HƏRDƏNBİR
HƏRƏKAT
OBASTAN VİKİ
21 Azər hərəkatı
Azərbaycan Milli Hökuməti (abr. AMH; az-əbcəd. آذربایجان میلی حوکومتی‎, fars. حکومت خودمختار آذربایجان‎, rus. Азербайджанское народное правительство, translit. Azerbaycanskoye narodnoye pravitelstvo) və ya 21 Azər Hərəkatı — 1945-ci ilin 12 dekabrından 1946-cı ilin dekabr ayına qədər Cənubi Azərbaycanda fəaliyyət göstərmiş sosialist hökumət. AMH-nin paytaxtı Təbriz şəhəri olmuşdur. Cəmi bir il mövcud olmasına baxmayaraq, AMH tarixdə ikinci dəfə Cənubi Azərbaycanda müstəqil müasir milli dövlətçilik cəhdi olmuşdur. == SSRİ qoşunlarının İrana daxil olması == İran müharibədə neytral mövqedə qalacağını bəyan etsə də, Almaniya ilə strateji əməkdaşlıq xəttini davam etdirirdi. Almaniya İranın xarici ticarətində ikinci yeri tuturdu.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qadınlar, balans hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Balans hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 11 ölkənin 33 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 28.700 xal toplayan Belçika təmsilçiləri qazandı. Gümüş medalı 28.550 xal toplayan Rusiya Federasiyasının təmsilçiləri qazandı. Bürünc medalı isə 28.510 xal toplayan Belarus təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qadınlar, temp hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Temp hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 11 ölkənin 33 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 28.480 xal toplayan Belçika təmsilçiləri qazandı. Gümüş medalı 28.190 xal toplayan Rusiya Federasiyasının təmsilçiləri qazandı. Bürünc medalı isə 28.120 xal toplayan Belarus təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qarışıq, balans hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Balans hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 9 ölkənin 11 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 29.760 xal toplayan Rusiya Federasiyası təmsilçiləri qazandı. Gümüş medalı 28.930 xal toplayan Belçikanın təmsilçiləri qazandı. Bürünc medalı isə 28.260 xal toplayan Böyük Britaniya təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qarışıq, temp hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Temp hərəkətləri) — akrobatika gimnastikası üzrə Bakıda Milli Gimnastika arenasında keçirilən yarışların təsnifat mərhələsi. Təsnifat mərhələsi 17 iyun tarixində Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 9 ölkənin 11 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 29.300 xal toplayan Rusiya Federasiyası təmsilçiləri qazandı. Gümüş medalı 28.690 xal toplayan Belçikanın təmsilçiləri qazandı. Bürünc medalı isə 28.650 xal toplayan Böyük Britaniya təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Balans hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Balans hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 11 ölkənin 33 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 28.700 xal toplayan Belçika təmsilçiləri qazandı. Gümüş medalı 28.550 xal toplayan Rusiya Federasiyasının təmsilçiləri qazandı. Bürünc medalı isə 28.510 xal toplayan Belarus təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Temp hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Temp hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 11 ölkənin 33 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 28.480 xal toplayan Belçika təmsilçiləri qazandı. Gümüş medalı 28.190 xal toplayan Rusiya Federasiyasının təmsilçiləri qazandı. Bürünc medalı isə 28.120 xal toplayan Belarus təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Balans hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Balans hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 9 ölkənin 11 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 29.760 xal toplayan Rusiya Federasiyası təmsilçiləri qazandı. Gümüş medalı 28.930 xal toplayan Belçikanın təmsilçiləri qazandı. Bürünc medalı isə 28.260 xal toplayan Böyük Britaniya təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Temp hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Temp hərəkətləri) — akrobatika gimnastikası üzrə Bakıda Milli Gimnastika arenasında keçirilən yarışların təsnifat mərhələsi. Təsnifat mərhələsi 17 iyun tarixində Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 9 ölkənin 11 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 29.300 xal toplayan Rusiya Federasiyası təmsilçiləri qazandı. Gümüş medalı 28.690 xal toplayan Belçikanın təmsilçiləri qazandı. Bürünc medalı isə 28.650 xal toplayan Böyük Britaniya təmsilçiləri qazandı.
