Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Icerya purchasi
Icerya purchasi (lat. Icerya purchasi) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinin monophlebidae fəsiləsinin icerya cinsinə aid heyvan növü. Vətəni Avstraliyadır. Bundan başqa Rusiyada, Qafqazın bütün Qara dəniz sahillərində, yeni Zelandiyada, Şərqi Asiyada, Amerikada, Azərbaycanda və digər ölkələrdə də geniş yayılmışdır. Zərərverici geniş yayılma potensialına malik olduğu üçün, digər ölkələrə asanlıqla keçmişdir. Avstraliyada ancaq akasiyada tapılmağına baxmayaraq, yeni ərazilərə düşdükdən sonra digər bitkilərdə də rast gəlinmişdir. Məlumatlara görə özünü ciddi zərərverici kimi göstərdiyi ilk ölkə Kaliforniya olmuşdur. Keçmiş SSRİ-də 1928-ci ildə Suxumidə qeydə alınmışdır. Tədqiqatçılar tərəfindən onlara qarşı aparılan mübarizə tədbirlərinə baxmayaraq, zərərvericinin yayılmasının qarşısını almaq mümkün olmamışdır. Ədəbiyyat məlumatlarına görə, 1966-cı ildə Azərbaycanda ilk dəfə Astara rayonunda qeydə alınmışdır.
Hira
Hira mağarası (ərəb. ‎حراء‎‎) Məkkənin 3,5 kilometrliyində Nur dağının şimal-şərq meylində yerləşmiş mağara. Mağara elə də böyük ölçülərə malik deyil - təxminən uzunluğu 2 metr, eni 3,5 metrdir. Mağara Kəbəyə tərəf yönəlmişdir. Məhəmməd peyğəmbər Hira mağarasına gedərək, burada dini düşüncələr edirdi. Müsəlmanların inancına görə Cəbrayıl mələk, Allah tərəfindən Ələq surəsinin beşinci ayəsini Həzrəti Məhəmmədə nazil edərək ona Allah peyğəmbərliyinə seçildiyini bildirir.
Hirs
Hirs — bu və ya digər obyektin hərəkətləri nəticəsində insanda yaranan bəzi fenomen, qəzəb və ya qəzəbdən narazılıqda ifadə olunan mənfi duyğu və reaksiya, gərgin emosional cavab. Hirs qəbul edilən provokasiyaya, təhqirə və ya hədəyə güclü, narahat və qeyri-adekvat cavabı əhatə edir. Hirsli insan tez-tez ürək döyüntüsünün artması, qan təzyiqinin yüksəlməsi və adrenalin və norepinefrin səviyyələrinin artması kimi fiziki təsirlərlə üzləşir. Hirsin bir çox fiziki və zehni təsirləri ola bilər. Hirsin zahiri ifadəsi üz ifadələrində, bədən ifadələrində, fizioloji reaksiyalarda, bəzən isə ictimai aqressiv hərəkətlərdə müşahidə oluna bilər. Üz ifadələri qaşların içəriyə əyilməsindən tam qaşqabağa qədər dəyişə bilər. Müasir psixoloqlar hirsi, demək olar ki, bütün insanların zaman-zaman yaşadığı normal, təbii və yetkin bir duyğu və yaşamaq üçün funksional əhəmiyyəti olan bir şey kimi qiymətləndirirlər. Bununla belə, idarə olunmayan qəzəb şəxsi və ya sosial rifaha və başqalarına mənfi təsir göstərə bilər. Müasir cəmiyyətdə qəzəb tez-tez avtomobil idarə edərkən yaranır (“yol qəzəbi”).
Tire
Tire (—) (fr. tiret, tirer - çəkmək) durğu işarəsi. Sintaktik konstruksiyaları bir-birindən ayırmaq, fərqləndirmək üçün istifadə olunur. Adətən, cümlədə fikrin istiqamətini (gedişini) dəyişdirmək və ya kəsmək, eləcə də aydınlaşdırıcı şərhi seçdirmək üçün istifadə olunan punktuasiya işarəsi (––). Bu ingilis terminində bəzi şriftlərdə baş M hərfinin eninə bərabər olan mətbəə ölçüsü vahidinin (em) adından istifadə olunub; eynienli (MONOSPACE) şriftlərdə uzun tireni göstərmək üçün çox zaman iki ardıcıl defisdən istifadə olunur.
