İBA

razı olmama, qəbul etməmə; imtina.
XUTKAR
İBAD
OBASTAN VİKİ
İba Fuyu
İha Fuyu (伊波 普猷, 15 mart 1876, Naha – 13 avqust 1947, Tokio) və ya İba Fuyu – əslən ryukyulu olan Yaponiya dilçisi, etnoloqu və folklorşünası. "Okinavaşünaslığın atası" hesab olunur. O, Okinava dilinin müasir linqvistik tədqiqinin əsasını qoymuş, Okinava ədəbiyyatını və folklorunu öyrənmişdir. İha Fuyu 1876-cı ildə Ryukyu krallığının paytaxtı Naha şəhərində doğulmuşdur. 1900–03-cü illərdə Kioto şəhərində yerləşən Üçüncü liseydə, 1903–06-cı illərdə Tokio Universitetinin dilçilik fakültəsində təhsil almışdır. Bu dövrdə Okinava mədəniyyətinin linqvistik tədqiqinə maraq göstərmişdir. Məzun olduqdan sonra Okinavaya qayıtmış, Okinava Prefektura Normal Məktəbində dərs deməyə və Okinava mədəniyyəti haqqında araşdırmalar aparmağa başlamışdır. 1909-cu ildə Okinava Prefektura Kitabxanasını qurduqdan sonra birinci direktoru təyin olunmuş və Okinava mədəniyyətə həsr olunmuş 5.000 mənbədən ibarət kolleksiyanın yaradılmasına töhfə vermişdir. İha xristian, prohibitionist və esperantist kimi göstərdiyi fəaliyyətlərə görə də tanınmış, Okinava xalqının hüquqlarını müdafiə etmişdir. 1924-cü ildə kitabxana direktorluğundan çıxmış və həyatının qalan hissəsini müxtəlif tədqiqatlara həsr etmək üçün Tokioya köçmüşdür.
Elmar İbayev
Faiq İbadov
Finlandiyanın kişilərdən ibarət milli basketbol komandası
Finlandiyanın kişilərdən ibarət milli basketbol komandası — Finlandiyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Finlandiya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Henrik Dettmanndır.
Firuzə İbadova
Firuzə Böyükağa qızı İbadova (18 fevral 1954, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikası əməkdar artisti (2006). == Həyatı == Firuzə Böyükağa qızı İbadova 1954-cü il fevralın 18-də Bakı şəhərində anadan olub. 173 saylı orta məktəbdə təhsil alıb və buranı 1971-ci ildə bitirib. 1963-cü ildən Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətində Əfsər Cavanşirovun uşaq xorunun solisti olub. 1972-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Lalə" qızlar ansamblının, 1976-cı ildən Gülarə Əliyeva adına "Dan ulduzu" ansamblının solisti olub. 1979-cu ildə Rəşid Behbudovun mahnı teatrına solist kimi dəvət edilib. Firuzə İbadova görkəmli sənətkar Şövkət Ələkbərovanın ilk tələbəsi kimi də tanınır. Firuzə İbadova 1980-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirib. Elə həmin ildə Orta Asiyada keçirilmiş Azərbaycan ongünlüyündə konsert proqramı ilə çıxış edib. 1982-ci ildə Şuşa şəhərində şair Molla Pənah Vaqifin məzarı üzərində ucaldılmış məqbərənin açılışında iştirak edib.
Fransanın kişilərdən ibarət milli basketbol komandası
Fransanın kişilərdən ibarət milli basketbol komandası — Fransanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Fransa Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Vinsent Kolletdir.
Gürcüstanın kişilərdən ibarət milli basketbol komandası
Gürcüstanın kişilərdən ibarət milli basketbol komandası — Gürcüstanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Baş məşqçisi İlias Zourosdur. == Tarixi == Gürcüstan Basketbol Federasiyası 4 iyun 1991-ci ildə təsis edilmiş və 1992-ci ildən FIBA-nın üzvü olsa da, milli komanda ilk rəsmi oyununu 1995-ci ildə Polşaya qarşı keçirmişdir. Komnanda tarixinin ən böyük uğurunu ilk dəfə 2011-ci ildə final mərhələsinə vəsiqə qazandığı EuroBasket turnirində əldə etmişdir. Həmin il Litvada təşkil olunmuş final mərhələsində Gürcüstan millisi 11-ci yeri tutmuşdur.