Alaş hərəkatı
Alaş hərəkatı — indiki Qazaxıstanda, XX əsrin birinci rübündə Rusiya imperiyasının müstəmləkəçilik siyasətinə qarşı milli azadlıq hərəkatı. XIX əsrdə qazaxların milli ərazisinin çox hissəsi Rusiya dövlətinin mülkiyyətinə keçmiş, qaçqınların sayı kəskin şəkildə artmış, yerli əhali məskunlaşan torpaqlardan zorla sıxışdırılıb çıxarılmışdır. Çarizm siyasətinə qarşı mübarizəyə milli ziyalılar rəhbərlik etmiş, Rusiyada 1905–1907-ci illər inqilabı sonra onlar Alaş hərəkatını yaratmışdılar. Karkaralı petisiyası (1905) Alaş hərəkatının proqramı olmuşdur. Demokrat-maarifçilər Əlixan Bökeyxan, Əhməd Baytursunov və Mustafa Şokay qazax cəmiyyətinin tərəqqisi yollarını axtarır, Dövlət Dumasında müsəlman fraksiyalarının işinə rəhbərlik edirdilər. Onların təşəbbüsü ilə "Aykan" jurnalı (1911), "Birlik mıu", "Sarı-Arka", "Akjol" qəzetləri təsis edilmişdir. Bu qəzetlərdə maarifləndirmə işləri aparılırdı. Alaş hərəkatının məqsədi qazax xalqının özünü idarə etməsi, xalqın müstəqil dövlət, dövlət yaratmaq hüququ, Rusiyanın daxili bölgələrindən qazax torpaqlarına əhalinin köçürülməsini məhdudlaşdırmaq idi. Alaş hərəkatının nümayəndələri toalipionik heyvandarlığın qorunub saxlanmasının, kənd təsərrüfatının, sənayenin və ticarətin inkişafının tərəfdarı idilər. Beləliklə, onların proqramında milli mədəniyyətin, təhsilin və qazax dilinin inkişafı yer tuturdu.
Aliqarx hərəkatı
Aliqarx Hərəkatı — XIX əsrin son onilliklərində Britaniya Hindistanının müsəlman əhalisi üçün müasir bir təhsil sisteminin qurulmasına təkan verildi. . Hərəkatın adı, əsasını və mənşəyini Şimali Hindistanın Aliqarx şəhərində və xüsusilə 1875-ci ildə Məhəmmədan Anqlo Şərq Kollecinin təməlini qoymasından irəli gəlir. Şərq kollecinin və ondan inkişaf edən digər təhsil ocaqlarının banisi Cənab Siyed Əhməd Xan idi. O, daha geniş Aliqarx Hərəkatının aparıcı işığı olmuşdu. Təhsil islahatı daha geniş Hərəkət üçün bir baza və bir təkan yaratdı: Hindistan alt qitəsinin dinə, siyasətinə, mədəniyyətinə və cəmiyyətinə dərin təsir göstərən bir Hindistan müsəlman intibahı baş qaldırmışdı. == Təhsil == Aligarx Müsəlman Universiteti hərəkatın yaranmasıdır. Aligarx Hərəkatı 19-cu əsrin digər güclü, lakin daha az uyğunlaşan hərəkatları ilə müqayisədə Hindistan cəmiyyətinə, xüsusən də müsəlman cəmiyyətinə çox təsir etmişdir. XIX əsrdə digər ictimai-dini cərəyanların meydana gəlməsinə səbəb olan bir sıra digər çağdaş cərəyanlara təsir göstərmişdir. Aligarx Hərəkatının təsiri yalnız Şimali Hindistanla məhdudlaşmadı, əksinə onun genişlənməsini 20-ci əsrdə Hindistan alt qitəsinin digər bölgələrində də görmək olardı.
