Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Humar zirvəsi
Humar zirvəsi (bolq. връх Хумар, ‘Vrah Humar’ \'vr&h hu-'mar\) — Antarktidanın Qreyam Torpağının II Oskar sahilindən cənub-şərqdə yerləşən, 1300 m hündürlüklü qaya zirvəsidir. Osta silsiləsinə daxildir. Yorum buzlağından şimalda, Veseliye buzlağından cənubda yerləşmişdir.Zirvə Bolqarıstanda yerləşən qədim Humar qalasının adını daşıyır. == Yerləşməsi == Humar zirvəsi 65°14′36″ c. e. 62°12′03″ q. u. koordinatlarında yerləşmişdir. Yordanov nunatakından 5.9 km cənub-qərbdə, Kotiyon burnundan 9.14 km qərbdə, Birks dağından 5.5 km şimal-qərbdə yerləşmişdir.
Humea gracillima
Thiseltonia (lat. Thiseltonia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Thiseltonia gracillima (F.Muell. & Tate) Paul G.Wilson (Triba: Gnaphalieae)SinonimHumea gracillima F.Muell. & Tate Thiseltonia dyeri Hemsl. Calomeria gracillima (F.Muell.
Humea madagascariensis
Humeocline (lat. Humeocline) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Humea tenerrima
Basedowia (lat. Basedowia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Basedowia tenerrima (F.Muell. & Tate) J.M.Black yeganə növ. == Növün sinonimləri == Basedowia helichrysoides E.Pritz. Calomeria tenerrima (F.Muell. & Tate) Heine Humea tenerrima F.Muell.
Humza Yousaf
Humza Yousaf — Şotlandiyanın 6-cı baş (birinci) naziri. == Həyatı == Pakistandan olan atası ilə Keniyadan olan anası Qlazqoda tanış olmuşlar. Qlazqo Universitetinin siyasət ixtisası üzrə təhsil alıb. === Siyasi fəaliyyəti === === Şəxsi həyatı === Ailəlidir. Seltik klubunun sadiq azarkeşidir.
Huma quşu
Huma quşu (fars. هما‎) — tez-tez cənnət quşu olaraq adlandırılan, gözlə görünməyəcək qədər yüksəkliklərdə istirahət etmədən, heç vaxt yerə toxunmadan davamlı uçan, bəzi mənbələrdə ayaqlarının olmadığı bildirilən əfsanəvi quş. == Mənşəyi == Ərəbcə Bulah olub və bəzi mənbələrdə ərəbcə "ruh" mənasını verən "hu", "su" mənasını verən "ma" sözlərindən ibarət olduğu iddia edilmişdir. Mənbələrdə Tenqrizm inancında tanrı Umayla oxşarlığı olan Huma, bəzi türk ləhcələrində Kumay və ya Umay quşu olaraq da bilinir. == Etiqadlar == Başına qonduğu insana xoşbəxtlik gətirəcəyinə inanıldığına görə bəxt quşu və ya taleh quşu adı ilə də tanınır. Bu etiqadın mənbəyi, keçmiş zamanlardan bir hökmdar öldükdə insanların bir meydanda cəmləşməsi və Humanın üzərinə qonduğu və ya kölgəsinin düşdüyü şəxsin hökmdar olduğuna dair məşhur xalq inancıdır. Bilinənlərin əksinə olaraq Oğuz Xan dastanında da qeyd edildiyi kimi Çepnilərin quşu Huma quşu deyil Kuma quşudur. Kuma quşu xalq arasındakı adı ilə, şunqar, qızılquşlar fəsiləsindən olan kestrel məhz Çepni quşudur. Yırtıcı bir quşdur və böyük bir yırtıcı quş kimi Kaşqarın əsərlərində də yazılmışdır. Tiginlərin simvoludur.
Hüma Sərşar
Hüma Sərşar-İran yəhudilərindən olan və 1979-cu il İran İslam İnqilabından sonra ABŞ da sakin olan yazıçı və jurnalist.