Huneyn ibn İshaq əl-İbadi
Əbu Zeyd Huneyn ibn İshaq əl-İbadi (808[…], Hiyrə, Abbasilər xilafəti – 873[…], Bağdad, Abbasilər xilafəti) — Qədim yunan tibbi və fəlsəfəsinin İslam dünyasına intiqlalında önəmli rol oynayan mütərcim və həkim. == Həyatı == 808-ci ildə Kufənin cənubunda əski bir Arami şəhəri olan Hiyrədə doğuldu. Ailəsi İbad adıyla bilinən xristian Ərəb qəbiləsinə mənsub olduğundan İbadi nisbəsiylə anılmışdır. Atası İshaq əczaçılıqla məşğul idi. Ata məsləyi Huneyni uşaq yaşda təsir göstərərək tibb elminə yönləndirdi. Doğulduğu yerdə xristian din təhsili alan Huneyn on iki yaşlarında ikən Bağdada getdi. Burada Cündişapur mənşəli həkim İbn Masəveyhin tələbəsi oldu. Ancaq Huneynin sual sormağı və dartışmağı sevən təbiəti müəllimini rahatsız edirdi. Əsasən Bağdadda fəaliyət göstərən Cündişapur mənşəli həkimlər, əsasən əhalisi tüccar olan Hirəlilərin tiblə məşğul olmasını xoş qarşılamırdılar. Huneyn dərs əsnasındakı israrlı suallarına davam edincə İbn Masəveyh onu dərs halqasından çıxardı.
Kiprin kişilərdən ibarət milli basketbol komandası
Kiprin kişilərdən ibarət milli basketbol komandası — Kipri beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Kipr Basketbol Federasiyası tərəfindən idarə olunur. Komanda 2013-cü ildə Avropa basketbol çempionatının təsnifat mərhələsində iştirak etmişdir. Yığma komanda heç bir iri beynəlxalq basketbol yarışlarının iştirakçısı olmamışdır.
Kişilərdən ibarət şahmat üzrə Azərbaycan və Ermənistan yığma komandalarının görüşlərinin siyahısı
Kişilərdən ibarət şahmat üzrə Azərbaycan və Ermənistan yığma komandaları bir-biriləri ilə cəmi 15 dəfə qarşılaşıblar. Bu oyunların dördü Şahmat Olimpiadası, üçü dünya çempionatı, səkkizi isə Avropa çempionatı çərçivəsində baş tutub. Oyunların 5-dən Azərbaycan, 5-dən isə Ermənistan qalib ayrılıb. 5 görüşdə heç-heçə qeydə alınıb. Komandalar arasında ilk görüş 1997-ci ildə, son görüş isə 2022-ci ildə baş tutub. Ermənistan yığması 3 dəfə Şahmat Olimpiadasının (2006, 2008, 2012), 1 dəfə isə dünya (2011) və Avropa (1999) çempionatının qalibi olub. Azərbaycan yığması Şahmat Olimpiadası və dünya çempionatında ciddi uğur qazana bilməsə də, 3 dəfə qitə birinciliyinin (2009, 2013, 2017) qalibi adını qazanıb. == Olimpiada == === 38-ci Şahmat Olimpiadası. Drezden, Almaniya (2008) === === 39-cu Şahmat Olimpiadası. Xantı-Mansi, Rusiya (2010) === === 43-cü Şahmat Olimpiadası. ===
Latviyanın kişilərdən ibarət milli basketbol komandası
Latviyanın kişilərdən ibarət milli basketbol komandası — Latviyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. 1932-ci ildən FİBA-nın üzvüdür. Latviya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Aynas Baqatskisdir. == Tarixi == Basketbol üzrə Latviya yığması ilk dəfə 1924-cü ildə yaradılmış və elə həmin il Estoniya yığma komandası ilə oynamaq üçün Tallinə dəvət olunmuşdur. O zaman komandanın tərkibinə Latviya İdman Cəmiyyətinin nümayəndələri olan Vilis Liberts, Nikolay Muzis, Karlis Plorinş, Alfred Raminş, həmçinin Gənc Xristian İttifaqı komandasının üzvləri olan Valdemar Baumanis, Yanis Birkmanis, Adolf Qrasis, və Bronislav Malinovski dəvət olunmuşlar. Bu oyunda Latviya komandası 20:16 hesabı ilə qalib gəlmişdir. 5 yanvar 1925-ci ildə Latviyada keçirilən oyunda isə Latviya yığması 23:30 hesabı ilə məğlub olmuşdur. 1935-ci ildə yarımfinalda İsveçə 28:19, finalda isə İspaniyaya 24:18 hesabı ilə qalib gələn Latviya yığması basketbol üzrə Avropa çempionatının qalibi olmuşdur. 1936-cı ilin avqustunda Latviyanın basketbol komandası Berlində keçirilən Olimpiya oyunlarında Uruqvay komandası üzərində 20:17 hesabı ilə qələbə qazansa da, Kanada yığmasına 23:34, Polşa yığmasına isə 23:28 hesabı ilə məğlub olmuşdur.