Anti-müharibə hərəkatı
Antimüharibə hərəkatı — müharibələri dayandırmaq və sülhün qurulması məqsədli ictimai hərəkat. Bu məqsədə nail olmaq vasitələrinə pasifizmin və antimilitarizmin təbliğatı və müharibəyə qarşı müxtəlif növ etirazlar, o cümlədən, nümayişlər, xahişlər, boykotlar, seçkilərdə müəyyən namizədlərin dəstəklənməsi, hərbi çağırışlardan yayınma, "Die-in" (ölümün təqlidi) kimi qeyri-adi etiraz üsulları daxildir.
Antifaşist hərəkatı
Antifaşist hərəkatı (it. Antifascismo) - XX əsrin 20-ci illərində Almaniyada Nasional-Sosialist Partiyasına və digər ifrat sağ terrorçu qruplara qarşı meydana gəlmişdir. 1921-ci ildə İtaliyada faşistlərin hücumuna cavab olaraq genişləndi. Antifaşist hərəkatı daha sonra diktatura rejimi yaradılan Macarıstan, Bolqarıstan, Polşada da vüsət aldı. 1923-cü ildə Bolqarıstandakı Sentyabr antifaşist üsyanı digər ölkələrdə ki antifaşist hərəkatının təcrübəsini zənginləşdirdi. Bir müddət sonra antifaşist hərəkatı Polşada Yozef Pilsudski sanasiya rejiminə qarşı genişləndi. 1923-cü ilin mart ayında Frankfurt-Maynda konfrans keçirildi, hərbi təhlükə və faşizmə qarşı K.Setkin, F.Hekkert və Anri Barbüsün başçılığı ilə Beynəlxalq komitə yaradıldı. Antifaşist hərəkatı 1932-ci ildə Antifaşist aksiya adlanan kampaniyanın başlamasıyla ən yüksək mərhələyə çatdı. Antifaşist qüvvələrin səyi nəticəsində 1932-ci ilin sonlarında Almaniyada faşist hərəkatı zəiflədi. Sosial-demokratların liderlərinin kommunistlərlə əməkdaşlıq etməməsindən istifadə edən alman inhisarçıları 1933-cü ilin yanvarında Adolf Hitleri hakimiyyət başına gətirdilər.
Antimüharibə hərəkatı
Antimüharibə hərəkatı — müharibələri dayandırmaq və sülhün qurulması məqsədli ictimai hərəkat. Bu məqsədə nail olmaq vasitələrinə pasifizmin və antimilitarizmin təbliğatı və müharibəyə qarşı müxtəlif növ etirazlar, o cümlədən, nümayişlər, xahişlər, boykotlar, seçkilərdə müəyyən namizədlərin dəstəklənməsi, hərbi çağırışlardan yayınma, "Die-in" (ölümün təqlidi) kimi qeyri-adi etiraz üsulları daxildir.
Avstriyada antinüvə hərəkatı
Avstriyada antinüvə hərəkatı — nüvə energetikasının inkişafına mane olmağa çalışan ictimai hərəkat. == Tarixi == Avstriyada ilk AES 1972-ci ildə paytaxt Venadan 30 km uzaqlıqda yerləşən Tsventendorf an der Donau kommunasında tikilməyə başlanmışdı. Tsventendorf AES-na 700 MVT gücündə olan qaynayan su reaktoru qoşulmuşdu, bu stansiya ilkin plana görə Avstriya elektrik enerjisinin istehsalının 10% -ni generasiya etməli idi. Bir çox ictimai qrupları bu texniki yeniliyə qarşı çıxış etmişdilər, onların içində mühafizəkarlar, solçu və ekolji utopistlər yer almışdılar. Onlar "IÖAG - Initiative österreichischer Atomkraftwerksgegne" (transliterasiya: IOeAG) platformasını təşkil etdilər və "Wie ist das mit den Atomkraftwerken wirklich?" (Azərb. atom elektrik stansiyaları ilə əsl vəziyyət necədi?) adlı kitabça buraxdılar. Sonra onlar ianələr hesabına maliyyələşdirilən qəzet tirajına başladılar. Lakin 1978-ci ilin iyun ayında Avstriyanın Sosial-demokrat partiyasından kansleri Bronu Krayskiy atom enerjisi inkişafı məsələsi üzrə referendumun keçirilməsi barədə elan verdi, səsvermə həmin il noyabrın 5-də keçirildi. Referendum AES-in tikintisinin əleyhdarlarının cüzi üstünlük təşkil etdiyini göstərdi. Səs hüququna malik olan vətəndaşların, demək olar ki üçdə iki hissəsi (3,26 mln.