Hir
Hir— İranın Ərdəbil ostanının Ərdəbil şəhristanının Hir bəxşində şəhər və həmin bəxşin inzibati mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,588 nəfər və 663 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Dire Straits
Dire Straits — Böyük Britaniya rok-qrupu. 1977-ci ildə jurnalist və müəllim olan Mark Nopfler, qardaşı Devid Nopfler , Con İllsli və Pik Uizers tərəfindən yaradılmışdır. Ən çox satılan albomları Brothers in Arms albomudur (30 milyondan çox kopyası satılıb). Həmçinin, dünyanın ən çox albom satan qrupudur, ümumi satış 120 milyonu keçirdi. Qrup ilk illərdə pub-rock ifa edirdi. Qrupun musiqisinə bir çox janrlar təsir etmişdir (caz, kantri, folk, blyuz) və bit-musiqiyə yaxınlaşmışdır. Mahnılarının çoxu melanxolik idi. Qrupun məşhurlaşmasında əsasən Mark Nopflerin rolu olmuşdur. Dire Straits qrupunu Nopfler qardaşları, Con İllsli və Pik Uizers 1977-ci ildə yaratdılar. Qrupun adını Uizersin musiqiçi dostu təklif etmişdir.
Koopa-hime
Bouzett (ing. Bowsette, /baʊˈzɛt/, bow-ZEHT) və ya Koopa-hime (yaponca: クッパ姫, Hepbörn: Kuppa-hime, azərb. Şahzadə Kupa‎) — "Mario" franşizasının personajlarından Bouzerin azarkeş məhsulu olan, moe antropomorflaşdırılmış versiyası, hansı ki, istifadə etdiyi power-up sayəsində Şahzadə Piçə oxşayır. Personaj 19 sentyabr 2018-ci il tarixində Malayziya rəssamı "Ayyk92" tərəfindən internetdə yayımladığı bir komiks üçün yaradılmışdır. Bouzett tez bir zamanda qlobal populyarlıq əldə etmiş, ingilis və yapon dillərində onunla əlaqədar heşteqlər isə "Twitter" sosial şəbəkə platformasında trendə düşmüşdür. Bouzett tipik olaraq, buynuzları və kəskin köpək dişləri olan, iynəli boyunbağ, ona uyğun qolbağ və qara rəngli asqısız paltar geyən ağdərili sarışın bir qadın kimi təsvir olunur. Bir neçə Yaponiya rəssamı da personajı özlərinə uyğun bir şəkildə təsvir etmişdir. Bouzett mövzusunda olan bir konvensiyasının 2018-ci ilin oktyabr ayında keçirilməsi planlaşdırılırdı. Trend jurnalistlərin diqqətini cəlb etmişdi və bunun uzunömürlülüyü onları təəccübləndirmişdi. Onlar düşünürdülər ki, bu trendin ömrünün belə uzun olmasına personajın xarici görünüşü və cəlbedici olması çox təsir göstərmişdir.
Apache Hive
Apache Hive SQL — HADOP platforması əsasında, Verilənlər Bazasını İdarəetmə Sistemidir. Sistem vasitəsilə paylanmış mühitdə saxlanılan böyük həcmli verilənləri oxumaq, yazmaq və idarə etmək olur. Apache Hive Facebook Korporasiyası tərəfindən yaradılmış və "Apache Software Foundation"da açıq lisenziya əsasında lisenziyalaşdırılmışdır. Bu sistem hazırda Netflix tərəfindən istifadə olunur və Amazon Elastic MapReduce vasitəsilə Amazon Veb Xidmətlərində mövcuddur. SQL və ona bənzər sorğu dilindən istifadə edərək verilənlərlə işləmək; Müxtəlif məlumat saxlama formatları üçün dəstək; Birbaşa "HDFS" və "Apache HBase" ilə işləmək; "Apache Tez", "Apache Spark" və ya "MapReduce" vasitəsilə sorğuların icrası. Apache Hive, SQL dilinə əsaslanan, lakin SQL-92 standartı üçün tam dəstəyi olmayan Hive Query Language-i dəstəkləyir. HiveQL XML və JSON formatları ilə işləmək funksiyalarına malikdir, massivlər, strukturlar, assosiativ massivlər kimi qeyri-skalyar məlumat növlərini, həmçinin toplama funksiyalarının geniş spektrini, istifadəçi tərəfindən müəyyən edilmiş funksiyaları (İstifadəçi tərəfindən təyin edilmiş funksiyalar), kilidləri dəstəkləyir.