Litvanın kişilərdən ibarət milli basketbol komandası
Litvanın kişilərdən ibarət milli basketbol komandası — Litvanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Litva Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Daymias Adomaytisdir.
Macarıstanın kişilərdən ibarət milli basketbol komandası
Macarıstanın kişilərdən ibarət milli basketbol komandası — Macarıstanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. == Tarixi == Macarıstan Basketbol Federasiyası — 1935-ci ildən FİBA-nın üzvüdür.. İkinci Dünya müharibəsinədək Macarıstan yığması basketbol üzrə Avropa çempionatında iki dəfə çıxış etmişdir; 1935-ci il çempionatında macarlar basketbol üzrə kişilərdən ibarət Rumıniya yığma komandasına 24:17 hesabı ilə qalib gələrək 9-cu yeri tutmuşdur., 1939-cu ildə basketbol üzrə Avropa çempionatında isə Finlandiyanın kişilərdən ibarət yığma komandasina 43:16 hesabı ilə qalib gələrək 7-ci yeri tutmuşdur1940-cı illərin ortalarından 1960-cı illərin ortalarınadək olan dövr Macarıstanın basketbol yığması üçün ən uğurlu dövr olmuşdur. 1946-cı ildə müharibədən sonra keçirilən basketbol üzrə ilk Avropa çempionatında Macarıstan yığması III yeri tutmuşdur, 1953-cü ildə Moskvada keçirilən Avropa çempionatında isə macarlar II pilləyə yüksəlmişlər, Macarıstan yığması 1955-ci ildə evdə, Budapeştdə keçirilən turnirdə Avropa çempionu olmuşdur. "Ferens Puşkaş" stadionunda 45 min tamaşaçının iştirakı ilə keçirilən həlledici oyunda ev sahibləri SSRİ yığma komandasına 82:68 hesabı ilə qalib gəlmişlər. Sonrakı illərdə Macarıstan yığması mükafatçılar sırasında olmasa da, 3 dəfə: 1957, 1959 və 1963-cü illərdə qitə dördüncüsü olmuşlar. Bundan sonra tənəzzül dövrünə qədəm qoyan Macarıstan yığması yalnız 1969-cu ildə basketbol üzrə Avropa çempionatında 8-ci yeri tuta bilmişdir. Macarıstan yığması Avropa çempionatında yalnız 30 il sonra fərqlənmişlər, macarlar 1999-cu ildə keçirilən çempionatda qrup mərhələsindən çıxa bilməsələr də, yekun sıralamada 14-cü yeri tutmağa müvəffəq olmuşdur. Macarıstan yığması Olimpiya oyunlarında basketbol üzrə turnirdə yalnız dörd dəfə iştirak etmək hüququ qazanmışdır. Macarların Olimpiya oyunlarında qazandıqları ən yaxşı nəticə 1960-cı ildə Romada keçirilən yay Olimpiya oyunlarında əldə etdikləri 9-cu yerdir.
Mais İbadov
Mais İbadov (tam adı: Mais İbadov; 2 avqust 1978, Separadi, Lənkəran rayonu) — Azərbaycan və Özbəkistan güləşçisi, 3 qat dünya çempionu. == Həyatı == Mais İbadov 1974-cü ilin avqust ayının 2-də Lənkəran rayonunun Separadi kəndində dünyaya gəlib. 1987-1992-ci illərdə Bakı şəhərində Ümumtəhsil İdman İnternatında təhsil almışdır. [1994-cü ildən Özbəkistanda yaşayır. == Fəaliyyəti == Təhsil aldığı dövrdə sərbəst güləş idman növü üzrə müxtəlif yarışlarda iştirak edib və bəzilərində yüksək nəticə əldə edərək uğur qazanıb. Məşqçi Mamur Ruziyevin tələbəsi olmuşdur. Mamur Ruziyev SSRİ idman ustası olmuşdur. Güləş üzrə Azərbaycan və SSRİ çempionu olub. Beynəlxalq klassifikasiyalı idman ustasıdır. Peşəkar səviyyəli yarışlarda Özbəkistanın şərəfini qoruyub.
Monteneqronun kişilərdən ibarət milli basketbol komandası
Monteneqronun kişilərdən ibarət milli basketbol komandası — Monteneqronu beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Monteneqro Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Boqdan Tanyeviçdir.