Azad zabitlər hərəkatı (Misir)
Azad zabitlər hərəkatı (ərəb. الضباط الأحرار‎‎, ad-Dübbat əl-Əxrar) — Misirdə monarxiyanı devirən iyul inqilabını həyata keçirən ordu daxilində gizli təşkilat. Üzvləri əsasən kiçik rütbəli zabitlərdən ibarət olmuşdur. Polkovnik-leytenant Camal Əbdül Nasir tərəfindən 1949-cu ilin yayında Misirin 1948-ci il Ərəb-İsrail müharibəsində məğlubiyyətindən bir müddət sonra qurulmuşdu. Əvvəlcə Camal Əbdül Nasir, Hüseyn Hamouda, Xalid Mohəddin, Kamal əl-Din Hüseyn, Salah Nasr, Əbdül Hakim Amer və Saad Tefikin daxil olduğu kiçik bir üsyançı qrup idi. Məhəmməd Naqib müharibədən sonra 1949-cu ildə Azad Zabitlər hərəkatına qoşuldu. O, müharibə zamanı qazandığı qəhrəmanlıq statusu və orduda nüfuzu səbəbi ilə respublika qurulana qədər təşkilatın rəsmi lideri oldu. == Tarixi == Birinci dünya müharibəsindən sonra İngiltərənin protektoratlığı olan Misirdə milli-azadlıq hərəkatı yeni mərhələyə qədəm qoydu. 1919-cu ilin mart-aprel aylarında və 1921-ci ilin sonlarında Misirin müxtəlif sosial təbəqələrini və ərazisinin böyük bir hissəsini əhatə edən güclü üsyanlar baş verdi. Bu üsyanlar amansızlıqla yatırılsa da, müstəmləkəçilərə onlara hakimiyyətinin dayaqsız və etibarsız olduğu nümyiş etdirildi.
Azərbaycan Milli Azadlıq Hərəkatı
Azərbaycan Milli Azadlıq Hərəkatı (XX əsrin əvvəlləri)
Azərbaycan Milli Azadlıq Hərəkatı (1988-1991)
Azərbaycan Milli Azadlıq Hərəkatı —Azərbaycan Xalq Cəbhəsi(1989-1995)qurucusu və lideri Əbülfəz Elçibəyin başçılığı altında keçirilmiş etiraz mitinqləridir.İlk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda başladı. Topxana hadisələri ilə mitinqlərin yeni dalğası — Meydan hərəkatı (1988-ci il 17 noyabr — 5 dekabr) yarandı və dekabrın 4-də hakimiyyət orqanları Azadlıq meydanındakı oturaq mitinqi ordunun köməyi ilə dağıtmağa nail oldular. XX əsrin 80-ci illərinin sonunu Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi proseslərdə fəal iştirakı döbolnoxa gəlvrü kimi səciyyələndirmək olar. Azərbaycan xalqının siyasi oyanışı 1987-ci ilin axırları – 1988-ci ilin əvvəlində başlanmış, 1990-cı ilin yanvar hadisələrindən sonra keyfiyyətcə yeni hərəkata – milli azadlıq hərəkatına çevrilmiş xalq hərəkatı ilə bağlıdır. Xalq hərəkatı fonunda 23 sentyabr 1989-cu ildə Azərbaycan SSR Ali Soveti "Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında" Azərbaycan SSR-in Konstitusiya Qanununu qəbul etdi. Bu qanunun 5-ci maddəsində qeyd edilir ki, "Azərbaycan SSR-in suverenliyi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla respublikanın bütün ərazisinə şamil edilir" və "Azərbaycan SSR-in digər müttəfiq respublikalarla sərhədləri yalnız müvafiq respublikaların qarşılıqlı sazişi üzrə dəyişdirilə bilər". 1990-cı il yanvarın 20-də Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini hakimiyyətdə saxlamaq və güclü milli-azadlıq hərəkatına çevrilməkdə olan oyanışı boğmaq məqsədilə Bakıda Sovet Ordusu tərəfindən 20 Yanvar faciəsi törədildi. Törədilən vəhşiliklər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak oldu və yaralandı. Ölkədə 1991-ci ilin ortalarınadək davam edən fövqəladə vəziyyət elan olundu. 30 avqust 1991-ci il tarixində Azərbaycanın Ali Soveti 23 sentyabr 1989-cu il tarixli Konstitusiya Qanununu əsas götürərək, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bəyan edilmiş dövlət müstəqilliyinin bərpasını elan etdi.