Arcade Fire
Arcade Fire (Arkeyd Faer) – Kanada Alternativ rok və İndi-rok rok qrupu. Qrup 2003-ci ildə Monrealda evli cütlük Uin Batler və Redjin Şassen'in birgə düetindən sonra yaranmışdır. Qrupun üç albomu yüksək dərəcəli təqdirə layiq görüldü. Qrupun Funeral (2004) albomu MTV'nin "İlin ən yaxşı 50 albomu" (50 Greatest Albums of the Year) siyahısında birinci yeri tutdu və Qremmi mükafatının 2 nominasiyası ilə təltif edildi. Qrupun ikinci albomu Neon Bible (2007) Kanadanın və İrlandiyanın albom siyahılarına başçılıq edirdi. ABŞ'da və Böyük Britaniyada ikinci yerə qədər qalxan albom, 2007-ci ildə Q (jurnal) tərəfindən "İlin ən yaxşı albomları" siyahısında 1-ci yerə layiq görüldü. 2008-ci ildə albom Brit Awards'da namizədliyini irəli sürdü və "Best Alternative Album of the Year" nominasiyasında Juno Awards laureatı aldı. Qrupun üçüncü albomu The Suburbs 2010-cu ildə ən yaxşı albom kimi Qremmi mükafatı aldı.
Uzun tire
Tire (—) (fr. tiret, tirer - çəkmək) durğu işarəsi. Sintaktik konstruksiyaları bir-birindən ayırmaq, fərqləndirmək üçün istifadə olunur. Adətən, cümlədə fikrin istiqamətini (gedişini) dəyişdirmək və ya kəsmək, eləcə də aydınlaşdırıcı şərhi seçdirmək üçün istifadə olunan punktuasiya işarəsi (––). Bu ingilis terminində bəzi şriftlərdə baş M hərfinin eninə bərabər olan mətbəə ölçüsü vahidinin (em) adından istifadə olunub; eynienli (MONOSPACE) şriftlərdə uzun tireni göstərmək üçün çox zaman iki ardıcıl defisdən istifadə olunur.
İssiaka Cire
Eternal Fire
Eternal Fire – 2021-ci ildə Furkan Güven tərəfindən yaradılmış Türkiyə kiberidman klubu. Klubun "League of Legends", "Counter-Strike: Global Offensive" və "Valorant" bölmələri fəaliyyət göstərir. 2023-cü ildə "5 Ronin" klubunun Türkiyə Çempionluq Liqasından kənarlaşdırılmasının ardından "Eternal Fire" öz komandasını yaradacağını və yay splitinə qatılacağını açıqlamışdır. Komandanın heyəti hələ ki, məlum deyil.
Aleks Hirş
Aleksandr Robert Hirş (ing. Alexander Robert Hirsch; 18 iyun 1985 və ya 1985, Pyemont[d], Alamida qraflığı) — amerikalı animasiyaçı, yazıçı, prodüser və səs aktyoru. O, Disney kanalında yayımlanan "Qraviti Fols" cizgi serialının yaradıcısıdır. Bu serialda o, Sten dayı, Zus, Bill Şifer və digər personajları səsləndirib. Bu işinə görə "BAFTA" və "Enni" mükafatına layiq görülüb. Aleksandr Robert Hirş 18 iyun 1985-ci ildə Kaliforniyanın Pyemont şəhərində dünyaya gəlib. Onun atası yəhudidir, ancaq o aqnostik kimi böyüdülüb, milad və hanukka bayramlarını qeyd edib. Hirş uşaq yaşlarında əkiz bacısı ilə birlikdə yay tətili üçün nənəsi ilə qalmağa gedirdi. O, "Qravity Fols" serialını uşaq ikən yaşadığı macəralardan ilhamlanaraq yaratmışdır. Hirş Kaliforniya İncəsənət İnstitutunu (CalArts) bitirib.
Fire Flies
Fire Flies — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca altıncı studiya albomu "The Now Now"-da səsləndirilmiş mahnı. Albomun doqquzuncu treki və dördüncü sinqlıdır. == Haqqında == Mahnının demosu London şəhərində "Humanz" albomu üçün edilən konsert turu vaxtlarında yazılıb. Yeddi dəqiqə davam edən bu demo yazısı iki mahnıya bölünüb, digəri "Sorcererz"-dir.
Bilədaraq (Hir)
Bilədaraq - İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının eyniadlı bölgəsinin Hir kəndistanında, Ərdəbil şəhərindən 30 km cənub-şərqdədir.
