Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İçin sopkası
İçin sopkası — Xoaşen, Kamçatkada Aralıq silsilədə ən yüksək və vahid aktiv vulkan. Hündürlüyü 3621 metrdir. Andezit və dasit lavalarından təşkil olunmuşdur. Üç gümbəzli zirvəsi daimi qar və buzlaqlarla örtülüdür. Təqribən 3000 metr yüksəklikdə aktiv qaz çıxışları var.
İçiq
İçiq — yumşaq dəridən, yaxud da rəngli tumacdan tikilən kişi və qadın ayaqqabısı, uzunboğaz çəkmə. Çox vaxt yumşaq altlıqlı olur. Sibir, Orta Asiya, Qafqazın bəzi xalqları (məs., osetinlərdə "arçita"), tatarlar və başqırdlar arasında yayılmışdır. == Mənbə == ASE, V cild, səh.
İçiz
İçiz şanyü (e. ə. II əsr – e.ə. 114) — eramızdan əvvəl 126 və 114-cü illərdə hökmdarlıq etmiş hun hökmdarı. Onun hakimiyyət dövrü ən çətin dövrlərdən sayılır. == Ailəsi == O Laoşanın ikinci oğlu və Günçenin qardaşı idi. Şərq Luli Şahzadəsi titulu olan İçiz qardaşı oğlu Sol Yükü Müdrik Şahzadə olan Yuybini məğlub edərək hakimiyyəti ələ keçirdi. Yuybi Çinə qaçdı və bir neçə ay sonra öldü. İçiz hakimiyyətə gələn kimi müharibə vəziyyəti ilə üzləşdi. Hun dövlətindəki qarışıqlıqdan istifadə edən İmperator Vudi müharibə elan etdi.
Ağın içinə
Ağın içinə (ing. Into the White) — 2012-ci ildə Petter Næss tərəfindən müharibə janrında çəkilmiş film. Filmin ssenarisi Ole Meldgaard, Dave Mango və Petter Næss tərəfindən yazılmışdır. Filmin baş rollarında Rupert Qrint, Florian Lukas kimi aktyorlar iştirak ediblər. == Məzmun == Filmdə baş verən hadisələr real həyatdan götürülmüşdür. İkinci dünya müharibəsi zamanı 1940-cı ilin 27 aprel tarixində Luftvaffe pilotu Hornst Şkops idarə etdiyi Heinkel He 111 tipli bombardımançı təyyarəsi ilə Norveçin daxili bölgələrindən olan Qrontil yaxınlarında vurulur. Alman təyyarəsi, ingilis pilotun idarə etdiyi Blackburn Skua markalı təyyarə tərəfindən vulur. Alman təyyarəsində olan dörd pilotdan bir nəfəri həlak olsada, digər üç nəfər yaxınlıqda yerləşən ovçu komasına sıxınır. Vurulmuş ingilis təyyarəsinin iki pilotuda almanların qaldığı ovçu komasını tapır və buraya gəlirlər. Alman əsgərlər ilk öncə ingilisləri ovçu komasına qəbul etməsələrdə, sonradan onların komanının kiçik bir bölməsində yaşamalarına icazə verirlər.
Nor Açin
Nor Açin - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd.