Murad İbadov
Muxtar İbadov
Muxtar Şəhmir oğlu İbadov (7 Fevral 1955 - 23 Sentyabr 2013) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1989). Muxtar İbadov 1955-ci il fevral ayının 7-də Balakən rayonunun Ağkilsə kəndində dunyaya gozunu acmişdir. Təsilini Zaqatala rayonu 2 saylı internat məktəbində almışdır. Sonradan Azərbaycan Dovlət İncəsənət Universitetinə daxil olmuşdur. Burada bir çox dahi sənətkarlardan dərs almış, sənətin incəliklərinə sahib olmuşdur. Şəki dram teatrına təyinatı çıxan gənc aktyor burada əldə etdiyi uğurlar, gostərdiyi sənətə gorə Əməkdar artist dərəcəsinə qədər yüksəlmişdir. Muxtar İbadov bir çox tamaşalara, səhnələrə quruluş vermiş, dahi yazıçıların əsərlərinin baş qəhrəmanıni oynamışdır. Bunlara nümumə olaraq İblis, Knyaz, Napoleon, Dərviş Parisi partladır, Aldanmış kəvakib və sair. Ailəli idi. 2 uşağı var, 3 nəvəsi.
Məscid və məscid həyəti ibadət yeri
1990-1993-cü illər Qız qalasının ətrаfındаkı dini kompleksin daha dəqıq öyrənilməsi məqsədilə аrxeolоq F.İbrаhimоv tərəfindən qаzıntı işləri аpаrılmış və qаlаnın şimаlındа IX əsrə aid edilən məscid аşkаr оlunmuşdur. Bu ərаzidə 1998-ci ildə аpаrılаn qısаmüddətli аrxeоlоji qаzıntılаr 2 оtаğın da vаrlığını аşkаr etmişdir. Bunlаrdаn böyük оtаğın döşəməsində qаzıntı dаvаm edilən zаmаn qərb divаrının cənub-qərb küncünə yахın hissədə üstü tаğ fоrmаlı tахcа içərisində yerləşdirilmiş mehrаb аşkаr оlundu. Mehrаbın üstündə iki kəlmədən ibаrət qədim ərəb əlifbаsı ilə kufi xətli yаzı vаr. Həmin yаzını epiqrafçı alim Məşədiхаnım Nemət охumuşdur. Yаzının məzmunu belədir: "Hаkimiyyət Аllаhа məxsusdur". Tədqiqatçılar müqаyisəli təhlilə və xətt xüsusiyyətinə görə bu yаzını VIII-IX əsrə аid edir. Məscid, оnunlа yаnаşı tikilmiş оtаqlаr və sırаtаğlı аbidə оnlаrın vаhid kоmpleksə dахil оlduğu ehtimаlını yаrаdır. Şəhərin kаrvаn-ticаrət yоlu üzərində yerləşdiyini nəzərə аlıb bu ərаzidə хаnəgаhın оlduğu ehtimаlını dа söyləmək olar. Tаrixçi-аrxeоlоq F.İbrаhimоv bu məscidin, оnun tikildiyi dövrdə yаşаmış görkəmli ruhаni аlim və din хаdimi, əslən bаkılı оlаn Baba Kuhi Bakuvinin məscidi оlduğunu ehtimаl edir.
Məşədi İbad
Məşədi İbad Kərbəlayi Xocaverdixan oğlu — "O olmasın, bu olsun" komediyasında Əliağa Ağayev tərəfindən canlandırılan obrazdır. Məşədi İbad, hər şeydən göründüyü kimi, qalanlarından imkanlıdır. Amma pulu başqalarından fərqli olaraq tamaşaçının gözləri qarşısında özünün dar dükanında halal yolla qazanır. Məşədi İbad bütün süjet boyu yeganə adamdır ki, heç kəsi aldatmaq istəmir. O, hamıyla son dərəcə səmimidir, nə istədiyini və istəklərini gerçəkləşdirmək üçün vasitələri gizlətmir. Ətrafda hamı bir-birinə kələk gəlir, oyunbazlıq edir. O, sadəlövhlük dərəcəsində doğruçuldur, hamıya inanır və tərəf müqabillərindən də eyni münasibət gözləyir. Filmdə hamı onun səmimiliyindən istifadə edir. Bu yalançıların "bacarığı"ndan və düzgünlüyə səmimi olaraq inanan Məşədinin "primitivliyi"ndən ləzzət alıb heyrətlənmək neçə illərdir tamaşaçılarda bir səbəbə çevrilib. Hər halda ondan başqa heç kim heç kimə pul vermir.
