstərdiyi fəaliyyətlərə görə də tanınmış, Okinava xalqının hüquqlarını müdafiə etmişdir. 1924-cü ildə kitabxana direktorluğundan çıxmış və həyatının qalan hissəsini müxtəlif tədqiqatlara həsr etmək üçün Tokioya köçmüşdür. Burada Ryukyu krallığının "Omoro Soşi" şeirlər antologiyasını tədqiq etmiş, Okinava dili üçün lüğət tərtib etmiş, Okinava folkloruna və dram teatrına aid kolleksiya yaratmış, qədim Okinava dilinin səs sistemini öyrənmişdir.İhanın Okinava haqqında olan nəşrləri və mühazirələri arxeologiya, tarix, dilçilik, fəlsəfə, etnologiya və ədəbiyyat kimi mövzuları əhatə etmişdir.
FİBA şərəf zalı
Beynəlxalq Basketbol Federasiyasının (FİBA) şərəf zalı 2007-ci ildə İspaniyanın Alkobendas şəhərində açılmışdır. Şərəf zalının əsas vəzifəsi beynəlxalq basketbol tarixində xüsusi xidmətləri olan insanların fəaliyyətini əbədiləşdirməkdir. Müasir dövrdə Şərəf zalı 4 kateqoriya şəxslərin xidmətlərini əhatə edir: oyunçular, məşqçilər, hakimlər və məmurlar. Hər iki ildən bir Şərəf zalının üzvlüyünə yeni üzvlər qəbul olunur. ABŞ-nin hüdudlarından kənarda ilk basketbol muzeyinin yaradılması ideyası 1991-ci ildə məşhur ispan məşqçisi Pedro Fernandes tərəfindən irəli sürülmüşdür. 1999-cu ildə FİBA Şərəf zalı layihəsinin yaradılmasına dair layihə bu təşkilat tərəfindən təsdiq olunmuşdur. Şərəf zalının açılışı mərasimi 2007-ci ildə olmuş və FİBA-nın 75 illik yubileyinə həsr olunmuşdur. Şərəf zalının binası dörd mərtəbəlidir və 2000 kvadrat metrlik sahəni əhatə edir.
Yəhya xan Diba
Yəhya xan Mirzə Əsədulla xan oğlu Diba (1881-1940) — İranın ictimai-siyasi xadimi. == Həyatı == Yəhya xan Mirzə Əsədulla xan oğlu 1881-ci ildə Təbriz şəhərində doğulmuşdu. İbtidai və orta təhsilini doğma şəhərində, ali təhsilini Avropada almışdı. Yəhya xan Diba Azərbaycan camaatı tərəfindən İran Milli Məclisinə nümayəndə seçilmişdi. Yəhya xan Diba Qacarlar dönəmində Cənubi Azərbaycan Maliyyə idarəsinin rəisi vəzifəsində çalışmışdı. Yəhya xan Diba Pəhləvi sarayında xidmət etmişdi. Yəhya xan Diba 1940-cı ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Diba ailəsi, "Soy" elmi-kütləvi dərgi, 2011, №10, səh.52-64.
Əbül Hica Məhəmməd
Əbül Hica Salar (v. 989) — Erməni mənbələrində adı keçən, Arazdan şimalda hakimiyyətdə olmuş son Salari hökmdarı. == Hakimiyyəti == Atası İbrahimin ölümündən sonra Dvində hakimiyyətə gəlmiş Əbül Hica Azərbaycanı Rəvvadilərə verməyə məcbur olmuşdu. Bu vaxt qonşuluqdakı iki erməni knyaz I Smbat və əmisi Muşel ədavətdə idilər. Muşel 982-ci ildə ona Smbata hücum etməsini təklif etmiş, lakin elə bu ərəfədə Ordubad hakimi Əbu Dulaf Şeybani Dvini ələ keçirmişdi. == Sonrakı həyatı == Bundan sonra sərgərdan həyatı yaşamağa başlayan Əbül Hica və ailəsi Bizans imperatoru II Bazilin yanına gedərək torpaqlarını geri almaq üçün kömək istəmişdi.