Qiçin Funakoşi
Funakosi Gitin (Funakoshi Gichin, 10 noyabr 1868 – 26 aprel 1957, Tokio[d]) — Shotokan karatesinin yaradıcısıdır və "müasir karatenin atası" olaraq yad edilir. Ardınca Anko Itosu-nun təlimlərində, o 1921-ci ildə Yapon materikinə karateni təqdim etmiş (daxil etmiş) Okinawan karatesi sahiblərindən (ustaları) biri idi. Gənclik Gichin Funakoshi Shuri-də, etnik Okinawan valideynlərinə Meiji Restorationun ili təxminən 1868-də Okinavada doğuldu və familiya Tominakoshi[2] mənşəcə (əvvəlcə, əvvəldən) malik idindi. Onun tezliklə onun birinci karate teacher.[3-i] olan Anko Asato-nun, karatenin və kendo sahiblərinin (ustalarının) oğlu ilə yaxın dostlar olduğu ibtidai məktəbə daxil olmaqdan sonra Yapon "bir dəstə saçının" aradan qaldırmasına Funakoshinin ailəsinin sərt müxalifəti (etirazı) bildirdi ki, o onun iştirak etməyin məqsədi tibb məktəbini təqib etmək (yürütmək) üçün yararsız olacaq. Hər iki klassik (antik) Çinlidə (Çin dilində) öyrədilən olaraq və Yapon fəlsəfələri, təlimləri, Funakoshi-si Okinavada köməkçi müəllim oldular. Bu zaman, Asato ailəsi ilə onun əlaqələri böyütdü və o Anko Asato-dan karate təlimatını almaq (qəbul etmək) üçün Asato ailəsi yaşayış yerinə gecə səyahətləri başladı. Funakoshi vaxtın Okinawan karatesinin populyar stillərin hər ikisində öyrənmişdi: Shorei ryu və Shorin ryu. Onun öz stili məsafədə yerləşdirən (məsafədə yerləşən) kendonun və vaxtın seçilməsinin təsiri altında idi. Shotokan Funakoshinin psevdoniminin adını dayışandır, şamlarda" "şam dalğalarını" və ya "küləyi istəyən (nəzərdə tutan, bildirən) Shoto. Karate sahibi (ustası) olmağa əlavə olaraq, Funakoshi onun fikirləşəcəyi və yazacağı ki, meşədə uzun gəzintilər üçün verilən məlumata görə gedən çalışqan şair və filosof idi və yazacağı ki beləliklə Shotokan "Shoto-nun eviyə" müraciət etdi.
İlin Vikimediyaçısı
İlin vikimediaçısı — 2011-ci ildə Vikipediya təsisçisi Cimmi Ueyls tərəfindən yaradılan illik mükafat. Vikimedia hərəkatının ən böyük nailiyyətlərini vurğulamaq üçün Vikimaniyada ənənəvi olaraq təqdim olunur. Mükafatı qazanan vikimediaçılara Rauan Kenzhexanlı, Demmy, Remi Matis, İhor Kostenko, Emily Temple-Vud, Rosi Stephenson-Qudnayt, Feliks Nartey və Fərhad Fatkullin aiddir. Əsas mükafatla yanaşı, yeddi "Fəxri qeyd" mövcuddur.
İlin adamı
İlin adamı: İlin adamı (Time) — Time jurnalının versiyasına görə ""İlin şəxsi" laureatlarının siyahısı. İlin adamı (film) (ing. Man of the Year) — Robin Uilyamsın iştirakı ilə kinokomediya, ABŞ, 2006-ci il. Rejissor — Barri Levinson. Azərbaycanda ilin adamı mükafatı — 2001-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib.
İlin fəsilləri
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). == Təqvim üzrə mövsümlər == Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
İlin günləri
Təqvim ili qriqorian və yulian təqvimlərində qısa ildə 365, uzun ildə 366 sutkaya bərabərdir.
İlin mövsümləri
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). == Təqvim üzrə mövsümlər == Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
İlya İlin
İlya Aleksandroviç İlin (anadan olub 24 may 1988-ci ildə, Qızılorda, Qazaxıstan SSR) — Qazaxıstan ağır atleti, üç müxtəlif çəki dərəcəsində dördqat dünya çempionu (2005 - 85 kq, 2006 və 2011 - 94 kq-a qədər, 2014 - 105 kq-a qədər), yeniyetmələr arasında iki qat dünya çempionu (2005 - 85 kq-a qədər, 2006 - 94 kq-a qədər) ), 94 kq çəki dərəcəsində (2006 və 2010) iki qat Asiya Oyunlarının çempionu. İki çəki dərəcəsində dörd dünya rekordçusudur (-94 kq; −105 kq). 2008 və 2012-ci illərdə Olimpiya Oyunlarında qızıl medal qazandı, lakin sonra dopinq qəbuluna görə mükafatlarından məhrum olundu. Dörd dəfə dünyanın ən yaxşı ağır atleti kimi tanındı (2005, 2006, 2014, 2015). Qazaxıstan Respublikasının əməkdar idman ustasıdır. Uğurlu çıxışlarına görə "Kurmet" ordeni ilə təltif edildi. İlk məşqçilərindən biri Viloriy Viktoroviç Pak idi. == Dopinq skandalı == 15 iyun 2016-cı ildə Beynəlxalq Ağır Atletika Federasiyasının qərarı ilə İlyin London Olimpiya Oyunlarında aldığı dopinq testlərinin müsbət nəticələrinə görə müvəqqəti olaraq idman fəaliyyətindən uzaqlaşdırıldı. Nümunədə anabolik steroid preparatlar - stanozolol və dehidroxlormetiltestosteron tapıldı. İyunun 18-də Beynəlxalq Ağır Atletika Federasiyası İlyinin Pekin Olimpiadasındankı dopinq testinin də müsbət olduğunu bildirdi: stanozolol tapıldı.