Hüma Xatun
Xədicə Alimə Hüma Xatun (d. 1400 — ö. 1449, Bursa) — II Muradın qadını və Sultan II Mehmedin doğma anasıdır. Haqqında çox da məlumat yoxdur. Məzarı Bursada, Hüma Xatun və ya Xatuniyə türbəsinə dəfn edilmişdir. Bu türbənin 1449 tarixli kitabəsində adı verilməsə də, II Mehmed tərəfindən anasının adına inşa edildiyi qeyd edilir. Atasının adı bilinmir. Ancaq gördüyü bir xeyriyyə işinin sənədlərində Hatun binti Abdullah, yəni Abdullah qızı olaraq göstərilir. Bu da onun İslamı sonradan qəbul etməsini sübut edir. Çünki o dövrdə İslamı sonradan qəbul edən insanlar öz atalarına yox, Abdullah (Allahın qulu) adına istinad edilirdi.
Auşra
Auşra (lit. Auszra - "Şəfəq"; orijinal yazılışı ilə - Auszra) — Litvanın ilk ictimai ədəbi qəzeti. == Tarixi == Qəzet əvvəlcə redaktoru olan Yonas Basanaviçiusun rəhbərlik etdiyi bir qrup litvalı məsləkdaşlar tərəfindən təsis edilmişdir. Qəzet 1883-cü ilin fevralından 1886-cı ilin iyun ayına kimi Raqnit və Tilzitdə (Prussiya) nəşr olunurdu, Rusiyada latın qrafikası ilə litva dilində çapa qadağa qoyulduğu üçün o, gizli şəkildə Litvaya aparılıb və qanunsuz olaraq yayılırdı. Qırx nömrəsi çap olunub. Aylıq formatına və dövriliyinə görə onu tez-tez jurnal adlandırırlar. Qəzetin redaktorları Yonas Basanaviçius (İvan Basanoviç), Yurgis Mikshas, ​​Yonas Şliupas, Martynas Jankus, Juozas Andziulaitis-Kalnenas idi. Nəşr litvalıların milli kimliyinin formalaşmasında, litva ədəbi dilinin təkmilləşdirilməsində və litva ədəbiyyatının inkişafında mühüm rol oynamışdır. Auşra Litvanın tarixi taleləri mövzusunda vətənpərvər şeirlər dərc etdirmişdir: Mechislovas Davainis-Silvestraitis, Stanislovas Dagilis və digər müəlliflərin, eləcə də digər resenziyaların və digər müəlliflərin, Litva Maironis, Andrius Vishtelis, Xaveras Sakalauskas-Vanagelis, Petras Arminas-Trupinelis və s. ədəbi məqalələr, materiallar.
Burma
Burma — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Coğrafiyası == == Tarixi == Kənd 1918-ci ildə salınmışdır. == Əhalisi == Əhalisi 433 nəfərdir (2002). === Nəsillər === Cəfəroğluları — 1918-ci ildə kənddə ilk olaraq məskunlaşmış və kənddəki ən böyük nəsildir.
Domra
Domra (rus. До́мра) — Belarus, Ukrayna və Rusiya xalq simli musiqi aləti. Domranın yarımdairəvi bir bədəni var. Musiqi alətinin simlərindən səslər mizrab vasitəsilə çıxardırılır. Musiqi alətindən səs çıxarmaq üçün istifadə olunan xarakteristik texnika tremolodur. Domranın iki növü var – ənənəvi şəkildə Rusiyada istifadə olunan üçsimli domra və əsasən Belarus və Ukraynada istifadə olunan dördsimli domra. Domra fərdi çıxışlar üçün, eləcə də Rusiya xalq çalğı alətləri ansambllarında və orkestrlarında istifadə olunur. Domra XVI–XVII əsrlərdə Rusiya skomoroxları tərəfindən fərdi və ya ansambl çıxışlarında istifadə olunurdu, ancaq XVII əsrdə kilsə və dövlət tərəfindən bir sıra qanunlar qəbul edilmişdir ki, bu qanunlar skomoroxların fəaliyyətini qadağan edirdi. Skomoroxların dövrünün sona çatması ilə domradan da istifadə sona çatmışdır. Domranın müasir xarici görünşü 1896-cı ildə Vasili Vasiliyeviç Andreyevin balalayka musiqi aləti üzərində apardığı bərpa fəaliyyəti nəticəsində formalaşmışdır.