Əbül Hica Salar
Əbül Hica Salar (v. 989) — Erməni mənbələrində adı keçən, Arazdan şimalda hakimiyyətdə olmuş son Salari hökmdarı. == Hakimiyyəti == Atası İbrahimin ölümündən sonra Dvində hakimiyyətə gəlmiş Əbül Hica Azərbaycanı Rəvvadilərə verməyə məcbur olmuşdu. Bu vaxt qonşuluqdakı iki erməni knyaz I Smbat və əmisi Muşel ədavətdə idilər. Muşel 982-ci ildə ona Smbata hücum etməsini təklif etmiş, lakin elə bu ərəfədə Ordubad hakimi Əbu Dulaf Şeybani Dvini ələ keçirmişdi. == Sonrakı həyatı == Bundan sonra sərgərdan həyatı yaşamağa başlayan Əbül Hica və ailəsi Bizans imperatoru II Bazilin yanına gedərək torpaqlarını geri almaq üçün kömək istəmişdi.
FIBA
Beynəlxalq Basketbol Federasiyası (Fransız dili: Fédération Internationale də Basketball Association), geniş şəkildə bilindiyi halıyla FIBA milli basketbol təşkilatların federasiyasındır. Beynəlxalq basketbol yarışmalarını rəhbərlik məsuliyyəti FIBAdədir. Daha əvvəl bilindiyi halıyla Fédération Internationale də Basketball Amateur (yəni FIBA), 1989-cu ildə rəsmi adından Amateur sözünü çıxartmış, ancaq qısaldılmış halını eynilə qorumuşdur. FIBA, beynəlxalq basketbol qaydalarını, istifadə ediləcək əkibməyin və məkanların xüsusiyyətlərini təyin edər, idmançıların ölkələr arası transferlərini nəzarət edər və beynəlxalq hakimlərin proqramlarını nəzarət edər. 200dən çox milli təşkilat federasiya üzvüdür. 1989-cu ildən sonra FIBA beş bölgəyə ayrılmışdır: Afrika, Amerika, Asiya, Avropa və Okeana. == Tarixçə == 1932-ci ildə Cenevrə də qurulmuşdur. İki il sonra Beynəlxalq Olimpiada Komitəsi tərəfindən tanınmışdır. Səkkiz qurucu üzvü bunlardır. Argentina, Çexoslovakiya, Yunanıstan, İtaliya, Latviya, Portuqaliya, Rumıniya və İsveçrə.
FIBA Asiya
FIBA Asiya, FIBA üzvləri olan 44 Asiya basketbol federasiyasının birləşdiyi konfederasiyadır.
FIBA Avropa
FIBA Avropa, FIBA üzvü 51 Avropa basketbol federasiyasının meydana gətirdiyi bir konfederasiyadır.
FIBA reytinqi
Beynəlxalq Basketbol Assosiasiyaları Federasiyası (fransız dilində: Fédération Internationale de Basketball, rus dilində: ФИБА) bütün beynəlxalq turnirlərdə iştirak əsasında milli basketbol yığmalarının reytinqini müəyyənləşdirmişdir. Ölkələrin birləşmiş reytinqləri aşağıdakı reytinqlərin cəmindən ibarətdir: ölkələrin kişi yığma komandası; ölkələrin qadın yığma komandası; Ölkələrin gənclərdən ibarət yığma komandası (16-19 yaş arası); Ölkələrin qızlardan ibarət yığma komandası (16-19 yaş arası). == Xalların hesablanması sistemi == Reytinq tərti edilərkən yalnız FİBA tərəfindən təşkil olunan turnirlərin nəticələri nəzərə alınır, regional çempionatların, yoldaşlıq görüşlərinin və digər yarışların nəticələri nəzərə alınmır.. === Yarışların xalları === FİBA tərəfindən keçirilən basketbol turnirlərdə iştirak edən hər bir milli komandanın səviyyəsindən asılı olaraq xüsusi qiymətləndirilmə dərəcəsi vardır. ==== Kişi və qadın yığmaları ==== ==== Gənclərdən ibarət yığma və Qızlardan ibarət yığma ==== === Yarışlar üzrə reytinq xalları === Futbol turnirlərindən fərqli olaraq basketbolda komandalar turnirdə qələbə şansını itirdikdən sonra da reytinq xalları uğrunda mübarizələrini davam etdirirlər. Bütün yığmalar üçün tutulan yer üçün reytinq xalları eynidir. === Dövrilik və yenilənmə === Reytinqin hesablanması hər turnirdən sonra toplanmış xalların üzərinə qazanılmış xalların əlavə edilməsi ilə aparılır. Reytinq hesablanması zamanı son 2 olimpiya dövrü (və ya 8 il) əsas kimi qəbul edilir. 8 ildən əvvəlki turnirlərin nəticələri silinir və daha yeniləri ilə əvəzlənir.