İçən (Baymak)
İçən (başq. Иҫән, rus. Исяново) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Niqəmət kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Kənd Talkas gölünün sahilində yerləşir. kənd sovetliyinin mərkəzindən (Niqəmət): 14 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 75 km.Kəndi Baymak şəhəri ilə asfalt yol birləşdirir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (97%) üstünlük təşkil edir.
İlin vikimediaçısı
İlin vikimediaçısı — 2011-ci ildə Vikipediya təsisçisi Cimmi Ueyls tərəfindən yaradılan illik mükafat. Vikimedia hərəkatının ən böyük nailiyyətlərini vurğulamaq üçün Vikimaniyada ənənəvi olaraq təqdim olunur. Mükafatı qazanan vikimediaçılara Rauan Kenzhexanlı, Demmy, Remi Matis, İhor Kostenko, Emily Temple-Vud, Rosi Stephenson-Qudnayt, Feliks Nartey və Fərhad Fatkullin aiddir. Əsas mükafatla yanaşı, yeddi "Fəxri qeyd" mövcuddur.
Böyük Çin
Böyük Çin — han çinliləri ilə ticarət və mədəni əlaqələri paylaşan qeyri-rəsmi bir coğrafi ərazi. "Böyük Çin" anlayışı əsasən Şərqi Asiyadakı materik Çini, Honkonq, Makao və Tayvanı əhatə edən bir bölgəni nəzərdə tutur. Bəzi analitiklər Sinqapurda olduğu kimi dünyada yaşayan digər çinli icmaları da əhatə edirlər. Bu termin bəzən "regional çinli icmalar arasında əlaqələri" əhatə etmək məqsədilə ümumiləşdirilmişdir. == İstifadəsi == Çoxmillətli korporasiyalar öz regional qərargahlarını adlandırmaq üçün bu ifadədən tez-tez istifadə edirlər. Məsələn, "Procter & Gamble" şirkəti fəaliyyəti eyni zamanda Honkonq və Tayvanı da əhatə edən Quançjou şəhərindəki regional qərargahını adlandırmaq üçün bu ifadədən istifadə edir. "Apple" şirkəti Şanxay şəhərindəki regional qərargahı üçün bu addan istifadə edir. Kolumbiya Universiteti kimi tədqiqat qurumları və universitetlərdə bölgə üzrə aparılan araşdırmalarda bu termindən istifadə edir.Bu termin tez-tez Tayvanın siyasi statusu ilə bağlı həssaslıqların qarşısını almaq üçün istifadə olunur. == Tarixi == Bu termin uzun müddətdir istifadədir, lakin tarixən fərqli mənalarda istifadə olunmuşdur. 1930-cu illərdə amerikan coğrafiyaşünas Corc Kressi materik Çini əvəzinə, bütün Çin imperiyasına xitab etmək üçün bu ifadədən istifadə etmişdir.
Hind-Çin
Hind-Çin — Asiyanın Cənub-Şərqində yerləşən yarımada, sahəsi 2 mln km² - dir. Yarımadanın ən böyük çayları: Mekonq, İravadi, Saluin, Menam-Çao-Praya. Yarımadada 7 ölkə: Banqladeş, Vyetnam, Kamboca, Laos, Malayziya, Myanma və Tailand vardır. == Etimologiya == Yarımadanın adı avropalıların (fransızların) bura verdiyi addan qaynaqlanır. Belə ki, avropalılar yarımadada həm Çinə, həm də Hindistana aid xüsusiyyətləri birlikdə görürdülər. == İqlimi == Yarımadanın iqlimi subekvatorial musson iqlimidir, yalnız Malakka yarımadasında iqlim ekvatorialdır. Yarımadanın düzənlik hissəsində temperatur ilboyu 20 dərəcədən aşağı düşmür, yazda və yayda temperatur 28-30 dərəcəyə çatır. Dağlarda temperatur 15 dərəcə və daha aşağı düşür. == Təbii sərvətləri == Malakka yarımadasında böyük həcmdə qiymətli metallar olan qalay və volframın ehtiyatları vardır.