Hie-cinca
Hie məbədi (日枝神社, Hie-cinca) – Yaponiyanın Tokio şəhərinin Çiyoda rayonunda yerləşən şintoist məbədi. Məbəd kami Oyamakuiyə həsr olunmuşdur. 1457-ci ildə Edo qəsrini tikdirən Ota Dokan Kavaqoe şəhərinin yaxınlığında yerləşən və Oyamakuiyə həsr olunan məbədin Edo qəsrinin yanına köçürülməsini əmr etmişdir. Daha sonra məbəd qəsrin xarici hissəsinə köçürülmüşdür. Tokuqava şoqunları Hie məbədinə böyük diqqət ayırmışdırlar. Belə ki, Tokuqava şoqunluğu məbədi Edo şəhərinin qoruyucusu hesab etmişdir. Bundan əlavə, məbəd şəhərin ən məşğul bölgəsində yerləşdiyi üçün Edo şəhərinin ən populyar məbədlərindən birinə çevrilmişdir. 1868-ci ildə şintoizmlə buddizmin rəsmi olaraq ayrılmasına qədər məbəd Sanno Qonqen (山王権現) adı ilə də tanınmışdır. Hər ilin 10–16 iyun tarixlərində məbəddə Sanno festivalı baş tutur. Bu festival Kanda məbədinin festivalı ilə birlikdə Tokio şəhərinin iki əsas məbəd festivalından biridir.
Hie-tayşa
Hiyoşi məbədi (日吉大社, Hiyoşi-tayşa) – Yaponiyanın Şiqa prefekturasının Otsu şəhərində yerləşən şintoist məbədi. İkinci dünya müharibəsindən əvvəl Hie məbədi (日枝大社, Hie-tayşa) kimi tanınırdı. Məbəd iki hissədən ibarətdir: Şərq məbədi və Qərb məbədi. Bu iki məbəd Yaponiyanın milli xəzinəsi statusuna malikdir. Şərq məbədi e.ə. 61-ci ildə qurulmuşdur. İmperator Tenci 668-ci ildə paytaxtı Otsu şəhərinə köçürdükdən sonra imperator ailəsinin və Yamato sarayının qoruyucusu hesab olunan Omiva məbədinin kamisi Onamuçi üçün Qərb məbədini tikdirmişdir. Buddizmin Tenday sektasının qurucusu Sayço 788-ci ildə Hiey dağında Enryaku məbədini qurduqdan sonra Hiyoşi məbədi bu məbədin qoruyucusu hesab olunmağa və tez-tez onunla assosiasiya edilməyə başlamışdır. Hiyoşi məbədinin bir çox davamçı məbədi tikilmişdir və onların arasında 21 böyük məbəd "Sannonun 21 məbədi" adı ilə tanınmışdır. XIII–XVI əsrlərdə Hiyoşi məbədi güclü məbəd kimi tanınmış və məbədin akolitləri Hiey dağının döyüşçü-keşişləri ilə birlikdə siyasi cəhətdən güclü olan qrup formalaşdırmışdırlar.
Hie məbədi
Hie məbədi (日枝神社, Hie-cinca) – Yaponiyanın Tokio şəhərinin Çiyoda rayonunda yerləşən şintoist məbədi. Məbəd kami Oyamakuiyə həsr olunmuşdur. 1457-ci ildə Edo qəsrini tikdirən Ota Dokan Kavaqoe şəhərinin yaxınlığında yerləşən və Oyamakuiyə həsr olunan məbədin Edo qəsrinin yanına köçürülməsini əmr etmişdir. Daha sonra məbəd qəsrin xarici hissəsinə köçürülmüşdür. Tokuqava şoqunları Hie məbədinə böyük diqqət ayırmışdırlar. Belə ki, Tokuqava şoqunluğu məbədi Edo şəhərinin qoruyucusu hesab etmişdir. Bundan əlavə, məbəd şəhərin ən məşğul bölgəsində yerləşdiyi üçün Edo şəhərinin ən populyar məbədlərindən birinə çevrilmişdir. 1868-ci ildə şintoizmlə buddizmin rəsmi olaraq ayrılmasına qədər məbəd Sanno Qonqen (山王権現) adı ilə də tanınmışdır. Hər ilin 10–16 iyun tarixlərində məbəddə Sanno festivalı baş tutur. Bu festival Kanda məbədinin festivalı ilə birlikdə Tokio şəhərinin iki əsas məbəd festivalından biridir.
Dance of Fire
Dance of Fire — Əzizə Mustafazadənin 1995-ci ildə çıxan üçüncü albomu. Albomun dünya üzrə təqribən 2 milyondan çox nüsxə satışı qeydə alınmışdır.