Hampa
Hampa (Tikantəpə)
Hatra
Hatra (ərəb. الحضر‎ al-Ḥaḍr) — İraqın Ninəvə mühafazası və Cəzirə yaylasında yerləşən qədim şəhər xarabalıqlarıdır. Dairəvi formalı plana malik olan şəhər xarabalıqlarının ümumi sahəsi 500 hektardan çoxdur. Əsası Selevkilər dövründə — e.ə. III–II əsrlərdə qoyulmuş Hatra şəhəri, çiçəklənmə dövrünü Parfiyalıların hakimiyyəti dövründə — b.e. I–II əsrlərində yaşamış, 257-ci ildə isə dağıdılmışdır.Özündə ərəb və yaxın şərq elementləri ilə zəngin Ellinizm və Qədim Roma dövrü memarlığının nadir nümunələrini birləşdirən Hatra şəhəri 1985-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdi. 7 mart 2015-ci ildə Hatra şəhərinin qalıqları İŞİD silahlıları tərəfindən dağıdılmışdır.
Haumea
Haumea (simvolı: ) — Günəş sisteminə daxil olan 5 cırtdan planetdən biridir. 2004-cü ildə amerikalı astronom Mayk Braun tərəfindən kəşf olunmuşdur. 2008-ci ildə Beynəlxalq Astronomiya İttifaqı Haumeaya cırtdan planet statusu vermişdir.
Hemera
Hemera (yun. Ήμέρα, mənası gün deməkdir) qədim yunan mifologiyasında və Hesiod teoqoniyasına görə günü tərənnüm edən Xaosdan sonra törənmiş ilk tanrılardan biri, Niks və Erebin qızı və Efirin bacısı. Titanomaxiya poemasına görə Hemera Geya-Yerin, Uran-Göyün, Pont-Dənizin, Tartar-Sonsuzluğun, Okean anasıdır.
Herma
Herma (q.yun. ἔρμα — dirək, dayaq) — dördüzlü sütundan ibarət olan, başı və ya büstü bəzədilmiş xüsusi heykəl növü. Qədim Elladada herma yol və sərhəd nişanları, yollarda işarələr, fetişlər - yolların, sərhədlərin, darvazaların, eləcə də qəbir daşlarının işarəsi idi. Əvvəlcə onun üzərində yalnız qədim yunan tanrısı Hermes təsvir edilmişdir. Sonradan digər tanrılar və qəhrəmanlar da Herma üzərinə təsvir olunmağa başlandı. Qədim Romada hermalar sərhəd nişanələri kimi istifadə olunurdu. Hermaya ziyan vurmaq ağır küfr və günah hesab edilirdi. Eramızdan əvvəl 415-ci ildə Afinada kütləvi şəkildə dağıdılması Afina və Sparta arasındakı Peloponnes müharibəsinin bütün gedişatına təsir edən əhəmiyyətli nəticələrə səbəb oldu. Yeni və ən yeni dövrdə, herma antik dövrün ideyalarına söykənən klassik memarlıq üslubunun standart bir elementinə çevrilmişdir. == Herma antik dövrdə == === Mənşəyi və xarici görünüşü === Herma — başı və ya büstü bəzədilmiş dördüzlü sütundan ibarət xüsusi heykəl növüdür.
Humay
Humay — qadın adı.
Humeyra
Pərvane Əmir Əfşari(farsca:پروانه امیر افشاری), Humeyra(farsca:حمیرا) adıyla tanınan İran müğənnisi == Həyatı == Humeyra 17 mart, 1945-ci ildə Tehran şəhərində zadəgan bir ailədə dünyaya gəlib. Əmir-Avşari soyundan, Avşar elindəndir. Əslən Zəncanlıdır. Nəcib bir ailəyə mənsub bu qızın birdən-birə oxumaq istəməsi qohum-qəbilənin narazılığına səbəb oldu.Lakin o, oxumağa üstünlük verdi.
Humus
Humus, xumus və ya hummus (ərəb. حُمُّص‎) — Orta Şərqdə geniş yayılmış, yəhudi və ərəb xörəyi. Noxud püresi, tahini, zeytun yağı, limon suyu, duz və sarımsaq qarışıqından hazırlanır.