Li Çin
Li Çinq (7 mart 1975, Honkonq) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Li Çinq Honq Konqu 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə gümüş medalın sahibi olub. Daha sonra Li Çinq Honq Konqu 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.
Çin (dəqiqləşdirmə)
Çin Şərqi Asiyada bir bölgə.
Çin Ensiklopediyası
Çin Ensiklopediyası (çin. 中国大百科全书; Pinyin:Zhōngguó Dà Bǎikē Quánshū ;Çin Böyük Ensiklopediyası) — Çin dilində ilk böyük-girişli müasir ensiklopediya.
Çin Respublikası
Tayvan və ay rəsmi adı ilə Çin Respublikası (çin. 中華民國, 中华民国 — Zhōnghuá Mínguó, Çjunxua Minqo, ing. Republic of China) – Şərqi Asiyada qismən tanınan dövlət. Qeyri-rəsmi, yerləşdiyi Tayvan adasının adına uyğun olaraq Tayvan adlanır Çin Respublikası çox ölkə tərəfindən tanınmayan, Tayvan adasında yerləşən və əksəriyyətlə bu adanın adı ilə xatırlanan uzaq şərq ölkəsidir. 1912-ci ildə bu günkü Çin Xalq Respublikası torpaqlarında qurulan ölkə Birləşmiş Millətlər Cəmiyyətinin üzvü idi. Tayvan da daxil olmaq üzrə ətraf adalarla birlikdə İkinci Dünya Müharibəsindən sonra sərhədlərini müəyyən etmişdir. 1949-cu ildə Çin Vətəndaş müharibəsində Çin Milli Partiyasının hakimiyyəti itirməsindən sonra ölkə Çin Kommunist Partiyası rəhbərliyinin əlinə keçir. Bunula da Çin Xalq Respublikası qurulur. Çin Milli Partiyasının lideri Chiang Kai Shek Tayvan adasına qaçmalı olur. Çin Respublikasının fəaliyyətinin buradan davam etdiyini dünyaya elan edir.
Çin Səddi
Çin Səddi — Bu nəhəng abidənin əsas materialı dağ süxurları və torpaqdır. Ona kərpicdən üzlük çəkilib. == Ümumi məlumat == Bəşər tarixində gələcək nəsillərə insan əli ilə yaradılmış çox heyrətamiz möcüzələr yadigar qalmışdır. Onlardan biri də çinlilərin yaradan əlləri və bitib-tükənməz əməkləri ilə tikilən Böyük Çin səddidir. Çinlilər bu səddə Çan Çançen deyirlər. Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır. Böyük Çin səddi ilk dəfə e.ə. 221-ci ildə Çin imperatoru Sin Şixuandi tərəfindən cəmi on ilə tikilmişdir. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək, təxminən 17000 km uzadılmışdır. Çin imperatorluğunun əsasını qoyan və Çini ən güclü dövlət kimi formalaşdıran imperator Sin Şixuandi bu nəhəng divarı öz dövlətini şimalda yaşayan köçəri xalqların (o zaman Çinin şimalında qədim türklər yaşayırdılar) qəfil hücumlarından qorumaq üçün çəkdirmişdi.