Məşədi İbad-94 (film, 2005)
Məşədi İbad 94 — Üzeyir Hacıbəyovun 110 illik yubiliyinə həsr olunmuş və onun "O olmasın, bu olsun" komediyasının remeyk filmi. Film bəstəkar Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyasının motivləri əsasında çəkilsə də müasirləşdirilmişdir. Bakı. 1994-cü il. Rüstəm bəy (Elçin Həmidov) müxalifətçidir və köhnə vəzifəsini əldə etmək üçün biznesmen İbka (Rafael İsgəndərov) ilə qohum olmaq istəyir və hadisələr eynilə cərəyan edir. Filmdə obrazlar da təhrif olunmuşdur. Film Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illik yubileyinə həsr olunur. Film Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyasının motivləri əsasında çəkilmişdir. Baş məsləhətçi: Siyavuş Kərimi Ssenari müəllifi: Tahir İmanov, Müşfiq Abbasov, Məmməd Kazımov Quruluşçu rejissor: Emin Mirabdullayev Quruluşçu operator: Nadir Mehdiyev Quruluşçu rəssam: P.P.B.S. Bəstəkar: Üzeyir Hacıbəyov Səs rejissoru: Teymur Abdullayev Səs operatoru: Tariyel Həsənzadə Sinxron səsləndirmə: Əliqulu Səmədov Musiqi tərtibatı və aranjman: Vüqar Camalzadə, Ənvər Sadıqov, Mahir İbrahimov, Saleh Məmmədov Geyim rəssamı: P.P.B.S. Qrim ustası: Vəfa Yunusova, Aybəniz Yunusova Rejissor assistenti: Nemət Cəfərov Operator: Asif Şirəliyev, Elmir Süleymanov Montaj edən: Mahir Rəhimov, Gülməmməd Məmmədov Kompüter qrafikası: PPB-Dizayn Rəqslərin quruluşu: Nailə Məmmədzadə Oriyental rəqs: Nailə Dadaşova (II) Çəkiliş arabasının texnikləri: Faiq Abdullayev (II), Elməddin Qəhrəmanov İşıq ustası: Tahir Bağırov İşıqçı: Gülbala Məmmədov, Xəqani Abdullayev Ofis: Nizami Həsənov Sürücü: Coşqun Həsənov Tar: Elçin Həşimov Kamança: Elnur Əhmədov Gitara: İlham Ələsgərov (III) Nağara: Fuad Mehdiyev, Kamran Kərimov Nəfəsli alətlər: Şirzad Fətəliyev Trüklərin quruluşu: Əli Məmmədov Kaskadyor: Əli Məmmədov, Əhməd Cəfərov, İsa Əsədov, Vüsal Mehrəliyev Pirotexnik: Əlibala Məmmədov Kadrarxası mətn: İlham Qasımov Reklam kampaniyasının rəhbəri: Müşfiq Hətəmov İnzibatçı: Zaur Mollaquliyev, Çinarə Hüseynova İcraçı prodüser: Fərid Ələsgərov, Saleh Abdullayev Filmin direktoru: Azər Quliyev Prodüser: Tahir İmanov Musiqilərindən istifadə edilən bəstəkar: Dmitri Şostakoviç, Karl Orff, Deni Elfman ("Missiya mümkün deyil" filmindən) Repertuarından istifadə edilən müəllif: Maykl Cekson, "Mezdeke" qrupu, "Modo" qrupu Rafael İsgəndərov — Məşədi İbad — İbka Elçin Həmidov — Rüstəm bəy Coşqun Rəhimov — Qoçuyev Əsgər Aygün Kazımova — Sənəm Tahir İmanov — Avtoş Sərvər Elnarə Xəlilova (Elnarə kimi) — Gülnaz Məbud Məhərrəmov — Rza bəy Telman Adıgözəlov — Həsən bəy Ələsgər Məmmədoğlu — hambal Ramiz Sərkərov — Həsənqulu bəy Arzu Rzayev — İbkanın cangüdəni Samir Ələsgərov Kübra Əliyeva — hamamçı Hacı İsmayılov — ətir satan Elariz Məmmədoğlu — loto qarışdıran Lalə Qasımova — Nara Nailə Məmmədzadə İlqar Nəbiyev — Sərvərin dostu Fatma Mahmudova Nazim Pişyari Cabir İmanov — Qoçu Yaşar Nuri — Həkim Firəngiz Mütəllimova Vüqar Əbdülov Ağamirzə O. Bağırov E. Seyfullayev R. Əliyev H. Hüseynzadə