Hurri
Hurrilər vəya Hurri dövləti ― e.ə III minillikdən etibarən, Şumer, Akkad, Hitit, Ugarit və Misir qaynaqlarında haqqında bilgilər olan, Mesopotamiya və Yuxarı Dəclə bölgələrində hökm sürən, danışdıqları dil etibarilə (Hurricə) Asiya kökənli olduğunu qəbul edilən və e.ə VII əsrə qədər varlığını davam etdirən dövlət.
Kumja
Kumja (lat. Salmo trutta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. == Yarımnövləri == Salmo trutta aralensis — Aral kumjası Salmo trutta labrax — Qara dəniz kumjası Salmo trutta fario — Qızılxallı kumja Salmo trutta ciscaucasicus — Önqafqaz kumjası Salmo trutta ezenami — Eyzenam kumjası ? Ancaq Dağıstandakı Eyzenam gölündə yaşayır.
Lumar
Lumar — İranın İlam ostanının şəhərlərindən və Sirvan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,702 nəfərdən və 591 ailədən ibarət idi.
Hüma Şah Sultan
Hüma Şah Sultan (v. ən tezi 1672, Konstantinopol, Osmanlı imperiyası) — 18-ci Osmanlı sultanı Sultan İbrahimin nikahlı xanımı, Hasəki sultan. Sultan İbrahimlə nikahlanmış və toy mərasimində başından asdığı tellər səbəbilə, Telli Hasəki olaraq anılmağa başlanmışdır. == Həyatı == Həyatının ilk illəri və saraya necə alındığı bilinməsə də, Sultan İbrahim səltənətinin son illərində hərəmə alındığı ehtimal olunur. Sultan İbrahimin ən sevimli qadını olan Hümaşah Sultanla 1647-ci ildə rəsmi nikahla evləndiyi məlumdur. Tarixçi Mustafa Naimanın qeydlərinə görə, nikah əsnasında gəlin vəkili olaraq Darüssəadə ağası, sultanın vəkili olaraq isə sədrəzəm Həzərparə Əhməd Paşa iştirak etmişdir. Nigahın ardından bütün divan vəzirləri və digər saray xidmətçiləri saçlarından gümüş və qızıl tellər asılan gəlini alayla birlikdə Topqapı sarayına gətirdilər. Mehir məbləği olaraq o ilki Misir xəzinəsi Hümaşah Sultana hədiyyə edildi. Sultan İbrahimin psixoloji zəifliyindən istifadə edərək üzərində nüfuz qazanan Hümaşah Sultan gün keçdikcə sərvətini artırırdı. Ancaq onun bu qədər qısa zamanda yüksəlməsi başda Validə Mahpeykər Kösəm Sultan olmaqla, qızları Fatma, Gövhər və Atikə Sultanların da narazılığına səbəb olmuşdu.
Lutra lutra
Adi susamuru (lat. Lutra lutra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin susamuru cinsinə aid heyvan növü. == Qısa təsviri == Böyük fərdin bədəninin uzunluğu 60–90 sm, quyruğunun uzunluğu 50 sm, çəkisi isə 6–10 kq-dır. Dişi fərdlər erkəkdən daha kiçikdir. Bədənin quruluşu uzunsov, elastik və hərəkətlidir. Başı böyük deyil, yuxarıdan aşağıya doğru yastı formalı və yumrudur. Boyun hissəsi qısa, qulaqları girdə və zəif görünür. Gözləri iridir. İri olmayan dırnaqlara və barmaqlararası bağları sıx olan qısa ayaqlara malikdir. Tük örtüyü tünd qəhvəyi rəngdədir, çox sıx və bədən boyunca bərabər yayılmışdır.
Lutra
Susamuru (lat. Lutra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.