Çin Taybeyi
Çin Taybeyi — Çin Xalq Respublikasında müstəmləkə dövlət olan Tayvanın idman yarışlarında istifadə etdiyi addır. (Taybey həmin dövlətin paytaxtı) Bu ad Tayvanın Çinin tərkib hissəsi olduğuna insanları inandırmaq, həmçinin Tayvan idmançılarına bu ad altında yarışmaq şansı verir. Adın qoyulması həm də iki ölkə arasında gərginliklərin müşahidə olunmaması üçün yaxşı şərait yaratmışdır. Tayvan həm də bu adla Qış və Yay Olimpiya Oyunlarına qatıla bilir, müxtəlif idman yarışlarında o cümlədən komanda idman növlərində iştirak edə bilir. Məsələn, Çin Taybeyi qadın milli voleybol komandası 1990-cu ildə keçirilən voleybol üzrə qadınlararası dünya çempionatının final mərhələsində iştirak etmişdir. Maraq üçün onu da qeyd edək ki, bu ölkə müxtəlif yarışlarda müxtəlif bayraqlardan istifadə edir. Məsələn komandanın Paralimpiya Oyunlarında, Olimpiya oyunlarında və futbol yarışlarında bayraqları fərqlidir. Bir-birinə bənzəyən bu bayraqların hamısı göy, qırmızı ləçəkşəkilli çərçivənin içində fərqli simvollardan ibarətdir. Komandanın ilk ən böyük təcrübəsi 1980 Qış Olimpiya Oyunları olmuşdur. Turnirdə yer alan Çin Taybeyi komandası medal qazana bilməsə də tarixi uğura imza atmışdı.2012 Yay Olimpiya Oyunlarında komanda iki medal qazanaraq çox böyük uğura imza atmışdı.
Çin abeliyası
Çin abeliyası (lat. Abelia chinensis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin abeliya cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çindir. == Botaniki təsviri == Hündürlüyü 2 m-ə çatan, çoxsaylı, gözəl, qırmızımtıl, sallaq zoğlara malik, zərif, yarım həmşəyaşıl koldur. Yarpaqları tünd-yaşıl, oval-ucu bizdir. Uzun müddət ağ ətirli, zəngvari, qırmızı xətli çiçəkləri budaqların uclarında çiçək qruplarına yığılmışdır. İyuldan oktyabr ayınadək çiçəkləyir. == Ekologiyası == Düz günəşli, işıqlı yerlərdə yaxşı bitir. Yazın əvvəlindən payızadək bol suvarılır. Qışda temperatur kəskin aşağı endikdə yarpaqları tökülməyə başlayır.
Çin aktinidiyası
Çin aktinidiyası — Cənub Şərqi Asiyada bitir.Yarpaqları tökülən kol lianasıdır.Çin aktinidiyasının meyvələri "kivi" kimi tanınmışdır.Tumurcuqları tamamilə və ya bir hissəsi yarpaq yarıqlarında gizlənmişdir.Yarpaqları növbəli,bütöv,kənarları dişlidir,yalançı zoğları yoxdur.Çiçəkləri müxtəlif ölçülü (diametri 1-1,5-dən 3 sm-ədək),yarpaqların qoltuqlarında üç-üç və ya tək yığılmışdır.Çiçəkyanlığı iki və ya 4-5 hissəlidir.Çiçək tacı kasaşəkillidir,ağ,qızılı-sarı və ya narıncı rəngli çiçəkləri olur.Sütuncuqları 8-15 ədəd,sapvari,bünövrəsində bitişik və üstə əyilmişdir.Meyvəsi uzunsov giləmeyvə,sarı-yaşıl və ya açıq-narıncı,yeməlidir. == Ekologiyası == Şaxtayadavamlılığı zəifdir.Minerallarla zəngin torpaqlarda bitir.Qrunt sularına tab gətirmir. == Azərbaycanda yayılması == Lənkəranda,Astarada,Qubada,Zaqatalada,Balakəndə mədəni şəraitdə becərilir. == İstifadəsi == Meyvəsi iyli,turşaşirin,yeməlidir.Tərkibində çoxlu vitamin vardır.Şaquli yaşıllaşdırmada geniş istifadə olunan sarmaşan bitkidir. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Çin alliqatoru
Çin alliqatoru (lat. Alligator sinensis) — iki tanınmış alliqator növündən biridir. Şərqi Asiyada, Çinin Yanszı çayı hövzəsində yayılmışdır. Olduqca nadir növdür, təbiətdə cəmi 200 baş Çin alleqatoru qalmışdır. == Təsvir == Çin alliqatoruı alt çənədə fərqli qara ləkələr olan sarımtıl-boz rənglidir. Qarın açıq boz rəngdədir. Pəncələr qısadır. Barmaqlarının sonucunda dırnaqlar var. Ön ayaqları üzmə membranlarından məhrumdur. Quyruqları uzun, kütləlidir və suda əsas hərəkətverici qüvvədir.
Acin
Acin (Həmədan) — İranın Həmədan ostanının Əsədabad şəhristanında şəhər.