Fly-by-wire
Uzaqdan idarəetmə sistemi və ya Fly-by-wire əl ilə idarə edilən uçuş idarəetmələrini elektron interfeyslə əvəzləyən inkişaf etmiş bir uçuşu idarəetmə sistemidir. Bu sistemdə, təyyarə pilotdan asılı olmayaraq sadə bir kompüter tərəfindən idarə olunan süni intellektə sahibdir. Bu missiya kompüteri sürət, hündürlük, hava, təyyarənin texniki məlumatları, çəki və rəqəmsal mühitdə bir çox vacib məlumatları (data) birləşdirərək təyyarəyə ən təhlükəsiz uçuşu təmin edir. Bu texnologiya, yeni nəsil təyyarələr adlanan və uçuşa nəzarət səthlərinin hərəkətinin side-stick adlanan qol ilə təmin olunduğu təyyarələrdə mövcuddur. Fly By Wire sistemində 2 və ya daha çox kompüter var (Airbus a320 seriyasında 5 kompüter var, F22 Raptorda isə hər biri 180 mb olan 7 kompüter var). Konsoldakı joystick bir məlumat daxiletmə vasitəsidir. Belə ki; Joysticki yuxarı çəksək, yuxarı əmrini kompüterlərə veririk. Joystickdəki həssas sensorlar qolu sıxma nisbətinə görə rəqəmsal məlumatları sistemə göndərir. Sistem bir növ sinir sisteminə bənzəyən bir məlumat xəttinə (data line) malikdir. Pilot qolu yüzdə 25 nisbətində sıxdıqda; təyyarə təkbaşına bu əmri həyata keçirmir.
Here We Go
Here We Go (Azərbaycanca: İrəli) — Latviyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Hiri-motu dili
Hiri-motu dili (həmçinin Polis Motu və ya Pidgin Motu kimi tanınır) Papua-Yeni Qvineyanın rəsmi dilidir. Hiri-motu dili, Motu dilinin sadələşdirilmiş bir versiyasıdır və qəti şəkildə nə bir picin və nədə kreol olsa da, hər iki dil növlərinin bəzi xüsusiyyətlərinə sahibdir.
Hiri Motu dili
Hiri-motu dili (həmçinin Polis Motu və ya Pidgin Motu kimi tanınır) Papua-Yeni Qvineyanın rəsmi dilidir. Hiri-motu dili, Motu dilinin sadələşdirilmiş bir versiyasıdır və qəti şəkildə nə bir picin və nədə kreol olsa da, hər iki dil növlərinin bəzi xüsusiyyətlərinə sahibdir.
Start a Fire
Start a Fire — Azərbaycanın 2014 Avroviziya Mahnı Müsabiqəsindəki Dilarə Kazımova tərəfindən ifa edilən mahnı. Mahnının sözlərinin və musiqisinin müəllifləri isveçli Stefan Örn, Yohan Kronlund və Alessandra Günthartdırlar. Dilarə Kazımovanın mahnısında Azərbaycan milli musiqisinin aləti olan balabandan istifadə olunmuşdur və həmçinin klipdə də balaban göstərilmişdir.
The Daily Wire
The Daily Wire — ABŞ mühafizəkar xəbər və mülahizə saytı. Sayt 2015-ci ildə ABŞ siyasi şərhçisi Ben Şapiro tərəfindən təsis edilmişdir. O, hal-hazırda saytın baş redaktoru, Maykl Noulz idarəedici redaktoru, Ceremi Boreynq isə baş əməliyyat direktorudur. Saytn baş qərargahı ABŞ-nin Kaliforniya ştatının Los-Anceles dairəsinin ərazisinə daxil olan San-Fernando vadisinin Şerman-Ouks rayonunda yerləşir.
Birə
Birə — müxtəlif bakteriyaların, virusların, parazit qurdların və xəstəlik törədən ibtidailərin daşıyıcılarıdır. Onlar məməlilər, quşlar va digər heyvanların üzərində və yuvalarında yaşayır. Birələr qanla qidalanır. Bəzi növləri qansormadan 18 aya qədər yaşaya bilir. Fəallığından asılı olaraq onları qış və yay birələri adlandırırlar. Taun xəstəliyinin yayılması yetkin birələr vasitəsilə həyata keçirilir. Onlar gəmiricilər üzərində yaşayıb xəstəliyin yayılmasına (epidemiyalara) səbəb olur. Birələr həm də tulyaremiya, qarayara, bruselyoz, cüzam və s. xəstəliklərin törədicilərini də daşıyır. Birələr - qansoran həşəratlar qrupuna daxildir.