Azərbaycan Olimpiya Hərəkatı
Azərbaycan ilk dəfə 1996-cı ildə müstəqil bir dövlət kimi Olimpiya Oyunlarına qatılıb və o gündən bu yana hər Olimpiya Oyunlarına idmançı göndərib. Daha əvvəl, Azərbaycanlı idmançılar 1952-ci ilə 1988-ci illərdə Olimpiya Oyunlarında Sovet İttifaqının bir hissəsi kimi yarışıb və Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinin "Birləşmiş Komandasında" yarışıb. Azərbaycanlı idmançılar Yay Olimpiya Oyunlarında, güləş, güllə atıcılığı, boks, cüdo, taekvondo, kano sprint və ağır atletika idman növlərində, cəmi 45 medal qazanıb. Azərbaycan Milli Olimpiya Komitəsi 1992-ci ildə yaradılıb və 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınıb. == Arxa plan == 1992-ci ilin iyulunda İspaniyanın Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarından əvvəl, 1992-ci ildə Sovet İttifaqı dağıldı. 15 dövlət müstəqilliyini elan elədi. 15 dövlətdən 12-sinin Milli Olimpiya Komitəsi 1992-ci ildə təsis edildi. Barselona Olimpiadasına qədər də Beynəlxalq Olimpiya Komitəsi bu qurumları tanımırdı. Sadəcə 1990-cı ildə təsis edilən Estoniya, Latviya və Litvanın Milli Olimpiya Komitələri Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanındı və bu üç dövlətin olimpiada da öz bayrağı altında çıxış eləməsinə icazə verildi. Digər 12 dövlət isə Birləşmiş Komanda adı altında olimpiada da mübarizə apardı.
Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi — Prezidentin və Prezident Administrasiyasının fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə məşğul olur. İşlər İdarəsi Administrasiyanın tərkibinə daxil deyil. Azərbaycanın dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən orqandır. 2021-ci ildən Prezidentin İşlər müdiri Ramin Quluzadədir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Strukturu == Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə tabe olan təşkilatlar: "Ulduz" Qonaq Evi (Prezident İqamətgahı və "Ulduz" Sarayı daxil olmaqla) "Gənclik" iqamətgahı "Zuğulba" iqamətgahı (1 N-li Pansionat və "Şəfəq" Sarayı daxil olmaqla) İşlər İdarəsinin Pansionatı (əvvəlki adı: 2 N-li Pansionat) "Qəbələ" iqamətgahı "Marxal" Müalicə-İstirahət Kompleksi Rəsmi Qəbullar Sarayı (əvvəlki adı: Səadət sarayı) Azərsuvenir "Azərbaycan Nəşriyyatı" MMC Prezident Kitabxanası İctimai-Siyasi Sənədlər Arxivi Təsisçisi Prezidentinin İşlər İdarəsi olan qəzetlərin siyahısı: "Bakinski raboçi" qəzetinin redaksiyası "Respublika" qəzetinin redaksiyası "Xalq qəzeti"nin redaksiyası == Azərsuvenir == Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin «Azərsuvenir» (Azərbaycan Suvenirləri) Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2012-ci il tarixli 155 saylı Qərarı ilə Azərbaycan «Zərgərsənaye» İstehsalat Birliyinin bazasında yaradılmışdır. Müəssisənin əsas fəaliyəti dövlət orden və medallarının, müxtəlif yubiley və xatirə medallarının, döş nişanlarının, dünya dövlətlərinin bayraqlarının, Azərbaycan milli naxış və ornamentləri ilə bəzədilmiş yüksək əyarlı hədiyyəlik gümüş məmulatlarının və digər milli suvenirlərin istehsalından ibarətdir. Bütün məhsullar «Azərsuvenir» MMC-nin istehsalı olan futlyarlarla fərdi qaydada qablaşdırılır. Yuxarıda qeyd olunan məhsulların müasir tələblərə cavab verən yüksək keyfiyyətli istehsalatını təmin etmək məqsədi ilə, müəssisədə yeni istehsalat sahələri yaradılmış müasir avadanlıqlar və yüksək texnoloqiyalar tətbiq edilmişdir. Bütün məmulatların istehsalı «Azərsuvenir» MMC-də fəaliyyət göstərən, yüksək peşəkarlardan ibarət bədii-texniki şuranın nəzarəti altında icra olunur.