ICON
Icon– çox yüksək səviyyəli proqramlaşdırma dili (VERY HIGH-LEVEL PROGRAMMING LANGUAGE). 1974-cü ildə Ralf Qrisvold (Ralph E. Griswold) tərəfindən işlənib hazırlanıb. Öz ideyasını həmin müəllifin daha erkən hazırlamış olduğu SNOBOL dilindən alıb. Adı isə “iconoclastic” (“ikonoklastik”) sözündəndır və “proqramlaşdırma dillərinin işlənib hazırlanmasında konformizm ilə mübarizə” mənasında işlədilir. Icon dilinin məntiqi proqramlaşdırma dilləri ilə çoxlu ortaq cəhətləri vardır. Icon dilində prosedurlar birinci sinif kəmiyyətlərə (first class values) aiddir, yəni dəyişənlərə prosedurların yerinə yetirilməsinin nəticəsini deyil, onların özlərinin qiymətini mənimsətmək olar. Icon dili öz sintaksisini Algol proqramlaşdırma dilləri ailəsindən alıb və C, yaxud Pascal dilinin sintaksisini xatırladır. Pascal dilinə daha çox bənzəyir, mənimsətmə üçün := işarəsindən, procedure açar sözündən və s. istifadə edir. Digər tərəfdən, Icon dilində deyimləri qruplaşdırmaq üçün C-üslubunda fiqurlu mötərizələrdən istifadə olunur, proqramın işi isə “main” adlı prosedurla başlayır.
ISIN
ISIN (ing. International Securities Identification Number - Qiymətli kağızın beynəlxalq identifikasiya kodu) — maliyyə alətini xarakterizə edən informasiyanı özündə daşımayan, sadəcə qiymətli kağızlarla hesablaşmalar və əqdlərin bağlanması zamanı qiymətli kağızların birmənalı identifikasiyasına xidmət edən 12 işarəli hərfi-rəqəmli kod. İlk iki işarə ölkə kodunu müəyyən edir. Ölkə kodu iki hərfdən ibarət olub qiymətli kağızın qeydiyyata alındığı ölkəni və ya borc qiymətli kağızları istisna olmaqla, emitentin hüquqi yerləşdiyi yeri müəyyən edir. Növbəti doqquz rəqəm qiymətli kağızın buraxıldığı ölkədə qiymətli kağıza verilən dövlət qeydiyyat nömrəsindən (National Securities Identification Number və ya NSIN) götürülür. Sonuncu rəqəm – yoxlayıcı rəqəmdir. 0-dan 9-a qədər olan bir rəqəmlə ifadə olunur. Yoxlayıcı işarənin konkret rəqəmli ifadəsi 10 "ikiqat artır – topla - ikiqat artır" ("Modulus 10 Double Add Double technique") moduluna əsasən hazırlanmış xüsusi alqoritm vasitəsi ilə hesablanır.
Cin
Cin (ərəb. جن‎) İbrahim dinlər və müasir və ya qədim dinlər və inanclarda mövcud olan ruhani mifaloji varlıqdır. Müxtəlif inanclarda müxtəlif formalarda göstərilir. Cin İslamda gözlə görünməyən və fərqli formalara sahib olan varlıq kimi göstərilir. Bəzilərinə görə isə cinlər insanlara cinsi əlaqədə ola bilər və insanlara təsir edə bilərlər. Quranda cinlərin Allah tərəfindən "tüstüsüz od"dan yaradıldığı yazılır. == Qədim Roma və Yunanıstan == Qədim Roma və Qədim Yunanıstan inanclarında cinlər yarı tanrı və ya başqa bir formada olan ruhlar olaraq düşünülmüşdür. İnanclara görə cinlər insanlardan üstündür. Cinlər Qızıl Əsrdə ölən və yaşayan insanları qoruyan ruhlar idi. Amma indiki dövrdə qəhrəmancasına ölən insan da öldükdən sonra cin ola bilər.
Acin (Həmədan)
Acin - İranın Həmədan ostanının Əsədabad şəhristanında şəhər. Acin şəhəri Əsədabad qəsəbəsindən 20 km cənub-qərbdədir. Acin keçmişdə Əsədabad şəhristanının Mərkəzi bəxşinin Pirsalman dehistanında yerləşən bir kənd idi, lakin sonralar yeni Pirsalman bəxşinin (tərkibinə Pirsalman və Külyai dehistanları daxildirlər) yaradılmasından sonra Acin kəndi şəhər statusu qazanıb, sözügedən bəxşin inzibati mərkəzi olaraq təyin olundu, və Əsədabad şəhərindən sonra Əsədabad şəhristanında yerləşən ikinci şəhər oldu. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,343 nəfər və 766 ailədən ibarət idi.Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Licin (Vərziqan)
Licin (fars. ليجين‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 277 nəfər yaşayır (49 ailə).