Y. İsmayılov K. Rəşidov S. Nəcəfova S. Hüseynova S. Ömərova C. Qafarova Z. Səidi V. Nəzərova L. Səlimova S. Əliyeva R. Qarayeva G. Məmmədova A. Levkina Mehriban Abdullayeva X. Əlizadə N. Nağıyeva Aida Hüseynova F. Həsənova F. Şəfiyev Ə. Muradov A. Quliyev R. Əfqanlı C. Sadıxov Musa Məhərrəmov S. Mehdiyev Heydər Əliyev Sarayı "Şeron" qrupu Yasamal Rayonu 27-ci Polis Bölməsi "Yevro Stayl" — gəlin paltarları Bakı "Çinar" Soyuduculari ASC Zavodu Bakı Dəmiryol Xəstəxanası "Uniforma" dükanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi "Lunapark" əyləncə mərkəzi "Half Vey İnn" restoranı "Badi Səba" şadlıq sarayı "Muğam" teatrı "Ulu Klub" restoranı "Akva Sport" mağazalar şəbəkəsi "Vahid" Poeziya Evi Salon "N" Art-Studio "Merinos Halı" şirkəti Ekspo Treyd İndastrial Kompani "Erko" firması Şahin Optik Fuad Mirzəyev Fərhad Babayev Fəxri Abbasov Oqtay Əliyev Eyyub Yaqubov Akif Nəbiyev (Polkovnik-leytenant) Rafiq Əliyev Rasim Əsədov Cuma Əhmədzadə Arif Qazıyev Azərbaycan filmlərinin siyahısı Filmi izlə Planet Parni iz Bakunun rəsmi saytında Məşədi İbad filmi Kommersiya — komediya filmləri.
Məşədi İbad (film, 1953)
Məşədi İbad (fars. مشهدی عباد‎) — Azərbaycan əsilli İran rejissoru Səməd Sabahi tərəfindən 1953-cü ildə çəkilmiş musiqili komediya filmi. Film Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" adlı operettası əsasında çəkilmişdir. Filmin adını daşıyan baş qəhrəman Məşədi İbad qoca kişidir. O, müflisləşmiş tacir Rüstəm bəyin qızı Gülnara aşiq olub. Rüstəm bəy borclarını ödəməyə bir yol axtarır və buna görə də onların evliliyinə razı olur, ancaq Gülnar Sərvər adlı gənc oğlanı sevir. Məşədi İbad Gülnar ilə evlənməyə hazırlaşır. Evlilik günündə qarışıqlıq baş verir və Sərvər Məşədi İbadı həm biabır edir, həm də ki Rüstəm bəyin borclarını ödəməsinə vadar edir. O olmasın, bu olsun (film, 1956) İssari, Məhəmməd Əli. Cinema in Iran, 1900-1979 (ingilis).
Məşədi İbad 94 (film, 2005)
Məşədi İbad 94 — Üzeyir Hacıbəyovun 110 illik yubiliyinə həsr olunmuş və onun "O olmasın, bu olsun" komediyasının remeyk filmi. Film bəstəkar Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyasının motivləri əsasında çəkilsə də müasirləşdirilmişdir. Bakı. 1994-cü il. Rüstəm bəy (Elçin Həmidov) müxalifətçidir və köhnə vəzifəsini əldə etmək üçün biznesmen İbka (Rafael İsgəndərov) ilə qohum olmaq istəyir və hadisələr eynilə cərəyan edir. Filmdə obrazlar da təhrif olunmuşdur. Film Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illik yubileyinə həsr olunur. Film Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyasının motivləri əsasında çəkilmişdir. Baş məsləhətçi: Siyavuş Kərimi Ssenari müəllifi: Tahir İmanov, Müşfiq Abbasov, Məmməd Kazımov Quruluşçu rejissor: Emin Mirabdullayev Quruluşçu operator: Nadir Mehdiyev Quruluşçu rəssam: P.P.B.S. Bəstəkar: Üzeyir Hacıbəyov Səs rejissoru: Teymur Abdullayev Səs operatoru: Tariyel Həsənzadə Sinxron səsləndirmə: Əliqulu Səmədov Musiqi tərtibatı və aranjman: Vüqar Camalzadə, Ənvər Sadıqov, Mahir İbrahimov, Saleh