Cirə
Cirə (lat. Cuminum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsə 4 qəbul edilmiş növ daxildir. Cins 1753-cü ildə Karl Linney tərəfindən Species Plantarum-da təsvir edilmişdir. Tipik növü adi cirədir (lat. Cuminum cyminum). Cuminum borszczowii (Regel & Schmalh. ) Koso-Pol. Adi cirə (Cuminum cyminum L.) Cuminum setifolium (Boiss. ) Koso-Pol.
Hirbə
Hirbə – Midiyanın ən böyük şəhərlərindən biri. Təxminən Midiyanın gücləndiyi dövrlərdə inşa edilmiş şəhər hökmdar şəhəri qədər zəngin və dəbdəbəli olmuşdur. Şəhərin yeri haqqında mənbələrdə məlumat verilmədiyindən onun harda yerləşməsi hələ də naməlumdur. Dəməşqli Nikolayın əsərinn dövrümüzə çatmış hissələrində Hirbə Midiyanın Persiaya yaxın ərazisində yerləşən şəhər kimi təsvir olunur. Hər halda Dəməşqli Nikolay şəhərin nəhəng imperiyanın məhz Midiya ərazisində yerləşdiyini qeyd edir. Şəhərin davam edən axtarışları hələ də uğurlu bir nəticə verməmişdir. Tarixçilərin əksəriyyəti Hirbə şəhərinin də digər Midiya şəhərləri kimi mühüm strateji ərazidə salındığını güman edirlər. Madaylar və farslar arasında Harpaq və II Kirin rəhbərliyi ilə keçirilən ilk döyüş də məhz Hirbə şəhəri yaxınlğında olmuşdur. Ktesi qeyd edir ki, II Kir maday qoşununu bilərəkdən Hirbə şəhərinə yönəltmişdi. Ola bilsin ki, Kir Hirbə döyüşündə Midiya Persia sərhəddində yerləşən mühüm strateji əhəmiyyəti olan bu şəhəri ələ keçirməyi planlaşdırmışdı.
Hiyrə
Hiyrə (ərəb. الحيرة‎ süry. ܚܝܪܬܐ) — bugünkü Nəcəf şəhəri ilə Kufə arasında yerləşən bir şəhər idi. Hiyrə—Ləxmilər dövlətinin paytaxtı idi. Hiyrə əhalisi (Qəhtani qəbiləsindən) cənubdan mühacirət etmiş və onlar Ədnani qəbiləsi ilə bir yerdə məskunlaşmışlar. Ləxm qəbiləsinin nüfuzu Hiyrə və onun ətrafında genişlənib qüvvətləndi. Onlar Fərat çökəkliyindən əlavə, Ərəbistanın daxilinə də nüfuz etdilər. Hiyrə dövləti bir sədd kimi səhra ilə İranın işğal etdiyi ərazilər arasında yerləşmişdir. Bu dövlətin şahları bir tərəfdən səhrada yaşayanların Sasani torpaqlarına hücumunun qarşısını alır, digər tərəfdən isə İranın köməkliyi ilə Rum imperiyasının müttəfiqi olan Qəssanilərlə müharibə edirdilər. Ləxmilərin dövləti VII əsrin əvvəlinə qədər davam etmişdir.
Lirə
Türk lirəsi — Türkiyə Respublikasının pul vahidi. Kipr lirəsi — Kipr Respublikasının pul vahidi. Livan lirəsi — Livanın pul vahidi. Malta lirəsi — Maltanın pul vahidi.
Tirə
Tirə (rus. гряда, ing. ridge) — müxtəlif mənşəli uzunsov, nisbətən alçaq, müsbət relyef formalarının ümumi adı /mis: moren, oz, qum, sualtı, ada tirələri və s./.
Şirə
Şirə və ya Meyvə suyu — maye halında olan qida məhsuludur, demək olar ki, dünyanın bütün ölkələrində məşhurdur. Ən yeməli, keyfiyyətli, yetişmiş meyvələrdən və tərəvəzlərdən hazırlanan şirələr daha çox yayılmışdır, lakin elə şirələrdə var ki, bitkilərin gövdələri, kökləri, yarpağlarından alinir (məsələn, şəkər qamışı şirəsi, kərəviz şirəsi). İstehlakçıların nöqteyi-nəzərindən, şirələr ənənəvi olaraq üç növə bölüşürlər: Təzə sıxılmış şirə — istehlakçıların iştirakı ilə istehsal edilən şirə. Birbaşa sıxılmış şirə — ən yaxşı yetişmiş meyvə və tərəvəzdən hazırlanmış, pasterizə olunub və asseptik paketlərə, şüşə qablarina doldurulmuş şirə. Bərpa edilmiş şirə — qatılaşdırılmış şirəni içməli su ilə qarışdıraraq istehsal edib, asseptik qablara doldurulan şirə.