Mumya
Mumya nadir və çox qiymətli təbii müalicəvi maddədir. Bu maddə əsasən Hindistanda, Tibetdə və həmçinin Altayda (Rusiya) dağlardan yığılır. Mumya güclü ümumimöhkəmləndirici, iltihabəleyhinə, ödqovucu, bakterisid, bərpaedici təsirə malikdir. Təbii mumya qara-qəhvəyi rəngdə olan elastik parıltılı maddədir. Mumyanın spesifik iyi və acı dadı var. Mumya suda tam həll olunur və su qəhvəyi rəng alır. == Mumyanın müalicəvi xüsusiyyətləri == İnsanlara qədim zamanlardan mumyanın müalicəvi xüsusiyyətləri məlumdur. Mumya və onun müxtəlif xəstəliklər zamanı istifadəsi haqqında məlumat dahi Avisenna və Aristotelin elmi işlərində tapılıb. Mumya nadir kimyəvi tərkibə malikdir. Onun tərkibində hormonlar, fermentlər, aminturşular, vitaminlər, efir yağları, minerallar və s.
Numea
Numea (ing. Nouméa) — Fransanın dəniz ərazisi olan Yeni Kaledoniya adasının paytaxtı. Əhalisi 2004-cü il siyahıya alınmaya görə 91 386 nəfərdir, şəhərətrafı da daxil olmaqla — 146 245 nəfər. == Coğrafiyası == Numea düz xətlə Parisdən 16 758 kilometr məsafədədir. Şəhər Yeni Kaledoniyanın cənub-şərqindəki təpəli yarımadasında yerləşir. Nikel əritmə müəssələri vardır. Nikel, dəmir filizi, mis ixrac edilir. == Nəqliyyat == Şəhərin 52 kilometrliyində, şimal-qərbində La-Tontuta aeroportu yerləşir. Şəhər daxilində yerli reyslər edən Numea Macenta aeroprtu vardır.
Qumar
Qumar — Oynayana qazanc və ya zərər gətirən hər cür şans oyunu, pul ya da maddi dəyəri olan bir şey yatırdılaraq oynanan, qarşılığında qazanana maddi gəliri olan oyunlara verilən ümumi ad. İndi qumar oyununu qanuni olaraq tanıyan bir çox ölkə var və ondan pul yığırlar. İnsan cəmiyyətlərinin ilk zamanlarından bu yana mövcud olan qumar çox dəyişik üsullarla reallaşdırıla bilər. Qumar, haqsız yerə başqasının malını götürmək, bilə-bilə ortaq şəkildə oğurluq etməkdir. Qumar, ictimai bir fəlakətdir. Qumarda itirilən pulda uşaqların, kasıbların haqqı vardır. Qazanılan pul da qanuni deyil. Qumar yayıldıqca ictimai zərərlər artar. Qumar ailə həyatında nizamsızlıqlara, anlaşılmazlıqlara, laqeydliklərə səbəb olar. Çox zaman əyləncəli vaxt keçirmək üçün seçilən qumar çox zərərli bir oyundur.
Büsra
Büsra (ərəb. بصرى‎) — Suriyanın cənubində yerləşən şəhər.
Gümrü
Gümrü — Ermənistanda şəhər. == Tarixi == İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı 1728-ci ilə mənbədə Şirakel nahiyəsində qeyd olunur. 1837-ci ildə Aleksandropol adlandırılmışdır. XIX əsrin II yarısında quberniyanın Alekandropol qəzasının mərkəzi olmuşdur. 1924-cü ildə Leninakan, 1990-cı ildə Kumayr adlandırılmışdır. == Toponimikası == 1728-ci ilə aid türkcə mənbədə Kumri kimidir.. Qədim forması Kəmər (yaxud Qəmər), ermənicə tələffüs forması Kumayr. Er. əv VIII əsrdə şimaldan Cənubi Qafqaza, o cümlədən İndiki Ermənistan ərazisinə gəlmiş qədim türk mənnşəli kəmər yaxud qəmər (antik mənbələrdə kimmer) tayfasının adını əks etdirir. Kümrü (ermənicə tələffüzü Kumayr) toponiminin Kəmər etnoninimdən i barət olduğunu elə erməni tarixçiləri yazmışlar.
Quora
Quora — istifadəçiləri tərəfindən yaradılan, redaktə edilən və idarə edilən sual-cavab saytıdır. Şirkət 2009-cu ilin iyun ayında yaradılmışdır və sayt 2010-cu ilin iyununda istifadəyə verilmişdir. Hal-hazırda sayt yalnız ingilis dilində fəaliyyət göstərir. Quora istifadəçilərin nik adla deyil, həqiqi adlarla qeydiyyatdan keçməsini tələb edir.