Məmmədov Geyim rəssamı: P.P.B.S. Qrim ustası: Vəfa Yunusova, Aybəniz Yunusova Rejissor assistenti: Nemət Cəfərov Operator: Asif Şirəliyev, Elmir Süleymanov Montaj edən: Mahir Rəhimov, Gülməmməd Məmmədov Kompüter qrafikası: PPB-Dizayn Rəqslərin quruluşu: Nailə Məmmədzadə Oriyental rəqs: Nailə Dadaşova (II) Çəkiliş arabasının texnikləri: Faiq Abdullayev (II), Elməddin Qəhrəmanov İşıq ustası: Tahir Bağırov İşıqçı: Gülbala Məmmədov, Xəqani Abdullayev Ofis: Nizami Həsənov Sürücü: Coşqun Həsənov Tar: Elçin Həşimov Kamança: Elnur Əhmədov Gitara: İlham Ələsgərov (III) Nağara: Fuad Mehdiyev, Kamran Kərimov Nəfəsli alətlər: Şirzad Fətəliyev Trüklərin quruluşu: Əli Məmmədov Kaskadyor: Əli Məmmədov, Əhməd Cəfərov, İsa Əsədov, Vüsal Mehrəliyev Pirotexnik: Əlibala Məmmədov Kadrarxası mətn: İlham Qasımov Reklam kampaniyasının rəhbəri: Müşfiq Hətəmov İnzibatçı: Zaur Mollaquliyev, Çinarə Hüseynova İcraçı prodüser: Fərid Ələsgərov, Saleh Abdullayev Filmin direktoru: Azər Quliyev Prodüser: Tahir İmanov Musiqilərindən istifadə edilən bəstəkar: Dmitri Şostakoviç, Karl Orff, Deni Elfman ("Missiya mümkün deyil" filmindən) Repertuarından istifadə edilən müəllif: Maykl Cekson, "Mezdeke" qrupu, "Modo" qrupu Rafael İsgəndərov — Məşədi İbad — İbka Elçin Həmidov — Rüstəm bəy Coşqun Rəhimov — Qoçuyev Əsgər Aygün Kazımova — Sənəm Tahir İmanov — Avtoş Sərvər Elnarə Xəlilova (Elnarə kimi) — Gülnaz Məbud Məhərrəmov — Rza bəy Telman Adıgözəlov — Həsən bəy Ələsgər Məmmədoğlu — hambal Ramiz Sərkərov — Həsənqulu bəy Arzu Rzayev — İbkanın cangüdəni Samir Ələsgərov Kübra Əliyeva — hamamçı Hacı İsmayılov — ətir satan Elariz Məmmədoğlu — loto qarışdıran Lalə Qasımova — Nara Nailə Məmmədzadə İlqar Nəbiyev — Sərvərin dostu Fatma Mahmudova Nazim Pişyari Cabir İmanov — Qoçu Yaşar Nuri — Həkim Firəngiz Mütəllimova Vüqar Əbdülov Ağamirzə O. Bağırov E. Seyfullayev R. Əliyev H. Hüseynzadə Y. İsmayılov K. Rəşidov S. Nəcəfova S. Hüseynova S. Ömərova C. Qafarova Z. Səidi V. Nəzərova L. Səlimova S. Əliyeva R. Qarayeva G. Məmmədova A. Levkina Mehriban Abdullayeva X. Əlizadə N. Nağıyeva Aida Hüseynova F. Həsənova F. Şəfiyev Ə. Muradov A. Quliyev R. Əfqanlı C. Sadıxov Musa Məhərrəmov S. Mehdiyev Heydər Əliyev Sarayı "Şeron" qrupu Yasamal Rayonu 27-ci Polis Bölməsi "Yevro Stayl" — gəlin paltarları Bakı "Çinar" Soyuduculari ASC Zavodu Bakı Dəmiryol Xəstəxanası "Uniforma" dükanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi "Lunapark" əyləncə mərkəzi "Half Vey İnn" restoranı "Badi Səba" şadlıq sarayı "Muğam" teatrı "Ulu Klub" restoranı "Akva Sport" mağazalar şəbəkəsi "Vahid" Poeziya Evi Salon "N" Art-Studio "Merinos Halı" şirkəti Ekspo Treyd İndastrial Kompani "Erko" firması Şahin Optik Fuad Mirzəyev Fərhad Babayev Fəxri Abbasov Oqtay Əliyev Eyyub Yaqubov Akif Nəbiyev (Polkovnik-leytenant) Rafiq Əliyev Rasim Əsədov Cuma Əhmədzadə Arif Qazıyev Azərbaycan filmlərinin siyahısı Filmi izlə Planet Parni iz Bakunun rəsmi saytında Məşədi İbad filmi Kommersiya — komediya filmləri.