İmcin müharibəsi
İmcın müharibəsi (1592–1598) ("İmcin" — çinli cədvəlinə görə 1592-ci ilin adı) — koreyalıların yaponlara qarşı vətən müharibəsi. == Ümumi məlumat == Yaponiya Koreyaya müdaxilə üçün 220 minlik qoşun və bir neçə yüz gəmisi olan donanma hazırlamışdı. 1592-ci ilin yazından yaponlar bir neçə qrupla Koreya sahillərinə sarı üzdülər. 1592-ci ilin mayın axırında onlar 18 minlik qoşunla Busanda,22 min Koreyanın cənubunda və 11 min nəfər qoşunla Naktonqan çayının mənsəbində endilər. Bundan sonra Koreyaya əsas qüvvələr, 80 minlik ordu və donanma göndərildi. Azsaylı koreyalı hökumət qoşunları dalbadal məğlubiyyətə urayırdılar. Yaponlar Çhoncu şəhərini ələ keçirərək Koreyanın paytaxtı Hansona tərəf hərəkət etdilər və iyulun əvvəlində onu döyüşsüz aldılar. Sonra onlar şimal-qərbə və şimal-şərqə hərəkət edərək İmcinqan çayında koreyalı qoşunların müqavimətini qırdılar, və Keson və Pxenyan şəhərlərini tutdular. Lakin yaponların əlində ancaq dayaq məntəqələri vardı, bütün qalan kənd ərazilərində onlar şiddətli xalq müqaviməti ilə qarşılaşdılar. Bu ərazilər, 1592 ilin payızında bütün əyalətlərdə partizan müharibəsinə başlayan, Koreya hökuməti və "Iyben" (Ədalət ordusu) xalq qoşunları üçün baza olaraq qalırdı.
İmcın müharibəsi
İmcın müharibəsi (1592–1598) ("İmcin" — çinli cədvəlinə görə 1592-ci ilin adı) — koreyalıların yaponlara qarşı vətən müharibəsi. == Ümumi məlumat == Yaponiya Koreyaya müdaxilə üçün 220 minlik qoşun və bir neçə yüz gəmisi olan donanma hazırlamışdı. 1592-ci ilin yazından yaponlar bir neçə qrupla Koreya sahillərinə sarı üzdülər. 1592-ci ilin mayın axırında onlar 18 minlik qoşunla Busanda,22 min Koreyanın cənubunda və 11 min nəfər qoşunla Naktonqan çayının mənsəbində endilər. Bundan sonra Koreyaya əsas qüvvələr, 80 minlik ordu və donanma göndərildi. Azsaylı koreyalı hökumət qoşunları dalbadal məğlubiyyətə urayırdılar. Yaponlar Çhoncu şəhərini ələ keçirərək Koreyanın paytaxtı Hansona tərəf hərəkət etdilər və iyulun əvvəlində onu döyüşsüz aldılar. Sonra onlar şimal-qərbə və şimal-şərqə hərəkət edərək İmcinqan çayında koreyalı qoşunların müqavimətini qırdılar, və Keson və Pxenyan şəhərlərini tutdular. Lakin yaponların əlində ancaq dayaq məntəqələri vardı, bütün qalan kənd ərazilərində onlar şiddətli xalq müqaviməti ilə qarşılaşdılar. Bu ərazilər, 1592 ilin payızında bütün əyalətlərdə partizan müharibəsinə başlayan, Koreya hökuməti və "Iyben" (Ədalət ordusu) xalq qoşunları üçün baza olaraq qalırdı.
İşın Karaca
İşın Karaca (7 mart 1973, London, Böyük Britaniya) - türk musiqiçi. == Diskoqrafiya == Anadilim Aşk (2001) İçinde Aşk Var (2004) Başka 33/3 (2006) Uyanış (2009) Arabesque: Geçmiş, Geçmemiş Hiç...
Cin bayquşu