Azərbaycanda qaçaq hərəkatı
Azərbaycanda qaçaq hərəkatı — Azərbaycan xalqının müstəmləkə və feodal zülmünə qarşı milli-azadlıq hərəkatının əsas formalarından biri. == Qaçaq hərəkatının səbəbləri == XIX əsrdə Azərbaycanda qaçaqçılıq hərəkatını doğuran əsas səbəb 1828-ci il fevralın 10-da bədnam Türkmənçay müqaviləsi əsasında Şimali Azərbaycanın Rusiya tərkibinə zorla tabe edilməsindən sonra ölkədə baş verən mənfi hallar olmuşdur. İstismar olunan, əsarətdə yaşayan, istilaya düçar olan xalqla istismarçı, hər şeyi məhv edən zülmkar rus imperialist rejimi arasında tarix boyunca mübarizə olmuşdur. İstismarçı rejimə qarşı aparılan mübarizə formaları müxtəlif olmuşdur. Məhkum xalq imperialist idarələrinə vergi verməməklə, onların istehsal etdikləri məhsulu almamaqla, biyara getməməklə passiv mübarizə yolunu seçirdi. Bəzi hallarda isə idarə məmurlarını öldürməklə öz məqsədlərinə nail olurdular. Azərbaycanda qaçaq hərəkatı əsasən rus çar rejiminə qarşı və onlara rüşvət verməklə əlbir olub xalqa zülm edən yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir. İgidlik, yenilməz qəhrəmanlıq dastanlarını yaradan qaçaqları gördükləri xeyirxah əməllərə görə Azərbaycan xalqı onları sevmiş, tərifləmiş və qorumuşlar. Erməni qırğınları zamanı ermənilərin qarşısının alınmasında qaçaq hərəkatının böyük rolu olmuşdur. Çar istibdad üsul-idarəsinə qarşı narazılıqların əsas səbəblərindən biri də təhkimçi rus kəndlisi ilə azad azərbaycanlı kəndlisi arasındakı fərqi görməyən komendantların fəaliyyəti idi.
Babilər hərəkatı
Babilik — Seyyid Əli Məhəmməd Babın (1819-1850) adı ilə bağlı dini təlimdir. O, 1844-cü ildə Bab (Ərəbcədən tərcümədə "qapı") ləqəbini götürmüş, özünü Allahın Vəd etdiyi Mehdi olduğunu bəyan etmiş, 18 müridindən biri olan Qüdslə Məkkəyə yollanaraq zülhiccə ayında Kəbə evinin yanında öz Missiyasını elan etmiş, Vəd Olunmuş Qaim, Mehdi olduğunu bəyan etmişdir. Burdan Kufə şəhərinə gedərək orada da öz dəvətini elan etmişdir. Babın təlimi fanatizmə, ali ruhanilərin özbaşnalığına qarşı yönəlmiş və İran cəmiyyətinin orta və aşağı təbəqələrində özünə çoxlu tərəfdar tapmışdı. Bab daim özündən sonra zühur edəcək olan "Allahın zahir edəcəyi Kəs" haqqında danışmış, bütün yazılarında onu mədh etmişdir. Bab şiə müctəhidlərinin bir qismi tərəfindən kafir kimi pislənmiş, bir qismi tərəfindən isə qəbul olunmuşdur. O, elə bir cəmiyyət haqqında danışırdı ki, orada nə əxlaqsız din xadimləri, nə də ədalətsiz siyasət adamları olsun. == Haqqında == Gündən günə artan nüfuzu və ardıcıllarının İranı bürüməsinə görə şah hökuməti onu həbs etdi və Maku zindanına saldı. Burada "Bəyan" adlı kitabını nazil etdi. İlahi Missiyasını insanlara tədricən açan Bab daha sonra özünü Nöqteyi-Övla adlandırır ki, bu Məhəmməd peyğəmbərlə eyni məqama sahib olmağa bərabər sayılırdı.