Oruc İbadlı
İbadlı Oruc Vəli oğlu (5 noyabr 1938, Dövlətyarlı, Qaryagin rayonu – 23 fevral 2015, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının sabiq direktoru, biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü (2007). Oruc İbadlı 5 noyabr 1938-ci ildə Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olmuşdur. 1945-ci ildə Dövlətyarlı kənd orta məktəbinə getmiş, 1955-ci ildə B. Sərdarov adına orta məktəbi əla qiymətlərlə bitirmiş, 1960-cı ildə təhsilini Gəncə Bədən Tərbiyəsi Texnikumunda davam etdirmişdir. Texnikumu bitirdikdən sonra H. Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun biologiya fakültəsinə daxil olmuş, həmin institutu müvəffəqiyyətlə başa vurmuşdur. 1967-ci ildən Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun Nəbatat bağı şöbəsində kiçik elmi işçi kimi işləmiş, 1969-cu ildə həmin institutun aspiranturasına daxil olmuş, 1973-cü ildə "Azərbaycan florasından olan bəzi yabanı dekorativ bitkilərin bioloji xüsusiyyətləri və kulturası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi adına layiq görülmüşdür. 1977-ci ildən Azərbaycan EA Botanika İnstitutunda böyük elmi işçi, 1988-ci ildən aparıcı elmi işçi vəzifəsində çalışmış, AMEA Rəyasət Heyətinin 4 fevral 2000-ci il tarixli qərarına əsasən Biologiya Elmləri Bölməsinin nəzdində müstəqil fəaliyyət göstərən Mərkəzi Nəbatat bağının direktoru seçilmişdir. Direktor seçildiyi il "Nadir və nəsli kəsilməkdə olan bitkilər" laboatoriyasını təşkil etmiş və onun rəhbəri olmuşdur. 23 fevral 2015-ci ildə vəfat etmişdir 200-dən çox elmi əsərin müəllifi olmaqla yanaşı 3 monoqrafiyanın, 9 kitabın, 3 müəlliflik şəhadətnaməsinin müəlifidir. 45 ildən artıqdır ki, xalq təbabəti ilə məşğul olur, müalicə bitkiləri silsiləsindən "Zəfəran", "Əzvay", "Soğan", "Qulançar və ya mərəçüyüd", "Çiriş", "Gülçülük" və s. kitablarını oxuculara təqdim etmişdir.
Polşanın kişilərdən ibarət milli basketbol komandası
Polşanın kişilərdən ibarət milli basketbol komandası — Polşanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. 28 dəfə basketbol üzrə Avropa çempionatında və bir dəfə basketbol üzrə dünya çempionatında iştirak etmişdir, 1960-cı illərdə bu yarışlarda 2 bürünc və bir gümüş medal qazanmışdır. 1997-ci ildə Avropa çempionatında iştirakdan uzaqlaşmış, lakin 2007-ci ildə yenidən bu mötəbər turnirə qayıtmışdır. Polşa Basketbol İttifaqının rəhbərliyi altında çıxış edir. 1936-cı il yay Olimpiya oyunları. Basketbol 4-cü 1960-cı il yay Olimpiya oyunları. Basketbol 7-ci 1964-cü il yay Olimpiya oyunları. Basketbol 6-cı 1968-ci il yay Olimpiya oyunları. Basketbol 6-cı 1972-ci il yay Olimpiya oyunları. Basketbol 10-cu 1980-ci il yay Olimpiya oyunları.
Qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığması
Qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığması — Azərbaycanı beynəlxalq şahmat turnirlərində təmsil edir. Azərbaycan Şahmat Federasiyası tərəfindən idarə olunur.
Qazaxıstanın kişilərdən ibarət milli basketbol komandası
Qazaxıstanın kişilərdən ibarət milli basketbol komandası — Qazaxıstanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Qazaxıstan Respublikasının Milli Basketbol Federasiyası tərəfindən idarə olunur. Basketbol üzrə Qazaxıstanın kişilərdən ibarət yığma komandası 1992-ci ildə FİBA Asiya liqasının tərkibinə daxil olmuş və basketbol üzrə Asiya çempionatında iştirak etmək imkanı qazanmışdır. Bu turnirdə ən yaxşı nəticəsi 2007-ci ildə 4-cü yeri tutmasıdır. == Statistik göstəricilər Qazaxıstan yığması Olimpiya oyunlarının təsnifat oyunlarında iştirak etməmişdir. Qazaxıstan yığması dünya çempionatının təsnifat oyunlarında iştirak etməmişdir. 1993 - iştirak etməmişdir 1995 - 5-ci yer 1997 - 13-cü yer 1999 - FİBA tərəfindən təsnifat ləğv olunub.

Значение слова в других словарях