Zirə
Zirə (Xəzər) — Bakı şəhərinin Xəzər rayonu ərazisində qəsəbə. Zirə bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Xəzər rayonunda bələdiyyə. Zirə (bitki) — Çətirçiçəklilər fəsiləsindən çoxillik ot bikisi cinsi. Zirə şərbəti — Azərbaycanda içki Zirə FK - Futbol klubu Böyük Zirə — Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən ada. Kiçik Zirə — Xəzər dənizinin Bakı körfəzində eyni adlı arxipelaqa aid olan ada Xərə Zirə — Xəzər dənizində, Bakı arxipelaqında ada. Daş Zirə — Xəzər dənizində, Abşeron yarımadasının şərq küncündə yerləşən ada. Adi zirə — zirə cinsinə aid bitki növü. Qara zirə — Əkin qaraçörəkotu Qara zirə yağı — müalicəvi xüsusiyyətə malik bitki yağı.
Daş Zirə
Daş Zirə və ya Daş adası — Xəzər dənizində, Abşeron yarımadasının şərq səmtində yerləşən ada. Azərbaycanda yerləşir. Bakı körfəzinə aid olan adalardandır. Sahəsi 0.1 km² təşkil edir, sahildən uzaqlığı 2,47 km-dir. Adanın uzunluğu 0,7 km, eni isə 0,1 km təşkil edir. Digər adı Volfdır (almanca canavar). Bakı arxipelaqında yerləşən ada. 1721 ildə I Pyotr Xəzərin qərb sahillərinə hücumu zamanı adaya Vulf adı verir. Bu adı Fin körfəzində yerləşən Pevelskoy arxipelaqındakı Vulf adasına bənzədiyi üçün verir. Adada Xəzər suitisi, Gümüşü qağayı, Maygülülər, Fitçi-cürə kimi canlılara rast gəlinir.Xəzər gekkonu adlı kərtənkələnin 1 yarımnövü bu adaya endemikdir (Daş ada gekkonu).
Hirbə döyüşü
Hirbə Döyüşü – madaylar və farslar arasında baş vermiş döyüş. Bu döyüş həm də Fars qiyamından sonra iki tərəf arasında baş verən ilk döyüşdür. Döyüş II Kirin yürüşü ilə başlamış və fars ordusunun şərqə doğru irəliləməsi ilə davam etmişdir. Döyüşdə qazanılan qələbə ilk fars dövləti olan Əhəmənilər imperiyasının yaradılmasının təməlini qoydu və qarşıdakı on ildə II Kirin bütün məlum dünyanı fəth etməsi üçün imkan yaratdı. Döyüş haqqında ən çox və ətraflı məlumat verən tarixçi Dəməşqli Nikolay olsa da, digər tarixçilər, Herodot, Ktesi və Strabon da bu döyüşdən bəhs etmişlər. Döyüş madaylara o qədər pis təsir edir ki, Astiaq şəxsən orduya rəhbərlik etməyə başlayır. Tələsik edilmiş yürüş Astiaqın məğlubiyyəti ilə nəticələndi. Dönüşdə maday ordusu yenidən farslara qarşı həmlə etməyə çalışdısa da bu cəhdin də qarşısı II Kir tərəfindən alındı. Bu hadisədən sonra qürurlu madaylar farslara məğlub olmaları ilə barışmaları oldular, iki xalq arasında yaradılan qohumluq əlaqələri də bunda öz təsirini göstərdi. Tezliklə Madanın möhtəşəm paytaxt şəhəri olan Ekbatan farsların əlinə keçdi və yaradılmış fars imperiyasının çoxsaylı mərkəzlərindən birinə çevrildi.
Hirəq (Marağa)
Hirəq (fars. هرق‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 356 nəfər yaşayır (102 ailə).
Kiçik Zirə
Kiçik Zirə — Xəzər dənizinin Bakı körfəzində eyni adlı arxipelaqa aid olan adadır. Bəzən onu Qum adası da adlandırırlar. Qum adası 3.21 km uzunluğa,maksimal eni isə 0.27 km təşkil edir.