Bakı Camaatının Həyatı və Velikoknyaz Prospekti ilə Hərəkəti (1900)
Bakı camaatının həyatı və Velikoknyaz prospekti ilə hərəkəti qısametrajlı sənədli filmi rejissor Q. Matye tərəfindən 1900-cü ildə çəkilmişdir. Reportaj xarakterli kinoxronikada Bakı polismeystri, yanğınsöndürən heyət və şəhər əhalisi çəkilmişdir. == Məzmun == Reportaj xarakterli kinoxronikada Bakı polismeystri, yanğınsöndürən heyət və şəhər əhalisi çəkilmişdir.
Bakı camaatının həyatı və Velikoknyaz prospekti ilə hərəkəti (film, 1900)
Bakı camaatının həyatı və Velikoknyaz prospekti ilə hərəkəti qısametrajlı sənədli filmi rejissor Q. Matye tərəfindən 1900-cü ildə çəkilmişdir. Reportaj xarakterli kinoxronikada Bakı polismeystri, yanğınsöndürən heyət və şəhər əhalisi çəkilmişdir. == Məzmun == Reportaj xarakterli kinoxronikada Bakı polismeystri, yanğınsöndürən heyət və şəhər əhalisi çəkilmişdir.
Basmaçı hərəkatı
Basmaçı hərəkatı — 1918 -1942-ci illərdə müstəmləkəçi və kommunist Rusiyaya qarşı müsəlmanlar tərəfindən Orta Asiyada başladılmış olan üsyanların adıdır. Bu hərəkatın savaşçılarını müsəlman türklər, qismən də taciklər təşkil edirdi. Basmaçı hərəkatı islamçı hərəkatlardan biri sayılır. Basmaçı hərəkatının başlanğıcı Fərqanə vadisində 1917-ci ildə oldu və çox tez zamanda Orta Asiya türklərinin arasında yayıldı. == Arxa fonu == Bolşeviklər Orta Asiyada hakimiyyəti ələ keçirəndən sonra apardıqları siyasət ilə qısa zaman içində xalqın nifrətini qazandılar. Beləcə, Orta Asiyanın hər yerində Bolşevik müxalifləri çoxaldı. Hər cür maddi varlıqları əllərindən alınan və əzilən xalq, Bolşevik dövrünün çar dönəmindən heç də fərqli olmadığını, hətta xüsusi ilə özəl mülkiyyət işlərinə Bolşeviklərin daha çox düşmənlik bəslədiklərini (halbuki Çar Rusiyasında dövründə özəl mülkiyyət sərbəst idi) görərək, eləcə də milli muxtariyyətlərinin ləğv olduğunu anlayaraq üsyan üçün məqam axtarmağa başladılar. == Hərəkatın başlanması == Gedərək böyüyən bu üsyan hərəkatı, 1918-ci illərin əvvəlindən etibarən Ruslara qarşı milli mücadiləyə döndü. Ruslar bu üsyançıları Basmaçı adlandırırdılar. Lakin Orta Asiya türkləri özlərinə “İslam əsgərləri” və ya “Türkistan azadlığının əsgərləri” deyirdilər.

Значение слова в других словарях