Mirə türbəsi
Mirə türbəsi — Elxanilər dövləti dövründə vəzir olmuş Tacəddin Əlişahın həyat yoldaşı Mirə Xatunun Salmas şəhərinin yaxınlığında məqbərəsi (1310 il). Mirə Xatunun ozamankı adıyla Əminə xatun, Arqun ağanın qızı və Tacəddin Əlişahın həyat yoldaşıydı. Salmasın qərbində Köhnə Şəhər yaxınlıqlarında Mirə Türbəsi olaraq tarixçilər tərəfindən qeyd olunmuşdur. Türbə 7 may 1930-cu ildə baş vermiş Dilman zəlzələsi zamanı dağılmışdır. Türbənin ucalığı 20 metr idi.
Qara zirə
Əkin qaraçörəkotu (lat. Nigella sativa) — qaymaqçiçəyikimilər fəsiləsinin qaraçörəkotu cinsinə aid bitki növü. Bitkinin botaniki adı – Nigella Sativadır. Azərbaycan dilində ənənəvi olaraq onu qara zirə adlandırırlar. Bitki Aralıq dənizi regionunda, Afrikanın şimalında, Asiyada və Ərəbistan yarımadasında bitir. Gözəl ətirli xassəyə malik, görünüşünə görə küncütə bənzəyən, amma qara rəngi ilə ondan fərq­lənən zirə xalq arasında müxtəlif adlarla məşhur dur. Arxeoloqlar neolit və mezolit təbəqələrində apardıqları qazıntılar zamanı qara zirə toxumları tapmışlar ki, bu da ondan hələ 8 min il bundan qabaq istifadə edildiyini göstərir. Məşhur alim Lord Karter olduqca mühüm bir arxeoloji kəşf etmişdir. O, firon Tutanxamonun qəbrini tapdıqda gənc çarın ətrafına düzülmüş əşyaların ara sında yağ olduğunu aşkar etmişdi. Lakin arxeoloq onun nə yağı olduğunu o vaxt bilmirdi.
Resekvent tirə
Resekvent tirə (rus. гряда ресеквентная, ing. resequent ridges) — ikinci dərəcəli antiklinal tirə olub, monoklinal subsekvent dərələrlə sərhədlənir.
Zirə-2
Zirə (Xəzər)
Zirə — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Zirə qəsəbəsi Bakı şəhərinin 45—46 kilometr şərqində, Abşeron yarımadasının Pirallahı adasına yaxın hissəsində yerləşir. Zirə qəsəbəsi üç tərəfdən, Cənub, Şərq və Şimaldan Xəzər dəniziylə əhatə edilmişdir. Dənizə ən yaxın hissəsi cənubda, Şah dili zolağı tərəfdədir. Tarix boyu Zirə kəndi Abşeronda ən böyük örüşü olan kənd olub. Kənd ötən əsrin əllinci illərindən etibarən qəsəbə statusu almışdır. Tarixən Zirənin torpaqları Qala və Türkan kəndləriylə həmsərhədd olmuşdur. Sovet hakimiyyətindən əvvəl nayihə mərkəzi Suraxanıda olduğu vaxt, Zirənin şimal tərəfinə, indi Port-Abşeron, əhali arasında isə sadəcə Port adlanan əraziyə yaxın torpaqlara suraxanılılar köçürülmüşdür. Onlar həmin ərazidə «Qışlaq» kəndini salıb məskunlaşmış, eyni zamanda «Xaşaxana» adlanan yaşayış məskənini də salmışlar. XX əsrin əllinci illərində Zirə ətrafındakı Fermanın ərazisinə Şamaxının Cəbirli kəndinin əhalisinin bir qismi köçürülmüş və orada «Cəbirli» adlı kiçik bir kənd əmələ gəlmişdi.
Zirə (bitki)
Zirə (lat. Carum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Hündürlüyü 30-60 sm, gövdəsi düz, yuxarı hissəsi budaqlıdır. Yoğun köklərə malikdir. Yarpaqları dövrəsində uzunsovdur, aşağıdakılar uzun saplaqlıdır. Çiçəkləri mürəkkəb çətir şəklində yerləşmişdir, ləçəkləri ağdır və ya çəhrayı rəngdədir. Meyvəsi iki tərəfdən sıxılmış şəkildə uzunsovdur, yetişdikdə 2 toxuma ayrılır. Özünəməxsus güclü ətirli iyə, acı, yandıran ədviyyəli dada malikdir. Ədviyyat kimi çörəkbişirmə, qənnadı və konserv sənayesində işlədilir. İyun-iyul aylarında çiçəkləyərək iyul-avqust aylarında meyvə verir.